Məhkəmə qərarları › İş №2-1(103)-3090/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3090/2025

17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3090/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “məhkəmə qərarının icrasına məcbur edilmə və zərərin ödənilməsİ” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “məhkəmə qərarının icrasına məcbur edilmə və zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4665/2025 saylı 17 fevral 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh dayandırdığı məhkəmə qərarının icrasına məcbur edilməsi və kəsilən pensiyaya əlavənin bərpa edilməsi, maddi ziyan olaraq 4973 (dörd min doqquz yüz yetmiş üç) manat, mənəvi ziyan olaraq 18188 (on səkkiz min yüz səksən səkkiz) manat, toplam 23161 (iyirmi üç min yüz altmış bir) manat cavabdehdən tutulub pensiya hesabına ödənilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4665/2025 saylı 17 fevral 2025-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və məhkəmə qərarının icrası haqqında qərardadın qəbul olunması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. xx.xx.2017 tarixli, 2-1(81)- 1889/17 saylı 1 BİM-in qərarı cavabdeh Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş üzrə Departamentin hüquqi varisi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçün məcburi olsa da, XŞTMF dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını 6 ildən sonra özbaşına dayandırıb, 2 ildir bərpa etmir. Qərarı qəbul edən 1 BİM, hazırda Bakı İnzibati Məhkəməsi də qərarın icrasını təmin etdirmək, bərpa etdirmək əvəzinə, iddianı sifarişlə mümkün saymır. Tərəflərin izahatları xx.xx.2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlı olmasına baxmayaraq İddiaçı iştirakını təmin etməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə "Elektron Məhkəmə" sistemi vasitəsilə vəsatət verərək onun səhhəti onun məhkəmə iclasında iştirak etməyə imkan vermədiyinə görə İPM-in 9-2-ci maddəsini əsas tutub, iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsinin təşkil və təmin edilməsini xahiş etmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdiyi üçün vəsatətini də təmin etməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının 7.2-ci və 15.3-cü bəndlərində qeyd edilmişdir ki, “......«İnzibati icraat haqqında» Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.... Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Hazırda iddiaçının cavabdehə qarşı tələbi “cavabdehin dayandırdığı məhkəmə qərarının icrasına məcbur edilməsi və kəsilən pensiyaya əlavənin bərpa edilməsi, maddi ziyan olaraq 4973 (dörd min doqquz yüz yetmiş üç) manat, mənəvi ziyan olaraq 18188 (on səkkiz min yüz səksən səkkiz) manat, toplam 23161 (iyirmi üç min yüz altmış bir) manat cavabdehdən tutulub pensiya hesabına ödənilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, iddiaçıya pensiyasının ƏPQ-nun 19.2.5-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində əlavə hesablanması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur, iddiaçı həmin əlavənin dayandırılması ilə bağlı məsələni hazırkı iddia qaldırmaqla deyil, qanuni qüvvəsini almış məhkəmənin qərarının icrası qaydasında həll etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş ica sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.” 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-1889/2017 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19.2.5-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində əlavə hesblanmaqla İddiaçı pensiyasının xx.xx.2007-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi rütbəli şəxslərlə iş idarəsinə həvalə edilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmiş, məhkəmə qərarı qanuni qüvvəsini almış, icra edilməsi üçün inzibati orqana göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2018-ci il tarixli, 01/89/02-642 nömrəli məktubunda bildirilmişdir ki, məhkəmə qərarının icra olunduğu bildirilmişdir. İnzibati orqan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-1889/2017 nömrəli qərarına əsasən pensiyasına əlavənin ödənilməsinə başlanılmasını, Qanuna edilmiş müvafiq dəyişikliyə uyğun xx.xx.2021-ci il tarixdən 19.1 7.1-ci maddə ləğv edilib. Nəticədə qeyd olunan maddə əsasında ödənilən 110,00 manat əlavənin bütün şəxslərə ödənilməsinin dayandırılmasını, həmin əlavə şəxsin müraciəti əsasında Fond tərəfindən müəyyən edilərək ödənildiyi halda belə və ya Fond tərəfindən qanunvericiliyə uyğun hesabedilmədiyinə görə məhkəmə qərarı əsasında müəyyən edilərək ödənilsə də həmin maddə ləğv olunduğundan sözügedən əlavənin ödənişinin dayandırılmasını bildirmişdir. Beləliklə, iddiaçıya pensiyasının ƏPQ-nun 19.2.5-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində əlavə hesablanması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur, iddiaçı həmin əlavənin dayandırılması ilə bağlı qanuni qüvvəsini almış məhkəmənin qərarının icrası qaydasında həll etməlidir. Məhkəmə kollegiyası iddiaçının maddi ziyan olaraq 4973 (dörd min doqquz yüz yetmiş üç) manat, mənəvi ziyan olaraq 18188 (on səkkiz min yüz səksən səkkiz) manat, toplam 23161 (iyirmi üç min yüz altmış bir) manat cavabdehdən tutulub pensiya hesabına ödənilməsi tələbinə münasibətdə qeyd edir ki: “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırkı işdə iddiaçının dəlillərinə əsasən zərərin əvəzinin ödənilməsi hüquq pozuntusundan irəli gəlmişdir. Qeyd edilməlidir ki, iddia ərizəsindən də göründüyü kimi, iddiaçı ona dəyən maddi və mənəvi ziyanı cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə əsaslandırmışdır ki, bu hərəkət (hərəkətsizlik) məhz 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2- 1(81)-1889/2017 nömrəli qərarının icrasından irəli gəlir. İddiaçının tələbi üzrə məhkəmə qərarının icrası qaydasında isə cavabdehin hərəkət və ya hərəkətsizliyi nə birinci, nə də ki apellyasiya instansiya məhkəməsində öz təsdiqini tapmamışdır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasının qeyrimümkün sayılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə olan halda bu barədə qərardaddan verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin e-2-1(112)-4665/2025 saylı 17 fevral 2025-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə həmin dəlillər əsassız olub qəbul edilməməli, buna görə də məhkəmə qərardadının ləğvi üçün əsas yaranmır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4665/2025 saylı 17 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X5 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar