Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3114/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1595/2023 nömrəli 07 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********158278 saylı xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericilyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” Qərarının Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən tətbiq olunan 240000,0 manat maliyyə sanksiyasının 120000,0 manat hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1595/2023 nömrəli 07 aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı barədə qəbul edilmiş **********158278 saylı xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericilyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” Qərarın Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən tətbiq olunan 240000,0 manat maliyyə sanksiyasının 120000,0 manat hissəsində ləğv edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********167994 saylı qərarına əsasən vergi ödəyicisində səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticələri xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə təsdiq edilmişdir. Akta baxılması nəticəsində qəbul edilmiş məsuliyyət qərarı ləğv edilərək, xx.xx.2022-ci il tarixli **********158278 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” qərar qəbul edilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2017-ci ilin may ayının 21-dən sonra (xx.xx.2017-ci il tarixdə 575000,00 manat, xx.xx.2017-ci il tarixdə 655000,00 manat 2 kassa məxaric orderinə əsasən) xx.xx.2017-ci ilədək olan nağdlaşdırılmış əməliyyatlarının həcmi 1.230.000,00 manat olmuşdur. Vergi ödəyicisinin 2017-ci ilin avqust ayında keçirilmiş operativ vergi nəzarəti zamanı həmin ay üzrə 30000 manat çıxarmaq hüququ nəzərə alındığı üçün səyyar vergi yoxlaması zamanı həmin ay üzrə 2-ci dəfə nəzərə alınmamış və ümumilikdə 1.200.000,00 manatdan (1.200.000,00 - 30000,00) 20% miqdarında, yəni 240000,00 (1200000,00*20%) manat miqdarında maliyyə sanksiyası tətbiq olunmuşdur. Məhkəmə iddianın təmin edilməsini onunla əsaslandırmışdır ki, cavabdeh qurumun iddiaçı tərəfindən ikinci dəfə yol verilmiş kimi göstərdiyi (xx.xx.2017-ci il tarixdə 575000,00 manat, xx.xx.2017-ci il tarixdə 655000,00 manat 2 kassa məxaric orderinə əsasən) qanun pozuntusu ilkin pozuntu kimi qeydə alınmış olan və 004023 nömrəli aktı ilə rəsmiləşdirilmiş xx.xx.2017 tarixdən əvvəlki tarixə aiddir. Belə olan halda, **********158278 saylı xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericilyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” tarixli qərarla təqvim ili ərzində daha əvvəl baş vermiş qanun pozuntusu ilə aparılmış ilkin əməliyyat olmasına baxmayaraq, ikinci dəfə kimi qiymətləndirməkdə və iddiaçıya Vergi Məcəlləsinin 58.7-1.6-cı maddəsinə əsasən aparılmış əməliyyatın 10%-i (1200000x10%=120000) deyil, 20%-i (1200000x20%=240000) məbləğində maliyyə sanksiyası tətbiq etməklə düzgün nəticəyə gəlməmişdir. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə vergi ödəyicilərinə qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İş materiallarından da görünür ki, vergi ödəyicisində ilkin olaraq “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********0705 nömrəli qərar əsasında operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Yoxlama zamanı qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada (27791,77 manat) həyata keçirilməsi müəyyən edilmişdir. Həmin nəzarət tədbirləri “Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı tələblərə əməl edilməsinə riayət olunması vəziyyəti haqqında” xx.xx.2017-ci il tarixli 004023 N-li aktı ilə rəsmiləşdirilmiş və operativ vergi nəzarəti zamanı Vergi Məcəlləsinin 58.7.1.1-ci maddəsinin tələblərinin pozulduğuna görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********7188 nömrəli qərara əsasən vergi ödəyicisi həmin məbləğin 10 faizi, yəni 2779,20 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Səyyar vergi yoxlaması isə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********167994 nömrəli qərara əsasən başlanılmış, xx.xx.2020-ci il tarixli **********168378 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Buna uyğun olaraq, xx.xx.2020-ci il tarixli **********137713 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” məsuliyyət qərarı qəbul edilmişdir. Daha sonra həmin qərara düzəliş edilməsi məqsədilə xx.xx.2022-ci il tarixli **********158278 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” qərar qəbul olunmuşdur. Səyyar vergi yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2017-ci ilin may ayının 21-dən sonra, yəni xx.xx.2017-ci il tarixdə 575000,00 manat, xx.xx.2017-ci il tarixdə 655000,00 manat 2 kassa məxaric orderinə əsasən xx.xx.2017-ci ilədək olan nağdlaşdırılmış əməliyyatlarının həcminin 1.230.000,00 manat təşkil etdiyi müəyyən olunmuşdur. Yoxlama ilə kassa məxaric orderlərinin X2 təqdim edildiyi, həmin şəxsin isə İddiaçı MMC-də 100% təsis payı məxsus olduğu və vergi orqanında uçota alınmadığı müəyyən olunmuşdur. Yoxlama ilə həmin məbləğlərin nağd qaydada təsisçiyə qaytarılması 2017-ci il ərzində 2-ci dəfə “Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına səbəb olmuşdur. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən, nağd qaydada məxaric edilən 1230000,00 manat məbləğdən yalnız iyun ayı üzrə 30000 manat nəzərə alınmışdır. Belə ki, vergi ödəyicisinin 2017-ci ilin avqust ayında keçirilmiş operativ vergi nəzarəti zamanı həmin ay üzrə 30000 min manat çıxarmaq hüququ nəzərə alındığı üçün səyyar vergi yoxlaması zamanı həmin ay üzrə 2-ci dəfə nəzərə alınmamış və ümumilikdə, 1.200.000,00 manatdan (1.200.000,00 - 30000,00) 20% miqdarında, yəni 240000,00 (1200000,00*20%) manat miqdarında maliyyə sanksiyası tətbiq olunmuşdur. “Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun 3.4.6-cı bəndinə əsasən, faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması nağdsız qaydada həyata keçirilməlidir. Göründüyü kimi, həmin Qanunun tələblərinin 2-ci dəfə pozulması səyyar vergi yoxlaması ilə aşkar edilmiş və xx.xx.2022-ci il tarixli qərarla rəsmiləşdirilmişdir. Belə olan halda Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1595/2023 saylı qərarı əsaslı hesab edilə bilməz. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, vergi ödəyicisində ilkin olaraq “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********0705 nömrəli qərar əsasında operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Yoxlama zamanı qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada (27791,77 manat) həyata keçirilməsi müəyyən edilmişdir. Həmin nəzarət tədbirləri “Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı tələblərə əməl edilməsinə riayət olunması vəziyyəti haqqında” xx.xx.2017-ci il tarixli 004023 nömrəl aktla rəsmiləşdirilmiş və operativ vergi nəzarəti zamanı Vergi Məcəlləsinin 58.7.1.1-ci maddəsinin tələbləri pozulduğuna görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********7188 nömrəli qərara əsasən vergi ödəyicisi (iddiaçı) həmin məbləğin 10 faizi, yəni 2779,20 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Daha sonra “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********167994 nömrəli qərara əsasən səyyar vergi yoxlaması başlanılmış, xx.xx.2020-ci il tarixli **********168378 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2017-ci ilin may ayının 21-dən sonra (xx.xx.2017-ci il tarixdə 575000,00 manat, xx.xx.2017-ci il tarixdə 655000,00 manat 2 kassa məxaric orderinə əsasən) xx.xx.2017-ci ilədək olan nağdlaşdırılmış əməliyyatlarının həcmi 1.230.000,00 manat olmuşdur. Vergi ödəyicisinin 2017-ci ilin avqust ayında keçirilmiş operativ vergi nəzarəti zamanı həmin ay üzrə 30000 manat çıxarmaq hüququ nəzərə alındığı üçün səyyar vergi yoxlaması zamanı həmin ay üzrə 2-ci dəfə nəzərə alınmamış və ümumilikdə 1.200.000,00 manatdan (1.200.000,00 - 30000,00) 20% miqdarında, yəni 240000,00 (1200000,00*20%) manat miqdarında maliyyə sanksiyası təklif edilmişdir. Buna uyğun olaraq, xx.xx.2020-ci il tarixli **********137713 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” məsuliyyət qərarı qəbul edilmiş və daha sonra isə xx.xx.2022-ci il tarixli **********158278 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” qərar qəbul edilərək iddiaçıya müəyyən vergilərlə yanaşı, Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 240000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Cavabdehin **********158278 saylı xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” qərarından görünür ki, İddiaçı haqqında ümumilikdə 245349,01 manat pul məbləğində maliyyə sanksiyasının 240000,00 manat hissəsini Vergi Məcəlləsinin 58.7- 1-ci maddəsinə əsasən maliyyə sanksiyasının təşkil etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 58.7-1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: 58.7-1.6. həmin Qanunun 3.4.6-cı maddəsinin tələblərini pozmaqla faizsiz pul vəsaitlərini (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaları nağd qaydada ödəyən və qəbul edən şəxsə. «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanunu: 3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: 3.4.6. faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 58.7-1.6-cı maddəsinə əsasən cavabdeh qurumun iddiaçı tərəfindən ikinci dəfə yol verilmiş kimi göstərdiyi (xx.xx.2017-ci il tarixdə 575000,00 manat, xx.xx.2017-ci il tarixdə 655000,00 manat 2 kassa məxaric orderinə əsasən) qanun pozuntusu cavabdehin özünün də qərarlarında və etirazında göstərildiyi kimi ilkin qanun pozuntusu kimi qeydə alınmış olan xx.xx.2017-ci il tarixli **********0705 saylı qərarına əsasən “Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı tələblərə əməl edilməsinə riayət olunması vəziyyəti haqqında” 004023 nömrəli aktı ilə rəsmiləşdirilmiş xx.xx.2017 tarixdən əvvəlki tarixə aiddir. Belə olan halda cavabdeh qurum **********158278 saylı xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericilyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” tarixli qərarla təqvim ili ərzində daha əvvəl baş vermiş qanun pozuntusu ilə aparılmış ilkin əməliyyat olmasına baxmayaraq, ikinci dəfə kimi qiymətləndirməklə və iddiaçıya Vergi məcəlləsinin 58.7-1.6-cı maddəsinə əsasən aparılmış əməliyyatın 10%-i (1200000x10%=120000) deyil, 20%-i (1200000x20%=240000) məbləğində maliyyə sanksiyası tətbiq etməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1595/2023 nömrəli 07 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3114/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3114/2023
13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver