Məhkəmə qərarları › İş №2-1(103)-3110/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3110/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3110/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- N(NN2)-N8N9/2N2N nömrəli, N2 may 2N24-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N96N-cı il təvəllüdlü olmaqla N988-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. İnstitutda oxuduğu dövrdə hərbi hazırlıq kursu keçdiyindən ona ehtiyatda olan "leytenant" hərbi rütbəsi verilmişdir. Bununla belə ali təhsilini başa vurduqdan sonra həkim kimi əmək fəaliyyəti ilə məşğul olmaq üçün Zaqatala rayonuna göndərilmişdir. Erməni işğalçılarının hücumu nəticəsində həkim personalına ehtiyac yarandığından, N993-cü ilin iyul ayında hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin əmrinə əsasən NN iyul N993-cü ildən Goran poliqonunda yerləşən N saylı hərbi hissənin tank taburunda tibb xidməti rəisi vəzifəsində xidmətə başlamışdır. Xidmət etdiyi tank taboru N993-cü ilin oktyabr ayında Füzuli rayonundakı döyüş bölgəsində dislokasiya olunmuş Müdafiə Nazirliyinin N saylı döyüşən hərbi hissəsinin tərkibinə verilmişdir. Tank taboru N saylı hərbi hissənin tərkibinə verildikdən sonra döyüş əməliyyatlarında iştirak etmiş və tibb xidməti rəisi kimi döyüşlərin tibbi təminatını yerinə yetirmişdir. Ermənilərlə atəşkəs imzalandıqdan sonra xx.xx.N995-ci ildə ordu sıralarından ehtiyata tərxis olunmuşdur. Döyüş bölgələrində döyüşən hərbi hissənin tərkibində döyüş əməliyyatlarının aparıldığı vaxtlar üzərinə düşən vəzifələri yerinə yetirsə də, bu günə qədər "Müharibə veteranı" adına layiq görülməmişdir. Bu barədə sonuncu dəfə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə etdiyi müraciətə xx.xx.2N23-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İmtinaya səbəb kimi guya onun hərbi xidmətinin əmrlərlə tam təsdiqlənmədiyi göstərilir. Xidmətinin hansı hissədə təsdiqləndiyini isə verilmiş cavabdan müəyyən etmək olmur. İddiaçı hesab edir ki, verilmiş cavab müraciətlərə baxılması qaydalarının tələblərinə zidd olmaqla yanaşı, hüquqlarının pozulmasına yönəlik cavabdır. İddia ərizəsinə əlavə etdiyi sənədləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinə də təqdim etmiş, lakin Müdafiə Nazirliyi 2N23-cü ilin tək arxiv arayışı ilə kifayətlənmiş, xidmət dövrlərini əks etdirən, özünün əvvəllər verdiyi hüquqverici sənədlərə münasibət bildirməmiş, verilmiş cavab tam və obyektiv əsaslandırılmamışdır. İddiaçı hesab edir ki, ona münasibətdə Müdafiə Nazirliyi qeyri-obyektiv olmuş, müraciətinə baxılmasına səhlənkar yanaşmış, nəticədə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsindən imtina etməkdə haqlı olmamışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Tural Məlikov) 2-N(NN2)-N8N9/2N2N nömrəli, N2 may 2N24-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində N993-cü ilin iyul ayında hərbi xidmətə çağrıldığını, N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak edərək həkim kimi tibbi təminat tapşırıqlarını yerinə yetirdiyini bildirərək məhkəmədən ona “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” öhdəliyini cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi qeyd olunan qərarında iddiaçının qanuni əsaslarla ordu sıralarından tərxis olunması barədə hərbi biletində olan qeydləri, arxiv arayışında olan məlumatları və hərbi hissələrin nizami hissə üzrə əmrləri ilə onun döyüşlərdə iştirak etdiyini əsas götürərək iddianı təmin etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi hesab edirik ki, qeyd edilən iddianın təmin edilməsinə dair 2-N(NN2)-N8N9/2N2N nömrəli qərar əsassızdır və aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasıdır. Normanı ümumiləşdirərək qeyd edir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2NN8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı, hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2N24-cü il tarixli 4/2-8283 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin iyul-oktyabr N993-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin N993-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-xx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Həmçinin arxiv arayışından görünür ki, Mərkəzi Arxivdə olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etdiyi, N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmədiyi barədə qeydlər aparılmışdır. İş materialında olan olan Mərkəzi Arxivin NN may 2NNN-ci il tarixli 26/2-37N5 nömrəli arayışından görünür ki, Füzuli rayonunun Mahmudlu döyüş bölgəsinə gəlmiş leytenant İddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli İİİ nömrəli əmrilə hərbi hissəyə qəbul edilmiş və adı N2 noyabr N993-cü il tarixli N4N nömrəli əmrində şəxsi heyətin siyahısında qeyd edilmişdir. İş materialında olan sənədlərdən görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N2 noyabr N993-cü il tarixli N4N nömrəli əmri ilə şəxsi heyətin siyahısına alınmışdır. İddiaçının qeyd edilən xidmətindən başqa arxiv arayışlarında onun hərbi xidməti barədə məlumat yoxdur. İddiaçı ərizəsində xidmət etdiyi taborun oktyabr N993-cü il tarixdə Fizuli rayonundakı döyüş bölgəsində dislokasiya olunduğunu və döyüş əməliyyatlarında iştirak etdiyini qeyd etmişdir. İş materialında olan döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında N nömrəli hərbi hissənin döyüş əməliyyatlarına cəlb edilmədiyi, N nömrəli hərbi hissənin isə xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixlərdə döyüş əməliyyatlarına cəlb edildiyi qeyd edilmişdir. Sənədlərdən də göründüyü kimi iddiaçının hərbi xidməti barədə yalnız N2 noyabr N993-cü il tarixdə məlumat aşkar edilmiş, lakin onun həmin dövrdə olan hərbi xidməti N nömrəli hərbi hissənin döyüş əməliyyatlarına cəlb edildiyi dövrə dəlalət etmir. Beləliklə, inzibati iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının N və N nömrəli hərbi hissələrdə hərbi xidməti nizami hissə üzrə əmrlərlə təsdiq edilməmiş, xx.xx.N993-cü il tarixdə aşkar olunmuş hərbi xidməti isə N nömrəli hərbi hissənin döyüşlərə cəlb edilən dövrə (xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il) dəlalət etmir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Apellyasiya baxışı zaman məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçıya ünvanlanmış N6 iyun 2N23-cü il tarixli, 4/3-5285 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2N23-cü il tarixli 4/2-N7N9 nömrəli arayışına və digər təqdim olunmuş sənədlərə əsasən N nömrəli və N nömrəli hərbi hissələrdə hərbi xidməti əmrlərlə tam təsdiqlənmədiyinə görə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin Mərkəzi Arxivi tərəfindən Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ünvanlanmış xx.xx.2N23-cü il tarixli məktubdan görünür ki, N nömrəli hərbi hissə komandirinin iyul N993-cü il, noyabr N995-ci il tarixli nizami hissə üzrə əmrlərində və N993-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxivi tərəfindən verilmiş xx.xx.2NNN-ci il tarixli arayışdan görünür ki, Füzuli rayonunun Mahmudlu döyüş bölgəsinə gəlmiş leytenant İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli İİİ №-li əmrilə həmin hərbi hissəyə qəbul edilmiş və adı xx.xx.N993cü il tarixli N4N nömrəli əmrində şəxsi heyət siyahısında qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xdmətə Çağırış üzrə Dövlət Xidməti Bakı şəhəri Xəzər rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin təsdiq etdiyi N nömrəli hərbi hissə tərəfindən iddiaçıya verilmiş xx.xx.N993-cü il tarixli N45 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, arayış leytenant İddiaçı ondan ötəri verilmişdir ki, o, həqiqətən N5 iyul N993-cü il tarixindən N nömrəli hərbi hissənin tank taborunda müddətsiz hərbi toplanışdadır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kadrlar İdarəsi tərəfindən verilmiş arayışın təsdiq edilmiş surətindən görünür ki, ehtiyatda olan tibbi xidmət leytenantı İddiaçı xx.xx.N993-cü il tarixdə N nömrəli hərbi hissədə hərbi xidmət keçmək üçün təminata götürülmüş və tibb xidmətinin rəisi təyin olunmuşdur. Əsas: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qərargah rəisinin əmri. İş materiallarında olan iddiaçıya məxsus QZ N49NNN nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.N96N-cı il təvəllüdlü İddiaçı xx.xx.N993-cü il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qərargah rəisinin xx.xx.N993-cü il tarixli, N2N5 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin tank taborunda tibb xidməti rəisi təyin edilmişdir. xx.xx.N996-cı il tarixdə Əzizbəyov RHK-da uçota götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2N24-cü il tarixli 87 nömrəli arayışdan görünür ki, N96N-cı il təvəllüdlü ehtiyatda olan tibb xidməti leytenantı İddiaçı həqiqətən xx.xx.N993-cü il tarixdən xx.xx.N995-ci il tarixədək Azərbaycan Silahlı Qüvvələrində “zabit” qismində ximət keçmişdir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq N8-ci maddənin “ğ” bəndinə əsasən (ailə vəziyyətinə görə) xidmətdən ehtiyata tərxis olunub. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2N24-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş: -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xdmətə Çağırış üzrə Dövlət Xidməti Bakı şəhəri Xəzər rayon İdarəsi tərəfindən təsdiq edilmiş Əzizbəyov rayon Hərbi Komissarlığının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxivi tərəfindən verilmiş xx.xx.2NNN-ci il tarixli, 26/2-37N5 nömrəli məktubda aşağıdakılar göstərilmişdir: “Bildiririk ki, Füzuli rayonunun Mahmudlu döyüş bölgəsinə gəlmiş leytenant İddiaçı N saylı hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli İİİ №li əmrilə hissəyə qəbul edilmiş və adı N2 noyabr N993-cü il tarixli N44 №-li əmrində şəxsi heyətin siyahısında qeyd edilmişdir.” -Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N995-ci il tarixli, NN4N6 nömrəli şəxsi heyət üzrə Əmrinin təsdiq olunmuş surətindən görünür ki, tibb xidməti leytenantı İddiaçı N nömrəli hərbi hissə ləğv olunması ilə əlaqədar “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq N8-ci maddənin “ğ” bəndinə əsasən (ailə vəziyyətinə görə) həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış N6 mart 2N24-cü il tarixli məktubda bildirilmişdir ki, N №li hərbi hissə komandirinin iyul-oktyabr N993-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin N993-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N64 №li hərbi hissə komandirinin xx.xx.N993xx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Qeyd edilir ki, N64 №li hərbi hissə komandirinin xx.xx.N994-xx.xx.N995-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N64 №li hərbi hissənin xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmış, lakin N №li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə qeydiyyat aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2N24-cü il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin N-ci hissəsinin 2-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci hissəsinin 8-ci abzasına əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsi tərəfindən həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq məhkəməyə müvafiq sənədlər təqdim edilmişdir. Təqdim edilmiş Əzizbəyov rayon Hərbi Komissarlığının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxivi tərəfindən Əzizbəyov rayon Hərbi Komissarlığına verilmiş xx.xx.2NNN-ci il tarixli, 26/2-37N5 nömrəli məktubdan görünür ki, Füzuli rayonunun Mahmudlu döyüş bölgəsinə gəlmiş leytenant İddiaçı N saylı hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli İİİ №li əmrilə hissəyə qəbul edilmiş və adı N2 noyabr N993-cü il tarixli N44 №-li əmrində şəxsi heyətin siyahısında qeyd edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N995-ci il tarixli, NN4N6 nömrəli şəxsi heyət üzrə Əmrinə əsasən tibb xidməti leytenantı İddiaçı N nömrəli hərbi hissə ləğv olunması ilə əlaqədar “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq N8-ci maddənin “ğ” bəndinə əsasən (ailə vəziyyətinə görə) həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. Həmin sənədlərin surəti Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xdmətə Çağırış üzrə Dövlət Xidməti Bakı şəhəri Xəzər rayon İdarəsi tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçı ehtiyatda olan tibbi xidmət leytenantı İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qərargah rəisinin əmri ilə xx.xx.N993-cü il tarixdə əvvəlcə N nömrəli hərbi hissədə hərbi xidmət keçmək üçün təminata götürülərək tibb xidmətinin rəisi təyin edilmiş, sonradan Füzuli rayonunun Mahmudlu döyüş bölgəsindəki N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli əmri ilə həmin hərbi hissəyə qəbul edilərək adı xx.xx.N993-cü il tarixli N4N nömrəli əmrdə şəxsi heyət siyahısında qeyd edilmiş, beləliklə də, döyüş əməliyyatları aparan həmin hərbi hissənin tərkibində hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N995-ci il tarixli, NN4N6 nömrəli şəxsi heyət üzrə əmri ilə N nömrəli hərbi hissənin ləğv olunması ilə əlaqədar ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının müvafiq əmrlərlə döyüş bölgəsində hərbi hissəyə qəbul edilərək şəxsi heyət siyahısına daxil edilməsi, döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi və qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması sübuta yetirildiyindən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 9N və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N8N9/2N2N nömrəli, N2 may 2N24-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən N ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar