Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3119/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X13 qanuni nümayəndəsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova Asif qızı və X9 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi İddiaçı iştirakı ilə İddiaçı X13 qanuni nümayəndəsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7638/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Nərimanov rayon Məhkəməsinin 2(005)-487/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.1998-ci il təvəllüdlü X20 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.
2. İddiaçının əlillik vəziyyətinə baxılaraq xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək 7B5PD7K0001 nömrəli akt ilə təyin edilmiş əlillik: “Diaqnozun mətni:Epilepsiya tez-tez təkrar olunan qıcolma tutmaları ilə. Meyar:2. İki il müddətinə:=>2.1. sinir sisteminin xəstəlikləri və ruhi pozulmalar:=>2.1.4. epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla). X3: Vİ Sinif- sinir sistemi xəstəlikləri=>G40-G47-Epizodik və paroksizmal pozğunluqlar=>G40- Epilepsiya=>G40.8-Epilepsiyanın digər dəqiqləşdirilmiş formaları.
3. İddiaçının əlillik vəziyyətinə baxılaraq xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək 7B5PD7K0002 nömrəli akt ilə təyin edilmiş əlillik: “Diaqnozun mətni:Epilepsiya nəticəsində şəxsiyət dəyişilməsi. Meyar: 2. İki il müddətinə:=>2.1. sinir sisteminin xəstəlikləri və ruhi pozulmalar:=>2.1.4. epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla). X3: Vİ Sinif- sinir sistemi xəstəlikləri =>G40-G47-Epizodik və paroksizmal pozğunluqlar=>G40- Epilepsiya=>G40.8-Epilepsiyanın digər dəqiqləşdirilmiş formaları.
4. İddiaçının əlillik vəziyyətinə baxılaraq xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 7B5PD7K0003 nömrəli akt ilə təyin edilmiş əlillik:“Diaqnozun mətni: Epilepsiya nəticəsində şəxsiyət dəyişilməsi. Meyar:3.1. Uşaqların sağlamlıq imkanlarının məhdudluğu=>3.1.5.epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez-tez təkrarlanan (həft..) . X3: Vİ Sinifsinir sistemi xəstəlikləri =>G40-G47- Epizodik və paroksizmal pozğunluqlar=>G40- Epilepsiya=>G40.8-Epilepsiyanın digər dəqiqləşdirilmiş formaları.
5. İddiaçının əlillik vəziyyətinə baxılaraq xx.xx.2017-ci il tarixdə 7B5PD7K0004 nömrəli akt ilə müəyyən edilmişdir:“Diaqnozun mətni: Davranışın digər pozuntusu. Epilepsiya nəticəsində yaranan dərin ağıl zəifliyi, tez-tez baş verən (ayda 8-10 dəfə) qəcolma tutmaları və uzun müddətli (5 ildən çox) davranış pozuntuları ilə, kənar şəxsin qulluq və köməyinə ehtiyacı var. Aparılan stasion və ambulator müayinələrə baxmayaraq il boyu xəstəlik fasiləsiz davam edir, tez-tez qıcolmalar olur, xəstədə dərin ağıl zəifliyi aşkar olunur, öünə qulluq edə bilmir. Meyar: İmtina edilir. X3:V Psixi pozğunluqlar və davranış pozğunluqları=>F70-F79-Əqli gerilik=>F78-Əqli geriliyin digər formaları. İmtina edilmənin səbəbi:Əlavə müalicəyə ehtiyacın olması-Səbəb:İxtisaslaşmış stasionar müalicəni davam etdirmək məsləhət görülür.
6. İddiaçının əlillik vəziyyətinə baxılaraq xx.xx.2017-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində “Epilepsiya nəticəsində yaranan dərin ağıl zəifliyi tez-tez baş verən (ayda 8-10 dəfə) qicolma tutmalarla və uzun müddətli (5-ilən çox) davranış pozuntuları ilə” diaqnozu ilə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir.
7. İddiaçının əlillik vəziyyətinə baxılaraq xx.xx.2023-cü il tarixdə 7B5PD7K0008 nömrəli akt ilə müəyyən edilmişdir: “Diaqnozun mətni: Ağırlaşma F02.8* Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, X11 ağıl zəifliyi Tez-tez baş verən qıcolma tutmaları. X22 X23 var. Əsas diaqnoz G40 Epilepsiya, X11 ağıl zəifliyi Tez-tez baş verən qıcolma tutmaları. X22 X23 var. İmtina edilmənin səbəbi:Göndərişin natamam doldurulması-Səbəb: Xəstənin adı pulsuz dərman alan şəkərli diabet xəstələrinin reyestrində qeydə alınıb, lakin F88-də bu barədə məlumatlar yoxdur. Dəqiqləşdirilsin.
8. İddiaçının əlillik vəziyyətinə baxılaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 7B5PD7K0009 nömrəli akt ilə təyin edilmiş əlillik: “Diaqnozun mətni: Ağırlaşma F02.8* Başqa rublikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, X11 ağıl zəifliyi Tez-tez baş verən qıcolma tutmaları. X22 X23 var. Əsas diaqnoz G40 Epilepsiya, X11 ağıl zəifliyi Tez-tez baş verən qıcolma tutmaları. X22 X23 var. Meyar: 7.6.1.2.F02.8*-Ağırlaşma 7.Psixi və davranış pozuntuları=>Üzvi, o cümlədən simptomatik psixi pozğunluqlar=>Başqa rubrikalarda təsnif edilən digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya=>yüngül təzahür dərəcəsi (MMSE-23-20) unutqanlıq, vaxtı izləyə bilməmək, tanış yerlərdə itmək=>OFP yekun faizi 40% .Yekun əlillik səbəbi:Ümumi xəstəlik. OFP müddəti: 2 il müddətinə.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspertiza və X10 Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən xx.xx.2023-cü il tarixli, 7B5PD7K0009 nömrəli aktın nəticəsi ləğv edilmişdir. Ləğv edilmə səbəbi:TSEK-in yalnış verdiyi imtina qərarının ləğvi.
10. İddiaçının əlillik vəziyyətinə baxılaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək 7B5PD7K0010 nömrəli akt ilə təyin edilmiş əlillik: “Diaqnozun mətni: Ağırlaşma F02.8* Başqa rublikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, X11 ağıl zəifliyi Tez-tez baş verən qıcolma tutmaları. X22 X23 var. Əsas diaqnoz G40 Epilepsiya, X11 ağıl zəifliyi. Tez-tez baş verən qıcolma tutmaları. X22 X23 var. Meyar: 7.6.1.2.F02.8*-Ağırlaşma 7.Psixi və davranış pozuntuları=>Üzvi, o cümlədən simptomatik psixi pozğunluqlar=>Başqa rubrikalarda təsnif edilən digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya=>orta təzahür dərəcəsi (MMSE-19-11 bal). Yalnız çox yaxşı bələd olunmuş materialın mənimsənilməsi, yeni informasiyanın yalnız təsadüfi və qısa müddətə yadda saxlanılması; yaşadığı yeri, yaxın zamanda nə etdiyini və ya tanışlarının adını xatırlaması, alış-veriş və pulla davranış da daxil olmaqla, kənar şəxsin köməyi olmadan gündəlik fəaliyyəti mümkünsüz edən intellektual qabiliyyətlərin enməsi=>OFP yekun faizi 70% Yekun əlillik səbəbi:Ümumi xəstəlik. OFP müddəti: 5 il müddətinə.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspertiza və X10 Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə əyani müayinə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.1.2 bəndinə müvafiq olaraq orqanizmin funksiyalarının 70% pozulmasına görə 5 il müddətinə əlillik təyinatı verilmişdir.
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi Kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli, 3541 saylı rəyi ilə iddiaçıda “Epilepsiya nəticəsində yaranmış ağır dərəcəli əqli gerilik, davranış pozuntuları” müəyyən edilmişdir.
13. Məhkəmə tərkibinin qərardadı ilə İddiaçı əsl iddiaçı X20 ilə əvəz edilmiş və anası İddiaçı onun qanuni nümayəndəsi kimi tanınmışdır.
Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.1998-ci il təvəllüdlü X17 1-ci qrup ömürlük əlillik təyin edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabiltasiya Agentliyinin üzərinə qoyulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qızı xx.xx.1998-ci il təvəllüdlü X20 anadangəlmə dərin əqli-kəm epilepsiya xəstəsidir. Hazırda onun 26 yaşı var. İndiyə kimi o, müxtəlif psixatirik xəstəxanalarda müalicə almasına baxmayaraq sağalmamış, səhhətində hər hansı bir müsbət dəyişiklik olmamışdır. Hazırda da o, 1 saylı X19 qeydiyyatdadır və mütəmadi olaraq müalicə alır. O, iddiaçı ilə Bakı şəhəri, Nərimanov rayonu, X28 küçəsi, ev 121 A, mənzil 23-də qalır, özü müstəqil formada özünü idarə edə bilmir və onun köməkliyi ilə yaşayır. X17 18 yaşına çatana kimi əlillik pensiyası verilmişdir. 18 yaşına çatanda isə ona əlillik diaqnozu qoyularaq 5 il müddətinə 2-ci qrup əlillik verilmişdir. 5 il tamam olandan sonra o, məhkəməyə onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə müraciət etmiş və Nərimanov rayon Məhkəməsinin 2(005)- 487/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ərizəsi təmin edilmiş, xx.xx.1998-ci il təvəllüdlü X20 fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilmişdir. Məhkəmə işə baxarkən X20 barəsində ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi» X26 xx.xx.2023-cü il tarixli 462 saylı rəyində qeyd edilmişdir ki, X14 X11 demensiya (ağız zəifliyi) aşkar olunur, X20 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X13 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Bundan sonra o, 1 saylı Ruhi-Əsəb Xəstəxanasında 1 aya yaxın müalicə almış və onun vəziyyəti aşağıdakı kimi qiymətləndirilmişdir: «İrsiyyəti ruhi xəstəliklərlə ağırlaşıb. 8 aylıqdan qıcolma tutmalarından əziyyət çəkir. İnkişafı yaşıdlarından geri qalır. Dəfələrlə müalicələrdə olub. Sadə hesab əməllərini bacarmır. Son zamanlar psixi vəziyyəti pisləşdiyi üçün AR SN RPX-na qəbul olunub. 29.08.23-cü il tarixdə Həkim Məsləhət Komissiyasına təqdim olunub. «X11 Ağıl Zəifliyi, Tez-Tez Baş Verən Qicolma Tutmaları. X22 X23 Var ». diaqnozu təyin olunub. Zahirən narahatdır, gərgindir. Davranış pozuntuları qeyd edilir. Əhval-ruhiyyəsi fonu enib. Qıcolma tutmalarından əziyyət çəkir. Ünsiyyətə daxil olmur. Yuxusu narahatdır. Daim valideyn nəzarətindədir. Yaddaş enib İQ-34%». Bundan sonra iddiaçı qeydiyyatda olduğu ünvan üzrə 8 saylı Poliklinkaya müraciət etmiş, oradan 88 saylı forma arayış AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabiltasiya Agentliyinə göndərilmiş, lakin Agentlik məhkəmə qətnaməsini, ona verilmiş diaqnozu nəzərə almamış, X17 əlillik dərəcəsi verməkdən imtina etmişdir. O, X13 əlilliyinin təyin edilməsi üçün onun əyani müayinəyə cəlb edilməsini həmin Agentlikdən tələb etmiş, Agentlik isə X17 qeyri-qanuni diaqnoz qoyub ona 2 il müddətinə 3-cü qrup əlillik təyin etmişdir. Bununla razılaşmayıb ərazi üzrə Binəqədi rayon Prokurorluğuna ərizə ilə müraciət etmiş, Binəqədi rayon Prokurorluğunda yenidən ekspertiza təyin edilərək ekspertizanın xx.xx.2023-cü il tarixli 3451 saylı rəyində göstərilmişdir ki, elektron arayışda göstərilən diaqnozla A.Y.Səlimliyə təyin edilən 3-cü qrup əlillik dərəcəsi uyğunsuzluq təşkil edir və Binəqədi rayon X1 düzgün baxılmaq üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X6 Sosial Ekspert Komissiyasından təkrar müayinədən keçməsi və ona yenidən əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə müraciət edilməsi ilə bağlı Rayon Prokurorluğu qarşısında məsələ qaldırılmış, bundan sonra onlar X17 5 il müddətinə 2-ci qrup əlillik dərəcəsi təyin etmişlər.
16. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavabdehlər sırasından çıxarılmış, iddia tələbi “Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, X17 orqanizmin funksiyalarının 85-100 faiz pozulmasının xx.xx.2023-cü il tarixdən müddətsiz təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
17. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, X4 dəfə məhkəmə qərardadı əsasında xx.xx.2024-cü il tarixdə əyani müayinədə iştirak etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Bakı şəhər sakini xx.xx.1998ci il təvəllüdlü X13 (FİN:7B5PD7K) əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 1 dəfə göndəriş rəsmiləşdirilmiş, əlillik təyinatı aparılmış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərarı ilə iddiaçı X13 əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı A.Səlimlinin əyani müayinə olunaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirilmişdir. Əlillik ASdə olan məlumatlara əsasən, müəyyən olunmuşdur ki, X13 xx.xx.2012-ci il tarixində Sağlamlıq imkanları məhdud uşaq səbəbindən “Epilepsiya tez-tez təkrarlanan qıcolma tutmaları ilə" diaqnozu ilə iki il müddətinə, ilkin; növbəti dəfə xx.xx.2014-cü il tarixindən xx.xx.2016-ci il tarixinədək Sağlamlıq imkanları məhdud uşaq səbəbindən “Epilepsiya nəticəsində şəxsiyyət dəyişilməsi" diaqnozu ilə iki il müddətinə, təkrar xx.xx.2016-ci il tarixindən Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə Sağlamlıq imkanları məhdud uşaq səbəbindən “Epilepsiya nəticəsində şəxsiyyət dəyişilməsi." diaqnozu ilə üç il müddətinə; xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək beş il müddətinə "Epilepsiya nəticəsində yaranan dərin ağıl zəifliyi, tez-tez baş verən (ayda 8-10 dəfə) qıcolma tutmaları yə uzun müddətli (5-ildən çox) davranış pozuntuları ilə) ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik müddəti tamamlandıqdan sonra xx.xx.2023-cü il tarixində Bakı 2 nömrəli X8 tərəfdən E00141297LDV nömrəli rəsmiləşdirilmiş göndərişi (diaqnoz: Ağırlaşma F02.8* Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, X11 ağıl zəifliyi. Tez-tez baş verən qıcolma tutmaları. X22 X23 var. Əsas diaqnoz G40 epilepsiya, X11 ağıl zəifliyi, tez-tez baş verən qıcolma tutmaları, X22 X23 var.) əsasında qiymətləndirilmiş, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən “Göndərişin natamam doldurulması" qərarı veriİərək, "Xəstənin adı pulsuz dərman alan Şəkərli diabet xəstələrin reyestrində qeydə alınıb, lakin F88-də bu barədə məlumatlar yoxdur. Dəqiqləşdirilsin." səbəbindən tibb müəssisəsinə geri qaytarılmışdır. Vətəndaş verilmiş qərardan narazı olduğu üçün xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinə olunmuş, obyektiv baxış zamanı tək mütəxəssis tərəfindən əyani müayinə olunmuş, anamnestik məlumatlar ətraflı qeyd edilməmiş və klinik məlumatlar isə şəxsin psixi gərginliyi ilə əlaqədar qısa vaxtda ətraflı dəyərləndirilməmişdir. Həmçinin təqdim edilmiş tək sayda (xx.xx.2023-cü il tarixli) instrumental müayinə nəticəsi (EEQ) əsas xəstəliyi təsdiqləməmişdir. Baş beyin MRT nəticəsi norma daxilində qiymətləndirilmişdir. Obyektiv müayinə və təqdim edilmiş sənədlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.1.1. bəndinə müvafiq olaraq orqanizmin funksiyaların 40% pozulmasına görə 2 (iki) il müddətinə əlillik təyinatı aparılmışdır. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. Təqdim edilmiş AR SN Uşaq Ruhi-Əsəb Dispanseri xx.xx.2012-ci il tarixli 660/02 nömrəli Arayışda diaqnoz "Epilepsiya tez-tez təkrarlanan qıcolma tutmaları ilə" kimi, AR SN 1 saylı Respublika Psixiatriya Xəstəxanası xx.xx.2017-xx.xx.2017-ci il tarixli Çıxarışda diaqnoz "Epilepsiya nəticəsində yaranan dərin ağil zəifliyi, tez-tez başverən (ayda 8-10 dəfə) qıcolma tutmaları və davranış pozuntusu, kənar şəxsin köməyinə ehtiyacı var” kimi, Respublika Psixiatriya Xəstəxanası xx.xx.2023-xx.xx.2023- cü il tarixli Çıxarışda diaqnoz "X11 ağıl zəifliyi, tez-tez başverən qıcolma tutmaları, X22una X23 var” kimi müəyyən edilmişdir. Məhkəmə müraciəti əsasında xəstə A.Səlimlinin əlillik vəziyyəti DTSERA-da xx.xx.2024-cü il tarixdə əyani şəkildə bir neçə həkim-ekspertin iştirakı ilə komissiyada yenidən qiymətləndirilmişdir. Obyektiv baxış zamanı ailə üzvlərindən toplanmış anamnestik məlumatlarda erkən uşaq yaşlarından qıcolma tutmaları ilə eyni zamanda psixo-fiziki inkişafın ləngiməsi qeyd olunmuşdur, bu da hazırkı intellektualmnestik gerilik əlamətlərinin hər hansı bir xəstəlik nəticəsində yaranmadığını müəyyən etmişdir. Anamnezə əsasən xəstənin “bütün baxımı (yuyunması, qidalanması, ümumi nəzarəti) anası tərəfindən həyata keçirilir, ev şəraitində aktiv fəaliyyəti yoxdur, uzun müddət hərəkətsiz qala bilir və ətrafda baş verən hadisələrə qarşı tam laqeyd olur” kimi məlumatlar verilmişdir. Aparılan müayinə zamanı qeyd olunan məlumatlar əsasında psixi status formalaşdırılır. "Zahirən səliqəli, baxışları donuq, üz ifadəsi disforik-emosional sferası ilə uyumlu, ünsiyyətə alçaq səs tonu və çəkinərək daxil olması, sadə suallar verilməsinə baxmayaraq bəzilərinə tək kəlmələrlə konkret, bəzilərinə isə "bilmirəm” deyərək cavablar vermişdir. Bir çox sualların mahiyyətini anlamadığı, mexaniki şəkildə cavablandırması təəsüratı yaranmışdır. Ümumiyyətlə, xəstə özünə qapalıdır, çox sualdan narahat olur, aqressivləşir. Bələdliyi özündə və məkanda qismən qorunub, zamanda təhrif olunmuşdur: Ailə üzvlərini tanıyır, yaşadığı yer haqda məlumatlıdır. Abstrakt təfəkkür formalaşmayıb və təfəkkürün assosiasiya qabiliyyəti zəifdir. Düzgün qavramaq, analiz etmək qabiliyyəti zəifdir kimi qiymətləndirilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq uşaqlıqda qıcolma tutmalarının olması inkar edilməmiş, lakin instrumental müayinə nəticələri əsasında göndərişdə qeyd olunmuş G.40 kodu ilə qiymətləndirilmə aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq F02.0 XBT kodu 3 bənddə baxılmaqdadır. Xəstənin hazırkı vəziyyəti 7.6.1.1 bəndi (yüngül təzahür dərəcəsi (MMSE- 23-20) unutqanlıq, vaxtı izləyə bilməmək,tanış yerlərdə itmək) və 7.6.1.3 bəndi (ağır təzahür dərəcəsi (MMSE - 10-0 bal): informasiyanın mənimsənilməsinin tamamilə mümkünsüz olması; yaxın qohumları tanıya bilməməsi, məntiqli təfəkkürün olmaması və sadə gigiyenik normalara riayət edilməsinin mümkünsüzlüyü) qarşılamamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.1.2. bəndinə müvafiq olaraq orqanizmin funksiyaların 70% pozulmasına görə 5 il müddətinə əlillik təyinatı verilmişdir. Yuxarıda qeyd edilənlərdən məlum olduğu kimi iddiaçının xəstəliyi üzrə qiymətləndirmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq həyata keçirilmiş və əlillik təyin edilmişdir. Hesab etmişlər ki, iddiaçının hər hansı əsas olmadan İ qrup əlilliyin təyin edilməsini tələb etməsi əsassızdır.
18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7638/2024 xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, X17 orqanizmin funksiyalarının 85-100 faiz pozulmasının xx.xx.2023-cü il tarixdən müddətsiz təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
19. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:
a. apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaş verilmiş qərardan narazı olduğu üçün xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinə olunmuş, obyektiv baxış zamanı tək mütəxəssis tərəfindən əyani müayinə olunmuş, anamnestik məlumatlar ətraflı qeyd edilməmiş və klinik məlumatlar isə şəxsin psixi gərginliyi ilə əlaqədar qısa vaxtda ətraflı dəyərləndirilməmişdir. Həmçinin təqdim edilmiş tək sayda (xx.xx.2023-cü il tarixli) instrumental müayinə nəticəsi (EEQ) əsas xəstəliyi təsdiqləməmişdir. Baş beyin MRT nəticəsi norma daxilində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.1.1. bəndinə müvafiq olaraq orqanizmin funksiyaların 40% pozulmasına görə 2 (iki) il müddətinə əlillik təyinatı aparılmışdır. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. Məhkəmə müraciəti əsasında xəstə A.Səlimlinin əlillik vəziyyəti DTSERA-da xx.xx.2024-cü il tarixdə əyani şəkildə bir neçə həkim-ekspertin iştirakı ilə komissiyada yenidən qiymətləndirilmişdir. Obyektiv baxış zamanı ailə üzvlərindən toplanmış anamnestik məlumatlarda erkən uşaq yaşlarından qıcolma tutmaları ilə eyni zamanda psixo-fiziki inkişafın ləngiməsi qeyd olunmuşdur, bu da hazırkı intellektual-mnestik gerilik əlamətlərinin hər hansı bir xəstəlik nəticəsində yaranmadığını müəyyən etmişdir. Anamnezə əsasən xəstənin “bütün baxımı (yuyunması, qidalanması, ümumi nəzarəti) anası tərəfindən həyata keçirilir, ev şəraitində aktiv fəaliyyəti yoxdur, uzun müddət hərəkətsiz qala bilir və ətrafda baş verən hadisələrə qarşı tam laqeyd olur” kimi məlumatlar verilmişdir. Aparılan müayinə zamanı qeyd olunan məlumatlar əsasında psixi status formalaşdırır. “Zahirən səliqəli, baxışları donuq, üz ifadəsi disforik-emosional sferası ilə uyumlu, ünsiyyətə alçaq səs tonu və çəkinərək daxil olması, sadə suallar verilməsinə baxmayaraq bəzilərinə tək kəlmələrlə konkret, bəzilərinə isə “bilmirəm” deyərək cavablar vermişdir. Bir çox sualların mahiyyətini anlamadığı, mexaniki şəkildə cavablandırması təəsüratı yaranmışdır. Ümumiyyətlə, xəstə özünə qapalıdır, çox sualldan narahat olur, aqressivləşir. Bələdliyi özündə və məkanda qismən qorunub, zamanda təhrif olunmuşdur: Ailə üzvlərini tanıyır, yaşadığı yer haqda məlumatlıdır. Abstrakt təfəkkür formalaşmayıb və təfəkkürün assosiasiya qabiliyyəti zəifdir. Düzgün qavramaq, analiz etmək qabiliyyəti zəifdir” kimi qiymətləndirilmişdir.
21. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq uşaqlıqda qıcolma tutmalarının olması inkar edilməmiş, lakin instrumental müayinə nəticələri əsasında göndərişdə qeyd olunmuş G.40 kodu ilə qiymətləndirilmə aparılması mümkün olmamışdır. Qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq F02.0 XBT kodu 3 bənddə baxılmaqdadır. Xəstənin hazırkı vəziyyəti 7.6.1.1 bəndi (yüngül təzahür dərəcəsi (MMSE- 23-20) unutqanlıq, vaxtı izləyə bilməmək,tanış yerlərdə itmək) və 7.6.1.3 bəndi (ağır təzahür dərəcəsi (MM8E-10-0 bal): informasiyanın mənimsənilməsinin tamamilə mümkünsüz olması; yaxın qohumları tanıya bilməməsi, məntiqli təfəkkürün olmaması və sadə gigiyenik normalara riayət edilməsinin mümkünsüzlüyü) qarşılamamışdır.
22. Şəxsin fəaliyyət qabiliyyətsiz olması barədə məhkəmə qətnaməsinin olması həmin şəxsə 7.6.1.3-cü bəndlə - ağır təzahür dərəcəsi (MMSE - 10-0 bal): informasiyanın mənimsənilməsinin tamamilə mümkünsüz olması; yaxın qohumları tanıya bilməməsi, məntiqli təfəkkürün olmaması və sadə gigiyenik normalara riayət edilməsinin mümkünsüzlüyü əlillik (orqanizmin funksiyalarının 85-100 faiz müddətsiz pozulmasını) təyin edən diaqnoz qoyulmasına əsas ola bilməz. Uşaqlıqda qıcolma tutmalarının olması inkar edilməmiş, lakin instrumental müayinə nəticələri əsasında göndərişdə qeyd olunmuş G.40 kodu ilə qiymətləndirilmə aparılması mümkün olmamışdır. Qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq F02.0 XBT kodu 3 bənddə baxılmaqdadır. Xəstənin hazırkı vəziyyəti 7.6.1.1 bəndi (yüngül təzahür dərəcəsi (MMSE- 23-20) unutqanlıq, vaxtı izləyə bilməmək,tanış yerlərdə itmək) və 7.6.1.3. bəndi (ağır təzahür dərəcəsi (MMSE-10-0 bal): informasiyanın mənimsənilməsinin tamamilə mümkünsüz olması; yaxın qohumları tanıya bilməməsi, məntiqli təfəkkürün olmaması və sadə gigiyenik normalara riayət edilməsinin mümkünsüzlüyü) qarşılamamışdır.
23. Həmçinin bundan əlavə, məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, birinci instansiya məhkəməsi inzibati işi lazımi qaydada araşdırmayaraq səhv nəticəyə gəlmişdir. Göründüyü kimi məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. X21 tərəfindən müvafiq və yekun qərarın qəbul edilməsinə şərait yaratmaq məqsədilə aralıq qərardad qəbul etməmişdir.
24. 2021-ci ilədək vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi instrumental müayinələrlə həyata keçirilmişdir. 2021-ci ildən sonrakı dövrdə əlillik təyinatı üçün həm instrumental, həm də əyani müayinələrlə həyata keçirilir. İddiaçı üçün təyin edilən diaqnoz o halda öz təsdiqini tapmış olardı ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər, bildirdiyi şikayətlər və əyani müayinənin nəticələri bir-birilə uyğunluq təşkil etsin. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
25. Qeyd etmək lazımdır ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir.
b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı etirazda bildirilmişdir ki, Tibbi Sosial Ekspert Komissiyalarının tibbi rəy vermək, diaqnoz təyin etmek, diaqnozu asağı salmaq və ya yüksəltmək səlahiyyətləri yoxdur. AR Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nomrəli qərarına, AR Prezidentinin təqaüdünün təyin edilməsi ve ödənilməsi haqqında 643 nömrəli AR Nazirlər Kabinetinin qərarının 2.2.3, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ile fəaliyyət qabiliyyətsiz elan edilmiş şəxslərə, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023 tarixli qərari ilə A.Y.Səlimlinin fəaliyyət qabiliyyətsiz elan edilməsi haqqında, həmçinin Nərimanov Rayon Məhkəməsinin keçirtdiyi Məhkəmə Psixiatrik Ekspertizasinin rəyi ve həmçinin Binəqədi Rayon Prokurorluğunun müstəntiqi Nərmin Kərimlinin təqdimatı əsasında keçirilən xx.xx.2023-cü il tarixli komissiyon Məhkəmə Komissiyon Psixiatrik Ekspertizasının rəyində qeyd edilənlərə görə apellyasiya şikayəti əsassızdır.
Tərəflərin iştirakı:
27. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, qanuni qərar qəbul edilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.
28. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
29. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.9. göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7. əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” (ləğv edilmiş):
1. Ümumi müddəalar 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
33. İnzibati Prosessual Məcəllə:
Maddə 26.3. Məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 49.4. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
35. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
MƏHKƏMƏNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
37. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
38. Cavabdehin apellyasiya şikayətinin əsas dəlillərindən biri ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
39. Məhkəmə kollegiyası vurğulayır ki, bu dəlilin əsassızlığı ilə bağlı artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının formalaşmış məhkəmə təcrübəsi var. 2-1(102)-85/2024 saylı xx.xx.2024-cü il tarixli iş üzrə hüquqi mövqeyində bu məsələyə belə qiymət vermişdir: “35.Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
37. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur 38. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. 39. Bu mənada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.”
40. Cavabdehin digər dəlili isə ondan ibarətdir ki, “uşaqlıqda qıcolma tutmalarının olması inkar edilməmiş, lakin instrumental müayinə nəticələri əsasında göndərişdə qeyd olunmuş G40 kodu ilə qiymətləndirilmə aparılması mümkün olmamışdır. Qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq F02.0 XBT kodu 3 bənddə baxılmaqdadır. Xəstənin hazırkı vəziyyəti 7.6.1.1 bəndi (yüngül təzahür dərəcəsi (MMSE- 23-20) unutqanlıq, vaxtı izləyə bilməmək,tanış yerlərdə itmək) və 7.6.1.3 bəndi (ağır təzahür dərəcəsi (MM8E-10-0 bal): informasiyanın mənimsənilməsinin tamamilə mümkünsüz olması; yaxın qohumları tanıya bilməməsi, məntiqli təfəkkürün olmaması və sadə gigiyenik normalara riayət edilməsinin mümkünsüzlüyü) qarşılamamışdır.”
41. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılan hallarından göründüyü kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.1998-ci il təvəllüdlü X20 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.
42. İddiaçı X17 xx.xx.2012-cü il tarixdə “Epilepsiya tez tez qıcolma tutmaları ilə” diaqnozu ilə 2 il müddətinə sağlamlıq imkanları məhdud uşaqlar üçün əlillik təyin edilmişdir. Növbəti qiymətləndirmə nəticəsində xx.xx.2014-cü il tarixdə “Epilepsiya nəticəsində şəxsiyyət dəyişməsi” diaqnozu ilə 2 il müddətinə sağlamlıq imkanları məhdud uşaqlar üçün əlillik təyin edilmişdir. Təkrarən xx.xx.2016-cı il tarixdə eyni diaqnozla 3 il müddətinə sağlamlıq imkanları məhdud uşaqlar üçün əlillik təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində “Epilepsiya nəticəsində yaranan dərin ağıl zəifliyi tez-tez baş verən (ayda 8-10 dəfə) qicolma tutmalarla və uzun müddətli (5-ilən çox) davranış pozuntuları ilə” diaqnozu ilə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir.
43. İddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixdə təkrarən baxıldıqda Bakı 2 nömrəli X8 tərəfdən E00141297LDV nömrəli rəsmiləşdirilmiş göndəriş əsasında qiymətləndirilmiş “Diaqnozun mətni: Ağırlaşma F02.8* Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, X11 ağıl zəifliyi Tez-tez baş verən qıcolma tutmaları. X22 X23 var. Əsas diaqnoz G40 Epilepsiya, X11 ağıl zəifliyi. Tez-tez baş verən qıcolma tutmaları. X22 X23 var.” “Göndərişin natamam doldurulması-Səbəb: Xəstənin adı pulsuz dərman alan şəkərli diabet xəstələrinin reyestrində qeydə alınıb, lakin F88-də bu barədə məlumatlar yoxdur. Dəqiqləşdirilsin.” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.
44. İddiaçı xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinə olunduqdan sonra ona xx.xx.2023-cü il tarixdən 7B5PD7K0009 nömrəli akt ilə “Diaqnozun mətni: Ağırlaşma F02.8* Başqa rublikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, X11 ağıl zəifliyi. Tez-tez baş verən qıcolma tutmaları. X22 X23 var. Əsas diaqnoz G40 Epilepsiya, X11 ağıl zəifliyi Tez-tez baş verən qıcolma tutmaları. X22 X23 var. Meyar: 7.6.1.2.F02.8*-Ağırlaşma 7.Psixi və davranış pozuntuları=>Üzvi, o cümlədən simptomatik psixi pozğunluqlar=>Başqa rubrikalarda təsnif edilən digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya=>yüngül təzahür dərəcəsi (MMSE-23-20) unutqanlıq, vaxtı izləyə bilməmək, tanış yerlərdə itmək=>OFP yekun faizi 40% .Yekun əlillik səbəbi:Ümumi xəstəlik. OFP müddəti: 2 il müddətinə əlillik təyin edilmişdir.
45. Qərardan narazı qalan iddiaçı məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü tarixində məhkəmə qərardadı əsasında Aysel Səlimli DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmişdir.
46. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspertiza və X10 Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən xx.xx.2023-cü il tarixli, 7B5PD7K0009 nömrəli aktın nəticəsi ləğv edilmişdir.
47. İddiaçının əyani müayinə nəticəsində əlillik vəziyyətinə baxılaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspertiza və X10 Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.1.2 bəndinə müvafiq olaraq xx.xx.2023-cü il tarixdən 7B5PD7K0010 nömrəli akt ilə “Diaqnozun mətni: Ağırlaşma F02.8* Başqa rublikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, X11 ağıl zəifliyi Tez-tez baş verən qıcolma tutmaları. X22 X23 var. Əsas diaqnoz G40 Epilepsiya, X11 ağıl zəifliyi. Tez-tez baş verən qıcolma tutmaları. X22 X23 var. Meyar: 7.6.1.2.F02.8*-Ağırlaşma 7.Psixi və davranış pozuntuları=>Üzvi, o cümlədən simptomatik psixi pozğunluqlar=>Başqa rubrikalarda təsnif edilən digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya=>orta təzahür dərəcəsi (MMSE-19-11 bal). Yalnız çox yaxşı bələd olunmuş materialın mənimsənilməsi, yeni informasiyanın yalnız təsadüfi və qısa müddətə yadda saxlanılması; yaşadığı yeri, yaxın zamanda nə etdiyini və ya tanışlarının adını xatırlaması, alış-veriş və pulla davranış da daxil olmaqla, kənar şəxsin köməyi olmadan gündəlik fəaliyyəti mümkünsüz edən intellektual qabiliyyətlərin enməsi=>OFP yekun faizi 70% Yekun əlillik səbəbi:Ümumi xəstəlik. OFP müddəti: 5 il müddətinə əlillik təyin edilmişdir.
48. İddiaçı hazırki iddiasında cavabdehin xx.xx.2024-cü il tarixli qərarını mübahisələndirərək orqanizmin funksiyalarının müddətsiz 85-100 faiz pozulmasının təyin edilməsini xahiş etmişdir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya orqanizmin funksiyalarının müddətsiz 85-100 faiz pozulması ilə əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır.
50. Cavabdehin mübahisələndirilən qərarı onunla əsaslandırılmışdır ki, təqdim edilmiş AR SN Uşaq Ruhi-Əsəb Dispanseri xx.xx.2012-ci il tarixli 660/02 nömrəli arayışda diaqnoz "Epilepsiya tez-tez təkrarlanan qıcolma tutmaları ilə" kimi, AR SN 1 saylı Respublika Psixiatriya Xəstəxanası xx.xx.2017-xx.xx.2017-ci il tarixli çıxarışda diaqnoz "Epilepsiya nəticəsində yaranan dərin aqil zəifliyi, tez-tez başverən (ayda 8-10 dəfə) qıcolma tutmaları və davranış pozuntusu, kənar şəxsin köməyinə ehtiyacı var” kimi, Respublika Psixiatriya Xəstəxanası xx.xx.2023-xx.xx.2023-cü il tarixli çıxarışda diaqnoz "X11 ağıl zəifliyi, tez-tez başverən qıcolma tutmaları, X22una X23 var” kimi müəyyən edilmişdir. Məhkəmə müraciəti əsasında xəstə A.Səlimlinin əlillik vəziyyəti DTSERA-da xx.xx.2024-cü il tarixdə əyani şəkildə bir neçə həkim-ekspertin iştirakı ilə komissiyada yenidən qiymətləndirilmişdir. Obyektiv baxış zamanı ailə üzvlərindən toplanmış anamnestik məlumatlarda erkən uşaq yaşlarından qıcolma tutmaları ilə eyni zamanda psixo-fiziki inkişafın ləngiməsi qeyd olunmuşdur, bu da hazırkı intellektual-amnestik gerilik əlamətlərinin hər hansı bir xəstəlik nəticəsində yaranmadığını müəyyən etmişdir. Anamnezə əsasən xəstənin “bütün baxımı (yuyunması, qidalanması, ümumi nəzarəti) anası tərəfindən həyata keçirilir, ev şəraitində aktiv fəaliyyəti yoxdur, uzun müddət hərəkətsiz qala bilir və ətrafda baş verən hadisələrə qarşı tam laqeyd olur” kimi məlumatlar verilmişdir. Aparılan müayinə zamanı qeyd olunan məlumatlar əsasında psixi status formalaşdırılır. "Zahirən səliqəli, baxışları donuq, üz ifadəsi disforik-emosional sferası ilə uyumlu, ünsiyyətə alçaq səs tonu və çəkinərək daxil olması, sadə suallar verilməsinə baxmayaraq bəzilərinə tək kəlmələrlə konkret, bəzilərinə isə "bilmirəm” deyərək cavablar vermişdir. Bir çox sualların mahiyyətini anlamadığı, mexaniki şəkildə cavablandırması təəsüratı yaranmışdır. Ümumiyyətlə, xəstə özünə qapalıdır, çox sualldan narahat olur, aqressivləşir. Bələdliyi özündə və məkanda qismən qorunub, zamanda təhrif olunmuşdur: Ailə üzvlərini tanıyır, yaşadığı yer haqda məlumatlıdır. Abstrakt təfəkkür formalaşmayıb və təfəkkürün assosiasiya qabiliyyəti zəifdir. Düzgün qavramaq, analiz etmək qabiliyyəti zəifdir” kimi qiymətləndirilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq uşaqlıqda qıcolma tutmalarının olması inkar edilməmiş, lakin instrumental müayinə nəticələri əsasında göndərişdə qeyd olunmuş G40 kodu ilə qiymətləndirilmə aparılması mümkün olmamışdır. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq F02.0 XBT kodu 3 bənddə baxılmaqdadır. Xəstənin hazırkı vəziyyəti 7.6.1.1 bəndi (yüngül təzahür dərəcəsi (MMSE- 23-20) unutqanlıq, vaxtı izləyə bilməmək,tanış yerlərdə itmək) və 7.6.1.3 bəndi (ağır təzahür dərəcəsi (MMSE-10-0 bal): informasiyanın mənimsənilməsinin tamamilə mümkünsüz olması; yaxın qohumları tanıya bilməməsi, məntiqli təfəkkürün olmaması və sadə gigiyenik normalara riayət edilməsinin mümkünsüzlüyü) qarşılamamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.1.2. bəndinə müvafiq olaraq orqanizmin funksiyaların 70% pozulmasına görə 5 il müddətinə əlillik təyinatı verilmişdir.
51. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, X20 uşaqlıqdan xəstəliklə mübarizə aparmasına, müxtəlif psixatirik xəstəxanalarda müalicə almasına baxmayaraq sağalmamış, səhhətində hər hansı bir müsbət dəyişiklik olmamışdır.
52. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunda qeyd edilmişdir ki, “...29. Təcrübədə rast gəlinən əsas problemlərdən biri məhz həmin əyani müayinələrlə bağlıdır. İşlərdən görünən odur ki, bir sıra hallarda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verməyən şəkildə aparılır. Nəticə etibarilə, bəzən məhkəmələr inzibati orqanın şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnozlarına əsaslanmayan mövqeyinə uyğun qərar verməklə işi yekunlaşdırırlar. ...31. Bu nöqteyi-nəzərdən nəzərə alınmalıdır ki, məhkəmələr əyani müayinənin yalnız nəticə hissəsi ilə kifayətlənməyərək, prosedurun özünün müvafiq diaqnostik müayinə metodları əsasında aparılıb-aparılmadığını aydınlaşdırmalı, həmin metodologiyanın şəxsin sağlamlığının real və obyektiv vəziyyətini qiymətləndirməyə uyğunluğunu müəyyənləşdirməlidirlər.”
53. Belə ki, hazırki işin materiallarına iddiaçının stasionarda müalicəsi zamanı anamestik kliniki, laborator-instrumental müayinələrin nəticələri barədə tibbi sənədləri əlavə edilsə də, cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmiş, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır.
54. Əlillik təyinatına dair sənədlərdən göründüyü kimi iddiaçıya xx.xx.2012-cü il tarixdə “Epilepsiya tez tez qicolma tutmaları ilə” diaqnozu ilə 2 il müddətinə sağlamlıq imkanları, xx.xx.2014-cü il tarixdə “Epilepsiya nəticəsində şəxsiyyət dəyişməsi” diaqnozu ilə 2 il müddətinə, təkrarən xx.xx.2016-cı il tarixdə eyni diaqnozla 3 il müddətinə sağlamlıq imkanları məhdud uşaqlar üçün əlillik təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə sağlamlıq vəziyyəti düzəlməyə doğru deyil, əksinə ağırlaşmaya doğru getməklə “Epilepsiya nəticəsində yaranan dərin ağıl zəifliyi tez-tez baş verən (ayda 8-10 dəfə) qicolma tutmalarla və uzun müddətli (5-ilən çox) davranış pozuntuları ilə” diaqnozu ilə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir.
55. Bundan sonra artıq məhkəmə mübahisələri yarandığından iddiaçı xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinə olunduqda ona “Ağırlaşma F02.8* Başqa rublikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, X11 ağıl zəifliyi. Teztez baş verən qıcolma tutmaları. X22 X23 var. Əsas diaqnoz G40 Epilepsiya, X11 ağıl zəifliyi. Tez-tez baş verən qıcolma tutmaları. X22 X23 var. Meyar: 7.6.1.2.F02.8* - Ağırlaşma 7.Psixi və davranış pozuntuları=>Üzvi, o cümlədən simptomatik psixi pozğunluqlar=>Başqa rubrikalarda təsnif edilən digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya=>yüngül təzahür dərəcəsi (MMSE-23-20) unutqanlıq, vaxtı izləyə bilməmək, tanış yerlərdə itmək=>OFP yekun faizi 40% .Yekun əlillik səbəbi:Ümumi xəstəlik. OFP müddəti: 2 il müddətinə əlillik təyin edilmişdirş
56. Sonradan iddiaçının təkrar əyani müayinəsi nəticəsində əlillik vəziyyətinə baxılaraq cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.1.2 bəndinə müvafiq olaraq “Ağırlaşma F02.8* Başqa rublikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, X11 ağıl zəifliyi. Tez-tez baş verən qıcolma tutmaları. X22 X23 var. Əsas diaqnoz G40 Epilepsiya, X11 ağıl zəifliyi. Tez-tez baş verən qıcolma tutmaları. X22 X23 var. Meyar: 7.6.1.2.F02.8*- Ağırlaşma 7.Psixi və davranış pozuntuları=>Üzvi, o cümlədən simptomatik psixi pozğunluqlar=>Başqa rubrikalarda təsnif edilən digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya=>orta təzahür dərəcəsi (MMSE-19-11 bal). Yalnız çox yaxşı bələd olunmuş materialın mənimsənilməsi, yeni informasiyanın yalnız təsadüfi və qısa müddətə yadda saxlanılması; yaşadığı yeri, yaxın zamanda nə etdiyini və ya tanışlarının adını xatırlaması, alış-veriş və pulla davranış da daxil olmaqla, kənar şəxsin köməyi olmadan gündəlik fəaliyyəti mümkünsüz edən intellektual qabiliyyətlərin enməsi=>OFP yekun faizi 70% Yekun əlillik səbəbi:Ümumi xəstəlik. OFP müddəti: 5 il müddətinə əlillik təyin edilmişdir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən əyani müayinə məhz iddiaçının tibb müəssisəsindən tələb etdiyi məlumatların əldə edilməsinə, tam və hərtərəfli araşdırılmasına imkan verəcək qaydada aparılmalı idi. İddiaçı canlı müayinə olunmaqla hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin dinamikası, klinik proqnozlarına əsaslanan sağlamlıq vəziyyətinin real və obyektiv qiymətləndirilməsini aparılmaqla onda müəyyən edilən xəstəlik və ağırlaşmaları müəyyən edilməli olsa da, bu istiqamətdə obyektiv araşdırma aparılmamışdır.
58. Hazırki işin hallarından da göründüyü kimi iddiaçıda olan ağırlaşmaların xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinə “yüngül təzahür dərəcəsi (MMSE- 23-20) unutqanlıq, vaxtı izləyə bilməmək, tanış yerlərdə itmək FP yekun faizi 40%” və sonradan həmin ağırlaşmaların xx.xx.2024-cü il tarixdə cavabdehin həmin ekspertləri tərəfindən “orta təzahür dərəcəsi (MMSE-19-11 bal). Yalnız çox yaxşı bələd olunmuş materialın mənimsənilməsi, yeni informasiyanın yalnız təsadüfi və qısa müddətə yadda saxlanılması; yaşadığı yeri, yaxın zamanda nə etdiyini və ya tanışlarının adını xatırlaması, alış-veriş və pulla davranış da daxil olmaqla, kənar şəxsin köməyi olmadan gündəlik fəaliyyəti mümkünsüz edən intellektual qabiliyyətlərin enməsi. yekun faizi 70%”, yəni 3 aydan artıq müddət keçdikdən sonra birdən-birə orqanizmin funksiyalarının 40 %-dən 70%-ə pozulmaya ağırlaşmasının cavabdeh tərəfindən də etiraf edilməsi, sözsüzki iddiaçıda ağır proqressivləşən xəstəliyin olmasına dəlalət edir. Cavabdeh orqan isə apellyasiya şikayətinin əsaslandırmasında bu ziddiyyətlərin nədən yaranmasını və iddiaçıdan tələb etdiyi kimi orqanizmin funksiyalarının müddətsiz 85-100 faiz pozulmasının olmamasını əsaslandıra bilən tutarlı heç bir dəlil gətirməmişdir.
59. Cavabdehin ekspertiza keçirilməsi barədə dəlili ilə bağlı isə nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanın üzərindədir.
60. Belə ki, inzibati icraat və prosesual hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.
61. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
62. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır. Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir.
63. Lakin cavabdeh orqan iddiaçının əlilliyi onda mövcud olan xəstəliklərin və çatışmazlıqların, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərindən asılı olaraq əlilliyin qiymətləndirilməsini aparmamışdır.
64. Halbuki qüvvədə olan və reyudisiya əhəmiyyəti daşıyan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 180 saylı rəyində qeyd olunur ki, X14 X11 demensiya (ağıl zəifliyi) aşkar olunur. X20 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X18 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır.
65. Bundan əlavə hazırki məhkəmə icraatında iddiaçının nümayəndəsinin vəsatəti ilə cinayət təqibi orqanından tələb edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi Kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli, 3541 saylı rəyi ilə iddiaçıda Forma 088 saylı göndərişdə qeyd edilən diaqnozun şəxsin stasionarda müalicəsi zamanı anamestik kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında araşdırılaraq “Epilepsiya nəticəsində yaranmış ağır dərəcəli əqli gerilik, davranış pozuntuları” diaqnozu müəyyən edilmişdir.
66. Məhkəmə kollegiyası iş üzrə alınmış ekspert rəylərini təkzib edən hal mövcud olmadığından mötəbər sübut kimi qəbul edir.
67. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 7-ci bənd Psixi və davranış pozuntuları xəstəlikləri - 7.6.1.3-cü bənd - ağır təzahür dərəcəsi (MMSE – 10-0 bal): informasiyanın mənimsənilməsinin tamamilə mümkünsüz olması; yaxın qohumları tanıya bilməməsi, məntiqli təfəkkürün olmaması və sadə gigiyenik normalara riayət edilməsinin mümkünsüzlüyü əlillik (orqanizmin funksiyalarının 85-100 faiz müddətsiz pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.
68. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X17 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.1.2-ci bəndinə müvafiq olaraq orqanizmin funksiyaların 70% pozulmasına görə 5 il müddətinə təyin edilmiş əlillik onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Belə ki, 1988-ci il təvəllüdlü X20 öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik edə bilmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyi təqdirdə, cavabdeh orqan ona orqanizmin funksiyaların 70% pozulmasına görə 5 il müddətinə əlillik təyin etmişdir.
69. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). 37. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və məhkəməsi kollegiyası tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.
70. Beləliklə, mübahisəyə dair işin məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuş hallarına görə iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən xəstəliklər arasında “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq əlilliyin təyin edilməsi üçün əsas mövcud olmuşdur. Odur ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
71. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
72. Lakin məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olsa da, məhkəmə icraatı zamanı iddiaçı əsl iddiaçı ilə əvəz edilərək qanuni nümayəndəsi vasitəsi ilə təmsil olunmalı olduğu halda, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 49.4.-cü, İnzibati Prosessual Məcəlləsinin 26.3.-cü maddəsinin tələblərini pozduğundan, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməlidir.
73. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7638/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. X17 xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 85-100 faiz pozulmasının müddətsiz təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov