Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3104/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Elmira Eyvaz qızı Nağıyeva və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9295/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9295/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı Seyfəddin qızı apellyasiya şikayəti vermişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən şikayət Bakı İnzibati Məhkəməsinə 12.11.2021-ci il tarixdə elektron qaydada daxil olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün məhkəmə iclası təyin etmiş və icraatın iştirakçılarının dinlənilmə hüququnun təmin edilməsi üçün iddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. İddiaçıya göndərilmiş məhkəmə bildirişində məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsini yerinə yetirərək iddiaçıya apellyasiya şikayəti verərkən hansı qərardan, hansı tələblə şikayət verilməsini müəyyən edilməsi məqsədilə əsaslandırılmış apellyasiya şikayətinin təqdim edilməsini təklif etmişdir. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin mümkün sayılmamasını, icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və həmin qərara dair apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9295/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı Seyfəddin qızı apellyasiya şikayəti vermişdir. İş materiallarına əlavə edilmiş apellyasiya şikayətində hansı qərardan şikayət verildiyi, şikayətin dəlillərinin nədən ibarət olduğu və hansı tələb irəli sürüldüyü göstərilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir ərizə və ya əsaslandırılmış apellyasiya şikayəti təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiyanın mümkünlüyü barədə kollegiya iclası keçirilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, apellyasiya şikayəti ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmiş, məhkəmə bildirişində məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsini yerinə yetirərək iddiaçıya apellyasiya şikayətinin əsaslandırılması ilə bağlı müvafiq sənəd və sübutları təqdim etməsini təklif etməsinə baxmayaraq iddiaçı məhkəməyə hər hansı bir sənəd və ya digər bir sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.2-87.4-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qanunla müəyyən olunmuş vaxtda verilmədiyi üçün apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də iddiaçının qərardaddan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-1(112)- 9295/2021 saylı qərardadından İddiaçı Seyfəddin qızı tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh., Yusif Səfərov küç. 14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3104/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3104/2021
13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver