Məhkəmə qərarları › İş №2-1(103)-308/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-308/2022

17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-308/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi tələbinə dair” inzibati iş üzrə ünvan 2ərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin sağ kənarı ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinə dair onun mlükiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir (İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.) İddianın əsaslarına görə RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin sağ kənarı ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan tam mülkiyyət hüququ ilə X3 məxsus olan torpaq sahəsi, onunla iddiaçı arasında 23 iyun 2018-ci il tarixində 2 saylı Bakı “Asan Xidmət” mərkəzində bağlanmış və notariat kontorunun xüsusi notarisu X4 tərəfindən təsdiq olunmuş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlaknı alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmış, iddiaçı həmin torpaq sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarış verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu 28.01.2021-ci il tarixli **********52 nömrəli məktubu ilə ona torpaq sahəsinə dair çıxarış verilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. İddia ərizəsinə etiraıznda iddiaçı iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, aparılmış çöl ölçmə işləri zamanı məlum olmuşdur ki, torpaq sahəsi Badamdar şossesinin kənarında şam ağacları olan ərazidə yerləşir, sərhədləri şərtidir. Ona görə də ərizənin icrası mümkün olmamış, iddiaçıya imtina məktubu ünvanlanmışdır. ünvan 2ərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin sağ kənarı ünvanında yerləşən 0.12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtinaya və iddia ərizəsinə etiraza uyğun əsaslandırılaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, habelə, prosessual hüquq normaları kobud surətlə pozulmuşdur. Belə ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, Badamdar şossesinin kənarında şam ağacları olan ərazidə yerləşir, sərhədləri şərtidir. Həmçinin, ərazidə hasarlama işlərinin aparılmasına Səbail rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmədiyi məlum olmuşdur. Ona görə də iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır (Torpaq Məcəlləsinə, o cümlədən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1 və 12.1-ci maddələrinə istinad olunur). Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri, habelə məhkəmə iclasına gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh səlahiyyətli nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etirazını bildirərək göstərmdi ki, cavabdehin həmin torpaq sahəsini iddiaçının adına qeydiyyata almaqdan imtina etməsi qanunsuzdur. Birincisi, iddiaçı cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsini notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. İkincisi, iddiaçıya məxsus torpaq sahəsi şamlıq deyil, vur-tut bir və ya iki şam ağacı olar. Üçüncüsü, həmin ərazidə ondan başqa digər şəxslərə də torpaq sahəsi verilmiş, evlər tikilmiş və orada yaşayırlar. “Google” internet vasitəsilə ərazinin görüntüsündən də bu aydın görünür (məhkəməyə təqdim edir). Odur ki, məhkəmədən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını xahiş edir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddsinin tələbinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunla müəyyən edilən və imtina üçün əsas ola bilən həmin hallardan hər hansı birinin mövcudluğu konkret halda cavabdeh tərəfindən sübuta yetirilmir. O cümlədən, apellyasiya şikayətinin dəlillərində qeyd olunan normada nəzərədə tutulan hansı halın mövcudluğuna belə istinad olunmur. Əksinə, işin faktiki hallarına və qanunvericilyin tələblərinə əsasən iddiaçının tələbində haqlı olduğu sübuta yetirilir. Belə ki, işin qeyd olunan faktiki hallarından göründüyü kimi, cavabdeh inzibati orqan İddiaçı - 23 iyun 2018-ci il tarixində 2 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat kontorunun xüsusi notarisu X1 iştirakı ilə bağlanıb təsdiq olunmuş AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi və daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ ilə satıcı X3 məxsus, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin sağ kənarı ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini aldığı, işin tərəflər arasında mübahisələndirilməyən halıını təşkil edir (Alqı-satqı müqaviləsi işə əlavə olunmuşdur). Cavabdehin iddia ərizəsinə etirazı və onun apellyasiya şikayətinin qeyd olunan dəlillərinə əsasən isə müəyyən edilir ki, onun tərəfindən mübahisələndirilir ki, həmin alqısatqı müqavtiləsi əsasında əldə olunmuş torpaq sahəsi - Badamdar şossesinin kənarında şam ağacları olan ərazidə yerləşir, sərhədləri şərtidir və həmin ərazidə hasarlama işlərinin aparılmasına Səbail rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmədiyi məlum olmuşdur. Odur ki, iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən sadlanan həmin hallar iddiaçının satın aldığı mübahisəli torpaq sahəsinin onun adına qeydə alınmasından imtina üçün əsas ola bilməz. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0; 8.0.3-cü maddəsinin tələbinə görə: - «daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı - daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun qeyd olunan normasının tələbindən göründüyü kimi, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İşə əlavə olunmuş, notarial qaydada təsdiq olunmuş 23 iyun 2018-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin 2-ci bəndinə, habelə, RX ******* N-li daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, 28.11.2014-cü il tarixində cavabdeh idarə tərəfindən həmin torpaq sahəsi satıcı X2 adına reyestrdə qeydyyata alınaraq ona bu barədə çıxarış verilmişdir. Konkret halda isə cavabdeh həmin daşınmaz əmlakı alıcı iddiaçıının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələridir. Göründüyü kimi, notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında iddiaçının əldə etdiyi torpaq sahəsini onun adına qeydiyyata alaraq ona çıxarış vermək cavabdeh qeydiyyat orqanının qanunla üzərinə düşən öhdəliyi olduğu halda, iddiaçıya imtina cavabı verməklə onun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə olan halda, İPM-in 73.1-ci maddəsinin tələbinə görə isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə işdə olan sübutlarla müəyyən edilən hallara uyğun olan maddi hüquq normalarını tətbiq etməklə iddianın təmin olunması barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə də qeyd edilənləri nəzərə ialan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, ünvan 2ərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. ünvan 2ərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar