Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3093/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sərəncamın etibarsızlığının tanınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sərəncamın etibarsızlığının tanınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4747/2025 saylı 15 may 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 33.154,0 kv.m torpaq sahəsinə dair verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 132 nömrəli sərəncamının etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı bələdiyyəsi ilə arasında bağlanmış xx.xx.2003-cü il tarixli icarə müqaviləsi əsasında istifadəsinə verilmiş torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 31,2 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)- 2475/2024 saylı qərarı ilə iddia təmin edilmiş, X9 ilə Bakı şəhəri Sabunçu rayonu Balaxanı bələdiyyəsi arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən istifadəsinə verilmiş torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 31,2 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti həmin qərardan apellyasiya şikayəti vermişdir. İşə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman məhkəmə tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 33154 ha torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli, **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsi ilə bağlı inzibati icraat materiallarının təqdim edilməsinə dair sorğu verilmişdir. Sorğuya cavab olaraq DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3- 30/2-38373/2024 saylı məktubla sorğu ilə əlaqədar olaraq sözügedən əmlaka dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərlə tanış olarkən məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 132 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyəverən) ilə X11 (icarəçi) arasında “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” 8959 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 33154,0 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Sözügedən müqavilə əsasında X7 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2024-cü il tarixli çıxarış verilmişdir. Bildirilir ki, koordinatlarda göstərilən torpaq sahəsi SOCAR-ın “Azneft” İstehsalat Birliyinin daimi istifadəsinə verilmiş, eləcə də Balaxanı Əməliyyat Şirkətinin saziş üzrə istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşir. İddiaçı hesab edir ki, sözügedən ərazi neft-qaz əməliyyatlarının mühafizə zonasına düşdüyündən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş sərəncam əsassızdır. Göstərilənlərə əsasən tələbin təmin edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X11 üçüncü şəxs qismində hazırkı iş üzrə məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4747/2025 saylı 15 may 2025-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılaraq işə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia tələbinin məzmumuna uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, işə baxan məhkəmə tərəfindən sözügedən torpaq sahəsinin hansı təyinatda olması və ya təyinatı üzrə istifadə edilib-edilməməsi məsələsi də araşdırılmamışdır. X7 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2024-cü il tarixli çıxarışdan da göründüyü kimi, torpaq sahəsinin kateqoriyası “sənaye, nəqliyyat rabitə, müdafiə və digər təyinatlı torpaqlar” göstərilmişdir. Bununla da, sözügedən torpaq sahəsinin təyinatı sənaye təyinatlıdır və həmin torpaq sahəsinin üzərində tikinti aparmaq qanunvericiliklə qadağan edilmişdir. Hazırki iş üzrə mübahisəli torpaq sahəsi Azərbaycan RespublikasıDövlət Neft Şirkətinin (SOCAR) neft və qaz əməliyyatlarının aparılmasıməqsədilə istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Belə olan halda, fərdi evin tikilməsi üçün torpaq sahəsinin ayrılması ilə bağlı qərar qəbul edilən zaman qüvvədə olan Torpaq Məcəlləsinin yuxarıda qeyd olunan müddəalarının tələblərinə riayət edilməmiş, həmin torpaq sahəsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti cavabdehə aid olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən AR İPM-nin 58.7-ci maddəsinin tələbləri pozulmuş, iş üzrə yalnız cavabdeh və üçüncü şəxsin hüquq və mənafelərini əsas tutan sübutlar əsas götürülmüş, digər sübutlara isə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən AR İPM-nin 68.2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə qərarı hüquqi baxımdan əsaslandırılmamışdır. Tərəflərin izahatları xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında 3-cü şəxs lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs X5 iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və qərardadın ləğv edilməsi, işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 33.154,0 kv.m torpaq sahəsinə dair verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 132 nömrəli sərəncamının etibarsızlığının tanınması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddətinin ötürülməsinə istinad edərək, iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materiallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ünvanında yerləşən 33154 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə AR ƏMDX-nın xx.xx.2023-cü il tarixli, 229 nömrəli sərəncamına Xidmət ilə X9 arasında xx.xx.2023-cü il tarixli, 6655 nömrəli icarə müqaviləsi bağlanılmış, qeyd olunan torpaq sahəsi X6 icarəyə verilmişdir. Həmin sənədlər əsasında daşınmaz əmlakın döblət reyestrində sözügedən torpaq sahəsi üzərində X3 icarə hüququ qeydiyyata alınmışdır. Sonradan ƏMDX-nın razılıq məktubu əsasında xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə X9 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ünvanında yerləşən 3.3154 ha torpağın icarə hüququnu X1. Bununla əlaqədar, ƏMDX-nın xx.xx.2024-cü il tarixli, 110 nömrəli sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən 33154.0 kv.m torpaq sahəsinin icarə hüququnun X5 adına xx.xx.2024cü il tarixli alqı-satqı müqaviləsi ilə qeydiyyata alındığı və icarə haqqı borcunun xx.xx.2024cü il tarixinə kimi ödənildiyi nəzərə alınaraq Xəlil Sultanovla bağlanmış icarə müqaviləsi xx.xx.2024-cü il tarixindən X5 adına icarə müqaviləsi bağlanılması şərti ilə ləğv edilmişdir. Daha sonra isə ƏMDX-nın xx.xx.2024-cü il tarixli, 132 nömrəli sərəncamı əsasında həmin torpaq sahəsinə dair X11 ilə Xidmət arasında xx.xx.2024-cü il tarixli, 8959 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin sənədlər üzrə daşınmaz əmlakən dövlət reyestrində qeyd olunan torpaq sahəsi üzərində X5 icarə hüququ qeydə alınmışdır və qüvvədədir. İşin halları araşdırıldıqda görünür ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 132 nömrəli sərəncamının etibarsızılığını istəsə də, əslində iddiaçının hüququ marağı həmin inzibati aktın ləğvidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan onun tərəfindən verilmiş iddianın mümkün sayılması üçün iddia müddətinə riayət edilib-edilmədiyi məsələsi yoxlanılmalıdır. İş materiallarında olan iddiaçı ARDNŞ-nin üçüncü şəxs qismində cəlb edildiyi Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2475/2024 nömrəli inzibati işin materiallarından görünür ki, işin apellyasiya baxışı zamanı sorğuya cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-38373/2024 saylı məktubu ilə mübahisəli torpaq sahəsinə dair 9 (doqquz) vərəqdən ibarət sənədlər məhkəməyə təqdim edilmişdir. Məktuba qoşma kimi əlavə edilmiş həmin sənədlərə həmçinin ƏMDX ilə X11 arasında bağlanmış 8959 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə də əlavə edilmişdir. Hansı ki, qeyd olunan müqavilədə onun hüquqi bazasını təşkil edən hazırda mübahisələndirilən Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 132 nömrəli Sərəncamının rekvizitləri və məzmunu aşkar göstərilmişdir. İddiaçının elektron məhkəmə informasiya sistemində kabinetinin olduğunu da nəzərə aldıqda onu deməyə əsas yaranır ki, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamdan ən azı 20 sentyabr 2024-cü il tarixdən məlumatlı olmuşdur. İddiaçı hazırkı iddia ilə bağlı 2 (iki) aydan artıq zaman keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, yuxarıda da qeyd olunduğu kimi, iddiaçı tərəfindən mübahisələndirilən sərəncamın hansı sənəd (sərəncam) əsasında verildiyi də nəzərə alınmamış, yəni mübahisələndirilən inzibati aktın qəbulu üçün əsas olan ilkin sərəncam qüvvədə ola-ola sonuncu inzibati akt (mübahisələndirilən sərəncamın) mübahisələndirilmişdir ki, bu hal da inzibati məhkəmə icraatında iddianı qeyri-mümkün edir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qeyri-mümkün sayılması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün əsas vermir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4747/2025 saylı 15 may 2025-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4747/2025 saylı 15 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X13 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-3093/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3093/2025
01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver