Məhkəmə qərarları › İş №2-1(103)-3081/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3081/2024

20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3081/2024 20.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-580/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əlillik vəziyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X2 Sosial Ekpert Komissiyasında 4400003AAAHU nömrəli, xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ baldırın orta 1/3-nin güllə yaralanmasından (1992) sonrakı qamış sümüyünün sınığı. Baldırın orta 1/3-nin xroniki xorası. Sağ aşıq-baldır oynağının tez-tez təkrarlanan xroniki sinoviti, hərəkət məhdudluğu, ağrı sindromu ilə. “Əlavə ixtisaslaşmış müalicə tövsiyyə olunur.” səbəbi ilə imtina edilmişdir.

2. İddiaçının əlillik vəziyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X2-Sosial Ekpert Komissiyasında R00011160İEH nömrəli, xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və digər xroniki osteomielit, sağ baldırın orta 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət, qamış sümüyünün orta aşağı 1/3-nin sümük-ilik kanalının hissəvi kirəcləşməsi, qamış sümüyünün kortikal təbəqəsinin qalınlaşması, odlu silah yaralanmasından sonrakı xroniki osteomielit. Baldırın aşağı 1/3-nin ön səthində dərin trofiki xora. Sağ diz oynağının sinoviti, Daban sümüyünün cismində sistvari boşluq. Yerişin çətinləşməsi-axsama. “Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir.

3. Birinci instansiya məhkəməsinin 2-1(112)-4154/2023 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 publik hüquqi şəxsi tərəfindən verilmiş T221/2023 saylı ekspert rəyində göstərilmişdir ki, vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı o, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əyani müayinəyə göndərilmiş və orada ona “Sağ baldırın xroniki osteomielitinin qalıq əlamətləri, kortikal qalınlaşma, periofit, osteofit, baldırın aşağı 1/3-nin ön səthinin uzunmüddətli sağalmayan trofiki yarası-fistul, perifokal diffuz imbibisiya, aşıqbaldır oynağının kontrakturası, peroneal (incik) sinirin ağır dərəcəli neyropatiyası, (XBT: M86.6, M90.1, M25.7;M67.7; G57.3.)” diaqnozu müəyyən edilmişdir.

4. Birinci instansiya məhkəməsinin 2-1(112)-4154/2023 saylı, xx.xx.2023-cü il qərardadı ilə iddiaçının əlilliyinin müəyyən edilməsi üçün cavabdeh tərəfindən əyani müayinənin qiymətləndirilməsi məqsədilə cavabdehə 1 (bir) ay müddət təyin edilmişdir.

5. Məhkəmənin qərardadının icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-4/2-27406/2023 nömrəli məktub təqdim edilərək bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ********** nömrəli arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonrakı vəziyyət sağ qamış sümüyünün xroniki osteomieliti, funksiya edən fistulu, əməliyyatdan sonrakı vəziyyəti. Sağ baldırın sağalmayan infeksiyalaşmış dəri defekti ilə torfiki yaraları. Sağ aşıq baldır oynağının açıcı-bükücü kontrakturası (hərəkət həcmi -10 dərəcə ağrı sindromu ilə) kimi qeyd olunmuşdur, lakin xx.xx.2023-cü il tarixli rentgen şəklində kontraktura və osteomieliti təsdiqləyən aktiv fistul görüntüsü izlənməmiş, hiperdiaqnostikaya yol verildiyi düşünülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişinin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X2 Sosial Ekpert Komissiyası tərəfindən verilmiş 3-17-4/3-3-17923/2023 nömrəli, oktyabr 2023-cü il tarixli qərarında iddiaçının əlillik vəziyyəti əyani müayinə olunaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 publik hüquqi şəxsi tərəfindən verilmiş T542/2024 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda mütəxəssis-travmatoloq komissiyası tərəfindən müayinəsi zamanı ona “Odlu silahla yaralanmasından sonrakı vəziyyət, sağ baldır sümüklərinin aşağı 1/3-nin xroniki osteomieliti, funksiya edən fistulu əməliyyatından sonrakı vəziyyət, sağ baldırın sağalmayan infeksiyalaşmış dəri defekti ilə trofiki yaraları, sağ aşıq-baldır oynağının açıcıbükücü kontrakturası (hərəkət həcmi təxminən 10 dərəcə) ağrı sindromu ilə, osteoporoz (XBT: Y36.4, T93.0, M86.6, Y83.8, L98.4, L08.9, M24.5, M25.5, M81.9) diaqnozu qoyulmuşdur. O, hazırda həmin xəstəliklərdən əziyyət çəkir. İş materiallarında olan tibbi sənədlərə əsasən əlillik vəziyyətinin Tibbi Sosial Ekpert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş R00011160İEH nömrəli (Forma 88) göndərişdə qeyd edilmiş “Digər xroniki osteomielit, sağ baldırın orta 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət, qamış sümüyünün orta aşağı 1/3-nin sümük-ilik kanalının hissəvi kirəcləşməsi, qamış sümüyünün kortikal təbəqəsinin qalınlaşması, odlu silah yaralanmasından sonrakı xroniki osteomieliti, baldırın aşağı 1/3nin ön səthində dərin trofiki xora, sağ diz oynağının sinoviti, daban sümüyünün cismində sistvari boşluq, yerişin çətinləşməsi-axsama diaqnoz xəstənin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu səmərəliliyi qənaətbəxş olmuşdur. Yuxarıda qeyd edilən diaqnozdakı xəstəliklər İ bənddə göstərilən xəstəliklərlə ümumən eynilik təşkil edir və əlilliyin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının 13.1.1.1 bəndinə (XBT 10 kodu ilə M86.6 göstərilməklə) müvafiq olaraq xx.xx.2022-ci il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə 2 (iki) il müddətinə orqanizmin funksiyasının 40% pozulması barədə qərar qəbul edilməlidir. İddiaçı sağlamlıq vəziyyəti (xəstəlik və ağırlaşmaları) bərpa olunan deyildir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “ikinci qrup əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, müharibədə aldığı bədən xəsarətinə görə 2008-ci il tarixindən 2-ci qrup əlillik təyin edilmişdir. 2021-ci ilin dekabr ayında əlilliyi dayandırılmışdır. Növbəti müayinə 2022-ci il mayın 4-də keçirilmişdir. Sağ ayağında olan xəsarətə görə müalicəyə ehtiyacın olması səbəbindən imtina olunmuşdur. Ona Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müalicə almaq üçün göndəriş vərəqəsi verilmişdir. Elm-Tədqiqat Travmatologiya və Ortopediya institutunda müayinə olunmuş və ona xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Ona bildirilmişdir ki, ayağında yara xroniki ostemielitdir, xroniki olduğu üçün sağalan deyil.

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4154/2023 nömrəli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs əsl cavabdeh olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4154/2023 nömrəli qərardadı ilə iddiaçının “İddiaçı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-580/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia tələbi təmin edilmiş, İddiaçı R00011160İEH saylı tibbi göndərişi əsasında əlilliyin təyin edilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:

a) apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sağ baldırın orta 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir..” səbəbi ilə imtina verilmişdir.

15. Bakı şəhər sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı oğlunun (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 4400003AAAHU nömrəli, xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir.

16. Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin R00011160İEH nömrəli, xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. (ESDAS **********9)

17. Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2004-cü il tarixli 15 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ baldırın orta 1/3 nahiyəsinin güllə yaralanması'’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Obyektiv baxış zamanı sağ baldırın orta 1/3-də qartmaqlı çapıq, aşağı 1/3-də 6x2 sm ölçüdə qranulasion yara müəyyən edilmişdir” kimi qeyd olunmuş, müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuşdur. Anamnezində 1992-ci ildə sağ ayağından güllə yarası aldığını, həmin nahiyədə hərarətin yüksəldiyini, şişkinlik olduğunu, 2019-cu ildə keçirilmiş cərrahi əməliyyatdan sonra açıq yaraya çevrildiyini bildirmişdir. Baxış zamanı sağ baldırın orta 1/3-də çapıq, aşağı 1/3-nin ön səthində təxminən 10x5 sm ölçüdə osteomielitə uyğun gəlməyən xora izlənmişdir. Müayinə nəticəsinin dəqiqləşdirilməsi üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndəriş verilmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli, ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonrakı vəziyyət. Sağ qamış sümüyünün xroniki osteomieliti, funksiya edən fistulu, əməliyyatdan sonrakı vəziyyəti. Sağ baldırın sağalmayan infeksiyalaşmış dəri defekti ilə trofiki yaraları. Sağ aşıq baldır oynağının açıcıbükücü kontrakturası (hərəkət həcmi ~ 10 dərəcə) ağrı sindromu ilə” kimi qeyd olunmuş, lakin təqdim edilmiş xx.xx.2023-cü il tarixli rentgen şəklində kontraktura və osteomieliti təsdiqləyən aktiv fistul görüntüsü izlənməmiş, hiperdiaqnostikaya yol verildiyi düşünülmüşdür. Hazırda instrumental və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verə biləcək dayaq-hərəkət sistemi pozuntuları aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

18. Məhkəmə öz mövqeyini əsaslandıraraq bildirmişdir ki, iddiaçı barəsində sonuncu dəfə verilən R00011160İEH nömrəli göndərişdə qeyd olunan əsas diaqnoz və ağırlaşması (“Digər xroniki osteomielit, sağ baldırın orta 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət, qamış sümüyünün orta aşağı 1/3-nin sümük-ilik kanalının hissəvi kirəcləşməsi, qamış sümüyünün kortikal təbəqəsinin qalınlaşması, odlu silah yaralanmasından sonrakı xroniki osteomieliti, baldırın aşağı 1/3-nin ön səthində dərin trofiki xora, sağ diz oynağının sinoviti, daban sümüyünün cismində sistvari boşluq, yerişin çətinləşməsi-axsama” (XBT: M86.6; M90.1; M25.7; M67.7; G57.3.) iş üzrə keçirilmiş ekspertiza ilə aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən olunmuşdur. Ekspert rəyinin əsassızlığı ilə bağlı cavabdeh tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur.

19. Qeyd edilənləri qəbul etməyərək bildirilir ki, inzibati orqan vətəndaşı əyani müayinəyə cəlb etmiş və əyani müayinə nəticəsində diaqnozun əlillik əlaməti təyin etmədiyi aşkar edilmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, 2021-ci ilədək vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi instrumental müayinələrlə həyata keçirilmişdir. 2021-ci ildən sonrakı dövrdə əlillik təyinatı üçün həm instrumental, həm də əyani müayinələrlə həyata keçirilir. İddiaçı üçün təyin edilən diaqnoz o halda öz təsdiqini tapmış olar ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər, bildirdiyi şikayətlər və əyani müayinənin nəticələri bir-biri ilə uyğunluq təşkil etsin. Diaqnoz şəxsin hazırki vəziyyətini əks etdirməklə yanaşı, əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

20. Həmçinin, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli, ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonrakı vəziyyət. Sağ qamış sümüyünün xroniki osteomieliti, funksiya edən fistulu, əməliyyatdan sonrakı vəziyyəti. Sağ baldırın sağalmayan infeksiyalaşmış dəri defekti ilə trofiki yaraları. Sağ aşıq-baldır oynağının açıcı-bükücü kontrakturası (hərəkət həcmi ~ 10 dərəcə) ağrı sindromu /7ə” kimi qeyd olunmuş, lakin təqdim edilmiş xx.xx.2023-cü il tarixli rentgen şəklində kontraktura və osteomieliti təsdiqləyən aktiv fistul görüntüsü izlənməmiş, hiperdiaqnostikaya yol verildiyi düşünülmüşdür. Hazırda instrumental və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verə biləcək dayaq-hərəkət sistemi pozuntuları aşkar edilməmişdir.

b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏRƏFLƏRİN İŞTİRAKİ:

22. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

23. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, Bakı İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya): 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” (ləğv edilmiş):

1. Ümumi müddəalar 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya): 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması.

27. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş“Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 13.1.1.1 bənd - prosesin aktivliyinin orta dərəcəsi, fistulanın tez-tez və ya daimi irinləməsi

29. “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı”(X6, 2012): Digər osteopatiyalar (M86-M90) M86.6 Digər xroniki osteomielit

30. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

MƏHKƏMƏNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır.

32. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

34. İddiaçının əlillik vəziyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X2 Sosial Ekpert Komissiyasında 4400003AAAHU nömrəli, xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ baldırın orta 1/3-nin güllə yaralanmasından (1992) sonrakı qamış sümüyünün sınığı. Baldırın orta 1/3-nin xroniki xorası. Sağ aşıq-baldır oynağının tez-tez təkrarlanan xroniki sinoviti, hərəkət məhdudluğu, ağrı sindromu ilə. “Əlavə ixtisaslaşmış müalicə tövsiyyə olunur.” səbəbi ilə imtina edilmişdir.

35. İddiaçının əlillik vəziyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X2-Sosial Ekpert Komissiyasında R00011160İEH nömrəli, xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Digər xroniki osteomielit, sağ baldırın orta 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət, qamış sümüyünün orta aşağı 1/3-nin sümük ilik kanalının hissəvi kirəcləşməsi, qamış sümüyünün kortikal təbəqəsinin qalınlaşması, odlu silah yaralanmasından sonrakı xroniki osteomielit. Baldırın aşağı 1/3-nin ön səthində dərin trofiki xora. Sağ diz oynağının sinoviti, Daban sümüyünün cismində sistvari boşluq. Yerişin çətinləşməsi-axsama. Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir.

36. Birinci instansiya məhkəməsinin 2-1(112)-4154/2023 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 publik hüquqi şəxsi tərəfindən verilmiş T221/2023 saylı ekspert rəyində göstərilmişdir ki, vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı o, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əyani müayinəyə göndərilmiş və orada ona “Sağ baldırın xroniki osteomielitinin qalıq əlamətləri, kortikal qalınlaşma, periofit, osteofit, baldırın aşağı 1/3nin ön səthinin uzun müddətli sağalmayan trofiki yarası-fistul, perifokal diffuz imbibisiya, aşıq-baldır oynağının kontrakturası, peroneal (incik) sinirin ağır dərəcəli neyropatiyası, (XBT: M86.6, M90.1, M25.7;M67.7; G57.3.)” diaqnozu müəyyən edilmişdir.

37. Birinci instansiya məhkəməsinin 2-1(112)-4154/2023 saylı, xx.xx.2023-cü il qərardadı ilə iddiaçının əlilliyinin müəyyən edilməsi üçün cavabdeh tərəfindən əyani müayinənin qiymətləndirilməsi məqsədilə cavabdehə 1 (bir) ay müddət təyin edilmişdir.

38. Məhkəmənin qərardadının icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-4/2-27406/2023 nömrəli məktub təqdim edilərək bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ********** nömrəli arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonrakı vəziyyət. Sağ qamış sümüyünün xroniki osteomieliti, funksiya edən fistulu, əməliyyatdan sonrakı vəziyyəti. Sağ baldırın sağalmayan infeksiyalaşmış dəri defekti ilə torfiki yaraları. Sağaşıq baldır oynağının açıcı-bükücü kontrakturası (hərəkət həcmi -10 0 ağrı sindromu ilə) kimi qeyd olunmuşdur, lakin xx.xx.2023-cü il tarixli rentgen şəklində kontraktura və osteomieliti təsdiqləyən aktiv fistul görüntüsü izlənməmiş, hiperdiaqnostikaya yol verildiyi düşünülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişinin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

39. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X2 Sosial Ekpert Komissiyası tərəfindən verilmiş 3-17-4/3-3-17923/2023 nömrəli, oktyabr 2023-cü il tarixli qərarında iddiaçının əlillik vəziyyəti əyani müayinə olunaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərar verilmişdir.

40. İş materiallarına iddiaçının stasionarda müalicəsi zamanı anamestik kliniki, laborator-instrumental müayinələrin nəticələri barədə tibbi sənədləri əlavə edilmişdir.

41. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunda qeyd edilmişdir:  “28. Əlilliyin müəyyən edilməsindən diaqnozun əlilliyə əsas verməməsi səbəbi ilə imtina edildiyi zaman məhkəməyə müraciət edən şəxslərin iddialarına baxılarkən, məhkəmələr tərəfindən bir sıra hallarda İnzibati Prosessual Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati orqana şəxsin əyani müayinəyə cəlb edilməklə müvafiq inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edilir.

29. Təcrübədə rast gəlinən əsas problemlərdən biri məhz həmin əyani müayinələrlə bağlıdır. İşlərdən görünən odur ki, bir sıra hallarda Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verməyən şəkildə aparılır. Nəticə etibarilə, bəzən məhkəmələr inzibati orqanın şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnozlarına əsaslanmayan mövqeyinə uyğun qərar verməklə işi yekunlaşdırırlar.”

42. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə də oxşar vəziyyət yaranmaqla birinci instansiya məhkəməsinin 2-1(112)-4154/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının icrası ilə bağlı TSEK tərəfindən əyani müayinə məhz onun tibb müəssisəsindən tələb etdiyi məlumatların əldə edilməsinə, tam və hərtərəfli araşdırılmasına imkan verəcək qaydada aparılmalı idi.

43. İcmal məktubunda qeyd edilmişdir: “40. “Məhkəmə Tibbi Ekspertiza və X8” publik hüquqi şəxsi (bundan sonra- Birlik) ekspertizanın keçirilməsində cavabdehin iştirakının “zərurət” olduğunu bildirərək, bu zərurəti onunla əlaqələndirir ki, əlilliyin müəyyən edilməsi yalnız Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının müstəsna səlahiyyətinə aid edildiyindən, Birliyin bu suallar üzrə tədqiqat aparıb cavablandırmaq səlahiyyəti istisna edilir.

41. Halbuki, qanunvericiliklə yalnız məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanla və ya şəxslə razılaşdırmadan, müstəqil olaraq, bu idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək qadağan edilir (“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsi). Beləliklə, hazırkı halda, məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan kimi məhkəmə çıxış etdiyindən, müvafiq olaraq onun razılığı olmadan idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək yolverilməzdir.”

44. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işin materiallarında göründüyü kimi birinci ekspert rəyi məhz məhkəmənin müvafiq olaraq razılığı olmadan TSEK-in mütəxəssisinin iştirakı ilə tərtib edilmişdir.

45. İcmal məktubunda qeyd edilmişdir: “31. Bu nöqteyi-nəzərdən nəzərə alınmalıdır ki, məhkəmələr əyani müayinənin yalnız nəticə hissəsi ilə kifayətlənməyərək, prosedurun özünün müvafiq diaqnostik müayinə metodları əsasında aparılıb-aparılmadığını aydınlaşdırmalı, həmin metodologiyanın şəxsin sağlamlığının real və obyektiv vəziyyətini qiymətləndirməyə uyğunluğunu müəyyənləşdirməlidirlər.

32. Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır...

36. Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir.  37. Şəxsin əlilliyi onda mövcud olan xəstəliklərin, zədələrin və çatışmazlıqların, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərindən asılı olaraq təyin edildiyi üçün, fərqli subyektlərin fəaliyyət sahəsinə aid olan şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə əlilliyin qiymətləndirilməsi (təyin edilməsi) anlayışları (birinci halda tibbi ekspertlərin, ikinci halda inzibati orqanın və ya məhkəmənin) eyniləşdirilməməlidir. Əlilliyin qiymətləndirilməsi tələbi üzrə hüquqi dəyərləndirmə hüquq tətbiqedicinin əlahiddə və müstəsna səlahiyyəti olmaqla, ekspert qarşısına yalnız şəxsin sağlamlıq vəziyyətinin müəyyən edilməsinə dair (göndərişdə qoyulmuş diaqnozun təsdiqini tapıbtapmadığı, diaqnozun xəstəliklərin beynəlxalq təsnifatına uyğunluğu və sairə) suallar qoyula bilər...

45. Sübutetmənin və etirazın əsaslarını müəyyən edən prosessual normaların qanunvericinin müəyyənləşdirdiyi məqsədlər baxımından tətbiq edilməli olması zərurəti, digər tərəfdən də qanunvericinin idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində cəlb etmək məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxması göz önündə tutulmaqla hesab edilir ki, ekspertizanın keçirilməsinin mümkünsüz olduğu müstəsna hallarda, məhkəmələr tərəfindən TSEK-in inzibati icraatda iştirak etməmiş mütəxəssisinin və ya ixtisaslaşmış tibb müəssisəsinin mütəxəssis həkiminin ekspertiza keçirilməsində iştirakı nəzərdə tutula bilər. Lakin belə iştirak mütləq ekspertiza təyin etmiş məhkəmənin razılığı ilə baş tuta bilər.”

46. Belə ki, iddiaçı barəsində sonuncu dəfə verilən R00011160İEH nömrəli göndərişdə qeyd olunan əsas diaqnoz və ağırlaşması (“Digər xroniki osteomielit, sağ baldırın orta 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət, qamış sümüyünün orta aşağı 1/3-nin sümükilik kanalının hissəvi kirəcləşməsi, qamış sümüyünün kortikal təbəqəsinin qalınlaşması, odlu silah yaralanmasından sonrakı xroniki osteomieliti, baldırın aşağı 1/3-nin ön səthində dərin trofiki xora, sağ diz oynağının sinoviti, daban sümüyünün cismində sistvari boşluq, yerişin çətinləşməsi-axsama” (XBT: M86.6; M90.1; M25.7; M67.7; G57.3.) iş üzrə keçirilmiş ekspertiza ilə aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən olunmuşdur.

47. Ekspert rəyinin əsassızlığı ilə bağlı cavabdeh tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur.

48. Cavabdeh tərəfindən etirazında və onu təkrarlayan apellyasiya şikayətinin dəlillərində qeyd edilən diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən ona əlillik təyinatına əsas verməməsinə deyil, göndərişdə qeyd edilən həmin diaqnozun əyani müayinə zamanı müəyyən olunmamasına istinad edilmişdir.

49. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin qərardadı əsasında alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 publik hüquqi şəxsi tərəfindən verilmiş T542/2024 saylı ekspert rəyi ilə bu dəlillər təkzib olunur.

50. Belə ki, ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda mütəxəssis-travmatoloq komissiyası tərəfindən müayinəsi zamanı ona “Odlu silahla yaralanmasından sonrakı vəziyyət, sağ baldır sümüklərinin aşağı 1/3-nin xroniki osteomieliti, funksiya edən fistulu əməliyyatından sonrakı vəziyyət, sağ baldırın sağalmayan infeksiyalaşmış dəri defekti ilə trofiki yaraları, sağ aşıq-baldır oynağının açıcı-bükücü kontrakturası (hərəkət həcmi təxminən 10 dərəcə) ağrı sindromu ilə, osteoporoz (XBT: Y36.4, T93.0, M86.6, Y83.8, L98.4, L08.9, M24.5, M25.5, M81.9) diaqnozu qoyulmuşdur. O, hazırda həmin xəstəliklərdən əziyyət çəkir. İş materiallarında olan tibbi sənədlərə əsasən əlillik vəziyyətinin Tibbi Sosial Ekpert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş R00011160İEH nömrəli (Forma 88) göndərişdə qeyd edilmiş “Digər xroniki osteomielit, sağ baldırın orta 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət, qamış sümüyünün orta aşağı 1/3-nin sümük-ilik kanalının hissəvi kirəcləşməsi, qamış sümüyünün kortikal təbəqəsinin qalınlaşması, odlu silah yaralanmasından sonrakı xroniki osteomieliti, baldırın aşağı 1/3-nin ön səthində dərin trofiki xora, sağ diz oynağının sinoviti, daban sümüyünün cismində sistvari boşluq, yerişin çətinləşməsi-axsama diaqnoz xəstənin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu səmərəliliyi qənaətbəxş olmuşdur. Yuxarıda qeyd edilən diaqnozdakı xəstəliklər İ bənddə göstərilən xəstəliklərlə ümumən eynilik təşkil edir və əlilliyin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının 13.1.1.1 bəndinə (XBT 10 kodu ilə M86.6 göstərilməklə) müvafiq olaraq xx.xx.2022-ci il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə 2 (iki) il müddətinə orqanizmin funksiyasının 40% pozulması barədə qərar qəbul edilməlidir. İddiaçı sağlamlıq vəziyyəti (xəstəlik və ağırlaşmaları) bərpa olunan deyildir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

52. Beləliklə, məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-580/2024 saylı, 16 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar