Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3094/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “yeni məlumat vərəqinin verilməsi” tələbinə dair iddiası üzrə Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “yeni məlumat vərəqinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4059/2025 nömrəli, 22 may 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 2 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:
1. İddiaçı Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında təqdim olunan xx.xx.2019-cu il tarixli Məlumat vərəqindən görünür ki, gömrük postunun böyük inspektoru vəzifəsindən təqvim üzrə xidmət illəri 24 il 2 ay 10 gün, cəmi xidmət illəri 38 il 06 ay 25 gün olmaqla 23 iyul 2019-cu il tarixdə “Gömrük orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən (yaş həddinə əsasən) İddiaçı 318,00 manat vəzifə maaşı, 154,00 manat rütbə maaşı, 32,00 manat ərzaq payı əvəzinə kompensasiya, xidmət illərinə görə əlavə 30%, 116,70 manat hesablanmaqla, cəmi təminat xərcliyi 537,70 manat müəyyən edilmişdir.
2. AR ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinin **********7 nömrəli xx.xx.2019-cu il tarixli əmək pensiyasının təyin edilməsi haqqında qərarına əsasən iddiaçıya Dövlət Gömrük Komitəsinin məlumat vərəqəsi əsasında onun cəmi xidmət illəri, 24 il 2 ay olduğu nəzərə alınmaqla 537,70 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2019-cu il tarixli nömrəsi qeyd olunmayan Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2019-cu il tarixli qərarına əsasən yeni vəzifə maaşı əsas gətirilməklə iddiaçının əmək pensiyası yenidən hesablama nəticəsində 340,52 manatdan 408,85 manata, təminat xərcliyi 645,60 manata çatdırılmışdır.
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə hazırki tələblə müraciət etmiş, lakin cavabdeh xx.xx.2024-cü il tarixli, 3-33/2-B-002086/1-1/2024 saylı məktubla bildirilmişdir ki, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanununun 1.0.5-ci maddəsinə dəyişiklik edilmiş, qeyd olunan maddədə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. Bu Qanun xx.xx.2019-cu il tarixdə qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır. Həmin Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü və 1.0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarət olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 2-ci bəndində isə təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 170 nömrəli Qərarına əsasən (qüvvəyə mindiyi tarix) xx.xx.2022-ci il tarixdən Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Qeyd olunanlardan müəyyən edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.5-ci maddəsinə xx.xx.2018-ci il tarixdə edilmiş dəyişiklik 01.01,2019-cu il tarixdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 437 nömrəli Qərarına edilmiş dəyişikliyinin qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixədək İddiaçı xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən qeyd olunan Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Göründüyü kimi müraciət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmış məlumat vərəqəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Əmək haqqı ilə birlikdə diqər növ 60% vəsaitdən (X6 xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilən 60 % vəsaitin) DSMF-ə bütün tələb olan (22%+3%=25%) məcburi dövlət siğorta haqqın ödənilməsini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında" 21 iyun 2022-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsinə, 149 maddəsinin Vİİ bəndinə, həmçinin Azərbaycan Respublikası Sosial Sığorta Haqqında Qanununa əsasən, əmək pensiyasının yenidən hesablanması üçün ona aid məlumat vərəqində əmək haqqı qrafasında 60% aldığı məbləği şəxsi vərəqədə göstərilməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, DGK tərəfindən DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunmuş iddiaçıya dair məlumat vərəqində işlədiyi illər boyu və aldığı vəzifə ştatına uyğun aylıq məvacibinə əlavə 60% mavacibi məlumat vərəqində göstərilmədən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ümumiyyətlə iddiaçı hesab edir ki, DGK məlumat vərəqəsini düzgün tərtib etməyərək onun hüquqlarını pozmuşdur. 30 noyabr 2018-ci il tarixli “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsində dəyişikliyə əsasən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) sözləri əlavə edildi. Qanun xx.xx.2019-cu ildə qanuni qüvvəyə mindi. Qeyd edilir ki, qanun qüvvəyə mindiyi günə görə qanunla tələb edilən 20 təqvim ilindən artıq iş stajı olduğu üçün, artıq onun təqaüdə çıxmaq hüququ yaranmış və qeyd edilən qanunda dəyişiklik, onun illər boyu aldığı aylıq məvacib və əlavələr (yəni 60%) və onlardan ödədiyi məcburi sosial sığorta haqqına baxmayaraq, onun konstitusion və sair hüquqları pozulmuşdur. Daha sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qararı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarının 1-ci hissəsində “Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir” dəyişilik edərək və həmin qərarın 2-ci hissəsinə əsasən “2023 yanvarın 1” sözləri “Bu Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir” sözləri ilə əvəz edildi. Bu dəyişikliyə əsasən, əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan ona aid məlumat vərəqində “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən (01 Yanvar 2023-cü ilə qədər qüvvədə olan sözlər (sonrakı artımlar da nəzərə alınmaqla)) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən vəzifə maişında yenidən hesablama apararaq məlumat vərəqəsinidə düzəliş edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-un Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndrilməsi xahiş etmiş, müraciətlərinə baxmayaraq məsələ öz həllini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi, imperativ xarakterli konstitusion hüquq normasının mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə “vəsaitin 60 faizi dövlət büdcəsinə köçürülməsi və həmin vəsaitin tam həcmdə Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli olan əməkdaşların və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi” nə dair fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktı seriyə şamil etməyərək vəsaitin 60 faizini təminat xərcliyinə əlavə etməyərək məlumat vərəqəsi düzgün doldurmamışdır. Cavabdeh inzibati orqanın xx.xx.2024 il tarixli 3-33/2-B002086/1 -1/2024 saylı imtina məktubunda qeyd edir ki, “Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir." Yuxarıda sadalanan normalarda normativ hüquqi aktın məzmununda qeyrimüəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər ümumiyyətlə aşkar edilməmişdir. Sözügedən Qaydalarda müvafiq dəyişiklik edilmiş, ona münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndində qeyd edilən fiziki şəxslərə münasibətdə hüquqi vəziyyəti yaxşılaşdırılan hal geriyə şamil edilməmiş, bununla da cavabdeh inzibati orqan qanunsuz və əsassız mövqe formalaşdıraraq vəsaitin 60 faizini təminat xərcliyinə əlavə etməyərək onun konstitusion hüquqlarını pozur. Həmçinin 3- 33/2- B-002086/1-1/2024 saylı xx.xx.2024-cü il tarixli məktubunda sitat ''Qeyd olunanlardan müəyyən edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.5ci maddəsinə xx.xx.2018-ci il tarixdə edilmiş dəyişiklik xx.xx.2019-cu il tarixdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 437 nömrəli Qərarına edilmiş dəyişikliyinin qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixədək İddiaçı xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndində qeyd olunan Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Qanuna dəyişiklik zamanı 2019-cu ildə onun 20 ildən artıq stajı olmuş və burada şəxsin hüquqi vəziyyətini pisləşdirən yeni norma, onun əvvələr əldə etdiyi hüquqlara təsir edə bilməz prizmasının, DGK tərəfindən göndərilən məlumat vərəqəsində aldığı 60% mavacibin göstərilməməsi ilə pozmuşdur... xx.xx.2019-cu ilə qədər və xx.xx.2022-ci ildən sonra təqəüdə çıxan şəxslər və xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilə gədər çıxan şəxslər 60% məvacibdən, məcburi dövlət sığorta haqqı ödəyib lakin birinə pensiya çıxarkən hesablanır 60%, digərinə bu illərin ortasında çıxan şəxslərə isə hesablanmır 60%. İddiaçı hesab edir ki, onun konstitusion hüquqları kobudcasına pozulub. Pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sosial sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında qurulmuşdur. Pensiya qanunvericiliyinin əsas məqsədi pensiya təminatı sisteminin fəaliyyətində bu prinsiplərin gücləndirilməsi və qazanılan pensiya hüquqları ilə toplanan sığorta vəsaitləri arasında tarazılığın təmin edilməsindən ibarətdir. “Sosial sığorta haqqında” Qanunun 3-cü maddəsinə əsasən, sosial sığorta subyektlərinin hüquq bərabərliyi və dövlət sosial sığortasının məcburiliyi sosial sığortanın əsas prinsipləri kimi müəyyən edilmişdir. Sosial sığorta stajını əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məhz məcburi dövlət sosial sığorta haqlarını ödəmək şərtini müəyyən edir. Nümunə olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, ‘‘Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2020-ci ilin plenar iclasının qərarı. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" 2020-ci il 15 may tarixli Qərarı. Bu iki qərardan açıq görünür ki, xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə məcburi dövlət sosial sığortasına cəlb edilən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrdən məcburi dövlət sosial sığorta haqqları ödənilibsə, bu zaman əmək pensiyaların hesablanması zamanı gəlirlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta haqqını faktiki pensiya alanlara görə ödəyir, yəni iddiaçı işləyir, təqəaüd alır və təqəüd prinsipi ilə o 2019-cu ilə qədər məcburi sosial sığorta haqqını ödəmişdir. xx.xx.2019 ildə ona verilən 60 % mavacib büdcədənkənar hesab edilmiş və ondan yenə də məcburi dövlət sosial sığortası tutulmuşdur. Təqdim olunan Fərdi Hesabat arayışından açıq görünür ki, illər və aylar üzrə nə qədər gəliri olmuş və həmin gəlirdən hesablanaraq nə qədər ödənilmiş məcburi sosial sığorta haqqı (22+3%) var. Sual yaranır: aylıq məvacibə aldığım əlavə 60% vəsait ona pensiya hesablananda nəzərə alınmırsa, onda bu haqqları hara və nə üçün ödəmişdir . Həmçinin, aylıq məvacibi ortalama olaraq əlavələr ilə birlikdə 2400- 2800 AZN təşkil edirdi, ondan 400-500 manat əmək haqqı, qalan hissəsi əlavələr olmuşdur. Vurğulayır ki, sosial sığorta haqqı hər ikisindən ödənilməklə, bütün fərdi kapitalı 59.000-dən yuxandır. Lakin ona pensiya 400-500 manatdan hesablanır. Bu məbləğdən sosial sığorta haqqını hesabladıqda, fərdi kapitalı 20 mindən aşağı olmalıdır. Qalan ödənilmiş məbləğinin hara köçürülməsi sual doğurur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh inzibati orqan iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Gömrük orqanlarında xidmətinə xitam verildikdən sonra cavabdeh onun barəsində məlumat vərəqəsi tərtib edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərmişdir. Həmin məlumat vərəqəsində qeyd olunan məlumatlar həqiqəti özündə əks etdirmir. Bu da onun sosial təminat hüquqlarının pozulmasına səbəb olmuşdur. Əmək pensiyası şəxsin, yəni sığorta olunanın öz hesabına və əvvəlki çoxillik əməyinə, xidmətinə, cəmiyyət üçün əhəmiyyətli olan digər vəzifələrin yerinə yetirilməsinə görə qazanılır. Azərbaycan Respublikası sosial dövlətdir və hər bir vətəndaşının layiqli həyat səviyyəsinin təmin edilməsi, onun rifahının yüksəldilməsi dövlətin borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Həmin maddənin X hissəsində isə qeyd edilir ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın 149-cu maddəsinin birinci hissəsində isə qeyd edilir ki, normativ hüquqi aktlar hüquqa və haqqədalətə (bərabər mənafelərə, bərabər münasibətlərə) əsaslanmalıdır. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarının və “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tələbi nəzərə alınmaqla barəsində yeni məlumat vərəqəsi tərtib edilməklə cavabdeh tərəfindən Filiala göndərilməlidir. Cavabdeh onun müraciətinə xx.xx.2019-cu il tarixdə qüvvəyə minmiş yeni normativ hüquqi akta qanuna zidd olaraq əsaslanaraq müraciətinə qeyri konstruktiv və standart imtina cavabı verməklə konstitusion hüquqlarını pozmuşdur. Aşağıda qeyd edilənlərə əsasən cavabdeh hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı xx.xx.2019-cu il tarixli 1000/071Ş nömrəli Komitə sədrinin əmri ilə ‘‘Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən qeyd olunan Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması" Qaydaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır. Qeyd olunan qaydalar “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.3-cü və 1.0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Filiala təqdim olunması qaydalarını müəyyən edir. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarət olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 2-ci bəndində isə təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikasının 1999-cu il 07 dekabr tarixli 768-İQ Ns-li Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 93-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir. Həmin Əsasnamənin 113- cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tətbiqinə dair münasibətdə “Normativ hüquqi aktın geriyə qüvvəsi yoxdur. Bunun mahiyyəti ondan ibarətdir ki, məhkəmə, normativ hüquqi aktı, onun qüvvəyə minməsindən əvvəl baş vermiş faktlara (münasibətlərə), bu faktların yaratdığı hüquqi nəticələri dəyişmək və ya ləğv etmək məqsədilə tətbiq edə bilməz. Normativ hüquqi akt, onu qəbul edənin diktəsidir, bu isə yalnız gələcək zamana təsir edə bilər." qeyd etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarının 2-ci bəndində bu qərarın xx.xx.2022-ci il tarixdən qüvvəyə minməsi qeyd olunmuşdur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 85.1-ci maddəsində Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Həmin qanunun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. İşin mübahisəsiz hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə pensiya təyin edilsə də, iddaçının barəsində tətbiq edilməsini arzuladığı akt xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. Qeyd edilənlərdən də göründüyü kimi iddiaçı barəsində cavabdeh tərəfindən tərtib edilmiş məlumat vərəqəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 17 avqust tarixli 135 nömrəli Qərarına uyğun olaraq hazırlanmış və Filiala təqdim edilmişdir. Beləliklə qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasından söhbət gedə bilməz, iddiaçının cavabdehə qarşı hazırkı iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən olunmur. Buna görə də iddiaçının cavabdehə qarşı olan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən cavabdeh iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-4059/2025 nömrəli, 22 may 2025ci il tarixli qərarı ilə iddia təmin olunmamışdır.
9. Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən verilən qərar, Azərbaycan Respublikası Konstitusiya ilə qorunan dəyərlərin balansına uyğun deyil, ədalət məhkəməsinin məqsəd və vəzifələrinə ziddir, əsassızdır və qanunsuzdur. Belə ki, iddia tələbinə uyğun olaraq, məhkəmə, hüquqlarının bərpası istiqamətində əsaslandığı bir sıra qanun və konstitusiya məhkəmələrin qərarlarına zidd qərar qəbul edərək hüquqlarını daha da pozmuş oldu. Qeyd etdiyi Konstitusiya Məhkəməsinin Plenumu "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" 2020-ci il 15 may tarixli Qərarında, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2020-ci ilin plenar iclasının qərarlarından açıq görünür ki, xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə məcburi dövlət sosial sığortasına cəlb edilən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrdən məcburi dövlət sosial sığorta haqqları ödənilibsə, bu zaman əmək pensiyaların hesablanması zamanı gəlirlər nəzərə alınmalıdır. Bildirmək istəyir ki, o, xx.xx.2019-ci ilə gədər aldığı aylıq məvacibdən və əlavələrdən tələb olunan (22+3%) məcburi dövlət sosial sığorta haqqını ödəməyi haqqında sübutlar təqdim etsə də, məhkəmə tərəfindən heç bir hüquqi qiymət verməyərək, iddia tələbində qeyd olunan Konstitusiyanın 149-cu maddəsinin Vll-ci bəndini ona tətbiq etməyərək, Azərbaycan Respublikası Sosial Sığorta Haqqında Qanununa zidd qərar çıxardaraq onun hüquqlarını pozmuş oldu. Bakı İnzibati Məhkəməsində paralel olaraq bir çox eyni iddia ilə müraciətlər edən öncə yaranan münasibətlərə yox, 2022-ci ildən sonra yaranan münasibətlərə əsaslanaraq iddianı təmin etmişlər. Bunları nəzərə alaraq hazırlıq məhkəmə iclasında şifahi çıxışına vəsatət verərək hakim Tural Məlikova tam aydın şəkildi tələbi 2019-cu ildən öncə yaranan münasibətlər çərçivəsində məhkəmə tərəfindən araşdırmağını xahiş etdi (videogörüntü mövcuddur). Lakin təəsüflər olsun ki, hakim yenə də verdiyi qərarın nəticəvi hissəsində, (“Hazırkı iddia ilə iddiaçı xx.xx.2022-ci il tarixli Qərarla edilmiş dəyişikliyin ona da şamil edilməli olduğu qənaətindədir. İddiaçı tələbini onun vəziyyətini yaxşılaşdıran hüquqi aktın qüvvəsinin geriyə şamil edilməli olması ilə əsaslandırır.’’) yalnış fikir formalaşdıraraq işə qeyri obyektiv və İPM 68-ci maddəsini pozaraq onun hüquqlarını pozmuş oldu. Qeyd edir ki, X3 1.0.5 maddəsində edilən düzəliş (“digər əlavələrdən “sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)”) iddianın əsası olan 2019-cu ildə qanuni qüvvəyə minməsindən öncə yaranan münasibətlərə bağlanır, yəni şəxsin hüquqi vəziyyətini pisləşdirən yeni norma, onun əvvəllər əldə etdiyi hüquqlara təsir edə bilməz. Həmçinin, məhkəmə 2019-cu ilə qədər və 2019-cu ildən sonra da sözü gedən aldığı məvacibdən məcburi dövlət sosial sığorta haqqının ödədiyinə dair heç bir hüquqi qiymət verməyərək, pensiya təyin edilərkən bir birini tamamlayan Azərbaycan Respublikası Konstitusiyasının 12 maddəsinin İ-ci hissəsi, 16-cı maddəsinin İ-ci hissəsi, 25-ci maddəsi, Azərbaycan Respublikasının Sosial Sığorta Haqqında Qanunun maddələrinə və xüsusən 3cü maddəsini, Azərbaycan Respublikası Konstitusia Məhkəməsinin 15 May 2020-ci il və sair Qanunlara zidd olaraq Konstitusiyanın 149-cu maddəsinin Vİİ bəndini mənə tədbiq etməməklə bu cür qeyri obyektiv əsaslar gətirərək iddianı təmin etmədi. İddia ərizəsində onun 20 ildən artıq ümumi iş stajına əsasən 2019-cu ildə pensiya çıxmaq hüququnun yaranmasına nəzərə almayaraq “şəxsin hüquqi vəziyyətini pisləşdirən yeni norma, onun əvvələr əldə etdiyi hüquqlara təsir edə bilməz” prizmasını pozmuş olur. Göründüyü kimi, imperativ xarakterli konstitusion hüquq normasının mövcud olmasına baxmayaraq, məhkəmə, ona münasibətdə illər boyu aldığı aylıq məvacibinə olan əlavəni (60%) və ondan DSMF ödədiyi məcburi sosial sığorta haqqını nəzərə almayaraq, qaldırdığı iddia tələbini məhkəmə tərəfindən qeyri qanuni və əsassız rədd edilməsi nəticəsində onun Konstitusion hüquqlarını pozmuş oldu. Dövlət Gömrük Komitəsinin qanunun düzgün tədbiq etməmək nəticəsində əməkdaşlar arasında pensiyaya çıxarkən məbləğdə yaranan fərq Azərbaycan Respublikası Prezidentinin apardığı uğurlu, yüksələn sosial siyasətinə ziddir. Bununla bağlı məhkəməyə təqdim etdiyim DGK tərəfindən pensiya çıxan əməkdaşların məlumat vərəqəsini tərtib etməklə DSMF-na göndərilməsi nəticəsində (2019 ilə qədər, 2019 ildən xx.xx.2024-cu ilə qədər, və xx.xx.2024- cu ildən sonra bu günə kimi) yaranan analogu olmayan statistik diagram, cənab prezident tərəfindən qeyd etdiyi kimi, aparılan uğurlu yüksəlməkdə olan pilləli sosial siyasətinə məhkəmə tərəfindən nəzərə alınmadı və vətəndaşın, yəni mənim bərabərlik hüququna qiymət verilmədi. Həmçinin, hazırlıq iclası zamanı Sosial Sığorta Haqqında qanunun və X5 1.0.5 maddəsi arasında yaranmış bu iş ilə bağlı iki qanun arasında olan ziddiyəti nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə konkret iş üzrə qanunun şərhi üçün sorğu göndərilməsini hakimə şifahi vəsatət verdim. Vəsatət təmin edilmədi və hakimin verdiyi qərarda bu vəsatət ilə bağlı heç bir hüquqi qiymət vermədi. Hesab edir ki, qərardad ədələt məhkəməsinin məqsəd və vəzifələrinə ziddir. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq, Bakı İnzibati Məhkəməsi tərəfindən verilən qərarında, ancaq yanlış mövqeyi formalaşdıraraq, heç bir fakt və sübuta əsaslanmayaraq İPM 68-ci maddəsini pozmuş olur.
Tərəflərin izahatları
11. 02 dekabr 2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.
12. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; -hazırda qüvvədə olan redaksiya (1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; xx.xx.2019-cu il tarixli Qanuna əsasən edilmiş dəyişiklikdən sonrakı redaksiya) ... 3.3. Bu Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. ... 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular;
14. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli, 499 nömrəli Fərmanı: 2.4. həmin Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur.
15. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası: 1.1. Bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə) hesabına köçürülən vəsaitlərdən (bundan sonra - vəsait) istifadə qaydasını müəyyən edir. 1.2. “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.13.1-ci yarımbəndi nəzərə alınmaqla, vəsaitin qalan hissəsinin 60 faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilir. 1.3. Bu vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir. İddiaçı pensiyaya çıxdığı zaman qüvvədə olan redaksiya (1.3. Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir. xx.xx.2022-ci il tarixli Qərarla edilmiş dəyişiklikdən sonrakı redaksiya) 1.4. Vəsait Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur və Komitənin sərəncamındadır. Vəsaitin sərəncamçısı dəyişdirilə bilməz. 1.5. Vəsaitdən kommersiya fəaliyyətinə sərmayələr qoyulmur və kreditlər verilmir. 1.6. Vəsaitin xərclənməsinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) nəzarət edir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir:
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”:
1. Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir;
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
21. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
22. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hüquqi marağı “əmək pensiyasının yenidən hesablanması üçün ona aid məlumat vərəqində əmək haqqı qrafasında 60% aldığı məbləği nəzərə alınmaqla yenilənmiş məlumat vərəqəsinin verilməsi”nə yönəlmişdir. Yeni məlumat vərəqinin tərtib edilməsi ilə bağlı hərəkətlər isə “öhdəliyin icrası haqqında” iddia növünə uyğun gəlir. “Öhdəliyin icrası haqqında” iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. Hazırki işdə də iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.
23. İşin mahiyyətinə gəldikdə isə hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən “Əmək haqqı ilə birlikdə diqər növ 60% vəsaitdən (X6 xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilən 60 % vəsaitin) DSMF-ə bütün tələb olan (22%+3%=25%) məcburi dövlət siğorta haqqın ödənilməsini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında" 21 iyun 2022-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsinə, 149 maddəsinin Vİİ bəndinə, həmçinin Azərbaycan Respublikası Sosial Sığorta Haqqında Qanununa əsasən, əmək pensiyasının yenidən hesablanması üçün ona aid məlumat vərəqində əmək haqqı qrafasında 60% aldığı məbləği şəxsi vərəqədə göstərilməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi haqqında qərar qəbul edilməsini” tələb edir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, “qanunvericiliyə uyğun olaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gömrük orqanlarında xidmətinə xitam verilmiş və pensiya hüququ yaranmış şəxslərə pensiya təyin edilərkən onların aylıq vəzifə maaşlarına verilən əlavələr təminat xərcliyinə daxil edilmir və əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən nəzərə alınmır.”
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
25. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının pensiya işi məhkəməyə təqdim edilmişdir. Pensiya işinə əlavə edilmiş: - İddiaçı Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında təqdim olunan xx.xx.2019-cu il tarixli Məlumat vərəqindən görünür ki, gömrük postunun böyük inspektoru vəzifəsindən təqvim üzrə xidmət illəri 24 il 2 ay 10 gün, cəmi xidmət illəri 38 il 06 ay 25 gün olmaqla 23 iyul 2019-cu il tarixdə “Gömrük orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən (yaş həddinə əsasən) İddiaçı 318,00 manat vəzifə maaşı, 154,00 manat rütbə maaşı, 32,00 manat ərzaq payı əvəzinə kompensasiya, xidmət illərinə görə əlavə 30%, 116,70 manat hesablanmaqla, cəmi təminat xərcliyi 537,70 manat müəyyən edilmişdir. - AR ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinin **********7 nömrəli xx.xx.2019-cu il tarixli əmək pensiyasının təyin edilməsi haqqında qərarına əsasən iddiaçıya Dövlət Gömrük Komitəsinin məlumat vərəqəsi əsasında onun cəmi xidmət illəri, 24 il 2 ay olduğu nəzərə alınmaqla 537,70 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. - DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2019-cu il tarixli nömrəsi qeyd olunmayan Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2019-cu il tarixli qərarına əsasən yeni vəzifə maaşı əsas gətirilməklə iddiaçının əmək pensiyası yenidən hesablama nəticəsində 340,52 manatdan 408,85 manata, təminat xərcliyi 645,60 manata çatdırılmışdır.
26. İşin faktiki hallarından görünür ki, iddiaçının gömrük orqanlarında xidmətinə xx.xx.2019-cu il tarixdə xitam verilmiş və ona xx.xx.2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin qərarı ilə Dövlət Gömrük Komitəsinin məlumat vərəqəsi əsasında pensiya təyin edilmişdir.
27. Hazırda inzibati mübahisənin yaranmasına səbəb pensiya təyin edilərkən qüvvədə olan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq təminat xərcliyinə büdcədənkənar vəsaiti hesabına hesablanan əlavələrin və digər ödənişlərin daxil edilməməsidir.
28. İddiaçı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarı ilə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasında edilmiş dəyişikliyin ona münasibətdə nəzərə alnıraq yeni məlumat vərəqəsinin tərtib olunaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi tələbini irəli sürür. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, “məhkəmə 2019-cu ilə qədər və 2019-cu ildən sonra da sözü gedən aldığı məvacibdən məcburi dövlət sosial sığorta haqqının ödədiyinə dair heç bir hüquqi qiymət verməyərək, pensiya təyin edilərkən bir birini tamamlayan Azərbaycan Respublikası Konstitusiyasının 12 maddəsinin İ-ci hissəsi, 16-cı maddəsinin İ-ci hissəsi, 25-ci maddəsi, Azərbaycan Respublikasının Sosial Sığorta Haqqında Qanunun maddələrinə və xüsusən 3-cü maddəsini, Azərbaycan Respublikası Konstitusia Məhkəməsinin 15 May 2020ci il və sair Qanunlara zidd olaraq Konstitusiyanın 149-cu maddəsinin Vİİ bəndini mənə tədbiq etməməklə bu cür qeyri obyektiv əsaslar gətirərək iddianı təmin etmədi. İddia ərizəsində onun 20 ildən artıq ümumi iş stajına əsasən 2019-cu ildə pensiya çıxmaq hüququnun yaranmasına nəzərə almayaraq “şəxsin hüquqi vəziyyətini pisləşdirən yeni norma, onun əvvələr əldə etdiyi hüquqlara təsir edə bilməz” prizmasını pozmuş olur. Göründüyü kimi, imperativ xarakterli konstitusion hüquq normasının mövcud olmasına baxmayaraq, məhkəmə, ona münasibətdə illər boyu aldığı aylıq məvacibinə olan əlavəni (60%) və ondan DSMF ödədiyi məcburi sosial sığorta haqqını nəzərə almayaraq, qaldırdığı iddia tələbini məhkəmə tərəfindən qeyri qanuni və əsassız rədd edilməsi nəticəsində onun Konstitusion hüquqlarını pozmuş oldu.”
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, iddiaçının gömrük orqanlarında işlədiyi dövrdə aldığı büdcədənkənar vəsaitlər şəklində əlavələr “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli, 388 nömrəli Fərmanı ilə müəyyən edilmiş Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizidir. Qeyd olunan Fərmana Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 fevral tarixli, 810 nömrəli Fərmanı ilə dəyişiklik edilərək “25” rəqəmi “50” rəqəmi ilə, 2017-ci il 24 yanvar tarixli, 1207 nömrəli Fərmanı ilə dəyişiklik edilərək “50” rəqəmi “60” rəqəmi ilə əvəz edilmişdir.
30. “Əmək pensiyaları haqqında” Qanunun 2019-cu il 1 yanvar tarixdən qüvvədə olan redaksiyada 1.0.5-ci maddəsinə görə, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.
31. Həmin Qanuna 2019-cu il 1 yanvar tarixdən əlavə olunan 20.30-cu maddəyə görə, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.
32. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları”nın, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 27 mart tarixli, 126 nömrəli Qərarı ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci hissəsinə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilsin.” məzmunda əlavələr edilmiş 2-ci bəndinin hazırkı redaksiyasına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir.
33. Göründüyü kimi, iddiaçı 2019-cu ildə əmək pensiyasına çıxdığı vaxt artıq “Əmək pensiyaları haqqında” Qanun 2019-cu il 1 yanvar tarixdən, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları” isə 2019-cu il 27 mart tarixdən büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlərin təminat xərcliyində (pul təminatında) nəzərə alınmasını imperativ qaydada qadağan etmişdi.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydaları”nda dəyişikliyi nəzərdə tutan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 170 nömrəli Qərarı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən həmin müddətdən sonra yaranan münasibətlərə şamil edilir və geriyə tətbiq edilmir.
35. Belə ki, məhz həmin tarixdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin müvafiq hissəsinin dövlət büdcəsinə köçürülməsi və mülki işçilərin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edildiyi nəzərdə tutulmuşdur. Odur ki, həmin tarixədək ödənilən əmək haqqına əlavənin mənbəyi “büdcədənkənar” hesab edilmiş, qeyd edilən tarixdən sonra isə müvafiq ödənişlər dövlət büdcəsinə köçürüldüyündən “dövlət büdcəsi” vəsaiti hesabına aparılan ödəmələr hesab edilir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə uyğun olaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gömrük orqanlarında xidmətinə xitam verilmiş və pensiya hüququ yaranmış şəxslərə pensiya təyin edilərkən onların aylıq vəzifə maaşlarına verilən əlavələr təminat xərcliyinə daxil edilmir və əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən nəzərə alınmır. Belə ki, qeyd edildiyi kimi həmin əlavələr qeyd edilən tarixədək büdcədənkənar vəsaitlər, müvafiq dəyişiklikdən sonra isə (ödənişin statusu dəyişərək) dövlət büdcəsi vəsaiti hesabına verilən ödəniş hesab edilmişdir.
37. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
38. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 yanvar 2014-cü il tarixİi Qərarına əsasən hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquq vəziyyətini yaxşılaşdıran hallar” dedikdə hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Sözügedən qərara əsasən “Hərbi quluqçuların dövlət icbari şəxs sığortası haqqında" Qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericilikdə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kim qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuq “hüquq vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz.
39. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyinə uyğun olaraq müvafiq dəyişiklik qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, əmək haqqının tərkib hissəsi olan əlavənin statusunun dəyişdirilməsi (maddi vəziyyətinin yaxşılaşması) dövlət qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz.
40. Məhkəmə kollegiyası nəzərə alır ki, xx.xx.2019-cu il tarixdə iddiaçının xidmətdən tərxis olunduğu və xx.xx.2019-cu il tarixdən iddiaçının pensiya hüququ yarandığı üçün aylıq vəzifə maaşlarına verilən əlavələrin təminat xərcliyinə daxil edilməməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmur və iddiaçının aylıq vəzifə maaşlarına verilən əlavələrin təminat xərcliyinə əlavə edilərək yeni məlumat vərəqinin tərtib olunması ilə bağlı “qanuni gözlənti”si yoxdur.
41. Kollegiya qeyd edir ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-139/2022, xx.xx.2022-ci il tarixli qərarında da mövqe bu cür olmuşdur.
42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4059/2025 nömrəli, 22 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
43. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4059/2025 nömrəli, 22 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev