Məhkəmə qərarları › İş №2-1(103)-3096/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3096/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3096/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X20 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X21 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, X3 nümayəndəsi və vəkili Nümayəndə1, X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə ərizəçilər X15 və X7 “üçüncü şəxs qismində cəlb edilmə, qərarın ləğv edilməsi və icraatın təzələnməsi” barədə ərizələrinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2903/2019 nömrəli, 10 iyun 2024-cü il tarixli qərardadından ərizəçilər X15 və X13 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov küçələrinin kəsişməsində yerləşən 6 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 425 kv.m, 2-ci mərtəbəsində ümumi sahəsi 425 kv.m., 3-cü mərtəbəsində ümumi sahəsi 425 kv.m olmaqla, cəmi 1275 kv.m olan, 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 635 kv.m, 2-ci mərtəbəsində ümumi sahəsi 635 kv.m, 3-cü mərtəbəsində ümumi sahəsi 635 kv.m olmaqla, cəmi 1905 kv.m olan, A.M.Şərifzadə 33 ünvanında yerləşən yaşayış binasının 1-ci, 2-ci və 3-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1045 kv.m olan, A.M.Şərifzadə 33 ünvanında yaşayış binasının 4-cü bloku, 1-ci mərtəbəsində, ümumi sahəsi 361.3 kv.m olan, İ.Zülalov küçəsi, 19 ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 440.7 kv.m olan, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 596.4 kv.m, həmin ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəində, ümumi sahəsi 131.2 kv.m, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 435 kv.m həmin ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 740 kv.m olan qeyriyaşayış sahələri üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2903/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov küçələrinin kəsişməsində yerləşən 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 635 kv.m., 2-ci mərtəbəsində ümumi sahəsi 635 kv.m. olan, 3-cü mərtəbəsində ümumi sahəsi 635 kv.m. olmaqla, cəmi 1905 kv.m. olan, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov küçələrinin kəsişməsində yerləşən 6 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 425 kv.m., 2-ci mərtəbəsində ümumi sahəsi 425 kv.m., 3-cü mərtəbəsində ümumi sahəsi 425 kv.m. olmaqla cəmi 1275 kv.m., olan, A.M.Şərifzadə küçəsi 33 ünvanında yerləşən yaşayış binasının 1-ci, 2-ci və 3-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1045 kv.m. olan, A.M.Şərifzadə küçəsi 33 ünvanında yerləşən yaşayış binasının 4-cü bloku, 1- ci mərtəbəsində, ümumi sahəsi 361.3 kv.m. olan, A.M.Şərifzadə küçəsi 571 saylı ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsində, ümumi sahəsi 198.5 kv.m. olan, İ.Zülalov küçəsi, 19 ünvanında yaşayış binasının 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 440.7 kv.m. olan, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 596.4 kv.m. olan, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 131.2 kv.m., olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 435 kv.m. olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 740 kv.m. olan qeyri-yaşayış sahələri üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2903/2019 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2903/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə ərizə qəbul edilmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2903/2019 nömrəli məktubu ilə xx.xx.2019-cu il tarixdən qanuni qüvvəyə minmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2903/2019 nömrəli qərarı icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 3 ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********12 nömrəli məktubda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2903/2019 nömrəli qərarının icra edildiyi bildirilmişdir. X6 xx.xx.2021-ci il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2903/2019 nömrəli qərarı üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2903/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X5 xx.xx.2024-cü il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X7 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2903/2019 nömrəli işi üzrə üçüncü şəxs qismində cəlb edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2903/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2903/2019 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X3 “məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə, qərarın ləğv edilməsi, icraatın təzələnməsi” barədə ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-658/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(82)-2903/2019 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək ərizə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsində təkrar məhkəmə baxışı zamanı məhkəmənin 2- 1(82)-2903/2019 saylı, 10 iyun 2024-cü il tarixli qərardadı ilə (hakim A.Əhədova) X3 və X7 “məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə, qərarın ləğv edilməsi, icraatın təzələnməsi” barədə ərizələrinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan X13 apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2903/2019 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, X7 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2903/2019 nömrəli işi üzrə üçüncü şəxs qismində cəlb edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2903/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bir Azərbaycan vətəndaşı olan X7 qanuni mülkiyyətində olan əmlakı məhkəmənin cəmi yarım səhifəlik əsaslandırması ilə əlindən alınır və onun ən ümdə hüquqlarından olan mülkiyyət hüququ kobudca pozulur. Məhkəmənin X9 münasibətdə etdiyi cəmi yarım səhifəlik əsaslandırmasında iki məsələ qoyulmuşdur. Onlardan biri bundan ibarətdir: “Ərizəçinin hazırkı iş üzrə üçüncü şəxs qismində qoşulma barədə ərizəsinin əsasında MMC-nin müqavilə ilə ona vermiş olduğu və bilavasitə özünə məxsus olmayan əmlakı digər şəxsə - İddiaçı satması kimi MMC-nin qanunsuz hərəkətləri ilə bağlı dəlilləri çıxış edir ki, həmin dəlillərə hüquqi qiymət verilməsi inzibati məhkəmə icraatında deyil, mülki məhkəmə icraatında mübahisələndirilə və qiymət verilə biləcək hallardır. Başqa sözlə, ərizəçinin "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə MMC-nin öhdəliyini icra etməməsi, müqavilə tələblərini pozması, əmlakı müqavilə ilə nəzərdə tutulmuş müddətdə ona təhvil verməməsi kimi dəlilləri həmin MMC-yə qarşı mülki məhkəmə icraatında mübahisələndirilmədiyi, MMC-nin əmlakı ərizəçiyə təhvil verməli olduğu halda müqavilə öhdəliyini pozması və ərizəçinin müqavilədən irəli gələn tələb hüququnun mövcudluğu məhkəmə qaydasında öz təsdiqini tapmadığı səbəbindən ərizəçinin istinad etdiyi dəlillər hazırkı inzibati məhkəmə qərarının ləğvi və icraatın təzələnərək işə onun iştirakı ilə baxılmasına bilavasitə hüquqi əsas vermir". Bu işə paralel olaraq Nizami Rayon Məhkəməsində də cavabdehlər X16, İddiaçı və "xxxx" MMC-yə qarşı “əqdlərin, çıxarışın etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə müraciət edilmişdir. Qeyd olunan mülki iş Nizami Rayon Məhkəməsində 2(007)- 983/2024 nömrəsi ilə nömrələnmişdir və iddia tələbləri aşağıdakı kimidir: 1. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış və Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov 80D ünvanında yerləşən ümumi sahəsi 1684.2 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin alqısatqısını ehtiva edən xx.xx.2019-cu il tarixli müqavilənin və həmin müqavilənin hüquqi nəticəsi hesab edilən İddiaçı ilə X16 arasında Bakı şəhəri 51 saylı Notariat Kontorunda bağlanan və 4ə-843 reyestr nömrəli xx.xx.2023-cü il tarixli müqavilənin, iddiaçıya cizgiplana uyğun olaraq verilməsi nəzərdə tutulan 69 kv.m hissədə etibarsız hesab edilməsi; 2. ********** nömrəli, xx.xx.2023-cü il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən X11 verilən mülkiyyət çıxarışının, iddiaçıya cizgi-plana uyğun olaraq verilməsi nəzərdə tutulan 69 kv.m hissədə etibarsız hesab edilməsi barədə. Göründüyü kimi Camalzadə Məhərrəm mülki qaydada məsələni mübahisələndirmişdir. Belə olan halda Bakı İnzibati Məhkəməsi Camalzadə Məhərrəmin ərizəsini təmin etməli, müvafiq qərarı ləğv etməli və iş üzrə icraatı dayandırmalı idi. Çünki Nizami Rayon Məhkəməsində işin predmeti olan məsələlər mübahisələndirilir və belə olan halda Nizami Rayon Məhkəməsinin məsələyə hüquqi qiymət verməsi daha ağlabatan olardı. Çünki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2903/2019 nömrəli qərarı ilə məsələyə birtərəfli yanaşılmış və İddiaçı mübahisə predmeti olan əmlakla bağlı müqaviləsinə bu qərar ilə hüquqi qiymət verilmişdir. Belə olan halda həmin qərarı ləğv etmədən Nizami Rayon Məhkəməsinin sözügedən iş üzrə müqavilələrə hüquqi qiymət verməsi süni olaraq əngəllənir və belə olan halda Camalzadə Məhərrəmin mülkiyyət hüquqları pozulur. Belə ki, mübahisə predmeti olan əmlakla bağlı hal-hazırda iki müqavilə mövcuddur. İlk olaraq müqavilə bağlayan X13 olsa da, daha sonradan müqavilə bağlayan İddiaçı müqaviləsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2903/2019 nömrəli qərarı ilə hüquqi təsdiqini almışdır. Belə olan halda məhkəmənin sözügedən qərarı ilə əsassız olaraq İddiaçı müqaviləsinə hüquqi qiymət verilsə də, daha əvvəl müqavilə bağlayan və hüquqi əsası olan Camalzadə Məhərrəmin müqaviləsi məhkəmə qərarı ilə hüquqi təsdiqini tapa bilmir. Ona görə də hüquqi bərabərliyin öz təsdiqini tapması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2903/2019 nömrəli qərarı ləğv edilməli və Nizami Rayon Məhkəməsində mübahisə daha detallı şəkildə araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarı cari mübahisənin hüquqi tənzimetməsinin əsasıdır: “....Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, M.Hüseynovun cavabdeh "xxxx" MTK ilə bağladığı müqavilə etibarlı sayıldığı halda da onun iddiası təmin edilə bilməz. Belə ki, mübahisə predmeti olan mənzil fərdi-müəyyən əşyadır. Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad edərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı M.Hüseynovla cavabdeh "xxxx" MTK arasında mənzilə dair müqavilə daha əvvəl bağlanmışdır. Belə olan halda, fərdi-müəyyən əşya olan mənzil sonradan cavabdeh "xxxx" MTK ilə üçüncü şəxs E.Bağırlının arasında bağlanmış müqavilə əsasında ona təhvil verildiyindən iddiaçı M.Hüseynov mənzilin cavabdeh "xxxx" MTK-dan alınmasını və müqavilədə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək hüququna malik deyildir. Belə ki, onun bu hüququ mənzilin E.Bağırlıya təhvil verildiyi andan aradan qalxmışdır”. Həmin dəlili əsaslı hesab etməyən Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə oldu ki, “mənzilin dəyərini tam ödəməklə M.Hüseynov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə E.Bağırlı ilə 6 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Nəticədə mübahisənin həlli zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması kimi tətbiq edilən Mülki Məcəllənin 452.1-ci maddəsinin müddəaları düzgün tətbiq edilməmişdir”. Göründüyü kimi, qeyd olunan tezisi Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarı da təsdiqləyir. "xxxx" MMC mübahisə predmeti olan daşınmaz əmlakı daha əvvəl X4 və yenidən 2019-cu il tarixdə İddiaçı satmaq hüququ olmamışdır. Hər şey gün kimi aydın olduğu halda Bakı İnzibati Məhkəməsinin bu halları nəzərə almaması və belə bir qərar qəbul etməsi heyrətamizdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadında X9 münasibətdə etdiyi yarım səhifəlik əsaslandırmanın ikinci dəlili aşağıdakı kimidir: “Məhkəmə eyni zamanda qeyd edir ki, hazırkı iş üzrə ərizəçi M.Camalzadənin üçüncü şəxs qismində qoşulma barədə ərizəsinin ağlabatan müddətdə vermədiyi də müəyyən olunur. Belə ki, ərizəçinin istinad etdiyi müqavilə xx.xx.2018-ci il tarixli olmaqla məhkəmə iclasında həmin binanın 2018-ci ildə söküldüyünü və ona müqavilə tələbinə uyğun 18-24 ay ərzində binanın birinci mərtəbəsində qeyri-yaşayış sahəsi veriləcəyini və qeyri-yaşayış sahəsi ilə təmin edilənədək kirayə haqqı ilə təmin edilməli olduğu halda 3 ildən artıq müddətdir ki, (hazırkı tarixədək) ona müvafiq kirayə haqqının verilmədiyini bildirmişdir. Lakin iş materiallarından o da müəyyən olunur ki, ərizəçi müqavilə tələbinin bilavasitə MMC tərəfindən pozulduğunu, ən azından ona aylıq kirayə haqqının ödənilmədiyini, MMC-nin təhvil işlərini gecikdirdiyini, binanın sonrakı mərtəbələrinin inşasını gözləmədən tikintisi başa çatmış birinci mərtəbədən 69 kv.m qeyri-yaşayış sahəsinin verilməsini tələb etmək imkanı olduğunu bildiyi (bilməli olduğu) halda hüququn pozulduğu vaxtdan (ən azı icarə haqqının verilmədiyi 3 il əvvəldən-2020-ci ildən etibarən) keçən müddət ərzində qeyriyaşayış sahəsinin ona təhvil verilməsi ilə bağlı MMC-yə və ya İddiaçı qarşı hər hansı iddia qaldırmamışdır.” Bu əsaslarla məhkəmə müdhiş qarışıqlığa yol vermişdir. Belə ki, burada məhkəmə icarə haqqı tələbi ilə əmlak tələbini qarışdırmış və bu yolla ərizəçinin hüquqlarını pozmuşdur. Belə ki, icarə haqqının ödənilməməsi Camalzadə Məhərrəmin mülkiyyət hüquqlarını pozmağa əsas vermir. Bugünkü günədək sözügedən binanın tikintisi başa çatmamışdır və həmin binanın iyun 2024-cü ilə olan şəkilləri Bakı İnzibati Məhkəməsinə təqdim edilmişdir. Binanın tikintisi başa çatmadığı üçün Camalzadə Məhərrəm binanın tikintisinin yekunlaşmasını gözləmiş və hüquqlarının pozulduğunu bildiyi andan dərhal məhkəməyə müraciət etmişdir. X19 2023-cü ilin avqust ayında tikintinin gedişatı ilə bağlı məlumat almaq üçün əraziyə yaxınlaşdıqda məlum olmuşdur ki, "xxxx" MMC ona məxsus olan qeyri-yaşayış sahəsini həmin binada olan digər qeyri-yaşayış sahələri ilə birlikdə digər şəxsə satmışdır. Belə ki, özünü həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi təqdim edən şəxs ********** nömrəli, xx.xx.2023-cü il tarixli mülkiyyət çıxarışını iddiaçıya təqdim etmişdir. Bundan sonra iddiaçı dərhal Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə və digər hüquq-mühafizə orqanlarına vəziyyətlə bağlı məlumat vermişdir. Həmin qurumlarda iddiaçının etirazı hal-hazırdada araşdırılır. ********** nömrəli, xx.xx.2023-cü il tarixli mülkiyyət çıxarışından aydın olur ki, ünvan 5 ünvanında yerləşən (köhnə əsaslarla Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 nömrəli bina) 1684.20 kv.m qeyri- yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə X11 məxsusdur. Məsələnin mahiyyətini anlamaq üçün tərəfindən bəzi qurumlara sorğular verilmişdir. xx.xx.2023-cü il tarixli, "xxxx" MMC-yə verilən 442 nömrəli sorğuya şirkət tərəfindən heç bir cavab verilmədi. Həmin sorğuda sözügedən qeyri-yaşayış sahəsinin hansı əsaslarla, kim tərəfindən və hansı tarixdə satılması ilə bağlı məlumatlar tələb edilmişdir. Eyni suallarla xx.xx.2023-cü il tarixdə 419 nömrəli sorğu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edildi. Həmin sorğuda eyni zamanda sənəd surətləri də tələb olunmuşdur. Həmin qurumun verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən, ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 1684.2 kv.m təşkil edən qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixli müqaviləyə və eyni tarixli maliyyə arayışına, o cümlədən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2903/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarına əsasən, xx.xx.2019-cu il tarixdə İddiaçı adına ilkin qeydiyyata alınmışdır. Lakin həmin mülk Bakı şəhəri 51 saylı NK-nın 4ə-843 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixdə X10 adına rəsmiləşdirilmişdir. Eyni zamanda cavab məktubunda qeyd edilmişdir ki, tələb edilən sənəd surətləri məhkəmə sorğusu əsasında verilə bilər. Eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13 ünvanında yerləşən yaşayış binası sökülmüşdür. Yerində inşa edilən yaşayış binasına bitişik 3 mərtəbəli qeyri-yaşayış sahəsinə “Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalan"nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 9 ünvanı təyin edilmişdir. Tikilməkdə olan yaşayış binasında yerləşən qeyri-yaşayış sahələri də həmin ünvanla qeydiyyata alınmışdır. Buradan bir daha aydın olur və şübhə yeri qalmır ki, "xxxx" MMC ona məxsus olmayan əmlakı digər şəxsə satmış və qanunsuzluqlara yol vermişdir. Məhz bu cavab məktubundan sonra Camalzadə Məhərrəm öz mülkiyyət hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını anlamışdır. Çünki bu anadək Camalzadə Məhərrəm mülkiyyət hüquqlarının pozulduğunu bilməmişdir. Məhkəmə isə icarə müqaviləsi üzrə ödənişlərin ödənilməməsini mülkiyyət hüquqlarının pozulması anı kimi qələmə verməklə yanlış nəticəyə gəlmişdir. Göründüyü kimi, sözügedən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ olmayan "xxxx" MMC başqasının əmlakını öz əmlakı kimi qanunsuz olaraq satmış, həmin şəxs isə digər bir şəxsə sataraq iddiaçının mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Eyni zamanda, sözügedən qeyri-yaşayış sahəsinin xx.xx.2019-cu il tarixdə ilkin qeydiyyata alınması bütün qanunvericilik normalarının heçə sayılmasıdır. Çünki həmin ərazidə tikinti 2018-ci ildə başlamış və bir ildən sonra həmin tikilinin istismara qəbul edilməsi ağlabatan deyil. İstismara qəbul edilməyən binada qeyri-yaşayış sahəsinə mülkiyyət çıxarışı vermək isə qanunvericilik ilə daban dabana ziddiyyət təşkil edir. Həmçinin, digər X6 Bakı İnzibati Məhkəməsinin məhkəmənin 2-1(82)-2903/2019 saylı, 10 iyun 2024-cü il tarixli qərardadından apelyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilib, X3 üçüncü şəxs qismində işə cəlb edilməsi və sözügedən qərarın ləğv edilərək mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X3 apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(82)-2903/2019 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə X3 “məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə, qərarın ləğv edilməsi, icraatın təzələnməsi” barədə ərizəsi təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(82)-2903/2019 saylı qərardadından X15 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-658/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, müvafiq qərar ləğv edilərək ərizəyə yenidən baxılması üçün iş Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Həmin qərar ləğv edilərkən apellyasiya instansiyası məhkəməsi qərarında iki halı göstərmişdir: 1) əvvəla iddiaçının hüquqmüəyyənedici sənədlərinin və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2903/2019 nömrəli qərarının ləğv olunması ərizəçiyə münasibətdə də əhəmiyyətlidir və təsirsiz olmayacaq; 2) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2903/2019 nömrəli qərarını mübahisələndirən və həmin Qərar maraqlarına toxunduğunu iddia edən şəxslərin ərizələrinə baxılarkən hazırkı ərizəçinin ərizəsinə yenidən baxılması mübahisənin tam, ətraflı, marağı pozulan şəxslərin dairəsinə münasibətdə yoxlanılması məqsədəmüvafiq hesab olunur. Bakı İnzibati Məhkəməsi ərizəyə yenidən baxaraq 10 iyun 2024-cü il tarixli, 2-1(82)- 2903/2019 saylı qərardadı ilə X3 “məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə, qərarın ləğv edilməsi, icraatın təzələnməsi” barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə tərəfindən əvvəlki qərarında göstərilən mövqe qismən dəyişiklik edilməklə mahiyyəti üzrə eyni mövqeyini təkrarlamış (hətta bir sıra hallarda əvvəlki mövqeyi ilə hazırkı mövqeyini bir birini təkzib edən) və qanunsuz, şəxsi mülahizəsinə əsaslanan, heç bir hüquqi əsas olmayan, qanunverciliyin prosessual tələblərini sadəcə təhrif edərək qərar qəbul etmişdir. Bunu təsdiq edən hallarından biri apellyasiya məhkəməsinin qərarında qoyduğu göstərişlərə əməl etməməsi bir yana, hətta apellyasiya məhkəməsinin qərarda göstərilən birinci arqumenti ümumiyyətlə qərarında göstərməyərək, yalnız ikinci bəndində olan göstərişi yazmaqla mövqe bildirməsidir. Bununla da iş üzrə İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburi normasına dair tələbi pozulmuşdur. İkinci ən böyük hal isə tərəfindən müvafiq olaraq məhkəmə tərəfindən keçirilmiş xx.xx.2024-cü il tarixli iclasda məhkəmənin tarixini qeyri-müəyyən müddətə salaraq, tərəfindən işə baxılması barədə xx.xx.2024-cü il tarixə işə baxılması barədə ərizə verdikdən dərhal sonra işi xx.xx.2024-cü il tarixdə baxıb qərəzli şəkildə ərizələrinin rədd edilməsidir. Üçüncüsü isə, mübahisənin hüquqi əsasını tərəflərindən dəfələrlə bildirilməsinə baxmayaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Qərardadına istinad etməməsidir. Bundan əlavə, məhkəmə tərəfindən qəbul edilmiş qərarda izahatına ümumiyyətlə yer verilməmiş (tərəfindən məhkəmə iclas protokolu ilə tanış olarkən isə ümumiyyətlə ifadələrinin tamamilə natamam olduğunu görmüşdür) və sadəcə hakim tərəfindən həmin hallar qərarda gizlədilmişdir ki, bununla da İPM-in 69.3-cü maddəsinin tələbi pozulmuşdur. Bütün bu pozuntularla bərabər məhkəmə tərəfindən gəlinən nəticə də tam əsassız olmuşdur. Əvvəla hakim hazırkı işə o qədər qərəzli şəkildə baxıb qərar qəbul etmişdir ki, ərizəçi T.İbrahimlinin zəruri yoxsa adi cəlb edilməli olan şəxs olması məsələsini aydınlaşdıra bilməmiş, bəlkə də aydınlaşdırmaq istəməmişdir. T.İbrahimli tərəfindən işin yuxarıda sadalanan hallarından görünür ki, X15 mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı 1 ədəd müqavilə təqdim edilmiş, digər müqavilələr isə A.Əhədova tərəfindən əldə edilmiş sorğularla əlaqədar əldə edilmiş müqavilələrdir. Həmin notarial qaydada təsdiq edilmiş və qüvvədə olan “İnşaat Konstruksiyaları" MMC-nin direktoru Əhmədov S.R ilə X15 arasında bağlanmış İnşaat Konstruksiyalari" MMC-nin direktoru Əhmədov S.R ilə X15 arasında bağlanmış xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsidir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, hazırda 3-cü şəxs qismində zəruri cəlb edilməli olmasını tələb etdikləri Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2903/2019 nömrəli qərar ilə ümumi sahəsi 198.5 kv.m. olan, İ.Zülalov küçəsi, 19 ünvanında yaşayış binasının 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 440.7 kv.m. olan sahəyə İddiaçı hüquqları qeydə alınmış və binanın 2-ci girişində yerləşən İddiaçı adına verilmiş 440.7 kv.m sahəsinin 347.0 kv.m sahəsi 1-ci mərtəbədə yerləşən T.İbrahimlinin notarial müqaviləsində nəzərdə tutulan 650.0 kv.m sahəsi ilə üst-üstə düşür (məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********70 nömrəli məktubu). Çox təəssüf ki, məhkəmə bu həqiqəti görməmək üçün işin mübahisə olunmayan bu halını qəbul etməmiş və işlə bağlı həqiqətləri təhrif etmişdir. Ümumiyyətlə məhkəmə hazırkı iş üzrə tərəflərindən izahatlarında dəfələrlə qeyd etmələrinə və istinad etmələrinə baxmayaraq, mübahisənin hüquqi əsasını Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Qərardadı təşkil etməsinə baxmayaraq, məhkəmə həmin qərara ümumiyyətlə istinad etməmişdir. Məhkəmə hazırkı qərarında ərizəni rədd etmə arqumentlərindən biri kimi ona istinad etmişdir ki, hazırkı iş üzrə İddiaçı mülkiyyət hüququnun qeydiyyatına dar qanuni qüvvəsini almış inzibati məhkəmə tərəfindən qəbul edilmiş qərar olsa da, həmin qeydiyyatın kökündə əmlaka olan əşya hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlər - müqavilə, maliyyə arayışı dayanır. Ərizəçi T.İbrahimli ərizəsinin hüquqi əsası kimi hüquqmüəyyənedici sənəd qismində 3 ədəd fərqli müqavilələri təqdim etmişdir. Eyni əmlaka dair isə bir neçə şəxsin adına bir neçə fərqli müqavilələrin olması həmin müqavilələrdən yalnız birinin etibarlı hüquqmüəyyənedici sənəd qismində tanınmasını zəruri edir. Hazırkı iş üzrə eyni əmlakla bağlı həm İddiaçı adına bağlanmış müqavilə, həm də T.İbrahimlinin MMC ilə bağlanmış 3 ədəd fərqli müqaviləsi mövcuddur və həmin müqavilələrdən hansının etibarlı olması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud deyildir. Hakim tərəfindən tez-tez qərarında ərizəçiyə münasibətdə 3 fərqli müqavilə ifadəsini işlətməklə həmin müqavilələrin varlığını şübhə altına almaq niyyəti güdür, digər tərəfdən həmin müqavilələrin hazırkı qərarın ləğvinə əsas vermədiyini iddia edir. Hakim tərəfindən hazırkı işə baxılarkən mübahisləndirilən qərarın ərizəçiyə münasibətdə potensial təsirinin olubolmamasına hüquqi qiymət verməli olduğu halda bunu etməmişdir. Digər tərəfdən isə, Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Eləcə də, MM-in 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Göründüyü kimi sözügedən əmlaka münasibətdə T.İbrahimlinin adına nə qədərki, notarial təsdiq edilmiş müqavilə mövcuddur və həmin müqavilə mübahisələndirilməmiş və qeyd edilən müqavilədə olan payın bir hissəsi 2-1(82)- 2903/2019 nömrəli qərarı ilə İddiaçı adına verilmiş çıxarışdakı payla 347 kv.m sahə ilə üst-üstə düşür, sözügedən qərarın mövcudluğu T.İbrahimlinin notarial müqaviləsindəki pay hüququndan məhrum edilməsinə əsas verir, belə olan halda məhkəmənin bu halı nəzərə almaması sadəcə qaranlıq məqamdır. Çünki, qeyd edilən maddənin tələbindən görünür ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir və şəxsin əmlak üzərində hüququnu təsdiq edən əqddir. Eyni zamanda, MM-in 139-1.1.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Belə olan halda T.İbrahimlinin notarial qaydada təsdiq etdiyi və əldə etdiyi əmlak üzərində başqa şəxsin hazırda mübahisələndirilən İddiaçı məhkəmə qərarına əsaslanan çıxarışının olması həmin hüququndan məhrum etməklə müvafiq olaraq qeyd edilən əmlaka dair hüquq əldə etməsinə imkan vermir. Nə qədərki, hazırkı qərarla T.İbrahimlinin daşınmaz əmlak üzərində notarial əqd əsasında əldə etdiyi paya münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcudur, belə olan halda həmin qərar ləğv edilmədən onun həmin əmlak üzərində hər hansı hüquq əldə etməsi mümkünsüz olmaqla bərabər İddiaçı adına olan müqaviləni mübahisəndirmək üçün subyektiv hüquqdan məhrum edir. Çünki, artıq qanuni qüvvəsini almış məhkəmə qərarı ilə həmin əmlak İddiaçı mülkiyyətindədir və belə olan halda T.İbrahimlinin həmin əmlak üzərində hüquqlarını artıq başqa şəxsin İddiaçı payını tanımaqla əlindən almışdır. Ona görə də, məhz həmin qərar ləğv edilmədən T.İbrahimlinin qeyd edilən əmlaka münasibətdə hər hansı bir hüququnun mövcudluğundan söhbət gedə bilməz. Lakin hakim bu faktı israrla görməzdən gəlmişdir. Məhz təsadüfi deyildir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Qərardadında qeyd edilmişdir ki, “... Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2ci maddəsinin tələblərinə əsasən zəruri cəlb edilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yolveriləndir”. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur. Vahid qərardan isə o zaman söz edilə bilər ki, çıxarılmış qərar üçüncü şəxsin hüquqi statusuna birbaşa təsir edə bilsin. Əgər məhz məhkəmə qərarının çıxarılması nəticəsində hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verirsə, hüquqi statusa həmin qərarla birbaşa təsir edilmiş olur. Qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisənin tərəfi olmayan digər şəxslərin hüquqi statuslarına göstərəcəyi mümkün təsirin dərəcəsi və intensivliyi cəlbetmənin adi, yaxud zəruri olduğunun müəyyənləşdirilməsi baxımından önəm kəsb edə bilər. Təsirin yüksək dərəcəsi və müdaxilə intensivliyinin çoxluğu bir qayda olaraq zəruri cəlbetmənin mövcudluğuna işarə edir. Beləliklə, əgər aidiyyəti olan şəxsin hüquqi statusuna birbaşa təsir və ya müdaxilə etmədən məhkəmə qərarını qəbul etmək mümkün deyilsə, o zaman hüququna müdaxilə edilməsi nəzərdə tutulan şəxs zəruri cəlbetmə qaydasında icraatda iştiraka cəlb olunmalıdır. Lakin tərəflərindən dəfələrlə səsləndirilməsinə baxmayaraq, həmin qərara istinad etməmiş, nəzərə alınmamışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Qərardadında qeyd edildiyi kimi sözügedən qərarın qəbulu nəticəsində T.İbrahimlinin əmlak üzərində hüquq və vəzifələrin ləğv edilməsinə əsas verməklə, onun hüquqi statusuna həmin qərarla birbaşa təsir edilmiş olur. Başqa sözlə, sözügedən qərar T.İbrahimlinin əmlak üzərində olan hüquqi statusuna birbaşa təsir və ya müdaxilə etmədən məhkəmə qərarını qəbul etmək mümkünsüz edir. Məhkəmənin hazırkı qərarında T.İbrahimlinin üçüncü şəxs qismində cəlb edilmə barədə qərarının mülki işə təsir etməməsi barədə dəlilləri isə ümumiyyətlə səhf, yalan və əsassızdır. Əvvəla ona görə ki, Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)- 1542/2024 saylı iş məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə X3 “üçüncü şəxs qismində cəlb edilmə, qərarın ləğv edilməsi və icraatın təzələnməsi” barədə ərizəsinə baxılana və həmin məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iddiaçı X8 cavabdehlər İddiaçı, "xxxx" MMCyə və X17 qarşı “əqdlərin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair 2(007)- 1542/2024 saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Göründüyü kimi məhz mülki icraat qaydasında işə hazırkı işin təsirinin olmaması barədə məhkəmənin mövqeyi tamamilə əsassız olmaqla sözügedən qərardadla da təkzib edilir. Bundan əlavə isə açıq aşkar olan fakt odur ki, əgər sözügedən qərar ləğv edilməsə hazırkı qərardadda qeyd edildiyinin əksinə T.İbrahimlinin ümumiyyətlə həmin əmlakla bağlı iddiası üçün müvafiq subyektiv hüquq ortadan qalxır. Belə ki, İddiaçı adına verilmiş çıxarış həmin hazırkı məhkəmə qərarına əsaslanır ki, həmin qərar ləğv edilməsə T.İbrahimlinin iddiası üzrə heç bir hüquqi əsas qalmır və həmin əmlaka olan hüququ ortadan qalxmış olur. Lakin məhkəmə bu faktı niyəsə israrla görməzdən gələrək, inkar edir və həmin işə baxılmasını mümkün hesab edir. Maraqlı hal isə ondan ibarətdir ki, məhkəmə əvvəlki xx.xx.2023-ci il tarixli qərarında birbaşa olaraq bu halı təsdiq etmişdir. Belə ki, hazırki qərarla məhkəmə əsaslandırmasında, yəni X8 xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə də hüquqi qiymət verməklə, həmin müqaviləni bir mənada əhəmiyyətsiz hesab etmiş, işin mahiyyəti üzrə qiymət verilməli olan məqamlara isə qərardadla qiymət verərək, real olaraq X8 üzərinə xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsindəki payının qalan hissəsi üçün, yəni iddiaçının pay hüquqlarının tanınması barədə qərarın əsaslı olması nəticəsinə gəlmişdir ki, bu da İPM-in müvafiq olaraq məhkəmə tərəfindən işin mahiyyəti üzrə araşdırılmalı və qiymət verilməli məqamlarına dair tələblərinin pozulması ilə nəticələnmişdir. Bu baxımdan hər bir halda X1 qərara münasibətdə, zəruri cəlb edilməklə, həmin xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsindəki payının qalan hissəsi üçün olan hüquqlarının müdafiə edilməsi imkanı yaradılmalı, müvafiq sübutlarını təqdim etmək üçün şərait yaratmalı və məhkəmə tərəfindən işə yenidən baxılmalıdır. Əks halda bu qərar X8 hüquqlarının pozulması ilə nəticələnir və həmin qərardan şikayət vermək imkanından məhrum edir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən X3 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası ərizəçiləri dinləyib, onlar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(82)-2903/2019 nömrəli, 10 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Normaların məzmunundan göründüyü kimi, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, həmin şəxslərin məhkəmə icraatına cəlb edilməsi iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, “qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: -qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; -inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. X3 apelyasiya şikayətinə münasibətdə aşağıdakılar qeyd olunmalıdır. İşdən müəyyən olunur ki; - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 17 mart 2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov 19 ünvanında inşa olunan yüksəkmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 440.7 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı pay kimi verilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2903/2019 nömrəli qərarı ilə İddiaçı 440.7 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, məhkəmə qərarı qanuni qüvvəsini almış, ünvan 11 ünvanında yerləşən 440.7 kv.m qeyri-yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmə üçün müraciət edən X6 Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov 19 ünvanında inşa olunan yüksəkmərtəbəli yaşayış binasının 1-2-ci blok, 1-ci mərtəbə ünvanında 650 kv.m qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu, həmin sahədən 303 kv.m hissənin hazırda xüsusi mülkiyyətində olsa da, qalan hissənin İddiaçı adına qeydiyyata alınmış 440.7 kv.m qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyünü əsas gətirərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2903/2019 nömrəli qərarının onun maraqlarına toxunduğunu, 2-1(82)-2903/2019 nömrəli iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilməsini və qərarın ləğv edilərək icraatın təzələnməsini xahiş edir. İşin hallarından görünür ki, X18 iddia etdiyi mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı fərqli tarixli, 3 ədəd müqavilə nüsxələri təqdim etmişdir: 1- "xxxx" MMC-nin direktoru Əhmədov S.R ilə X15 arasında bağlanmış xx.xx.2017ci il tarixli payın verilməsi barədə müqavilə; 2- "xxxx" MMC-nin direktoru Əhmədov S.R ilə X15 arasında bağlanmış xx.xx.2017ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi; 3- İnşaat Konstruksiyaları" MMC-nin direktoru Əhmədov S.R ilə X15 arasında bağlanmış 15 oktyabr 2020-ci il tarixli payın verilməsi barədə müqavilə. İlk iki müqavilə üzrə "xxxx" MMC X12 Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov 19 ünvanında inşa olunan yüksəkmərtəbəli yaşayış binasının 1-2-ci blok, 1-ci mərtəbəsində 650 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə pay hüququnu vermişdir. Qeyd edilən müqavilələr eyni əmlaka, eyni tərəflər arasında, lakin fərqli tarixlərdə bağlanmışdır. Bundan başqa işdən o da müəyyən olunur ki, X15 "xxxx" MMC ilə bağlanmış hər iki müqaviləni, yəni xx.xx.2017-ci il tarixli payın verilməsi barədə müqaviləni və notarial təsdiqli xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsini təqdim edərək ona müqavilədə göstərilmiş 650 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin deyil, yalnız 480 kv.m qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4362/2020 nömrəli inzibati iş materiallarına 650 kv.m ölçüdə payın alqı-satqısına dair müqavilə əlavə olunsa da, eləcə də məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4362/2020 nömrəli qərarında iddiaçının tələbinin əsası kimi həmin müqaviləyə istinad olunsa da, iddia tələbində iddiaçı 650 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədə sahib olduğu halda 480 kv.m ölçüdə qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyatını tələb etdiyini əsaslandırmamış, həmin iş üzrə cavabdeh inzibati orqan imtinasında, eləcə də iddiaya etirazında qeyri-yaşayış sahəsinin nəinki 480 kv.m olduğunu, ümumiyyətlə sahənin faktiki 473.1 kv.m ölçüdə olduğunu qeyd edərək müraciətin təminindən imtina etmiş, işə baxan məhkəmə qərarında qeyd edilən məsələyə münasibət bildirməmiş, iddia tələbi üzrə tələb olunan 480 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qərara alınmışdır. Sözügedən xx.xx.2020-ci il tarixli məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra icra icraatı gedişində cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən qeyri-yaşayış sahəsinə baxış zamanı məhkəmə qərarı ilə 480,0 kv.m ölçüdə qeydiyyata alınması qərara alınmış əmlakın faktiki ölçüsünün 303,0 kv.m olduğu müəyyən edilmiş, bundan sonra iddiaçı "xxxx" MMC ilə 303,0 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin pay kimi verilməsi barədə xx.xx.2020-ci il tarixli müqavilə, maliyyə arayışı və protokoldan çıxarış tərtib edilərək icra gedişində inzibati orqana təqdim edilmiş və inzibati orqan sonuncu sənədlərə əsasən iddiaçının 303.0 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu qeydiyyata almışdır. Həmin inzibati iş üzrə iddiaçı T.T.İbrahimli 303.0 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyatı ilə razılaşmış, məhkəmə qərarının tam icra edilməməsinə etirazını bildirməmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında göstərmişdir ki, qeyd edilənlər T.T.İbrahimlinin üçüncü şəxs qismində cəlb edilmə barədə ərizəsinin iki əsasdan yoxlanılmasını zəruri edir: -qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; -inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Hazırkı halda iş üzrə yuxarıda sadalanan müqavilələr, eləcə də məhkəmə qərarı ilə müəyyən edilmiş hallar onu deməyə əsas verir ki, ərizəçi T.İbrahimli iddia etdiyi 650 kv.m ölçüdə qeyri-yaşayış sahəsi ilə bağlı xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alqısatqı müqaviləsi bağladıqdan sonra qısa müddətdə MMC tərəfindən onun sahibliyində 650 kv.m sahənin tam ölçüdə ona təqdim edilmədiyini və həmin ölçüdə qeyri-yaşayış sahəsinə sahib olmadığını bilirdi. Bunu bilməyinin göstəricisidir ki, T.İbrahimli həmin müqavilələri rəhbər tutub xx.xx.2020-ci ildə Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq 650 kv.m ölçüdə olan sahəyə deyil, 480 kv.m sahəyə mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Hətta məhkəmə qərarı 480 kv.m ölçüdə qeydiyyatla bağlı olsa da, qərarın icrası gedişində T.İbrahimli sahibliyində yalnız 303 kv.m ölçüdə olan sahəni inzibati orqana qeydiyyata almaq üçün naturada təqdim etmiş və 303 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyatının rəsmiləşdirilməsi üçün ərizəçi yenə həmin "xxxx" MMC–nin eyni rəhbərliyi ilə yeni bir müqavilə - xx.xx.2020-ci il tarixdə payın verilməsi barədə müqavilə bağlamış, nəticə etibarı ilə 303 kv.m ölçüdə sahəyə dair müqavilə imzalayaraq qeydiyyat orqanına təqdim etmişdir. Göründüyü kimi ərizəçi üçün hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu vaxt tarixləri demək olar ki, eyni vaxta təsadüf edir. Ərizəçi isə qeyd edilən vaxtdan ən tezi Bakı İnzibati Məhkəməsində əsas iddia ilə müraciət etdiyi xx.xx.2020-ci ildən hesablandıqda 1 il 03 ay sonra, ən geci MMC ilə sonuncu dəfə müqaviləni bağladıqdan - xx.xx.2020-ci il tarixdən hesablandıqda isə 9 aydan sonra xx.xx.2021-ci il tarixdə hazırkı üçüncü şəxs qismində cəlb edilmə barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi üçün qeyd edilən müddət məhdudiyyətinin tətbiq edilməməsi belə hazırkı halda ərizəçinin qərarın ləğvi və məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsinə bilavasitə əsaslar vermir. Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən üçüncü şəxslərlə bağlı qərarındakı mövqe həm də onunla bağlı olmuşdur ki, inzibati məhkəmə icraatına cəlb olunmamış şəxs qanuni qüvvəsini almış məhkəmə qərarı ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu əsaslandırmalıdır. Hazırkı inzibati iş üzrə məhkəmə qərarı qanuni qüvvəsini almış, icra olunmuş, hətta həmin qərarla mübahisələndirilən əmlak hazırkı halda notarial müqavilə əsasında digər şəxsin - X14 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Göründüyü kimi çoxmənzilli yaşayış binalarında yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı hüquqmüəyyənedici sənəd qismində MTK binasında qeyri-yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı, notariat qaydasında təsdiq edilmiş müqavilələr çıxış edir. İş üzrə İddiaçı mülkiyyət hüququnun qeydiyyatına dar qanuni qüvvəsini almış inzibati məhkəmə tərəfindən qəbul edilmiş qərar olsa da, həmin qeydiyyatın kökündə əmlaka olan əşya hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlər - müqavilə, maliyyə arayışı dayanır. Ərizəçi T.İbrahimli ərizəsinin hüquqi əsası kimi hüquqmüəyyənedici sənəd qismində 3 ədəd fərqli müqavilələri təqdim etmişdir. Eyni əmlaka dair isə bir neçə şəxsin adına bir neçə fərqli müqavilələrin olması həmin müqavilələrdən yalnız birinin etibarlı hüquqmüəyyənedici sənəd qismində tanınmasını zəruri edir. Hazırkı iş üzrə eyni əmlakla bağlı həm İddiaçı adına bağlanmış müqavilə, həm də T.İbrahimlinin MMC ilə bağlanmış 3 ədəd fərqli müqavilələri mövcuddur və həmin müqavilələrdən hansının etibarlı olması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud deyildir. Nəzərə almaq lazımdır ki, tərəflər arasında bağlanmış müqavilələrin etibarlılığı müəyyən edilməyincə daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən inzibati orqanın hansı mülki müqavilə əsasında daşınmaz əmlaka mülkiyyət hüququnu qeydiyyata almalı olması və inzibati icraata nəzarəti həyata keçirən inzibati məhkəmənin inzibati orqanın fəaliyyətinin qanuni olub-olmaması yoxlanıla bilməz. Ərizəçinin özünün təqdim etdiyi mülki müqavilələrin etibarlılığının müəyyən edilməsi və ya İddiaçı adına olan mülki müqavilənin etibarsızlığının müəyyən edilməsi isə mülki məhkəmə icraatının predmetidir. Ərizəçi T.İbrahimlinin İddiaçı mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədi olan xx.xx.2017-ci il tarixli müqavilənin mülki icraat qaydasında mübahisələndirməsi hazırkı halda ərizənin təmin edilərək qərarın ləğvi və inzibati iş üzrə icraatın təzələnməsinə bilavasitə hüquqi əsas vermir. Ona görə ki, ərizəçinin mübahisəli qeyri-yaşayış sahəsinə dair iddia etdiyi hüquq mülki müqavilədən irəli gəlir. Həmin müqavilə əsasında tələb irəli sürən T.İbrahimlinin istinad etdiyi hüquqmüəyyənedici sənədin etibarlılığı müəyyən edilməmiş, İddiaçı isə adına olan müqavilənin etibarsızlığı barədə yekun məhkəmə aktı qəbul edilməmişdir. Bu hissədə ərizəçi tərəfin “mülki məhkəmədə müqavilənin etibarsızlığı barədə iddiaya baxıla bilməməsinin əsası kimi qanuni qüvvəsini almış inzibati məhkəmə qərarının olması, inzibati məhkəmə qərarının qüvvədə olmasının mülki məhkəmədə işə baxılmasına mane olması” kimi mövqeyi əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, mülki məhkəmə icraatında müqavilənin etibarsızlığı ilə bağlı hallar yoxlanıldığı halda, həmin mübahisələndirilən müqavilə əsasında inzibati məhkəmə icraatında mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı inzibati orqanın hərəkətinə (hərəkətsizliyinə) hüquqi qiymət verilir. Dolayısı ilə İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinin əsasında qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə dayanır və həmin müqavilənin etibarsızlığı hazırkı halda Nizami Rayon Məhkəməsində mübahisələndirildiyindən sözügedən mülki iş üzrə gəlinəcək hüquqi nəticə Bakı İnzibati Məhkəməsinin icraatında olmuş inzibati iş üçün gələcəkdə preyudisial əhəmiyyət kəsb edə bilər. Bu preyudisiallıq ondan ibarət olacaqdır ki, qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənədin etibarsızlığı müəyyən olunduğu təqdirdə bu hal hazırkı inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməyə və qərarın ləğv edilməsi, icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması barədə ərizə təqdim edilməsinə rəvac verə bilər. Başqa sözlə, nə qədər ki, hazırkı mübahisənin əsasında MMC ilə iddiaçı arasında bağlanmış müqavilə durur və mülki məhkəmə icraatında həmin müqavilənin etibarlılığı mülki qanunvericiliyin tələbləri əsasında yoxlanılıb hüquqi qiymət veriləcəkdir, bu halda inzibati məhkəmə icraatında qərarın ləğvi, icaatın təzələnməsi ilə bağlı ərizənin təmin edilib-edilməməsi məsələsi mülki məhkəmə üçün müqavilənin etibarlılığı ilə bağlı mübahisənin həllində müvafiq hüquqi nəticəyə gəlinməsini istisna edə bilməz. Əksinə, hazırkı halda mülki məhkəmədə T.İbrahimlinin iddiası üzrə istinad etdiyi mülki müqavilələr əsasında hüququnun müdafiəsinin baş tutmadığı və İddiaçı aid müqavilənin etibarsızlığının tanınmadığı halda inzibati məhkəmə icraatının əsassız olaraq təzələnməsi, yenidən iddiaya mahiyyəti üzrə baxılması, yeni yekun məhkəmə aktının qəbul edilməsi, hər bir halda qanuni qüvvəsini almış məhkəmə qərarı ilə bağlı baş vermiş hüquqi nəticələrin dəyişdirilməsi və s. kimi əlavə prosessual hərəkətlərin edilməsini əbəs yerə zəruri edəcəkdir. X2 apelyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir; İşin hallarından görünür ki, X2 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13 nömrəli binanın 1-ci mərtəbəsində 44.1 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ xx.xx.2006-cı il tarixində qeydiyyata alınmış, daha sonra "xxxx" MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli müqavilə əsasında mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki sahəsinə 20% əlavə etməklə, ümumi sahəsi 69 kv.m olan qeyri-yaşayış sahəsi və qeyri-yaşayış sahəsi təhvil verilənədək aylıq 500 manat kirayə haqqını almaq əvəzində MMC-yə təhvil vermişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında X2 ərizəsinə münasibətdə qeyd etmişdir ki, ərizəçi M.Camalzadənin istinad etdiyi hüquqmüəyyənedici sənəd onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədir. Müqavilə ilə MMC 18-24 ay müddətində tikinti işlərini başa çatdıraraq 69 kv.m olan qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi öhdəsinə götürmüş olsa da, lakin həmin müqavilə şərtlərinin müqavilə tərəfi olan MMC tərəfindən pozulub-pozulmaması halı mülki hüquq müstəvisində hüquqi qiymət verilərək öz həllini tapmamışdır. Ərizəçinin hazırkı iş üzrə üçüncü şəxs qismində qoşulma barədə ərizəsinin əsasında MMC-nin müqavilə ilə ona vermiş olduğu və bilavasitə özünə məxsus olmayan əmlakı digər şəxsə - İddiaçı satması kimi MMC-nin qanunsuz hərəkətləri ilə bağlı dəlilləri çıxış edir ki, həmin dəlillərə hüquqi qiymət verilməsi inzibati məhkəmə icraatında deyil, mülki məhkəmə icraatında mübahisələndirilə və qiymət verilə biləcək hallardır. Başqa sözlə, ərizəçinin "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə MMC-nin öhdəliyini icra etməməsi, müqavilə tələblərini pozması, əmlakın müqavilə ilə nəzərdə tutulmuş müddətdə ona təhvil verilməməsi kimi dəlilləri həmin MMCyə qarşı mülki məhkəmə icraatında mübahisələndirilmədiyi, MMC-nin əmlakı ərizəçiyə təhvil verməli olduğu halda müqavilə öhdəliyini pozması və ərizəçinin müqavilədən irəli gələn tələb hüququnun mövcudluğu məhkəmə qaydasında öz təsdiqini tapmadığı səbəbindən ərizəçinin istinad etdiyi dəlillər hazırkı inzibati məhkəmə qərarının ləğvi və icraatın təzələnərək işə onun iştirakı ilə baxılmasına bilavasitə hüquqi əsas vermir. Ərizəçinin MMC-yə, İddiaçı qarşı müqavilənin etibarsızlığı ilə bağlı Nizami rayon məhkəməsində iddia qaldırması hazırkı halda M.Camalzadənin qərarın ləğv edilərək inzibati məhkəmə icraatına üçüncü şəxs qismində qoşulmasını zəruri etmir. Yuxarıda da qeyd edildiyi kimi, mülki müstəvidə yekun həllini tapmamış mübahisə inzibati məhkəmə icraatı üçün preyudisial deyildir və mülki qaydada öz təsdiqini tapmamış hüquq icra edilmiş məhkəmə qərarının ləğvinə və ondan irəli gələn əlavə prosessual hərəkətlərin icrasına əsas verə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X29 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadının 53-cü bəndində əsasən İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 28.1-ci maddəsinə əsasən üçüncü şəxsin məhkəmə icraatına cəlb edilməklə qərarın ləğvi üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, yəni zəruri cəlbetmə zamanı yolverilən hesab edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi ərizələri təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizələrin təmin edilməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçilər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2903/2019 nömrəli, 10 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar