Məhkəmə qərarları › İş №2-1(103)-3087/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3087/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3087/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X19 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2442/2024 saylı, 17 aprel 2024-cü il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri 26 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə bağlanmış və Reyestrdə 3M-82 № ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinə əsasən X35 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini həmin evə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldındıqdan sonra 2 il ərzində iddiaçının atası X36 66.470 manat qarşılığında satmağı öhdəsinə götürmüşdür.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5423/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddiaçı X28 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 28 ünvanında yerləşən 17 saylı evin üzərində sahiblik və istifadə hüquqları tanınmışdır. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-Mədən, korpus 28 ünvanında yerləşən 17 saylı fərdi yaşayış evini əvvəlki sahibi X35 ilə xx.xx.2014-cü il tarixdə qarşılıqlı razılıq yolu ilə Ə.M.Piriyevə 66470 manat ödəyərək almışdır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-Mədən, korpus 28 ünvanında yerləşən 17 saylı evin əvvəlki sahibi Ramazanova (Mirzəyeva) Flora Əlibala qızı mərhum X16 ilə ilkin müqavilə bağladığı zaman evin sənədləşdirməsini öhdəsinə götürsə də sonradan qəsdən və qərəzli olaraq məhkəmə mübahisələri açmış və məhkəmə mübahisələri əleyhinə sonlandıqdan sonra ümumiyyətlə evə dair Piriyevlər ailəsi ilə hər hansı sənədləşmə işi aparmayaraq, öhdəliklərini yerinə yetirməkdən yayınmışdır. Həmin ev üzərində iddiaçının sahiblik və istifadə hüquqlarının tanınmasına və təsdiq olunmasına zərurət yarandığından o, bu barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və tələbi əsaslı olduğundan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən təmin edilmişdir. Ona görə də ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi xahiş olunur.

5. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılan zaman qeydiyyatdan keçmiş müvafiq daşınmaz əmlakın söküldüyü aşkar edilmişdir. Həmçinin, torpaq sahəsinin konfiqurasiyasında və perimetrik ölçülərində fərq mövcuddur. Yeni inşa edilmiş fərdi yaşayış evinin iddiaçının adına qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, bağlanılmış ilkin alqı-satqı müqaviləsində də qeyd edildiyi kimi fərdi yaşayış evi hüquq sahibinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeydiyyat aparıla bilər. Bundan əlavə, təqdim edilən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5423/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X28 qeyd edilən fərdi yaşayış evi üzərində sahiblik və istifadə hüquqları tanınmışdır. Bu qətnamə ilə idarənin üzərinə hər-hansı öhdəlik qoyulmamışdır.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2442/2024 saylı, 17 aprel 2024-cü il tarixli qərarına əsasən, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2442/2024 saylı, 17 aprel 2024-cü il tarixli qərarından İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2442/2024 saylı, 17 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-Mədən, korpus 28 ünvanında yerləşən 86,2 kv.m yaşayış sahəsi, 156,9 kv.m köməkçi sahəsi, sanitar qovşağına dair əlavə tikililəri də daxil olmaqla 17 saylı fərdi yaşayış evini əvvəlki sahibi X35 ilə atası X3 ikən xx.xx.2014-cü il tarixdə qarşılıqlı razılıq yolu ilə Ə.M.Piriyevə 66.470 (altmış altı min dörd yüz yetmiş) manat ödəyərək almışdır. Evi aldıqdan sonra atasıda sağlığında ikən ailə üzvləri ilə birlikdə həmin ünvana köçüb bu günkü gündə daxil olmaqla apellaysiya şikayəti verdiyi vaxt ilə artıq 10 ildir ki, həmin fərdi yaşayış evini tam təmir etdirib ailə üzvləri ilə birlikdə yaşayırlar. Həmin fərdi yaşayış evini aldıqdan sonra evin keçmiş sakinləri olan Piriyevlər ailəsinin üzvləri X35, X30, X31 və X24 həmin vaxtdan etibarən ev ilə bağlı ona qarşı hər hansı mübahisələri, şikayət və tələblərinin olmamasını razılıq ərizələri ilə təsdiq edərək, həmçinin evin pulunu aldıqdan sonra artıq evdən qeydiyyatdan da çıxıblar. Evi almamışdan əvvəl isə həmin fərdi yaşayış evini X20 mərhum həyat yoldaşı X16 evin keçmiş sahibəsi Ramazanova (Mirzəyeva) Flora Əlibala qızı ilə razılaşaraq 13 yanvar 2007-ci ildə 40.000 ABŞ dolları ödəməklə alması barədə ilkin müqavilə bağlamaqla razılığa gəlmişlər. Həmin ilkin müqavilənin şərtlərinə uyğun olaraq Lalə Piriyevanın mərhum həyat yoldaşı X2 Flora Əlibala qızına ilkin olaraq 25.000 (iyirmi beş min) ABŞ dolları ödəmiş, evə köçüb orada yaşamağa başlamış müqavilə şərtlərinə uyğun olaraq hissə-hissə yerdə qalan 15.000 ABŞ dollarını mübahisəli evin keçmiş sahibəsinə tam ödəmişdir. Lakin müqavilə bağlanılan gündən X16 ailəsi ilə birlikdə evə köçüb yaşamasına baxmayaraq, mübahisəli evə görə pulu tam əldə edən evi satmış birinci sahibi olan Ramazanova (Mirzəyeva) Flora Əlibala qızı və onun ailə üzvləri ilkin müqavilə şərtlərini pozmağa və evi Piriyevlər ailəsinin adına rəsmiləşdirmək üçün sənədləşdirmək ilə bağlı hərəkətlərdən yayınmağa başlamışlar. Beləki, mübahisəli evi Piriyevlər ailəsinə satan Ramazanova (Mirzəyeva) Flora Əlibala qızı, X9 (Qədiməliyeviç) və onların ailə üzvləri X10, X12 və X13 cavabdeh X11 qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldıraraq, alqı-satqıya dair müqavilənin, cavabdehin adına verdiyi baş etibarnamənin etibarsız hesab edilməsi, həmin iddia üzrə cavabdehin evdən çıxarılması və evə görə ödənilmiş pulun yeni alıb tikdirdikləri yarımçıq qalmış evi satmaqla Ə.M.Piriyevaya geri qaytarılması kimi iddia tələbləri irəli sürülmüş və sonradan iddia tələblərinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən rədd olunması barədə çıxarılmış qətnamədən narazı qalaraq apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciətlər etmişlər. Həmin mübahisələrə məhkəmə müstəvisində baxılaraq həm Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2008-ci i tarixli 2(001)-2718/08 saylı qətnaməsi ilə Ramazanova (Mirzəyeva) Flora Əlibala qızının, X6 (Qədimaliyeviç və onların bütün ailə üzvlərinin iddiaları təmin olunmadan rədd olunmuş, həm də verdikləri apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2009-cu il tarixli 2(103)-3047/2009 saylı qətnaməsi ilə o zaman evin birinci sahibi olan iddiaçıların apellyasiya şikayətləri təmin olunmamışdır. xx.xx.2013-cü ildə X20 mərhum həyat yoldaşı X16 vəfat etdikdən sonra Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-Mədən, korpus 28 ünvanında yerləşən 86,2 kv.m yaşayış sahəsi, 156,9 kv.m köməkçi sahəsi, sanitar qovşağına dair əlavə tikililəri də daxil olmaqla 17 saylı fərdi yaşayış evini artıq 2014-cü ilin mart ayında X35 ilkin müqavilə bağlamaqla evi vətəndaş X5. Mərhum atası X29 adından fərdi yaşayış evinə görə ilkin müqavilə üzrə 66.470 (altmış altı min dörd yüz yetmiş) manat pulu Piriyevlər ailəsinə tam ödəyərək Əhmədovlar ailəsi olaraq üzərlərinə düşən öhdəlikləri tam yerinə yetirmişlər. Qeyd edir ki, həmin fərdi yaşayış evinin əvvəlki sahibi Ramazanova (Mirzəyeva) Flora Əlibala qızı mərhum X16 ilə ilkin müqavilə bağladığı zaman evin sənədləşdirməsini öhdəsinə götürsə də sonradan qəsdən və qərəzli olaraq məhkəmə mübahisələri açmış və məhkəmə mübahisələri əlehinə sonlandıqdan sonra ümumiyyətlə evə dair Piriyevlər ailəsi ilə hər-hansı sənədləşmə işi aparmayaraq, öhdəliklərini yerinə yetirməkdən dolayısı yollarla yayınmışdır. Həmin fərdi yaşayış evinin bütün mənzil kommunal xidməti haqlarını X20 mərhum həyat yoldaşı X16, həmin mübahisəli evi aldıqdan sonra 18 mart 2014-cü ildən sonra isə onun mərhum atası X39 və o, ödəyərək bu günə qədər həmin evdə yaşamağa davam edirlər. Həmin fərdi yaşayış evinin əvvəlki sahibi Ramazanova (Mirzəyeva ) Flora Əlibala qızı mərhum X16 ilə ilkin müqavilə bağladığı zaman evin sənədləşdirməsini öhdəsinə götürsə də sonrada qəsdən və qərəzli olaraq məhkəmə mübahisələri açması səbəbindən hazırda evi aldıqları və pulunu tam ödədikləri X35 18 mart 2014-cü il tarixli ilkin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməyibdir. Hətta Ramazanova (Mirzəyeva) Flora Əlibala qızı, X14 (Qədiməliyeviç) və onların ailə üzvləri X10, X12 və X18 həmin fərdi yaşayış evinin Ramazanova (Mirzəyeva) Flora Əlibala qızı tərəfindən satılmasına etiraz etməmələri barədə notarial qaydada təsdiq olunmuş ərizələri də qalmaqdadır. X1 həyat yoldaşı X35 və övladları həmin fərdi yaşayış evinin mərhum atası X4 etiraz etməmələri barədə və bu ev ilə bağlı hər hansı mübahisələrinin olmayacağı barədə notarial təsdiq olunmuş ərizələr vermişlər. X15 və X8 ailə üzvləri öhdəliklərini yerinə yetirmək üçün həmin 17 saylı fərdi yaşayış evindən qeydiyyatdan belə çıxmışlar. Onlar 18 mart 2014-cü ildən etibarən bütün ailə üzvləri ilə birlikdə həmin 17 saylı fərdi yaşayış evinə köçərək, evdə əsaslı təmir işlərini yekunlaşdırıb yaşasalarda yuxarıda sadaladığı səbəblərdən evini sənədləşdirib yekunlaşdıra bilməmişdir. Təqdim etdiyi sənədlərdən də görünür ki, həmin 17 saylı fərdi yaşayış evi üzərində onun sahiblik və istifadə hüquqlarının təsdiq olunmasına dair Binəqədi Rayon Məhəkəmsinin 08 dekabr 2022-ci il tarixli qətnaməsi çıxmış və həmin qətnamə də artıq qanuni qüvvəsini almışdır. Bundan sonra cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həmin qətnamə və arayışı təqdim edərək həmin 17 saylı fərdi yaşayış evinə dair istifadə hüquqlarının dövlət reyestr xidməti tərəfindən qeydiyyata alınmasına və yaşayış evi üzərində mülkiyyət hüquqlarının tanınmasına dair çıxarış verilməsini xahiş etmişdir. Nəticə etibarı ilə cavabdeh 01 avqust 2023-cü il tarixdə xahişinə imtina cavabı vermişdir. Yuxarıda sadaladığı sənədləri iddia ərizəsinə əlavə etməklə Bakı İnzibati Məhkəməsinə müraciət edərək həmin 17 saylı fərdi yaşayış evinə dair hüquqlarının cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində adına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbini qanunsuz və ədalətsiz olaraq təmin etməmişdir. Bu onun və ailə üzvlərinin əziyyətlə əldə etdikləri və pulunu tam ödəyərək alıb bu günkü gün təmir edib yaşadıqları halal evləridir. Ona görə də Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2442/2024 saylı qərarı qanunsuz, ədalətsiz və birtərəfli olduğundan ləğv edilərək iddia tələbi tam təmin olunmalı və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-Mədən, korpus 28 ünvanında yerləşən 17 sayl fərdi yaşayış evinə dair hüquqlarının cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində adına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.18 mart 2014-cü ildən bütün ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evinə köçərək, evdə əsaslı təmir işlərini yekunlaşdırıb yaşasalarda aldığı əvvəlki sahiblərin etinasız və məsuliyyətsiz davranışları ucbatından bu günədək evini sənədləşdirib yekunlaşdıra bilməmişdir. Bu sahədə cavabdehdə süni maneələr və əngəllər yaratmaqdadır. Bu normanın tələbləri cavabdeh idarə tərəfindən pozulmaqdadır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz Əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (qüklülüyunun) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. O, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə çoxsaylı müraciətlər etsə də cavabdeh hər zaman kömək etmək əvəzinə ona imtina etməklə qeydiyyata alınması ilə bağlı müraciətini təmin etməmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən: ...8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Bu normanın tələbləri ona münasibətdə pozulmuşdur və evi üzərində onun sahiblik və istifadə hüquqlarının təsdiq olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhəkəməsinin 08 dekabr 2022-ci il tarixli qətnaməsi çıxmış və həmin qətnamə artıq qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası MPM-nin 32.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsilə iddiaçı, onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu normanın tələblərinə uyğun olaraq bütün yuxarıda göstərdiyi hallara məhkəmə qərarında səthi yanaşıldığından qərar qanunsuz, ədalətsiz və birtərəfli olduğundan ləğv edilərək iddia tələbi tam təmin olunmalı və fərdi yaşayış evinə dair hüquqlarının cavabdeh tərəfindən adına qeydiyyata alınması vəzifəsi cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmalıdır. Apellyasiya şikayətinə etirazın dəlilləri

9. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X32 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

12. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

14. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

15. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.

16. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.

17. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.

18. Maddə 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.

19. Maddə 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır.

20. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.

21. Maddə 402.6. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu

22. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

23. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

24. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər.

25. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

26. Maddə 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir.

27. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:

28. Maddə 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

29. Maddə 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol;

30. Maddə 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;

31. Maddə 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

32. Maddə 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;

33. Maddə 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

34. Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

35. Maddə 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.

36. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

37. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

38. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

39. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

40. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

41. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.

43. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

44. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

45. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

46. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

47. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər.

48. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

49. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

50. Qanunun tələbinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya Məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları işə düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması tələb olunmur. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

53. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

54. Yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün şəxs qanunda nəzərdə tutulan, dairəsi dəqiq müəyyən olunmuş hüquqmüəyyənedici sənədləri inzibati orqana təqdim etməlidir.

55. İddiaçı isə iddia etdiyi fərdi yaşayış evi, o cümlədən onun yerləşdiyi torpaq sahəsi üzərində öz mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən sənədləri inzibati orqana təqdim etmədiyindən, sonuncu iddiaçının müraciətinin təmin edilməsindən haqlı olaraq imtina etmişdir.

56. İddiaçının təqdim etdiyi sənədlərə müansibətdə isə kollegiya qeyd edir ki, torpaq sahəsi iddiaçıya ayrılmamış, iddiaçı ilkin alqı-satqı müqaviləsinin tərəfi olmamış, bağlanılmış ilkin alqı-satqı müqaviləsində də qeyd edildiyi kimi fərdi yaşayış evi hüquq sahibinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeydiyyat aparıla bilər.

57. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə, yəni əsas müqavilə bağlamağı öhdələrinə götürürlər. İddiaçının təqdim etdiyi ilkin müqavilənin tərəfləri isə əsas müqaviləni bağlamamışlar.

58. Daha sonra təqdim edilən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5423/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə bağlı kollegiya qeyd edir ki, X28 qeyd edilən fərdi yaşayış evi üzərində sahiblik və istifadə hüquqları tanınsa da, həmin məhkəmə aktı əsasında iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz. Belə ki, qeydiyyatın aparılması üçün qanunla müəyyən olunan hüquqmüəyyənedici sənədlərin mövcud olması tələb olunur.

59. Kollegiya qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələbləri təmin edilmədiyindən, imtinada (etirazda) göstərilən digər dəlillərin yoxlanılmasına zərurət yoxdur. Belə ki, həmin dəlillər öz təsdiqini tapmasa belə yuxarıda göstərilən səbəblərdən iddia təmin edilə bilməz.

60. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılaraq verilmiş imtina məktubu ilə iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Cavabdehin imtinası qanuni və əsaslı olduğundan, iddiaçının apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilə bilməz. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

61. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2442/2024 saylı, 17 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar