Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3103/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndələri X3 və Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2658/2024 saylı xx.xx.2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC məhkəməyə mübahisələndirmə haqqında idia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinnin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 27 dekabr 2023-cü il tarixli **********920800 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.32.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...“Mənfəət 2022” hesabat dövrü üzrə xx.xx.2023-cü il tarixli **********218600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə əlavə vergi məbləğləri hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərar və onlara təqdim edilmiş uyğunsuzluq məktubunda qeyd edilmişdir ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qiamə fakturalar üzrə 228005.8 manat tərəflərindən təqim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Cavabdehin uyğunsuzluq məktublarına tərəflərindən aşağıdakı kimi cavablar təqdim edilmişdir: Müəssisə 2022-ci il fəaliyyəti dövründə bir çox dövlət və özəl müəssisələrdən müqavilə, razılaşma protokolu, elektron qaimə əsasında xammal və hazır məhsullar almışdır. Məsələn, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə Grand Fax MMC (**********), xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə "xxxx" MMC (**********) və xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə "xxxx" MMC (**********) ilə əməliyyat aparılmışdır. Adı çəkilən vergi ödəyiciləri müvafiq oaraq xx.xx.2023-cü il tarixli **********061000 saylı, xx.xx.2023-cü il tarixli **********788400 saylı və xx.xx.2023-cü il tarixli **********217000 saylı qərarlarla riskli vergi ödəyiciləri hesab edilmişdir. Müəssisə göstərilən riskli vergi ödəyicisi hesab edilən vergi ödəyiciləri ilə əməliyyat aparan zaman onların heç bir riskli vergi ödəyiciləri siyahısında olmadığını müəyyənləşdirmişdir. Tərəflərindən ƏDV bəyannaməsi, mənfəət vergisi bəyannaməsi vaxtlı vaxtında verilmişdir. Bu günədək müəssisə ƏDV ödəyicisi olaraq fəaliyyəti dövründə dövlət büdcəsinə 85.000,0 AZN ətrafında vəsait köçürmüşdür. Heç bir ƏDV yayınması olmamışdır. Həmçinin, müəssisə tərəfindən mənfəət vergisi vaxtlı vaxtında ödənilmişdir. Lakin, xx.xx.2023-cü il tarixdə vergi orqanı tərəfindən müəssisənin külli miqdarda mənfəət vergisi üzrə borcu olması haqqında məktub daxil olmuş, qeyd edilmişdir ki, tərəflərindən 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsi 2023-cü ilin mart ayının sonunadək təqdim edilmiş, vergi bəyannaməsi vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində kameral vergi yoxlamasının keçirilməsi Vergi Məcəlləsinin 37-ci maddəsində qeyd edilmişdir. Vergi orqanı tərəfindən bu kimi hallar nəzərə alınmadan kameral vergi yoxlamasının keçirilməsindən uzun bir müddət ötməsinə baxmayaraq əsassız və qanunsuz olaraq kameral vergi yoxlaması həyata keçirilmiş və heç bir məntiqə sığmayan qərar qəbul edilmişdir. Bir daha qeyd edilir ki, tərəflərindən verilmiş şikayət ərizələrində müəssisənin göstərilən riskli vergi ödəyicisi hesab edilən vergi ödəyiciləri ilə əməliyyat aparan zaman onların heç bir riskli vergi ödəyiciləri siyahısında olmadığını müəyyənləşdirmişdir. ƏDV və mənfəət vergisi bəyannaməsi vaxtlı vaxtında verilməsinə baxmayaraq vergi orqanı tərəfindən bu kimi hallar nəzərə alınmamış, vergi orqanı məktublarına məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul etmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət etmiş, lakin müraciətləri cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş edərək, bu mövqeyini aşağıdakılarla əsaslandırmışdır: “...Aparılmış araşdırma zamanı 2022-ci il üzrə əmtəəsiz əməliyyatlar çərçivəsində 228005,8 manat dəyərində əldə edilmiş elektron-qaimə fakturaların mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alındığı, həmçinin, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.1-ci (Əmək haqqı və ona bərabər tutulan ödəmələr) sətrindəki 3324.00 manat məbləğ, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) təqvim ili üzrə (4 rübün cəmi) 902-ci (Gəlirlər, cəmi) sətirlərinin "Rüb üzrə cəmi" sütunlarındakı 1675.32 manat məbləğindən böyük olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********139500 nömrəli və xx.xx.2023-cü il tarixli **********708600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından 2022-ci il mənfəət vergisi bəyannaməsi üzrə 45930.9 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********218600 nömrəli “Vergilərin hesablanması barədə” Qərarlar göndərilmişdir....” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2658/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 27 dekabr 2023-cü il tarixli **********920800 nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh həmin qərarla razılaşmayaraq apellyasiya şikayəti verərək ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir (Şikayət İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkün sayılmışdır.) Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “…Məhkəmə mübahisənin düzgün həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Vergi Məcəlləsinin 37,83,və 77-ci maddələrinin tələbləri nəzərə alınmaqla, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********680500 nömrəli, 05 iyul 2023-cü il tarixli qərarla hesablanmış vergi Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri həmin qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından Bakı İnzibati Məhkəməsinin qərarı qanuni və əsaslı deyildir. Odur ki, qərar ləğv edilməli və iddia təmin edilməməlidir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat veərərk təmin olunmasını, iddiaçının nümayəndələri isə apellyasiya şikayətinə etirazlarını bildirərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayətinin təmin edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində verilən anlayışına görə riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uygun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Cavabdehin iş materiallarına əlavə edilmiş kameral yoxlamanın nəticələri üzrə qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 27 dekabr 2023-cü il tarixli **********920800 nömrəli qərarından görünür ki, həmin qərarla iddiaçıya əlaqəli mlumatlara əsasən 2022-ci ilin hesabat dövrü üzrə 45.080,44 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. İşin mübahisələndirilən hallarından göründüyü kimi, sözügedən qərarın qəbulu iddiaçının mübahisələndirilən dövrdə apardığı əməliyyatları ehtiva edən sənədlər (e-qaimələr və s.) cavabdeh vergi orqanı tərəfindən riskli vergi ödəyicisi hesab edilən vergi ödəyiciləri ilə aparıldığından, xərc sənədləri kimi qəbul olunmaması və həmin əməliyyatların əmtəəsiz əməliyyyatlar kimi qiymətləndirilməsindən irəli gəlmişdir. Belə ki, iş materialları üzrə riskli vergi ödəyiciləri pəncərəsinə daxil edilmiş e-qaimə fakturalar barədə məlumatlara əsasən iddiaçının "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC ilə apardığı əməliyyatlar üzrə müvafiq olaraq, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli e-qaimə fakturalar üzrə əməliyyatlar riskli əməliyyatlar hesab edilərək, "xxxx" MMC xx.xx.2022-ci il tarixli **********845400 nömrəli; "xxxx" MMC xx.xx.2023-cü il tarixli **********788400 nömrəli; "xxxx" MMC xx.xx.2023-cü il tarixli **********217000 nömrəli, "xxxx" MMC xx.xx.2023-cü il tarixli **********061000 nömrəli qərarla riskli vergi ödəyiciləri hesab edilmişlər. Halbuki, birincisi, iddiaçı tərəfindən həmin əməliyyatlar nəticəsində əldə etdiyi mallar üzrə gördüyü işlərə (xidmətlərə) dair tərəfdaşı ilə müqavilələr bağlanmış və e-qaimələr, təhviltəslim aktları təqdim olunmuş, hesabatlar verilmişdir. İkincisi, həmin əməliyyatlar aparılarkən, iddiaçı bilə bilməzdi ki, alqı-satqı əməliyyətlarını həyata keçirdiyi həmin qurumlar sonradan, riskli vergi ödəyiciləri hesab olunaraq riskli vergi ödəyiciləri siayıhısına daxil ediləcəklər. Başqa sözlə, iddiaçı həmin şəxslərlə 2022-ci ildə əməliyyatlar apararkən onlar riskli vergi ödəyiciləri olmamışlar. Beləliklə də iddiaçı tərəfindən vergi qanunvericiliyinin tələblərini pozan hüquqa zidd təqsirli hərəkətlərə yol verildiyi müəyyən olunmur, əksinə, vergi orqanının özü tərəfindən vergi qanunvericiliyin tələblərinin pozulduğu, o cümlədən, Vergi Məclləsinin 24.1.2-ci maddəsinin tələbinə müvafiq həm də vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borclu olduğu halda, üzərinə düşən bu öhdəliyini yerinə yetirmədiyi müəyyən olunur. Belə olan halda, iddiaçı tərəfindən mübahisəli əməliyatlara görə vergi qanunvericiliyinin tələblərinin pozulmasında təqsirli hesab oluna bilməz. Vergi Məcəlləsinin 54.0.1-ci maddəsinin tələbinə görə vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmamasına görə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsini istisna edir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin mübahisələndirilən qərarı ilə iddiaçının üzərinə 2022-cü ilin hesabat dövrü üçün mənfəət vergisi hesablanmasının qanunsuz olduğu sübuta yetirilir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, məhkəmə tərəfindən tam araşdırma aparılmadığını, qərarın əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığını mübahisələndirilən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2658/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (Eyni hallar üzrə Ali Məhkəmənin təcrübəsi üzrə iddianın təmin olunması ilə bağlı qanui qüvvəsini almış çoxsaylı məhkəmə qərarıları mövcuddur). Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2658/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3103/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3103/2024
28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver