Məhkəmə qərarları › İş №2-1(103)-3119/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3119/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3119/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyadan tutulmuş məbləğin geri ödənilməsi” tələbinə dair iddiası üzrə Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və X1 ibarət tərkibdə, İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "pensiyadan tutulmuş məbləğin geri ödənilməsi" tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4412/2025 nömrəli, 28 aprel 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 02 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:

1. İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür.

2. İddiaçıya DSMF Xəzər rayon Şöbəsinin xx.xx.2012-ci il tarixli 359 nörməli qərarı ilə xx.xx.2012-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2393/2017 saylı, 25 may 2017-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınn təyin edilməsi və xx.xx.2012-ci il tarixdən yaşa görə əmək pensiyası məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 10-cu maddəsinin 10.2-ci bəndinə və 27-ci maddəsinin xx.xx.2006-cı il tarixdə qüvvədə olan tələblərinə əsasən 52 yaşdan 2004-2005-ci illərin əmək haqqı və iş stajı nəzərə alınmaqla yenidən hesablanması və xx.xx.2012-ci il tarixdən bu günə qədər təyin olunaraq ona ödənilən əmək pensiyaının məbləğinin yenidən hesablanması zamanı yaranacaq məbləğ fərqinin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xəzər rayon Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.

4. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-10499/2023 nömrəli Qərarına əsasən hazırki pensiya məbləği yenidən hesablanaraq 1525.42 manatdan 820.74 manata azaldılmışdır. Pensiyanın yenidən hesablamanın səbəbi - 37.3.1-ci maddəsinə əsasən. (Fondun xx.xx.2023-cü il tarixli 3-17-1/3-1- 46852/2023 nömrəli məktubuna əsasən Nazirliyin DNAŞ **********3 nömrəli xx.xx.2021-ci il tarixli xidməti məktubuna uyğun dayandırılmış güzəştli şərtlərlə pensiyasının 57 yaşa bərpa edildi.) Qərarda həmçinin qeyd olunmuşdur ki, əsasssız ödənilmiş məbləğ 39.1-ci maddənin tələblərinə uyğun olaraq nəzərə alınsın.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023cü il tarixli 3-17-1/3-3-12888/2023 nömrəli Qərarına əsasən İddiaçı hazırki pensiya məbləği 1525.42 manatdan, yenidən hesablanmış pensiya məbləği 820.74 manata azaldılmışdır. Yenidən hesablanmanın səbəbi 37.3.1-ci maddəsinə əsasən.( Fondun xx.xx.2023-cü il tarixli 3- 7-1/3-1-46852/2023 nömrəli məktubuna əsasən Nazirliyin DNAŞ **********3 nömrəli xx.xx.2021-ci il tarixli xidməti məktubuna uyğun dayandırılmış güzəştli şərtlərlə pensiyası 57 yaşa bərpa edildi.) Qərarın qeyd hissəsində xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-10499/2-23 nömrəli sərəncamın nəzərə alınması göstərilmişdir.

6. Cavabdehin iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-253536/2024 nömrəli artıq ödənilmiş pul vəsaiti haqqında məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 30 yanvar 2024cü il tarixli 3-17-1/2-B21955/2024, 26 iyul 2024-cü il tarixli 3-17-1/2-B-178309/3/2024 nömrəli və 4 sentyabr 2024-cü il tarixli 3-17-1/2-B-211886/7/2024 nömrəli məktublarla cavablandırılmış eyni məzmunlu 8 oktyabr 2024-cü il tarixində daxil olmuş müraciətlərinizə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Eyni zamanda biidiririk ki, sizə Fondun keçmiş Xəzər rayon şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixindən (52 yaşınızın tamamlandığı) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Əmək pensiyası hüququnuzun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinizin araşdırılmasına zərurət yarandığından pensiya ödənişiniz 1 noyabr 2020-ci il tarixindən dayandırılıb. Araşdırma zamanı, sizin güzəştli şərtlərlə pensiya hüququnuzun 52 yaşdan deyil, 57 yaşdan, yəni xx.xx.2012-ci il tarixindən olduğu müəyyən edilib. Nəticədə sizə qanunazidd əmək pensiyası təyin olunduğu xx.xx.2007-ci il tarixindən pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixinədək cəmi 103.967,90 manat vəsaitin əsassız ödənildiyi aşkar edilib. Bundan başqa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyanız qanunvericiliyin tələbələrinə uyğun qaydada hesablanaraq 820,74 manat (xx.xx.2024-cü il tarixinə indeksləşdirilməklə 912,66 manat) olmaqla xx.xx.2023-cü il tarixindən bərpa edilib. Həmçinin pensiya ödənişinizin dayandırıldığı xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə sizə ödənilməli olan 22.014,92 manat pu vəsaiti hesablanıb. Həmin 22.014,92 manat sizə artıq ödənilmiş 103.967,90 manatdan çıxılıb. Qalıq artıq ödənilmiş 81.952,98 manat vəsait xx.xx.2023-cü il tarixindən etibarən hər ay 164,14 manat olmaqla əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilir. Araşdırma nəticəsində sizə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 29 avqust 2022-ci il tarixli **********6 nömrəli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. Sözügedən orqandan Nazirliyə daxil olmuş 8 sentyabr 2022-ci il tarixli 02/3-5553xid nömrəli məktubda daxil olmuş materialların istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edildiyi qeyd olunub.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı pensiyasından pulun tutulmasının dayandırılması və pensiyadan tutulmuş pul məbləğinin ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçının nümayəndəsi (vəkili) xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək iddiaçının pensiyasından tutulma hərəkətlərinin qanunsuz hesab edilməsi və 2023-cü ilin iyun ayının 13-dən iddiaçıdan tutulmuş hər ay üçün 164.14 manat olmaqla pulun geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı xx.xx.2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və xx.xx.2012-ci il tarixdən yaşa görə əmək pensiyasının məbləğinin «Əmək pensiyası haqqında» Azərbaycan Respublikası Qanununun»10-cu maddəsinin 10.2ci bəndinə və 27-ci maddəsinin xx.xx.2006-cı il tarixdə qüvvədə olan tələblərinə əsasən (52 yaşdan, 2004-2005-ci illərin əmək haqqı və iş stajı nəzərə alınmaqla) yenidən hesablanması və xx.xx.2012-ci il tarixdən bu günə qədər təyin olunaraq ödənilən əmək pensiyasının məbləğinin yenidən hesablanması zamanı yaranacaq məbləğ fərqinin birdəfəyə ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 may 2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və DSMF-nin Xəzər rayon şöbəsi tərəfindən qərar icra edilərək pensiyası ödənilməyə başlamışdır. Lakin yanvar 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona pensiyanın ödənilməsi tam dayandırılmış və bununla yanaşı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 may 2017-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərardadı ilə ərizə mümkün hesab edilməmişdir. Bundan sonra Mərkəzi Filial apellyasiya şikayəti ilə Bakı Apellyasiya məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 31 may 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Verilmiş kassasiya şikayəti əsasında işə Azərbaycan Respublikası Ali məhkəməsində baxılmış və məhkəmənin 21 sentyabr 2022ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellasiya Məhkəməsinin 31 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra o məhkəmə qərarının icrasını bərpası ilə bağlı Bakı İnzibati məhkəməsinə müraciət etmiş və məhkəmə 18 oktyabr 2023-cü il tarixli qərardadı ilə 25 may 2017-ci il tarixli 2-1 (82)- 2393/2017 saylı məhkəmə qərarının icrasının təmin edilməsini Nərimanov rayon İcra şöbəsinə həvalə etmişdir. Bundan başqa 07 iyul 2023-cü il tarixli məktubda Mərkəzi Filial əmək pensiya almaq hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş sənədlərin düzgünlüyünə şübhələrin olduğundan və pensiya işinin araşdırılmasına zərurətin yarandığından pensiya ödənişinin 01 noyabr 2020-ci il tarixdən dayandırıldığı, hazırda məhkəmə qərarlarına zidd olaraq pensiyanın 820,74 manat məbləğinə endirildiyini, pensiya ödənişinin dayandırıldığı 01 noyabr 2020-31 may 2023- cü il tarixləri arasındakı dövr ərzində ödənilməli olan 22014,92 manat pul vəsaitinin guya ona artıq ödənilmiş 103967,90 manatdan çıxıldığı, qalan artıq ödənilmiş 81952,98 manat pul vəsaitinin 01 iyun 2023-cü il tarixindən etibarən 164,14 manat olmaqla əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilməsi göstərilmişdir.

10. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı “ona təyin olunmuş əmək pensiyasından tutulmaların aparılmasının dayandırılması və tutulmuş pul vəsaitinin geri ödənilməsi” tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmədə iddia qaldırmışdır. İddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçıya Fondun keçmiş Xəzər rayon şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixindən (52 yaşının tamamlandığı) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinə dair sənədlərin araşdırılmasına zərurət yarandığından iddiaçının pensiya ödənişi 1 noyabr 2020-ci il tarixindən dayandırılıb. Araşdırma zamanı, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun 52 yaşdan deyil, 57 yaşdan, yəni xx.xx.2012ci il tarixindən olduğu müəyyən edilib. Nəticədə iddiaçıya qanunazidd əmək pensiyası təyin olunduğu xx.xx.2007-ci il tarixindən pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixinədək cəmi 103.967,90 manat vəsaitin əsassız ödənildiyi aşkar edilib. Bundan başqa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyin tələbələrinə uyğun qaydada hesablanaraq 820,74 manat (xx.xx.2024-cü il tarixinə indeksləşdirilməklə 912,66 manat) olmaqla xx.xx.2023-cü il tarixindən bərpa edilib. Həmçinin iddiaçının pensiya ödənişi dayandırıldığı xx.xx.2020- xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan 22014,92 manat pu vəsaiti hesablanıb. Həmin 22014,92 manat iddiaçıya artıq ödənilmiş 103967,90 manatdan çıxılıb. Qalıq artıq ödənilmiş 81.952,98 manat vəsait xx.xx.2023-cü il tarixindən etibarən hər ay 164,14 manat olmaqla əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Araşdırma nəticəsində iddiaçıya qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 29 avqust 2022-ci il tarixli **********6 nömrəli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. Sözügedən orqandan Nazirliyə daxil olmuş 8 sentyabr 2022-ci il tarixli 02/3-5553xid nömrəli məktubda daxil olmuş materialların istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edildiyi qeyd olunub. Sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-4412/2025 nömrəli, 28 aprel 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı pensiyasından tutulma barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və İddiaçı pensiya məbləğindən xx.xx.2023-cü il tarixdən etibarən hər ay üçün 164.14 manat olmaqla tutulan pul vəsaitinin geri qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

12. Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

Apellyasiya şikayətinin dəlilləri:

13. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Eyni zamanda bildiririk ki, iddiaçıya Fondun keçmiş Xəzər rayon şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixindən (52 yaşının tamamlandığı) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinə dair sənədlərin araşdırılmasına zərurət yarandığından iddiaçının pensiya ödənişi 1 noyabr 2020-ci il tarixindən dayandırılıb. Araşdırma zamanı, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun 52 yaşdan deyil, 57 yaşdan, yəni xx.xx.2012-ci il tarixindən olduğu müəyyən edilib. Nəticədə iddiaçıya qanunazidd əmək pensiyası təyin olunduğu xx.xx.2007-ci il tarixindən pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixinədək cəmi 103.967,90 manat vəsaitin əsassız ödənildiyi aşkar edilib. Bundan başqa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyin tələbələrinə uyğun qaydada hesablanaraq 820,74 manat (xx.xx.2024-cü il tarixinə indeksləşdirilməklə 912,66 manat) olmaqla xx.xx.2023-cü il tarixindən bərpa edilib. Həmçinin iddiaçının pensiya ödənişi dayandırıldığı xx.xx.2020xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan 22014,92 manat pu vəsaiti hesablanıb. Həmin 22014,92 manat iddiaçıya artıq ödənilmiş 103967,90 manatdan çıxılıb. Qalıq artıq ödənilmiş 81.952,98 manat vəsait xx.xx.2023-cü il tarixindən etibarən hər ay 164,14 manat olmaqla əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Araşdırma nəticəsində iddiaçıya qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 29 avqust 2022-ci il tarixli **********6 nömrəli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. Sözügedən orqandan Nazirliyə daxil olmuş 8 sentyabr 2022-ci il tarixli 02/3-5553xid nömrəli məktubda daxil olmuş materialların istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edildiyi qeyd olunub. Bildiririk ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Lakin Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd edilənlənləri nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir.

Apellyasiya şikayətinə etirazın dəlilləri:

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Tərəflərin izahatları

15. 02 dekabr 2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh həmin tarixdə “Elektron” məhkəmə sistemi vasitəsilə vəsatət verərək, məhkəmə prosesini mümkün qısa müddətə təxirə salınmasını xahiş etmiş, lakın səbəbi barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. İddiaçı məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

21. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

22. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki tələbi “öhdəliyin icrası haqqında” iddia növünə uyğun gəlir. “Öhdəliyin icrası haqqında” iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. Hazırki işdə də iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Ona görə də iddia mümkün iddiadır.

23. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “iddiaçının pensiyasından tutulma hərəkətlərinin qanunsuz hesab edilməsi və 2023-cü ilin iyun ayının 13-dən iddiaçıdan tutulmuş hər ay üçün 164.14 manat olmaqla pulun geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələbləri nəzərə alınmamış, iddiaçı artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq barəsində tutma barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir”.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

25. İşin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2012-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası və daha sonra 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-2393/2017 saylı, 25 may 2017-ci il tarixli qərarı ilə iddiaçıya 52 yaşdan 2004-2005-ci illərin əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Cavabdeh orqan qanuni qüvəyə minmiş məhkəmə qərarına uyğun olaraq iddiaçıya 2007-ci ildən-52 yaşdan pensiya ödənişini həyata keçirsə də 1 noyabr 2020-ci il tarixindən həmin pensiyanı dayandırmış, yalnız iddiaçıya pensiya ödənişini xx.xx.2023 cü il tarixli 3-17-1/3-3-12888/2023 nömrəli qərara əsasən xx.xx.2023-cü il tarixindən etibarən pensiya hüququnu 52 yaşdan 57 yaşa çəkməklə xx.xx.2012-ci il tarixindən hesablanan güzəştli pensiyanı bərpa etmişdir. Başqa sözlə, cavabdeh 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-2393/2017 saylı, 25 may 2017-ci il tarixli qərarı ilə təyin edilmiş pensiya ödənişini dayandırmış və yeni icraat çərçivəsində iddiaçıya 57 yaşdan, yəni xx.xx.2012-ci il tarixindən hesablanmaqla iyun 2023-cü il tarixdən pensiya ödənişini həyata keçirməyə başlamışdır. Cavabdeh orqan xx.xx.2007-ci il tarixindən pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixinədək cəmi 103.967,90 manat vəsaiti əsassız artıq ödəmə kimi müəyyən etmiş, xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə iddiaçıya ödənilməli olan əksik qalan 22014,92 manat pul vəsaitini artıq ödəmə kimi müəyyən etdiyi 103967,90 manatdan çıxmış, qalıq artıq ödənilmiş hesab etdiyi 81.952,98 manat vəsaiti isə xx.xx.2023-cü il tarixindən etibarən hər ay iddiaçıya ödənilən cari pensiyadan 164,14 manat olmaqla tutmanı həyata keçirir.

26. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna əsasən təqdim olunmuş xx.xx.2025-ci il tarixli Pensiya Alt sistemindən Çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdən hər ay 164,14 manat olmaqla iddiaçının pensiyasından tutulmalar aparılmışdır.

27. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati orqan tərəfindən iddiaçının pensiyasının məbləğində artıq ödəmələrin aparılması ilə bağlı inzibati icraat cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmiş və cavabdeh qurum tərfindən tutulmalar aparıldıqdan sonra xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-253536/2024 nömrəli artıq ödənilmiş pul vəsaiti haqqında məktubu ilə iddiaçını məlumatlandırmışdır.

28. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

29. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar.

30. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır.

31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1).

32. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

33. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.

34. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

35. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər.

36. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

37. Hazırki işdə iddiaçıya artıq ödəmələr aparıldığı üçün bu ödəmələrin bərpası məqsədilə onun pensiyasından tutulmaların aparılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi hallara dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.

38. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği ya əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, ya da razılığı olmadıqda məhkəmə qaydasında tutulur.( “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi) Hazıki işdə iddiaçı onun pensiyasından tutulmaların aparılmasına razılıq verməmişdir. İş materiallarında iddiaçının cavabdeh orqana etiraz məktubu da mövcudur. Belə olan halda iddiaçı hazırki işdə tutulma barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və İddiaçı pensiya məbləğindən xx.xx.2023-cü il tarixdən etibarən hər ay üçün 164.14 manat olmaqla tutulan pul vəsaitinin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur.

39. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2977/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadında qeyd olunmuşdur ki, “birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin etimad hüququ və bunun üzərindən hüquqi və ya əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin hüquqi vəziyyətinin qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Eyni zamanda qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması əsaslarını müəyyən edir. Belə ki, artıq ödənilən əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.”

40. Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcuddur və eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati 2-1(112)-4412/2025 nömrəli, 28 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4412/2025 nömrəli, 28 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Kamran Əkbərov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar