Məhkəmə qərarları › İş №2-1(103)-3083/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3083/2025

23.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3083/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) iş üzrə (Açar sözlər: yeni məlumat vərəqinin göndərilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və 3-cü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı (3cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) “yeni məlumat vərəqinin göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 2-1(112)-4241/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək haqqı ilə birlikdə digər növ 60% vəsaitdən (Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilən 60 faiz vəsait) DSMF-yə bütün tələb olunan məcburi dövlət sığorta haqqının ödənilməsini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2017-ci il tarixli, 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 170 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 21 iyun 2022-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə, 149-cu maddəsinin Vİİ bəndinə, həmçinin Azərbaycan Respublikası Sosial Sığorta Haqqında Qanuna əsasən, əmək pensiyasının yenidən hesablanması üçün ona aid məlumat vərəqində əmək haqqı qrafasında 60% aldığı məbləği şəxsi vərəqdə göstərilməklə cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra – üçüncü şəxs) üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir.

3. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixli, 1000/064Ş nömrəli Komitə sədrinin əmri ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən qeyd olunan Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. İddiaçı barəsində cavabdeh tərəfindən tərtib edilmiş məlumat vərəqəsi "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2007-ci il tarixli, 135 nömrəli Qərarına uyğun olaraq hazırlanmış və Filiala təqdim edilmişdir. Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasından söhbət gedə bilməz. İddiaçının cavabdehə qarşı hazırkı iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən olunmur. Buna görə də iddiaçının cavabdehə qarşı olan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir.

4. Üçüncü şəxs tərəfindən iddiaya yazılı mülahizə məhkəməyə təqdim edilmişdir. Mülahizədə göstərilmişdir ki, qanunvericiliyin normalarından da müəyyən olunur ki, qanunvericilik hərbi qulluqçular və xüsusi rütbəli şəxlərə münasibətdə pensiyanın təyin olunması və müvafiq olaraq pensiyanın yenidən hesablanmasını xidmət keçdiyi orqan tərəfindən məlumat vərəqinin təqdim olunması ilə şərtləndirir. Hazırkı iş üzrə bildirilmişdir ki, iddiaçının xidmət keçdiyi orqan tərəfindən yeni məlumat vərəqi təqdim edildiyi halda, həmin məlumat vərəqinə əsasən iddiaçının müraciətinə baxıla bilər.

5. Bakı İnzibati Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 2-1(112)-4241/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

6. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

7. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

8. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi İ.Məmmədli apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

12. İddiaçıya məxsus əmək kitbçasının surətindən görünür ki, iddiaçı xx.xx.2000-ci il tarixində gömrük orqanlarına xidmətə qəbul edilmiş və xx.xx.2022-ci ilə qədər gömrük orqanlarında müxtəlif vəzifələrdə çalışmış və həmin tarixdə xidmətdə olmanın son yaş həddinə çatdığı üçün xidmətinə xitam verilmişdir.

13. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin 18 yanvar 2000-ci il tarixli, 025 ш saylı Əmrinə əsasən iddiaçı 3 aylıq sınaq müddəti müəyyən edilməklə Bakı Baş Gömrük İdarəsi 1-ci yük şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir.

14. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin 17 yanvar 2022-ci il tarixli, 1000/064Ş saylı Əmrinə əsasən iddiaçı “Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən xidmətdə olmanın son yaş həddinə çatdığına görə gömrük orqanlarında xidmətinə xitam verilmişdir.

15. 25.01.2022-ci il tarixli məlumat vərəqinə əsasən iddiaçının cəmi iş stajı 39 il 4 ay 25 gün (24 il 6 ay 12 gün təqvimi, 12 il 11 ay 6 gün iş stajı, 1 il 11 ay 7 gün ali təhsili), sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 540 manat, rütbə maaşı 154 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə 208,20 manat, ərzaq payı əvəzinə kompensasiya 32 manat, digər növ əlavələr 108 manat olmaqla cəmi təminat xərcliyi 1042,20 manat təşkil etmişdir.

16. Üçüncü şəxs tərəfindən iddiaçının pensiya işi məhkəməyə təqdim edilmişdir.

17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə X5 pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarına əsasən iddiaçıya cəmi xidmət ili 26 il 05 ay, cəmi təminat xərcliyi 1042,20 manat, pensiya faizi 67,83 olmaqla xx.xx.2022-ci il tarixdən 706,92 manat olmaqla müddətsiz əmək pensiyası təyin edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

18. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

20. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (1.0.1). Təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir (1.0.5).

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4- cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.

23. Göründüyü kimi iddiaçı gömrük orqanlarında xidmət keçdiyi dövrdə aldığı və məcburi dövlət sosial sığorta haqlarının tutulduğu Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin pensiya təyin edilən zaman cavabdeh tərəfindən tərtib edilən məlumat vərəqində əks olunmadığını bildirir və həmin məbləğin məlumat vərəqəsinə daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir.

24. Qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə xx.xx.2018-ci il tarixli Qanunla edilmiş və xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş dəyişikliyə əsasən “büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla” sözləri əlavə edilmişdir. Yəni, xx.xx.2019-cu il tarixindən sonra əmək pensiyasına çıxan xüsusi rütbəli şəxslərin əmək pensiyasının hesablanmasında büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər nəzərə alına bilməz.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda göstərilmişdir ki, bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə) hesabına köçürülən vəsaitlərdən (bundan sonra - vəsait) istifadə qaydasını müəyyən edir (1.1.). “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.13.1-ci yarımbəndi nəzərə alınmaqla, vəsaitin qalan hissəsinin 60 faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilir (1.2.). Bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, vəsaitin qalan hissəsi gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasını möhkəmləndirmək, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf etmək məqsədilə Komitənin hesabına köçürülür (1.3.).

26. “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli, 499 nömrəli Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 334.1-ci maddəsinin birinci abzasında nəzərdə tutulan, gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və həmin Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərinin 93 faizi aşağıdakı kimi bölüşdürülür: 28.13.1. hər ay 450 000 manatı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hesabına köçürülür; 28.13.2. bu Fərmanın 28.13.1-ci yarımbəndi nəzərə alınmaqla, qalan hissəsinin 60 faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilir (28.13).

27. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın 1.3-cü bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 170 nömrəli Qərarı ilə edilmiş (xx.xx.2022-ci ildən qüvvəyə minmiş) dəyişikliyə qədər həmin bənd aşağıdakı redaksiyada olmuşdur:

28. “Vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.” Beləliklə “Qayda”nın 1.2 və 1.3-cü bəndlərinin xx.xx.2022-ci ilə olan redaksiyası aşağıdakı kimi olmuşdur: 1.2. Vəsait Komitənin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul edilən yeni metod və üsulların öyrənilməsinə sərf olunması məqsədi ilə Komitənin hesabına köçürülür. 1.3. Vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir

29. “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli, 499 nömrəli Fərmanının 285.13.2-ci bəndinə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2022-ci il tarixli, 1937 nömrəli Fərmanı ilə dəyişiklik edilənə qədər həmin bənd aşağıdakı kimi olmuşdur: 28.13.2. bu Fərmanın 28.13.1-ci yarımbəndi nəzərə alınmaqla, qalan hissəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin işçilərinin sosial müdafiəsini gücləndirmək, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasını möhkəmləndirmək, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülür.

30. Beləliklə yuxarıda qeyd edilən normativ aktların məzmununu ümumiləşdirərək qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 437 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlər xx.xx.2022-ci ilə qədər büdcəyə deyil, birbaşa Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülmüş və vəsaitin 60 faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə yönəldilmişdir. Yalnız xx.xx.2022-ci ildən sonra həmin vəsait büdcəyə keçirilmiş və Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilmişdir. Yəni, qeyd edilən vəsait yalnız xx.xx.2022-ci ildən sonra büdcə vəsaitinə çevrilmiş, həmin tarixə qədər isə büdcədən kənar vəsait kimi ödənilmişdir.

31. Göründüyü kimi iddiaçı 17 yanvar 2022-ci il tarixində əmək pensiyasına çıxmış və gömrük orqanlarında xidmət keçdiyi vaxt Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaiti büdcədən kənar vəsait kimi almışdır. Yuxarıda qeyd edildiyi kimi, büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlərin isə təminat xərcliyinə daxil edilməsi yolverilməzdir. Bu səbəbdən iddiaçının aldığı həmin vəsait onun məlumat vərəqəsinə daxil edilə və əmək pensiyasının hesablanması zamanı nəzərə alına bilməz.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

34. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

35. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 2-1(112)-4241/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar