Məhkəmə qərarları › İş №2-1(103)-3069/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3069/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3069/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasport və çıxarışdan anbar hissəsinin çıxarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(112)-7492/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 oktyabr 2022-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə cavabdeh orqan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X4 verilmiş **********78-05101- 083025 saylı texniki pasportda nəzərdə tutulan 11,5 kv olan anbar hissəsinin ləğv edilməsi və verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il tarixli çıxarışın mübahisəli anbar hissəsi nəzərə alınmadan dəyişdirilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, X6 20 ildən çoxdur onun istifadəsində olan ünvan 3 ünvanında yerləşən dərzi sexinin bir hissəsini qanunsuz yollarla özəlləşdirilmişdir. X6 iddia edir ki, ünvan 1 ünvanında yerləşən doqquzmərtəbəli binanın yarımzirzəmisindəki qeyriyaşayış sahəsini xx.xx.2002-ci il tarixdə satın almışdır. Bu barədə ona 001951 saylı şəhadətnamə verilmişdir. Halbuki onun 2000-ci il tarixdən istifadəsində olan mübahisəli ərazi həmin binanın yarımzirzəmisinə düşmür. Doqquzmərtəbəli binadan tamamilə ayrıdır və ayrı tikilidir. X12 iddia etdiyi kimi həmin ərazi 2002-ci il tarixdən iddiaçının xeyrinə özəlləşdirilmişdirsə nə üçün məhz onun istifadəsində olan əraziyə 18 il sonra iddia edir. Çünki həmin şəhadətnamədə konkret olaraq göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən doqquzmərtəbəli binanın yarımzirzəmisindəki qeyriyaşayış sahəsini hər hansı hissəsi zirzəmiyə aid deyildir, saxta yollarla əldə edilmiş bir sənəddir. Yuxarıda qeyd edilənlərdən də aydın görünür ki, X6 ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinə saxta yollarla sənəd əldə edilmişdir və həmin sənədlər ləğv edilməlidir. (Qeydiyyat nömrəsi: **********, xx.xx.2019-cu il tarixli). Buna görə də o, cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il tarixli olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh qurum ərizəsinə xx.xx.2021-ci il tarixli məktubla cavab verərək göstərmişdir ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı məsələ məhkəmə qaydasında həll edilir. Ona görə hazırki iddianı qaldırıb. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu səbəbdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********34 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, ünvan 4vanında yerləşən qeyri-yaşayış sahəsinin 34,7 kv.m hissəsi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.2022-ci il tarixli, 001951 nömrəli Şəhadətnamə, 32,5 kv.m hissəsi xx.xx.2010-cu il tarixli, 3728 saylı “İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi” əsasında, 30,7 kv.m hissəsi isə xx.xx.2013-cü il tarixli, 5051 saylı “İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi” əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra X4 xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə vəsatət təqdim edilərək qeyd edilən inzibati iş üzrə Əmlak Məsələləri Dövlət Xidməti 3-cü şəxs qismində cəlb edilməsi zərurəti yarandığı bildirilmişdir. Belə ki, ünvan 4vanında yerləşən qeyri-yaşayış sahəsinin 34,7 kv.m hissəsi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.2022-ci il tarixli, 001951 nömrəli Şəhadətnamə, 32,5 kv.m hissəsi xx.xx.2010-cu il tarixli, 3728 saylı “İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi” əsasında, 30,7 kv.m hissəsi isə xx.xx.2013-cü il tarixli, 5051 saylı “İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi” əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(112)-7492/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamış və üçüncü şəxsin inzibati məhkəmə icraatına cəlb edilməsinə dair cavabdehin vəsatəti təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilərək mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X6 20 ildən çoxdur onun istifadəsində olan ünvan 3 ünvanında yerləşən dərzi sexinin bir hissəsini qanunsuz yollarla özəlləşdirmişdir. X6 iddia edir ki, ünvan 1 ünvanında yerləşən doqquzmərtəbəli binanın yarımzirzəmisindəki qeyri-yaşayış sahəsini xx.xx.2002-ci il tarixdə satın almışdır. Bu barədə ona 001951 saylı şəhadətnamə verilmişdir. Halbuki onun 2000-ci il tarixdən istifadəsində olan mübahisəli ərazi həmin binanın yarımzirzəmisinə düşmür. Doqquzmərtəbəli binadan tamamilə ayrıdır və ayrı tikilidir. X12 iddia etdiyi kimi həmin ərazi 2002-ci il tarixdən iddiaçının xeyrinə özəlləşdirilmişdirsə nə üçün məhz onun istifadəsində olan əraziyə 18 il sonra iddia edir. Çünki həmin şəhadətnamədə konkret olaraq göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən doqquz mərtəbəli binanın yarımzirzəmisindəki qeyri-yaşayış sahəsini hər hansı hissəsi zirzəmiyə aid deyildir, saxta yollarla əldə edilmiş bir sənəddir. Mübahisəli sahə ilə bağlı xx.xx.2002-ci il tarixli 1962 saylı icraə müqaviləsini dərindən araşdırdıqda məlum olur ki, müqavilə məhz doqquzmərtəbəli binanın yarımzirzəmisinə aid olan hissədə yerləşən və həmin binanın balansına daxil olan hissəsinə aid olan yerə aparıldığı halda cavabdeh inzibati orqanın işçiləri öz şəxsi maraqları hesabına özəlləşdirilmiş sahənin plan-cizgisini çəkmək əvəzinə Fərmana aid olmayan qeyri-dövlət mülkiyyəti olan və daim fasiləsiz olaraq istifadəsində olan dərzi sexinin 11,5 kv.m hissəsini, məhz 2019-cu ilin sonu olan ayların birində köhnə tarixə saxta yollarla özünün texniki pasportuna saldıra bilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 08 iyul 2022ci il tarixli, 2-1(112)-7492/2022 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. X2 adına özəlləşdirilmiş ünvan 4vanında yerləşən qeyri-yaşayış sahəsinin 34,7 kv.m hissəsi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.2022-ci il tarixli 001951 nömrəli Şəhadətnamə, 32,5 kv.m hissəsi xx.xx.2010-cu il tarixli, 3728 saylı “İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi” əsasında, 30,7 kv.m hissəsi isə xx.xx.2013-cü il tarixli, 5051 saylı “İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi” əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının mübahisələndirdiyi 11,5 kv.m. sahə qeyd edilən özəlləşdirilmiş əmlakın bir hissəsidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, özəlləşdirmənin obyekti özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir. Hazırkı iş üzrə isə mübahisə predmeti olan əmlak (onun bir hissəsi) dövlət mülkiyyətində hesab edilməklə özəlləşdirilmişdir. Hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçının məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı hüquqi marağına uyğun olaraq öz məqsədinə buna dair subyektiv hüququnun mövcud olduğunu əsaslandırmaqla daşınmaz əmlakın dövlət registrində aparılmış qeydin mübahisələndirilməsi yolu ilə aidiyyəti inzibati orqana (Əmlak Məsələləri Dövlət Xidmətinə) müraciət etməklə nail ola bilər. Müvafiq olaraq inzibati orqanın hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Apellyasiya baxışı zamanı X6 ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı məhkəmə işinin onun maraqlarına toxunduğu üçün işə cəlb olunmağını xahiş etmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş məhkəmə qərarlarından görünür ki, iddiaçı X6 məhkəmədə cavabdeh X7 qarşı iddia qaldıraraq, cavabdehin ona məxsus olan ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq ona təhvil verilməsi, cavabdehdən dəymiş zərərə görə 3.600 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdeh Ruhin Abbasov isə məhkəmədə Fərman Abbasova qarşı qarşılıqlı iddia verərək, sözügedən qeyri-yaşayış sahəsinə dair Fərman Abbasovun adına verilmiş 08 may 2019cu il tarixli Çıxarışın ləğv edilməsi, Çıxarışın verilməsi zamanı korrupsiya halına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi barədə qətnamə qəbul edilməsini, üçüncü şəxs İddiaçı isə məhkəmədə Fərman Abbasova qarşı iddia verərək, qeyri-yaşayış sahəsinə dair Fərman Abbasovun adına verilmiş 08 may 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi, Çıxarışın verilməsi zamanı korrupsiya halına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-cu il tarixli qətnaməsi ilə Fərman Abbasovun iddiası qismən təmin edilərək, cavabdehin iddiaçıya məxsus olan ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərardadı ilə X1rşı “qeyri-yaşayış sahəsinə dair Fərman Abbasovun adına verilmiş 08 may 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi, Çıxarışın verilməsi zamanı korrupsiya halına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi” iddiasına, habelə Tərahim X5rşı “qeyri-yaşayış sahəsinə dair Fərman Abbasovun adına verilmiş 08 may 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi, Çıxarışın verilməsi zamanı korrupsiya halına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi” iddiasına dair hissələrdə işin icraatına işə ümumi məhkəmədə baxılmalı olmadığına görə xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1838/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı və 3-cü şəxsin apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1838/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd etmişdir ki, iddiaçı, ünvan 5 ünvanda, 9 mərtəbəli binanın yarımzirzəmisində yerləşən, sahəsi 34,7 kv.metr olan qeyri-yaşayış sahəsini qüvvədə olan qanunverciliyə əsasən 5.830.000 manata (AZM) satın alıb və bu barədə onun adına Azərbaycan Respublikası İİN-nin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən 01 iyul 2002-ci il tarixli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamə verilib. Sözügedən Şəhadətnaməyə və digər sənədlərə əsasən ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair iddiaçının adına Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 07 may 2019-cu il tarixli “Texniki Pasport” tərtib edilib verilib və həmin qeyri-yaşayış sahəsinin ümumi sahəsi 3,6 kv.metr olan dəhlizdən; 19,6 kv.metr olan boş otaqdan; 11,5 kv.metr olan anbardan və 63,2 kv.metr olan boş otaqlardan ibarət olduğu qeyd edilib. Bundan sonra 08 may 2019-cu il tarixli Çıxarışa əsasən, ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 97,9 kv.metr olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, iddiaçı sözügedən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə həmin qeyri-yaşayış sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir. Lakin, cavabdeh qeyri-yaşayış sahəsini könüllü boşaltmadığı üçün iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Bu baxımdan iddiaçı cavabdehin qanunsuz sahibliyində olan həmin qeyri-yaşayış sahəsini geri tələb etməkdə haqlı olub. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur. İş materiallarında olan X2 3-cü şəxs qismində cəlb olunma barədə vəsatəti və İddiaçı və X6 arasında olmuş mülki mübahisə üzrə qəbul edilmiş məhkəmə qərarlarını yenidən nəzərdən keçirərək birinci instansiya məhkəməsi nəticəyə gəlməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(112)-7492/2022 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Aida Hüseyn Hakimlər Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar