Məhkəmə qərarları › İş №2-1(103)-3104/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3104/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3104/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7424/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları

1. DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən iddiaçıya ailə başçısını itirməyə görə təyin olunmuş sosial müavinət ödənişi (iş № 065366) adına aktiv əmək müqaviləsi aşkarlandığı üçün “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanununun 11-ci maddəsinin 11.1.2-ci bəndinə əsasən xx.xx.2016-cı il tarixindən dayandırılmışdır.

2. İddiaçının müraciətinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Arxiv və Sosial Ödəniş işlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktuba əsasən ona təyin olunmuş ailə başçısını itirməyə görə sosial müavinət üzrə xx.xx.2009-cu il tarixindən xx.xx.2016-cı il tarixinədək olan dövr üçün artıq ödənilmiş 3919,60 (üç min doqquz yüz on doqquz manat 60 qəpik) manat vəsait (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası qanununun 39.2 maddəsinə əsasən artıqalma aşkar edildikdə sosial müavinət alan şəxsdən 20% həcmində) 2018-ci ilin oktyabr ayından etibarən tutularaq Filialın hesabına bərpa edilir.Artıq alınmış məbləğdən xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1060,00 (min altmış) manat tutulmuş və qalıq borc 2859,60 (iki min səkkiz yüz əlli doqquz manat 60 qəpik) manat təşkil edir.

İİ. Tərəflərin əsaslandırması

İddiaçının əsaslandırması:

3. İddiaçı iddia ərizəsi ilə ailə başçısını itirməyə görə sosial müavinətdən tutulmuş 1060 manatın geri ödənilməsi vəzifəsinin cavabdeh DSMF-nin Maliyyə və mühasibatlıq üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdr.

4. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ailə başçısını itirməyə görə sosial müavinət alır. xx.xx.2018-ci il tarixdən başlayaraq sosial müavinətdən tutulmalar aparılmışdır. xx.xx.2022-ci il tarixədək 1060 manat tutulmuşdur. İddiaçı səbəbi ilə maraqlandıqda artıq ödənilmiş sosial müavinətə görə tutulma aparıldığı bildirilmişdir. İddiaçı bu barədə cavabdeh DSMF-nin Maliyyə və mühasibatlıq üzrə Mərkəzi filialına müraciət etmişdir. Müraciətə cavab olaraq xx.xx.2022-ci il tarixli imtina məktubu təqdim edilmişdir. Məktubda qeyd olunur ki, ailə başçısını itirməyə görə təyin olunmuş sosial müavinət adına aktiv əmək müqaviləsi aşkarlandığı üçün “Sosial müavinətlər haqqında” Qanunun 11-ci maddəsinin 11.1.2-ci bəndinə əsasən (şəxs əmək fəaliyyətinə başladıqda) xx.xx.2016-cı il tarixdən dayandırılmışdır. xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üçün artıq ödənilmiş 3919.60 manat vəsait xx.xx.2018-ci il tarixdən bərpa edilir. Qalıq borc 2879,60 manat təşkil edir. Eyni məzmunlu xx.xx.2023-cü il tarixli imtina məktubu da təqdim edilmişdir. Lakin iddiaçıdan tutulmalar dayandırılmışdır. İddiaçı hesab edir ki, 1060 manat məbləğində tutulma əsassız və qanunsuz aparılmışdır və geri qaytarılmalıdır. Onun heç bir borcu yoxdur. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, iddia tələbi məhkəmə tərəfindən təmin edilməlidir.İddiaçının müraciətinə cavab olaraq DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Nərimanov rayon şöbəsi tərəfindən sizə ailə başçısını itirməyə görə təyin olunmuş sosial müavinət ödənişi (iş № 065366) adına aktiv əmək müqaviləsi aşkarlandığı üçün “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanununun 11-ci maddəsinin 11.1.2-ci bəndinə əsasən xx.xx.2016-cı il tarixindən dayandırılmışdır. Müraciətinə əsasən Nazirliyin tabeliyində Arxiv və Sosial Ödəniş işlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən göndərilmiş xx.xx.2022ci il tarixli **********8 nömrəli məktuba əsasən ona təyin olunmuş ailə başçısını itirməyə görə sosial müavinət üzrə xx.xx.2009-cu il tarixindən xx.xx.2016-cı il tarixinədək olan dövr üçün artıq ödənilmiş 3919,60 (üç min doqquz yüz on doqquz manat 60 qəpik) manat vəsait (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası qanununun 39.2 maddəsinə əsasən artıqalma aşkar edildikdə sosial müavinət alan şəxsdən 20% həcmində) 2018-ci ilin oktyabr ayından etibarən tutularaq Filialın hesabına bərpa edilir.Artıq alınmış məbləğdən xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1060,00 (min altmış) manat tutulmuş və qalıq borc 2859,60 (iki min səkkiz yüz əlli doqquz manat 60 qəpik) manat təşkil edir.

Cavabdehin etirazı:

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ailə başçısını itirməyə görə sosial müavinət üzrə xx.xx.2009- cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üçün artıq ödənilmiş 3919,60 manat vəsait 2018-ci ilin oktyabr ayından etibarən tutularaq Filialın hesabına bərpa edilir. Hesab edilmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsasiara görə məhkəmə tərəfindən təmin edilməməlidir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasın Qanununun 12-ci maddəsinə əsasən Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs: 1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. 1.2. Müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) Ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət Ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq İcra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından İmtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən İnzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Hazırki qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin İcraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi itə bağlı inzibati aktları icra sənədləri sayılır. Hazırkı qərara qanunla nəzərdə tutulmuş aşağıdakı müddətlərdə münasibət bildirilməməsi onun nəticələrinin şərtsiz qəbul edilməsi kimi qiymətləndirilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Sözügedən Qanunun 63.4-cü maddəsinə əsasən inzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. Bildirilmişdir ki, Nərimanov rayon şöbəsi tərəfindən İddiaçı ailə başçısını itirməyə görə təyin olunmuş sosial müavinət ödənişi (iş № 065366) adına aktiv əmək müqaviləsi aşkarlandığı üçün “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanununun 11-cİ maddəsinin 11.1.2-ci bəndinə əsasən (yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda) xx.xx.2016-cı il tarixdən dayandırılmışdır. İddiaçının ərizəsinə əsasən Nazirliyin tabeliyində Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktuba əsasən təyin olunmuş ailə başçısını itirməyə görə sosial müavinət üzrə xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üçün artıq ödənilmiş 3919,60 manat vəsait (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası qanununun 39.2-ci maddəsinə əsasən artıqalma aşkar edildikdə sosial müavinət alan şəxsdən 20% həcmində) 2018-ci ilin oktyabr ayından etibarən tutularaq Filialın hesabına bərpa edilir. Artıq alınmış məbləğdən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1040,00 (min qırx) manat tutulmuş və qalıq borc 2879,60 (İki min səkkiz yüz yetmiş doqquz manat 60 qəpik) manat təşkil edir. Cavabdeh qurum bildirir ki, İddiaçı ailə ailə başçısını itirməyə görə təyin edilmiş sosial müavinət ödənişi (iş№ 065366) aktiv əmk müqaviləsi aşkarlandığından xx.xx.2016-cı il tarixdən dayandırılmışdır. Qeyd edilmişdir ki, Fondun Arxuc və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, İddiaçı təyin edilmiş ailə başçısını itirməyə görə sosial müavinət üzrə xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə artıq ödənilmiş 3919,60 manat məbləğində vəsait 2018-ci ilin oktyabr ayından etibarən sonuncunun aylıq müavinətindən 20 manat olaraq tutulmaqla Mərkəzi filialın hesabına bərpa edilir. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı artıq ödənilmiş vəsaitdən 1160 manat tutulmuş və xx.xx.2023-cü il tarixinə qalıq borcu 2759,60 manat təşkil edir. Bildirilmişdir ki, “artıq ödənilmiş sosial müavinət məbləğinin tutulması” haqqında qərar dedikdə, aşkar edilmiş artıq ödənilmiş vəsaitlər barədə müvafiq qərarlar Mərkəzi filiala kağız daşıyıcıda daxil olmur. Belə ki, sözügedən qərarlar barədə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən “sosial ödənişlər” altsistemində müvafiq bölmələrdə xüsusi qeydlər aparıldıqdan sonra icrası təmin edilir. Bu baxımdan həmin qərarların kağız daşıyıcıda təqdim edilməsi imkan xaricindədir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə edilən sonuncu dəyişikliyə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulması barədə müddəanın iddiaçıya analogiya qaydasında tətbiq edilmməməsi ilə bağlı bildirilmişdir ki, hazırkı halda artıq ödənilmiş vəsait əmək pensiyası deyil, sosial müavinət üzrə olduğundan, bu halda “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq edilmişdir.

6. Məhkəmənin hazırlıq icraatı zamanı iştirak edən iddiaçının nümayəndəsi (anası) izahat verərək bildirmişdir ki, sosial müavibətdən tutmaya razılıq verilməsinə dair xx.xx.2018-ci il tarixli (iddiaçının adından) ərizədəki imza ona aid olsa da (yəni iddiaçının anasına), o, latın qrafikasında oxuyub yaza bilmir, ərizənin məzmunu ona izah edilməmişdir, izah edilmiş olsa idi, o heç bir halda sosial müavinətdən tutmaya razılıq verməzdi.

7. Məhkəmə İPM-nin 13-cü maddəsini (məhkəmənin yardım etmək vəzifəsi) rəhbər tutaraq iddiaçıya iddia tələbini dəqiqləşdirməyi təklif etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının (nümayəndəsi olan anasının) ərizəsi əsasında iddia tələbi “ailə başçısını itirməyə görə sosial müavinətdən tutulmaya dair hərəkətlərin qanunsuz hesab edilməsi, bununla bağlı qəbul edilmiş aktın etibarsız hesab edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması” kimi dəyişdirilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7424/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməsi qərara alınmışdır.

9. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7424/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, Sosial Müavinətlər haqqında Azərbaycan Respublikasın Qanununun 12-ci maddəsinə əsasən Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs: 1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. 1.2. Müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan Vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Hazırki qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Fondun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialının 02.11,2022-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, İddiaçı təyin edilmiş ailə başçısını itirməyə görə sosial müavinət üzrə 11,10.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üçün artıq ödənilmiş 3919,60 (üç min doqquz yüz on doqquz manat 60 qəpik) manat məbləğində vəsait 2018-ci ilin oktyabr ayından etibarən aylıq müavinətdən 20,00 manat olaraq tutulur. Əlavə olaraq bildiririk ki, xx.xx.2018-ci il tarixdən 31,05.2023cü il tarixədək İddiaçı artıq ödənilmiş vəsaitdən 1160,00 manat tutulmuş və 01,06.2023-cü il tarixinə qalıq borcu 2759,60 manat təşkil edir. “Əmək pensiyaları haqqında” qanunun 39.1-ci maddəsinə edilən sonuncu dəyişikliyə əsasən son 3 il müddəasının iddiaçıya tətbiq edilməməsinin səbəbləri, ilə bağlı isə bildiririk ki, hazırkı halda artıq ödənilmiş vəsait əmək pensiyası üzrə deyil, sosial müavinət üzrə olduğundan, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilmişdir. Həmçinin, iş materiallarında İddiaçı xx.xx.2018-ci il tarixli razılıq ərizəsi olduğundan 11,10.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək 3919,60 manat məbləğində artıq ödənilmiş ailə başçısını itirməyə görə sosial müavinətin tutulması qanunauyğun şəkildə aparılmış və Fondun keçmiş Nərimanov rayon filialı tərəfindən qərar qəbul edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edirik ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan “sosial müavinətdən tutulmaya dair hərəkətlərin qanunsuz hesab edilməsi, aktın etibarsız sayılması və tutulmuş məbləğin geri qaytarılması” barədə İddiaçı iddiası təmin olunmamalıdır.

11. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

12. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İİİ. Məhkəmənin mövqeyi

13. Məhkəmə kolegiyası iş üzrə materialları, cavabdehin apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7424/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.

14. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

15. İnzibati Prosessual qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

16. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

17. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:

18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumat bazasına əsasən iddiaçıya xx.xx.2009-cu il tarixindən 80 manat məbləğində ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmiş, İddiaçı xx.xx.2018-ci il tarixli razılıq ərizəsinə əsasən xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixinədək ona 3919,60 manat məbləğində artıq ödənilmiş ailə başçısını itirməyə görə sosial müavinətin tutulması barədə Fondun keçmiş Nərimanov filialı tərəfindən qərar qəbul edilmişdir.

19. Sosial müavinətlərin məbləğinin dəyişdirilməsi haqqında Dövlət Sosial Müdafiə Fondunun keçmiş Nərimanov rayon filialının tarixsiz və nömrəsiz sərəncamına əsasən xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək 3919,60 manat artıq aldığı ailə başçısını itirməyə görə aylıq müavinətdən 30 manat tutulması qərara alınmışdır.

20. xx.xx.2018-ci il tarixli (iddiaçının adından) ərizəyə əsasən artıq aldığı müavinətin ailə vəziyyətinin çətin olduğu üçün 20 manatla tutulmasına köməklik göstərilməsi xahiş edilmişdir.

21. “Sosial müavinətlər haqqında” Qanundan: 1.0.1.sosial müavinətlər (bundan sonramüavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.5. ailə başçısını itirməyə görə müavinət: 7.0.5.1. əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda. 11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda. 12.1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. 12.2. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. 16. “Əmək pensiyaları haqqında” Qanundan: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.

22. Məhkəmə ailə başçısını itirməyə görə təyin olunmuş sosial müavinətin dayandırılması üçün əsasların “Sosial müavinətlər haqqında” Qanunun 11-ci maddəsində nəzərdə tutulmamasına əlavə olaraq qiymət vermədən hesab edir ki (belə ki, ailə başçısının itirilməsinə görə pensiyanın dayandırılması üçün 11.1.2-ci maddəyə əsasən yaşa görə müavinətin dayandırılması ilə bağlı əsasa istinad edilmişdir), həmin Qanunun 12-ci maddəsində “Əmək pensiyası haqqında” Qanununun 39-cu maddəsindən fərqli olaraq inzibati orqanın artıq ödənilmiş müavinətin tutulması haqqında qərarın qəbul edilməsinin və tutmaya dair hərəkətlərin həyata keçirilməsinin mümkünlüyü nəzərdə tutulmamışdır.

23. Vətəndaşın razılığı olduğu təqdirdə sosial müavinətdən tutmaya dair hərəkətlərə analogiya qaydasında “Əmək pensiyası haqqında” Qanununun 39-cu maddəsinin tətbiqi məsələsinə qiymət vərərkən məhkəmə qeyd edir ki, “Normativ hüquqi aktlar haqqında” “Əmək pensiyası haqqında” Konstitusiya Qanununun 1.0.10-maddəsinə əsasən, qanunun analogiyası – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsidir. Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən, cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz.

24. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun hərəkətləri vətəndaşın hüquqlarının məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi ilə bağlı olduğundan qeyd edilən halda (sosial müavinətdən tutma ilə bağlı qərarın qəbul edilməsi) qanunun analogiyasından istifadə qanuni hesab edilə bilməz.

25. “İnzibati icraat haqqında” Qanundan: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

26. Sosial müavinətdən tutmaya dair hərəkətlər yolverilən (qanuni) hesab edilmədiyindən məhkəmə iddiaçının adından təqdim edilmiş ərizənin onun niyyətinə uyğun olmaması (yəni latın qrafikasını başa düşmədiyindən məzmununun ona izah edilməməsi) və onun hansı müddəti əhatə etdiyinə qiymət verməyi prosessual qənaət prinsipindən çıxış edərək zəruri hesab etmir. Lakin istənilən halda tutmanın qeyri-müəyyən müddətlə əhatə olunması ədalətli hesab edilə bilməz.

27. Odur ki, sosial müavinətdən tutmaya dair hərəkət qanunsuz sayılmalı, bununla bağlı qəbul edilmiş inzibati akt etibarsız sayılmalı və onun icrasının nəticələri aradan qaldırılaraq tutulmuş məbləğ iddiaçıya geri qaytarılmalıdır.

28. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia təmin olunmalıdır.

29. Məhkəmə Kollegiyası cavabdehin iddia tələbinə etirazının dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək cavabdehin apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.

30. Belə ki, apellyasiya şikayətində göstərilən dəlillərin əsassız olmasının təsdiqi kimi məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Sosial müavinətlərin məbləğinin dəyişdirilməsi haqqında Dövlət Sosial Müdafiə Fondunun keçmiş Nərimanov rayon filialının tarixsiz və nömrəsiz sərəncamına əsasən xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək 3919,60 manat artıq aldığı ailə başçısını itirməyə görə aylıq müavinətdən 30 manat tutulması qərara alınmışdır, lakin bu qərar qəbul edilərkən iddiaçının razılığı alınmamışdır.Cavabdeh hərəkətlərinin və qəbul olunmuş sərəncamın qanuniliyini sonradan iddiaçının razılığı olması ilə belə əsaslandırır ki, xx.xx.2018-ci il tarixli (iddiaçının adından) ərizəyə əsasən artıq aldığı müavinətin ailə vəziyyətinin çətin olduğu üçün 20 manatla tutulmasına köməklik göstərilməsi xahiş edilmişdir.

31. Lakin məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, sosial müavinətdən tutmaya dair hərəkətlər yolverilən (qanuni) hesab edilmədiyindən məhkəmə iddiaçının adından təqdim edilmiş ərizənin onun niyyətinə uyğun olmaması (yəni latın qrafikasını başa düşmədiyindən məzmununun ona izah edilməməsi) və onun hansı müddəti əhatə etdiyinə qiymət verməyi prosessual qənaət prinsipindən çıxış edərək zəruri hesab etmir.Lakin istənilən halda tutmanın qeyri-müəyyən müddətlə əhatə olunması ədalətli hesab edilə bilməz.

32. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

33. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilmişdir.

34. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.

35. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7424/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7424/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar