Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-308/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X21 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X11 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (X8 və X2 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) “fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair plan-cizginin tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-386/2022 saylı, 16 iyun 2022-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər X5, 7 saylı Notariat Kontoruna, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə və Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının babası X3 qalan Buzovna qəsəbəsi, Ə.Ağayev E.Bünyadov küçələrinin kəsişməsində yerləşən, 1/73 saylı torpaq sahəsinin və evin cizqilərinin çəkilməsi və xəritədən çıxarışın verilməsi, dövlət reyestr xidmətinə təqdim edilməsi və onun əsasında qeyd olunan torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş evə çıxarışların verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X17 31 yanvar 2020-ci ildə vəfat etmişdir. Atasından qalan mirası qəbul etmək üçün iddiaçı 7 saylı notariat kontoruna vərəsəliyin açılmasına dair ərizə ilə müraciət etmişdir. Qeyd edir ki, atası vəfatından əvvəl iddiaçının babası X7 Əzizbəyov Rayon İcra Hakimiyətinin 11 noyabr 1988-ci il tarixli qərarı ilə ayrılan 600 kv.m. torpaq sahəsində inşa edilmiş Buzovna qəsəbəsi, Ə.Ağayev E.Bünyadov küçələrinin kəsişməsində yerləşən, 1/73 saylı evdə yaşamışdır. Miras qalmış həmin torpaq sahəsinin cizqisinin verilməsi ücün cavabdehə müraciət etmiş, lakin cavabdehin A-140/2- 091/2 saylı xx.xx.2020-il tarixli məktubu ilə ona imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6778/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin Əzizbəyov rayon X25nin İcraiyyə Komitəsinin 11 noyabr 1986-cı il tarixli, 16/108 saylı qərarı ilə mərhum babası X7 fərdi yaşayış evinin tikintisi üçün Buzovna qəsəbəsi, 1/73 saylı ünvanda ayrılmış 600 kv.m. torpaq sahəsinə plan (cizginin) verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmiş, iş üzrə X8 və X2 məhkəmə icraatına 3-cü şəxs qismində zəruri olaraq cəlb edilmişlər. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, İddiaçı Mayıl qızının Cavabdehnə müraciətləri əsasında Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən yerində araşdırma aparılmışdır. Məlum olmuşdur ki, həmin ünvanda yaşayan digər vərəsələrin istifadəsində olan torpaq sahəsinə plan (cizginin) hazırlanmasına etirazlarının olması səbəbindən eləcə də, torpaq sahəsinin rəsmi sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq (əlavə zəbt olunmuş torpaq sahəsi mövcuddur), qeyd olunan torpaq sahəsi mübahisəli olduğundan plan (cizginin) verilməsi Cavabdeh tərəfindən məqsədəuyğun sayılmamışdır. Bundan əlavə, iddia predmeti üzrə cavabdeh inzibati orqan Cavabdeh hesab edilə bilməz. Belə ki, Cavabdeh əvvəllər X25 icraiyyə Komitələri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi qanunla nəzərdə tutulmadığından iddia tələbinin qanuni əsası yoxdur (Analoji iş üzrə Apellyasiya Məhkəməsinin qərarı əlavə olunur). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Qeyd olunanları nəzərə alaraq, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. 3-cü şəxs X4 nümayəndəsi və vəkili tərəfindən verilmiş yazılı etirazda bildirilmişdir ki, iddiaçı vərəsə kimi tanınması barədə müraciət etmiş, lakin vərəsə kimi tanınmamışdır. Notariat kontoru tərəfindən iddiaçının vərəsə kimi tanınmasından haqlı olaraq imtina edilmişdir. 1993-cü ildə vəfat edən babasının olümündən sonra faktiki olaraq kimsə vərəsə kimi tanınmamış və həmin əraziyə faktiki olaraq hüquqlarını qoruduğu şəxs faktiki olaraq vərəsə kimi qəbul edərək həmin əmlakı idarə edir. Qanunda məhkəmədə iddia qaldırmaq hüququ əldə etmədən hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən iddia qaldırılmışdır. Qeyd edilən iddia ilə məhkəməyə bu hüquqa malik olan şəxs müraciət edə bilər. Xəzər Rayon İcra Hakimyyətinin başçısının 1- ci müavini cizgi və xəritədən çıxarışın verilməsinin mümkün olmaması barədə cavab yazmaqda haqlıdır. Hal hazırda iddiaçı iddia qaldırmaq üçün subyektiv hüququ olmadan məhkəməyə iddia ilə müraciət etməsi digər şəxslərin qorunan hüquqlarının pozulması deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, "...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.” Hesab edir ki, iddia ərizəsi iddia vermək hüququ olmayan şəxs tərəfindən verilib, iddia mümkün hesab edilə bilməz. Tərəf məhkəmədə iddia vermək üçün ilk öncə bu subyektiv hüquqa malik olmalıdır. Vərəsə kimi tanınmayan və qanunla vərəsə kimi qəbul edilməyən şəxsin vərəsəliklə bağlı hər hansı bir hərəkəti yerinə yetirmək hüququ tanınmır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-386/2022 saylı, 16 iyun 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh Bakı şəhəri Cavabdeh və üçüncü şəxs X8 apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin 2-1(112)-386/2022 saylı, 16 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Mayıl qızının Cavabdehnə müraciəti əsasında Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən yerində araşdırma aparılmışdır. Məlum olmuşdur ki, həmin ünvanda yaşayan digər vərəsələrin istifadədə olan torpaq sahəsinə plan (cizginin) hazırlanmasına etirazlarının olması, eləcə də, torpaq sahəsinin rəsmi sənəd ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq (əlavə zəbt olunmuş torpaq sahəsi mövcuddur) olması səbəbindən və torpaq sahəsi mübahisəli olduğundan plan (cizginin) verilməsi məqsədəuyğun sayılmamışdır. İddiaçı Mayıl qızının Cavabdehnə qarşı torpaq sahəsinə cizgi və çıxarışın verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsində inzibati işə baxılarkən iddiaçının babası mərhum X7 Buzovna qəsəbəsində ayrılmış torpaq sahəsi kimi göstərdiyi ünvanda yaşayan iddiaçının qohumu hazırki inzibati iş üzrə 3-cü şəxs Nigar Bayramova mübahisəli 1/73 saylı torpaq sahəsinin faktiki olaraq mövcud olmadığını bildirmişdir. Əzizbəyov Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1993-cü il tarixli, 363/5 nömrəli sərəncamla Buzovna qəsəbəsində 180 saylı sahədə ona ayrılmış torpaq sahəsinin isə uzun müddətdir istifadəsində olmasını bildirmişdir. X26 və Ekspertiza Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli, 53 nömrəli rəyində bildirilmişdir ki, Xəzər (Əzizbəyov) rayon XDS İK-nin 16/608 saylı 11.11 1988-ci il tarixli Qərarı ilə X7 ayrılmış Bakı şəhəri Buzovna qəsəbəsində yerləşən 1/73 saylı sahənin yerinin müəyyən etmək mümkün olmadığından təyinatını, konfiqurasiyasını, koordinatlarını və sair sualları cavablandırmaq mümkün olmamışdır. Bundan əlavə, Cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021ci il tarixli, 1281 nömrəli məktubda Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən məlumatda cavabdeh X5 ayrılmış 180 saylı torpaq sahəsi ilə mərhum X7 ayrılmış 1/73 saylı torpaq sahəsinin ərazisi eyni yer göstərildiyindən və bu məsələ mübahisə predmeti olduğundan cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmadığı bildirilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.2-ci bəndinə əsasən məhkəmə sübutları yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Həmin məcəllənin 58.7-ci bəndinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bakı İnzibati Məhkəməsi 16.06,2022-ci il tarixli, 2- 1(112)-386/2022 nömrəli qərarın nəticəvi hissəsində Əzizbəyov rayon X25 İcraiyyə Komitəsinin 11 noyabr 1988-ci il tarixli, 16/108 nömrəli Qərarına istinad etməli olduğu halda, faktiki mövcud olmayan Əzizbəyov rayon X25 İcraiyyə Komitəsinin 11 noyabr 1986cı il tarixli, 16/108 saylı Sərəncamına istinad edərək mübahisəli torpaq sahəsinə cizgi (plan) verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul etmişdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, Bakı şəhəri Cavabdeh əvvəllər X25 İcraiyyə Komitələri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək o, cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi qanunla nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 08.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndində qeyd olunduğu kimi, daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrinə aiddir. Üçüncü şəxs X8 apellyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-386/2022 №-li qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-1151.2-ci maddələrinin tələblərinə görə Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Bu Məcəllənin 1178-ci maddəsində qeyd olunur ki, mirasın açıldığı vaxt vərəsələrdən biri sağ deyildirsə, qanun üzrə vərəsəlik əmələ gəlmir və onun əmlak payını vəsiyyət üzrə digər vərəsələr paylarına mütənasib surətdə alırlar. Əvvəla iddiaçının qeyd etdiyi torpaq sahəsini atası (iddiaçının babası) X12 adına dövlət reyestrində qeydiyyata aldırmayıb və atası vəfat edərkən onun adında olmayıb. Bu isə həmin torpaq sahəsinin atasından qalan miras olması anlamına gəlmir. Bundan başqa iddiaçının atasının da (onun qardaşı) sağlığında həmin torpaq sahəsi kiminsə adına dövlət reyestrində qeydiyyata alınmayıb və sözügedən torpaq sahəsinin yerləşdiyi ərazi çəkilən yolun çəkiliş xətti trayektoriyasına düşdüyündən həmin torpaq sahəsi yolun genişləndirilməsi məqsədi ilə dövlət ehtiyaclarına, yəni çəkilən yolun təkibinə qatılıb və bununla əlaqədar da kompensasiya da verilib ki, həmin kompensasiyanı da onlar, o cümlədən də məhz iddiaçının atası, X18 alıb. Həmin torpaq sahəsindən qalan bir hissəni isə yenə də iddiaçının atası X18 özünün sağlığında X19 qeyri-rəsmi qaydada satıb və X23 da hazırda orada yaşayır.Bundan başqa o, ümumiyyətlə bu iddia üzrə cavabdeh ola bilməz çünki ona məxsus torpaq sahəsi sözügedən torpaq sahəsinin hüdularından kənarda yerləşər və ayrıca sənədləri var. Daha sonra birinci instansiya məhkəməsinin İcra Hakimiyyəti üzərinə qoyduğu vəzifə icra hakimiyyətinin səlahiyyətlərinə aid deyil. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək şikayətlərin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Apellyasiya şikayətlərinin iddiaçının subyektiv hüquqa malik olmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı subyektiv hüquqa malikdir. Belə ki, Bakı şəhəri, 7 saylı xüsusi notariusu X16 tərəfindən verilmiş 17 iyun 2020-ci il tarixli 433 nömrəli məktubdan görünür ki, X6 xx.xx.1993-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2020-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsələrinin qızı X2, nəvəsi İddiaçı Mayıl qızı və qızı X8 olması barədə məlumat verilmişdir.Göründüyü kimi, iddiaçı da vərəsələr sırasında qeyd edilmişdir. Həmçinin, apellyasiya şikayətinin digər dəlilinə cavab olaraq qeyd edilməlidir ki, cavabdeh inzibati orqan hazırki iddia tələbi üzrə cavabdehlik daşıyan şəxsdir. Belə ki, Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında icra hakimiyyətinin başçısı vəzifəsi təsis edilmiş, şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi, hazırki cavabdeh bir növ Əzizbəyov rayon X25nin İcraiyyə Komitəsinin hüquqi varisi qismində çıxış edir. 2011-ci il may ayının 24-də Əzizbəyov rayonunun adı dəyişdirilərək “Xəzər” adlandırılmışdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə görə inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan SSR-nin xx.xx.1971-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikasının Torpaq Məcəlləsi qəbul edilənədək qüvvədə olmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin: -13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da müvafiq X25 icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. - 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. - 22-ci maddəsinə əsasən torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. - 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. - 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: -65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. - 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. -65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. -68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında” Əsasnamə: Bənd 2. Yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır. Bənd 3. Təyinatından asılı olaraq yerquruluşu kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir. Bənd 4. Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır: -qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələrin sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması: -mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması; -mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması; -məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması; -torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi; -istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması; -torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması. -Yerquruluşu işlərinə dair hazırlanmış sxem və layihələrin həyata keçirilməsinə müəllif nəzarətini müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı xx xxxxxx 2000-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İddiaçının babası X12 16 aprel 1993- cü ildə, atası X17 isə 13 yanvar 2020-ci ildə vəfat etmişlər. İddiaçı vəfat etmiş X9 vərəsəsidir. Əzizbəyov rayon Xalq Deputatlar`Sovetinin İcraiyyə Komitəsinin 11 noyabr 1988-cı il tarixli, 16/608 nömrəli sərəncamı ilə iddiaçının mərhum babası X7 fərdi yaşayış evinin tikintisi üçün Buzovna qəsəbəsində yerləşən 1/73 nömrəli, 600 kv.m. ümumi sahəsi olan torpaq sahəsi ayrılmış, mərhum atası orada inşa edilmiş evdə yaşamışdır. İddiaçı həmin torpaq sahəsinə dair plan-cizginin tərtib edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh imtinasında bildirilmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsində əlavə sahə mövcuddur, həmçinin qeyd olunan torpaq sahəsi mübahisəli olduğundan, sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Əzizbəyov rayon X25 İcraiyyə Komitəsinin 11 noyabr 1988-cı il tarixli, 16/608 nömrəli sərəncamı ilə iddiaçının mərhum babası X7 fərdi yaşayış evinin tikintisi üçün Buzovna qəsəbəsində yerləşən 1/73 nömrəli, 600 kv.m. torpaq sahəsi ayrılmış, iddiaçı həmin qərarla ayrılmış torpaq sahəsinin plan cizgisinin tərtib edilərək verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirmişdir, iddiaçı faktiki olaraq torpaqayırma barədə hüquqmüəyyənedici sənədə malik olsa da, torpaq sahəsinin yerində yerləşməsini təsdiq edən sənədi mövcud deyildir, iddiaçı məhz həmin sənədin tərtib edilərək verilməsini cavabdehdən tələb etmiş, iddiaçının iddia tələbi üzrə cavabdeh qismində qoyulmuş inzibati orqanın cavabdehliyi yaranmışdır, cavabdehin imtinası qanunsuz olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni İPM-in 12-ci maddəsinin tələbləri baxımından əsassız hesab edir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Balı Ərazi İdarəsinin **********50 nömrəli, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, (sahəsi 1/73) Ə. Ağayev küçəsi ilə E. Bünyadov küçəsinin kəsişməsində yerləşən fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. -Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin 254 nömrəli, xx.xx.2020-ci il tarixli arayışına əsasən iddiaçı və 3-cü şəxslər ünvan 2 ünvanında yaşamış və qeydiyyatda olmuş iddiaçının mərhum atasının evində qeydiyyatdadırlar. -Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin 447 nömrəli, 20 avqust 2020-ci il tarixli arayışına əsasən X8 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, E. Bünyadov küçəsində qeydiyyatsız yaşayır. -Bakı şəhəri Cavabdeh 1281 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, məktubda qeyd edilən məsələnin araşdırılması ilə bağlı tərəflərindən aidiyyəti üzrə Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə 1281 nömrəli, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmış və nümayəndəlikdən verilən məlumatda X5 ayrılmış 180 saylı torpaq sahəsi ilə mərhum X7 ayrılmış torpaq sahəsinin ərazisinin eyni yer göstərildiyindən, bu məsələ mübahisə predmeti olduğuna görə torpaq sahəsinə dair cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmadığı bildirilmişdir. -“X26 və Ekspertiza Mərkəzi” MMC-nin 69 nömrəli, 14 mart 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Xəzər (Əzizbəyov) rayon XDS İK-nin 16/608 saylı, xx.xx.1988-ci il tarixli sərəncamı ilə X7 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 1/173 saylı torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadığından təyinatını, konfiqurasiyasını, koordinatlarını və sair sualları cavablandırmaq mümkün olmamışdır. Göründüyü kimi iş materialları ilə Xəzər (Əzizbəyov) rayon XDS İK-nin 16/608 saylı, xx.xx.1988-ci il tarixli sərəncamı ilə X7 ayrılmış torpaq sahəsinin mövcudluğu müəyyən edilmir. Məhkəmə iclaslarında X6 vərəsələrindən olan X8 bunu onunla izah etmişdir ki, keçmiş Əzizbəyov rayon XDS tərəfindən ataları X6 adına ayrılmış 1/73 saylı 600 kv.m torpaq sahəsi və üzərindəki tikili 2010-cu ildə Buzovna-Mərdəkan yolunun çəkilişi və genişləndirilməsinə sərf olunaraq dövlət ehtiyacları üçün alınmış və Kapital Bank tərəfindən kompensasiya ödənilmiş, kompensasiyanı isə iddiaçının atası götürmüşdür, o və bacısı tərəfindən kompensasiyanın götürülməsi üçün X13 etibarnamə verilmişdir. Kollegiya üçüncü şəxsin bu dəlili istiqamətində araşdırma aparmışdır. Belə ki, qeyd olunan halın araşdırılması məqsədilə Dövlət Notariat Arxivinə və AR Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə sorğu ünvanlanaraq, işin obyektiv araşdırılması məqsədi ilə X8 tərəfindən X13 verilmiş, 21 iyul 2022-ci il tarixli Bakı şəhəri 42 saylı dövlət notariat kontorunun dövlət notariusu M.N.Soltanov tərəfindən təsdiq edilmiş etibarnamənin verilməsi ilə bağlı notariat işinin (reyestrdə 7E/16-5712 nömrə ilə qeydiyyata alınmış) təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Məhkəməyə təqdim edilmiş etibarnamədən görünür ki, eyni ildə, yəni 21 iyul 2010-cu ildə X8 tərəfindən X13 “Kapital Bank”-ın Xəzər rayon filialından ona çatası pulu alması üçün etibarnamə verilmişdir. Lakin müvafiq olaraq Kapitalbank ASC-dən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən daxil olmuş sorğulara cavab məktublarından görünür ki, X1 ödənilməsi barədə məlumat aşkar olunmamışdır. Qeyd edilən dəlilin araşdırması istiqamətində müvafiq məlumat əldə edilməsə də, məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırda iddiaçı mərhumun vərəsəsi olduğunu iddia edərək Xəzər (Əzizbəyov) rayon XDS İK-nin 16/608 saylı, xx.xx.1988-ci il tarixli sərəncamı ilə X7 ayrılmış torpaq sahəsinin cizgi planının verilməsini tələb etsə də, faktiki göstərilən torpaq sahəsi məhz mərhumun digər vərəsəsi olan hazırki iddiaçının bibisi iş üzrə 3-cü şəxs Bayramova (Ağayeva) Nigar Ağaverdi qızının sahibliyi və istifadəsində olan, faktiki yaşadığı torpaq sahəsidir ki, həmin torpaq sahəsinə dair də Nigar Ağaverdi qızının müvafiq hüquqmüəyyənedici sənədə malik olması iş materialları ilə mübahisəsizdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 363/5 saylı sərəncamına görə X10 Buzovna qəsəbəsində fərdi ev tikmək üçün 180 №-li sahədə torpaq sahəsi ayrılmışdır. İş materiallarına ünvan 3 ünvanında yerləşən X4 fərdi yaşayış evi kimi qeyd olunan evə dair Xəzər rayonu Buzovna qəsəbə bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş ortofoto görüntü əlavə edilmişdir (iş m. 1-ci cild səh 102). Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, Nigar Ağayevaya ayrılmış həmin torpaq sahəsi Əzizbəyov rayon X20 İcraiyyə Komitəsinin 11 noyabr 1986-cı il tarixli, 16/608 nömrəli qərarı ilə X7 torpaq sahəsi ayrılandan sonra qəbul edildiyindən Buzovna qəsəbəsində 180 №-li sahədə torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 363/5 saylı sərəncamının ləğv edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışlar. Həmin iddia ərizəsi aşağıdakı məzmunda əsaslandırılmışdır: “Eyni torpaq sahəsinin müxtəlif şəxslərə ayrılmasına dair 2 sərəncamın eyni zamanda mövcud olması mümkün deyil. Belə ki, mübahisə predmeti olan və mərhum A.Ağayevə ayrılmış torpaq sahəsinə dair onun vəfatından sonra vərəsələri tərəfindən razılıq verilmədən yenidən cavabdeh Nigar Ağayevanın adına sərəncam verilməsi qanunsuz olmaqla həmin sərərəncamın necə əldə edilməsi məlum deyildir. Bu baxımdan hesab edir ki, X10 Buzovna qəsəbəsində 180 N-li sahədə torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 363/5 saylı sərəncamı qanunsuz olaraq verildiyindən ləğv edilməlidir”. Hazırki inzibati iş üzrə də cavabdehin imtinasının əsasında məhz torpaq sahəsinin mübahisəli olması dayandığından, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-308/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə işin icraatı İddiaçı cavabdehlər Bayramova (Ağayeva) Nigar Ağaverdi qızına və Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil4 iş üzrə icraatın təzələnməsi barədə ərizəsi əsasında işin icraatı təzələnmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 776/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Bayramova (Ağayeva) Nigar Ağaverdi qızına və Bakı şəhəri Cavabdehnə qarşı "sərəncamın ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə iddia mümkün sayılmamış, həmin qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-l(103)- 2559/2023 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-776/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-l(103)-2559/2023 saylı qərardadından İddiaçı tərəfindən kassasiya şikayəti verilməmiş və həmin qərardad qanuni qüvvəyə minmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mərhum babasının vərəsəsi kimi iddia qaldırmış iddiaçı müvafiq olaraq sərəncama istinad etsə də faktiki göstərilən torpaq sahəsi digər vərəsə olan bibisi tərəfindən öz adına verilmiş müvafiq hüquqmüəyyənedici sənədə əsasən istifadə və sahiblik edildiyindən, torpaq sahəsi mübahisəli olduğundan iddiaçının hazirki halda iddiası əsassızdır. Belə olan halda ümumilikdə cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri qərarın ləğvinə əsas verir, bu səbəbdən, şikayətlər təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-386/2022 saylı, 16 iyun 2022-ci il tarixli qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı şəhəri Cavabdeh və üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-386/2022 saylı, 16 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair plan-cizginin tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-308/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-308/2023
21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver