Məhkəmə qərarları › İş №2-1(103)-3065/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3065/2025

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3065/2025 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: kompensasiyanın ödənilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X3 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı xeyrinə kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyanın ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı R İddiaçı Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrin (N nömrəli hərbi hissəsinin) N nömrəli hərbi hissəsinin tank əleyhinə raket kompleksləri tağmının 1-ci qumbara atan manqasının komandiri vəzifəsində xidmət etmiş, Müdafiə Nazirinin birinci müavini Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ## ### 2023-cü il tarixli əmrinə əsasən o ehtiyata buraxılmışdır. Belə ki, N nömrəli hərbi hissə komandirinin *** saylı, ## ######## 2022-ci il tarixli əmri ilə İddiaçı Kəlbəcər istiqamətində döyüş tapşırığına getmiş hesab edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Kəlbəcər istiqamətində düşmənin artilleriya mərmisinin yaxınlığında partlamasından yaralanmış, yaranan zərbə dalğasından yıxılmaqla kəllə-beyin travması alaraq huşunu itirmişdir. Hərbi əməliyyatlar yekunlaşdıqdan sonra R İddiaçı N hərbi hissə komandirinin *** nömrəli ## ######## 2022-ci il tarixli əmri ilə ezamiyyətdən geri dönərək N nömrəli hərbi hissəyə qaytarılmışdır. İddiaçı sülh və müharibə dövründə orduda etdiyi xidmətlərə görə “Qüsursuz Xidmətlərə görə 3-cü dərəcəli”, “Silahlı Qüvvələrin 95 illiyi”, “Silahlı Qüvvələrin 100 illiyi”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları, “Azərbaycan Bayrağı Ordeni” ilə təltif edilmiş, həmçinin “Müharibə Veteranı” adı və vəsiqəsi verilmişdir. R İddiaçı N nömrəli hərbi hissə komandirinin ## ###### 2023-cü il tarixli *** nömrəli göndərişinə əsasən Müdafiə Nazirliyinin Baş X5 Profilli Hospitalına müraciət etmiş və *** nömrəli ## ##### 2023-cü il tarixli X9 əsasən şəhadətləndirilmişdir. Həmin şəhadətnaməyə əsasən diaqnoz və xəsarətin səbəb əlaqəsi haqqında Hospital Hərbi Həkim Komissiyasının qərarı ## ######## 2022-ci il tarixdə partlayış travması nəticəsində baş-beyin silkələnməsindən sonrakı orta (mülayim) dərəcədə üzvi affektiv (depressiv) pozuntu, postkommosiyon sindrom, vegetativ damar davamsızlığı və davranış pozuntuları ilə təzahür edən nəticəsi, həmçinin 2016-cı ilin aprel döyüşləri zamanı aldığı barotravma nəticəsində sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi Həkim Ekspertizası Haqqında Əsasnaməyə müvafiq olaraq Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə İddiaçı ## ######## 2022-ci il tarixdə aldığı partlayış travması hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır, səbəb əlaqəsi ilə təsdiq olunmuşdur. Bu xəstəlik haqqında şəhadətnamə əsas götürülərək İddiaçı xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı TSEK-in ##.##.2024-cü il tarixli arayışına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlərə görə 3cü dərəcəli əlillik qrupu təyin edilmişdir. Bundan sonra iddiaçı İddiaçı cavabdeh Cavabdeh ##.##.2023-cü il tarixdə N saylı hərbi hissəyə ərizə ilə müraciət edərək kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyasının ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lakin AR Müdafiə Nazirliyi */*** saylı ##.##.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı hərbi əməliyyatlar zamanı tutduğu “N nömrəli hərbi hissənin E tağmının 1-ci qumbaraatan manqasının komandiri” vəzifəsi Azərbaycan Respublikası Müdafiə nazirinin 2021-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı vəzifəsi hesab edilmədiyindən, Nazirlər Kabinetinin ***-** nömrəli ## ###### 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun tələb etdiyiniz kompensasiyanın ödənilməsi mümkün hesab edilməmişdir. Lakin iddiaçı hesab edir ki, Müdafiə Nazirliyi onun ərizəsinə baxarkən bir sıra hüquqi məsələləri nəzərə almamışdır: 1.Cavabdeh N saylı hərbi hissəsinin komandirinin MN-nin Kəşfiyyat Baş İdarəsinə (N nömrəli hərbi hissəyə) təqdim etdiyi *** saylı ##.##.2023-cü il tarixli arayışına əsasən İddiaçı həqiqətən 12-##.##.2022-ci il tarixlərdə N nömrəli hərbi hissənin xüsusi təyinatlı dəstəsinin tərkibində düşmənin yerləşdiyi ərazilərdə döyüş tapşırığını yerinə yetirərkən kəşfiyyat fəaliyyətini icra etmiş və yaralanmışdır. 2.R İddiaçı hərbi-uçot ixtisası kəşfiyyatçı olmuşdur. 3. “Kəşfiyyat və Əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.6 və 20.7-ci maddələrinə əsasən 2016 və 2020-ci illərdə kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları üçün nəzərdə tutulmuş 2 aylıq pul təminatı həcmində məzuniyyət və müalicə pulları ödənilmişdir. 4.Müdafiə Nazirliyinin imtina məktubunda göstərilmiş Müdafiə Nazirinin 2021ci il tarixli əmri ilə təsdiq olunmuş kəşfiyyat fəaliyyəti subyekti əməkdaşlarının vəzifələri siyahısında qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu əmrdə siyahıda göstərilməyən və xüsusi təyinatlı qüvvələrin tabeliyində vəzifələr tutan hərbi qulluqçular komandanlığın sərəncamına, əsasən düşmənin yerləşdiyi ərazilərdə kəşfiyyat və ya kəşfiyyat diversiya fəaliyyətini icra etdiyi müddətdə bu əmrin qüvvəsi onlara şamil edilir. 5.Müdafiə Nazirinin müvafiq əmrində kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları qismində vəzifələri göstərilməyən, lakin 2020-ci il Vətən Müharibəsi və 2022-ci il Kəlbəcər hadisələri zamanı şəhid olmuş və İddiaçı ilə eyni vəzifələr tutmuş və ya icra etmiş hərbi qulluqçular Müdafiə Nazirinin müvafiq əmrinin qeyd hissəsinə əsaslanaraq Qanunun 20.12-ci maddəsinə uyğun olaraq onlara (və ya ailə üzvlərinə) kompensasiyalar ödənilmişdir.

3. Cavabdehin iddia tələbinə dair etirazı məhkəməyə təqdim edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

5. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Quliyev apellyasiya şikayətinə etiraz edərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. İşin faktiki hallarından görünür ki, iddiaçı *** nömrəli hərbi hissnin 1ci qumbara atan manqasının komandiri vəzifəsində xidmət etmiş, ## ### 2023-cü il tarixli əmrlə ehtiyata buraxılmışdır. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən, iddiaçının ## ######## 2022-ci il tarixdə aldığı partlayış travması, “hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq edilmişdir.

10. Apellyasiya baxışı zamanı sorğuya cavab olaraq Cavabdeh tərəfindən təqdim edilmiş ## #### 2026-cı il tarixli, *-**-*/*-***/**** nömrəli məktubla bildirilmişdir ki, Müdafiə Nazirliyinin xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiyanın verilməsi üzrə komissiya tərəfindən vətəndaş X2 31672.80 (otuz bir min altı yüz yetmiş iki manat 80 qəpik) manat pul kompensasiyası hesablanmış və ## ##### 2023-cü il tarixdə Azərbaycan Beynəlxalq Bankında X2 adına açılmış (33801019445800409206) bank hesabına köçürülmüşdür. İnzibati icraat materiallarının təsdiq edilmiş surətləri iş materiallarına əlavə edilmişdir.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2025ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarı ilə əlilliyə görə X2 yenidən hesablanmış pensiya məbləği 1160,83 manat müəyyən edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

12. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

13. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

14. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Kəşfiyyat fəaliyyəti – Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. 1.2. Kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. 1.3. Əks-kəşfiyyat fəaliyyəti – Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. 1.4. Əks-kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsinə mane olan və ya bu maraqlara təhlükə yaradan şərait, proses və amillərdən qorunmasına yönəlmişdir. Maddə 6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. Maddə 14. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. 14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 14.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, hərbi nizamnamələrə və digər hərbi qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həqiqi hərbi xidmət keçirlər. Maddə 15. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına dair əlavə tələblər 15.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində hərbi xidmətə (işə) könüllülük əsasında şəxsi və iş keyfiyyətlərinə, peşə yararlığına, fiziki hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu subyektlərin üzərinə düşən vəzifələri yerinə yetirməyə qadir olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. 15.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada yoxlanılır. Maddə 20. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsi 20.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-** №-li ## ###### 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”: 2.2. Xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-** №-li ## ###### 2004- cü il tarixli Qərarı ilə qəbul edilmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”: 2.2. Xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1994-cü il tarixli *** nömrəli qərar ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamə Bu Əsasnamə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydasını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələbləri müəyyən edir. Hərbi qulluqçuların, hərbi toplanışa çağırılmış vətəndaşların, orqanlarda xidmət keçən şəxslərin, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşların yaralanmalarının (travmaların, kontuziyaların, xəsarətlərin), xəstəliklərinin səbəb əlaqəsinin təyin edilməsi

43. Hərbi qulluqçuların, orqanlarda xidmət edən şəxslərin, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, əgər onlara diaqnoz müəyyən edilmişsə, həmin şəxslərin istintaq (məhkəmə) altında olması halları istisna olmaqla, HHK onların aldığı yaralanmaların (travmaların, kontuziyaların, xəsarətlərin), xəstəliklərin səbəb əlaqəsini təyin edir.

44. HHK-nin yaralanmaların (travmaların, kontuziyaların, xəsarətlərin), xəstəliklərin səbəb əlaqəsi haqqında rəyi aşağıdakı ifadələrlə çıxarılır: a) «Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» b) «Hərbi travma SSRİ-nin müdafiəsi zamanı alınmışdır» c) «Hərbi travma hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» ç) «Xəstəlik (yaralanma, travma, kontuziya, xəsarət) hərbi xidmət dövründə alınmışdır» d) «Xəstəlik Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır» e) «Ümumi xəstəlik»

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması” Qaydası

1. Bu Qayda "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hazırlanmışdır və Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kəşfiyyat və əks-kəşfiyyat qurumlarına (bundan sonrakəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti) həqiqi xidmətə qəbul edilən və ya subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması qaydasını müəyyən edir.

2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması onların şəhadətləndirilməsi və dispanserizasiyası (dövri tibbi müayinəsi) yolu ilə həyata keçirilir.

3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə yeni qəbul edilən şəxslərin və ya bu subyektlərin hərbi qulluqçularının tibbi şəhadətləndirilməsi hərbihəkim komissiyaları (bundan sonra - HHK) tərəfindən aparılır.

4. HHK-ların yaradılması qaydası, onların hüquq və vəzifələri, tibbi şəhadətləndirilmələrinin təşkili, keçirilməsi, habelə hərbi-həkim ekspertizasına aid digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə (bundan sonra - Əsasnamə) müvafiq olaraq kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri tərəfindən müəyyən edilir.

5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə yeni qəbul edilənlərin və ya bu subyektlərin ayrı-ayrı xidmət sahələrində xidmət keçən hərbi qulluqçuların fiziki inkişafı, somatik və psixi sağlamlıq vəziyyətinə dair əlavə tələblər Əsasnamənin "Xəstəliklər cədvəli"nin maddələrinin tələbləri əsas götürülməklə həmin subyektlər tərəfindən müəyyən edilir.

6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının dispanserizasiyası ildə bir dəfə həmin subyektlərin rəhbərləri tərəfindən təsdiq edilmiş müvafiq normativ sənədlərə əsasən həyata keçirilir.

7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə qəbul edilən şəxslər və ya bu subyektlərdə həqiqi hərbi xidmət keçən hərbi qulluqçular “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq icbari narkoloji müayinədən keçirilirlər.

19. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyasının ona ödənilməsi ilə bağlıdır. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, “İddiaçı, 2021-2023-cü illərdə tutduğu vəzifələr üzrə, Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat fəaliyyəti həyata keçirən əməkdaşların siyahısına daxil edilməmişdir. Öncə qeyd olunanlardan aydın olur ki, sözügedən hərbi hissələrdə xidmət etmək və ya onların tərkibində döyüş əməliyyatlarında iştirak etmək kəşfiyyat fəaliyyətinin əmakdaşı olmaq anlamını vermir. Qeyd olunmuş vəzifələr və vəzifədən irəli gələn tədbirlərin yerinə yetirilməsi Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahısı (hərbi qulluqçuların hamısı deyil), yalnız müdafiə nazirinin müvafiq əmrlərilə elan olunur. Müdafiə Nazirliyi icra orqanı olaraq qəbul olunmuş Qanunların və Qərarların icraçısıdır.”

20. İşin hallarından müəyyən olunur ki, iddiaçı *** nömrəli hərbi hissnin 1-ci qumbara atan manqasının komandiri vəzifəsində xidmət etmiş, ## ### 2023-cü il tarixli əmrlə ehtiyata buraxılmışdır. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən, iddiaçının ## ######## 2022-ci il tarixdə aldığı partlayış travması, “hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq edilmişdir. Qeyd edilməlidir ki, apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Müdafiə Nazirliyinin xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiyanın verilməsi üzrə komissiya tərəfindən vətəndaş X2 31672.80 (otuz bir min altı yüz yetmiş iki manat 80 qəpik) manat pul kompensasiyası hesablanmış və ## ##### 2023-cü il tarixdə Azərbaycan Beynəlxalq Bankında X2 adına açılmış (33801019445800409206) bank hesabına köçürülmüşdür.

21. Məhkəmə kollegiyası qeyd edir ki, Müdafiə Nazirinin 2020-ci il tarixli əmri ilə təsdiq olunmuş kəşfiyyat fəaliyyəti subyekti əməkdaşlarının vəzifələri siyahısında qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu əmrdə siyahıda göstərilməyən və xüsusi təyinatlı qüvvələrin tabeliyində vəzifələr tutan hərbi qulluqçular komandanlığın sərəncamına əsasən düşmənin yerləşdiyi ərazilərdə kəşfiyyat və ya kəşfiyyat diversiya fəaliyyətini icra etdiyi müddətdə bu əmrin qüvvəsi onlara da şamil edilir (apellyasiya instansiya məhkəməsi icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş məxfi sənəd hesab olunan sənədlərə(sözügedən əmr və s. sənədlər) məhkəmə kollegiyası tərəfindən baxış keçirilmişdir).

22. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

23. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.

24. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.

25. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı ilə bərabər eyni hərbi hissənin xüsusi təyinatlı dəstəsinin tərkibində qulluq edən digər şəxsə kompensasiya verildiyi halda, onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə kompensasiyanın verilməsindən cavabdeh tərəfindən imtina olunması qanunsuz və əsassızdır.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

27. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, İddiaçı kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyanın (pul təminatı məbləği) ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyanın (pul təminatı məbləği) ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar