Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3107/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı “müalicənin davam etdirilməsi və müalicə üçün çəkilmiş maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-856/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı avabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı imtinanın qanunsuz sayılması, İddiaçı müalicəsinə çəkilmiş 83000 manat pulun ödənilməsi və İddiaçı müalicəsinin Türkiyə Respublikasının xəstəxanalarından birində davam etdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-856/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı avabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı imtinanın qanunsuz sayılması, İddiaçı müalicəsinə çəkilmiş 83000 manat pulun ödənilməsi və İddiaçı müalicəsinin Türkiyə Respublikasının xəstəxanalarından birində davam etdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi “müalicənin Türkiyə Respublikasının xəstəxanalarından birində davam etdirilməsi öhdəliyinin” cavabdehə həvalə edilməsi” hissəsində xitam verilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının sonuncu iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək apellyasiya şikayətindən imtina (geri götürdüklərini) etdiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətindən imtina edilməsinə etirazlarının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və imtina (şikayətin geri götürülməsi) barədə ərizəni araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 2-1(112)-856/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsinə dair ərizəsi təmin edilməli, apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1.-ci maddəsinə əsasən şikayət apellyasiya instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 89-cu maddəsinə görə şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina edilməsi qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, apellyasiya şikayətinin geri götürülməsi qəbul edilməli və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 88 və 89-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-856/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi (imtina) barədə ərizə qəbul edilsin. Həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: İkram Şirinov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-3107/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3107/2023
14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver