Məhkəmə qərarları › İş №2-1(103)-312/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-312/2020

23.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-312/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1 (81)-2675/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından (hakim Xaliq İmanov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1973-cü il tarixdən xx.xx.2004-cü il tarixə qədər olan 25 illik əmək stajını nəzərə alaraq, xx.xx.2019-cu il tarixdən, yəni 64 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1955-ci il tarixdə Bakı şəhərində anadan olmuş, xx.xx.1973-cü il tarixdən əmək fəaliyyətinə başlamış, 1974- 1976-cı illər arasında hərbi xidmət keçmiş, xx xxxx 2004-cü il tarixə kimi əmək fəaliyyətini davam etdirmişdir. İddiaçının hərbi xidmət illəri də əmək stajına daxil edilməklə 25 il 2 ay ümumi əmək stajı vardır. Əmək stajını nəzərə alaraq ona əmək pensiyasının təyin edilməsi məqsədilə iddiaçı tərəfindən DSMF-nin Bakı şəhəri Nərimanov ravon şöbəsinə müraciət edilmişdir. Cavabdeh inzibati orqanın xx xxx 2019-cu il tarixli **********8 saylı məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmiş, imtinaya səbəb kimi xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixədək əmək haqqından sığorta ayırmalarının tutulmasını müəyyən etmək mümkün olmadığından həmin illərin iş stajına daxil edilməməsi, fərdi hesabının sığorta hissəsində heç bir vəsaitin olmadığı və 25 il sığorta stajının olmadığı göstərilmişdir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1 (81)-2675/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Məhkəmənin bu qərarından cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin əsasları bundan ibarətdir ki, “Əmək pensiyaları haqqında” qanunun 22-1-ci maddəsinə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1 4-cü maddələrinin tələbləri nəzərə alınmaqla 22-1.2.1.2019- 2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixədək əmək haqqından sığorta ayırmalarının tutulmasını müəyyən etmək mümkün olmadığından həmin illər iş stajına daxil edilməmişdir. Fətullayev Taleh Böyükağa oğlunun fərdi hesabınının sığorta hissəsində heç bir vəsait olmadığı və 25 il sığorta stajı təsdiqini tapmadığı üçün vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli,2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1 (81)-2675/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı xx xxx 1955-ci il tarixdə anadan olmuşdur. İddiaçının əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, o xx.xx.1979-cu ildən xx.xx.1986-cı ilə kimi Bakı şəhəri VAZ texniki xidmət stansiyasında, xx.xx.1986-cı ildən xx.xx.1995-ci ilə kimi köçürmə yolu ilə “AvtoVAZ” birliyinin Azərbaycan Respublikasında ehtiyat hissələrinin istehsalı mərkəzi “AvtoVAZehtiyat hissələri” firmasında (sonradan “xxxxx” MMC), xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilə kimi “xxxxxxxxxxx” QSC-nin Bakı nümayəndəliyində, xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilə kimi “X9” MMC-də müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan SSR X3 X10 xx.xx.1986-cı il tarixli, 071/26-163 nömrəli arxiv arayışında İddiaçı xx xxxxxx 1973-cü il tarixli, 259 nömrəli əmrlə X1 laborant vəzifəsinə qəbul edilməsi və xx.xx.1974-cü il tarixli 134 nömrəli əmrlə həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilməsi barədə əmrlərin surəti təsdiq edilmişdir. Bakı şəhəri Nəsimi rayon hərbi komissarlığının xx.xx.1995-ci il tarixli, 4191 nömrəli arayışında İddiaçı may 1974-cü ildən iyun 1976-cı ilə kimi həqiqi hərbi xidmətdə olduğu qeyd edilmişdir. Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi-tədqiqat iqtisadiyyat institutu tərəfindən xx.xx.1986-cı il tarixli 21-4/138k nömrəli arayışda İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə kimi həmin İnstitutda iqtisadçı vəzifəsində işləməsi təsdiq edilmişdir. Yeni kitab mətbəəsinin direktoru tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli, 117 nömrəli arayışda İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə kimi Yeni kitab tipoqrafiyasında mühasib vəzifəsində işləməsi təsdiq edilmişdir. Marş sığorta və təkrar sığorta üzrə broker MMC-nin xx.xx.2019-cu il tarixli, 19-048 saylı arayışında Fətullayev Taleh Böyük Ağa oğlunun 2002-2004- cü illər ərzində şirkətin sürücüsü vəzifəsində işləməsi təsdiq edilmişdir. (“X9” MMC 2005-ci ildən Marş sığorta və təkrar sığorta üzrə broker MMC kimi qeydiyyata alınıb). İddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF-nin Nərimanov rayon şöbəsinə müraciət etmiş, cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********8 saylı cavab məktubunda ərizənin təmin edilməsindən imtina əsası kimi qeyd edilmişdir ki, xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixədək əmək haqqından sığorta ayırmalarının tutulmasını müəyyən etmək mümkün olmadığından həmin illər iş stajına daxil edilməmişdir. İddiaçıya aid fərdi hesabın sığorta hissəsində heç bir vəsait olmadığı və 25 il sığorta stajı təsdiqini tapmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunaziddir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edərək xx.xx.2019-cu il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın növü məcburetmə haqqında iddia növünə uyğundur. Məhkəmə kollegiyası aşağıdakılara əsasən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. İşin hallarından görünür ki, cavabdeh orqan iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “AvtoVAZehtiyat hissələri” firmasında (sonradan “xxxxx” MMC), “xxxxxxxxxxx” QSC-nin Bakı nümayəndəliyində, “X9” MMC-də işlədiyi dövrdə əmək haqqından sığorta ayırmalarının tutulmasını əsas gətirərək həmin dövrü iş stajı kimi nəzərə almamışdır. Həmin dövr nəzərə alındıqda iddiaçının 25 il iş stajı toplanmış olur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin qeydinə uyğun olaraq iddiaçının yaşa görə əmək pensiyası hüququ 64 yaşından, yəni xx.xx.2019-cu ildən yaranır. Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığorta-olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Ümumi iş stajının anlayışı xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normaya əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 1973-cü ildən 2004-cü ilədək olan əmək kitabçası və arayışlarla təsdiq edilən əmək fəaliyyətinin ümumi iş stajı kimi qəbul edilməsi həmin dövr üzrə sosial sığorta ayırmalarının həyata keçirilibkeçirilməməsindən asılı olmadığı üçün cavabdehin iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtinası və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1 (81)-2675/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Bakı şəhəri Nərimanov rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1 (81)-2675/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar