Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-309/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X2 X3 San. ve Tic. LTD ŞTİ” şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “artıq ödəmə ilə bağlı rəyin tərtib edilməsi, ikiqat vergi tutma”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X7 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 Firudin oğlunun, Cavabdehin nümayəndələri X1 və X5 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2-1(112)-11290/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qeyri-rezident olan “X2 X3 San. ve Tic. LTD. Şti.” ilə “X9 Mühəndislik Sanayi Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi və məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması məqsədilə xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli “Kadastr xidməti” və xx.xx.2017- ci il tarixli “Texnologiyaların inkişafı və Texnologiyaların transfer edilməsi” müqavilələri bağlanmışdır.
2. İcraçı qismində çıxış edən “X2 X3 San. ve Tic. LTD. Şti.” Şirkətinin yerinə yetirdiyi işlərin müqabilində sifarişçi “X9 Mühendislik Sanayi Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən 21.917.685,12 manat ödəniş (2017-ci ildə 11.532.725,0 manat və 2018-ci ildə isə 10.384.960,0 manat) edilmiş və 2017-2018-ci illərin müvafiq hesabat dövrləri üzrə 2.191.768,55 manat ÖMV hesablanaraq dövlət büdcəsinə ödənilmişdir.
3. İddiaçı xx.xx.2019-cu il tarixdə Dövlət Vergi Xidmətinə DTA-05 formalı ərizəsi ilə müraciət edərək “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” 01 yanvar 1998-ci il tarixli Sazişin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ondan tutulmuş 2.249.995,4 manat ÖMV-nin qaytarılmasını xahiş etmişdir.
4. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iddiaçının səlahiyyətli nümayəndəsinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, aparılmış ilkin araşdırma nəticəsində müəyyən olunmuşdur ki, beynəlxalq ixtisaslaşmış agentliklərin məlumat bazalarında və rəsmi açıq mənbələrində “İnternational Makine” şirkətinin faktiki fəaliyyəti, illik dövriyyəsi, işçilərinin sayı, onların müvafiq ixtisasa malik olmaları və sertifikatlarının olması, təsisçiləri barədə və s. məlumatlar mövcud deyil...DTA-05 müraciətinin ətraflı araşdırılması, “İnternational Makine” şirkətinin nümayəndəliklə bağladığı müqavilələr üzrə öhdəliklərinin icra etməsi potensialına malik olması və təqdim olunan sənədlərin həqiqiliyini müəyyən etmək məqsədilə “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 8.4-cü bəndinə uyğun olaraq Dövlət Vergi Xidməti tərəfindən Türkiyə Respublikasının müvafiq orqanına sorğu göndərilmişdir. Türkiyə Respublikasının müvafiq qurumu tərəfindən sorğuya cavab olaraq xx.xx.2020ci il tarixində daxil olan məlumatlara əsasən “İnternational Makine” şirkətinin nümayəndəlik ilə bağlanan müqavilələrə əsasən müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməsi potensialına malik olmaması aşkarlanmışdır. Belə ki, “İnternational Makine” şirkətinin nümayəndəliklə bağlanan “Kadastr müqaviləsi”nin bağlanma tarixində yaradılması (xx.xx.2017), irimiqyaslı layihənin icra etməsinə baxmayaraq cəmi 3 işçisinin olması, işçilərinin müvafiq ixtisasa malik olmaları və sertifikatlarının olması ilə bağlı məlumatın olmaması və şirkətin fəaliyyət növünün bir neçə dəfə dəyişməsi bunun əyani sübutudur. Eyni zamanda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” X8 və X6 Konvensiyasına uyğun olaraq bağlandığını nəzərə alaraq həmin təşkilatın Model Konvensiyanın müddəaları ilə bağlı verdikləri şərhlərə də nəzər salınmalıdır. Model Konvensiyanın 1-ci “Konvensiyanın tətbiq edildiyi şəxslər” maddəsinin şərhlərində beynəlxalq təcrübədə heç iqtisadi mahiyyəti olmayan aralıq şirkətlərdən (“conduit companies”) istifadə etməklə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərdə nəzərdə tutulan güzəşt və azadolmalardan sui-istifadə halları barədə müddəalar əks olunmuşdur. Bu baxımdan, heç bir iqtisadi mahiyyəti olmayan aralıq şirkətlər yaratmaqla sazişlərdə nəzərdə tutulan güzəşt və azadolmalardan sui- istifadə edilməsi beynəlxalq vergitutma prinsiplərinə zidd olaraq mənfəətin köçürülməsinə və vergitutma bazasının aşınmasına imkanlar yaradır. Odur ki, DTA-05 ərizəsinin təsdiqlənməsi mümkün hesab olunmamışdır.
5. İddiaçı “X2 X3 San. ve Tic. LTD. Şti.” Şirkətinin nümayəndəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2021-ci il tarixli S **********141001/3 nömrəli, xx.xx.2021-ci il tarixli S **********141002/4 nömrəli, xx.xx.2021-ci il tarixli S **********141003/5 nömrəli inzibati şikayətləri əsasında qəbul edilmiş cavabdeh orqanın “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********62800 nömrəli qərarı ilə inzibati şikayətlər təmin edilməmişdir.
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş **********762800 saylı, 22 fevral 2021-ci il tarixli qərarın ləğv edilərək, iddiaçının DTA05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində əlavə məbləğin hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-777/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 2031/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-777/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qərarı qismən - DTA05 ərizəsində qeyd edilmiş qaytarılmalı vergi məbləğinin 58.226.85 manat (2.249.995,4 man-2.191.768,55 man) hissəsinə münasibətdə ləğv edilmiş, iddia qismən təmin edilmiş, “İddiaçı” şirkətinin görülmüş işlərlə bağlı ödəmə mənbəyindən tutulmuş 2.191.768,55 manat verginin geri qaytarılması ilə əlaqədar DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulmuş, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya məhkəməsinin qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 dekabr 2022-ci il tarixli 2-1(102)2304/2022 nömrəli qərarı ilə təmin edilərək iddia rədd edilmişdir.
9. Qeyd olunan məhkəmə işi başa çatdıqdan sonra “X2 X3 San.ve TİC.LTD.ŞTİ” şirkəti xx.xx.2023-cü il tarixli “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” ərizə (DTA-05) ilə yenidən vergi orqanına müraciət edərək ödəmə mənbəyində tutulmuş 2.191.768,55 manat verginin geri qaytarılmasını xahiş etmişdir.
10. Vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla qeyd olunan ərizənin təmin edilməsindən imtina edilərək qeyd edilmişdir ki, iddiaçı 2017-2018-ci illərdə Azərbaycan mənbəyindən əldə etdiyi 21.917.685,12 manat məbləğində gəlirə görə rezidenti olduğu Türkiyə Respublikasında vergiləri ödəməsi faktını sübut edə bilməmiş və bu barədə hər hansı mötəbər sənəd təqdim etməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktıı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı “X2 X3 San. ve Tic. LTD ŞTİ” Şirkəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən verilmiş DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Türkiyə rezidenti olan “X2 X3 San. ve Tic. LTD ŞTİ” Şirkəti ilə “X9 Mühendislik Sanayi Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi, torpaq uçotu işinə cəlb ediləcək ərazilər üzrə mövcud olan plankartoqrafik materialların və elektron baza məlumatlarının sistemləşdirilməsi təhlili, kameral şəraitdə torpaqların kadastr uçotu üzrə zəruri olan digər kadastr məlumatlarının istehsalı, pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki yerləşməsinə dair kadastr göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi, onların yaranma səbəblərinin öyrənilməsi, uyğunsuzluqların aradan qaldırılması ilə bağlı layihə işləri ilə əlaqədar bağlanmış müqavilə üzrə xidmətlərin dəyəri 2017-2019-cu illər ərzində 20.226.675,30 manat olmaqla, “X2 X3 San. ve Tic. LTD ŞTİ” Şirkətinin Türkiyə Respublikasındakı hesabına köçürülmüş və həmin əməliyyatlardan 10 faiz məbləğində, yəni 2.022.675,0 manat ödəmə mənbəyində vergi tutulmuşdur. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanmış DTA- 05 ərizəsinin təsdiqlənməsi Dövlət Vergi Xidməti tərəfindən mümkün hesab edilməmişdir. Bununla bağlı iddiaçı tərəfindən qaldırılmış iddia Bakı İnzibati Məhkəməsinin 2-1(112)-777/2022 saylı, 22 fevral 2022-ci il tarixli qərarı ilə təmin edilmişdir. Qeyd olunan qərardan cavabdeh vergi orqanı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022ci il tarixli 2- 1(103)-2031/2022 nömrəli qərarı ilə təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-777/2022 saylı, 22 fevral 2022-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Daha sonra Dövlət Vergi Xidməti tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-2304/2022 nömrəli qərarı ilə təmin edilərək, yeni qərar qəbul edilmiş və iddia tələbi rədd edilmişdir. Ali Məhkəmənin həmin qərarında iddiaçının vergi borcunun olmadığı haqqında Türkiyə Respublikasının müvafiq qurumundan rəsmi olaraq təsdiq edilmiş sənədləri təqdim edərək, DTA-05 ərizəsi ilə cavabdehə yenidən müraciət etmək hüququnun olduğu göstərilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar Ali Məhkəmənin mövqeyindən görünür ki, qeyri-rezident tərəfindən Azərbaycan rezidentinin sifarişi əsasında görülmüş işlərə görə həmin dövr üzrə vergi borcunun olmadığına dair Türkiyə Respublikasının müvafiq qurumundan rəsmi olaraq təsdiq edilmiş sənədləri vergi orqanına təqdim edərək, DTA-05 ərizəsi ilə cavabdehə yenidən müraciət etdiyi təqdirdə cavabdeh tərəfindən ikiqat vergitutma ilə bağlı Azərbaycan və Türkiyə Respublikaları arasında bağlanmış sazişin şərtlərinə əsasən Azərbaycan tərəfi ödəmə mənbəyindən tutulmuş vergilərin məbləğini iddiaçıya geri qaytarmalıdır. Ali Məhkəmənin yuxarıda qeyd olunan mövqeyini əsas götürərək, iddiaçı tərəfindən Türkiyə Respublikasında vergilər ödənilmiş və vergi borcunun olmaması barədə arayış alınmış və müvafiq arayışla birlikdə DTA-05 ərizəsi ilə Dövlət Vergi Xidmətinə yenidən müraciət edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********157900 nömrəli məktubu ilə müraciət cavablandırılmış və xx.xx.2022-ci il tarixli 2-1(102)-2304/2022 saylı Ali Məhkəmənin qərarında vəsaitin müəssisəyə qaytarılması ilə bağlı vergi orqanının üzərinə hər hansı vəzifə qoyulmadığı bildirilmişdir. Vergi orqanı mövqeyini onunla əsaslandırmışdır ki, müvafiq əməliyyatlar çərçivəsində əldə edilən gəlirlərin Türkiyə Respublikasında vergiyə cəlb olunması (Azərbaycan Respublikasında hesablanan vergi məbləğindən az olmamaq şərtilə) ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim olunmamışdır. Dövlət Vergi Xidmətinin qeyd olunan mövqeyi əsassızdır. Belə ki. Ali Məhkəmənin qərarında Azərbaycan Respublikasında hesablanan vergi məbləğindən az olmayaraq vergilərin Türkiyə Respublikasında ödənilməsi şərti nəzərdə tutulmamışdır. Ali Məhkəmənin qərarında Türkiyə Respubliksında vergi öhdəliyinin tam şəkildə yerinə yetirilməsi, yəni Türkiyə Respublikasında vergi öhdəliyinin olmaması şərti nəzərdə tutulmuşdur. İddiaçı Türkiyə Respublikasında vergi öhdəliklərini tam şəkildə yerinə yetirmiş və vergi borcunun olmadığına dair Türkiyə Respublikasının müvafiq qurumu tərəfindən xx.xx.2023-cü il tarixli rəsmi arayış verilmişdir. Əlavə olaraq, DTA-05 ərizəsinə əlavə edilməli olan sənədlər, o cümlədən müqavilələr, təhliv-təslim aktları, görülmüş işlərə görə ödənilmiş vergi məbləğləri əvvəlki məhkəmə mübahisəsi zamanı araşdırılmışdır və işin mübahisəsiz halıdır.
13. Cavabdeh etirazında göstərmişdir ki, qeyri-rezident “X2 X3 San. ve Tic. LTD ŞTİ” Şirkəti Ali Məhkəmənin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)- 2304/2022 saylı qərarına istinad edərək vergi borcunun olmadığı haqqında Türkiyə Respublikasının müvafiq qurumundan rəsmi olaraq təsdiq edilmiş sənədləri təqdim edərək DTA-05 ərizəsi ilə Dövlət Vergi Xidmətinə yenidən müraciət etmək hüququnun göstərildiyini, şirkət tərəfindən Ali Məhkəmənin mövqeyinin əsas götürülərək Türkiyə Respublikasında vergilərin ödənildiyini və vergi borcunun olmaması barədə arayışla yenidən Dövlət Vergi Xidmətinə müraciət edildiyini qeyd etmişdir. Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli **********157900 nömrəli məktubla iddiaçının məktubu cavablandırılmış və Ali Məhkəmənin qeyd edilən qərarında vəsaitin müəssisəyə qaytarılması ilə bağlı vergi orqanının üzərinə hər hansı öhdəlik qoyulmadığı bildirilmişdir. İddiaçı ərizəsində ödənilmiş vəsaitin geri qaytarılmasının əsası kimi Türkiyə Respublikasında vergi öhdəliklərini tam yerinə yetirməsini və bu barədə Türkiyə Respublikasının müvafiq qurumundan xx.xx.2023-cü il tarixli arayışın verilməsini qeyd etmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində Türkiyə dövlət büdcəsinə 213.922,86 TRY (18 803,82 AZN) vergi ödənilmiş və bu barədə ona müvafiq arayış verilmişdir. Lakin, iddiaçının müvafiq əməliyyatlar çərçivəsində Azərbaycan mənbəyindən əldə olunan gəlirlərinin (21.917.685,12 manat) Türkiyə Respublikasında bəyan edilməsi və həmin gəlirlərin müvafiq qaydada vergiyə cəlb olunması (Azərbaycan Respublikasında hesablanan vergi məbləğindən az olmamaq şərtilə) ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim olunmamışdır. Əlavə olaraq, təqdim olunan arayışa apostil vurulmamışdır. Vergilər Nazirliyinin xx.xx.2017-ci il tarixli **********009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 27 dekabr 2021-ci il tarixli 21 nömrəli Qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydalarının (bundan sonra - Qaydalar) 7.3-cü bəndinə əsasən artıq ödənilmiş vergilərin geri qaytarılması üçün DTA-05 formasına qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər, ödəniş sənədləri, gəlir ödəyən şəxsdən görülmüş və ya görüləcək işlər (xidmətlər) barədə arayış və s.) bu Qaydaların 8.9- 8.13-cü bəndlərinə müvafiq qaydada təsdiq edilmiş surətlər əlavə edilməlidir. Həmin Qaydaların 8.10-cu bəndinə əsasən bu Qaydaların 8.9-cu bəndindən asılı olmayaraq, razılığa gələn digər dövlət “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 1961-ci il tarixli Haaqa Konvensiyasına qoşulduğu və həmin Konvensiya Azərbaycan Respublikası ilə həmin digər dövlət arasında tətbiq edildiyi halda təqdim edilən təsdiqedici sənədlərin leqallaşdırılması tələb olunmur. Bu halda, sənədlərə həmin dövlətin Haaqa Konvensiyası üzrə səlahiyyətli orqanı tərəfindən apostil vurulmalıdır. İddiaçı tərəfindən Ali Məhkəmənin qərarında qeyd edilən xüsusatlar yanlış təqdim edilərək guya onun borcunun olmaması və bu barədə arayışın əldə edilməsi əsası ilə DTA-05 ərizəsinin təsdiq edilərək rəy verilməklə maliyyə orqanına göndərilməsi vəzifəsinin qoyulması barədə tələbi tamamilə əsassızdır. Belə ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarının 63-cü bəndində qeyd edilmişdir ki, şəxs tərəfindən DTA-05 ərizəsi ilə müraciət edildikdə gəlirin ödənilməsinə əsas verən, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlər təqdim edilməlidir. Başqa sözlə, DTA05 ərizəsi ilə müraciət zamanı şəxsin ikiqat vergi tutmaya məruz qaldığı sübuta yetirilməlidir. Lakin iddiaçı tərəfindən qaytarılması tələb olunan 2.191.768,55 manat verginin Türkiyə Respublikasında ödənilmədiyi və hətta xidmətlərə görə alınmış 21.917.685,12 manat məbləğin şirkət tərəfindən dövriyyəsində göstərilmədiyi müəyyən edilmiş, Ali Məhkəmə tərəfindən də bu hal Qərarın 69-cu bəndində qeyd edilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli 2-1(112)-11290/2023 nömrəli, qərarı ilə (hakim H.Ağalarov) iddia tələbi təmin edilmiş, X2 X3 San. ve Tic. LTD ŞTİ” Şirkətinin görülmüş işlərlə bağlı ödəmə mənbəyindən tutulmuş 2.191.768,55 manat verginin geri qaytarılması ilə əlaqədar DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulmuşdur.
15. Məhkəmə qeyd etmişdir ki, daha əvvəlki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-2304/2022-ci il tarixli qərarın qeyd etdiyi mövqeyə uyğun olaraq, iddiaçı tərəfindən Türkiyə Respublikasında vergilər ödənilmiş və vergi borcunun olmaması haqqında Türkiyə Respublikasının müvafiq qurumundan rəsmi olaraq təsdiq edilmiş sənədləri təqdim etmişdir. Cavabdehin müvafiq əməliyyatlar çərçivəsində əldə edilən gəlirlərin Türkiyə Respublikasında vergiyə cəlb olunması (Azərbaycan Respublikasında hesablanan vergi məbləğindən az olmamaq şərtilə) ilə bağlı hər hansı təsdiqedici sənədin təqdim olunmamasına dair dəlilləri əsassızdır. Ən əsası ona görə ki, nə Ali Məhkəmənin qeyd olunan qərarında, nə də qanunvericilikdə Azərbaycan Respublikasında hesablanan vergi məbləğindən az olmayaraq vergilərin Türkiyə Respublikasında ödənilməsi şərti nəzərdə tutulmamışdır. Ali Məhkəmənin qərarında Türkiyə Respublikasında vergi öhdəliyinin tam şəkildə yerinə yetirilməsi, yəni Türkiyə Respublikasında vergi öhdəliyinin olmaması şərti nəzərdə tutulmuşdur. İddiaçı da Türkiyə Respublikasında vergi öhdəliklərini tam şəkildə yerinə yetirmiş və vergi borcunun olmadığına dair Türkiyə Respublikasının müvafiq qurumu tərəfindən xx.xx.2023-cü il tarixli rəsmi arayış verilmişdir.
16. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmuş hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.
b) Apellyasiya instansiya məhkəməsində birinci icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2024-cü il tarixli 2- 1(103)-624/2024 nömrəli qərarı ilə (hakimlər R.Səmədov /sədrlik edən və məruzəçi/, P.Hüseynov və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” qeyrirezidentlərə ikiqat vergi tutmaya məruz qalmamaq üçün bir neçə prosedur qayda müəyyən etmişdir. Belə ki, əgər qeyrirezident Azərbaycan Respublikasında vergiyə cəlb edilməməli olduğunu hesab edirsə, bu zaman ödənişin faktiki köçürülməsindən öncə ərizə ilə müvafiq orqana müraciət etməlidir. Əgər ərizə vaxtında verilməmişdirsə, bu halda, DTA-05 forması ilə müraciət edilməlidir. Lakin nəzərə alınmalıdır ki, DTA-03 forması və DTA-05 formasının təsdiq edilməli şərtləri birbirindən fərqlənir. Belə ki, şəxs DTA-03 forması ilə müraciət etdikdə (yəni ödənişin həyata keçirilməsindən öncə müraciət olunduqda) müraciətə qeyrirezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən və gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu sübut edən bütün təsdiqedici sənədlər (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər, gəlir ödəyən şəxsdən görülmüş və ya görüləcək işlər (xidmətlər) barədə arayış və s.) təqdim edilməlidir. Lakin, şəxs DTA-05 forması ilə müraciət etdikdə gəlirin ödənilməsinə əsas verən, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlər təqdim edilməlidir. Başqa sözlə, DTA-05 forması ilə müraciət zamanı şəxsin faktiki ikiqat vergitutmaya məruz qaldığı sübuta yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müvafiq əməliyyatlar çərçivəsində əldə edilən gəlirlərin Türkiyə Respublikasında vergiyə cəlb olunması (Azərbaycan Respublikasında hesablanan vergi məbləğindən az olmamaq şərtilə) ilə bağlı hər hansı təsdiqedici sənədin təqdim olunmamasına dair cavabdehin dəlilləri əsassızdır. Ali Məhkəmənin qərarında Türkiyə Respublikasında vergi öhdəliyinin tam şəkildə yerinə yetirilməsi, yəni Türkiyə Respublikasında vergi öhdəliyinin olmaması şərti nəzərdə tutulmuşdur. İddiaçı da Türkiyə Respublikasında vergi öhdəliklərini tam şəkildə yerinə yetirmiş və 2017, 2018, 2019 və 2020-ci illər üzrə vergi borcunun olmadığına dair Türkiyə Respublikasının müvafiq qurumu tərəfindən xx.xx.2024-cü il tarixli rəsmi (apostil qaydasında təsdiq edilmiş) arayış verilmişdir.
20. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin tam rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Kassasiya instansiya məhkəməsində icraat
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1437/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarı ilə kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2024-cü il tarixli 2-1(103)-624/2024 nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, Kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat
d) Apellyasiya şikayətinin dəlilləri
22. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayəti birinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur.
e)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Yeni apellyasiya baxışı zamanı iddiaçı tərəfindən yazılı izahat təqdim olunmuşdur.İzahatda göstərilmişdir ki, həmin qərar üzrə kassasiya instansiyasının mövqeyi ilə bağlı aşağıdakıları məhkəmə kollegiyasının nəzərinə çatdırırlar. 1.Ali Məhkəmənin qərarında “ 48.Qeyd olunmalıdır ki, qeyri-rezident olan “X2 X3 San. ve Tic. LTD. Şti.” ilə “X9 Mühəndislik Sanayi Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi və məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması məqsədilə ilə bağlanılmış müqavilələr üzrə xidmətlər Azərbaycan Respublikasında göstərildiyindən və həmin xidmətlərə görə ödənilən məbləğlər də Azərbaycan mənbəyindən gəlir olmaqla Vergi Məcəlləsinin 125-ci maddəsinin təsiri dairəsinə düşür.” qeyd edilmişdir. Kassasiya instansiyanın qeyd olunan mövqeyi ilə bağlı bildirirlər ki, Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” Saziş-in (bundan sonra “Saziş”) 7.1.-ci maddəsinə əsasən: “Əgər Razılığa gələn bir Dövlətin müəssisəsi Razılığa gələn digər Dövlətin ərazisində iş yeri vasitəsilə fəaliyyət göstərmirsə, o zaman onun mənfəəti ancaq Razılığa gələn ilk bəhs edən Dövlətdə vergiqoymaya cəlb edilir. Əgər müəssisə sahibkarlıq fəaliyyətini Razılığa gələn digər Dövlətin ərazisində iş yeri vasitəsilə həyata keçirirsə, onun mənfəətinin ancaq həmin iş yerinə aid olan hissəsi digər Dövlətdə vergiyə cəlb edilə bilər. İstinad edilən beynəlxalq müqavilənin (Sazişin) həmin normasının hazırkı mübahisəyə tətbiqi İddiaçının Azərbaycan Respublikasında vergiyə cəlb edilməsini birmənalı istisna edir. Belə ki, həmin normada nəzərdə tutulmuş şərt – Türkiyə Respublikasının müəssisəsi olan İddiaçının Azərbaycan Respublikasının ərazisində iş yeri vasitəsilə fəaliyyət göstərmədiyi şərti yerinə yetirilir və bu hal işin mübahisələndirilməyən hallarına aiddir. Sazişin 7-ci bəndində də həmin şərtin yerinə yetirildiyi təqdirdə İddiaçının mənfəətinin ancaq Razılığa gələn ilk bəhs edən Dövlətdə (Türkiyədə) vergiqoymaya cəlb edilməsi nəzərdə tutulduğu üçün, Azərbaycan Respublikasında vergiqoymaya ümumiyyətlə cəlb edilə bilməz. Belə nəticəyə gəlinməsi həmçinin onunla izah edilir ki, maddənin ikinci hissəsi digər Dövlətdə (Azərbaycanda) vergiqoymaya cəlb edilməni onunla şərtləndirir ki, müəssisənin fəaliyyəti “digər Dövlətin (Azərbaycanın) ərazisində iş yeri vasitəsilə həyata keçirilmiş olsun, özü də vergiqoyma ”ancaq həmin iş yerinə aid olan hissədə” tətbiq edilə bilər. Göründüyü kimi, qeyd edilən maddə ilə razılığa gələn Dövlətlər birmənalı olaraq təsbit etmişlər ki, bir Dövlətin müəssisəsi (rezidenti) yalnız öz ərazisindəki iş yeri vasitəsilə fəaliyyət göstərirsə, vergi öhdəliyi də yalnız həmin Dövlət qarşısında yaranır. Bu normanın hər hansı formada genişləndirici və ya məhdudlaşdırıcı şəkildə şərh və tətbiq edilməsi Sazişi imzalamış və ratifikasiya etmiş razılığa gələn Dövlətlərin iradə ifadəsinə zidd olmuş olar. Bu səbəbdən iddiaçının yalnız Türkiyədə vergiqoymaya cəlb edilməsi üçün Sazişdə nəzərdə tutulmuş şərt- Azərbaycan Respublikasının ərazisində iş yeri vasitəsilə fəaliyyət göstərmədiyi şərti yerinə yetirildiyinə və işin mübahisələndirilməyən halına aid olduğu üçün Azərbaycanda vergiyə cəlb edilməsi birmənalı istisna edilir. Həmçinin bildirirlər ki, Ali Məhkəmənin bundan əvvəlki qərarında iddiaçının tələblərinin Sazişin 7.1-ci maddəsinin təsir dairəsinə düşmədiyi müəyyən edilməmişdir yəni işlərin Türkiyə Respublikasında göstəriməsi halı təsdiq olunmuşdur. 2.Bundan başqa Ali məhkəmənin qərarında “57.Halbuki, “X2 X3 San. Ve TİC.LTD.ŞTİ” şirkəti ilə bağlı Türkiyə Respublikasının müvafiq qurumu tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli **********598100 nömrəli cavaba əsasən həmin şirkətin 2017-ci ildə ümumi dövriyyəsi 187.360,0 TL (87.466,0 manat), 2018-ci ildə isə 115.400,0 TL (40.486,0 manat) olmuşdur. Lakin DTA-05 Ərizə formasına əlavə olaraq təqdim olunmuş bank çıxarışına əsasən İnternational Makine şirkətinə “X9 Mühendislik Sanayi Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən 2017-ci ildə 11.532.725,0 manat, 2018-ci ildə isə 10.384.960,0 manat vəsait köçürülmüşdür. Göründüyü kimi İnternational Makine şirkəti böyük məbləğdə gəlirinin olmasına baxmayaraq, Türkiyə Respublikasında həmin gəlirləri bəyan etməmiş və həmin gəlirdən müvafiq vergiləri faktiki olaraq ödədiyini sübut edə bilməmiş, bu barədə sübutları məhkəməyə təqdim etməmişdir.” qeyd olunmuşdur.Bildirirlər ki, qeyd olunan məsələ ilə bağlı 2 və 8 avqust 2024-cü il tarixli ərizələr ilə Türkiyə Respublikası Gəlir İdarəsi Başkanlığı X11 Başkanlığına müraciət olunmuşdur. Müraciətə cavab olaraq X11 Başkanlığı tərəfindən vergi borcunun olmadığına dair Türkiyə Respublikasının müvafiq qurumu tərəfindən xx.xx.2024-cü il tarixli (apostil qaydasında təsdiq edilmiş) rəsmi arayış verilmişdir. .Həmin arayışa əsasən “X2 X3 San. Ve Tic.LTD.ŞTİ” Türkiyə Respublikasında vergi öhdəliklərini tam şəkildə yerinə yetirdiyi və 2017, 2018, 2019 və 2020-ci illər üzrə vergi borcunun olmadığı qeyd olunmuşdur. Həmçinin bildiririk ki, “X9 Mühəndislik Sanayi Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən 22 milyon manat məbləğində ödəniş “X2 X3 San. ve Tic. LTD. Şti.”-nin rəsmi bank hesabına köçürülmüşdür və qeyd olunan gəlir məbləğindən Türkiyə Respublikasının vergi orqanının məlumatı olmuşdur. “X9 Mühəndislik Sanayi Ticaret Anonim” şirkətinin Həmin dövr üzrə olan vergi öhdəlikləri qeyd olunan ödəniş də nəzərə alınmaqla tam olaraq yerinə yetirilmişdir. İddiaçının vergi borcunun olmadığı barədə Türkiyə Respublikasının səlahiyyətli orqanının təqdim etdiyi arayış İddiaçının həmin dövlətdə ödəməli olduğu bütün vergiləri, o cümlədən, İddiaçının Azərbaycan Respublikasının mənbəyindən əldə etdiyi gəlirlər üzrə də vergiləri tam ödədiyini (vergi öhdəliyinin qalmadığını) təsdiq edən sənəd olmaqla, həqiqilik prezumpsiyasına malik olmaqla yanaşı İİQ-nın 18-ci maddəsindəki “çoxun azı ehtiva etməsi prinsipi” -nə görə də şübhə altına alına bilməz. Bundan əlavə, İddiaçının Türkiyə Respublikasında vergi borcunun olmadığı barədə təqdim etdiyi sənəddə konkret hansı gəlirdən (mənfəətdən) hansı məbləğdə vergilərin ödənilməsinin göstərilmədiyinin səbəbini də Məhkəmə kollegiyasının nəzərinə çatdırırıq. Türkiyə Respublikasında “Bəzi alacaqların yenidən müəyyən edilməsinə” dair 3 iyun 2021-ci il tarixli 7326 saylı qanun qəbul olunmuş və xx.xx.2021-ci il tarixdə rəsmi qəzetdə elan (tebliğ) olunmuşdur. Qanunun tətbiq olunacağı vergi dövrü xx.xx.2021-ci il tarixdən əvvəlki dövr müəyyən edilmişdir. Yəni, vergi ödəyəciləri həmin tarixədək bəyan etdikləri və ya bəyan etməli olduqları vergilər üzrə vergitutma bazasını və vergini artırmaq hüququna malik olmuşdurlar. Həmin Qanunun V (5-ci) bəndində vergitutma bazası və vergi artımına dair müddəalar öz əksini tapmışdır və aşağıdakılar qeyd olunmuşdur: A. Vergitutma və vergi artıra bilən vergi ödəyiciləri 2016, 2017, 2018, 2019 və 2020-ci il təqvim illəri üçün illik gəlir və ya mənfəət vergisi bəyannaməsi təqdim etmək öhdəliyi olan gəlir, mənfəət və əlavə dəyər vergisi ödəyiciləri vergitutma bazası və vergi artımından yararlana biləcəklər. C. Gəlir və mənfəət vergisində artım
1. a)X12 Bəyannaməsində vergitutma bazasını bəyan etmiş vergi ödəyiciləri vergitutma bazasını aşağıdakı dərəcələrədən az olmayaraq artılmalı olduğu müəyyən edilmişdir. 2016-cı il üçün 35% 2017-ci il üçün 30% 2018-ci il üçün 25% 2019-cu il üçün 20% 2020-ci ilin üçün 15% e) Xüsusi əhəmiyyət kəsb edən hallar. Vergitutma bazasını artıran vergi ödəyiciləri digər gəlir elementlərinə görə vergi yoxlamasına və hesablamasına məruz qalmayacaqlar. Göründüyü kimi qanun vergi ödəyicilərinə əvvəlki vergi dövrləri üzrə əlavə vergi yoxlaması aparılmadan könüllü formada vergitutma bazasını artırmaqla ötən dövrlərə münasibətdə əlavə vergi məbləği hesablamaq hüququ vermişdir. Və buna qarşılıq olaraq da dövlət həmin dövrlər üzrə əlavə vergi öhdəliklərinin olub-olmamasını araşdırmayacağını və vergi ödəyicisinin həmin dövrlər üzrə fəaliyyətinin yoxlanılmayacağını bildirmişdir. Vergi ödəyicisi “İnternational Makine” qeyd olunan hüquqdan istifadə etmiş, vergitutma bazasını artırmaqla ötən dövrlərə əlavə vergi hesablamışdır. Qanun tələbinə görə həmin dövrlər üzrə əlavə vergi yoxlamasının aparılması mümkün olmadığından həmin dövrlər üzrə əlavə vergi öhədlikləri də müəyyən edilə bilməz. Ona görə də “İnternational Makinenin” ötən dövrlər üzrə büdcə qarşısında heç bir vergi öhdəliyi qalmamışdır. Əlavə olaraq bildirirlər ki, sazişin məqsədi ikiqat vergiyə cəlb edilmənin qarşısının alınmasından ibarətdir. Sazişin məqsədi hansısa dövlətdə mütləq vergiyə cəlb olunmanın təmin olunması deyildir. Burada məqsəd bir dövlətdə vergitutmaya məruz qalmış gəlirlərin digər dövlətdə 2-ci dəfə vergutumaya məruz qalınmasının qarşısını almaqdır. Bundan əlavə, Sazişin “İnformasiya mübadiləsi” adlanan 25-ci maddəsinə əsasən: Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanları bu Sazişin müddəalarının həyata keçirilməsi üçün lazım olan məlumatların, həmçinin bu Sazişə uyğun gəldiyi müddətdə Sazişin əhatə etdiyi vergilərlə əlaqədar Razılığa gələn Dövlətlərin daxili qanunvericiliyinin müddəalarının həyata keçirilməsi üçün lazım olan informasiyanın mübadiləsi aparacaqlar. Razılığa gələn Dövlətin aldığı hər bir informasiya, bu barədə həmin Dövlətin daxili qanunvericiliyi hüdudlarında alınan informasiya kimi məhvi hesab edilir və yalnız bu Sazişdə göstərilən vergilərin müəyyən edilməsi və ya alınması, yaxud məcburi icra və ya cərimə edilməsi, ya da bu mövzularda şikayət və etirazlara baxmaq vəzifəsi olan şəxslərə və ya orqanlara (məhkəmələr və inzibati orqanlar daxil olmaqla) verilə bilər. Bu şəxslər və ya orqanlar həmin informasiyadan yalnız göstərilən məqsədlər üçün istifadə edirlər. Bu şəxslər və ya orqanlar bu informasiyanı məhkəmə iclaslarında və yaxud məhkəmə qərarları qəbul olunarkən bəyan edə bilərlər. Göründüyü kimi, cavabdeh vergi orqanı Sazişin 25-ci maddəsinə istinad etməklə, Türkiyə Respublikasının səlahiyyətli orqanından bu məsələ ilə bağlı istənilən məlumatı, həmçinin yuxarıda istinad edilən “Bəzi alacaqların yenidən müəyyən edilməsinə” dair 3 iyun 2021-ci il tarixli 7326 saylı qanunun təsir dairəsi və tətbiq üsulları barədə məlumat və izahlar ala bilərdi. Belə məlumat və sübutların Cavabdeh vergi orqanı tərəfindən toplanması Sazişin 25-ci maddəsinə əsasən onun hüququ, İİQ-nin 25-ci maddəsinə əsasən isə vəzifəsi kimi müəyyən edilmişdir. İİQ-nin 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 3.Həmçinin Ali Məhkəmənin qərarında “61. Bununla yanaşı qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir.62.Məlum olduğu kimi ödənişin11.532.725,0 manat hissəsi 2017-ci ilə, 10.384.960,0 manat hissəsi isə 2018-ci ilə təsadüf etmiş və həmin illərin müvafiq rübləri üzrə ÖMV tutulmuşdur. Buna baxmayaraq iddiaçı DTA-05 ərizəsi ilə 2023-cü ilin may ayında vergi orqanına müraciət etmişdir. Məhkəmə isə bu hala münasibət bildirməmiş, bununla da İPM- in 87.8-ci maddənin tələblərini pozmuşdur” qeyd olunmuşdur. Kassasiya instansiyasının qeyd olunan müvqe ilə bağlı bildirirlər ki, “X2 X3 San ve TİC.LTD.ŞTİ” şirkəti xx.xx.2023-cü il tarixli “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” ərizə (DTA-05) nin təsdiq edilməsindən imtinaya dair Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda imtinanın əsası kimi yalnız Türkiyə Respublikasında vergiləri ödənilməsi faktının sübut edilməməsi göstərilmişdir. Həmin məktubda tələbetmə müddətinin ötürülməsi qeyd olunmamışdır.Hesab edirlər ki, “X2 X3 San ve TİC.LTD.ŞTİ” şirkəti tərəfindən “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” (DTA-05) ərizəsi vaxtında təqdim edilmişdir, lakin vergi orqanı tərəfindən hər dəfə fərqli dəlillərə istinad edilməklə imtina məktublarının verilməsi əsassız süründürməçiliyə gətirib çıxarmışdır ki, bununla da ərizənin təsdiq edilməsi bu vaxta qədər vergi orqanının təqsiri üzündən gecikdirilmişdir. Əlavə olaraq, vurğulamaq istəyirlər ki, təmsil etdiyim şirkət tərəfindən ilkin olaraq DTA-05 forması xx.xx.2019-cu il tarixində müvafiq vergi orqanına təqdim edilmişdir. Lakin, vergi orqanı tərəfindən məsələyə mahiyyəti üzrə qiymət verilməyərək və əsassız formada işi uzatmaq məqsədilə ilk olaraq xarici dövlətə sorğu göndərilmiş və iki ilə yaxın müddət keçdikdən sonra iş üzrə inzibati qərar çıxarılmışdır. Qeyd etmək istəyirlər ki, beynəlxalq sorğunun göndərilməsi üçün vergi orqanı üçün heç bir hüquqi əsas yox idi. Belə ki, 2019-cu ildə qüvvədə olan İnzibatçılıq Qaydalarının 8.4-cü hissəsində beynəlxalq sorğunun vergi orqanı tərəfindən göndərilməsi yalnız müvafiq ərizədə təqdim edilmiş məlumatların düzgünlüyünə və ya təsdiqedici sənədlərin həqiqiliyinə şübhə yarandığı təqdirdə edilməsi mümkün idi. Lakin, göründüyü kimi, vergi orqanı bu məsələlərlə bağlı deyil, ehtimal olunan fərziyyələr üzərində beynəlxalq sorğunu Türkiyə tərəfinə göndərmişdir. Buna sübut olaraq, sonrakı dövrdə vergi orqanının müvafiq iş üzrə qəbul etdiyi İnzibati Qərarda da görmək olar. Həmin Qərarda sənədlərin həqiqiliyi və ya məlumatların düzgün olmaması ilə bağlı heç bir qeyd əks olunmamışdır. Bununla yanaşı, vergi orqanının müvafiq inzibati qərarda qeyd etdikləri məsələlər, yəni “X2 X3 San ve TİC.LTD.ŞTİ” şirkətinin faktiki olaraq müvafiq işləri görmək potensialının olmaması və aralıq müəssisə qismində fəaliyyət göstərməsi və müvafiq sazişdən sui-istifadə etməsi məsələsi faktiki olaraq Ali Məhkəmə tərəfindən qəbul edilən qərarda öz əksini tapmamışdır. Belə ki, Ali Məhkəmənin müvafiq qərarında vergilərin ödənilməsi müəssisə tərəfindən təsdiqləndiyi halda, onun tərəfindən yenidən DTA-05 forması ilə müraciət etmək hüququ saxlanılmışdır. Göstərilənləri nəzərə alaraq və vergi orqanı tərəfindən qeyri-rezidentə münasibətdə ayrıseçkiliyin göstərməsi və əsassız olaraq beynəlxalq saziş üzrə ona çatası məbləğin geri qaytarılmasını dörd ildən artıq müddətdə süni maneələr hesabına təxirə salması beynəlxalq sazişin müddəalarının kobud şəkildə pozulmasına gətirib çıxardır. Yuxarıda qeyd edilənlərə əsasən, Apellyasiya şikayətinin təmin edilmədən, iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-624/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər.
24. Yeni apellyasiya baxışı zamanı cavabdeh tərəfindən iddiaçının hesabladığı və ödənilmiş vergiləri (ÖMV) haqqında yazılı açıqlama-izahat təqdim olunmuşdur.İzahatda göstərilmişdir ki, iddiaçı tərəfindən ilk dəfə vergi orqanına 2019cu ildə DTA-05 ərizəsi ilə müraciət edilmiş, nəticə olaraq vergi orqanı tərəfindən haqlı olaraq imtina verilmiş və Ali Məhkəmə də xx.xx.2022-ci il tarixli qərarı ilə həmin imtinanının əsaslılığını bir daha təsdiq etmişdir. İkinci dəfə isə iddiaçı tərəfindən 2023cü ilin may ayında müraciət edilmişdir ki, artıq bu zaman VM-nin 85.5- ci maddəsinin tələblərinə əsasən vergi ödəylcisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malik olduğu üçün 2017-2018-ci illərdə ödəmə mənbəyində ödənilmiş vergilərin tələb edilməsi müddəti də ötürülmüşdür. Belə ki, Vergi Məcəlləsinin 150.3.2-ci maddəsinə əsasən ödəmə mənbəyində vergini tutmağa borclu olan dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna edilməklə, digər şəxslərə pensiya ödəyən hüquqi şəxslər, sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər (VM 150.1.3), hüquqi və fiziki şəxslərə dividend ödəyən rezident hüquqi şəxslər (VM 150.1.4), fiziki şəxslərə və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyrirezident hüquqi şəxslərə faizlər ödəyən hüquqi şəxslər, sahibkarlar və qeyrisahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər (VM 150.1.5), bu Məcəllənin 124-cü, 125-ci və ya 126- cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər, sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər (VM 150.1.6) və vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən, habelə muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə maddi yardım, mükafat, təqaüd verən hüquqi şəxslər, fərdi sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər (VM 150.1.7) gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməyə borcludur. Cavadeh tərəfindən hesablanmış və ödənilmiş ÖMV məbləğləri aşağıdakı kimi olmuşdur: 2017 İİİ rüb hesablama-533.163,16, ödəmə-533.163,16; İV rüb hesablama-620.109,38, ödəmə-620.109,38; 2018 İ rüb hesablama-103.496,00, ödəmə-103.496,00; İİ rüb hesablama-390.681,26, ödəmə- 390.681,26; İİİ rüb hesablama-330.607,50, ödəmə- 330.607,50; İV rüb hesablama-213.711,25, ödəmə-213.711,25 Beləliklə, cavabdeh tərəfindən 2023-cü ilin may ayında müraciət edilməsini nəzərə aldıqda, 2017-ci ilin İİİ və İV rübləri və 2018-ci ilin İ rübü üzrə hesablanmış və ödənilmiş vergilərin (ümumilikdə 1.256.768,54 manat) 5 illik tələb etmə müddəti bitmişdir. Qeyd edilənlərlə yanaşı bir daha məhkəmə kollegiyasının diqqətinə çatdırırlar ki, həm Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli (Qərarın 68-ci, 81-ci abzasları), həm də xx.xx.2024-cü il tarixli qərarlarında (Qərarın 59-60-cı abzasları) iddiaçının sözügedən vergilərin Türkiyə Respublikasında bəyan edilmədiyi və ödənilmədiyi, bunun əksinin iddiaçı tərəfindən sübut edilmədiyi və iş materiallarında bu barədə hər hansı sübutun öz əksini tapmadığı qeyd edilmiş, hal-hazıradək bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir.
ə) Proses iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdirlər.
26. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 2. Azərbaycan Respublikasının vergi qanunvericiliyi ... 2.5. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. ... Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi ... 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Maddə 125. Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması ... 125.1. Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.5. bu Məcəllənin 125.1.1-ci – 125.1.4-cü, 125.1.6-cı – 125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələri – 10 faiz
28. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kollegiyasının 12 iyun 2017-ci il tarixli, **********009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”
7. Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında artıq ödənilmiş vergilərin qeyri-rezidentə geri qaytarılması 7.1. Beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmasına baxmayaraq, bu Qaydaların 5-ci hissəsində nəzərdə tutulmuş DTA03 forması vaxtında təqdim edilmədikdə və qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulandan artıq vergi ödədikdə, həmin qeyri-rezident, vergi hesabatı dövrü bitdikdən sonrakı 5 il müddətindən gec olmayaraq müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” Ərizə formasını (bundan sonra - DTA-05 forması) (Əlavə № 9) təqdim etməklə, artıq ödənilmiş (tutulmuş) vergi məbləğlərinin geri qaytarılması ilə bağlı müraciət edə bilər.
29. “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” 01 yanvar 1998-ci il tarixli Saziş Maddə 7.1. Əgər Razılığa gələn bir Dövlətin müəssisəsi Razılığa gələn digər Dövlətin ərazisində iş yeri vasitəsilə fəaliyyət göstərmirsə, o zaman onun mənfəəti ancaq razılığa gələn ilk bəhs edən Dövlətdə vergiqoymaya cəlb edilir. Əgər müəssisə sahibkarlıq fəaliyyətini Razılığa gələn digər Dövlətin ərazisində iş yeri vasitəsilə həyata keçirirsə, onun mənfəətinin ancaq həmin iş yerinə aid olan hissəsi digər Dövlətdə vergiyə cəlb edilə bilər.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli 2-1(112)-11290/2023 nömrəli, qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2024-cü il tarixli 2-1(103)-624/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.Odur ki, apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
32. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia mümkün iddiadır.
34. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, işin digər materiallarını və hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1437/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli qərarı ləğv olunmalı, iddia rədd edilməlidir.Bu aşağıdakı səbəblərdən irəli gəlir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1437/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, ”.... 58. Göründüyü kimi, iddiaçının 2017-2018-ci illərdə Azərbaycan mənbəyindən əldə etdiyi vəsait ilə Türkiyə Respublikasında həmin illərdə olan dövriyyəsi bir biri ilə uzlaşmır.
59. Belə olan halda, İnternational Makine şirkəti Azərbaycan Respublikasından əldə etdiyi gəlirin Türkiyə Respublikasında bəyan etməsi iş materiallarında müəyyən olunmur. 60. Qeyd olunan arayışlarda Azərbaycan mənbəyindən əldə edilmiş külli miqdarda (21.917.685,12 manat) gəlirin Türkiyə respublikasında bəyan edilməsi və bu gəlirə görə həmin ölkədə verginin ödənilməsi öz əksini tapmamışdır. 61. Bununla yanaşı qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir. 62. Məlum olduğu kimi ödənişin11.532.725,0 manat hissəsi 2017-ci ilə, 10.384.960,0 manat hissəsi isə 2018ci ilə təsadüf etmiş və həmin illərin müvafiq rübləri üzrə ÖMV tutulmuşdur. Buna baxmayaraq iddiaçı DTA-05 ərizəsi ilə 2023-cü ilin may ayında vergi orqanına müraciət etmişdir. Məhkəmə isə bu hala münasibət bildirməmiş, bununla da İPMin 87.8-ci maddənin tələblərini pozmuşdur. 63. Belə ki, həmin maddənin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin qərarında hər bir halda apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir...”
36. Təkrar apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1437/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarındakı hüquqi göstərişlər baxımından iddiaçı İnternational Makine şirkətinin Azərbaycan Respublikasından əldə etdiyi gəlirin Türkiyə Respublikasında bəyan etməsi, yəni Azərbaycan mənbəyindən əldə edilmiş külli miqdarda (21.917.685,12 manat) gəlirin Türkiyə respublikasında bəyan edilməsi və bu gəlirə görə həmin ölkədə verginin ödənilməsinə dair sübutların və məlumatların təqdim olunacağını bildirmiş və belə zərurətlə bağlı məhkəmə iclası bir neçə dəfə uzun müddətə təxirə salınmışdır.
37. Belə ki, işin hallarına görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Türkiyə Cumhuriyyətinin “X9 Mühendislik Sanayi Ticaret” Anonim Şirketi arasında 2016-cı ilin may ayının 3-də Bakı şəhərində imzalanmış SM-14 nömrəli Satınalma müqaviləsi əsasında iş və xidmətlərin dəyəri 44.980.393,00 ABŞ dolları məbləğində olan Azərbaycanda Torpaqların elektron kadastr uçotu sisteminin formalaşdırılması məqsədi ilə ölkənin 3.19 mln. ha ərazisi üçün (digər layihələr çərçivəsində ərazilərində mükəmməl kadastr işləri aparılmış bir sıra rayon, şəhər və qəsəbələrin əraziləri istisna olmaqla) daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və 1.30 mln. ha sahədə pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərinə 03 may 2016-cı il tarixindən başlanılmışdır. Bu məqsədlə “X9 Mühendislik Sanayi Ticaret” Anonim Şirkəti tərəfindən şirkətin Azərbaycan Respublikasındakı nümayəndəliyi təsis edilmişdir.
38. Bundan sonra “X2 X3 San. ve Tic. LTD. Şti.” ilə “X9 Mühəndislik Sanayi Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi və məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması məqsədilə xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli “Kadastr xidməti” və xx.xx.2017- ci il tarixli “Texnologiyaların inkişafı və Texnologiyaların transfer edilməsi” müqavilələri bağlanmış və iddiaçıya (qeyri-rezidentə) müqavilə üzrə yerinə yetirdiyi öhdəliklərə görə 21.917.685,12 manat ödəniş edilmiş (rezident tərəfindən) və 2.191.768,55 manat ödəmə mənbəyində vergi hesablanaraq (vergi agenti tərəfindən) dövlət büdcəsinə ödənilmişdir.
39. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş **********762800 saylı, 22 fevral 2021-ci il tarixli qərarın ləğv edilərək, iddiaçının DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində əlavə məbləğin hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
40. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-777/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş **********762800 saylı, 22 fevral 2021-ci il tarixli qərar ləğv edilərək, “İddiaçı” Şirkətinin DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
41. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2031/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-777/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qərarı qismən - DTA-05 ərizəsində qeyd edilmiş qaytarılmalı vergi məbləğinin 58.226.85 manat (2.249.995,4 man- 2.191.768,55 man) hissəsinə münasibətdə ləğv edilmiş, iddia qismən təmin edilmiş, “İddiaçı” şirkətinin görülmüş işlərlə bağlı ödəmə mənbəyindən tutulmuş 2.191.768,55 manat verginin geri qaytarılması ilə əlaqədar DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmışdır.
42. Apellyasiya məhkəməsinin qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 dekabr 2022-ci il tarixli 2-1(102)2304/2022 nömrəli qərarı ilə təmin edilməmiş və iddia rədd edilmişdir. İşə baxmış məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, nə qədər ki, iddiaçı ikiqat vergi tutma halının mövcudluğunun yarandığını təsdiq edə bilmir (yəni Türkiyədə sözügedən vergiləri ödədiyini sübut edə bilmir) və bu halda, iddiaçının qeyd edilən ödənişlərin geri qaytarılması ilə bağlı tələbi əsassızdır.
43. Bundan sonra iddiaçı yenidən vergi orqanına müraciət edərək ödəmə mənbəyində tutulmuş 2.191.768,55 manat verginin geri qaytarılmasını xahiş edərək hal-hazırda xx.xx.2023-cü il tarixə Türkiyə Respublikasında vergi borcunun olmamasına və Türkiyə Respublikasında 213.922,86 türk lirəsi (18.803,82 manat) məbləğində vergilərin ödənilməsinə istinad etmişdir. İddiaçının mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı tələblə əlaqəli olan digər məhkəmə mübahisəsi üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-2304/2022 saylı qərarına əsasən Azərbaycan mənbəyindən əldə olunmuş 21.917.685,12 manat məbləğində gəlirə görə Türkiyə Respublikasında müvafiq vergiləri tam olaraq ödədiyi halda iddiaçı DTA-05 ərizəsi ilə vergi orqanına yenidən müraciət edərək ölkəmizdə ödənilmiş vergiləri tələb edə bilər.
44. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir.
45. Vergi Məcəlləsinin 13.2.16.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur.
46. Həmin Məcəllənin 125.1.5-ci maddəsinin əvvəlki və cari redaksiyasına əsasən işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər üzrə ödəmələrdən 10% məbləğində ödəmə mənbəyində vergi tutulur.
47. Həmin Məcəllənin 168.1.5-ci maddəsinə əsasən məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi zamanı işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer sayılır.
48. Qeyd olunmalıdır ki, qeyri-rezident olan “X2 X3 San. ve Tic. LTD. Şti.” ilə “X9 Mühəndislik Sanayi Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi və məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması məqsədilə ilə bağlanılmış müqavilələr üzrə xidmətlər Azərbaycan Respublikasında göstərildiyindən və həmin xidmətlərə görə ödənilən məbləğlər də Azərbaycan mənbəyindən gəlir olmaqla Vergi Məcəlləsinin 125-ci maddəsinin təsiri dairəsinə düşür.
49. Bundan əlavə, Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında Sazişin 7.1-ci bəndinə əsasən əgər Razılığa gələn bir Dövlətin müəssisəsi Razılığa gələn digər Dövlətin ərazisində iş yeri vasitəsilə fəaliyyət göstərmirsə, o zaman onun mənfəəti ancaq Razılığa gələn ilk bəhs edən Dövlətdə vergiqoymaya cəlb edilir.
50. İddiaçı məhz Sazişin 7.1-ci bəndinə istinadən aparılmış ödənişin ödəmə mənbəyində vergiyə cəlb edilməməli olduğunu iddia edir və ödənilmiş məbləğlərin geri qaytarılmasını tələb edir.
51. Başqa sözlə, hazırkı iş üzrə qiymətləndirilməli məsələ ödəmə mənbəyində tutulmuş verginin geri qaytarılmalı olub-olmamasıdır.
52. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
53. İkiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərin bağlanmasının əsas məqsədi xarici investisiya potensialının artırılması və rezident şəxslərin ikiqat vergitutmaya məruz qalmasının qarşısının alınması ilə yanaşı, vergidən yayınma hallarına yol verilməməsindən ibarətdir.
54. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında bu məsələyə də birmənalı şəkildə hüquqi qiymət verilmişdir. Ali Məhkəmənin mövqeyinə görə “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 7.3-cü bəndinə müvafiq olaraq DTA-05 ərizəsi ilə müraciət zamanı şəxsin faktiki olaraq ikiqat vergitutmaya məruz qaldığı sübuta yetirilməlidir (Qərarın 63-64-cü abzasları). Ali Məhkəmə birbaşa olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən Azərbaycan mənbəyində əldə olunmuş gəlirdən Türkiyə Respublikasında vergi tutulmamış, eləcə də bu gəliri ümumiyyətlə bəyan etməmişdir (Qərarın 68-ci abzası).
55. Apellyasiya məhkəməsinin mövqeyinə görə, Türkiyə Respublikasının Gəlir Dairə Başqanlığının arayışına əsasən iddiaçının həmin ölkədə vergi öhdəlikləri tam icra olunmuş və vergi borcu mövcud deyildir. Məhkəmənin istinad etdiyi arayışlarda olan məlumatlar aşağıdakılardan ibarətdir: · xx.xx.2023-cü il tarixə Türkiyə Respublikasında vergi borcunun olmaması; · Türkiyə Respublikasında 213.922,86 türk lirəsi (18.803,82 manat) məbləğində vergilərin ödənilməsi.
56. Halbuki, “X2 X3 San. Ve TİC.LTD.ŞTİ” şirkəti ilə bağlı Türkiyə Respublikasının müvafiq qurumu tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli **********598100 nömrəli cavaba əsasən həmin şirkətin 2017-ci ildə ümumi dövriyyəsi 187.360,0 TL (87.466,0 manat), 2018-ci ildə isə 115.400,0 TL (40.486,0 manat) olmuşdur. Lakin DTA-05 Ərizə formasına əlavə olaraq təqdim olunmuş bank çıxarışına əsasən İnternational Makine şirkətinə “X9 Mühendislik Sanayi Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən 2017-ci ildə 11.532.725,0 manat, 2018-ci ildə isə 10.384.960,0 manat vəsait köçürülmüşdür. Göründüyü kimi İnternational Makine şirkəti böyük məbləğdə gəlirinin olmasına baxmayaraq, Türkiyə Respublikasında həmin gəlirləri bəyan etməmiş və həmin gəlirdən müvafiq vergiləri faktiki olaraq ödədiyini sübut edə bilməmiş, bu barədə sübutları məhkəməyə təqdim etməmişdir.
57. Göründüyü kimi, iddiaçının 2017-2018-ci illərdə Azərbaycan mənbəyindən əldə etdiyi vəsait ilə Türkiyə Respublikasında həmin illərdə olan dövriyyəsi bir biri ilə uzlaşmamışdır.
58. Odur ki, təkrar apellyasiya baxışı zamanı iddiaçı İnternational Makine şirkətinin Azərbaycan Respublikasından əldə etdiyi gəlirin Türkiyə Respublikasında bəyan etməsi, yəni Azərbaycan mənbəyindən əldə edilmiş külli miqdarda (21.917.685,12 manat) gəlirin Türkiyə respublikasında bəyan edilməsi və bu gəlirə görə həmin ölkədə verginin ödənilməsinə dair sübutların və məlumatların təqdim olunacağını bildirmişdir.
59. Lakin iddiaçının təqdim etdiyi Türkiyə Respublikası İzmir Vergi İdarəsi Rəhbərliyi Çiğli Vergi İdarəsinin xx.xx.2024-cü il tarixli, həmçinin Türkiyə Respublikası İzmir Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktublarından da iddiaçı İnternational Makine şirkətinin Azərbaycan Respublikasından əldə etdiyi gəlirin Türkiyə Respublikasında bəyan etməsi, yəni Azərbaycan mənbəyindən əldə edilmiş külli miqdarda (21.917.685,12 manat) gəlirin Türkiyə respublikasında bəyan edilməsi və bu gəlirə görə həmin ölkədə verginin ödənilməsi müəyyən olunmamışdır.
60. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ilk dəfə vergi orqanına 2019-cu ildə DTA-05 ərizəsi ilə müraciət edilmiş, nəticə olaraq vergi orqanı tərəfindən haqlı olaraq imtina verilmiş və Ali Məhkəmə də xx.xx.2022-ci il tarixli qərarı ilə həmin imtinanının əsaslılığını bir daha təsdiq etmişdir.
61. İkinci dəfə isə iddiaçı tərəfindən 2023-cü ilin may ayında müraciət edilmişdir ki, artıq bu zaman VM-nin 85.5-ci maddəsinin tələblərinə əsasən vergi ödəylcisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malik olduğu üçün 2017-2018-ci illərdə ödəmə mənbəyində ödənilmiş vergilərin tələb edilməsi müddəti də ötürülmüşdür.
62. Belə ki, Vergi Məcəlləsinin 150.3.2-ci maddəsinə əsasən ödəmə mənbəyində vergini tutmağa borclu olan dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna edilməklə, digər şəxslərə pensiya ödəyən hüquqi şəxslər, sahibkarlar və qeyrisahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər (VM 150.1.3), hüquqi və fiziki şəxslərə dividend ödəyən rezident hüquqi şəxslər (VM 150.1.4), fiziki şəxslərə və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyrirezident hüquqi şəxslərə faizlər ödəyən hüquqi şəxslər, sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər (VM 150.1.5), bu Məcəllənin 124-cü, 125-ci və ya 126- cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər, sahibkarlar və qeyrisahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər (VM 150.1.6) və vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən, habelə muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə maddi yardım, mükafat, təqaüd verən hüquqi şəxslər, fərdi sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər (VM 150.1.7) gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməyə borcludur.
63. Cavadeh tərəfindən hesablanmış və ödənilmiş ÖMV məbləğləri aşağıdakı kimi olmuşdur: 2017 İİİ rüb hesablama-533.163,16, ödəmə-533.163,16; İV rüb hesablama- 620.109,38, ödəmə-620.109,38; 2018 İ rüb hesablama-103.496,00, ödəmə- 103.496,00; İİ rüb hesablama-390.681,26, ödəmə- 390.681,26; İİİ rüb hesablama- 330.607,50, ödəmə-330.607,50; İV rüb hesablama-213.711,25, ödəmə-213.711,25.
64. Beləliklə, cavabdeh tərəfindən 2023-cü ilin may ayında müraciət edilməsini nəzərə aldıqda, 2017-ci ilin İİİ və İV rübləri və 2018-ci ilin İ rübü üzrə hesablanmış və ödənilmiş vergilərin (ümumilikdə 1.256.768,54 manat) 5 illik tələb etmə müddəti bitmişdir.
65. Qeyd edilənlərlə yanaşı bir daha məhkəmə Kollegiyası diqqətinə çəkir ki, həm Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli (Qərarın 68-ci, 81-ci abzasları), həm də xx.xx.2024-cü il tarixli qərarlarında (Qərarın 59-60-cı abzasları) iddiaçının sözügedən vergilərin Türkiyə Respublikasında bəyan edilməsinin və ödənilməsinin sübut edilməli olması göstərilmiş, lakin iddiaçı tərəfindən təqdim olunan arayış və məktublardan, işin materiallarından iddiaçının Azərbaycan mənbəyindən əldə edilmiş külli miqdarda (21.917.685,12 manat) gəlirin Türkiyə respublikasında bəyan edilməsi və bu gəlirə görə həmin ölkədə verginin ödənilməsi müəyyən edilməmişdir.
66. Yuxarıda eyd edilənləri nəzərə alan məhkəmə kollegiyası nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır və odur ki, təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli 2-1(112)-11290/2023 nömrəli qərarı ləğv edilərək iddia rədd edilməlidir.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2-1(112)-11290/2023 nömrəli qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.