Məhkəmə qərarları › İş №2-1(103)-3107/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3107/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3107/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı (digər İddiaçı1 nümayəndəsi) İddiaçı2, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı (üçüncü şəxs: "xxxx" ASC-nin B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə ASC, X3, X4) qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 355/2022 saylı, 10 avqust 2022-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı1 oğu və İddiaçı2 cavabdeh "xxxx" ASC-nin B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə ASC-yə qarşı (üçüncü şəxs: Cavabdeh) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçılara məxsus onun maaşından 27 il mənzil-kommunal haqqı tutulmuş, (yaşadığı əvvəl 70-ci (otaq) mənzil olub) mənzilə dair onunla cavabdeh arasında Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, yataqxana ev 9, 3-cü mərtəbədə yerləşən (faktiki nömrəsi 305 olmuş) həmin mənzilə mənzil-kirayə müqaviləsi bağlanması (Order verilməsi) vəzifəsinin cavabdeh təşkilata həvalə olunması, eyni zamanda həmin mənzilə dair sənəd almış vətəndaş qanunsuz olduğu üçün sərəncamın etibarsız hesab edilməsi, qeydiyyat vəsiqələrinin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi, ona mülkiyyət hüququnun tanınması və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi, mənzildən oranı qanunsuz tutmuş vətəndaşların çıxarılması, onun qeyd edilən 305-li mənzilə köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçıların “İddiaçılar İddiaçı1 oğu və İddiaçı2 ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi 9 saylı yataqxana evin 70-ci otaq mənzilinə dair (hazırkı nömrəsi 305) mənzil kirayə müqaviləsinin bağlanılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilməsi, "xxxx" ASC-nin B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə ASC-nin əsl Cavabdeh ilə əvəz edilməsi, "xxxx" ASC-nin B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə ASC-nin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X4, xx.xx.2021-ci il tarixli qərardadı ilə X1 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Bakı İnzibati 2-1(112)-355/2022 saylı, 10 avqust 2022-ci il tarixli qərarı (hakim E.Əliyev) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, həmin qərarın və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4176/2018 saylı, 12 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, hazırda onun və ailə üzvlərinin yaşamağa yeri yoxdur, küçədə qalırlar. Tərəflərin izahatları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3107/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti ilə bağlı dəqiqləşdirilmiş ərizəsi qəbul edilərək, apellyasiya şikayəti mümkün sayılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı (və digər iddiaçının nümayəndəsi) apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.Əlavə olaraq izahatında bildirdi ki, hazırki tələb üzrə Birlik kirayə müqaviləsi bağlamağa səlahiyyətli deyildir. Belə ki, Birlik yalnız sənədləri müvafiq olaraq qəbul edib Mənzil-Kommunal Təsərrüfatı Departamentinə təqdim edir. Kirayə müqaviləsinin bağlanmaması ilə bağlı sərəncam vermək səlahiyyətinə Departament malikdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-355/2022 saylı, 10 avqust 2022-ci il tarixli qərarı ləğv edilməli, şikayət qismən təmin edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin təqdim etdiyi 318 nömrəli xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Z.Qənbərov küçəsi ev 9 ünvanında yerləşən yataqxana binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 200 saylı Qərarına, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 584 saylı Sərəncamı, eləcə də Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2009-cu il tarixli, 11 saylı Sərəncamına əsasən Bünyad Sərdarov adına Maşınqayırma Zavodunun balansından 07 may 2014-cü il tarixdə mövcud vəziyyətdə, əvəzsiz olaraq 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilərək 78 sayl Mənzil- Kommunal İstismar Sahəsinin xidməti ərazisinə daxil edilmişdir. Qeyd edilən yataqxana binası balansa qəbul edilərkən binaya aid olan sənədlərin arasında vətəndaş İddiaçı1 aid yalnız “Forma A” sənədi mövcud olmuşdur. Həmin “Forma A” sənədinə əsasən vətəndaş İddiaçı1 qeyd edilən ünvana (binaya) xx.xx.1984-cü ildə pasport qeydiyyatına alınmışdır. Vətəndaşın pasport qeydiyyatında hər hansı bir otaq nömrəsi göstərilməmişdir. 07 may 2014-cü il tarixdə bina Birliyin balansına qəbul edilərkən vətəndaş həmin yataqxana binasında yaşamamışdır. Bünyad Sərdarov adına Maşınqayırma Zavodundan qəbul edilmiş sənədlərin tərkibində vətəndaşlar İddiaçı1 və İddiaçı2 aid Order sənədi və ya hüquqi müəyyənedici hər hansı digər sənəd olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 709 nömrəli Sərəncamına əsasən: 1.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 113 saylı qərarına uyğun olaraq Bakı şəhər icra Hakimiyyətinə verilmiş sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, habelə İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamnetinin xx.xx.2001-ci il tarixli, 06 saylı sərəncamına 2 nömrəli əlavədə göstərilən F.Xoyski küçəsi, 130 saylı ünvanda yerləşən yataqxana və ona aid olan vəsaitlər Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinin balansına verilməsi,

2. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin siyahıya daxil edilmiş sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərin mövcud, vəziyyətdə əvəzsiz olaraq balansa götürülməsi və onların özəlləşdirilməyə hazırlanması üçün müvafiq təşkilati tədbirlərin görülməsini təmin etməsi,

3. Bakı Şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sərəncamı əsasında, adına yaşayış sahəsinin icarə müqaviləsi olan, keçmiş yataqxanalarda, özəlləşdirilən dövlət müəssisələri (birlikləri) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlər tərəfindən verilmiş xidməti mənzillərdə yaşayan vətəndaşların müraciətləri əsasında onların mənzillərinin özəlləşdirilməsinin təmin etməsi tapşırılmışdır. Həmçinin, Bakı ŞİH Başçısının xx.xx.2000-ci il tarixli 154 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nizamnaməsi”nin 2.4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə nəzərdə tutulmuş kirayə (icarə) müqaviləsinin dəyişdirilməsi, rəsmiləşdirilməsi tədbirlərinin (işlərinin) yerinə yetirilməsi Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentin vəzifələri sırasına daxildir. Qeyd edilənlərdən göründüyü kimi, hazırki iddianın predmetini kirayə müqaviləsinin bağlanması təşkil edir. Belə olan halda bu cür iddialara qarşı cavabdehlik daşıyan inzibati orqan qismində Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti çıxış edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsini qəbul edən məhkəmə tələb hüququnun iddiaçıya məxsus olduğunu və cavabdehin iddiaya cavab verməli şəxs olduğunu müəyyənləşdirməlidir. Əsl olmayan cavabdehin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olur və buna görə də əsl olan cavabdehlə əvəz edilmədən verilmiş iddianı həll etmək mümkün deyildir. Əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi iddiaçının razılığı ilə ola bilər. Məhkəmə əsl olmayan cavabdehin əsl cavabdehlə ilə əvəz edilməsi haqqında qərardad çıxarır. Həmin qərardadın çıxarılması əvvəlki cavabdehin öz prosessual statusunu itirməsi, eyni zamanda yeni şəxsin cavabdeh qismində işə cəlb olunması deməkdir. Prosesə cəlb edilən yeni cavabdeh bütün prosessual hüquqlardan istifadə edir və bütün prosessual vəzifələri daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə kollegiyası qeyd edir ki, əsl olmayan cavabdehin əvəz edilməsinə birinci instansiya məhkəməsində iş üzrə araşdırma başa çatanadək, yəni məhkəmə yekun məhkəmə aktını qəbul etmək üçün müşavirə otağına gedənədək yol verilə bilər. Birinci instansiya məhkəməsi Cavabdeh iş üzrə əsl olmayan cavabdeh olması məsələsinə diqqət yetirməmiş, cavabdehin əsl cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə əvəz edilməsini iddiaçıya təklif etməmiş və qanunvericiliyin tələblərini pozmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iş üzrə iddia tələbinə cavab verməli olmayan şəxsə qarşı verilmiş iddia tələbinə mahiyyəti üzrə baxaraq iddianı təmin etməmişdir. Əsl cavabdehin əvəz olunması məsələsinə yalnız birinci instansiya məhkəməsində iş üzrə icraat başa çatanadək baxılmalı olduğundan, hazırkı mərhələdə, yəni apellyasiya icraatı mərhələsində əsl olmayan cavabdehin əvəz edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki iş materialları ilə iddiaçıya əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə hüquqi yardım göstərilməsi öz təsdiqini tapmamış, iddiaçı da kollegiyanın iclasında belə bir hüquqi yardımın ona göstərilmədiyini bildirmişdir, belə olan halda birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati iş qeyd edilən və sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-355/2022 saylı, 10 avqust 2022-ci il tarixli qərarı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar