Məhkəmə qərarları › İş №2-1(103)-3077/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3077/2023

15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3077/2023 15.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” barədə iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-892/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinin axırıncı abzası və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsi nəzərə alınmaqla istifadə etmədiyi növbəti məzuniyyət günlərinin əvəzinə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli 28 sentyabr 2012-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq (işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir İddia ərizəsində qeyd edilmişdir ki, o, ehtiyatda olan polkovnikdir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində təqvimi 27 il 9 ay müddətdə xidmət etmişdir. Dövlət Sərhəd Xidməti Akademiyasının Ümumqoşun fənlər kafedrasının rəisi vəzifəsindən azad olmaqla (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq) 19 iyun 2012-ci il tarixdən (Əsas: DSX rəisinin xx.xx.2012-ci il tarixli 920 ş/h №-li əmri) şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Ehtiyata buraxılarkən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin 1-ci maddəsinin axırıncı abzasına və “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinə uyğun olaraq ona növbəti məzuniyyət verilməmişdir. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə 4 dəfə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il (DSX Akademiyasına), xx.xx.2022-ci il tarixlərdə eyni məzmunlu ərizələr təqdim etmiş, lakin müraciətlərinə müsbət münasibət bildirilməmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizələr təqdim edərək, son olaraq xx.xx.2023-cü il tarixli iddia tələbini dəyişdirilməsi barədə ərizə ilə ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinin axrıncı abzası, “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 120-ci maddəsinin axrıncı abzası və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsi nəzərə alınmaqla istifadə etmədiyi qalan növbəti məzuniyyət günləri - 15 (on beş) gün əvəzinə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli 28 sentyabr 2012-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq (işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-892/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-892/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - cavabdehin xx.xx.2023-cü il tarixli 16/N59 saylı məktubundan görünür ki, İddiaçı: xx.xx.1988-xx.xx.1992-ci il tarixlərdə keçmiş SSRİ Silahlı Qüvvələrində zabit qismində həqiqi hərbi xidmətdə; - xx.xx.1992-xx.xx.1993-cü il tarixlərdə kapitan hərbi rütbəsində MTN SQ–nın 3-cü SDdə (2008 h/h) 2-ci sərhəd komendantlığı komendantının müavini; - xx.xx.1993-xx.xx.1993-cü il tarixlərdə kapitan hərbi rütbəsində Təşkilat-ştat dəyişikliklərinə müvafiq olaraq MTN SQ-nın 3-cü SD-də (2008 h/h) 2-ci sərhəd komendantlığı komendantının müavini; - xx.xx.1993-xx.xx.1995-ci il tarixlərdə kapitan hərbi rütbəsində MTN SQ-nın 3-cü SD-də (2008 h/h) 1-ci sərhəd komendantlığı komendantının müavini; - xx.xx.1995-xx.xx.1995-ci il tarixlərdə mayor hərbi rütbəsində MTN X3 sərəncamında; - xx.xx.1995-xx.xx.1995-ci il tarixlərdə mayor hərbi rütbəsində MTN SQ-nın 3-cü SD-də (2008 h/h) dövlət sərhədinin mühafizəsi bölməsinin baş zabiti; - xx.xx.1995-xx.xx.1998-ci il tarixlərdə mayor hərbi rütbəsində MTN SQBİ-nin qoşunların hazırlığı şöbəsinin atış hazırlığının rəisi; - xx.xx.1998-xx.xx.1998-ci il tarixlərdə mayor hərbi rütbəsində MTN SQ-nın 3-cü SD-də (2008 h/h) 2-ci sərhəd komendantlığının komendantı; - xx.xx.1998-xx.xx.1999-cu il tarixlərdə mayor hərbi rütbəsində xidmətinin davam etdirmək üçün MN-nin Akademiyası rəisinin sərəncamına ezam olunub; - xx.xx.1999-xx.xx.1999-cu il tarixlərdə mayor hərbi rütbəsində MTN X3 sərəncamında; xx.xx.1999-xx.xx.2002-ci il tarixlərdə polkovnik-leytenant hərbi rütbəsində MTN SQ-nın 5-ci SD-də (2014 h/h) qərargah rəisinin müavini-dövlət sərhədinin mühafizəsi bölməsinin rəisi; - xx.xx.2002xx.xx.2003-cü il tarixlərdə polkovnik-leytenant hərbi rütbəsində DSX SQBİ dövlət sərhədinin mühafizəsi üzrə şöbənin baş zabiti; - xx.xx.2003-xx.xx.2003-cü il tarixlərdə polkovnik-leytenant hərbi rütbəsində DSX SQBİ inspektorluğun dövlət sərhədinin mühafizəsi üzrə baş inspektoru; xx.xx.2003-xx.xx.2006-cı il tarixlərdə polkovnik-leytenant hərbi rütbəsində DSX SQBİ inspektorluğun qoşun hazırlığı üzrə baş inspektoru; - xx.xx.2006-xx.xx.2008-ci il tarixlərdə polkovnik-leytenant hərbi rütbəsində DSX SQ kadrların hazırlanması və təkmilləşdirilməsi kursları rəisinin müavini-tədris şöbəsinin rəisi; - xx.xx.2008-xx.xx.2012-ci il tarixlərdə polkovnik hərbi rütbəsində DSX Akademiyası ümumqoşun fənlər kafedrasının rəisi vəzifəsində xidmət etmiş; xx.xx.2012-xx.xx.2012-ci il tarixlərdə polkovnik hərbi rütbəsində DSX-nın rəisiX3 sərəncamında olmuş; - xx.xx.2012-ci il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu (öz arzusu ilə) maddəsinə müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N saylı hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.2012-ci il tarixli 0171 nömrəli Əmrindən çıxarışdan görünür ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.9 maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətinin rəisi - X3 sərəncamında olan polkovnik İddiaçı 19 iyun 2012-ci il tarixdən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Polkovnik İddiaçı 2012-ci ilin növbəti məzuniyyətindən 15 gün istifadə etmiş, məzuniyyət müavinəti və maddi yardım almışdır. xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək birdəfəlik pul mükafatını N0 % həcmdə almağa layiqdir. Polkovnik İddiaçı sərəncamda olma müddəti 2012-ci il mart ayının 21-dən 19 iyun 2012-ci il tarixədək uzadılmış və ona təminat xərcliyi tam həcmdə ödənilmişdir. Hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinə göndərilmişdir. Polkovnik İddiaçı 19 iyun 2012-ci il tarixə xidməti illəri təqvim: 27 il, 09 ay, 27 gün; güzəştli 06 il, 08 ay, 16 gün; cəmi 34 il, 07 ay, 01 gün göstərilmişdir. - Cavabdeh xx.xx.2021-ci il tarixli N/187 saylı məktubunda qeyd edilmişdir ki, hərbi hissə komandirinin müvafiq əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılaraq Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı üçün “Hərbi xidmətkeçmə haqqında" əsasnamənin 120-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün əlavə 3 ay müddətinə növbəti məzuniyyət günləri əvəzi kompensasiyasının ödənilməsi ilə əlaqədar ehtiyata buraxıldığı hərbi hissənin nizami hissəsinə müraciət etməsi məqsədə uyğundur. İstifadə edilməmiş növbəti məzuniyyət günləri əvəzinə pul kompensasiyasına hüququ olduğu təqdirdə hərbi hissə tərəfindən ödənişin müvafiq qaydada həyata keçirilməsi təmin olunacaqdır. - Dövlət Sərhəd Xidmətinin Akademiyasının xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, iddiaçı xx.xx.2012-ci il tarixdə Akademiyanın şəxsi heyətinin siyahısından çıxarılaraq xidmətini davam etdirmək üçün Dövlət Sərhəd Xidməti aparatına (2000 nömrəli hərbi hissəyə) göndərilmişdir. Odur ki, Silahlı Qüvvələrin ehtiyatına Dövlət Sərhəd Xidmətinin Akademiyasından buraxılmadığı nəzərə alınaraq, məsələ ilə bağlı aidiyəti üzrə Dövlət Sərhəd Xidməti aparatına müraciət etməsi tövsiyyə olunmuşdur -Cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda hazırkı tələblə ehtiyata buraxıldığı hərbi hissənin nizami hissəsinə müraciət etməsinin məqsədəuyğun olduğu bildirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “qanunla nəzərdə tutulmuş 90 günlük məzuniyyətin 15 günündən istifadə edildiyinə, istifadə edilməmiş 75 günə görə isə pul kompensasiyası ödənildiyinə görə iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir: a) növbəti məzuniyyətlər; b) qısa müddətli məzuniyyətlər; c) xəstəliyə görə məzuniyyət; ç) tədris təlimi zamanı məzuniyyət; d) hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət; e) təhsil məzuniyyəti; ə) yaradıcılıq məzuniyyəti; f) qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, 3 yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər; g) əlavə məzuniyyət. İldə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara N günlük növbəti məzuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük məzuniyyət verilir. Məzuniyyətin keçirildiyi yerə gedibqayıtmaq vaxtı həmin müddətə daxil deyildir. Bütün hərbi qulluqçulara ailə vəziyyətinə görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə həm də mükafatlandırma qaydasında qısa-müddətli—N günlük məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Eyni zamanda “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 116-cı maddəsinə əsasən hərbi qulluqçuların növbəti, qısa müddətli, təhsil, habelə xəstəliyə və hərbi təhsil müəssisəsini bitirməklə əlaqədar məzuniyyətlər verildikdə, müəyyən edilmiş məzuniyyət müddətindən əlavə məzuniyyət yerinə gedib-gəlmək müddəti də 3 gündən çox olmamaq şərti ilə verilir. Həmin Əsasnamənin 120-ci maddəsinə əsasən növbəti məzuniyyət aşağıdakılara verilir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət ərzində — bir dəfə N gün; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına — hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara — hər təqvim ili üçün 35 gün; q) zabitlərə — hər təqvim ili üçün 45 gün. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Həmin Əsasnamənin 126-cı maddəsinə əsasən hərbi hissə və bölmələrdə yanvar ayının birinə kimi yeni il üçün hərbi qulluqçuların növbəti məzuniyyətləri planı tutulur və hərbi qulluqçuların müvafiq kateqoriyalarına məzuniyyət vermək səlahiyyəti olan rəis tərəfindən təsdiq olunur və şəxsi heyətə elan edilir. Hərbi qulluqçulara növbəti məzuniyyətlər bütün təqvim ili boyu bərabər şəkildə hər ay hərbi hissə hərbi qulluqçularının N — 12 faizinin məzuniyyətdə olması hesabı ilə verilir. Məzuniyyət vermək səlahiyyəti olan rəislər hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına döyüş hazırlığının (tapşırığın yerinə yetirilməsinin) gərgin dövründə məzuniyyətlərin aylıq normasını azalda bilər və eləcə də ilin başqa vaxtında bu normaları artıra bilər. Hərbi təhsil müəssisələrində daimi heyətdən olan hərbi qulluqçulara növbəti məzuniyyətlərin verilməsinin aylıq norması təhsil müəssisələrinin rəisləri tərəfindən müəyyən edilir. Döyüş əməliyyatlarında, habelə Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi xidmətin digər vəzifələrini yerinə yetirərkən xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara növbəti məzuniyyətdən ilin istənilən münasib vaxtında istifadə etmək hüququ verilir. Müvafiq qurumlar təsdiq olunmuş plan əsasında hərbi qulluqçulara növbəti məzuniyyətlərin verilməsinə daimi nəzarət etməli və bu barədə müvafiq komandirə (rəisə) məlumat verməlidirlər. İlin əvvəlində korpus (diviziya), Silahlı Qüvvələr növünün müvafiq qurumu keçən ildə növbəti məzuniyyətə getməyənlər və onların səbəbləri barədə məlumatları ümumiləşdirir və yanvarın N-na kimi korpus (diviziya) komandirinə, qoşun növü komandanına yeni ilin birinci rübündə həmin hərbi qulluqçulara növbəti məzuniyyətin verilməsi barədə öz təkliflərini verir. Korpus (diviziya), Silahlı Qüvvələr növü komandanının qərarı hərbi qulluqçuları növbəti məzuniyyətə getməmiş hərbi hissələrin komandirlərinə çatdırılır. Məhkəmə kollegiyası qeyd edir ki, vətəndaşın həqiqi hərbi qulluğa daxil olması onun Konstitusiyada təsbit olunmuş əmək hüququnun realizə üsullarından biridir. Hərbi qulluğun özü isə dövlət qulluğunun xüsusi növü kimi, bilavasitə ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təminatı ilə əlaqədar olduğuna görə ümumi (publik) maraqlar naminə həyata keçirilən fəaliyyətdir. Hərbi qulluqda olan şəxslərin konstitusiya əhəmiyyətli funksiyaları həyata keçirmələri onların hüquqi statusuna, habelə həmin şəxslərlə dövlət arasında olan qarşılıqlı münasibətlərin məzmununa və xarakterinə təsir göstərir. Bu qulluq növü əmək fəaliyyətinin digər növlərindən fərqləndiyinə görə müəyyən xüsusiyyətlərə malikdir. Göstərilən mövqeyə əsaslanan qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu təsbit edərkən həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından, eləcə də hərbi qulluq keçən şəxslərin fəaliyyət xüsusiyyətlərindən irəli gələn əlahiddə vəzifələr qoyur. Qanunvericinin bu səlahiyyəti bilavasitə “Hərbi qulluqçuların statusu haqqında” Qanunda öz təzahürünü tapmışdır. Belə ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Məhz hərbi qulluqda yerinə yetirilən funksiyaların mürəkkəbliyini, onların həyat və sağlamlıq üçün təhlükəliliyini nəzərə alaraq qanunverici, əmək fəaliyyəti ilə məşğul olan digər şəxslərdən fərqli olaraq hərbi qulluqçuların sosial müdafiəsinin daha yüksək səviyyəsini nəzərdə tutmuşdur. Bu isə öz növbəsində onların istirahət hüququnda, xüsusilə də ödənişli məzuniyyət müddətlərində öz əksini tapmışdır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilməli olan 3 aylıq məzuniyyətdən istifadə etmədiyini iddia edərək həmin müddətə görə kompensasiyanın ödənilməsi üçün məhkəməyə müraciət etmiş, məhkəmə icraatı gedişində cavabdeh tərəfindən 1922.42 manat və 1281.61 manat olmaqla, 75 gün istifadə edilməmiş məzuniyyətə görə pul kompensasiyası iddiaçıya ödənilmişdir. İddiaçı hazırda həmin 90 günlük məzuniyyətdən 15 günə görə kompesasiya ödənilmədiyini bildirməklə həmin müddətə görə ona kompensasiya ödənilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilmiş Əsasnamənin 120-ci maddəsinin “b”, “v” və “q” bəndlərində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına - hər təqvim ili üçün 30 gün, gizirlərə və miçmanlara - hər təqvim ili üçün 35 gün, zabitlərə - hər təqvim ili üçün 45 gün növbəti məzuniyyət verilməsini müəyyən etmişdir. Maddənin birinci hissəsində məzuniyyətin istifadə edilməsinin zaman çərçivələri müəyyən edilmiş, maddənin ikinci və üçüncü hissəsi isə həmin növbəti məzuniyyət müddətinin müəyyən meyarlar nəzərə alınmaqla artırılması ilə bağlı halları tənzimləmişdir. Belə ki, əgər zabit heyətinə daxil olmayan hərbi qulluqçu Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmişdirsə, bu halda ona növbəti məzuniyyət 30 və ya 35 gün deyil, 45 gün müddətində verilir. Zabit heyətinə daxil olan hərbi qulluqçular isə yaşına, xəstəliyə görə ehtiyata və ya istefaya buraxıldıqda, yaxud 20 və daha artıq təqvim ili xidmət edən zabit heyətinə aid hərbi qulluqçu ehtiyata buraxıldıqda həmin il üzrə növbəti məzuniyyət onlara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün 45 gün deyil, 3 ay, yəni 90 gün müddətinə verilir. İş materiallarından müəyyən edilir ki, iddiaçı 27 il, 09 ay, 27 gün Dövlət Sərhəd Xidmətində xidmət etmiş, 19 iyun 2012-ci il tarixdən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, həmin il üzrə növbəti məzuniyyətdən 15 gün istifadə etmişdir. İşin birinci instansiya icraatı zamanı iddiaçıya yerdə qalan istifadə edilməmiş 75 gün məzuniyyətə görə pul kompensasiyası hesablanaraq ödənilmişdir. Belə olan halda aydın olur ki, iddiaçının qanunla nəzərdə tutulan 3 ay, yəni 90 gün məzuniyyətə görə hər hansı bir tələb hüququ qalmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalardan da görünür ki, qanunverici hərbi qulluqçulara verilən məzuniyyət növlərini konkret tənzimləmiş, növbəti məzuniyyət həmin növlərdən birinə aid edilmişdir. Normaya əsasən növbəti məzuniyyət hərbi qulluqçuya hər təqvim ili və ildə bir dəfə verilir. Qanunverici il ərzində iki dəfə növbəti məzuniyyət verilməsini nəzərdə tutmamışdır. Bunun məntiqi davamıdır ki, əgər 20 və daha artıq təqvim ili xidmət edən zabit heyətinə aid hərbi qulluqçu ehtiyata buraxılırsa, həmin il üçün nəzərdə tutulmuş 45 günlük məzuniyyət hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri də həll etmək məqsədilə 3 ay müddətinə verilir Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli 2-1(112)-892/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-892/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar