Məhkəmə qərarları › İş №2-1(103)-3069/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3069/2024

01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3069/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Ərizəçinin nümayəndələri X3, X1, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X8 Xidmətinə qarşı “təhqiqat aktının ləgv edilməsi, istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi, habelə İZ formalı aktın tərtib edilməsi üzrə tədbirlərin görülməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-781/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından ərizəçi SOCAR-ın X10 Tresti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X8 Xidmətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək istehsalatda əmək şəraitində keçirtdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilərək uçota alınması və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının, o cümlədən İZ formalı aktının tərtib olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “SOCAR-ın Maraqlı şəxs sabiq işçisi İddiaçı iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2018-ci il 24 aprel tarixli, 2-1(102)-660/2018 nömrəli qərarına əsasən yaradılmış təhqiqat komissiyasının Təhqiqat aktı”nın ləğv edilməsi, iddiaçının istehsalatda əmək şəraitində keçirtdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilərək uçota alınması və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi, habelə İZ formalı aktın tərtib edilməsi üzrə tədbirlərin görülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-781/2023 saylı qərarı ilə iddia təmin edilmiş, SOCAR-ın Maraqlı şəxs sabiq işçisi İddiaçı iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2018-ci il 24 aprel tarixli, 2-1(102)- 660/2018 nömrəli qərarına əsasən yaradılmış təhqiqat komissiyasının Təhqiqat aktı”nın ləğv edilməsi və İddiaçı istehsalatda əmək şəraitində keçirtdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilərək uçota alınması və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi, habelə İZ formalı aktın tərtib edilməsi üzrə tədbirlərin görülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan apellyasiya şikayəti verilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-781/2023 saylı, 11 may 2023-cü il tarixli qərarı 13 iyul 2023-cü il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Daha sonra SOCAR-ın Maraqlı şəxs tərəfindən məhkəməyə ərizə ünvanlanaraq hazırkı inzibati iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-781/2023 saylı qərarına əsasən SOCAR-ın Maraqlı şəxs sabiq işçisi İddiaçı iddiası təmin edilərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 1018-ci il 24 aprel tarixli, 2-1(102)-660/2018 nömrəli qərarına əsasən yaradılmış komissiyasının Təhqiqat aktı ləğv edilmiş və İddiaçı istehsalatda əmək şəraitində keçirdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilərək, uçota alınması və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi, habelə İZ formalı aktın tərtib edilməsi üzrə tədbirlərin görülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində X8 Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. İddiaçı əvvəllər SOCAR-ın Maraqlı şəxs 5-ci dərəcəli elektrik avadanlıqlarına xidmət edən elektrik-montyoru peşəsində işləyərkən, xx.xx.2015-ci il tarixdə, saat 11-00-də 13 saylı Dərin Dəniz özülündə qrafikə əsasən biriqada üzvləri ilə birgə növbə dəyişməsi zamanı helikopter gözləyərkən, özünü narahat hiss etmiş, tibb feldşeri tərəfindən ilkin yardım göstərildikdən sonra briqada üzvləri ilə birgə helikopterlə sahilə çıxarılan işçi təcili tibbi yardım maşını ilə “Tibbi sığorta proqramı” üzrə SOCAR-ın işçilərinə xidmət göstərən X2na aparılmışdır. Xəstəxanada müayinə zamanı ona “hipertoniya, beyin sol yarım kürəsinin hemogen insultu” diaqnozu qoyulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, işçi bundan əvvəlki illərdə eyni xəstəliklə uzun müddətdir ki, əziyyət çəkmiş və müalicələr almışdır. Göründüyü kimi İddiaçı SOCAR-ın Maraqlı şəxs işçisi olmuşdur. Baxılmış iş üzrə iddia tələbinin əsası kimi işdə stres keçirdiyinə istinad etmişdir. Məhkəmə İZ forma aktın tərtib edilməsi tələbini X8 Xidməti üzərinə öhdəlik qoysa da, həmin aktın aid edildiyi tərəf iddiaçının əvvəllər işlədiyi SOCAR-ın Maraqlı şəxs olması mübahisəsizdir. Yəni qərarla müəyyən edilmiş öhdəliyin cavabdeh tərəfindən yerinə yetirməsi, birbaşa SOCAR-ın Maraqlı şəxs üzərindən aparılacağı bəllidir və bu aşkar şəkildə qərarın özündə şərh edilmişdir. Bunun da ona aid hüquqa toxunacağını istisna etmir. Belə olan halda işə baxarkən, SOCAR-ın Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməli, işə onun iştirakı ilə baxılmalı idi. Lakin iddiaya baxılan zaman SOCAR-ın Maraqlı şəxs cəlb edilməmişdir. Bu da mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsasdır. Bu baxımdan da maraqlarına toxunan şəxs olaraq SOCAR-ın Maraqlı şəxs cəlb edilməklə işə yenidən baxılmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-781/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim M.Qarayeva) SOCAR-ın Maraqlı şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması barədə ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan ərizəçi apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-781/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma barədə ərizəyə uyğun tərtib edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1051/2024 nömrəli iş üzrə 11 yanvar 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ərizəçi kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin icraatının təzələnməsini, SOCAR-ın Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1372/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə ərizəçinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2-1(103)-1051/2024 saylı qərardadı ləğv edilmiş, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndələri və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və ərizəçi SOCAR-ın Maraqlı şəxs üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-781/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən müəyyən olunur ki, SOCAR-ın Maraqlı şəxs işçisi İddiaçı 23 sentyabr 2015-ci il tarixdə iş vaxtında səhhətinin pozulması halı baş vermişdir. İddiaçı bununla bağlı təhqiqatın aparılması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X8 Xidmətinə müraciət etmiş, cavabdeh 08 avqust 2016-cı il tarixli məktubla ona bildirmişdir ki, X2 tərəfindən səhhətin pozulması halının istehsalatda əmək şəraiti ilə əlaqəli olması barədə tibbi rəy təqdim edilmədiyindən baş vermiş hadisənin təhqiqatı aparılmamışdır. Bundan sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək istehsalatda əmək şəraitində keçirtdiyi insultun təhqiqatının aparılması və təhqiqat akının tərtib edilməsinin X4 həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)-3969/2016 saylı, 21 noyabr 2016-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı istehsalatda əmək şəraitində keçirtdiyi insultun təhqiqatının aparılması və təhqiqat aktının tərtib edilməsi vəzifəsi cavabdeh X4 həvalə edilmişdir. Həmin iş üzrə yekun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 24 aprel 2018-ci il tarixli, 2-1(102)-660/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək onun iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2018ci il 24 aprel tarixli, 2-1(102)-660/2018 nömrəli qərarına əsasən yaradılmış təhqiqat komissiyasının Təhqiqat aktı”nın ləğv edilməsi, iddiaçının istehsalatda əmək şəraitində keçirtdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilərək uçota alınması və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi, habelə İZ formalı aktın tərtib edilməsi üzrə tədbirlərin görülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2-1(112)-781/2023 saylı qərarı ilə iddia təmin edilmiş, SOCAR-ın Maraqlı şəxs sabiq işçisi İddiaçı iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2018-ci il 24 aprel tarixli, 2-1(102)- 660/2018 nömrəli qərarına əsasən yaradılmış təhqiqat komissiyasının “Təhqiqat aktı”nın ləğv edilməsi və İddiaçı istehsalatda əmək şəraitində keçirtdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilərək uçota alınması və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi, habelə İZ formalı aktın tərtib edilməsi üzrə tədbirlərin görülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan apellyasiya şikayəti verilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-781/2023 saylı, 11 may 2023-cü il tarixli qərarı 13 iyul 2023-cü il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Daha sonra isə Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı iddiası ilə bağlı Bakı İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2-1(112)-781/2023 saylı qərarının ləğv edilməsi, işin icraatının təzələnməsi, SOCAR-ın Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iş üzrə iddia tələbinin faktiki və hüquqi əsasları da, SOCAR-ın Maraqlı şəxs sabiq işçisi olmuş İddiaçı iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2018-ci il 24 aprel tarixli, 2-1(102)-660/2018 nömrəli qərarına əsasən yaradılmış təhqiqat komissiyasının təhqiqat aktının ləğv edilməsi və İddiaçı istehsalatda əmək şəraitində keçirtdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilərək uçota alınması və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi, habelə İZ formalı aktın tərtib edilməsi üzrə tədbirlərin görülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 Xidmətinin üzərinə qoyulmasından ibarətdir ki, bununla bağlı məsələ də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Cavabdeh haqqında Əsasnamənin 3.1.4-cü bəndinə əsasən öz səlahiyyətləri daxilində istehsalatda baş verən bədbəxt hadisələrin istehsalatla bağlılığını araşdıraraq təhqiqatını və uçotunu aparmaq bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq cavabdehin vəzifələrinə daxil olduğundan, Maraqlı şəxs maraqlarına toxunmur, iddiaçının və ya cavabdehin xeyrinə məhkəmə qərarının qəbul edilməsi nəticəsində üçüncü şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması, yaxud pisləşməsinin baş vermə ehtimalı yoxdur. Odur ki, inzibati iş üzrə qəbul ediləcək qərarla Maraqlı şəxs üçüncü şəxs qismində maraqlarına toxunma məqamı hazırki mərhələdə müəyyən edilmədiyindən üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi əsassızdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: Maddə 212. Əməyin mühafizəsinin dövlət tərəfindən tənzimlənməsi

1. Əməyin mühafizəsinə dair vahid dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

2. Müvafiq icra hakimiyyəti orqanı: əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətini hazırlayır və həyata keçirir, əmək şəraitini yaxşılaşdırmaq və əməyin mühafizəsini təmin etmək sahəsində müvafiq icra hakimiyyəti orqanlarının, işəgötürənlərin vəzifələrini müəyyənləşdirir, sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək sahəsində onların fəaliyyətini əlaqələndirir və ona nəzarət edir; həmkarlar ittifaqları və işəgötürənlərin nümayəndəli orqanları ilə məsləhətləşməklə əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına dair proqramları təsdiq edir, onların yerinə yetirilməsini təşkil və təmin edir; əməyin mühafizəsi vasitələrinin istehsalı barəsində müəssisələrə dövlət sifarişini müəyyən edir, bu vasitələrin hazırlanması və istehsalı üzrə müəssisələr yaradılmasına dair qərarlar qəbul edir; əməyin mühafizəsi sahəsində elmi tədqiqat işini təşkil edir və əlaqələndirir, müəyyən edilmiş qaydada təsdiq olunmuş milli proqramları həyata keçirir, bu işlərin maliyyələşdirilməsi qaydasını və şərtlərini müəyyən edir; əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasını təşkil edir; əməyin mühafizəsi üzrə respublikada vahid dövlət statistika hesabatının aparılması qaydasını müəyyən edir. Maddə 217. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydaları

1. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.

2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır.

3. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.

4. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.

5. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları" 1.2. İşçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən ... 1.8. İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X8 Xidməti həyata keçirir. 1.9. Bədbəxt hadisənin təhqiq edilməsinə əsas işəgötürənin, zərərçəkənin, mətbuat vasitələrinin, hüquq-mühafizə orqanlarının, tibb müəssisələrinin, respublikada fəaliyyət göstərən əməyin mühafizəsinə nəzarət orqanlarının və həmkarlar ittifaqları təşkilatlarının bədbəxt hadisənin baş verməsi haqqında yazılı və yaxud şifahi məlumatı ola bilər. Bu halda məlumat araşdırılır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılır.

2. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması 2.1. Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X8 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X8 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. 2.2. Xəsarətlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr- X8 Xidmətinin vəzifəli şəxslərindən, üzvlər- işəgötürənin və müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır. Təhqiqat komissiyasının yaradılmasına əsas bədbəxt hadisə barədə X8 Xidmətinə işəgötürən tərəfindən verilən məlumat ola bilər. Əgər gizlədilmiş bədbəxt hadisə halı dövlət nəzarət orqanları, həmkarlar təşkilatı tərəfindən aşkar edilərsə və yaxud belə məlumat mətbuatdan, radio və televiziya proqramlarından, digər mənbələrdən daxil olarsa, bədbəxt hadisənin gizlədilmə səbəbləri X8 Xidməti tərəfindən araşdırılır və lazımi hallarda işəgötürənin iştirakı olmadan bu Qaydalara müvafiq bədbəxt hadisənin təhqiqatının aparılmasını təşkil edir. 2.3. İşəgötürən tərəfindən bu Qaydaların 1.7-ci bəndində nəzərdə tutulmuş orqanlara haqqında məlumat verilməmiş, həmçinin əmək qabiliyyətinin dərhal itirilməsi ilə nəticələnməmiş bədbəxt hadisə baş verdiyi vaxtdan sonra işçi əmək qabiliyyətini itirərsə (ölərsə), zərərçəkənin, yaxud onun mənafeyini təmsil edən şəxsin ərizəsi əsasında, ərizə verilən gündən bir ay müddətində həmin bədbəxt hadisə bu Qaydalara əsasən təhqiq edilir. 2.4. Müəssisədə başqa təşkilat tərəfindən onun tapşırığını yerinə yetirmək və xidməti vəzifələrini icra etmək üçün göndərilmiş işçi ilə baş vermiş bədbəxt hadisə, müəssisənin və zərərçəkənin mənsub olduğu təşkilatın nümayəndəsinin iştirakı ilə təhqiq edilir. İZ formalı aktın 3-cü bəndində işçini göndərən təşkilatın adı göstərilir. Bədbəxt hadisə zərərçəkənin mənsub olduğu təşkilat tərəfindən uçota alınır. 2.7. Zərərçəkənin əmək qabiliyyətinin müvəqqəti itirilməsi vaxtı qurtaran kimi, hadisə baş vermiş müəssisənin (bölmənin) rəhbəri İZ formalı aktın bədbəxt hadisənin nəticələri haqqında 14-cü bəndini doldurur və bu barədə X8 Xidmətinə məlumat göndərir (əlavə 3). 2.8. İşəgötürən tərəfindən müvəqqəti olaraq işləmək üçün başqa təşkilata göndərilmiş və yaxud əvəzçilik üzrə çalışan işçi ilə baş vermiş bədbəxt hadisənin təhqiqatı, bu işçinin müvəqqəti işlədiyi, yaxud əvəzçilik üzrə çalışdığı təşkilatın və əsas iş yerinin nümayəndələrinin iştirakı ilə aparılır və hadisə baş vermiş müəssisə tərəfindən uçota alınır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. İş materiallarından göründüyü kimi ərizəçinin hazırkı tələblə məhkəməyə müraciət etməkdə çatmaq istədiyi hüquqi nəticə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X8 Xidmətinə qarşı “təhqiqat aktının ləğv edilməsi, istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi, habelə İZ formalı aktın tərtib edilməsi üzrə tədbirlərin görülməsi” tələbinə dair inzibati iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə yönəlmişdir. Ərizəçi qeyd etmişdir ki, məhkəmə İZ forma aktın tərtib edilməsi tələbini X8 Xidməti üzərinə öhdəlik qoysa da, həmin aktın aid edildiyi tərəf iddiaçının əvvəllər işlədiyi SOCARın Maraqlı şəxs olması mübahisəsizdir. Yəni qərarla müəyyən edilmiş öhdəliyin cavabdeh tərəfindən yerinə yetirməsi, birbaşa SOCAR-ın Maraqlı şəxs üzərindən aparılacağı bəllidir və bu aşkar şəkildə qərarın özündə şərh edilmişdir. Belə olan halda işə baxarkən, SOCAR-ın Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməli, işə onun iştirakı ilə baxılmalı idi. Lakin, birinci instansiya məhkəməsi inzibati iş üzrə qəbul edilmiş qərarın ərizəçinin hüquqi marağına toxunmadığını əsas gətirərək, SOCAR-ın Maraqlı şəxs üçüncü şəxs qismində cəlb etməkdən imtina etmişdir. Məhkəmənin bu mövqeyini əsassız hesab edən Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nın 1.8-ci bəndinə əsasən istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Həmçinin həmin Qaydaların 2.4-cü bəndində qeyd edilir ki, müəssisədə başqa təşkilat tərəfindən onun tapşırığını yerinə yetirmək və xidməti vəzifələrini icra etmək üçün göndərilmiş işçi ilə baş vermiş bədbəxt hadisə, müəssisənin və zərərçəkənin mənsub olduğu təşkilatın nümayəndəsinin iştirakı ilə təhqiq edilir. İZ formalı aktın 3-cü bəndində işçini göndərən təşkilatın adı göstərilir. Bədbəxt hadisə zərərçəkənin mənsub olduğu təşkilat tərəfindən uçota alınır. Eyni zamanda, Əmək Məcəlləsinin 217-ci maddəsində də istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları müəyyən olunmuşdur. Yəni işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün dərhal, həmin hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana məlumat verməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, işin təkrar birinci instansiya icraatı zamanı ərizəçi SOCAR-ın Maraqlı şəxs “üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə” barədə ərizəsi təmin edilməli və onun iştirakı təmin edilməklə işə mahiyyəti üzrə yenidən baxılmalıdır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Ərizəçi SOCAR-ın Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-781/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar