Məhkəmə qərarları › İş №2-1(103)-3117/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3117/2025

16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3117/2025 16.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işi üzrə Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və X4 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2-1(112)-3538/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasına əsasən X6 xx.xx.1977xx.xx.1978-ci il tarixlərdə fəhlə; (06 ay 28 gün) xx.xx.1978-xx.xx.1978-ci il tarixlərdə fəhlə; (03 ay 11 gün) xx.xx.1981-xx.xx.1981-ci il tarixlərdə sürücü; (07 ay 21 gün) xx.xx.1981xx.xx.1982-ci il tarixlərdə usta; (03 ay 15 gün) xx.xx.1982-xx.xx.1983-cü il tarixlərdə daşıyıcı; (01 il 15 gün) xx.xx.1984-xx.xx.1984-cü il tarixlərdə fəhlə; (02 ay 05 gün) xx.xx.1984-xx.xx.1985-ci il tarixlərdə yanğınsöndürən; (02 ay 02 gün) xx.xx.1985xx.xx.1985-ci il tarixlərdə sürücü; (03 ay 03 gün) xx.xx.1986-xx.xx.1987-ci il tarixlərdə çilingər; (09 ay 29 gün) xx.xx.1987-xx.xx.1987-ci il tarixlərdə mexanik; (05 ay 16 gün) xx.xx.1988-xx.xx.2008-ci il tarixlərdə refrijerator seksiyaların mexaniki, rəhbər mexaniki işləmişdir. İddiaçı xx.xx.1978-xx.xx.1981-ci il tarixlərdə (02 il 01 ay 29 gün) həqiqi hərbi xidmətdə olmuşdur. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmuş vəzifələrdə işləmişdir. Onun işlədiyi müvafiq vəzifələr üzrə sığorta (əmək) stajı 18 il 11 ay 28 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi qeyd olunmuşdur ki, “Mərkəzi Filiala təqdim etdiyiniz 9 oktyabr 1974- cü il tarixli ИT-l ******* nömrəli əmək kitabçanız araşdırılarkən, 11-12-ci səhifələrində qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, həmin səhifələrdəki 16-17-ci qeydlərə düzəliş edilərək işə başlama, işdən çıxma tarixləri ilə əmrlərin tarixlərinin dəyişdirildiyi aşkar görünür. Buna görə də, həmin səhifələrdə qeyd olunan xx.xx.1985-xx.xx.1985-ci il tarixləri arasındakı dövrü iş stajınıza daxil etmək mümkün deyil. Eyni zamanda, 1 yanvar 2006-cı il tarixindən bugünədək sizə münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabınızın sığorta hissəsində 2006-cı ilin yanvar, 2007- ci ilin noyabr, dekabr, 2008-ci ilin yanvar, fevral, mart, aprel ayları üzrə öz əksini tapmadığından həmin müddətin (ümumilikdə 7 ay) və sosial sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəblərdən də, sizin ümumi iş stajınız 25 ildən az (24 il 6 ay 14 gün (xx.xx.1977xx.xx.1978-ci il, xx.xx.1978- xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1981-ci il, xx.xx.1981xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər, xx.xx.2006-cı il tarixindən sonra 1 il 9 ay)) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Həmçinin, "xxxx" QSC-nin sizə dair xx.xx.2024-cü il tarixli 13-1 /2-Q-2668/1 - 42/2024 nömrəli arayışında xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (11 il 3 ay 2 gün (xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1998-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24415,98 manat təşkil edir.” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində müəssisə haqqında məlumatların qeydiyyata alınması həmin müəssisələr tərəfindən təqdim olunan məlumatlar əsasında aparılır. Məktubda qeyd olunan müəssisə barədə dövlət əmlakının Registrində məlumat qeydiyyata alınmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixindən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixindən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi məsələsində mübahisə yaranmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixindən, 57 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət olunmuşdur. Lakin cavabdeh özünün 14 sentyabr 2024-cü il tarixli, 3-17-1/2-Q-222218/2024 saylı məktubu ilə xahişini yerinə yetirməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, o, orta təhsilini başa vurduqdan sonra 04 oktyabr 1977-ci ildə Kirov adına Balıq Kombinatında fəhlə kimi işə qəbul edilmiş, 01 may 1978-ci ildə X2 köçürmə yolu ilə işdən çıxmış, 30 iyun 1978-ci ildə X2 fəhlə qəbul edilmiş, 10 oktyabr 1978-ci ildə həqiqi hərbi xidmətə getməyi ilə əlaqədar işdən çıxmış, 09 noyabr 1978-ci ildə hərbi xidmətə getmiş və 14 yanvar 1981-ci ildə xidmətdən qayıtmışdır. 06 fevral 1981-ci ildə M.Müşviq adına üzümçülük sovxozunda sürücü peşəsinə işə qəbul edilmiş, 26 sentyabr 1981-ci ildə işdən çıxmışdır. 23 dekabr 1981-ci ildə RSFSR-nm Yeysk şəhər X1 sürücü vəzifəsinə qəbul edilmiş və 06 aprel 1982ci ildə işdən çıxmışdır. 05 avqust 1982-ci ildə N nömrəli hərbi hissədə nəqliyyat fəhləsi vəzifəsinə işə qəbul edilmiş və 19 avqust 1983-cü ildə işdən çıxmışdır. 09 aprel 1984-cü ildə X14 Zavodunda sürücü peşəsinə işə qəbul edilmiş, 13 iyun 1984-cü ildə işdən çıxmışdır. 05 dekabr 1984-cü ildə Plavsk 59 nömrəli X3 yanğınsöndürən vəzifəsinə işə qəbul edilmiş və 06 fevral 1985-ci ildə işdən çıxmışdır. 24 may 1985-ci ildə maşinist vəzifəsinə qəbul edilmiş, 26 avqust 1985-ci ildə işdən çıxmıaşdır. 22 sentyabr 1986-cı ildə Azərbaycan Dəmir Yollarının X10 Vaqon Deposunda tormoz və pnevmatik avadanlıqlar üzrə çilingər vəzifəsinə işə qəbul edilmiş, 20 iyul 1987-ci ildə işdən çıxmışdır. 16 iyul 1987- 31 dekabr 1987-ci ildə Azərbaycan Dəmir Yollarının Bakı Texniki Məktəbində refrijerator seksiyalan mexaniki kursu üzrə əyani təhsil almışdır. 28 yanvar 1988-ci ildə Azərbaycan Dəmir Yollarının X10 Vaqon Deposunda refrijerator seksiya maşinisti vəzifəsinə işə qəbul edilmiş, 23 oktyabr 1989-cu ildə refrijerator seksiyasının rəisi vəzifəsinə keçirilmiş, 01 yanvar 1991-ci il tarixindən refrijerator seksiyası rəisi vəzifəsi refrijerator seksiyasının rəhbər mexaniki adlandırılmışdır. 24 mart 1998-ci ildə refrijerator seksiya maşinisti vəzifəsinə keçirilmiş və 04 aprel 2008-ci ildə işdən çıxmışdır. İddiaçı ümumi və güzəştli iş stajının ödənildiyinə əsaslanaraq onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququnun yarandığını iddia edir. Cavabdeh orqanın iddiaya xx.xx.2025-ci il tarixli yazılı etirazı məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, iddiaçı R.X8 ərizə ilə müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini və hazırki müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsini xahiş etmişdir. İddiaçının Mərkəzi Filiala xx.xx.2024-cü ildə daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılaraq, ümumi iş stajı 25 ildən az, güzəştli iş stajı 12 il 6 aydan az olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir (xx.xx.2024-cü il tarixli 3-17-1/2-Q-222218/2024 nömrəli məktub). İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş xx.xx.1974-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən 11-12- ci səhifələrdə qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, həmin səhifələrdəki 16-17-ci qeydlərə düzəliş edilərək işə başlama, işdən çıxma tarixləri ilə əmrlərin tarixlərinin dəyişdirildiyi aşkar görünür. Halbuki bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na ziddir. Buna görə də həmin səhifələrdə qeyd olunan xx.xx.1985-xx.xx.1985-ci il tarixləri arasındakı dövrün iddiaçının iş stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda xx.xx.2006-cı il tarixdən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları onun fərdi hesabının sığorta hissəsində 2006-cı ilin yanvar, 2007-ci ilin noyabr, dekabr, 2008-ci ilin yanvar, fevral, mart, aprel ayları üzrə öz əksini tapmadığından həmin müddətin (ümumilikdə 7 ay) iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəblərdən iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 6 ay 14 gün ( xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1978-ci il, xx.xx.1978-06.01,1981-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər, xx.xx.2006-cı il tarixdən sonra 1 il 9 ay)) təşkil edir. Bundan başqa "xxxx" QSC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli 13-1/2-Q2668/1-42/2024 nömrəli arayışında xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də iddiçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 3 ay 2 gün (xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1998-xx.xx.2006-cı il, xx.xx.2006- xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2-1(112)-3538/2025 nömrəli qərarı ilə (hakim T.R.Məlikov) iddia tələbi təmin edilərək, İddiaçı 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün (xx.xx.2021-ci il tarixdən) ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2- 1(112)-3538/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş xx.xx.1974-cü il tarixli ИT-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən 11-12-ci səhifələrdə qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, həmin səhifələrdəki 16-17-ci qeydlərə düzəliş edilərək işə başlama, işdən çıxma tarixləri ilə əmrlərin tarixlərinin dəyişdirildiyi aşkar görünür. Halbuki bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı(qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin12 may 2025-ci il tarixli 156 nömrəli qərarı ilə qüvvədən düşmüşdür) ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na ziddir. Buna görə də həmin səhifələrdə qeyd olunan xx.xx.1985-xx.xx.1985-ci il tarixləri arasındakı dövrün iddiaçının iş stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda xx.xx.2006-cı il tarixdən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları onun fərdi hesabının sığorta hissəsində 2006-cı ilin yanvar, 2007-ci ilin noyabr, dekabr, 2008-ci ilin yanvar, fevral, mart, aprel ayları üzrə öz əksini tapmadığından həmin müddətin (ümumilikdə 7 ay) iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəblərdən iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 6 ay 14 gün (xx.xx.1977xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1981-ci il, xx.xx.1981xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər, xx.xx.2006-cı il tarixdən sonra 1 il 9 ay)) təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi öz qərarında iddiaçının xx.xx.1987-xx.xx.1987-ci il tarixində aldığı təhsilin əyani olması müəyyən edildiyindən, həmin dövrün - 05 ay 16 günün iddiaçının sığorta stajına daxil edilməsi, bununla da mübahisələndirilməyən 24 il 06 ay 16 gün + mübahisələndirilən 05 ay 16 gün = 25 il 02 gün olduğundan, iddiaçının xx.xx.2006-cı il tarixinədək 25 ildən çox ümumi iş stajının olması səbəbindən mübahisələndirilən digər dövrlər üzrə əlavə araşdırmanın aparılmasına zərurət olmadığını qeyd etmişdir. İddiaçının xx.xx.1987-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində refrijerator seksiyaları mexaniki kursunda təhsil aldığı müddətin əyani olub-olmamasını təsdiq edən sənəd inzibati icraat zamanı Mərkəzi Filiala təqdim edilmədiyindən həmin dövr iddiaçının sığorta stajına daxil edilməmişdir. Eyni zamanda bildiririk ki, cavabdeh imtina məktubunda iddiaçının məhkəmənin qeyd etdiyi kimi 24 il 6 ay 16 gün yox, 24 il 6 ay 14 gün stajını mübahisələndirməmişdir. Hazırki halda məhkəmə araşdırması nəticəsində təhsil müddətinin əyani olmasını öz təsdiqini tapsa da, yenə də xx.xx.2006-cı il tarixinədək iddiaçının 25 ildən çox ümumi stajı yaranmır. Belə ki, nəzərə alınmalıdır ki, cavabdeh iddiaçının əmək kitabçası üzrə xx.xx.1986-xx.xx.1987-ci il dövrünü nəzərə almışdır. Deməli, xx.xx.1987-xx.xx.1987-ci il üzrə iddiaçının təhsil aldığı 5 ay 15 günlük dövrün 4 günü - xx.xx.1987-xx.xx.1987-ci il iş və təhsil müddəti kimi üst-üstə düşür və cavabdeh tərəfindən artıq nəzərə alınmışdır. Onda mübahisələndirilməyən 24 il 06 ay 14 gün + (05 ay 15 gün əyani təhsil – 4 gün üst-üstə düşən dövr) = 24 il 11 ay 25 gün olduğundan, iddiaçının xx.xx.2006-cı il tarixinədək 25 ildən çox ümumi iş stajının olması müəyyən edilmir. Belə ki, Qanunun 22.2-ci maddəsinə əsasənsığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Həmçinin ”Azərbaycan Dəmir Yolları” QSC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli 13-1/2-Q-2668/1-42/2024 nömrəli arayışındaxx.xx.1989xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də iddiçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 3 ay2 gün (xx.xx.1988xx.xx.1989-cu il, xx.xx.1998-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24415,98 manat təşkil edir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün azı 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajı olmadığından cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qeyd olunan halları nəzərə almamış, iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqində səhv yol verilmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Birinci instansiya məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından, beləliklə də, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, hesab edirlər ki, apellyasiya şikayəti təmin edilməli və qərar ləğv edilərək iddia təmin edilməməlidir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2-1(112)- 3538/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2-1(112)-3538/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ (Nəqliyyat) bölməsində “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000—23598)” vəzifəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının aldığı təhsilin əyani olub-olmamasını mübahisələndirsə də, məhkəmə araşdırılması zamanı təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı Azərbaycan Dəmir Yollarının Bakı texniki məktəbinin “Mexanik refrijerator” kursunu xx.xx.1987-xx.xx.1987-ci ildə əyani şöbəsini bitirmişdir. Göründüyü kimi, iddiaçının aldığı təhsilin təhsil formasının əyani olması müəyyən olunmuşdur ki, bu da həmin dövrün (05 ay 16 gün) staja daxil edilməsinə əsas verir. Birinci instansiy məhkəməsi mübahisələndirilən xx.xx.1985xx.xx.1985-ci il tarixinin staja daxil edilməsinə münasibətdə qeyd etmişdir ki, həmin stajın daxil edilib-edilməməsindən asılı olmayaraq iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox (mübahisələndirilməyən 24 il 06 ay 16 gün + mübahisələndirilən 05 ay 16 gün = 25 il 02 gün) ümumi iş stajının olması müəyyən olunur. Bu səbəbdən də həmin dövr üzrə əlavə araşdırmanın aparılmasına zərurət olmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan ümumi iş stajı mövcuddur. İddiaçının xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arasındaki dövr ərzində refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi müddət onun güzəştli iş stajına daxil edilməli olması qənaətinə gəlir. Bu halda isə iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etmək üçün qanunla tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajı yaranmış olur (xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən 09 il 06 ay 05 gün + mübahisələndirilən 08 il 05 ay 02 gün = 17 il 11 ay 07 gün). Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlilləri aşağıdakılardan ibarətdir:

1. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş xx.xx.1974-cü il tarixli ИT-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən 11-12-ci səhifələrdə qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, həmin səhifələrdəki 16-17-ci qeydlərə düzəliş edilərək işə başlama, işdən çıxma tarixləri ilə əmrlərin tarixlərinin dəyişdirildiyi aşkar görünür. Buna görə də həmin səhifələrdə qeyd olunan xx.xx.1985-xx.xx.1985-ci il tarixləri arasındakı dövrün iddiaçının iş stajına daxil edilməsi mümkün olmamışdır.

2. Eyni zamanda xx.xx.2006-cı il tarixdən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları onun fərdi hesabının sığorta hissəsində 2006-cı ilin yanvar, 2007-ci ilin noyabr, dekabr, 2008-ci ilin yanvar, fevral, mart, aprel ayları üzrə öz əksini tapmadığından həmin müddətin (ümumilikdə 7 ay) iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəblərdən iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 6 ay 14 gün (xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1978-ci il, xx.xx.1978xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1987ci il, xx.xx.1988-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər, xx.xx.2006-cı il tarixdən sonra 1 il 9 ay)) təşkil edir.

3. Cavabdeh imtina məktubunda iddiaçının məhkəmənin qeyd etdiyi kimi 24 il 6 ay 16 gün yox, 24 il 6 ay 14 gün stajını mübahisələndirməmişdir. Hazırki halda məhkəmə araşdırması nəticəsində təhsil müddətinin əyani olmasını öz təsdiqini tapsa da, yenə də xx.xx.2006-cı il tarixinədək iddiaçının 25 ildən çox ümumi stajı yaranmır. Belə ki, nəzərə alınmalıdır ki, cavabdeh iddiaçının əmək kitabçası üzrə xx.xx.1986-xx.xx.1987-ci il dövrünü nəzərə almışdır. Deməli, xx.xx.1987xx.xx.1987-ci il üzrə iddiaçının təhsil aldığı 5 ay 15 günlük dövrün 4 günü xx.xx.1987-xx.xx.1987-ci il iş və təhsil müddəti kimi üst-üstə düşür və cavabdeh tərəfindən artıq nəzərə alınmışdır. Onda mübahisələndirilməyən 24 il 06 ay 14 gün + (05 ay 15 gün əyani təhsil – 4 gün üst-üstə düşən dövr) = 24 il 11 ay 25 gün olduğundan, iddiaçının xx.xx.2006-cı il tarixinədək 25 ildən çox ümumi iş stajının olması müəyyən edilmir.

4. Həmçinin ”Azərbaycan Dəmir Yolları” QSC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli 13-1/2-Q-2668/1-42/2024 nömrəli arayışında xx.xx.1989- xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də iddiçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 3 ay2 gün (xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1998-xx.xx.2006-cı il, xx.xx.2006xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.

5. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24415,98 manat təşkil edir. Məhkəmə tərkibi apellyasiya şikayətinin birinci dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi öz qərarında xx.xx.1985-xx.xx.1985-ci il tarixinin staja daxil edilməsinə münasibətdə qeyd etmişdir ki, həmin stajın daxil edilib-edilməməsindən asılı olmayaraq iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox (mübahisələndirilməyən 24 il 06 ay 16 gün + mübahisələndirilən 05 ay 16 gün = 25 il 02 gün) ümumi iş stajının olması müəyyən olunur. Bu səbəbdən də həmin dövr üzrə əlavə araşdırmanın aparılmasına zərurət olmamışdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2006cı il tarixədək tələb olunan ümumi iş stajı mövcuddur. Məhkəmə tərkibi hesab edir ki, mübahisləndirlən dövrün sosial sığorta stajı kimi nəzərə alınmasında hər hansı bir qanun pozuntusu yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən: 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə tərkibi qeyd edir ki, əmək kitabçasında düzəlişin olması sübutun (əmək kitabçasının) qeyri-mötəbərliyi (saxtalığı), eyni zamanda iddianın əsassızlığı barədə nəticəyə gəlməyə əsas vermir. Eyni zamanda qeyd etmək lazımdır ki, əmək kitabçasının doldurulması işəgötürən vəzifələrinə aid edildiyindən və bu məsələ iddiaçının məsuliyyət sferasına aid olmadığından onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Odur ki, məhkəmə tərkibi qeyd olunan məsələyə münasibətdə apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, xx.xx.1985-xx.xx.1985-ci il tarixləri arasındakı dövrlər iddiaçının iş stajına daxil edilməlidir. Apellyasiya şikayətinin digər dəlilllərinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, xx.xx.1985-xx.xx.1985-ci il tarixləri arasındakı iş illəri nəzərə aldıqda iddiaçının 25 ildən artıq iş stajının olduğu müəyyən edilir. Digər tətəfdən, iddiaçı tərəfindən təqdim edilən “X5 adına X15” Publik Hüquqi şəxsi tərəfindən verilən 13 oktyabr 2025-ci il tarixli, 194 nömrəli arayışdan və 005055 nömrəli sertifikatdan görünür ki, X9 xx.xx.1978-ci il tarixdə Salyan 104 saylı X17 Peşə məktəbinə nəqliyyat vasitələrinin sürücülük hazırlığı kursuna qəbul olmuş və əyani təhsil almış, xx.xx.1978-ci il tarixdə 4 aylıq tam kursu bitirmişdir. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə tərkibi, həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə, qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı işlədiyi və cavabdehin qəbul etdiyi iş günlərinin, eləcə də xx.xx.1978-xx.xx.1978-ci il tarixləri arasında əyani təhsil aldığı dövrlərin qarşılıqlı müqayisəsi onu deməyə əsas verir ki, iddiaçı xx.xx.1978-ci il tarixdə işdən azad olunmuş və növbəti işə xx.xx.1978-ci il tarixdə qəbul olmuş və xx.xx.1978-ci il tarixə kimi həmin yerdə işləmişdir. İşlədiyi və əyani təhsil aldığı dövrlərin üst-üstə düşən hissəsindən birinin staj kimi qəbul edildiyini, o cümlədən qeyd olunanları nəzərə alaraq, xx.xx.1978-ci il tarixdən əvvəl və xx.xx.1978-ci il tarixdən sonrakı təhsil aldığı dövrlər cavabdeh tərəfindən iş stajı kimi nəzərə alınmışdır. Lakin iddiaçının işləmədiyi, lakin əyani təhsil aldığı xx.xx.1978-xx.xx.1978-ci il tarixləri arasındakı müddət də iddiaçının stajına əlavə edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Bu o deməkdir ki, iki müxtəlif fəaliyyət dövrü eyni vaxta düşərsə, sığortaolunan yalnız birini saydırmaq hüququna malikdir. Apellyasiya şikayətinin dördüncü dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Yeni-Ələt refrijerator vaqon deposunda xx.xx.1988-xx.xx.1989-cu il tarixlərdə refrijerator seksiyaların mexaniki, xx.xx.1991-ci il tarixdən refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.1998xx.xx.2008-ci il tarixlərdə isə refrijerator seksiyaların mexaniki işləmişdir. İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 18 il 11 ay 28 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. Göründüyü kimi, "xxxx" QSC iddiaçının xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arasındaki dövr ərzində işlədiyi refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsini güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olduğunu qəbul etmişdir. Qeyd etmək lazmdır ki, hazırkı iddianın predmeti ilə eynilik təşkil edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1885/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da oxşar hüquqi mövqe ifadə edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, “Refrijerator seksiyasının rəhbər mexaniki” və “Refrijerator seksiyasının mexaniki” vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayaraq, hər iki vəzifənin iş şəraiti eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərə məruz qalırlar. Qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, iddiaçının refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsinə uyğundur. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ (Nəqliyyat) bölməsində “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000—23598)” peşəsinə uyğundur. Qeyd olunanlara əsasən iddiaçının xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arasındaki dövr ərzində refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi müddət onun güzəştli iş stajına daxil edilməlidir. Bu halda isə iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etmək üçün qanunla tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajı yaranmış Apellyasiya şikayətinin beşinci dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, iddiaçıya hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: 1) xx.xx.2006-ci il tarixədək 25 il ümumi iş stajının olması; 2) bu müddətin azı 12 il 06 ayının güzəştli iş stajı olması; 3) iddiaçı Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İddiaçıya münasibətdə onun hüququnun yarandığı vaxt pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməsi tələbi qanunvericiliklə nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 01 aprel 2025-ci il tarixli 2-1(112)-3538/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar