Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3086/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1918/2024 saylı, 01 aprel 2024-cü il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Suraxanı RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, onun 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur.
2. Peşə Təhsili üzrə Dövlət Agentliyinin 12 yanvar 2024-cü il tarixli 3-29-63/227/2024 nömrəli məktubuna əsasən, İddiaçı xx.xx.1977-ci il tarixdə 108 nömrəli Texniki Peşə Məktəbinin “Elektrik-qaz qaynaqçısı” ixtisas qrupuna daxil olmuş və xx.xx.1980-ci il tarixdə həmin məktəbi əyani formada bitirmişdir. Onun adına yazılmış В №127421 diplom Elm və Təhsil Nazirliyi tərəfindən həmin təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir.
3. İddiaçı məxsusu H3 seriyalı ******* saylı hərbi biletə əsasən, İddiaçı 14 noyabr 1980-ci il tarixdən 31 dekabr 1982-ci il tarixədək SSRİ Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir.
4. İddiaçı məxsus ИТ-İ №1053353 nömrəli əmək kitabçasına əsasən, İddiaçı xx.xx.1983-xx.xx.1984-cü il tarixlərdə Karl Marks adına üzümçülük sovxozunda, xx.xx.1984-xx.xx.1984-cü illərdə Azərkəndtikinti trestinin 35 nömrəli X1 elektrik qaynaqçısı, xx.xx.1984-xx.xx.2004-cü illərdə 1 nömrəli evtikmə kombinatında əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmişdir.
5. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Q-162611/2023 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubunda bildirmişdir ki, “Mərkəzi Filiala təqdim etdiyi 21 fevral 1984-cü il tarixli ИТ-11053353 nömrəli əmək kitabçasının surətində və "xxxx" ASC-nin iddiaçıya dair 23 sentyabr 2022-ci il tarixli 01/05 nömrəli arayışında xx.xx.1984-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin evtikmə kombinatında işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki iş stajına aid məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, 02.11,1998-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər ərzində ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Bu fakt "xxxx" ASC-nin 9 iyun 2023-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Qanunvericilikdə, yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətində olduğu, işləmədiyi müddəti iş stajına daxil etmək mümkün deyildir. Göstərilən səbəbdən də ümumi iş stajı 25 ildən az (20 il 2 ay 8 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1998-ci il, xx.xx.1998xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər və 2006-2023-cü illər üzrə cəmi 3 il 4 ay)) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16.828,23 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
6. "xxxx" ASC-nin sabiq əməkdaşı İddiaçı Qafar oğlunun müəssisədə işlədiyi dövrə dair ümumi iş stajının yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli aktına əsasən, cavabdehin nümayəndəsi Kamran Cümşüdlü və "xxxx" ASC-nin baş mühasibi X2 yerində yoxlama ilə aşağıda qeyd olunanları müəyyən etmişlər: "xxxx" ASC-nin sabiq işçisi İddiaçı Qafar oğlunun adına verilmiş 01/05 nömrəli xx.xx.2022-ci il tarixli arayışda qeyd olunan müəssisədə işlədiyi dövrə dair məlumatlar yoxlanılmış, yoxlama müəssisədə saxlanılan İddiaçı dair T-2 şəxsi hesab əsasında aparılmış, T-2 şəxsi hesabda adıçəkilən şəxsin qeyd olunan müəssisədə işlədiyi dövrdə aşağıda göstərilən tarixlərdə öz hesabına məzuniyyətdə olması aşkarlanmışdır: xx.xx.1994-xx.xx.1994; xx.xx.1995-xx.xx.1995; xx.xx.1998-xx.xx.1998; xx.xx.1998-xx.xx.2004. Əmək haqqı cədvəlləri tapılmadığından əmək haqqı əsasında yoxlama mümkün olmamışdır.
7. "xxxx" ASC-nin 016 saylı, xx.xx.2023-cü il tarixli məktubuna əsasən, “İddiaçı Qafar oğlu “BBTİ”-nin 1 saylı Evtikmə kombinatında 03 sentyabr 1984-cü il tarixdən quraşdırma sahəsinə 2-ci dərəcəli əl ilə elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. 01 sentyabr 1985-ci il tarixindən quraşdırma sahəsində dəmir-beton konstruksiyalar üzrə 2-ci peşə kimi 2-ci dərəcəli quraşdırıcı keçirilmişdir. İddiaçı Qafar oğlu “BBTİ”-nin 1 saylı Evtikmə kombinatında 01 oktyabr 1985-ci il tarixdən 20 dekabr 2004-cü il tarixinədək quraşdırma sahəsində dəmir-beton konstruksiyaları üzrə əl ilə elektrik qaynaqçısı peşəsində işləmişdir. İddiaçı Qafar oğlunun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda
35. “Ümumi peşələr” bölməsinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndinə uyğundur və güzəştli sayılır. 1 saylı Evtikmə kombinatında işləyən İddiaçı Qafar oğlunun əl ilə elektrik qaynaqçısı kimi əsas funksiyası həmin dövrdə tikilən doqquz mərtəbəli binaların titkintisində istifadə olunan dəmir-beton konstruksiyaların hazırlanması və quraşdırılmasından ibarət olmuşdur, zərərli şəraitdə qaynaq işləri aparmışdır. İddiaçı Qafar oğlu işlədiyi müddətdə ağır və zərərli əmək şəraitinə görə əlavə məzuniyyət verimiş, onun əmək haqqna artım tətbiq edilmişdir. İddiaçı Qafar oğlu xx.xx.1994-xx.xx.1994, xx.xx.1995-xx.xx.1995, xx.xx.1998-xx.xx.1998, xx.xx.1998-xx.xx.2004-cü il tarixlərdə ödənişsiz məzuniyyətdə olmuşdur. 90-cı illərdə yaranmış vəziyyətlə əlaqədar istehsalat prosesində dayanmalara səbəb olmuşdur. İxtisaslı işçiləri itirməməyə görə məcburiyyətdən işçilər ödənişsiz məzuniyyətə buraxılmışdır. 1 saylı Evtikmə kombinatı xx.xx.2005-ci il tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Struktur dəyişikiyi ilə əlaqədar 1 saylı Evtikmə kombinatının sənədləri qorunub saxlanılmamışdır. Ona görə də hal-hazırda İddiaçı Qafar oğluna aid tələb olunan sənədlərin təqdim edilməsi qeyri-mümkündür. İddiaçı Qafar oğlunun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquu verən güzəştli əmək stajı 20 il 8 ay 6 gün təşkil edir”. Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə anadan olmuşdur. xx.xx.1980 - xx.xx.1982-cü illərdə hərbi xidmətdə (2 il 1 ay 8 gün) olmuşdur. xx.xx.1983 - xx.xx.1984-cü illərdə (1 il 0 ay 4 gün) Cəlilabad rayonu, K.Marks adına üzümçülük sovxozunda fəhlə, xx.xx.1984 - xx.xx.1984-cü illərdə (5 ay 21 gün) “BBTİ”-nin 1 saylı Evtikmə kombinatında elektrik qaynaqçısı, xx.xx.1984 - xx.xx.2004-cü illərdə (20 il 2 ay 17 gün) “BBTİ”-nin 1 saylı Evtikmə kombinatında əl ilə elektrik qaynaqçısı peşəsində işləmişdir. 1 saylı Evtikmə kombinatı xx.xx.2005-ci il tarixdən "xxxx" ASC-yə çevrilmişdir. Ümumi iş stajı xx.xx.1984-cü il tarixdə açılmış ИТ-İ ******* nömrəli əmək kitabçasında öz əksini tapmışdır. 2006 - 2023-cü il tarixlərdə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və bu dövrə görə 3 il 4 ay sosial sığorta stajı vardır. “BBTİ”-nin 1 saylı Evtikmə kombinatında xx.xx.1984 - xx.xx.1984-cü illərdə (5 ay 21 gün) və xx.xx.1984 - xx.xx.2004cü illərdə (20 il 2 ay 17 gün) işlədiyi əl ilə elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinun 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 35. Ümumi peşələr bölməsinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndinə uyğundur. Elektrik qaynaqçısı kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi stajı 20 il 8 ay 6 gün təşkil edir. Beləliklə, 27 il 1 ay 28 gün ümumi iş stajı, 20 il 8 ay 6 gün zərərli iş şəraitində xüsusi stajı vardır. Qeyd edilənlərə əsasən 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır.
10. Cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etiraz təqdim etmiş, iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1918/2024 saylı, 01 aprel 2024-cü il tarixli qərarına əsasən, iddia tələbi təmin edilməmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1918/2024 saylı, 01 aprel 2024-cü il tarixli qərarından İddiaçı Qafar oğlu apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1918/2024 saylı, 01 aprel 2024-cü il tarixli qərarını ləğv edib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1919/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərarı qanunsuz hesab edir. Belə ki, o, xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, o, xx.xx.1977xx.xx.1980-ci illərdə 108 nömrəli Texniki peşə məktəbində oxumuş, xx.xx.1980xx.xx.1982-cü illərdə hərbi xidmətdə olmuş, xx.xx.1983-xx.xx.1984-cü illərdə Cəlilabad rayonu, K.Marks adına üzümçülük sovxozunda fəhlə, xx.xx.1984-xx.xx.1984-cü illərdə “BBTİ”-nin 1 saylı Evtikmə kombinatında elektrik qaynaqçısı, xx.xx.1984-xx.xx.2004-cü illərdə “BBTİ”-nin 1 saylı Evtikmə kombinatında əl ilə elektrik qaynaqçısı peşəsində işləmişdir. 2006-2023-cü il tarixlərdə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və bu dövrə görə 3 il 4 ay sosial sığorta stajı vardır. “BBTİ”-nin 1 saylı Evtikmə kombinatında xx.xx.1984-xx.xx.1984-cü illərdə (5 ay 21 gün) və xx.xx.1984-xx.xx.2004-cü illərdə (20 il 2 ay 17 gün) işlədiyi əl ilə elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinun 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında 35. Ümumi peşələr bölməsinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndinə uyğundur. Cavabdeh əsassız olaraq ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasından imtina etmişdir. Məhkəmə tərəfindən də iddiası rədd edilməklə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, ödənişsiz məzuniyyətdə olduğu dövr staj hesablanmır. Lakin işlədiyi "xxxx" ASC məhkəmənin sorğusuna cavab olaraq yazılı şəkildə bildirmişdir ki, məcburi dayanmalar zamanı ixtisaslı işçiləri itirməməyə görə məcburiyyətdən işçiləri ödənişsiz məzuniyyətə buraxılmışdır. Apellyasiya şikayətinə etirazın dəlilləri
14. Cavabdeh apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır və aşağıda qeyd edilən əsaslara görə məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1918/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən, həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2022-30 iyun 2023-cü il tarixə kişilərin yaşa görə əmək pensiyası hüququ 65 yaşdan yaranır. Beləliklə, qanunvericiliyin istinad olunan normalarından görünür ki, aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (kişilər üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər: 1. 60 yaşının tamam olması; 2. azı 25 il sığorta stajına malik olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi; 3. azı 12 il 6 ay əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması. İddiaçı 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən, onun ümumi iş stajı 25 ildən az (20 il 2 ay 8 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər və 2006- 2023-cü illər üzrə cəmi 3 il 4 ay)) təşkil edir. Mərkəzi Filial iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1998xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər ərzində ödənişsiz məzuniyyətdə olması səbəbindən həmin dövrləri onun ümumi iş stajına daxil etməmişdir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin sabiq əməkdaşı İddiaçı Qafar oğlunun müəssisədə işlədiyi dövrə dair ümumi iş stajının yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli aktından görünür ki, Mərkəzi Filialın nümayəndəsi Kamran Cümşüdlü və "xxxx" ASC-nin baş mühasibi X2 yerində yoxlama ilə müəyyən etmişlər ki, "xxxx" ASC-nin sabiq işçisi İddiaçı adına verilmiş 01/05 nömrəli xx.xx.2022-ci il tarixli arayışda qeyd olunan müəssisədə işlədiyi dövrə dair məlumatlar yoxlanılmış, yoxlama müəssisədə saxlanılan İddiaçı dair T-2 şəxsi hesab əsasında aparılmış, T-2 şəxsi hesabda adıçəkilən şəxsin qeyd olunan müəssisədə işlədiyi dövrdə xx.xx.1994-xx.xx.1994; xx.xx.1995-xx.xx.1995; xx.xx.1998-xx.xx.1998; xx.xx.1998-xx.xx.2004-cü il tarixlərdə öz hesabına məzuniyyətdə olması aşkarlanmışdır. Əməkhaqqı cədvəlləri tapılmadığından əməkhaqqı əsasında yoxlama mümkün olmamışdır. Məhkəmə iclası zamanı iddiaçı bildirmişdir ki, 90-cı illərdə yaranmış vəziyyətlə əlaqədar istehsalat prosesində dayanmalar olmuşdur. İxtisaslı işçiləri itirməməyə görə məcburiyyətdən işçilər ödənişsiz məzuniyyətə buraxılmışdır. Həmçinin bildirirlər ki, 1 saylı Evtikmə kombinatı xx.xx.2005-ci il tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Struktur dəyişikiyi ilə əlaqədar 1 saylı Evtikmə kombinatının sənədləri qorunub saxlanılmamışdır. Ona görə də hal-hazırda cəmiyyət tərəfindən iddiaçıya aid tələb olunan sənədlərin təqdim edilməsi qeyri-mümkündür. Beləliklə, qeyd olunanlardan aydın olur ki, iddiaçı "xxxx" ASC-də işlədiyi xx.xx.1984-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər ərzində ümumilikdə 6 il 10 ay 7 gün ödənişsiz məzuniyyətdə olmuşdur. İddiaçının məzuniyyətə çıxdığı dövrdə qüvvədə olan “Məzuniyyətlər haqqında” Qanunun 3-cü maddəsinə əsasən işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: 1. əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyətləri;
2. anaların və uşaqların mühafizəsi üçün, habelə təhsil və yaradıcılıqla əlaqədar sosial məzuniyyətlər; 3. ödənişsiz məzuniyyətlər. Həmin Qanunun 14-cü maddəsinə əsasən uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri; habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Həmin Qanunun 30-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər qanunvericilikdə nəzərdə tutulan hallarda işçilərin arzusu və tərəflərin qarşılıqlı razılığı ilə verilir.... İşverənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi (bağlaşması) ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İstinad edilən normalardan görünür ki, xx.xx.1999-cu il tarixədək qüvvədə olan “Məzuniyyətlər haqqında” Qanuna əsasən şəxsə verilən ödənişsiz məzuniyyətin müddəti məhdudlaşdırılmamış, həmin məzuniyyət dövrünün bir aydan artıq hissəsinin məzuniyyət hüququ verən əmək stajına daxil edilməməsi nəzərdə tutulmuşdur. xx.xx.1999-cu il tarixdə qüvvəyə minən Azərbaycan Respublikasının Əmək Məcəlləsi isə ödənişsiz məzuniyyətlə bağlı fərqli müddəalar müəyyən etmişdir. Həmin Məcəllənin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər - təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əməkhaqqı ödənilir. Məhkəmə iclası zamanı iddiaçı bildirmişdir ki, nə ödənişsiz məzuniyyətə buraxıldıqda, nə də ödənişsiz məzuniyyətdə olan dövrdə ona heç bir əməkhaqqı ödənilməmişdir. Həmçinin qeyd olunur ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-483/2024 nömrəli inzibati məhkəmə qərarının 32-ci bəndinə əsasən Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Odur ki, iddiaçının mübahisələndirilən ödənişsiz məzuniyyətdə olan dövrün 6 ay hissəsi onun ümumi stajına daxil edilməlidir. İddiaçının ümumi stajına 6 ay daxil edilsə də, ümumi iş stajı xx.xx.2022-cil il tarixə 25 ildən az təşkil edəcəkdir. Beləliklə, qanunvericiliyin tələblərinə əsasən şəxsin ya azı 25 il sığorta stajı olmalı, ya da fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçının azı 25 il sığorta stajına malik olmaması yuxarıda qeyd edilənlərlə öz təsdiqini tapmışdır. Onun pensiya kapitalına gəldikdə, işdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat olduğu halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16828,23 manat olmuşdur. Beləliklə, işin halları ilə müəyyən olunur ki, iddiaçı qanunvericiliyə əsasən ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan şərti ödəmir. Hazırkı iş üzrə Mərkəzi Filial tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının qaldırmış olduğu iddia tələbində qeyd olunan dövrlər onun ümumi iş stajına daxil edilməsi mümkünsüzdür. Ona görə də İddiaçı apellyasiya şikayətinin təmin olunmaması və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1918/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunur. Tərəflərin izahatları
15. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, İddiaçı Qafar oğlu məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə İddiaçı Qafar oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
18. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
19. Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikası Qanunu (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş)
20. Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;
21. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu
22. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
23. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
24. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası
25. Bənd 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.
26. Bənd 5.2. 1 iyul 2022 - 30 iyun 2023-cü il tarixə kişilərin yaşa görə əmək pensiyası hüququ 65 yaşdan yaranır. Məzuniyyətlər haqqında Azərbaycan Respublikasının Qanunu (xx.xx.1999-cu il tarixədək qüvvədə olmuş)
27. Maddə 3. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyətləri; anaların və uşaqların mühafizəsi üçün, habelə təhsil və yaradıcılıqla əlaqədar sosial məzuniyyətlər; ödənişsiz məzuniyyətlər.
28. Maddə 14. Uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri; habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir.
29. Maddə 29. Qohumluq borcunun yeridə yetirilməsi ilə bağlı ailə; məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə və digər üzürlü səbəblərə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
30. Maddə 30. Ödənişsiz məzuniyyətlər qanunvericilikdə nəzərdə tutulan hallarda işçilərin arzusu və tərəflərin qarşılıqlı razılığı ilə verilir. ... İşverənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi (bağlaşması) ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (xx.xx.1999-cu il tarixdə qüvvəyə minmiş)
31. Maddə 129. 1.Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. 2.İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
32. Maddə 146.
1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər - təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.
2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu
33. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
34. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
35. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
36. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
37. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
38. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);
39. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
40. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.
41. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
42. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
43. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
44. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
45. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
46. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
47. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
48. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.
49. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
50. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.
51. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
52. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər. 53.Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
54. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). 55.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1823/2020, 21(102)-1527/2021, 2-1(103)-1338/2022 saylı inzibati məhkəmə işləri. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
56. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
57. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya Məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları işə düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması tələb olunmur. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
60. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakılar qeyd edir. 61.Yuxarıda istinad olunan normalardan müəyyən olunur ki, kişilər üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının 60 yaşı tamam olmalı, azı 25 il sığorta stajına malik olmalı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və azı 12 il 6 ay əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmalıdır.
62. Cavabdeh iddiaçının işlədiyi dövrlərdən xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1995xx.xx.1995-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər ərzində ödənişsiz məzuniyyətdə olduğunu əsas gətirərək həmin dövrləri onun ümumi sığorta stajına daxil etməmişdir.
63. İnzibati iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı "xxxx" ASCdə işlədiyi xx.xx.1984-xx.xx.2004-cü illərdə ümumilikdə 6 il 10 ay 7 gün ödənişsiz məzuniyyətdə olmuş, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə cəmi 16828,23 manat təşkil edir.
64. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının arzuladığı inzibati aktın qəbulu üçün faktiki şərtlərin mövcud olmaması qənatətinə gələrkən hazırkı mübahisə ilə bağlı yuxarıda istinad edilən maddi hüququ normalarının tələblərindən çıxış etməklə düzgün qərar qəbul etdiyindən apellyaiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı apellyasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
61. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1918/2024 saylı, 01 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.