Məhkəmə qərarları › İş №2-1(103)-3071/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3071/2023

15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3071/2023 15.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı “fərdi yaşayış evi ilə təmin edilmə” barədə iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8284/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı işğaldan azad olunmuş torpaqlarda mənzillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xocavənd rayonu Ağoğlan (Hadrut) şəhər tipli qəsəbəsində mənzillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, erməni işğalçı siyasəti nəticəsində yaşadıqları Füzuli şəhəri, İnşaatçılar küçəsi ev 10/8 də yerləşən mənzillərindən eləcə də oradakı yardımçı həyatyanı sahələrindən məhrum edilərək, doğulub boya başa çatdığı Qarabağdan məcburi şəkildə düşmən hərbi birləşmələrin təcavüzü nəticəsində 30 ilə yaxındır ki, məcburən köçkünlük həyatı yaşamağa məcbur olmuşdur. Onun ailə üzvü 4 nəfərdən ibarət olmuşdur. Bu müddət ərzində, onlar 4 nəfər ailə üzvü ilə heç bir mənzil məişət şəraiti olmayan qeyri yaşayış sahələrində yaşamağa məcbur olmuşdur. Məcburi köçkünlük illərində dəfələrlə cavabdeh inzibati orqana onların dövlət hesabına tikilən mənzillərlə təmin olunması barədə müraciətləri təmin olunmamışdır. Sonradan iddiaçı iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Füzuli şəhərində olan 5 otaqlı mənzilinin dəyərinin hazırki bazar qiyməti ilə qiymətləndirilməklə Ermənistan dövlətindən təzminat olaraq 100.000 (bir yüz min) AZN maddi və 100.000 (bir yüz min) AZN də mənəvi, cəmi 200.000 (iki yüz min) AZN (120.000 ABŞ dolları) olmaqla alınması haqqında; bu mümkün olmayacağı təqdirdə dəyəri 200.000 (iki yüz min) AZN (120 000 ABŞ dolları) olmaqla Bakı şəhərində yerləşən mənzil-məişət şəraiti yaşamağa imkan verən mənzillə-mənzilin dəyəri Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin hesabına ödənilməklə təmin olunmağı barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra isə məhkəmənin hazırlıq icraatı iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının Ağoglan (Hadrut) qəsəbəsində mənzil məişət şəraiti yaşamağa imkan verən həyət evi ilə təmin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8284/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8284/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1958-ci ildə Füzuli rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Füzuli rayon X7 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 12 №-li orderin surətindən görünür ki, 4 (dörd) nəfərdən ibarət ailəsi ilə birlikdə İnşaatçılar küçəsi, ev 10, mənzil 8 ünvanında 5 (beş) otaqdan ibarət 61,87 kv.m mənzil İddiaçı istifadəsinə verilmişdir. - Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AA seriyalı, 318692 №-li məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, 1958-ci il təvəllüdlü İddiaçı 1993-cü ildən Füzuli rayonundan məcburi köçkündür. Hazırda müvəqqəti Suraxanı rayonunda məskunlaşmışdır. - M/V 055925 №-li vəsiqənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə İddiaçı Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən müharibə veteranı vəsiqəsi verilmişdir. - Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli 01/2398 №-li və xx.xx.2022-ci il tarixli 01/2544 №-li eyni məzmunlu məktublarında qeyd olunmuşdur ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə inşa edilmiş qəsəbələrə təyinatı üzrə köçürülməsi nəzərdə tutulmuş ailələrin mənzilə təmin edilməsi prosesi başa çatmışdır. Eyni zamanda 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın müddət ərzində işgal altında saxlanılmış ərazilər azad edildiyindən, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına Böyük Qayıdışına şərait yaranmışdır. Ölkə rəhbərliyinin tapşırığına əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə, qeydiyyatda olauqları şəhər və rayonlar üzrə onlar üçün mərhələli şəkildə tikiləcək yeni evlərlə təmin olunacaqları nəzərdə tutulmuşdur. - Qaçınların və X6 üzrə Dövlət Komitəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 01/410 №-li cavab məktubunda ona müvafiq köməklik göstərilməsi ilə bağlı Komitə tərəfindən Suraxanı rayon İcra və probasiya şöbəsinə müraciət ünvanlanmışdır. - Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 106/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular X3, İddiaçı, X12, X5 və X14 “Lalə” firmasına məxsus ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasında çıxarılmalarına dair icra sənədi üzrə Suraxanı rayon icra şöbəsi tərəfindən icraata balanılması barədə qərar qəbul olunmuş və tələbin könüllü icrası haqqında borclulara xx.xx.2022-ci il tarixli 18-24096/22-28 №-li bildiriş göndərilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosialiqtisadi inkişaf Strategiyası”na əsasən: 3.4. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaqdır. Əhalinin dayanıqlı məsklunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaqdır. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyriyaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçiriləcəkdir. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaqdır. İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası təmin ediləcək. İqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin canlanmasının sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması təmin ediləcək. Ərazilərə yüksək texnoloji tutumlu investisiyaların cəlbi nəticəsində ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaq. Regionda dairəvi iqtisadiyyata əsaslanan “ağıllı” biznes modelləri yaradılacaq. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşma təşviq ediləcək. Mədənçıxarma sahəsində təbii ehtiyatlar dövlət‒özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb olunacaq. Rəqabətqabiliyyətli, qabaqcıl infrastrukturla təmin edilmiş aqrar istehsal və aqrar emal formalaşdırılacaqdır. Qarabağ bölgəsi turizm biznesi üçün cəlbedici, turistlər üçün əlçatan, unikal, keyfiyyətli və rəqabətli turizm xidmətləri təklif edən turizm destinasiyası olacaqdır. İlkin mərhələdə, bərpa və quruculuq prosesinə paralel olaraq özəl layihələr dəstəklənməklə ticarətxidmət-logistika mərkəzləri şəklində iqtisadi zonaların, müasir istehsal infrastrukturu olan sənaye parkları və məhəllələrin yaradılması istiqamətində işlər görüləcək. İqtisadiyyatın sürətli bərpası və dayanıqlı inkişafı, o cümlədən rəqabətli istehsal və emal sahələrinin fəaliyyəti müasir infrastrukturla dəstəklənəcək, prioritet sahələrdə sahibkarlara geniş çeşidli stimullar veriləcək, vergi-gömrük azadolmaları və güzəştli maliyyələşmə alətləri geniş tətbiq olunacaq, kreditlərin və investisiyaların sığortalanması mexanizmi yaradılacaqdır. Ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilməklə “yaşıl enerji zonası” konsepsiyası tətbiq ediləcək. Nəticədə, ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payı davamlı artacaq. Bu Prioritet “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində icra ediləcəkdir. Azərbaycan Respublikasının Prezidentinin 16 noyabr 2022-ci il 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na əsasən: Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpaquruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyatkommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosialiqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək məqsədilə qərara alınmışdır:

1. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) səmərəli icrasının təmin edilməsi məqsədilə zəruri əlaqələndirmə tədbirləri görsün.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və hesabatlılığı həyata keçirsin; 3.2. Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, X2 və Kommunikasiya Mərkəzi həyata keçirsin.

5. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görsünlər. Yuxarıda qeyd edilən qanunvericilik normalarından görünür ki, iddiaçının Ağoğlan (Hadrut) şəhər tipli qəsəbəsində mənzil-məişət şəraiti yaşamağa imkan verən mənzillə təmin olunması bağlı ərizəsinin cavabdeh tərəfindən icra edilməməsi qanuni və əsaslı olmuşdur. Belə ki, işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin məskunlaşdırılması dövlət əhməiyyətli məsələ olmaqla, dövlət həllinə çalışdığı priotet və aktual problemlərdən biridir. Məhz buna görə də, dövlət tərəfindən vətəndaşların məskunlaşdırılması xaotik deyil, planlı şəkildə həyata keçirilir. Elə bunu məntiqi nəticəsi olaraq, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” təsdiq edilmişdir. Proqaramda işğaldan azad olunmuş ərazilərdə aparılmış bərpa- quruculuq işləri və mövcud vəziyyət, məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı, təhlükəsizliyin tam təmin edilməsinə dair və digər məsələlər müəyyən olunmuşdur. X9 uyğun olaraq, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının növbəli qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlət Proqramında 3-cü prioritet istqamətdə müəyyən olunmuş aidiyyəti bəndlər üzrə üzrə (əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi) müvafiq Komitə əsas icraçı orqan kimi göstərilmişdir. 2022-2026-cı illəri əhatə edən X4 əsas icraçısı olduğu bəndlər üzrə, məcburi köçkünlər arasında aparılacaq sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi, geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xəttin yaradılması və onların adaptasiyası ilə bağlı tədbirlərin daha səmərəli həyata keçirilməsi üçün müvafiq dövlət orqanları əməkdaşlarının peşəkar təlimlərə cəlb olunması, əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili nəzərdə tutulmuşdur. Dövlət Proqramına əsasən, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq, mərhələli qaydadda inşa edilmş evlərə 2022-2026-cı illər ərzində 34500 məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və ailəsi yaşayış yeri üzrə Füzuli rayonunda qeydiyyatda olduğundan, digər məcburi köçkün ailələri kimi onların da qeydiyyatda olduqları ünvan üzrə yaşayış sahəsi ilə təmin edilməsi Dövlət Proqramına və geri qayıdışla bağlı bu sahədə qəbul ediləcək digər normativ hüquqi aktlara əsasən həyata keçiriləcəkdir Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8284/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8284/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar