Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-309/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Hüseyn Aida Əli qızı, Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-860/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının X2 Universitetinin “radio mühəndisliyi” telekommunikasiya mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi ilə təltif olunduğu B19 seriyalı 075727 nömrəli 27 iyun 2019-cu il tarixli diplomunun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, 1992-ci il təvəllüdlüdür. O, ali təhsil almaq məqsədi ilə X2 Universitetinin “radio mühəndisliyi” fakültəsinə daxil olmuş və 2019-cu ildə həmin ali təhsil müəssisəsini bitirmişdir. İddiaçı həmin təhsil müəssisəsi üzrə qeyd edilən ixtisasla bağlı bütün tədris proqramında iştirak edərək, həmin proqramı tam şəkildə mənimsəmiş, aidiyyəti üzrə bütün sessiya və rüblərdə dərs və imtahanlarda iştirakçı olmuşdur. Ali təhsili başa vuraraq telekommunikasiya mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi ilə təltif olunmağı ilə bağlı iddiaçıya 27 iyun 2019-cu il tarixdə B19 seriyalı 075727 nömrəli bakalavr diplomu təqdim edilmişdir. Bundan sonra o, qanunvericiliyin tələblərinə müvafiq olaraq X2 Universitetinin “radio mühəndisliyi” fakultəsinin telekommunikasiya mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi ilə təltif olunduğu 27 iyun 2019-cu il tarixdə B19 seriyalı 075727 saylı bakalavr diplomunun Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq edilməsi, tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün aidiyyəti üzrə müraciət etmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 5 mart 2020-ci il tarixli Q-83/03-TKTA saylı imtina cavabı ilə iddiaçının X2 Universitetinin “radio mühəndisliyi” fakültəsinin telekommunikasiya mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi ilə təltif olunduğu 27 iyun 2019-cu il tarixdə B19 seriyalı 075727 saylı bakalavr diplomunun təsdiq edilməsi, tanınması və ekvivalentliyinin müəyyən edilməsindən (nostrifikasiyasından) imtina edilmişdir. İmtinaya səbəb kimi X2 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə guya qısa müddət ərzində olması, bununla da diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsinin qeyri-mümkün olması göstərilmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 5 mart 2020-ci il tarixli Q-83/03-TKTA saylı imtina cavabı tam əsassız və qanunsuz olmaqla yanaşı iddiaçının qanuni müraciətinə imtina vermək üçün tərtib edilmiş cavabdır. İddiaçı X2 Universitetinin “radio mühəndisliyi” fakültəsində təhsil aldığı dövr ərzində mütəmadi olaraq keçirilmiş sessiyalarda iştirak etmiş, dərslərə davamiyyətli olmuş, bütün məqbul və imtahanlarda iştirak etmişdir. Bu faktın təsdiqi kimi iddiaçının ümumvətəndaşlıq (xarici) pasportundakı aidiyyəti qeydlərə nəzər salmaq kifayət edəcəkdir. Həmin qeydlərdə iddiaçının X2 Universitetinin “radio mühəndisliyi” fakültəsində təhsil aldığı dövr ərzində Ukrayna Respublikasına mütəmadi gediş-gəlişinin olduğu, həmin gediş-gəlişlə bağlı aidiyyəti qeydlərin onun ümumvətəndaşlıq (xarici) pasportunda olduğu (qeyd edildiyi) fakt üzrə öz təsdiqini tapmaqdadır. Hesab olunur ki, iddiaçının X2 Universitetinin “radio mühəndisliyi” fakültəsinin telekommunikasiya mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi ilə təltif olunduğu 27 iyun 2019-cu il tarixdə B19 seriyalı 075727 saylı bakalavr diplomunun Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq edilməsi, tanınması və ekvivalentliyinin müəyyən edilməsindən (nostrifikasiyasından) imtina əsassız və qanunsuz olduğundan, hazırkı işə məhkəmə qaydasında baxılmaqla, iddiaçının X2 Universitetinin “radio mühəndisliyi” fakültəsinin telekommunikasiya ixtisası üzrə bakalavr dərəcəsi ilə təltif olunduğu 27 iyun 2019-cu il tarixdə B19 seriyalı 075727 nömrəli bakalavr diplomunun Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq edilməsi, tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) öhdəliyinin cavabdehin üzərinə qoyulması qanunvericiliyin tələblərinə müvafiq olardı. Məhkəmənin iş üzrə 2 oktyabr 2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq, ona müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. İddiaçının sənədləri araşdırılarkən, onun diplom üzrə ixtisasının AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmiş və bu barədə ərizəçinin şəxsi elektron kabinetinə 17 fevral 2020-ci il tarixdə müvafiq məlumat göndərilmişdir. Həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il - 14 gün, İİ il - 18 gün, İİİ il - 14 gün, İV il - 14 gün, V il - 23 gün). Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367- İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Konvensiyanın Vl. 1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Eyni zamanda, əhəmiyyətli fərq dedikdə “təlim nəticələri” arasında olan fərq nəzərdə tutulur. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. AR Nazirlər Kabinetinin 18 iyul 2018-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq təsdiq təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin 2.1.48-ci bəndinə əsasən təlimin nəticələri – təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir. Həmin Çərçivənin 2.1.49-cü bəndinə əsasən təlimin nəticələrinin qiymətləndirilməsi – müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur. Bu baxımdan da iddiaçının aldığı ixtisasın Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsinə uyğun deyildir. Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsi dedikdə “bakalavr diplomu; əsas (baza ali) tibb təhsili diplomu; orta ixtisas təhsili (və ya tam orta təhsil) bazasında təcrübə əsasında əldə edilmiş nəticələr barədə sertifikat; bakalavrdan sonra təcrübə” nəzərdə tutulur. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6, 3.7-ci bəndlərinin, AR Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 4.1-ci bəndinin, AR Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2-ci bəndinin tələblərinə əsasən belə görünür ki, İddiaçı aldığı təhsilin məzmunu və müddəti Azərbaycan Respublikasında həmin ixtisasa ekvivalent olan təhsilin məzmunu və müddətinə, habelə dövlət təhsil standartlarına uyğun gəlmir. Göstərilənlərə əsaslanaraq, məhkəmədən İddiaçı iddiasının rədd edilməsi xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-860/2021 saylı qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı X2 Universiteti tərəfindən verilmiş 27 iyun 2019-cu il tarixli B19 seriyalı 075727 nömrəli bakalavr diplomu üzrə ixtisasının tanınması ilə bağlı müraciətinə onunla təkrar müsahibənin aparılmaqla yenidən baxılması öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərar qəbul edərkən xaricdə əldə olunmuş təhsillə ölkə ərazisində ona ekvivalent hesab edilən yerli təhsil standartları arasındakı fərqləri və tərəfimizdən inzibati icraatın qanunun tələblərinə uyğun olaraq aparıldığını nəzərə almamışdır. Belə ki, iddiaçının tədris prosesində iştirak etdiyi müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü mənimsəməsi, habelə kurs işi və diplom işini yazması, istehsalat təcrübəsində iştirakı, auditoriyadaxili və auditoriyadankənar saatlarda dərsləri dinləməsi qeyri-mümkündür. Qeyd olunanlar iddiaçının aldığı təhsilin həm məzmununun, həm də müddətinin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr ixtisas dərəcələri haqqında verdiyi diplomlara uyğun gəlmədiyini deməyə əsas verir. Odur ki, birinci instansiya məhkəməsinin iddia tələbini təmin etməklə yenidən araşdırma aparılması öhdəliyinin cavabdehin üzərinə qoymasına dair gəldiyi nəticə əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur və iddiaçının tələbində heç bir hüquqi əsas olmadığından iddia tələbi rədd edilməlidir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, işin halları tam araşdırılmadığından cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi İddiaçı X2 Universiteti tərəfindən verilmiş 27 iyun 2019cu il tarixli B19 seriyalı 075727 nömrəli bakalavr diplomu üzrə ixtisasının tanınması ilə bağlı müraciətinə onunla təkrar müsahibənin aparılmaqla yenidən baxılmasını cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə vəzifə olaraq qoymuşdur. Məhkəmə bu zaman İPM-in 73-cü maddəsinə istinad etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin göstərilən mövqeyini aşağıda qeyd edilənlərə əsasən qanunsuz və əsassız hesab edir. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmənin inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoymaq səlahiyyəti İPM-in 73.2-ci maddəsində nəzərdə tutulmuşdur. İPM-in 73.3-cü maddəsində bununla bağlı olaraq təsbit edilmişdir ki, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. İPM-in 73.3.3-cü maddəsini tətbiq edə bilmək üçün isə vacib şərt ondan ibarətdir ki, məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsinin mümkün olmaması halı müəyyən edilmiş olmalıdır. Əgər məhkəmə inzibati orqanın işin faktiki hallarını kifayət qədər araşdırmadan qərar qəbul etdiyi nəticəsinə gələrsə, bu halda özü xidməti vəzifəsinə görə işin hallarını araşdırmalıdır. Qeyd edilən vəziyyətlərdə məhkəmənin işi inzibati orqana geri göndərməsi əksər hallarda istisna təşkil edir. Başqa sözlə, məhkəmə bu zaman İPM-in 12-ci maddəsində təsbit edilmiş xidməti vəzifəsinin tələb etdiyi qaydada davranmaqla işin halları üzrə tam və hərtərəfli araşdırma aparmaqla müvafiq qərar qəbul etməlidir. Çünki İPM-in 12.1 və 12.2-ci maddələrində təsbit edilmişdir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə görə, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Həmin Qaydaların 2.8-ci bəndinə əsasən, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən, tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Kollegiya qeyd edir ki, iddiaçıya X2 Universiteti tərəfindən onun həmin təhsil müəssisəsinin “radio mühəndisliyi” fakültəsini telekommunikasiya mühəndisliyi ixtisası üzrə bitirməsi barədə 27 iyun 2019-cu il tarixli B19 seriyalı 075727 nömrəli bakalavr diplomu verilmişdir. İddiaçı həmin diplom üzrə ixtisasın tanınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı həmin ölkədə qısa müddətdə olduğundan, onun diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Sərhədkeçmə məlumatlarından görünür ki, X2 Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il - 14 gün, İİ il - 18 gün, İİİ il - 14 gün, İV il - 14 gün, V il - 23 gün). Cavabdeh Qaydaların 3.6-cı bəndi ilə müəyyən edilmiş qaydada təhsilin məzmununun uyğunluğu haqqında ekspertiza keçirdikdən və Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğunu yoxladıqdan sonra həmin Qaydaların 3.7-ci bəndinə əsaslanaraq, iddiaçının diplomunun tanınmasından imtina etmişdir. Beləliklə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsininnin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Belə ki, məhkəmənin nəyə görə mübahisə üzrə özünün qərar qəbul edə bilmədiyi, inzibati orqanda hansı başqa araşdırmanın aparılmasının tələb olunduğu qeyri-müəyyən olaraq qalıb. Bundan başqa, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında başlanılmış inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmışdır, odur ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmayaraq, iddiaçının müraciəti üzrə cavabdeh tərəfindən inzibati icraatın yenidən aparılması barədə gəldiyi nəticədə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinin tələbinə görə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu hallarda inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçının iddia tələbinə mahiyyəti üzrə baxılmadığından instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-860/2021 saylı qərarı ləğv edilsin. İddiаçı İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş, məhkəmə icraatının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-309/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-309/2022
14.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver