Məhkəmə qərarları › İş №2-1(103)-3076/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3076/2025

20.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3076/2025 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair işi üzrə Açar sözlər: (mülkiyyət hüququnun qeydiyyata alınması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X3 qızından ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili nümayəndə2, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (3-cü şəxs: Binəqədi rayonu Binəqədi Bələdiyyəsi) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, *** nömrəli qərarına əsasən Binəqədi rayonu, 6-cı mkr-un, Qərb hissəsində 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq, vətəndaş X1 tərəfindən abadlaşdırılaraq yararlı vəziyyətə salındığını və onun tərəfindən uzun müddət istifadə edildiyini nəzərə alaraq, (hər kv.m. üçün YAN ilə 8 man. 32 qəp. ödəmək şərti ilə) onun müikiyyətinə ayrılması qərara alınmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, *** nömrəli Qərarına əsasən, Binəqədi rayonu, 6-cı mkrun Qərb hissəsində 600 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın imtina məktubunda qeyd edilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına akt təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə İddiaçı arasında ##.##.2007-ci il tarixli, *** saylı torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə verilmiş Binəqədi rayonu 6-cı mkr-nın Qərb hissəsində 600 kv.m. torpaq sahəsi üzərində faktiki koordinatlar nəzərə alınmaqla, İddiaçı mülkiyyət hüququnun qeydə alınması və müqavif çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi bələdiyyəsinin ##.##.2007-ci il tarixli, *** saylı qərarında qeyd edilmişdir: “Binəqədi rayonu 6-cı mkr-nın Qərb hissəsində 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq, vətəndaş İddiaçı tərəfindən abadlaşdırılaraq yararlı vəziyyətə salındığını və onun tərəfindən uzun müddət istifadə edildiyini nəzərə alaraq, (hər kv.m. üçün YAN ilə 8 man. 32 qəp ödəmək şərti ilə) onunmülkiyyətinə verilsin; ... vətəndaş İddiaçı ilə müvafiq alqı-satqı müqaviləsi bağlasın. Həmin qərara əsasən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə İddiaçı arasında ##.##.2007-ci il tarixli, *** saylı torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, Binəqədi rayonu, 6-cı mkr-nın Qərb hissəsində İddiaçı istifadə etdiyi 600 kv.m ərazi ona təklif edilmiş və hər kv.m. üçün 8 manat 32 qəpik məbləğ razılaşdırılmaqla İddiaçı təklif edilən sahəni qəbul etmişdir. Ödənişin bələdiyyə iclasında qərar qəbul edildikdən sonra həyata keçirilməsi razılaşdırılmışdır. ##.##.2008-ci il tarixli qəbzdən göründüyü kimi, İddiaçı tərəfindən 4992 (dörd min doqquz yüz doxsan iki) AZN Binəqədi bələdiyyəsinin hesabına köçürülmüşdür. ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə tərəfimizdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi İdarəsinə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmazəmlakın dövlət reyestrində qeyddiyyata alınması barədə müraciət edilmişdir. Lakin cavab məktubu ilə ərizənin icrasından qanuna zidd və əsassız şəkildə imtina edilmişdir. Belə ki, məktubda qeyd edilmişdir: “ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmış torpaqların alğısatqısına dair akt təqdim edilməmişdir.” Göründüyü kimi, inzibati orqan mülkiyyət hüquqlarının yaranmasına əsas olan Binəqədi bələdiyyəsinin qərarına və alqı-satqı müqaviləsinə əsasən şəxsin mülkiyyət hüquqlarının reyestrini aparmamış, əksinə fərqli inzibati orqanların etmiş ola biləcəyi səhvlərə əsaslanaraq ərizənin icrasından imtina etmişdir. Həmçinin, tərəflər arasında bağlanmış ##.##.2007-ci il tarixli, *** saylı alqı-satqı müqaviləsi həmin müqavilə əsasında tərtib olunaraq təqdim edilməli olan aktı ehtiva etməkdədir. Yəni, alqı-satqı müqaviləsi Hacıyev Sarıtelin mülkiyyət hüquqlarının yaranması üçün əsas olmuş, akt isə həmin müqaviləyə əsasən inzibati orqanın təqdim etməli olduğu sənəddir. Lakin cavabdeh əsassız olaraq digər inzibati orqanın etmiş ola biləcəyi səhvi iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatından imtina edilməsi üçün əsas hesab etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, ##.##.2023-cü il tarixdə ərizə ilə İdarəyə müraciət etmiş və 233021136702 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. Bundan başqa elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsi Zeytun sovxozunun ərazisi olmaqla dövlət mülkiyyəti torpağıdır və bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinadlar, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ## ##### 2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə Binəqədi rayonu Binəqədi Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Orxan Həsənov) iddia tələbi təmin edilərək, Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə İddiaçı arasında ##.##.2007-ci il tarixli, *** saylı torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən Binəqədi rayonu 6-cı mkr-nın Qərb hissəsində 600 kv.m. torpaq sahəsi üzərində faktiki istifadədə olan İddiaçı mülkiyyət hüququnun qeydə alınması, çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində prosessual xərcin X8, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE00000000000002088501 hesaba ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətini iddiaya etiraza oxşar məzmunda əsaslandırmış, həmçinin əlavə olaraq qeyd etmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı- satqısına dair akt təqdim edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsi Zeytun sovxozunun ərazisi olmaqla dövlət mülkiyyəti torpağıdır. Həmçinin torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinadlar, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*- *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*- *(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə üçüncü şəxslər Bakı şəhəri Binəqədi Bələdiyyəsinə və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Torpaq Məcəlləsinə görə, torpaq münasibətləri - dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir; torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. - 65. torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 66. 1.dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. - 67. torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. ... Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı. 1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 86. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqı-satqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu: - 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. - 4.0. torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; - 6.1. bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin Siyahısı”nda Binəqədi bələdiyyəsinin əhatə etdyi ərazilərə Binəqədi rayonu (Binəqədi qəsəbəsi, Biləcəri qəsəbəsi, Xocəsən, 28 May və Sulutəpə qəsəbələri, M.Ə. Rəsulzadə qəsəbəsi Bələdiyyələri çıxmaqla) aid edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: ... Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqmüəyyən edici sənəd hesab edilir. ... Maddə 10.2. Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. ... Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; … Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin *** nömrəli, ## ####### 2007-ci il tarixli qərarına əsasən ona ayrılmış Binəqədi rayonu, 6-cı mkr-un Qərb hissəsində 600 kv.m torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və planölçünün tərtib edilərək verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Konstitusiya Məhkəməsinin hazırkı növ işlər üzrə formalaşdırdığı mövqeyə uyğun olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istər DTXK-nın rəyinin olmaması, yerləşmə cizgisində dəqiq istinad məsafələri və perimetrik ölçülərin göstərilməməsi inzibati aktın qüvvədə olması, eləcə də iddiaçının həmin akta münasibətdə etimad hüququnun mövcud olması baxımından aparılan qiymətləndirmə nəticəsində hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsasın olmadığı ilə bağlı nəticəyə gəlinməsinə əsas yaradır. Məhkəmə, eyni zamanda onun da qeyd edilməsini zəruri hesab edir ki, ayrılmış torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmuşdur ki, bununla bağlı bələdiyyə orqanının təqdim etdiyi yerli icra hakimiyyəti orqanının sərəncamı, eləcə də xəritədən də müəyyən edilir ki, adıçəkilən torpaq sahəsi məhz bələdiyyə mülkiyyətinə verilmiş ərazidə yerləşir. Odur ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin bələdiyyə orqanı tərəfindən rəy alınmadan iddiaçının etimad hüququnun mövcudluğuna xələl gətirə bilməz, bu səbəbdəndir ki, qüvvədə olan inzibati akt əsasında hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün də əsas ola bilməz. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmamasını müəyyən edən konkret sübut məhkəməyə təqdim edə bilməmişdir. AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından aparılan qiymətləndirmə iddianın təmininin istisna edilmədiyi qənaətinin formalaşmasına əsasdır. Bundan başqa məhkəmə qeyd etmişdir ki, cavabdeh iddia tələbinə münasibətdə təqdim etdiyi yazılı etirazda torpaq sahəsinin Zeytun sovxozunun ərazisi olmaqla dövlət torpağı olması ilə bağlı mülahizələr irəli sürsə də, iş üzrə təyin olunmuş ekspertiza tədqiqatının nəticəsindən müəyyən olunmuşdur ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi Zeytun sovxozunun ərazisində yerləşməmiş, torpaq ayrılması zamanı bələdiyyənin mülkiyyətində olmuş, torpaq sahəsi yaşayış məntəqəli torpaq olmaqla ətrafında və qonşuluğunda bələdiyyə qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş torpaq sahələri mövcud olmuşdur. Göründüyü kimi, ekspert rəyi ilə iddia olunan torpaq sahəsinin torpaqayırma zamanı bələdiyyənin mülkiyyətində olması təsdiq olunmuşdur ki, bu hal cavabdehin imtina dəlillərinin əsassız olduğuna dəlalət edir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqısatqısına dair akt təqdim edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsi Zeytun sovxozunun ərazisi olmaqla dövlət mülkiyyəti torpağıdır. Həmçinin torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinadlar, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti iddiaya etirazla eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, hazırkı mübahisəyə münasibətdə Binəqədi rayon Bələdiyyəsi tərəfindən qəbul olunmuş qərar hüquqmüəyyənedici sənəd qismində qəbul edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Məhkəmə tərkibi qeyd edir ki, nə qədər ki, Binəqədi rayon Bələdiyyəsinin ## ####### 2007-ci il tarixli qərarı qüvvədədir və ləğv edilməmişdir, həmin hüquqmüəyyənedici sənəd əsasında müraciət edən şəxsə münasibətdə həmin sənəd üzrə yerləşmə yerini əks etdirən texniki sənəd olan yerləşmə cizgisində iddiaçının məsuliyyət sferasına aid olmayan, torpaqayırmanı həyata keçirən qurum tərəfindən həyata keçirilməli olan hərəkətlərin həyata keçirilməməsi, eləcə də istinad məsafələri, koordinatlar, perimetrik ölçülər və s göstərilməməsi iddia tələbinin əsaslı olmasını istisna edə bilməz. Bundan başqa qeyd edilməlidir ki, məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialının ## ####### 2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı barəsində Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə ##.##.2007-ci il tarixli, *** saylı qərarı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur.Həmin qərarın və ona əlavə edilmiş digər sənədlərin təsdiq edilmiş ksero surətləri 4(dörd)vərəqdən ibarət Sizə göndərilir. Əlavə olaraq bildirilir ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə ##.##.2007-ci il tarixli, *** saylı qərarına və ##.##.2007-ci il tarixli, *** saylı müqaviləsinə bələdiyyənin iclas protokolu əlavə edilməmişdir. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə ##.##.2007-ci il tarixli, *** saylı qərarı və digər sənədlər Dövlət Arxivinin Bakı filialına Ekspert Yoxlama Komissiyasının ##.##.2014-cü il tarixli ** saylı protokolu ilə baxılaraq qəbul edilmişdir. ** saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, aparılan araşdırma ilə əlaqədar əraziyə baxış zamanı qeyd olunan ünvanda Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin ##.##.2007-ci il tarixli *** nömrəli Qərarı ilə vətəndaş X2 ayrılmış 600 kv.m torpaq sahəsinin 4 tərəfdən fərdi yaşayış evlərinin əhatəsində yerləşdiyi və həmin torpaq sahəsi üzərində 1 ədəd zeytun və 1 ədəd nar kolunun olduğu müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ##.##.2026-cı il tarixli məktubu ilə göstərilən torpaq sahəsi faktiki olaraq 651.7 kv.m təşkil etdiyi bildirilmiş, vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin yerləşməsi ilə bağlı ortofoto görüntülər təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin qonşuluğunda qeydiyyatdan keçmiş sahə yoxdur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ## ##### 2026-cı il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən 600 kv.metr torpaq sahəsinin Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında meşə (yaşıllıq) ərazisi kimi müəyyən olunubolunmamasına dair məlumat verilməsi barədə ##.##.2026-cı il tarixli *-*-*/*-*****/**** nömrəli sorğunuza Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Müraciətdə qeyd olunan koordinatlar üzrə yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında ##.##.2023-cü il tarixli *** nömrəli Qərarına əsasən orta sıxlıqlı yaşayış zonası (ortamərtəbəli yaşayış binaları) kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ## ### 2026cı il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən 600 kv.metr torpaq sahəsinin “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na əsasən meşə (yaşıllıq) ərazisinə aid olunub-olunmamasına dair məlumatın verilməsi barədə ##.##.2026-cı il tarixli *-*-*/*-*****/**** nömrəli sorğunuza Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Qeyd edilən ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na əsasən orta mərtəbəli (5-8 mərtəbəli) və çoxmənzilli yaşayış binaları zonası olaraq nəzərdə tutulmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən 600 kv.metr torpaq sahəsinə dair Bakı şəhərinin təsdiq olunmuş baş planından çıxarış Sizə göndərilir. Məhkəmə tərkibi tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsinə ##.##.2026-cı il tarixdə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd edilən ünvandakı torpaq sahəsi 3 tərəfdən daş konstruksiyadan ibarət hasarla əhatə olunub, 1 tərəfi isə, yəni ümumi istifadədə olan yola tərəf olan hissə hasarsız olmaqla, yerdə hasarın bünövrəsi üçün nəzərdə tutulmuş bir neçə daş düzü vəziyyətdədir. Hasarlanmış ərazinin kənar hissələri qonşu fərdi yaşayış evləri ilə əhatə olunur. Mübahisəli ərazinin cari vəziyyətini və xarakterik xüsusiyyətlərini qeydə almaq məqsədilə müxtəlif istiqamətlərdən fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin **/**** nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı aşağıdakilar müəyyən olunmuşdur: -Bakı şəhəri Binəqədi Bələdiyyəsi tərəfindən tərtib olunmuş cizginin göstəriciləri müəyyən edilərkən həmin torpaq sahəsinin cizgiyə uyğun olaraq 600 kv.m torpaq sahəsi olduğu müəyyən edilmişdir. -Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, “Bələdiyyənin Statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, ‘ Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının ##.##.1999-cu il tarixli, qanununda qeyd olunanları, “Torpaq islahatı haqqında” qanununun 6-cı və 7-ci maddəsində qeyd olunanları, eləcə də “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisini nəzərə alaraq, iddiaçı İddiaçı faktiki istifadəsində olan 600 kv.metr torpaq sahəsi, Bakı şəhər Binəqədi Bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşməklə, bələdiyyə mülkiyyətində olduğu müəyyən edilmişdir. Mərkəzə təqdim olunmuş elektron baza məlumatlarına əsasən (kadastrportali.az) torpaq sahəsi Yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsidir. -Bakı şəhəri, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin *** saylı, ## ####### 2007-ci il tarixli Qərarı ilə vətəndaş İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən 0.06 ha torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Mərkəzə təqdim olunmuş elektron baza məlumatlarında (kadastrportali.az) həmin torpaq sahəsinin Zeytun sovxozunun ərazisində yerləşməsinə dair hər hansı məlumat aşkar edilməmişdir. Mərkəzə təqdim olunmuş elektron baza məlumatlarına əsasən, Bələdiyyə qərarı ilə ayrılmış və hal-hazırda iddiaçının istifadəsində olan torpaq sahəsinin ətrafında və ya qonşuluğunda bələdiyyə qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş torpaq sahələri mövcuddur. Torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Beləliklə, məhkəmə araşdırması zamanı əldə olunan sübutlarla mübahisələndirilən ərazinin dövlət mülkiyyətində olması istisna edilir. Bundan başqa cavabdeh ##.##.2025-ci il tarixli vəsatətində qeyd etmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən sahənin 2008-ci ilə qədər Abşeron İnzibati Ərazi vahidliyinin * nömrəli Zığ-Zeytunçuluq sovxozunda yerləşdiyi müəyyən edilmişdir. Daha sonra həmin sahə ## #### 2008-ci il tarixli, **** saylı Sərəncam ilə * nömrəli Zığ-Zeytunçuluq sovxozundan Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Belə ki, baza məlumatlarına əsasən sahə vaxtilə Abşeron ərazisi olduğundan Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin torpaqayırma səlahiyyəti olmamışdır. (i/v 103). Həmin dəlillərə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İlk növbədə qeyd etmək lazımdır ki, apellyasiya şikayətinin məzmununundan müəyyən olunur ki, cavabdeh orqan Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin ##.##.2007-ci il tarixli *** nömrəli qərarını səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş qərar, yəni etibarsız inzibati akt hesab edir. “İnzibati icraat haqqında” Qanunun sistemli təhlilindən, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli Qərardadından müəyyən olunur ki, inzibati aktlar əsasən səlahiyyət, forma, səbəb, məzmun və məqsəd ünsürlərinin vəhdətindən ibarət olur. Ali Məhkəmənin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli Qərardadında da qeyd olunduğu kimi, səlahiyyət — inzibati orqanın inzibati aktı qəbul edə bilmə imkanına sahib olmasında ifadə olunur. Bu imkan inzibati orqanlara normativ hüquqi aktlarla verilən hakimiyyət səlahiyyətlərinin icrası qaydasında qərar qəbul edə bilmə haqqıdır Məhkəmə tərkibi qeyd edir ki, iş materiallarında olan çoxsaylı sübutlardan müəyyən olunur ki, mübahisəli ərazinin Bakı şəhəri Binəqədi Bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşməklə bələdiyə mülkiyyətində olduğu müəyyən edilmişdir. Eyni zamanda işdə olan ekspert rəyindən görünür ki, həmin torpaq sahəsinin Zeytun sovxozunun ərazisində yerləşməsinə dair hər hansı məlumat aşkar edilməmişdir. Digət tərəfdən Bakı şəhərinin (konkret halda Binəqədi rayonun inzibati ərazi vahidi) inzibati ərazi hüdudları daxilində torpaq sahəsinin müəyyən dövr ərzində Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olması yerli özünüidarəetmə orqanı olan Binəqədi Bələdiyyəsinin öz ərazi hüdudları daxilində qərar qəbul etməsini istisna etmir. Nəzərə almaq lazımdır ki, səlahiyyətlilik halı normativ hüquqi aktlardan irəli gəlir. Hazırkı halda Binəqədi Bələdiyyəsinin müvafiq dövr ərzində qərar qəbul etməsini məhdudlaşdıran normativ hüquqi akt mövcud deyil. Bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin *** nömrəli, ## ####### 2007-ci il tarixli qərarı “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinin təsir dairəsinə düşmür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar