Məhkəmə qərarları › İş №2-1(103)-3078/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3078/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3078/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs9, Maraqlı şəxs10 və Maraqlı şəxs11) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X3 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, onların nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs9, Maraqlı şəxs10 və Maraqlı şəxs11) “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13309/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin 75 nömrəli, 25 iyul 2023-cü il tarixli arayışına əsasən, Sultanov X1 7 nömrəli evdə yaşayır. Daimi qeydiyyatda olanlar: Maraqlı şəxs1 - xx.xx.1990-cı ildən, Maraqlı şəxs2 - xx.xx.1966-cı ildən, Maraqlı şəxs3 - xx.xx.1994-cü ildən, Maraqlı şəxs4 - xx.xx.1989-cu ildən, Maraqlı şəxs5 xx.xx.1983-cü ildən, Maraqlı şəxs6 - xx.xx.1996-cı ildən, Maraqlı şəxs7 - xx.xx.1986-cı ildən və Maraqlı şəxs11 - 1999-cu ildən. Müvəqqəti qeydiyyatda olanlar: Maraqlı şəxs8 – xx.xx.2016-cı ildən, Maraqlı şəxs9 – xx.xx.2007-ci ildən, Maraqlı şəxs10 – 1994-cü ildən.

2. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən, ünvan 1 ünvanında Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs9, Maraqlı şəxs10 və Maraqlı şəxs11 qeydiyyatdadırlar.

3. Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin 828 nömrəli, 07 avqust 2023-cü il tarixli arayışına əsasən, Əliyeva X4 7 saylı evdə qeydiyyatdadır, lakin uzun illərdir ki, qızı X5, oğlu Maraqlı şəxs7, nəvəsi Maraqlı şəxs10, nəvəsi Maraqlı şəxs11 bu ünvanda yaşamırlar. Ailəsi ilə birlikdə yaşamır.

4. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti başçısının 365 nömrəli, xx.xx.2002-ci il tarixli “Mənzil kirayə müqaviləsinin vətəndaş İddiaçı ilə bağlanması barədə” Sərəncamına əsasən, Sarabski küçəsi 7 nömrəli evin 4 otaqlı yaşayış sahəsi 44,0 kv.m olan mənzilin kirayə müqaviləsinin vətəndaş İddiaçı bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır.

5. 06 iyul 2023-cü il tarixli “Kirayə müqaviləsi”nə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 59 nömrəli evlər müdiri ilə İddiaçı arasında Sarabski küçəsi, 7 nömrəli evin İ-İİ mərtəbəsində, 44.0 sahəli 4 otaqdan ibarət olan mənzilin icarəyə götürülməsi barədə müqavilə bağlanmışdır.

6. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 51/2-S-16399 nömrəli məktubunda ona imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxslərin ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılması barədə qətnaməsi əsasında həyata keçirilir. İddiaçının aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etmək hüququ vardır.

7. Məhkəmə sorğusu əsasında Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, № 51/2-35185 nömrəli məktubundan müəyyən olunmuşdur ki, Maraqlı şəxs2 – xx.xx.2008-ci ildən, Maraqlı şəxs3 xx.xx.2004-cü ildən, Maraqlı şəxs4 – xx.xx.2006-cı ildən, Maraqlı şəxs8 – xx.xx.2021-ci ildən və Maraqlı şəxs9 – xx.xx.2015-ci ildən qeydiyyata alınmışlar. Maraqlı şəxs10 və Maraqlı şəxs11 başqa ünvanda qeydiyyatdadırlar. Maraqlı şəxs1, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 barədə İAMAS sistemində heç bir məlumat aşkar edilməmişdir.

8. Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzilin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı iddiaçının icarəsində olan ünvan 1-də yerləşən mənzildən Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs9, Maraqlı şəxs10 və Maraqlı şəxs11 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1-də yerləşən mənzilin icarə müqaviləsi iddiaçının adınadır. Həmin evdə 1974-cü ildə ailə quran bacısı Maraqlı şəxs1, 2 övladı, 2 nəvəsi formal qeydiyyatdadır və orada yaşamırlar. Maraqlı şəxs1 barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır ki, öz evi var. O, Fatmayı kəndində yaşayır. Həmçinin 1971-ci ildə ailə quran Maraqlı şəxs2 və onun 3 uşağı, 3 nəvəsi o vaxtdan həmin evdə yaşamırlar, lakin formal qeydiyyatdadırlar. O, Zirədə yaşayır. Mənzilə dair bütün kommunal ödənişlər iddiaçı tərəfindən həyata keçirilir. Həmin şəxslərin iddiaçının mənzilində qeydiyyatda olması gələcəkdə həmin əmlakla bağlı hüquqlarının həyata keçirilməsinə əngəl törədir. Belə ki, gələcəkdə hüquqi əməliyyatlar həyata keçirilərsə, həmin şəxslərin yazılı razılığı tələb olunacaqdır. Eyni zamanda onların iddiaçının mənzilində qeydiyyatda olması əlavə kommunal xərclərinin meydana çıxmasına səbəb olur. İddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, məhkəmədə iddia qaldırmağı tövsiyə edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs9, Maraqlı şəxs10 və Maraqlı şəxs11 üçüncü şəxs qismində zəruri olaraq məhkəmə icraatına cəlb edilmişlər.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13309/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı məxsus olan (kirayəçisi olduğu) ünvan 1 ünvanından Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs9, Maraqlı şəxs10 və Maraqlı şəxs11 pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13309/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından narazı qalan üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:

a. Apellyasiya şikayətinin dəlilləri

14. Üçüncü şəxslərin apellyasiya şikayətinə görə birinci instansiya məhkəməsi qərarını qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamış, iddiaçının iddiasını təmin edərkən mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış və tərəflərin mübahisəsini tənzimləyən qanunvericiliyin tələblərinə əməl etməmiş, nəticədə əsassız, qanunsuz və ədalətsiz qərar çıxarmışdır. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, 7 saylı ev Maraqlı şəxs1 və Maraqlı şəxs2 atası və digər üçüncü şəxslərin babası X6 məxsus olmuşdur. 1994-cü ildə X10 vəfat etmişdir. Atası və babası rəhmətə gedəndən sonra İddiaçı bildirib ki, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, 7 saylı evə dair kirayə müqaviləsi birimizin adına bağlanmalıdır ki, həmin evin qaz, işıq, su sayğacı və digər kommunal xidmətləri bir nəfərin adına keçməlidir, bu barədə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin işçisi ilə danışmışlar. Üçüncü şəxslər ailə üzvü kimi ona inanaraq, kirayə müqaviləsinin onun adına keçməsinə etiraz etməmişlər. Həmin ev iki mərtəbədən ibarətdir. Atasının sağlığında həmin evin 1 otağını Maraqlı şəxs1, 1 otağını Maraqlı şəxs2 və 2 otağını isə X7 vermişdir. Lakin ailə üzvləri çox olduğuna görə müvəqqəti olaraq başqa ünvanda yaşamışlar. Lakin həmin evə mütəmadi olaraq gedib gəlmişlər. Aralarında razılıq olmuşdur ki, gələcəkdə həmin evi satıb pulunu öz aralarında bölsünlər. Maraqlı şəxs4 qızı Maraqlı şəxs9 orta məktəbi bitirərək, universitetə sənədləri verərkən ona bildirmişlər ki, şəxsiyyət vəsiqəsi etibarsızdır. Məsələni aydınlaşdırdıqda məlum olmuşdur ki, İddiaçı onları pasport qeydiyyatından çıxarmışdır. Bundan başqa Maraqlı şəxs2 8 ildir ki, onkoloji xəstədir, 3 aydan bir onkoloji xəstəxanaya gedərək müayinədən keçir və müalicələr alır. Axrıncı dəfə həmin xəstəxanaya gedərək müayinədən keçmək istədikdə ona bildirmişlər ki, şəxsiyyət vəsiqəsi etibarsızdır. Bunun səbəbini aydınlaşdırdıqda ona məlum olmuşdur ki, İddiaçı yuxarıda qeyd olunanların hamısını Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, 7 saylı evdən Bakı İnzibati Məhkəməsinin qərarı ilə pasport qeydiyyatından çıxarmışdır. Hal-hazırda Maraqlı şəxs2 xəstəlikdən əziyyət çəkir və pasport qeydiyyatı olmadığına görə onkoloji xəstəxanada müalicə ala bilmir. Halbuki, üçüncü şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, 7 saylı evdə istifadə hüquqları vardır. Məhkəmə isə istifadə hüquqlarının olmasını nəzərə almayaraq qanunsuz və əsassız qərar qəbul edərək, onları həmin evdən pasport qeydiyyatından çıxarmışdır.

15. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 bə 178.1 və 178.2-ci maddələrinə istinad etmişdir. Halbuki, həmin maddə mülkiyyət hüququndan bəhs edir. Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, 7 saylı evə dair isə iddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarış yoxdur. Bununla da məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Balə ki, iddiaçı ilə yanaşı onların evdə istifadə hüquqları vardır.

16. İşin tədqiq olunan faktiki hallarından görünür ki, mübahisəli ev atası və babası X10 tərəfindən tikilmiş, üçüncü şəxslər də həmin evdə doğulmuşlar, həmin evdən ailə üzvü kimi istifadə edərək yararlanmışlar. Hazırda iddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış həmin tikilidən (iqtisadi dəyərdən) istifadə etdiyi halda, bərabərlik prinsipinə uyğun olaraq onlar da oradan istifadə edə bilər, çünki həm qüvvədən düşmüş, həm də hazırkı Mənzil Məcəlləsinin anoloji (xüsusi mülkiyyət hüququ ilə qeydə alınmamış yaşayış sahəsindən istifadəni tənzimləyən) normaları buna imkan verir (xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələri).

17. Qanunvericiliyin tələbindən göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, 7 saylı evin icarədarı atası X10 olmuş, üçüncü şəxslər də icarədar olan atası ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparmışlar. Bununla da evə dair iddiaçı ilə bərabər surətdə istifadə etmək hüququ əldə etmişlər.

18. Hazırki işdə müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu. Sarabski küçəsi, 7 saylı ev iddiaçının mülkiyyətində deyildir. Üçüncü şəxslərin həmin ünvandan qeydiyyatdan çıxarılmağı ilə bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı birinin, o cümlədən onların yuxarıda qeyd olunan evdən çıxarılmaqları və ya yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi ilə bağlı məhkəmə qərarı mövcud deyildir. Belə olan halda, məhkəmə cavabdehin imtinasını qanuna zidd qiymətləndirməməli ona görə ki, bu imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olmamalıdır.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Hazırki işdən görünür ki, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Əliyeva (Məmmədova) Vüsalə Sədiyar qızı, Əliyeva (Məmmədova) Leyla Azər qızı, Maraqlı şəxs9 və Maraqlı şəxs8 evdə doğulub boya başa çatmışlar. İddiaçının ərizəsi əsasında həmin evə pasport qeydiyatına düşməmişlər. İddiaçı evin heç vaxt mülkiyyətçisi olmamış və hazırda da deyildir.

b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin iştirakı

21. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər və onların nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verərək bildirmişlər ki, qanunvericiliyin tələbləri məhkəmə tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, işin faktiki halları tam hərtərəfli araşdırılmamış, bununla da prosessual normaların tələbləri pozulmuş, nəticədə qanunsuz qərar qəbul edilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər.

22. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, qanunvericiliyin tələbləri məhkəmə tərəfindən nəzərə alınmış, işin faktiki halları tam hərtərəfli araşdırılmış, nəticədə qanuni qərar qəbul edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

25. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır.

26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. (-). Maddə 9.1. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarı.

28. İnzibati Prosessual Məcəllə Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

29. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir.

31. İşin mahiyyətinə görə, iddiaçı ünvan 4 evin kirayəçisidir. İddiaçı ona məxsus olan (kirayəçisi olduğu) ünvan 1 ünvanından Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs9, Maraqlı şəxs10 və Maraqlı şəxs11 pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vermişdir.

32. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır.

33. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti başçısının 365 nömrəli, xx.xx.2002-ci il tarixli “Mənzil kirayə müqaviləsinin vətəndaş İddiaçı ilə bağlanması barədə” Sərəncamla Sarabski küçəsi 7 nömrəli evin 4 otaqlı yaşayış sahəsi 44,0 kv.m olan mənzilin kirayə müqaviləsinin iddiaçı ilə bağlanmış və onun həmin mənzilin kirayəçisi hesab edilmişdir. İddiaçının istifadəsində olan mənzildə qeydiyyatda olan, lakin faktiki olaraq həmin evdə yaşamayan üçüncü şəxslər iddiaçının yaxın qohumlarıdır. Digər qeydiyyatdan çıxarılmasını xahiş etdiyi Maraqlı şəxs10 və Maraqlı şəxs11 isə ümumiyyətlə həmin evdə qeydiyyatda deyillər. Sərəncamdan da göründüyü kimi iddiaçının mənzilin kirayəçisi hesab edilməsi mənzildə yaşamış 3-cü şəxslərin razılığı ilə mümkün olmuşdur. Belə olan halda, həmin şəxslərə münasibətdə iddiaçı iddia tələbində haqlı hesab edilə bilməz.

34. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə də münasibət bildirilə bilər. Şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

36. Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.

37. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneçilik yaratmamasına istiqamətlənmişdir.

38. Bununla belə, Konstitusiya Məhkəməsi Plenumu qeydiyyatda olduğu yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməli olduğunu qeyd etmiş, inzibati orqan bundan imtina etdyi halda isə mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin həmin orqanın üzərinə qoyula bilinəcəyini vurğulamışdır.

39. Hazırki işə məhkəmə baxışı zamanı isə üçüncü şəxslərin evə istifadə hüquqlarının olub-olmadığı, yaxud istifadə hüquqlarına xitam verilməsi barədə məhkəmə qətnaməsinin oldugu müəyyən edilmir. Belə olan halda inzibati orqanın hərəkətləri qanuni və əsaslı olmuşdur.

40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının və yaxın qohumları olan 3cü şəxsin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana əmlak (mülkiyyət, istifadə, icarə və sair) hüquqlarının yaranıb-yaranması məsələsi də inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki, bu hüquqlar əmlak hüquqi xarakterli olub, mülki hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. Sadalanan bu hüquqların yalnız mövcud olub-olmaması, mövcuddursa inzibati orqanın həmin hüquqa müdaxiləsinin qanuni olub-olmaması məsələləri inzibati mühakimə icraatında araşdırıla bilər.

41. Qeyd olunanlara əsasən, cavabdehin 3-cü şəxsi qeydiyyatdan çıxarmaqdan imtinası qanuni və əsaslıdır. Belə ki, İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan, cavabdeh yalnız “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində təsbit olunan hallarda 3-cü şəxsi qeydiyyatdan çıxarmaq səlahiyyətinə malik olduğundan, iddiaçının həmin maddə ilə tələb olunan sənədləri cavabdehə təqdim etməsi zəruri idi ki, bu hallar da iş üzrə mövcud deyil.

42. Məhkəmə kollegiyası üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və beləliklə də səhv nəticəyə gəlmişdir.

43. Kollegiya qeyd edir ki, ünvan 4 ünvanında yerləşən və üçüncü şəxslərin hazırda yaşamadıqları fərdi yaşayış evi ata-baba yurdudur, dövlət reyestrində qeydiyyatdan keçməmişdir. 3-cü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanunvericiliyin əsaslarından biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi isə cavabdeh orqana təqdim edilməmişdir.

44. İşin faktiki hallarını araşdıran və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə 3-cü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 qeydiyyatından çıxarılması tələbi əsassızdır. Üçüncü şəxslər Maraqlı şəxs10 və Maraqlı şəxs11 aid hissədə isə qeydiyyatları olmadığından iddia həmin hissədə mümkün sayılmamalıdır.

45. Bununla da Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, üçüncü şəxslərin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, məhkəmə qərarı üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 qeydiyyatdan çıxarılması hissəsində qismən ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs9 aid hissədə qərar dəyişdirilmədən saxlanılmalı, üçüncü şəxslər Maraqlı şəxs10 və Maraqlı şəxs11 aid hissədə iddia mümkün sayılmamalıdır.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13309/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı qismən ləğv edilsin. İddiaçı məxsus olan (kirayəçisi olduğu) ünvan 1 ünvanından üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 pasport qeydiyyatından çıxarılması hissəsində iddia təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13309/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs9 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar