Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-31/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı "yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1483/2023 saylı 20 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4, mənzil 77 İddiaçı mülkiyyətindədir. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 47-də yerləşən 77-ci mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi və pəncərə oyuğunun qapı ilə əvəz olunması barədə ərizə ilə cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əsasən təqdim edilmiş layihə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21-ci maddəsinin 21.2.2, 21.2.3, 21.2.4-cü bəndlərinə əsasən tələb olunan sənədlər və razılaşdırılmış layihə rayon icra hakimiyyətinə təqdim edildikdən sonra qaldırılmış məsələyə qanunvericiliklə nəzərdə tutulmuş müvafiq qaydada baxılacağı bildirilmişdir. Bu imtinadan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı ona məxsus ünvan 3 ünvanında yerləşən 77 nömrəli mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən 77 nömrəli mənzil iddiaçının mülkiyyətindədir. Həmin mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi barədə iddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət etsə də, cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə ərizəni təmin etməkdən imtina etmişdir. İddiaçı həmin imtinanı əsassız hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1483/2023 saylı 20 iyul 2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı ona məxsus ünvan 3 ünvanında yerləşən 77 nömrəli mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 47-də yerləşən 77-ci mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi və pəncərə oyuğunun qapı ilə əvəz olunması barədə iddiaçının müraciətinə cavabdeh tərəfindən baxılmış və təqdim edilmiş layihə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21-ci maddəsinin 21.2.2, 21.2.3, 21.2.4-cü bəndlərinə əsasən tələb olunan sənədlər və razılaşdırılmış layihə rayon icra hakimiyyətinə təqdim edildikdən sonra qaldırılmış məsələyə qanunvericiliklə nəzərdə tutulmuş müvafiq qaydada baxılacağı iddiaçıya bildirilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubundan da göründüyü kimi, iddiaçı məhkəmənin qeyd etdiyi zəruri sənədləri cavabdehə təqdim etmişdir. Cavabdehin iddiaçının ərizəsini təmin etməməkdə mövqeyi sənədlərin təqdim edilməməsi deyil, həmin səlahiyyətlərin ona məxsus olmamasını qeyd etməklə vəzifəsini yerinə yetirməməkdir. Məktubun mətnindən də bu açıq-aydın görünməsinə, eyni zamanda iş materiallarına əlavə edilmiş Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin cavab məktubundan da göründüyü kimi, iddiaçının tələbi birbaşa cavabdehin etməli olduğu hərəkətdir. Lakin məhkəmə işi düzgün, ədalətli araşdırmamış və əsassız olaraq tələb olunan sənədlərin təqdim edilməməsi əsası ilə iddianı rədd etmişdir. Qanunvericiliyin tələbinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və уa başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qalınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir, çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin, qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Göründüyü kimi, iş materiallarında qeyd edilən heç bir hal mövcud olmadığı halda məhkəmə iddianı əsassız rədd etmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində göstərilən dəlillər Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1483/2023 saylı, 20 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsinə əsas vermir. Belə ki, İddiaçı yaşadığı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2- ci maddəsində nəzərdə tutulan sənədləri, habelə mənzildə yenidən planlaşdırma və ya yenidən qurma işləri aparılıbsa, həmin işlərin aparılmasına icazə verən sənədləri və tikinti norma və qaydalarına uyğun aparılıb-aparılmaması (dayanaqlığı və möhkəmliyi) barədə müvafiq qurumun rəyini nə cavabdehə, nə də ki, Bakı İnzibati Məhkəməsinə təqdim etməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurutması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina üçün əsasdır. Bakı İnzibati Məhkəməsində işə baxılarkən qeyd edilən hallar nəzərə alınmış və İddiaçı iddiası təmin edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-1483/2023 saylı qərarından İddiaçı verdiyi apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və məhkəmənin qərarı qüvvəsində saxlanmalıdır. Tərəflərin izahatları: 05 mart 2025-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasına etirazı olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bununla yanaşı iddiaçının vəkili məhkəmə kollegiyasına İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsini təqdim etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmiş və iddia tələbi “İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 77 nömrəli mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi vəzifəsinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin imtina məktubu xx.xx.2022-ci il tarixlidir, iş materiallarından iddiaçının həmin məktubu nə vaxt alması müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir ki, bununla da inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən müəyyən edilmiş müddət çərçivəsində iddia qaldırdığı üçün iddiası mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı tələbi “ona məxsus ünvan 3 ünvanında yerləşən 77 nömrəli mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla) yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. ... 21.3-cü maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4-cü maddəsinə əsasən sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.6-cı maddəsinə əsasən keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7-ci maddəsinə əsasən əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 22.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. 22.2-ci maddəsinə əsasən sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. 22.3-cü maddəsinə əsasən sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının: 4.1-ci bəndinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. 4.3-cü bəndinə əsasən memarlıq-tikinti xidmətinin müvafiq rəyi nəzərə alınmaqla, obyektdə dəyişikliklərin edilməsi yerli icra hakimiyyəti ilə razılaşdırılır. Hazırki işdə cavabdeh inzibati orqanın iddiaçının tələbindən imtina etməsinin əsas dəlilləri “təqdim edilmiş layihənin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21-ci maddəsinin 21.2.2, 21.2.3, 21.2.4-cü bəndlərinə əsasən tələb olunan sənədlər və razılaşdırılmış layihə rayon icra hakimiyyətinə təqdim edildikdən sonra qaldırılmış məsələyə qanunvericiliklə nəzərdə tutulmuş müvafiq qaydada baxılacağı, habelə mənzildə yenidən planlaşdırma və ya yenidən qurma işləri aparılıbsa, həmin işlərin aparılmasına icazə verən sənədləri və tikinti norma və qaydalarına uyğun aparılıb-aparılmaması (dayanaqlığı və möhkəmliyi) barədə müvafiq qurumun rəyinin təqdim edilməməsi” ilə bağlıdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarından görünür ki, qanunverici yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə aşağıdakı hallarda yol verilməməsini nəzərdə tutmuşdur: - yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, - keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, - yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, - habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla). Bununla yanaşı qanunverici çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə aşağıdakı hallarda yol verilməsini nəzərdə tutmuşdur: - belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin, - digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyriyaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadıqda. İş üzrə birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ünvan 4-də yerləşən 77 №li mənzil 320025 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsində, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində, özəlləşdirilmə ilə bağlı sənədlərdə - sərəncamlarda, ərizədə, orderdə, arayışlarda mənzil qismində göstərilmişdir. İşin apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli ünvan 4, mənzil 77-yə dair Texniki Pasportundan görünür ki, mənzil 1 otaqdan ibarət olmaqla ümumi sahəsi 29.2 kv.m -yaşayış sahəsi isə 16.1 kv.m-dir. Həmçinin məhkəməyə mənzilin eskiz layihəsi də təqdim olunmuşdur. 4 mart 2025 -ci il tarixli 3-21-3-30/2-8882/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, 3 ünvan 4 ünvanında yerləşən binada qeyri-yaşayış sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İşin apellyasiya baxışı zamanı qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunan ünvan 3 ünvanında yerləşən 77 nömrəli mənzilin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin tikinti norma və qaydalarına uyğunluğu, qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunan sahəyə gediş-gəlişin yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkünlüyü, qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunan sahənin mənzilin tərkib hissəsi kimi qalması və ya həmin sahənin mülkiyyətçi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə olunması araşdırılmış və bunun üçün 2- 1(103)-482/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2024-cü il tarixli, 10/5756 ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən 77 saylı mənzilə dair yenidən planlaşdırılması layihəsi müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmadığından “Qaydaların» 4.1. və 4.2. bəndlərinə uyğun tərtib olunmadığını nəzərə alaraq yenidən planlaşdırılması layihəsinin tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilir. Qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunan sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəliş təmin edən sahələrdən istifadə etmədən mümkün olub-olmamasının müəyyən edilməsi məsələsi xüsusi bilik tələb etmədiyindən sualda göstərilən məsələ üzrə tədqiqat aparılmamışdır. Qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunan sahənin faktiki olaraq mənzilin tərkib hissəsi kimi qaldığı və həmin sahənin mülkiyyətçi və ya başqa şəxs tərəfindən mənzil kimi istifadə olunduğu müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən Kollegiyaya təqdim edilən "xxxx" MMC-nin 07-33/25 nömrəli 12 fevral 2025-ci il tarixli Rəyininin nəticə hissəsində qeyd olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən 77 nömrəli mənzilin binanın birinci mərtəbəsində yerləşdiyi, binanın divarlarının daşdan inşa olunduğu, yəni pəncərə boşluğundan giriş-çıxış qapısı açıldıqda binanın dayanıqlığına hər-hansı bir təsir göstərmədiyi, mənzilin bir mülkiyyətçisi olduğu, nəzərdə tutulan hissədən qapı açıldıqda digər mənzillərin və küçədən keçən piyadaların gediş-gəlişini təmin edən sahələrdən istifadə etməsinə maneçilik törətmədiyi və mənzil bir yaşayış otağından ibarət olduğundan qeyri- yaşayış sahəsinə keçirilməsi tələb olunan sahənin mənzilin tərkib hissəsi kimi qalmadığı və sözügedən mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsini qüvvədə olan Mənzil Məcəlləsinin 20-ci maddəsinin 20.2-ci və 20.3-cü bəndlərin tələblərinə uyğun olduğu nəzərə alınaraq, həmin mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi qanunvericilik baxımdan və texniki qaydaların tələblərinə uyğun olaraq mümkün hesab edilmişdir. Beləliklə, aparılan məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçının qeyriyaşayış sahəsinə keçirilməsini tələb etdiyi ünvan 3 ünvanında yerləşən 77 nömrəli mənzil hazırda onun mülkiyyətindədir və çoxmənzilli binanın birinci mərtəbəsində yerləşir. Qeyriyaşayış sahəsinə keçirilməsi tələb olunan sahə faktiki olaraq mənzilin tərkib hissəsi kimi qalmamış, digər mənzillərin və küçədən keçən piyadaların gediş-gəlişini təmin edən sahələrdən istifadə edilməsinə maneçilik törətmir və mənzil digər şəxslərin hüquqları ilə yüklü edilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəllləsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə, qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya bu Məcəllə ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; sahənin keçirilməsi şərtlərinə əməl edilmədikdə; yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda yol verilir. Hazırki mübahisə ilə bağlı araşdırma zamanı qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunan mübahisəli mənzilin çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində yerləşməsi, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş sənədlərin cavabdeh inzibati orqana təqdim edilməsi müəyyən olunur. Nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 21.3-cü maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan halların mövcudluğunu təkzib edən hər hansı bir dəlil cavabdeh inzibati orqan tərəfindən irəli sürülməmişdir. Bununla yanaşı məhkəmə araşdırmaları zamanı məlum olmuşdu ki, iddiaçıya məxsus mənzilin yerləşdiyi binada digər birinci mərtəbədə yerləşən mənzillər artıq qeyri-yaşayış sahələrinə keçirilmiş və qeyri-yaşayış sahəsi kimi fəaliyyət də göstərirlər. Sadəcə həmin mülkiyyətçilərin mülkiyyətində olan mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmamışdır. Belə olan halda məhz iddiaçının mənzilinə münasibətdə iddiaçının iddiasının təmin edilməməsi ilə bağlı cavabdeh qurumun gəldiyi nəticə inzibati icraat haqqında qanunvericiliyin tələblərinə ziddir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi bu qərarın əsaslandırıcı hissəsində qeyd olunduğu kimi sərgilənmişdir (2- 1(102)-2025/2024 saylı xx.xx.2024-cü il tarixli qərar). Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlər iddiaçı tərəfindən cavabdeh təqdim edildiyindən, mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün Mənzil Məcəlləsinin nəzərdə tutulan şərtlər ödənildiyindən, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtina etməsi əsassız olmuşdur. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə qəbul olunduğu üçün qərar ləğv edilməli və iddianın iddiaçının apellyasiya baxışı zamanı təqdim etdiyi “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəyə uyğun şəkildə təmin olunması barədə yeni qərar qəbul edilməli, bununla da iddiaçının apelyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1483/2023 saylı 20 iyul 2023-cü il tarixli qərarı ləğv edilməli və iddia “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəyə uyğun şəkildə təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1483/2023 saylı 20 iyul 2023-cü il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia iddiaçının apellyasiya baxışı zamanı təqdim etdiyi “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəyə uyğun şəkildə təmin edilsin. İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 77 nömrəli mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi vəzifəsi Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X5 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-31/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-31/2025
05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver