Məhkəmə qərarları › İş №2-1(103)-3069/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3069/2025

30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3069/2025 30.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X4 ibarət tərkibdə, Şirazi Elxan oğlu Eldarzadənin katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1721/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin 19 oktyabr 2023-cü il tarixli **********0745 nömrəli qərarı ilə, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir;

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin 21 noyabr 2023-cü il tarixli **********6926 nömrəli qərarı ilə, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir;

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin 27 dekabr 2023-cü il tarixli **********5563 nömrəli qərarı ilə, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən, bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyənnamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emalavə saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 4083,99 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir;

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin 20 noyabr 2023-cü il tarixli **********6424 nömrəli qərarı ilə, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir;

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 27 fevral 2024-cü il tarixli **********746200 nömrəli qərarı ilə, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin 21 noyabr 2023-cü il tarixli **********6926 nömrəli, 19 oktyabr 2023-cü il tarixli **********0745 nömrəli və 27 dekabr 2023-cü il tarixli **********5563 nömrəli qərarları dəyişdirilmədən saxlanılmış, 20 noyabr 2023-cü il tarixli **********6424 nömrəli qərarı 18.000 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılaraq, 2.000 manat maliyyə saxnksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat.

6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********0745 nömrəli, xx.xx.2023-cü il tarixli, **********6424 nömrəli, xx.xx.2023-cü il tarixli, **********6926 nömrəli, xx.xx.2023-cü il tarixli, **********5563 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir.

7. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə, elektron qaydada məhkəməyə ərizə təqdim edərək əsl olmayan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsi ilə əvəz edilməsi məsələsinə baxılmasını xahiş etmişdir.

8. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, ərizə təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsi ilə əvəz edilsin.

9. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin 19 oktyabr 2023cü il tarixli **********0745 nömrəli qərarının, 21 noyabr 2023-cü il tarixli **********6926 nömrəli qərarının, 27 dekabr 2023-cü il tarixli **********5563 qərarının ləğv edilməsini və xx.xx.2023-cü il tarixli **********6424 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 27 fevral 2024-cü il tarixli **********7466200 nömrəli qərarına əsasən dəyişdirilmiş hissəyə uyğun ləğv edilməsini xahiş etmişdir.

10. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir.

11. İddiaçı bildirir ki, Dövlət Vergi Xidmətinin X12 üzrə Baş İdarəsinin 000852 saylı, 11 oktyabr tarixli akta münasibətdə qeyd edilməlidir ki, X11 Üzrə Baş İdarənin əməkdaşları ünvan 1 ünvanında yerləşən “İN Studio” gözəllik salonuna baxış keçirən zaman iddiaçının işçilərinin qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsinin rəsmiləşdirildiyi müəyyən olunduqdan sonra qanunsuz və əsassız olaraq Şahid1 əməkdaşlarını iddiaçının işçisi kimi qeyd edərək əmək müqaviləsiz fəaliyyət göstərən şəxslər kimi göstərmişdilər. İzahatı alınmış şəxslər də açıq-aşkar bildirmişlər ki, onlar Şahid1 işçiləri qismində gəlmişlər. Sınaq müddəti kimi Şahid1 ilə birlikdə obyektə baxış keçirməyə gəlmişlər. Vergi Xidmətinin əməkdaşları satış mağazasında olan iddiaçının qohumunu, hansı ki, daşıma zaman əşyalara kömək edən şəxsi onun işçisi kimi əmək müqaviləsi olmadan fəaliyyət göstərən şəxslər kimi yuxarıda qeyd olunan aktda göstərmişlər. Habelə qeyd edilməlidir ki, ünvan 1 ünvanında yerləşən “İN Studio” gözəllik salonu hazırda “Badamxanım” adı altında fəaliyyət göstərir. Yuxarıda adları çəkilən işçilər Şahid1 işçisi kimi rəsmiləşdirilmiş və orada fəaliyyət göstərirlər. Dövlət Vergi Xidmətinin X12 üzrə Baş İdarəsinin 000697 saylı, 11 oktyabr tarixli aktına münasibətdə qeyd olunmalıdır ki, akta əlavə edilmiş fotolardan da aşkar şəkildə görünür ki, ünvan 1 ünvanında yerləşən “İN Studio” gözəllik salonunda olan lazer-kosmetoloji aparat müvafiq otaqda saxlanc qismində göstərilmişdir. Belə ki, hər hansı müştəriyə xidmət göstərilməmiş, ümumiyyətlə həmin aparatlar işlək vəziyyət olmamışdır. Sadəcə olaraq gözəllik salonunda lazer aparatı olduğudan vergi xidmətinin əməkdaşları öz şəxsi mülahizələrinə uyğun olaraq qeyd olunan obyektdə lazer xidmətlərinin göstərilməsi qənaətinə gəlmişlər. Dövlət Vergi Xidmətinin X12 Üzrə Baş İdarəsinin 001658 saylı, 07 noyabr tarixli aktına münasibətdə qeyd edilməlidir ki, guya Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 63/21 yeləşən təmirdə olan “Kryolan” gözəllik salonunda ümumi dəyəri 141.825,06manat sənədsiz mal, həmçinin 4134,67 manat dəyərində sənədsiz mallar aşkar edilmişdir. Ümumi obyektdə 115.801,77 manat dəyərində sənədsiz mallar, həmçinin 26.023,29 manat dəyərində sənədli mallar aşkar edilmişdir. Halbuki, ekspertiza rəyi həqiqətə uyğun deyildir. X11 Üzrə Baş İdarə malların real bazar qiymətinə (satış qiymətinə) münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsini təklif etmişdir. Halbuki malların satış qiyməti deyil maya dəyərinə münasibətdə vergi orqanı maliyyə sanksiyasının tətbiq edilməsini təklif edə bilərdi. Həmçinin vergi orqanına təqdim olunmuş sənədlər üzrə malların hamısı “Kryolan” Türkiyə Respublikasında olan nümayəndəliyindən əvəzi tam ödənilməklə alınmamışdır. Belə ki, iddiaçı “Kryolan” firması ilə tərəflər arasında bağlanmış müqaviləyə əsasən “Kryolan” firmasının Azərbaycan Respublikasında rəsmi distrübütorudur, 01 yanvar 2023- cü il tarixədək həmin müqavilə qüvvədə olmuşdur. Habelə qeyd olunmalıdır ki, İddiaçı tərəfindən yük gömrük bəyannamələri vergi orqanına təqdim olunsa da vergi orqanı tərəfində göstərilən hallar obyektiv araşdırılmamışdır. Belə ki, təqdim edilmiş yük gömrük bəyannamələrində qeyd olunan malların alıcı qismində İddiaçı olması öz əksini tapsa da vergi orqanı qeyd olunan xüsusatlara qiymət verməmişdir. Sanksiya tətbiq olunacaq mallar qeyd olunan ünvandan aşkar edilməmişdir. Belə ki, bütün malların rəsmi alış və ölkəyə gətirilmə sənədləri vergi orqanına təqdim edilmişdir.

12. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı barəsində X8 tədbiri Vergi Məcəlləsinin 50.2.2-ci maddəsində göstərilmiş əsaslara görə (vergi orqanları tərəfindən mənbəyi bəlli məlumatlar) təyin edilmişdir. Bakı şəhəri X11 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********8894 nömrəli “X8nin həyata keçirilməsi haqqında” Qərarına əsasən sahibkarın fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən "KRYOLAN" kosmetoloq və kosmetika salonu adlı obyektində X8 tədbiri zamanı 1 (bir) nəfər fiziki şəxsin əmək müqaviləsi bağlanılmadan işə qəbul edilməsi faktı aşkar edilərək, nəticəsi 11,10.2023-cü il tarixli DVX seriyalı 000851 nömrəli aktla rəsmiləşdirilmişdir. Vergi ödəyicisi X8 tədbiri həyata keçirilən zaman Qərar və çıxarışla tanış edilərək tərtib olunmuş aktı imzalayaraq bir nüsxəsini qəbul etmişdir. Fiziki şəxs Şahid10 X8 tədbiri zamanı yazılı izahat verərək, təxminən 15 gündür ki, İddiaçı məxsus obyektə malların sayımı ilə bağlı köməyə gəldiyini, işəgötürənlə arasında əmək müqaviləsi və ya xidməti müqavilə bağlanmadığını, obyektdə işləyən digər şəxslərdən administrator İlhamə xanımı tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. Eyni zamanda İddiaçı da X8 tədbiri zamanı yazılı izahat verərək, ünvan 2 ünvanında yerləşən "KRYOLAN" adlı obyekti işlətdiyini, ona məxsus obyektdə fəaliyyət göstərən işçi Şahid10 15 gündür ki, obyektdə malların sayımına köməklik etdiyini, bu müddət ərzində Şahid10 ilə əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadığını, əmək haqqı vermədiyini, bundan sonra onunla işləyəcəyi təqdirdə Şahid10 ilə əmək müqaviləsi bağlayacağına söz verdiyini bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. Həmçinin X8 tədbiri zamanı obyektdə keçirilmiş ekspertizanın nəticələrinə görə 141.825,06 manat dəyərində malların mövcud olduğu, vergi orqanı tərəfindən həmin mallardan 115.801,77 manat dəyərində malların alışını təsdiq edən sənədlərinin mövcud olmadığı aşkar edilərək nəticəsi 07.11,2023-cü il tarixli DVX seriyalı 001658 nömrəli aktla rəsmiləşdirilmişdir. İddiaçı aktı imza etməkdən imtina etdiyi və bu barədə aktda müvafiq qeydlərin edildiyi müəyyən edilmişdir. Eyni zamanda İddiaçı onun iştirakı ilə sayılmış malların siyahılarındakı hər səhifədə imza edərək “Tanış oldum, razıyam“ qeyd etməklə imza etdiyi, bundan əlavə yazılı iltizam verərək obyektdə olan malların onun iştirakı ilə siyahıya alındığını, malların alış qiymətlərinin onun tərəfindən bildirildiyini və bunu imza etməklə təsdiq etdiyini bildirdiyi, xx.xx.2023-cü il tarixdə mal qalığı ilə əlaqədar ekspert rəyinin tanış edilməsi ilə bağlı İddiaçı ilə telefon əlaqəsi saxlanıldığı, sonuncunun obyektə gəlməkdən və ekspert rəyi ilə tanış olmaqdan imtina etdiyi, bu faktın vergi orqanı əməkdaşları tərəfindən sərbəst aktla rəsmiləşdirildiyi müəyyən edilmişdir. İddiaçı nəzarət tədbiri zamanı xx.xx.2023-cü il tarixdə izahat verərək obyektdə olan malların ona məxsus olduğunu, malların alış qiyməti ilə dəyərinin 42.514,0 manat olduğunu, malları “X9” şirkətindən aldığını, həmin malların Türkiyə Respublikasından idxal edildiyini, malların üzərinə 23 faiz ticarət əlavəsi qoyulduğunu, bütün malların yük gömrük bəyannamələrinin və invoyslarının mövcud olduğunu, malların alış və satış qiymətlərinin onun tərəfindən deyildiyini bildirmişdir. Tərtib edilmiş aktlar əsasında Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********0745 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 2000 (iki min) manat məbləğində və xx.xx.2023-cü il tarixli **********5563 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 4083.99 (dörd min səksən üç manat doxsan doqquz qəpik) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan Qərarlar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamələr xx.xx.2023-cü il tarixli **********957900 nömrəli və xx.xx.2023-cü il tarixli **********685800 nömrəli məktublarla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********8886 nömrəli “X8nin həyata keçirilməsi haqqında" Qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 3 ünvanında yerləşən “İN studio” gözəllik salonunda xx.xx.2023-cü il tarixdə keçirilmiş X8 tədbiri zamanı saç baxımına və lazer xidmətinə görə ödənilmiş 115,0 manat məbləğin nəzarət-kassa aparatına mədaxil edilmədiyi və müştəriyə nəzarətkassa aparatı çekinin təqdim edilmədiyi aşkar edilərək nəticəsi xx.xx.2023-cü il tarixli DVX seriyalı 032313 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirilmişdir. İddiaçı obyektdə olmadığı üçün aktın və əlavə edilmiş sənədlərin ona təqdim edilməsinin mümkün olmamış və bu barədə aktda müvafiq qeydlər edilmişdir. Eləcə də, X8 tədbiri zamanı 10 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsi) cəlb edildiyi aşkar edilərək, nəticəsi xx.xx.2023-cü il tarixli DVX seriyalı 000852 nömrəli aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş aktlar əsasında Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********6424 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul olunaraq vergi ödəyicisinə 20000 (iyirmi min) manat məbləğində və xx.xx.2023-cü il tarixli **********6926 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan Qərarlar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamələr 20.11,2023-cü il tarixli **********539800 nömrəli və xx.xx.2023-cü il tarixli **********008400 nömrəli məktublarla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən ünvanlanmış müraciətlərə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsi tərəfindən baxılaraq, xx.xx.2024-cü il tarixli **********746200 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” Qərar qəbul edilərək, xx.xx.2023-cü il tarixli **********6424 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar 18.000,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılaraq, 2000,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1721/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

14. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildildirilmişdir ki, Şahid1 səmimi şəkildə etiraf edir ki, onun tərəfindən sınaq müddəti müəyyən olunmaqla şəxslər əl qabiliyyətlərinin yoxlanılması məqsədi ilə dəvət edilmişdir. Bundan başqa məhkəmə iclası zamanı şahid qismində dindirilmiş şəxslər özləri də etiraf etmişdirlər ki, onları Şahid1 işə götürmək məqsədi ilə dəvət etmişdir. Sosial şəbəkədə İddiaçı tərəfindən verilmiş elanlar və məhkəmə təqdim edilən həmin elanları fotoşəkillərindən də görünür ki,ünvan 3 ünvanında yerləşən "İN studio" gözəllik salonunda İddiaçı yeni obyektə köçəcəyindən qeyd olunan obyektin icarəyə verilməsini bildirmişdir. Eyni zamanda “card to card” edilməklə pul ödənişlərinin edilməsi faktı da öz təsdiqini tapmır. Belə ki, Vergi orqanında inzibati araşdırma zamanı təqdim edilmiş sənədlərdən görünür ki, heç bir card əməliyyatı həyata keçirilməklə ünvan 3 ünvanında yerləşən "İN studio" gözəllik salonunda çalışan hər hansısa bir işçiyə ödəniş göndərilməmişdir. Əksinə Vergi orqanı əməkdaşından hansı karta ödəniş etməsi soruşulduqda dəfələrnən sualdan yayınmış, ödəniş edilən kartı göstərə bilməmişdir. Habelə məhkəmə qərarın təsviri hissəsində qeyd etsə də Bakı şəhəri X11 üzrə Baş İdarəsinin 21 noyabr 2023-cü il tarixli **********6926 nömrəli qərarı ilə 4083, 99 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və həmin qərarın əsaslığını təşkiledən hallara dair öz mövqeyini əsaslandırmamış, iddia da qeyd olunan həmin hallara hüquqi qiymət verməmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

17. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətində qeyd olunanlara uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin edilməsini, cavabdehin nümayəndəsi X3 isə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

19. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X8ni keçirmək hüquqları vardır. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 50.1-ci maddəsinə əsasən X8 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 -ci maddələrinə əsasən)

24. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 18-20-ci bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

25. İşin faktiki hallarından göründüyü kimi iddiaçı vergi ödəyicisi kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ünvan 2 ünvanında yerləşən "KRYOLAN" kosmetoloq və kosmetika salonu adlı obyektini işlədir. Cavabdeh orqanın Bakı şəhəri X11 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********8894 nömrəli “X8nin həyata keçirilməsi haqqında” Qərarına əsasəm iddiaçının fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən "KRYOLAN" kosmetoloq və kosmetika salonu adlı obyektində X8 tədbiri həyata keçirilmiş və 1 (bir) nəfər fiziki şəxsin əmək müqaviləsi bağlanılmadan işə qəbul edilməsi faktı aşkar edilərək, nəticəsi xx.xx.2023-cü il tarixli DVX seriyalı 000851 nömrəli aktla rəsmiləşdirilmişdir. Bundan əlavə, Bakı şəhəri X11 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********8886 nömrəli “X8nin həyata keçirilməsi haqqında" Qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 3 ünvanında yerləşən “İN studio” gözəllik salonunda xx.xx.2023-cü il tarixdə keçirilmiş X8 tədbiri zamanı saç baxımına və lazer xidmətinə görə ödənilmiş 115,0 manat məbləğin nəzarət-kassa aparatına mədaxil edilmədiyi və müştəriyə nəzarət-kassa aparatı çekinin təqdim edilmədiyi aşkar edilərək nəticəsi xx.xx.2023-cü il tarixli DVX seriyalı 032313 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirilmişdir. Eləcə də, X8 tədbiri zamanı 10 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsi) cəlb edildiyi aşkar edilərək, nəticəsi xx.xx.2023-cü il tarixli DVX seriyalı 000852 nömrəli aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş aktlar əsasında Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********6424 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul olunaraq vergi ödəyicisinə 20000 (iyirmi min) manat məbləğində və xx.xx.2023-cü il tarixli **********6926 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.İddiaçı hazırda həmin qərarları mübahisələndirir və ləğv edilməsini xahiş edir.

26. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotunun Təşkili Baş İdarəsinə sorğu verilmişdir.

27. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotunun Təşkili Baş İdarəsinin 01 iyul 2025-ci il tarixli məktubu ilə, X8 tədbiri üzrə müşahidə kameraları vasitəsi ilə çəkilmiş videogörüntülər təqdim edilmişdir.

28. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəfindən həyata keçirilmiş X8 tədbiri zamanı müxtəlif şəxslərin izahatı alınmışdır. Belə ki, Fiziki şəxs Şahid2 X8 tədbiri zamanı yazılı izahat verərək, xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən “İN studio” gözəllik salonuna Badamxanım tərəfindən sınaq müddətinə cəlb olunduğunu, əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildiririşinin surətinin ona təqdim olunmadığını, obyektdə işləyən digər şəxslərdən Solmaz və Ayseli tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. Fiziki şəxs Şahid3 X8 tədbiri zamanı yazılı izahat verərək, xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən “İN studio” gözəllik salonuna Badamxanım tərəfindən saç ustası vəzifəsinə sınaq müddətinə cəlb olunduğunu, sınaq müddətində olduğu üçün onunla əmək müqaviləsinin bağlanmadığını, obyektdə işləyən digər şəxslərdən Badamxanım, Aysel, Solmaz, Nəzrin və Sonanı tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. Fiziki şəxs Şahid4 X8 tədbiri zamanı yazılı izahat verərək, xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən “İN studio” gözəllik salonuna Badamxanım tərəfindən sınaq müddətinə cəlb olunduğunu, əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildiririşinin surətinin ona təqdim olunmadığını, obyektdə işləyən digər şəxslərdən Solmaz və Nəzrini tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. Fiziki şəxs Şahid5 X8 tədbiri zamanı yazılı izahat verərək, xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən “İN studio” gözəllik salonuna Badamxanım tərəfindən sınaq müddətinə cəlb olunduğunu, əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildiririşinin surətinin ona təqdim olunmadığını, obyektdə işləyən digər şəxslərdən Aysel və Nəzrini tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. Fiziki şəxs Şahid6 X8 tədbiri zamanı yazılı izahat verərək, sınaq müddətinə cəlb olunduğunu, sınaq müddətində model olaraq işlədiyini, ayın 10-u və11-i obyektdə olduğunu, sınaq müddətində olduğu üçün onunla əmək müqaviləsinin bağlanılmadığını, obyektdə işləyən digər şəxslərdən Badamxanımı tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. Fiziki şəxs Şahid1 İman qızı X8 tədbiri zamanı yazılı izahat verərək, ünvan 3 ünvanında yerləşən “İN studio” gözəllik salonuna 2 gündür ki, saç ustası kimi sınaq müddətinə gəldiyini, əgər işləyəsi olsa İddiaçı ilə əmək müqaviləsi bağlayacağını, Tünzalə, Aysel, Solmaz, Nəzrin və Fatiməni işi öyrənsələr işə götürəcəyini bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. Digər 4 nəfər fiziki şəxs Şahid8, X6, Şahid9 və X5 isə izahat verməkdən imtina etmişlər. Bundan əlavə İddiaçı şikayətində və xx.xx.2023-cü il tarixli izahatında fiziki şəxs Şahid8 Şahid1 İman qızının komandasında olduğunu bildirdiyi halda, Şahid8 ilə İddiaçı arasında X8 tədbirindən sonra, yəni xx.xx.2023-cü il tarixdə Kosmetikaçı, makiyaj - studiya vəzifəsində əmək müqaviləsi bağlandığı müəyyən edilmişdir. Eyni zamanda Şahid1 İman qızının xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinə təqdim etdiyi izahatında və araşdırmaya təqdim etdiyi 25.01,2024-cü il və xx.xx.2023-cü il tarixli izahatlarında fiziki şəxs X2 və digər 5 nəfərin onun komandasında olduğunu və həmin fiziki şəxsin İddiaçı işçisi olmadığını bildirdiyi halda X8 tədbirindən sonra İddiaçı ilə X6 arasında xx.xx.2023-cü il tarixdə saat 10:08də əmək müqaviləsinin bağlandığı və xx.xx.2023-cü il tarixdə saat 14:04-də ləğv edildiyi müəyyən edilmişdir.

29. Məhkəmə kollegiyası tərəfindən məhkəmə iclasında vergi orqanı tərəfindən təqdim edilmiş diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı Şahid1 əməkdaşlarını İddiaçı əməkdaşları kimi qeyd edərək əmək müqaviləsiz fəaliyyət göstərən şəxslər kimi göstərmişdilər. İzahatı alınmış şəxslər də açıq-aşkar bildirmişlər ki, onlar Şahid1 işçiləri qismində gəlmişlər və model kimi fəaliyyət göstərirlər. Eyni zamanda vergi orqanı digər şəxsin saçlarına baxım edildiyini, bu xidmətə görə 100 manat nəğd ödəniş edildiyini, lakin qəbz verilmədiyini bildirərək vergi ödəyicisinə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması səbəbindən vergi məsuliyyətinə cəlb etmişdir. Lakin, diskə baxış zamanı qeyd olunan məsələ vergi orqanı tərəfindən vurğulansa da xidmət göstərilən şəxsin kimliyi və onun həqiqətən də 100 manat ödəniş edilməsi müəyyən edilməmişdir. Bakı şəhəri, Bülbül prospekti 63 ünvanında yerləşən “Kruolan” kosmetika salonunda əmək müqaviləsi bağlamadan Şahid10 işlərə cəlb edilməsi ilə bağlı araşdırma aparılmış və həmin şəxsin iddiaçının qohumu olması səbəbindən salondan köçərkən malların bir qisminin həmin salonda yerləşdirilməsinə köməklik göstərilməsi müəyyən olundu. Belə ki, qeyd olunanlar Aydan tərəfindən yazılan izahatda və videogörüntüdə də öz əksini tapmışdır.

30. Göründüyü kimi, vergi orqanı əsassız olaraq iddiaçı barəsində 19 oktyabr 2023-cü il tarixli **********0745 nömrəli qərarı, 21 noyabr 2023-cü il tarixli **********6926 nömrəli qərarı, xx.xx.2023-cü il tarixli **********6424 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 27 fevral 2024-cü il tarixli **********7466200 nömrəli qərarı əsassız olaraq qəbul etmişdir.

31. Vergi orqanı tərəfindən qəbul edilmiş 27 dekabr 2023-cü il tarixli qərara münasibətdə kollegiya qeyd edir ki, işin materiallarından vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyənnamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı mövcud olmadığından vergi orqanı haqlı olaraq iddiaçını 4083,99 manata məbləğində vergi məsuliyyətinə cəlb etmişdir.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın əmək müqaviləsinin rəsmiləşdirilməməsi və əməliyyatın kassa aparatına vurulmaması ilə bağlı hissəsində təmin etməməkdə düzgün nəticəyə gəlməmişdir.

33. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

34. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1721/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı qismən ləğv olunmalı, iddia tələbi rədd olunan hissədə təmin olunmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1721/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı qismən ləğv edilsin. İddia tələbi 19 oktyabr 2023-cü il tarixli **********0745 nömrəli qərarının, 21 noyabr 2023-cü il tarixli **********6926 nömrəli qərarının, xx.xx.2023-cü il tarixli **********6424 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 27 fevral 2024-cü il tarixli **********7466200 nömrəli qərarın ləğv edilməsi hissəsində təmin edilsin. Qalan hissədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1721/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar