Məhkəmə qərarları › İş №2-1(103)-3102/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3102/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3102/2025 29.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1695/2025 nömrəli iş üzrə 15 aprel 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********4027 nömrəli qərarının ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəmiyyətə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********4027 nömrəli qərara əsasən Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinin tələblərini (nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı) pozduğuna görə 28532.30 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hesab edirlər ki, cavabdehn qərarı qanunsuz və əssassız olduğundan ləğv edilməlidir. İlk öncə qeyd edirlər ki, nəticəsi mübahisələndirilən X2 tədbiri qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********3070 nömrəli qərarı ilə iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə X2nin həyata keçirilməsi qərara alınışdır. Qeyd olunan qərarda tədbirin həyata keçirilməsi əsası kimi sadəcə olaraq Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50ci maddələrinə istinad edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.2-ci maddəsində X2nin həyata kecirilməsi üçün əsasların dəqiq və qapalı siyahısı təsbit edilmişdir. İstinad olunan normaya görə yalnız həmin əsaslardan ( vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda) hər hansı birinin mövcud olduğu təqdirdə X2 həyata keçirilə bilər. Hazırki iş üzrə cavabdehin “X2nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********3070 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Qeyd edilməlidir ki, X2nin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, X2nin həyata keçirilməsi əsaslarının qanunvericilikdə dəqiq və həm də, qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və bu vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamaların keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də, nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Qeyd edildiyi kimi, hazırki iş üzrə cavabdehin “X2nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********3070 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən X2nin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırlmamışdır. Bu hal, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Bundan əlavə, Vergi Məcəlləsinə əsasən X2 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə- material ehtiyatlarının saxlanılması ilə bağlı lan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərdə) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istiafdə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçrilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.11-ci maddəsinə əsasən nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi üçün operativ nəzarət tədbiridir. Göründüyü kimi, X2 Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsinin yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Hazırki mübahisəyə münasibətdə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, xx.xx.2023- cü ildək olan dövr üzrə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı X2ni faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Təsadüfi deyildir ki, yoxlamanın qeydə alınması barədə reyestrdən çıxarışda da, yoxlama dövrü olaraq “cari” qeyd edilmişdir. Bundan başqa, vergi orqanı əvvəlki tarixdə - xx.xx.2023-cü il tarixli, **********5728 nömrəli qərar ilə Cəmiyyətdə X2 həyata keçirmiş və 2023-cü ilin müxtəlif aylarında baş vermiş satışları əsas götürərək Cəmiyyətə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********5653 nömrəli Qərara əsasən Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinin tələblərini (nağdsız heablaşmaların həyata keçirilməsi ilə bağlı tələbləri) pozduğunda görə 10.195,80 manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, hazırki mübahisələndirilən qərar ilə əhatə olunan dövr əvvəlki X2 tədbiri zamanı da, əhatə olunmuşdur. Başqa sözlə deyilsə, vergi orqanı eyni dövr təkrar olaraq yoxlamış və eyni dövrlə bağlı iki inzibati akt qəbul etmişdir. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən vergi orqanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu baxımdan hesab edirlər ki, cavabdeh mübahisələndirilən qərarı ləğv edilməlidir.

3. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, araşdırma zamanı hüquqi şəxs İddiaçı MMC xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “Məişət elektrik malların pərakəndə satışı” olduğu, ünvan 3 ünvanda yerləşən 450 kv.m sahəsi olan “Anbar” kimi xx.xx.2023-cü il tarixdə vergi orqanında təsərrüfat subyekti kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “X2nin keçirilməsi haqqında” xx.xx.2024- cü il tarixli, **********3070 nömrli qərarı əsasında xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin təsərrüfat obyekti kimi uçotda olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocahəsən yolu 126 ünvandan yerləşən anbarda keçirilmiş X2 tədbiri zamanı nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl edilməsinə riayət olunmaması faktı aşkar edilmişdir. Belə ki, İddiaçı MMC tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Qanunla müəyyən olunmuş tələblərinə əməl edilməsinə nəzarət edilməsi yoxlanılarkən 4000 (dörd min) manatdan yuxarı (bir əməliyyat çərçivəsində) cəmi 505323 manat vəsaitin NKA-ya nağd qaydada mədaxil edildiyi müəyəyn edilmişdir. “Opertiv vergi nəzarəti nəticəsinə dair” xx.xx.2024-cü il tarixli, 00692 nömrəli Akt tərtib edilmişdir. Vergi ödəyicisi tərtib edilən aktla tanış olaraq, 1 (bir) nüsxəsini qəbul etmiş, lakin aktı imzalamaqdan imtina etmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********4027 nömrəli Qərarla İddiaçı MMC-yə qanun pozulmaqla aparılan əməliyyatların ümumi məbləğinin yəni, 285323 manat təqvim ili ərzində belə hal 1-ci dəfə yol verildiyindən 10 faiz miqdarında 28532,3 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə xx.xx.2024-cü il tarixli **********199000 nömrəli məktubla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuya göndərilmiş sənəd xx.xx.2024-cü il tarixdə, saat 11:34:37-də oxunmuşdur. Vahid məhkəmə təcrübəsi ilə artıq təsdiq edilmişdir ki, yoxlamanın başlanması barədə qərarlar inzibati akt deyildir. Beləliklə, həmin qərarlar inzibati akt olmadığından hazırki iş üzrə iddiaçının iddia ərizəsini əsaslandırma üçün X2nin başlanmasına dair qərarın əsaslandırılmasına istinad etməsi əsassızdır. Əlavə olaraq bildirilmişdir ki, “X2nin keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********3070 nömrəli qərarında qeyd olunmuş xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü ilədək müddət OVN tədbirinin vergi orqanının əməkdaşları tərəfindən həyata keçirilməsi üçün nəzərdə tutulmuş müddətdir. OVN tədbiri zamanı vergi orqanı tərəfindən hər hansı prosessual pozuntuya yol verilməmişdir. “X2nin həyata keçirilməsi haqqında” xx.xx.2023cü il tarixli, **********5728 nömrəli qərar əsasında vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) aparılmış OVN tədbiri nəticəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 000348 nömrəli aktda vergi ödəyicisi tərəfindən qanun pozulmaqla aparılan əməliyyatların dəyəri 101958,00 manat olmuş və vergi ödəyicisinə 10195,8 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hansı ki, həmin OVN tədbiri zamanı iş materiallarına əlavə olunmuş sənədlərdən də, göründüyü kimi, vergi ödəyicisinin xx.xx.2023-xx.xx.2023- cü il tarix aralığında olan kassa məddaxilinə baxılmış və vergi ödəyicisinə pozuntu halına görə maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırda mübahisələndirilən qərar üzrə isə bildirirlər ki, OVN tədbiri zamanı iş materiallarına əlavə olunmuş sənədlərdən də, göründüyü kimi, vergi ödəyicisinin xx.xx.2023-xx.xx.2023-cü il tarix aralığında olan əməliyyatları yoxlanılmış və həmin tarix aralığındakı nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunuş tələblərə əməl edilməməsi faktı müəyyən olunaraq vergi ödəyicisin müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıa qeyd olunanlardan göründüyü kii, vergi ödəyicisinin eyni dövrün vergi orqanı tərəfindən təkrar yoxlanması barədə irəli sürdüyü iddia da, tamamilə əsassızdır. Yekun olaraq, xüsusi ilə vurğulamaq istəyirlər ki, vergi ödəyicisinin iddia ərizəsində qeyd etdiyi əsaslardan da, göründüyü kimi, maliyyə sanksiyasının təbtiq edildiyi hüquqpozmanın baş verməsi halı işin mübahisələndirilməyən halıdır. İddiaçı sadəcə ümumi ifadələrlə, formal məsələlər toxunaraq, iddia ərizəsini əsaslandırmağa çalışmışdır. Göründüyü kimi, vergi orqanı tərəfindən X2 tədbiri tamamilə Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilmişdir.

II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1695/2025 nömrəli iş üzrə 15 aprel 2025-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********4027 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.

5. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, “Göründüyü kimi, operativ verggi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Hazırkı mübahisəyə münasibətdə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü ilədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, xx.xx.2023-cü ilədək olan dövr üzrə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı X2nin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir.”

6. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

III.Apellyasiya şikayətinin dəlilləri:

7. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir.

IV. Tərəflərin izahatları:

8. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

9. İddiaçı məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Əsaslandırıcı hissə

V. Tətbiq olunan hüquq

10. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarətkassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektronqaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 50.1. X2 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda 50.3. X2 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X2 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X2nin müddəti və X2ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. X2 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X2ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7-1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: ... 58.7-1.9. həmin Qanunun 3.4.10-cu, 3.4.11-ci, 3.4.15-ci və 3.4.16-cı maddələrinin tələblərini pozmaqla, ödənişi nağd qaydada qəbul edən şəxsə; “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun: 3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizindən, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bu maddənin birinci cümləsində nəzərdə tutulan halda əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi otuz min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi əlli min manatdan çox olduqda isə təqvim ayı ərzində ümumi məbləği əlli min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. 3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: 3.4.11. pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər və bu Qanunun 3.4.15-ci maddəsində nəzərdə tutulan mallar istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) dörd min manatdan artıq olan ödənişlər

Vİ.Məhkəmənin mövqeyi

11. Hazırkı işin hallarından görünür ki, cavabdeh iddiaçıya məxsus təsərrüfat obyektində X2 həyata keçirmiş və iddiaçı tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Azərbayan Respublikası Qanununun 3.3-cü maddəsinin tələbi pozularaq bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişi nağd qaydada həyata keçirdiyini aşkar etmişdir. Bununla bağlı sübut kimi, cavabdeh tərəfindən çeklər barədə məlumatlar məhkəməyə təqdim edilmişdir. Bu işin mübahisəsiz halıdır.

12. İddiaçı hazırda X2 çərçivəsində aşkar edilmiş halı deyil, yoxlamanın başlanma əsasını və yoxlanılan dövrü mübahisələndirərək, nəticədə qəbul edilmiş qərarın qanunsuz olduğunu bildirir..

13. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır.

14. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü ilədək müddətini əhatə etdiyini, lakin nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, xx.xx.2023-cü ilədək olan dövr üzrə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablandığını, vergi orqanı tərəfindən X2nin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq edildiyini bildirmişdir.

15. Bununla əlaqədar qeyd edilməlidir ki, “X2nin keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********3070 nömrəli qərarında qeyd olunmuş xx.xx.2024-cü il tarixdən xx.xx.2024- cü ilədək müddət OVN tədbirinin vergi orqanının əməkdaşları tərəfindən həyata keçirilməsi üçün nəzərdə tutulmuş müddətdir .

16. Həmçinin Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

17. Göründüyü kimi Vergi Məcəlləsinin 58.13-cü maddəsində vergi ödəyicisi tərəfindən vergi hüquqpozmasının təqvim ili ərzində törədildiyi təqdirdə maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulduğundan maddənin dizpozisiya şərti özlüyündə həmin maliyyə sanksiyasının təqvim ilində baş verən pozuntulara tətbiq edilməli olduğu qənaətinə gəlməyə əsas verir.

18. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən X2 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və bu Məcəllənin 50.1.1-50.1.14-cü maddələrində sadalanan məsələləri əhatə edən vergi nəzarəti formasıdır.

19. Başqa sözlə, vergi nəzarətinin bu növü digər növlərindən fərqli olaraq sürətli və çevik şəkildə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində sadalanan məsələlərə riayət olunub-olunmamasını yoxlamaq imkanı verir.

20. Vergi Məcəlləsinin 50.2-ci maddəsində X2nin keçirilmə əsasları, 50.3-cü maddəsində nəzarət tədbirinin keçirilməsi barədə qəbul edilmiş qərarın məzmununda qeyd edilməli olan məsələlər, 50.4-50.6-cı maddələrində isə nəzarət tədbirinin keçirilməsi qaydaları ilə bağlı normalar öz əksini tapmışdır. Sadalanan maddələrlə əksini tapmış normalarda X2nin həyata keçirilməsi zamanı nəzarət olunan əməliyyatlar və hallar xüsusi olaraq hər hansı bir müddətlə məhdudlaşdırılmamışdır. X2nin keçirilməsi üçün əsasları müəyyən edən Vergi Məcəlləsinin 50.2-ci maddəsi bir daha buna dəlalət edir.

21. Belə ki, vergi orqanı vergi ödəyicisi tərəfindən qanunvericiliyin pozulması barədə kifayət qədər əsaslar aşkar etdikdə X2 həyata keçirərək həmin pozuntunun həqiqətən də baş veribvermədiyini müəyyən etmək üçün X2 keçirir. Yəni, hər bir halda X2nin məqsədi təkcə cari fəaliyyəti yoxlamaq yox, həmçinin artıq baş vermiş qanun pozuntusu faktını aşkar edərək şəxsi məsuliyyətə cəlb etməkdən ibarətdir.

22. Bu baxımdan nəzarət tədbirlərinin şamil olunduğu əməliyyatlar və hallarla bağlı yeganə müddət məhdudiyyəti Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyən olunmuşdur.

23. Belə ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.

24. Göründüyü kimi Vergi Məcəlləsinin 56.1-ci maddəsi ümumi norma kimi vergi qanunvericiliyi ilə bağlı bütün növ hüquqpozuntularına görə məsuliyyətə cəlb etmənin müddətini müəyyən etmişdir.

25. Belə olan halda vergi qanunvericiliyində X2 zamanı tədbir görülməsi üçün aşkar olunan hər hansı hüquqpozuntusuna dair tələb kimi həmin pozuntunun yoxlama keçirilən müddət ərzində baş verməsi tələb olunmur.

26. Eyni zamanda OVN-nin əhatə etdiyi məsələlərin siyahısına nəzər saldıqda bir daha aydın olur ki, nəzarətin bu forması yalnız cari fəaliyyətlə məhdudlaşmır.

27. Belə ki, VM-nin 50.1.11-ci maddəsinə müvafiq olaraq OVN-nin əhatə etdiyi məsələlərdən biri kimi nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi çıxış edir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

28. Başqa sözlə, konkret şəxslərə münasibətdə bir təqvim ayı ərzində nağd hesablaşmaların aparılması üçün yuxarı hədd müəyyən edilmişdir. Bu qaydaya əməl edilib-edilməməsi vəziyyətinə X2 həyata keçirmək üçün hər bir halda bir təqvim ayı ərzində baş vermiş əməliyyatlar əhatə olunmalıdır.

29. Göründüyü kimi qanunvericilik birbaşa olaraq OVN vasitəsilə keçmiş zaman kəsiyində baş vermiş əməliyyatların təftiş edilməsinə imkan verir. Eyni nümunələri VM-nin 50.1.9-cu, 50.1.13-cü və digər maddələrinin timsalında davam etdirmək mümkündür.

30. Əlavə olaraq qeyd edilməlidir ki, yoxlamanın başlanması barədə qərarlar inzibati akt deyildir. Beləliklə, həmin qərarlar inzibati akt olmadığından hazırkı iş üzrə birinci instansiya məhkəməsinin də X2nin başlanmasına dair qərarın əsaslandırılmamasına istinad etməsi əsassızdır.

31. İnzibati akt olmayan qərarın əsaslandırılması ilə bağlı məhkəmənin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun “İnzibati aktın əsaslandırılması” adlı 61-ci maddəsinə istinad etməsi özlüyündə yanlış əsaslandırmadır.

32. Eləcə də məhkəmə istinad etdiyi 50.3-cü maddənin birinci cümləsinə istinad etmişdir. Halbuki həmin maddənin davamında X2nin başlanılmasına barədə qərarda əks olunmalı məlumatların konkret dairəsi müəyyən edilmişdir.

33. Belə ki, 50.3-cü maddənin ikinci cümləsində qeyd olunur ki, həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X2 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X2nin müddəti və X2ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir.

34. Vergi orqanının xx.xx.2025-ci il tarixli **********3070 nömrəli qərarında 50.3-cü maddədə göstərilən bütün məlumatlar öz əksini tapmışdır və həmin qərar iş materiallarına əlavə edilmişdir.

35. Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə etməlidir.

36. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1695/2025 nömrəli iş üzrə 15 aprel 2025-ci il tarixli qərarı ləğv edilməli, iddia rədd edilməlidir.

Nəticə hissəsi

38. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1695/2025 nömrəli iş üzrə 15 aprel 2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********4027 nömrəli qərarının ləğv edilməsi”nə dair iddia tələbi rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar