Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-31/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-31/2023 (Açar sözlər: “çıxarışın və plan-ölçünün verilməsi”) Bakı şəhəri 14 noyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X5 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-215/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1949-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-ci il tarixli, **********68 nömrəli məktubuna əsasən, bağ sahəsinin nömrəsi sxematik xəritəyə uyğunsuzluq təşkil edir, belə ki, göstərilən ərazi 1194 və 1195a saylı bağ sahələrinin yerinə düşür. Həmçinin 1194 saylı bağ sahəsinə digər fiziki şəxsin müraciəti daxil olmuşdur. Bundan əlavə, icarə müqaviləsində icarədarın atasının adı “Ağababa” kimi qeyd edilmişdir .
3. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X3 və istismar Biriliyi “Ləhiş ərazisindəki 5963 nömrəli bağın istifadəyə verilməsi haqqında” 23 iyun 2006-cı il tarixli, 36552 saylı müqaviləyə görə, bir tərəfdən Bakı şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən, gələcəkdə “Birlik” adlandırılacaq X3 və İstismarı birliyi, digər tərəfdən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 289 saylı protokolu əsasında hərəkət edən, gələcəkdə istifadəçi adlandırılacaq İddiaçı Ağababa qızı şəxsində bu müqavilə bağlanılır. Birlik Sabunçu rayonunun Ləhiş ərazisində 0,12 hektar torpaq sahəsi olan 5963 nömrəli bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla istifadəçiyə verilir və istifadəçi həmin bağı istifadəsinə götürür.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********19 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 5963 nömrəli və 1194 nömrəli bağ sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmçinin, Ləhiş qəsəbəsində yerləşən 1194 nömrəli bağ sahəsinə dair sənəd (müqavilə və ya order) idarənin arxivində aşkar edilməmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********40 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 12 oktyabr 2001-ci il tarixli, 654 nömrəli qərarına əsasən X2 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 1195a saylı bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur. Lakin bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmçinin, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1194 saylı bağ sahəsinin kimə ayrılmasına dair məlumat (sənəd) İdarənin arxivində aşkar olunmamışdır.
6. Məhkəmənin xx.xx.2021-ci il tarixli sorğusuna əsasən cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 5963 nömrəli torpaq sahəsinə dair arxiv qovluğunda olan sənədlərin: Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X3 və istismar Biriliyi ilə R.B. Qasımova arasında bağlanılmış “Ləhiş ərazisindəki 5963 nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixli, 35552 nömrəli müqaviləsinin, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X3 və istismar Biriliyinin İddiaçı, yaşadığı Bakı şəhəri, J.Cəfərov küçəsi.32/33 ünvanına, onun bağ növbəsinə qəbul edilməsi barədə ünvanladığı 25 iyun 2001-ci il tarixli bildirişməktubunun, Keşlə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən R.A. Qasımovanın adına verilmiş Forma 2 arayışının, sxematik xəritənin 5963 saylı bağ sahəsinə aid hissəsinin surətləri məhkəməyə təqdim edilmişdir
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyul 2023-cü il tarixli 10/2664 saylı ekspert rəyi ilə müəyyən edilmişdir: Qərardadın 1-ci sualı üzrə: İddiaçı tərəfindən naturada 5963 saylı bağ sahəsi kimi göstərilən torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına, eyni ilə bağların bölgüsünə dair sxematik cəritəsindəki nömrə ardıcıllığına əsasən 1194 və 1195a saylı bağların yerinə uyğun əlməklə eyni ərazidə yerləşərək üst-üstə düşür. Qərardadın 2-ci sualı üzrə: Vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən naturada 5963 saylı bağ kimi göstərilən torpaq sahəsi X1 adına reyestr nömrəsi **********24) 1194a saylı bağ kimi qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşür. Qərardadın 3-cü sualı üzrə: İddiaçı tərəfindən naturada 5963 saylı bağ sahəsi kimi göstərilən torpaq sahəsi Dağların bölgüsünə dair sxematik xəritəsindəki nömrə ardıcıllığına əsasən 1194 və 1195a saylı bağ sahələri ilə üst-üstə düşür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraatİddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 5963 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona X3 və İstismarı Birliyinin 5963 saylı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı cavabdeh orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, onalar hərəkətsizlik göstərərək tələbə hər hansı münasibət bildirməmişdir. Cavabdeh orqanın hərəkətsizliyi qanunsuz və əsassızdır. İddiaçı tərəfindən qanunvericilikdə tələb olunan hüquqmüəyyənedici sənədlər cavabdeh inzibati orqana təqdim edilmişdir. O, göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-215/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını təsdiq edən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun.qərara alınmışdır.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Departamenti X3 və istismar Biriliyi tərəfindən 23 iyun 2006-cı il tarixli, 36552 saylı müqavilə əsasında, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən, 0,12 ha torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0,12 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
12. Birinci instansiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci, 152.1-ci, 157.4-cü maddəsinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-215/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia olunan bağ sahəsinin nömrəsi sxematik xəritəyə uyğunsuzluq təşkil edir, belə ki, göstərilən ərazi 1194 və 1195a saylı bağ sahələrinin yerinə düşür. Həmçinin 1194 saylı bağ sahəsinə digər fiziki şəxsin müraciəti daxil olmuşdur. Bundan əlavə, icarə müqaviləsində icarədarın atasının adı “Ağababa” kimi qeyd edilmişdir.Vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsi X1 adına reyestr nömrəsi **********24) 1194a saylı bağ kimi qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşür.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır
e) Prosses iştirakçılarının izahatları
16. Məhkəmə Kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi N.Rzazadə apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
17. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
23. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə əsaslıdır və təmin olunmalıdır.
24. Belə ki, məhkəmə Kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş faktiki hallarına görə, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Departamenti X3 və istismar Biriliyi tərəfindən 23 iyun 2006-cı il tarixli, 36552 saylı müqavilə əsasında, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən, 0,12 ha torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0,12 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
25. Cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtinasının və apellyasiya şikayətinin dəlilləri isə ondan ibarətdir ki, iddia olunan bağ sahəsinin nömrəsi sxematik xəritəyə uyğunsuzluq təşkil edir, belə ki, göstərilən ərazi 1194 və 1195a saylı bağ sahələrinin yerinə düşür. Həmçinin 1194 saylı bağ sahəsinə digər fiziki şəxsin müraciəti daxil olmuşdur. Bundan əlavə, icarə müqaviləsində icarədarın atasının adı “Ağababa” kimi qeyd edilmişdir.Vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsi X1 adına reyestr nömrəsi **********24) 1194a saylı bağ kimi qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşür.
26. Cavabdehin apellyasiya şikayətinin dəlilləri baxımından apellyasiya baxışı zamanı iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmuşdur.
27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyul 2023-cü il tarixli 10/2664 saylı ekspert rəyi ilə müəyyən edilmişdir: Qərardadın 1-ci sualı üzrə: İddiaçı tərəfindən naturada 5963 saylı bağ sahəsi kimi göstərilən torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına, eyni ilə bağların bölgüsünə dair sxematik cəritəsindəki nömrə ardıcıllığına əsasən 1194 və 1195a saylı bağların yerinə uyğun əlməklə eyni ərazidə yerləşərək üst-üstə düşür. Qərardadın 2-ci sualı üzrə: Vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən naturada 5963 saylı bağ kimi göstərilən torpaq sahəsi X1 adına reyestr nömrəsi **********24) 1194a saylı bağ kimi qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşür. Qərardadın 3-cü sualı üzrə: İddiaçı tərəfindən naturada 5963 saylı bağ sahəsi kimi göstərilən torpaq sahəsi Dağların bölgüsünə dair sxematik xəritəsindəki nömrə ardıcıllığına əsasən 1194 və 1195a saylı bağ sahələri ilə üst-üstə düşür.
28. Beləliklə, müəyyən olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən naturada 5963 saylı bağ kimi göstərilən torpaq sahəsi X1 adına (i / v- 156, Çıxarış xx.xx.2012-ci il tarixli, reyestr nömrəsi **********24) 1194a saylı bağ kimi qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşür.
29. İddiaçı isə hazırkı iddiasında1194a saylı bağ kimi qeydiyyatdan keçmiş torpaq sahəsi ilə bağlı X1 adına (i / v- 156, Çıxarış xx.xx.2012-ci il tarixli, reyestr nömrəsi **********24) aparılmış qeydiyyatı mübahisələndirməmiş, nə də ki, həmin qeydiyyat hər hansı əsasla ləğv edilməmişdir.
30. "xxxx" ASC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın xx.xx.2017-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 5ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.
31. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır
32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir.
33. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən işin yuxarıda qeyd edilən faktiki hallarını araşdırmamış, bununla da iş üzrə düzgün nəticəyə gəlməyərək maddi və prosessual hüququn pozulması ilə mübahisələndirilən qərarı qəbul etmişdir.
34. Məhkəmə Kollegiyası şikayətin digər dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmağa ona görə lüzum görmür ki, həmin dəlillər üzrə hüquqi qiymətləndirmə iddiaçının xeyrinə vəziyyəti dəyişmir.
35. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-215/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-215/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.