Məhkəmə qərarları › İş №2-1(103)-3110/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3110/2025

27.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3110/2025 27.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3164/2025 nömrəli 07 aprel 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini "52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi" formasında dəqiqləşdirilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 18 sentyabr 2020-ci il rəsmi ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İmtinaya səbəb kimi iddiaçının xx.xx.2006-cı ilədək ümumi iş stajının 20 ildən az (18 il 3 ay 24) gün olması göstərilmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 26 oktyabr 2020-ci ildə ərizə ilə cavabdehə ikinci dəfə müraciət etmişdir. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ikinci dəfə imtina etmiş və imtinaya səbəb kimi iddiaçının xx.xx.2006-cı ilədək ümumi iş stajının 25 ildən az (19 il 2 ay 5 gün) olması göstərilmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 14 oktyabr 2021-ci ildə ərizə ilə cavabdehə üçüncü dəfə müraciət etmişdir. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən üçüncü dəfə imtina etmişdir. İmtinaya səbəb kimi iddiaçının xx.xx.2006cı ilədək ümumi iş stajının 20 ildən az (19 il 11 ay 5 gün (xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1988- xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il və xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) olması göstərilmişdir. İddiaçı "Kirov’" adına kolxozda işləməsinə dair Ucar Rayon Dövlət Arxivindən əmək fəaliyyəti barədə arxiv arayışı alıb, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 2 iyul 2024-cü ildə etibarnamə üzrə nümayəndəsi vasitəsilə ərizə ilə cavabdehə dördüncü dəfə müraciət etmişdir. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən dördüncü dəfə imtina etmişdir. İmtinaya səbəb kimi, iddiaçının xx.xx.2006-cı ilədək ümumi iş stajının 20 ildən az (19 il 11 ay 28 gün (28 gün kolxozda işlədiyi müddət, xx.xx.1985-xx.xx.1986-ci il, xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il və xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) olması göstərilmişdir. Bu da iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3164/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 52 yaşdan, yəni xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçıya "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "a" bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajı; 2) xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajı (Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə). Cavabdeh iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatmasını və güzəştli iş stajını mübahisələndirməmişdir. İş materiallarında olan sənədlərlə də müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2020-ci ildə 52 yaşı tamam olmuş, xx.xx.2006-cı ilədək isə o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahı üzrə 10 ildən artıq 1100000a-11297 şifrə uyğun (X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı - neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları) və 1100000b-23196 (buruqların ustaları və onların köməkçiləri) vəzifələr üzrə çalışmışdır. Cavabdehin mübahisələndirdiyi məqam iddiaçının ümumi iş stajının toplanmamasıdır. Belə ki, cavabdeh ilk növbədə iddiaçının kolxozda işlədiyi müddəti, həmçinin xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1988- xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2005-ci il tarixləri nəzərə alınmaqla xx.xx.2006-cı ilədək ümumi iş stajının 19 il 11 ay 28 gün olmasını hesablamışdır. Hazırda iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 3 gün staj çatmır. "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək qazanmış olsunlar. İddiaçı xx.xx.2006-cı ilədək ümumi və güzəştli stajını topladığını iddia etdiyindən məsələyə həmin dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı" haqqında qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verilməlidir. İstinad olunan Qanunun 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 nömrəli 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Məhkəmə iddiaçının təhsil aldığı dövrə münasibətdə qeyd etmişdir ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olubolmamasıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 01 oktyabr 1956-cı ildə qüvvəyə minmiş "Dövlət pensiyaları haqqında" SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli 1044 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları"nın 109-cu maddəsinin "и" bəndində təsbit edilmişdir ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 23 sentyabr 1992-ci il tarixli "Vətəndaşların pensiya təminatı haqqında" Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçı 01 sentyabr 1985-ci ildə 16 nömrəli Texniki Peşə Məktəbinə qəbul olunmuş və 20 iyul 1986-cı ildə "rəngsaz-suvaqçı" ixtisası üzrə təhsilini başa vurmuşdur. Həmin dövrlərin ümumi iş stajına daxil edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının "rəngsazsuvaqçı" ixtisası üzrə aldığı təhsilin yalnız xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasındaki olan dövr sığorta stajına daxil edilə bilər. Belə ki, xx.xx.1986-cı ildən etibarən o, artıq orduda xidmət etməyə başlamışdır. Bu səbəbdən, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə uyğun olaraq, yalnız 01 sentyabr 1985 – 01 iyun 1986-cı il tarixləri arasındakı müddət sığorta stajına daxil edilə bilər. Bundan əlavə, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçı 26 avqust 1988ci il tarixində Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olunmuş, lakin 15 mart 1990cı ildə nizam-intizam qaydalarının pozulması səbəbindən tələbə sırasından xaric edilmişdir. Qeyd olunan dövr, yəni 26 avqust 1988 – 15 mart 1990-cı il fasiləsiz əyani təhsil dövrü olduğundan, bu müddət qanuna uyğun olaraq sığorta stajına aid edilir. Lakin daha sonra, yəni 26 fevral 1991-ci ildə iddiaçı təkrarən təhsil müəssisəsinə bərpa olunsa da, bu dövr ərzində onun əmək fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Bu səbəbdən sözügedən təhsil müddəti artıq əsas iş yeri olan dövrlə üst-üstə düşdüyü üçün "Əmək pensiyaları haqqında" Qanunun 22.2-ci maddəsinə əsasən sığorta stajına daxil edilə bilməz. Beləliklə, məhkəmə nəticə olaraq müəyyən etmişdir ki, iddiaçının ümumi sığorta stajına yalnız 01 sentyabr 1985 – 01 iyun 1986 və 26 avqust 1988 – 15 mart 1990 tarixləri arasındakı təhsil dövrləri daxil edilə bilər. Məhkəmə iddiaçının orduda xidmət etdiyi və ehtiyata buraxıldığı tarixdən təhsil müəssisəsinə qəbul olunduğu tarixədək olan dövrü də onun ümumi iş stajına daxil edilməsi məsələsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan "Dövlət pensiyalarının təyini və ödənilməsi" Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də, hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. SSRİ Nazirlər Sovetinin xx.xx.1973-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət sosial sığorta müavinətlərinin təyini zamanı fəhlə və qulluqçuların fasiləsiz stajının hesablanması qaydaları"nın 8-ci bəndinin "a" yarımbəndinə əsasən, SSRİ Silahlı Qüvvələrində, SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Daxili İşlər Nazirliyinin orqanlarında, xalq milislərində və partizan dəstələrində xidmət, əgər xidmətdən azad olunma tarixi və işə daxil olma və ya təhsil müəssisəsinə (orta-ixtisas, ali təhsil, aspirantura, doktorantura) daxil olma tarixi arasında fasilə üç aydan artıq deyilsə fasiləsiz əmək stajına daxildir. Göründüyü kimi, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan pensiya qanunvericiliyi yalnız hərbi xidmətdən azad olunma tarixi ilə işə daxil olma tarixi arasındakı fasiləni deyil, həm də təhsil müəssisəsinə daxil olma tarixi arasındakı fasilənin üç aydan artıq olmadığı təqdirdə fasiləsiz əmək stajına daxil edilməsini nəzərdə tuturdu. Məhkəmə qeyd edir ki, hazırkı işdə iddiaçı 01 iyun 1986-cı ildən 19 iyun 1988-ci ilədək həqiqi hərbi xidmətdə olmuş, 26 avqust 1988-ci ildə isə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul edilmişdir. Hərbi xidmətin başa çatması ilə təhsilə başlanması arasında keçən zaman kəsiyi 2 ay 7 gün olmuşdur ki, bu da üç ay həddini aşmadığından, mövcud hüquqi çərçivəyə tam uyğundur. Bu baxımdan yalnız hərbi xidmət dövrü deyil, eyni zamanda, xidmətin bitməsi ilə təhsil fəaliyyətinə başlanması arasında olan keçid müddəti də iddiaçının fasiləsiz əmək stajına daxil edilməlidir. Qeyd olunan dövrün staja aid edilməməsi isə hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Qaydaların tələblərinə zidd olardı. Beləliklə, məhkəmə hesab etmişdir ki, 01 iyun 1986 – 26 avqust 1988-ci il tarixlərini əhatə edən müddət bütövlükdə fasiləsiz əmək stajına daxil edilməlidir. Belə olan halda isə, iddiaçının xx.xx.2006-cı ilədək qanunla tələb olunan 20 il 24 gün (xx.xx.1985-xx.xx.1990, xx.xx.1990-xx.xx.1992, xx.xx.1992-xx.xx.2005) ümumi iş stajı yaranmış olur. Oxşar mövqe həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1814/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarında da əks olunmuşdur. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası iddiaçının hüquqları baxımından inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmamaqla, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmamış, həmçinin cavabdeh inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Halbuki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun: - 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). - 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 24.1-ci maddəsinin tələbinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2-ci maddə). - İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). - Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). Göstərilənlərə əsasən, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2020-ci ildən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyası təyin edilməsi üçün əsaslar mövcuddur. Eyni zamanda, nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.2020-ci ildə eyni tələblə cavabdehə müraciət etdiyindən, ona ödənilməmiş pensiya məbləğinin ödənilməsi pensiya hüququnun yarandığı tarixdən həyata keçirilməlidir. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 xx.xx.2024-cü ildə Mərkəzi Filiala ərizə ilə müraciət edərək iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, həmin müraciət Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-204481/2024 nömrəli məktubla cavablandırılmış və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İddiaçı iddia ərizəsində 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və həmin tarixdən hesablanaraq ödənilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi "iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi" formasında dəqiqləşdirilmişdir. Məlumdur ki, cavabdeh inzibati orqanın imtinasının hüquqi baxımdan qanuni olub-olmadığını müəyyənləşdirmək üçün aşağıdakı hallar yoxlanılmalıdır: 1. İmtinanın hüquqi əsasını təşkil edən səlahiyyətverici normanın dispozisiya şərtlərinin müvafiq iş üzrə mövcud olub-olmaması; 2. Cavabdehin müvafiq norma üzrə yol verilən hüquqi nəticəni seçib-seçməməsi. İddiaçı dəqiqləşdirilmiş iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı təqdim etdiyi sənədlər nəzərə alınmaqla "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə 52 yaşdan, yəni xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən və həmin tarixdən ödənilməsindən ibarətdir. Beləliklə, İddiaçı iddia tələbini 2 istiqamətdə araşdırmaq mümkündür: 1. Pensiyanın təyin edilməsi; 2. Pensiyanın ödənilməsi. İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1968-ci ildə doğulmuş və xx.xx.2020-ci ildə 52 yaşı tamam olmuşdur. Lakin iddiaçıya Qanunun 9.8-ci maddəsi üzrə pensiya təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Qanunun 9.8-ci maddəsi üzrə 52 yaşdan pensiya təyin edilməsi üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunur: 1. İddiaçının 52 yaşı tamam olmalıdır (yaş tələbi); 2. İddiaçı xx.xx.2006-cı ilədək ən azı 20 il ümumi sığorta stajına malik olmalıdır (ümumi staj tələbi);

3. İddiaçı 2-ci bənddə qeyd edilən stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli staj tələbi). Həmin maddəyə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. "Əmək pensiyaları haqqında" Qanunun 47-ci maddəsinə əsasən, bu Qanun xx.xx.2006-cı ildən qüvvəyə minmişdir. Deməli, "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun müddəaları əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iddiaçı xx.xx.2006-cı ilədək həmin qanunla tələb olunan ümumi və güzəştli sığorta stajını qazanmış olmalıdır. "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "a" bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İnzibati icraat materiallarından da göründüyü kimi, iddiaçı yaş və güzəştli iş stajı tələblərini ödəsə də, xx.xx.2006-cı ilədək ümumi staj tələbi ona münasibətdə mövcud olmamışdır. İddiaçının xx.xx.2006-cı ilədək ümumi stajı 19 il 11 ay 28 gün (28 gün kolxozda işlədiyi müddət, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il, xx.xx.1992- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir və qanunvericiliklə tələb edilən 20 ildən azdır. Məhkəmə qərarında qeyd edilmişdir ki, "məhkəmə nəticə olaraq müəyyən edir ki, iddiaçının ümumi sığorta stajına yalnız 01 sentyabr 1985 – 01 iyun 1986 və 26 avqust 1988 – 15 mart 1990 tarixləri arasındakı təhsil dövrləri daxil edilə bilər." İddiaçı iki dəfə təhsil almış və həmin təhsil müəssisələrindən biri – 18 nömrəli Bakı Peşə Liseyi iddiaçının məhz 1 sentyabr 1985-ci ildə 16 nömrəli Texniki Peşə məktəbinə daxil olduğunu, Bakı Neft Texnikumu isə 26 avqust 1988-ci ildə 484 nömrəli əmrlə Bakı Neft Texnikumuna qəbul olunduğunu qeyd etmişdir. Göründüyü kimi, 26 avqust iddiaçının təhsil almağa başladığı tarix deyil, məhz təhsil müəssisəsinə qəbul olunduğunu təsdiq edən əmrin verildiyi tarixdir. Əks təqdirdə, digər təhsil müəssisəsi də iddiaçının təhsilə başladığı tarix kimi 1 sentyabr tarixini qeyd etməmiş olardı. İstənilən halda təhsil müəssisəsinə qəbul olunmaqla bağlı əmr tədrisin başladığı tarixdən daha əvvəl verilir. Sözügedən 1980-ci illərdə tədris 1 sentyabr tarixində başladığına görə və qanunvericiliyin müddəalarına əsasən məhz təhsil müddəti iş stajına daxil edildiyinə görə 26 avqust 1988-ci ildən 1 sentyabr 1988-ci ilədək olan müddət iddiaçının ümumi iş stajına daxil edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 25 fevral 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, "Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur." Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" 1 dekabr 2010-cu il tarixli Qərarı). Nəzərə alsaq ki, bugünədək pensiya təyin edilmiş şəxslərin sözügedən dövrlərdəki təhsil müddəti 1 sentyabr tarixindən hesablanmaqla (tədrisin daha gec tarixdə başladığı bəzi təhsil müəssisələrindəki təhsil müddəti istisna olmaqla) ümumi iş stajına daxil edilmişdir, deməli, hazırkı iş üzrə təhsilin daha əvvəlki tarixdən hesablanması həmin pensiyaçılara münasibətdə bərabərlik prinsipinin pozulması ilə nəticələnəcəkdir. 2. Məhkəmə qərarında qeyd edilmişdir ki, "hərbi xidmətin başa çatması ilə təhsilə başlanması arasında keçən zaman kəsiyi 2 ay 7 gün olmuşdur ki, bu da üç ay həddini aşmadığından, mövcud hüquqi çərçivəyə tam uyğundur. Bu baxımdan, yalnız hərbi xidmət dövrü deyil, eyni zamanda xidmətin bitməsi ilə təhsil fəaliyyətinə başlanması arasında olan keçid müddəti də iddiaçının fasiləsiz əmək stajına daxil edilməlidir... Beləliklə, məhkəmə hesab edir ki, 01 iyun 1986 – 26 avqust 1988-ci il tarixlərini əhatə edən müddət bütövlükdə fasiləsiz əmək stajına daxil edilməlidir." Bununla əlaqədar bildiririk ki, Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Odur ki, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək olan dövrün sosial sığorta stajına daxil edilməklə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mövcud qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarından göründüyü kimi, iddiaçının ilkin iddia tələbi ilə dəqiqləşdirilmiş iddia tələbi arasındakı fərq tələbin ikinci hissəsi ilə bağlıdır. İddiaçı əvvəlcə pensiyanın xx.xx.2020-ci ildən hesablanaraq ödənilməsini, daha sonra isə xx.xx.2020-ci ildən ödənilməsini xahiş etmişdir. Bu iki tələb arasındakı fərq ondan irəli gəlir ki, birinci halda iddia təmin edilsə idi, iddiaçının pensiyası müvafiq tarixdən hesablansa da, yəni iddiaçıya həmin tarixdən pensiya təyin edilsə də, müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənişi həyata keçiriləcəkdi. İkinci halda iddia təmin edilsə, bu, pensiya təyinatının və ödənişinin eyni tarixdən, yəni xx.xx.2020-ci ildən etibarən həyata keçirilməsi ilə nəticələnəcəkdi. İddiaçı sonuncu tələblə bağlı hüquqi marağını xx.xx.2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizəsində ifadə etmiş, cavabdehin əvvəlki imtina məktublarının etibarsız hesab edilərək ləğv olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi xx.xx.2025-ci il tarixli 2-1(112)-3164/2025 nömrəli qərarı ilə iddia tələbini həmin hissədə təmin edərkən mövqeyini belə əsaslandırmışdır: "Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.2020-ci ildə eyni tələblə cavabdehə müraciət etdiyindən, ona ödənilməmiş pensiya məbləğinin ödənilməsi pensiya hüququnun yarandığı tarixdən həyata keçirilməlidir." Məhkəmənin bu mövqeyi qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə ziddir. Belə ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-584/2024 nömrəli qərarının 48-50-ci bəndlərində qeyd olunmuşdur ki, "iddiaçı cavabdehə sonuncu dəfə xx.xx.2022-ci ildə müraciət edərək imtina cavabı almışdır. Lakin həmin imtinaya qədər iddiaçı bir neçə dəfə (2017, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, iyul 2022) cavabdehə müraciət etmiş, hər dəfə müraciətə mənfi cavab verilmiş, bununla belə iddiaçı inzibati orqanın həmin hərəkətini növbəti müraciətinədək mübahisələndirməmiş, dolayısı ilə cavabdehin imtinası ilə razılaşmışdır. Yuxarıda da qeyd edildiyi kimi 2017-2022-ci illər aralığında iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehin rəsmi imtinası olmuş, bu imtinalardan iddiaçı həmin vaxtdan məlumatlı olmuş, lakin iddiaçı cavabdehin imtinalarını məhkəmə, yaxud inzibati qaydada mübahisələndirməmişdir. Mübahisələndirilən sonuncu imtina məktubuna uyğun olaraq və qanunvericiliyin tələblərinə əsasən cavabdeh inzibati orqan tərəfindən 2022-ci ilin avqustundan əvvəlki 3 il üzrə əmək pensiyasının hesablanaraq ödənilməsi həyata keçirilməlidir." Həmçinin, Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin maddənin məzmununa əsasən hətta İddiaçı xx.xx.2020-ci ildən güzəştli şərtlərlə pensiya təyin edilsə belə, həmin tarixdən etibarən yaranmış fərqin ödənilməsi mümkün deyil. Odur ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, fərq məbləği iddiaçının sonuncu müraciətindən əvvəlki 3 il üzrə hesablanıb müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Lakin qeyd olunanlardan görünür ki, Bakı İnzibati Məhkəməsi qərar qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, işi ətraflı araşdırmamışdır.

TƏRƏFLƏRİN İZAHATLARİ:

Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. İddiaçı məhkəmə iclasına gəlməmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.

İŞİN HALLARİ:

Hazırkı iddiada xx.xx.1968-ci il təvəllüdlü iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciəti təmin edilməmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır və hazırkı iddia ilə bu imtinanı mübahisələndirir. İşdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. İşdə olan Peşə təhsili haqqında A № 141004 nömrəli diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1985-ci ildə 16 №-li Texniki Peşə Məktəbinə daxil olmuş və xx.xx.1986-cı ildə "rəngsaz-suvaqçı" ixtisası üzrə kursu bitirmişdir. İşdə olan 18 №-li Bakı Peşə Liseyi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.1985-ci ildə 16 nömrəli Texniki Peşə Məktəbinə daxil olmuş və xx.xx.1986-cı ildə həmin liseyin "Rəngsaz-suvaqçı" ixtisasını əyani olaraq bitirmişdir. İşdə olan AO № ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək orduda xidmət etmişdir. İşdə olan PT-İ № 095106 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1988- 1992-ci illərdə Bakı Neft Texnikumunda təhsil almışdır. İşdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft- Energetika Kolleci tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı 26 avqust 1988-ci ildə 484 nömrəli əmrlə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olunmuş, 15 mart 1990-cı ildə 123 nömrəli əmrlə nizam-intizam qaydalarını pozduğuna görə texnikumun tələbələri sırasından xaric edilmiş, 26 fevral 1991-ci ildə 71 nömrəli əmrlə öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. Dövlət İxtisas Komissiyasının 27 iyun 1992-ci il tarixli qərarı ilə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə tam kursu bitirdiyinə görə ona "texnik-texnoloq" ixtisas dərəcəsi və PT-İ JVb 095106 nömrəli diplom verilmişdir. İşdə olan ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı: - xx.xx.1990-cı ildə Neft-qaz quyularının istismar və kəşfiyyat qazması üzrə 3-cü (üçüncü) dərəcəli qazmaçı köməkçisi vəzifəsinə təyin edilmiş, xx.xx.1990-cı ildə ona 4-cü dərəcə verilmiş, xx.xx.1991-ci ildə ona 5-ci dərəcə verilmiş və xx.xx.1992-ci ildə o, öz xahişi ilə işdən azad edilmiş; - xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilədək texniki-neftçi ixtisasının verilməsi ilə texnikumu bitirmiş; - xx.xx.1992-xx.xx.1994-cü il tarixlərdə qazma qurğularının 5-ci dərəcəli qazmaçı köməkçisi, xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə qazma qurğularının 6-cı dərəcəli qazmaçı, xx.xx.1997-xx.xx.2011-ci il tarixlərdə qazma qurğularının 12-ci dərəcəli buruq ustası; xx.xx.2011-xx.xx.2014-ci il tarixlərdə kəmər endirmə və qəzaların ləğvi sexinə qazma ustası; - xx.xx.2014-xx.xx.2015-ci il tarixlərdə "Logistika" bölümü, Kəmər endirmə və qəzaların ləğvi sexində qazma ustası vəzifəsində; xx.xx.2015-xx.xx.2018-ci il tarixlərdə "Neft Daşları" İstehsalat bölümü, 1954Anömrəli meydançada qazma ustası vəzifəsində; xx.xx.2018-xx.xx.2021-ci il tarixlərdə "Neft Daşlan" İstehsalat bölümü, 1541 nömrəli meydançada qazma ustası vəzifəsində; xx.xx.2021-ci ildən isə ’’Kompleks qazma işləri" tresti, "Neft Daşları-Günəşli" İstehsalat bölümü, 5 nömrəli briqadada qazma ustası vəzifəsində işləyir. Ucar Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ucar rayonu sabiq Kirovkənd kəndi "Kirov" adına kolxoza aid kolxozçuların əmək günlərinin uçotu və son hesablaşma cədvəllərinə əsasən, İddiaçı kolxozda aşağıdakı qaydada əmək günləri və əmək haqqı qazanmasına dair qeydlər var: 1981-ci il: son hesab cədvəlinə əsasən 1 adam günü, 1,30 rubl; 1982-ci il: iyul ayı üzrə 10 iş günü, 13 rubl, avqust ayı üzrə 2 adam günü, 1.79 rubl; 1983-cü il: iyun ayı üzrə 6 iş günü, 8,99 rubl, iyul ayı üzrə 6 iş günü, 7,24 rubl. 1983-cü il: son hesab cədvəlinə əsasən 15 adam gün, 26 rubl. SOCAR tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışdan görünür ki, iddiaçı "Pesçanıy" X4 idarəsində işləmişdir. "Xəzərdənizneftqazsənayesi" İstehsalat Birliyinin 111 nömrəli xx.xx.1991-ci il tarixli əmri ilə "Pesçanıy" X4 İdarəsinin adı tərcümə edilərək "Qum adası" X4 İdarəsi adlandırılmışdır. SOCAR-in 51 nömrəli xx.xx.2007-ci il tarixli və 60 nömrəli xx.xx.2007-ci il tarixli əmrləri ilə "Kompleks qazma işləri" tresti yaradılmış və "Qum adası" X4 İdarəsi trestin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2010-cu il tarixli 148 nömrəli əmri ilə "Qum adası" X4 İdarəsi yenidən təşkil edilərək, onun maddi-texniki bazasında birbaşa trestə tabe olan, hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi Qazmaservis və Logistika İdarəsi yaradılmışdır. SOCAR-ın xx.xx.2013-cü il tarixli SOCAR/13- 1000/01/SM-05-000034 nömrəli əmrinə əsasən "Kompleks qazma işləri" trestinin Qazmaservis və Logistika İdarəsi ləğv olunaraq trestin Logistika bölümü kimi fəaliyyət göstərmişdir. "Kompleks qazma işləri" trestinin "Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında" xx.xx.2021-ci il tarixli, SOCAR **********00040020A00070 nömrəli əmrinə əsasən "Logistika" və "Tamponaj" istehsalat bölümləri hal-hazirda "Qazmaservis" İstehsalat bölümü kimi fəaliyyət göstərir. İddiaçının güzəştli iş stajı 23 il 08 ay 10 gün təşkil edir. SOCAR tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə xx.xx.2007 il tarixli 12 nömrəli qərarına əsasən (10.1.Qazma: a) fəhlələr) yaşa görə güzəştli şərtlərlə təqaüdə getmək hüquqi verən əmək stajı 10 il 02 ay təşkil edir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.14. Gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.

"Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək qazanmış olsunlar.

"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır; 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur; 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət; 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır; 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır; 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır; 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur; 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir; 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda;

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsi iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə bağlı hissədə düzgün nəticəyə gəlsə də, pensiyanın həmin tarixdən ödənilməsi tələbi ilə bağlı hissədə səhvə yol vermişdir. İddiaçıya "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "a" bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün iki şərt təmin edilmiş olmalıdır: 1) xx.xx.2006-cı ilədək azı 20 il ümumi iş stajı; 2) xx.xx.2006-cı ilədək azı 10 il güzəştli iş stajı (Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə). Cavabdeh iddiaçının kifayət qədər güzəştli iş stajının olmasını qəbul edir, ümumi iş stajının müddətini isə mübahisələndirir. Onun hesablamasına görə, iddiaçının ümumi iş stajı 19 il 11 ay 28 gün təşkil edir. Bunlar iddiaçının 28 gün kolxozda işlədiyi müddət, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək təhsil aldığı, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək hərbi xidmətdə olduğu, xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək təhsil aldığı, xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək işlədiyi, xx.xx.1992-ci ildən xx.xx.2005-ci ilədək işlədiyi müddətlərdir. Göründüyü kimi, iddiaçının xx.xx.1988-ci il tarixli əmrlə Bakı Neft Texnikumuna qəbul olunmasına və bunun Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin arxiv arayışı ilə təsdiq edilməsinə baxmayaraq cavabdeh təhsil müddətinin başlanğıcını xx.xx.1988-ci ildən deyil, xx.xx.1988-cı ildən hesablamış və bunu belə əsaslandırmağa çalışmışdır ki, tədris məhz 01 sentyabr tarixində başlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Bakı Neft Texnikumunda təhsilə xx.xx.1988-ci ildə deyil, xx.xx.1988-ci ildə başlamasını təsdiq edən heç bir sübut yoxdur və cavabdehin bu dəlili yalnız ehtimallara əsaslanır. Digər tərəfdən, məsələyə cavabdehin məntiqi ilə yanaşsaq, yəni təhsil müddətini yalnız bilavasitə auditoriyada tədris prosesinin aparıldığı müddət üçün hesablasaq, bu halda tətil aylarını və günlərini də təhsil müddətindən çıxmaq lazım gələcək. Bu isə nə qanuna, nə məhkəmə təcrübəsinə, nə də məntiqə uyğundur. Beləliklə, cavabdehin qəbul etdiyi müddətləri, eləcə də səhvən xx.xx.1988-ci ildən başlayaraq hesabladığı təhsil müddətini sənədlərdə olduğu kimi xx.xx.1988-ci ildən başlayaraq hesabladıqda bu müddətlərin cəmi 20 il 5 gün təşkil edir. Bu isə iddiaçıdan tələb olunan 20 illlik ümumi staj şərtinin təmin edilməsi deməkdir. Ona görə də birinci instansiya məhkəməsi iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqda haqlı olmuşdur. Lakin bununla yanaşı, məhkəmə kollegiyası SSRİ Nazirlər Sovetinin xx.xx.1973-cü il tarixli 252 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət sosial sığorta müavinətlərinin təyini zamanı fəhlə və qulluqçuların fasiləsiz stajının hesablanması qaydaları"nın 8-ci bəndinin "a" yarımbəndinin birinci instansiya məhkəməsi tərəfindən edilmiş təfsirini səhv hesab edir və bununla bağlı aşağıdakıları bildirir. Həmin normada deyilir:

8. Fasiləsiz iş stajına, fəhlə və qulluqçu qismində qismində işdən əlavə, həm də: a) SSRİ Silahlı Qüvvələrinin tərkibində, SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi və SSRİ Daxili İşlər Nazirliyi orqanlarında, xalq könüllü dəstələrində və partizan dəstələrində xidmət, əgər xidmətdən buraxılma günü ilə işə, yaxud ali və ya orta ixtisas təhsili müəssisəsinə (o cümlədən hazırlıq bölməsinə), aspiranturaya, klinik ordinaturaya, kurslara, ixtisasartırma, ixtisasdəyişmə və kadr hazırlığı üzrə məktəbə daxil olma günü arasında olan fasilə üç aydan artıq olmamışdırsa, daxil edilir. Göründüyü kimi, həmin normada fasiləsiz iş stajına daxil edilə bilən müddət kimi, şəxsin SSRİ Silahlı Qüvvələrinin tərkibində, SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi və SSRİ Daxili İşlər Nazirliyi orqanlarında, xalq könüllü dəstələrində və partizan dəstələrində xidmət müddəti nəzərdə tutulmuşdur. Lakin birinci instansiya məhkəməsi normanı səhv təfsir edərək, hesab etmişdir ki, hərbi xidmətdən azad olunma tarixi ilə işə və ya təhsil müəssisəsinə daxil olma tarixi arasındakı fasilə üç aydan artıq olmadığı təqdirdə, həmin fasilə müddəti fasiləsiz əmək stajına daxil edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi sözügedən normanı səhv təfsiq etməklə maddi hüquq normasını pozsa da, qərarın pensiyanın təyin edilməsi tələbinə dair hissəsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğuna və mahiyyəti üzrə düzgün olduğuna görə bu pozuntu qərarın sözügedən hissəsinin ləğvinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçıya pensiya ödənişinin təyin edildiyi tarix ilə bağlı mövqeyi ilə razılaşmayaraq hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya ödənişinin tarixi xx.xx.2020-ci ildən deyil, iddiaçının cavabdehə sonuncu müraciət tarixindən 3 il əvvəl- xx.xx.2021-ci ildən ödənilməlidir. Belə ki, iddiaçı cavabdehə müəyyən fasilələrlə bir neçə dəfə eyni məzmunlu müraciətlər etmiş, hər dəfə imtina cavabı almış, lakin məhkəməyə iddianı yalnız sonuncu 02 iyul 2024-cü il tarixli müraciətə yenə imtina cavabı aldıqdan sonra vermişdir. O, əvvəlki cavabları aldıqdan sonra onları mübahisələndirməmiş və dolayısı ilə cavabdehin həmin imtinaları ilə razılaşmışdır. Eyni hüquqi mövqe başqa bir oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-584/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında da ifadə edilmişdir. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəldi ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilərək iddianın qismən təmin edilməsi və əmək pensiyasının xx.xx.2021-ci ildən ödənilməsi müəyyən edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3164/2025 nömrəli 07 aprel 2025-ci il tarixli qərarı iddianın tam təmin edilməsi və pensiyanın xx.xx.2020-ci ildən başlayaraq ödənilməsi hissələrində dəyişdirilsin. İddianın qismən təmin edilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2021-ci ildən ödənilməsi müəyyən edilsin. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar