Məhkəmə qərarları › İş №2-1(103)-312/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-312/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-312/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X5 Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçının vəkilləri X3 və Vəkil3, Cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1218/2021 saylı xx.xx.2021ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İş materiallarında olan Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********171330 saylı xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, X7 (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə fevral 2016 - oktyabr 2018 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilməsi qərara alınmışdır. Yoxlamanın müddəti 30 (otuz) iş günü müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY181321060 saylı 13 dekabr 2018-ci il tarixli Çıxarışdan görünür ki, yoxlayıcı orqanın adı Azərbaycan Respublikasının Vergilər Nazirliyi, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı İddiaçı, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2018-xx.xx.2019, yoxlanılan dövr xx.xx.2016-xx.xx.2018, yoxlamanın predmeti və hüquqi əsasları Vergi qanunvericiliyinə əməl olunması (operativ vergi nəzarəti istisna olmaqla) Azərbaycan Respublikasının Vergi Məcəlləsi, yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyyət növü bütün təsərrüfat obyektləri, yoxlamanın növü növbədən kənar səyyar vergi yoxlaması, yoxlamanın tipi plandankənar (növbədənkənar), plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi, Vergi Məcəlləsi, maddə 38.3.5, yoxlayıcı şəxslər X21 (Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi) qeyd olunmuşdur. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********171891 saylı xx.xx.2018ci il tarixli tələbnamənin surətindən görünür ki, X2 (kameral) vergi yoxlamasının aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42- ci maddələrini əsas tutaraq, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə sifarişçilər və mal göndərənlərlə, xidmət göstərənlərlə bağlanmış müqavilələr, malların, əsas vəsaitlərin alışına və təqdim edilməsinə dair qaimələr, gömrük bəyannamələri, bank və kassa ödəniş sənədləri, mühasibatlıqda müxabirləşmənin verilməsini əks etdirən sənədlər, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin qəbul aktları (Forma-2), aylıq əmtəə-material hesabatları (malların çeşidləri üzrə), NKA-dan aylıq dövrü hesabatlar, işçilərlə bağlanmış əmək müqavilələri və əmək haqqının hesablanması və ödənilməsi cədvəlləri, yoxlanılan dövrün əvvəlinə və sonuna balans heabları üzrə qalıqlar barədə arayış və digər aparılmış qarşılıqlı əməliyyatlara dair sənədlər, mal-materialların aylar üzrə hərəkəti cədvəli (elektron daşıyıcıda), yoxlama dövrünün sonuna mal qalığı barədə, qeyd edilən əməliyyatlara dair elektron daşıyıcılar üzərində olan məlumatların 15 iş günü müddətində vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Cavabdeh orqanın **********174473 saylı xx.xx.2019-cu il tarixli “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarından görünür ki, X4 xx.xx.2016xx.xx.2018-ci il dövr ərzində kassa kitabı və kassa sənədlərinin, bank sənədlərinin, aylar üzrə dövriyyə hesabatlarının, müqavilələrinin, əmək haqqı cədvəllərinin, gəlir və xərclər barədə təsdiqedici sənədlərin, debitor və kreditor hesablaşmaları kitabının, alış aktlarının, kassa mədaxil və məxaric orderlərinin, qaimə-fakturaların, vergilərin hesablanması üçün zəruri olan digər ilkin mühasibat sənədlərinin təsdiq edilmiş surətləri, uçot aparılan elektron daşıyıcıları və “Nəzarət kitabçası”sının götürülməsinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” xx.xx.2019-cu il tarixli aktdan görünür ki, vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrinə uyğun olaraq sənədlərin və nümunə kimi əşyaların götürülməsi həyata keçirilməzdən əvvəl fərdi sahibkar X1 və nümunə kimi əşyaların götürülməsi haqqında **********174473 saylı xx.xx.2019-cu il tarixli qərar təqdim edilmiş və xx.xx.2019-cu il tarixli tələbnamədə göstərilən sənədlər (yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi təklif olundu, qeyd olunan qərar və xidməti vəsiqələr təqdim olunduqdan sonra heç bir səbəb olmadan sənədlərin verilməsindən T.Muxtarov tərəfindən imtina olunmuşdur. **********171888 saylı xx.xx.2020-ci il tarixli “Səyyar vergi yoxlaması” aktının surətindən görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2018-ci il tarixli, **********171330 saylı qərarına əsasən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin dövlət vergi müfəttişi 3-cü dərəcəli müfəttiş X18, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İqtisadi Təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X8 tərəfindən X7 (VÖEN **********) üzrə aşağıdakı siyahısı verilən tədiyyə və dövrlərdə (mədən vergisi fevral 2016 – oktyabr 2018, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2016-cı il – 2017-ci il, aksiz vergisi fevral 2016 – oktyabr 2018, əmlak vergisi 2016-cı il – 2017-ci il, əlavə dəyər vergisi fevral 2016- oktyarb 2018, torpaq vergisi 2016-cı il – 2018-ci il, ödəmə mənbəyindən tutulan vergi 1-ci rüb 2016- 3-cü Rüb 2018, sadələşdirilmiş vergi 1-ci rüb 2016- 3-cü rüb 2018, gəlir vergisi 2016-cı il – 2017-ci il) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2018-ci il tarixdə başlanılmış və xx.xx.2020-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama aşağıdakı qərarlar (lar)a əsasən müvəqqəti uzadılmış və (və ya) müvəqqəti dayandırılmışdır: müvəqqəti dayandırma - xx.xx.2019-cu il tarixli, **********175264 nömrəli qərarla 32 gün müddətinə; müvəqqəti dayandırma - xx.xx.2019-cu il tarixli, **********177923 nömrəli qərarla 29 gün müddətinə; müvəqqəti dayandırma - xx.xx.2019-cu il tarixli, **********179794 nömrəli qərarla 32 gün müddətinə; müvəqqəti dayandırma - xx.xx.2019-cu il tarixli, **********181943 nömrəli qərarla 31 gün müddətinə; müvəqqəti dayandırma - xx.xx.2019cu il tarixli, **********183883 nömrəli qərarla 34 gün müddətinə; müvəqqəti dayandırma xx.xx.2019-cu il tarixli, **********186096 nömrəli qərarla 32 gün müddətinə; müvəqqəti dayandırma - xx.xx.2019-cu il tarixli, **********187833 nömrəli qərarla 33 gün müddətinə; müvəqqəti dayandırma - xx.xx.2019-cu il tarixli, **********189325 nömrəli qərarla 31 gün müddətinə; müvəqqəti dayandırma - xx.xx.2019-cu il tarixli, **********190980 nömrəli qərarla 20 gün müddətinə; müvəqqəti uzadılma - xx.xx.2019-cu il tarixli, **********191583 nömrəli qərarla 30 gün müddətinə; müddət uzadılma – xx.xx.2019-cu il tarixli, **********194151 nömrəli qərarla 30 gün müddətinə. “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” **********198697 saylı xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini baş vergi xidməti müşaviri X12, X7 (VÖEN **********) keçirilmiş səyyar vergi yoxlamasının xx.xx.2020-ci il tarixli aktına və həmçinin xx.xx.2019cu il tarixli “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqıda” **********174473 nömrəli qərara və ilkin mühasibat sənədlərinə baxıb müəyyən edilmişdir ki, daxil olmuş sənədlərin düzgünlüyünün yerində araşdırılması üçün əlavə vergi tədbirlərinin keçirilməsinə zərurət yaranmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq, xx.xx.2020-ci il tarixli, **********171888 nömrəli səyyar vergi yoxlaması aktı üzrə hesablanmış vergilərin düzgünlüyü daxil olmuş sənədlər əsasında yenidən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi müddəti 30 (otuz) iş günü müəyyən edilməsi qərara alınmışdır. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əlavələr (dəyişiklilər) edilməsi barədə” **********198744 saylı xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəinin xx.xx.2018-ci il tarixli, **********171330 saylı qərarı əsasında X7 (VÖEN **********) üzrə səyyar vergi yoxlamasının keçirilməsi zamanı xx.xx.2020-ci il tarixli, **********877300 nöməli xidməti məruzəyə əsasən yoxlama qrupunun tərkibinin dəyişdirilməsi zərurəti ilə əlaqədar olaraq, səyyar vergi yoxlamasının keçirilməsi haqında xx.xx.2018-ci il tarixli, **********171330 saylı qərara aşağıdakı əlavələr (dəyişikliklər) edilmişdir: səyyar vergi yoxlamasının keçirilməsi Vergilər Nazirliyinn Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin Ticarət sahəsi üzrə şöbəsinin dövlət vergi müfəttişi 3-cü dərəcəli müfəttş X13 tapşırılmışdır. **********171888 saylı xx.xx.2020-ci il tarixli “Səyyar vergi yoxlaması” aktının surətindən görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2018-ci il tarixli, **********171330 saylı qərarına əsasən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviti X8, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin dövlət vergi müfəttişi 3-cü dərəcəli müfəttiş X18 tərəfindən X7 (VÖEN **********) üzrə aşağıdakı siyahısı verilən tədiyyə və dövrlərdə (mədən vergisi fevral 2016 – oktyabr 2018, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2016-cı il – 2017-ci il, aksiz vergisi fevral 2016 – oktyabr 2018, əmlak vergisi 2016-cı il – 2017-ci il, əlavə dəyər vergisi fevral 2016- oktyabr 2018, torpaq vergisi 2016-cı il – 2018-ci il, ödəmə mənbəyindən tutulan vergi 1-ci rüb 2016- 3-cü Rüb 2018, sadələşdirilmiş vergi 1-ci rüb 2016- 3-cü rüb 2018, gəlir vergisi 2016-cı il – 2017-ci il) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2018-ci il tarixdə başlanılmış və xx.xx.2020-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama aşağıdakı qərarla (lar)a əsasən müvəqqəti uzadılmış və (və ya) müvəqqəti dayandırılmışdır: müvəqqəti dayandırma - xx.xx.2019-cu il tarixli, **********175264 nömrəli qərarla 32 gün müddətinə; müvəqqəti dayandırma - xx.xx.2019-cu il tarixli, **********177923 nömrəli qərarla 29 gün müddətinə; müvəqqəti dayandırma - xx.xx.2019-cu il tarixli, **********179794 nömrəli qərarla 32 gün müddətinə; müvəqqəti dayandırma - xx.xx.2019-cu il tarixli, **********181943 nömrəli qərarla 31 gün müddətinə; müvəqqəti dayandırma - xx.xx.2019cu il tarixli, **********183883 nömrəli qərarla 34 gün müddətinə; müvəqqəti dayandırma xx.xx.2019-cu il tarixli, **********186096 nömrəli qərarla 32 gün müddətinə; müvəqqəti dayandırma - xx.xx.2019-cu il tarixli, **********187833 nömrəli qərarla 33 gün müddətinə; müvəqqəti dayandırma - xx.xx.2019-cu il tarixli, **********189325 nömrəli qərarla 31 gün müddətinə; müvəqqəti dayandırma - xx.xx.2019-cu il tarixli, **********190980 nömrəli qərarla 20 gün müddətinə; müvəqqəti uzadılma - xx.xx.2019-cu il tarixli, **********191583 nömrəli qərarla 30 gün müddətinə; müddət uzadılma – xx.xx.2019-cu il tarixli, **********194151 nömrəli qərarla 30 gün müddətinə; əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi – xx.xx.2020-ci il tarixli, **********198697 nömrəli qərarla 30 gün müddətinə. Sözügedən aktın 1.10-cu bəndində vergi ödəyicisində bundan əvvəl səyyar vergi yoxlamasının keçirilməməsi qeyd olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanlamış xx.xx.2020-ci il tarixli şikayət ərizəsinin surətindən görünür ki, vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edilərək, xx.xx.2017-ci il tarixindən onda səyyar vergi yoxlamasının təyin edildiyini, bugünədək onun barəsində qanunsuz üç səyyar vergi yoxlaması aktınının tərtib edildiyini, bundan əvvəlki iki səyyar vergi yoxlaması aktının ləğv olunduğunu, bu aktların xx.xx.2018, xx.xx.2020-ci il tarixlərində tərtib olunduğunu, sonuncu səyyar vergi yoxlamasının xx.xx.2020-ci il tarixində tərtib olunduğunu, fevral 2016- oktyabr 2018-ci il dövrü əhatə etdiyini, faktiki onun 2017-ci ildən fəaliyyətinin olmadığını, 3 ildir ki, işləmədiyini, xx.xx.2017-ci ildə başlamış yoxlamanın xx.xx.2020-ci il tarixində başa çatdığını, yoxlama ilə 114709.84 manat gəlir vergisi hesablandığını, bu vergi hesablanan dövrün 2016-2017-ci illərin gəlir vergisini əhatə etdiyini, səyyar vergi yoxlaması aktının 8, 9, 10, 11-ci səhifələrində gəlir vergisi barədə hesablamaların qeyd olunduğunu, gəlir vergisini hesablanmasına əsas göstərilməməsini, aktın 4-cü səhifəsində isə Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərardadı ilə iş üzrə icraata xitam verilməsinin qeyd olunmasını bildirərək, Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Vergi Məcəlləsinin, “İnzibati icraat haqqında” qanunun tələblərini nəzərə alaraq və xx.xx.2020-ci il tarixli **********171888 saylı səyyar vergi yoxlaması aktının ləğv edilməsi xahiş edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********137099 saylı xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin 1-ci müavini kiçik vergi xidməti müşaviri X14, X7 (VÖEN **********) üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2020-ci il tarixli, **********171888 nömrəli aktına və xx.xx.2020-ci il tarixli, **********00900 nömrəli sənədə baxıb müəyyən edilmişdir ki, təyin olunmuş səyyar vergi yoxlaması Baş İdarənin xx.xx.2018-ci il tarixli, **********838100 nömrəli xidməti məlumatına əsasən təyin edilmişdir. Yoxlama ilə əhatə olunan vergi dövrü: fevral 2016 – oktyabr 2018 Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən yoxlamanın predmetinə aid sənədlərin götürülməsi, müvafiq izahatların alınması mümkün olmamışdır. xx.xx.2019-cu il tarixli, **********171891 nömrəli Tələbnamə və xx.xx.2019-cu il tarixli **********174473 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar vergi ödəyicisinə təqdim olunmuş və vergi ödəyicisi tərəfindən müvafiq sənədlər təqdim edilmədiyindən “Sənədlərin təqdim olunmasından imtina edilməsi barədə” AKT tərtib olunmuşdur. Yoxlama zamanı yoxlanılan dövr üzrə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı gəlirləri təsdiq edən rəsmi sənədlər yoxlamaya təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli, 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin çəkdiyi xərcləri (ƏDV nəzərə alınmadan) əsasında 2016 və 2017-ci illər üzrə gəlirləri müəyyən edildi. 2016-cı il üzrə hesablanmış 442 259.93 manat gəlirdən 20 % dərəcə ilə 88 451.99 manat gəlir vergisi hesablanmışdır. Yoxlama ailə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104-cü maddəsinin tələbləri pozulmaqla 2016-cı il üzrə gəlir vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 78 359.99 manat azaldılması müəyyən edilmişdir. 2017-ci il üzrə hesablanmış 203 273.25 manat gəlirdən 20 % dərəcə ilə 40654.65 manat gəlir vergisi hsablanmışdır. Yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104-cü maddəsinin tələbləri pozulmaqla 2017-ci il üzrə gəlir vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 36 348.73 manat azaldılması müəyyən edilmiş, 2016-cı il üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi bəyannamələrinin düzgünlüyü yoxlanarkən 1.12 manat kənarlaşma aşkar edilmiş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən gəlir vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, ümumilikdə 18 174.37 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. Vergi ödəyicisinin özünü müdafiəsi üçün gətirdiyi dəlillər və digər sənədlər: vergi ödəyicisi xx.xx.2020-ci il tarixli **********512100 nömrəli, xx.xx.2020-ci il tarixli **********825600 nömrəli, xx.xx.2020-ci il tarixli **********356700 nömrəli, xx.xx.2020-ci il tarixli **********352200 nömrəli, xx.xx.2020-ci il tarixli **********635600 nömrəli, xx.xx.2020-ci il tarixli **********893900 nömrəli, xx.xx.2020- ci il tarixli, **********748500 nömrəli, xx.xx.2020-ci il tarixli **********639200 nömrəli, xx.xx.2020-ci il tarixli, **********937300 nömrəli məktublarla müraciət edərək, xx.xx.2020-ci il tarixli, **********171888 nömrəli səyyar vergi yoxlaması aktı ilə razı olmadığını, gəlir vergisi hesablamalarının əsasının göstərilmədiyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin səyyar vergi yoxlaması keçirilməsi üçün sənədlərin cavabdeh X4 götürülməsi tələbinə dair iş üzrə icraata xitam verildiyini bildirmişdir. Vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılması üçün vergi ödəyicisi və ya səlahiyyətli nümayəndəsi xx.xx.2020-ci il tarixdə, saat 11:00-da Baş İdarəyə dəvət edilmişdir. Lakin, vergi ödəyicisi və ya səlahiyyətli nümayəndəsi səyyar vergi yoxlaması aktına baxılması üçün müzakirədə iştirak etməmişdir. Vergi ödəyəciyinin səyyar vergi yoxlaması aktına dair etiraz məktubları digər sənədlərlə birlikdə araşdırılmış və araşdırma zamanı etiraz məktublarında göstərilənlər öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq, X7 gəlir vergisi üzrə 114 709.84 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırda iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********137099 saylı 09 iyun 2020-ci il tarixli qərarın ləğv edilməsini tələb edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli **********137099 nömrəli qərara əsasən vergi ödəyicisi kimi vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilmişdir. Qərar rəsmi qaydada verilməmişdir, lakin elektron kargüzarlıq vasitəsilə məlumat almışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də, həmin qərarla razılaşmır və hesab edir ki, aşağıda qeyd etdiklərinə əsasən qərar ləğv olunmalıdır. Belə ki, vergi orqanı 30 günü 30 iş günü kimi nəzərdə tutmuş, kameral vergi yoxlaması üçün nəzərdə tutulmuş müddəti səyyar vergi yoxlamasının keçirilməsi üçün tətbiq etmiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. SVY keçirilməsi barədə qərarda yoxlama müddətinin 30 (otuz) iş günü göstərilməsinə baxmayaraq, xx.xx.2020-ci il tarixində **********171888 nömrəli və xx.xx.2020-ci il tarixində **********171888 nömrəli SVY aktı tərtib olunmuşdur. SVY keçirilməsi haqqında bir qərarla yoxlama keçirilmiş, müxtəlif tarixlərdə eyni nömrə ilə SVY aktı tərtib olunmuşdur ki, bu da, qanunvericiliyin tələblərinin pozulmasıdır. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Heç bir əsas olmadan xx.xx.2020-ci il tarixli, **********198697 nömrəli əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar çıxarılmışdır. Halbuki, SVY başa çatmış, akt tərtib olunmuşdur, həmin akt kənarda qalmış və vergi orqanı yenidən SVY davam etdirmişdir. SVY həyata keçirilərkən sonuncu dəfə xx.xx.2019-cu il tarixli, **********194151 nömrəli qərarla SVY müddəti 30 gün uzadılmış və xx.xx.2020-ci il tarixində, **********171888 nömrəli və SVY aktı tərtib olunmuşdur. Bundan 3 ay sonra isə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar çıxarılmışdır. Daha sonra isə xx.xx.2020-ci il tarixində, **********171888 nömrəli SVY aktı tərtib olunmuşdur. Bununla da, vergi orqanı qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Vergi Məcəlləsinin 49.1.3-cü maddəsinə əsasən SVY materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar çıxara bilərdi. Həmin Məcəllənin 49.5-ci maddəsində göstərilmişdir ki, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. xx.xx.2020-ci il tarixli, **********171888 nömrəli və xx.xx.2020-ci il tarixli **********171888 nömrəli SVY aktının 1.1-ci bəndində göstərilmişdir ki, yoxlama xx.xx.2018-ci il tarixində başlamış və xx.xx.2020-ci il tarixdə başa çatdırılmışdır. Bir ildən artıq davam edən yoxlama əsassız səbəblərdən müvəqqəti dayandırılmış, müddətlərə əməl olunmamış və qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. SVY 30 gündən artıq davam edə bilməz, yəni, xx.xx.2018-ci il tarixində yoxlama başlamış, xx.xx.2019-cu il tarixində başa çatmalı idi. Lakin, SVY başa çatmamış, müddət düzgün olmadan xx.xx.2020-ci il tarixədək davam etmiş və sonra 60 gün uzadılmışdır. SVY əsassız olaraq 274 gün müddətinə dayandırılmışdır. SVY-nın davam etmə müddəti ümumilikdə 496 gün olmuşdur. SVY xx.xx.2019-cu il tarixində, **********191583 nömrəli və xx.xx.2019-cu il tarixində, **********194151 nömrəli qərarla 60 gün müddətinə uzadılsa da, 175 gün davam etmişdir. SVY müddəti 496 gün davam etmiş, lakin aktın 1-ci vərəqində göstərilən müddət dayandırılma, müddət artırılma, əlavə vergi yoxlaması tədbirləri nəzərə alınmaqla 274 günlük müddət əlavə müəyyən edilmişdir. Vergi Məcəlləsinə əsasən SVY müddəti iş günləri ilə deyil, günlərin sayı ilə müəyyən edilmişdir. Lakin, SVY aktında müddətlər iş günləri ilə hesablanmışdır. Həmçinin SVY barədə xx.xx.2020-ci il tarixli, **********171888 nömrəli və xx.xx.2020-ci il tarixli, **********171888 nömrəli SVY aktı 5 gün müddətində vergi ödəyicisinə göndərilməli olduğu halda, aktlar vergi ödəyicisinə göndərilməmişdir. Vergi Məcəlləsinin 49.5 maddəsinə əsasən xx.xx.2020-ci il tarixli, **********137099 nömrəli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarı ləğv edilməlidir. Mülki Məcəllədə müddət anlayışı 367, 368, 369, 370, 371-ci maddələrində göstərilmişdir. Hazırki məhkəmə mübahisəsinin predmetini təşkil edən həmin xx.xx.2020-ci il tarixli, **********137099 nömrəli qərarın qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyi, eyni zamanda SVY-nm həyata keçirilməsi zamanı kobud pozuntulara (müddət pozuntuları) yol verildiyi iddia ərizəsinə əlavə edilmiş sənədlərlə sübut olunur. SVY həyata keçirildiyi müddətdə 3 SVY aktı tərtib olunub ki, bu aktların heç biri digəri ilə uyğunluq təşkil etmir. Həmçinin, 2016-cı il hesabat dövrü üçün gəlir vergisi üzrə yoxlama xx.xx.2017-ci il tarixli, **********096266 nömrəli qərarla təyin edilən və xx.xx.2018-ci il tarixli, **********105522 nömrəli SVY aktında da öz əksini tapmışdır. Vergi orqanı qanunvericiliyin tələblərini pozaraq, vergi orqanı tərəfindən yoxlanılmış vergi dövrü üçün vergi ödəyicisinin ödədiyi və ya ödəməli olduğu vergilər üzrə səyyar vergi yoxlamalarını həyata keçirmişdir. Həmçinin, 2020-ci ilin aprel ayında 2016-cı il hesabat dövrü üçün gəlir vergisi üzrə SVY həyata keçirilə bilməzdi. Vergi Məcəlləsinin 36.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Əlavə olaraq qeyd etmək istəyir ki, hər iki SVY aktı rəsmiləşdirilərkən vergi yoxlaması aktı ilə razılaşmamışdır və vergi orqanına aktı imzalamamağının səbəblərini izah etmişdir. Həmçinin ilkin sənədlər tərəfindən vergi orqanına təqdim edilməsinə baxmayaraq, yoxlamanın materiallarına onun və ya nümayəndəsinin iştirakı olmadan baxılmışdır. Bu hal da vergi orqanın qərəzli mövqe tutduğunu bir daha sübut edir. Tərəflərindən 2016- 2017-ci illər üzrə kassa metodu ilə gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Lakin vergi orqanı əsassız olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarını əsas götürərək, 20 % şərti rentabellik səviyyəsi tətbiq etməklə Vergi Məcəlləsinin 83.9- cu maddəsinə əsasən 2016 və 2017-ci illər üzrə gəlir vergisi hesablamışdır. Vergi Məcəlləsinin 83.9- cu maddəsində göstərilmişdir ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Halbuki, vergi orqanına təqdim edilmiş bəyannamələrdən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün idi. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, səyyar vergi yoxlamasının keçirilməsi müddəti 30 günlük müddətdə məhdudlaşmır. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbinə əsasən səyyar vergi yoxlamasının müddətinin 90 günədək artırılması, Məcəllənin 38.7-ci maddəsinə əsasən yoxlamanın 9 aydan çox olmamaqla dayandırılması, Məcəllənin 39.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması aktının aktın tərtib olunduğu tarixdən 5 gündən gec olmayaraq göndərilməsi, Məcəllənin 39.5-ci maddəsinə əsasən aktla razılaşmayan vergi ödəyicisinin aktın verildiyi gündən 30 gün müddətində aktla razılaşmaması barəsində yazılı etirazını təqdim etməsi, Məcəllənin 39.6-cı maddəsinə əsasən 15 gündən gec olmayan müddətdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə vergi orqanı tərəfindən baxılması, Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) tərəfindən 10 gün müddətində yekun qərar, o cümlədən əlavə vergi yoxlaması tədbirləri barədə qərar qəbul etməsi müddətləri də səyyar vergi yoxlamasının müddətini təşkil edir. Odur ki, vergi yoxlamasının müddətinin ötürülməsi ilə bağlı iddiaçının arqumenti öz təsdiqini tapmır. İddiaçı həmçinin bildirir ki, səyyar vergi yoxlamasının nəticələrinin rəşmiləşdirilməsi məsələsində ödəyicinin iştirakı təmin edilməməklə onun hüquqları pozulmuşdur. Vergi ödəyicisinə ünvanlanmış **********361200 saylı xx.xx.2020-ci il tarixli məktubda 30 gün müddətində yoxlamanı həyata keçirən vergi orqanına aktı imzalamamasının səbəblərini izah etməsi, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını bildirməsi təklif olunmuş və **********027300 saylı xx.xx.2020-ci il tarixli məktubla isə vergi yoxlaması aktına vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə xx.xx.2020-ci il tarixdə saat 11:00-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılacağı barədə məlumat verilmişdir. Başqa sözlə vergi ödəyicisinə öz mövqeyini və aktla razılaşmamasının səbəblərini bildirməsi üçün qanunvericiliklə müəyyən edilmiş şərait yaradılmış, lakin vergi ödəyicisi həmin hüququndan istifadə etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1218/2021 saylı 08 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********137099 saylı xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən ekspert rəyi tədqiq edilmədən mötəbər sübut qismində qəbul edilmişdir. Halbuki qeyd olunan ekspert rəyinin məzmunu və nəticə hissəsinə nəzər saldıqda aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavabların verilmədiyi aşkar görünür. Ekspert rəyinin məzmununa nəzər saldıqda həmçinin görünür ki, ekspert tərəfindən heç bir tədqiqat aparılmadığı azmış kimi səlahiyyətlərindən kənara çıxılaraq hüquqi məsələlər barədə rəy verilmişdir. Rəyin məzmununda ekspertin hansı hesablamalar nəticəsində iddiaçının vergidən yayınmaması ilə bağlı nəticəyə gəldiyi görünmür. Ekspert rəylərinin məzmunu qanunvericiliyə aid normalar və səyyar vergi yoxlaması aktının mətninin üzdən köçürülməsindən ibarətdir. Ekspert səlahiyyətlərini və fəaliyyət dairəsini aşaraq hüquqi məsələlər barədə rəy bildirmişdir. Halbuki qanunvericilik normalarına əsaslanmaqla işin hallarına hüquqi qiymət ekspert tərəfindən deyil, yalnız məhkəmə tərəfindən verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1538/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının 36-38-ci hissələrində qeyd edilmişdir ki, ekspertiza xüsusi bilik tələb olunan sualları izah etmək üçün təyin edilir. Tərəflərin hərəkətlərinin qanunauyğun olub-olmamasını qiymətləndirmək birbaşa məhkəmənin səlahiyyətidir. Göründüyü kimi, ekspertin hüquqi məsələlərə toxunaraq rəy verməsi Ali Məhkəmə tərəfindən qanunvericiliyə zidd hal olaraq qiymətləndirilmiş və həmin rəy sübut olaraq qəbul edilməmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X19 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmiş, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etdiyini bildirmişdir. İddiaçının vəkilləri X3 və Vəkil3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etmədiklərini bildirmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərarın ləğvi ilə bağlı məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət edildiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “cavabdeh inzibati orqanın onun barəsində qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********137099 saylı 09 iyun 2020-ci il tarixli qərarın ləğvi” ilə bağlıdır. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən mübahisəli qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraat zamanı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası işin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanına qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyət vermişdir. Hazırkı iş üzrə cavabdeh vergi orqanı, yuxarıda qeyd edildiyi kimi, iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qərarına gəlmiş və bu barədə xx.xx.2018-ci il tarixli qərar qəbul etmişdir. Məhkəmə kollegiyası səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə vergi orqanının qəbul etdiyi qərarla bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, müəyyən qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergi tutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2018-ci il tarixli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bundan əlavə, vergi orqanı həmin əlaqəli məlumatların nə olduğunu qərarında göstərməməklə yanaşı, səyyar vergi yoxlaması aktında da qeyd etməmiş, hətta məhkəmə icraatının gedişində də bildirməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına, o cümlədən VM-in 38.3.5-ci maddəsinə istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verır. Məhkəmə kollegiyası vurğulayır ki, VM-in 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsi, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır. Başqa sözlə, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini zəruri edən dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçı müəssisəyə bildirildiyi, iddiaçı müəssisəyə həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, dolayısı yolla, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişdir. Halbuki, VM-in 36.2. və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Məhkəmə kollegiyası vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Bu səbəbdən aparılmış qanunsuz inzibati icraat nəticəsində qəbul edilmiş inzibati akt da qanunsuz və əsassız sayılmalıdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələblərinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı qanunvericiliyin yuxarıda sadalanan normalarında göstərilən səyyar vergi yoxlaması müddətinin uzadılması ilə bağlı əsaslar müəyyən edilməmişdir. Bundan 3 ay sonra isə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar çıxarılmışdır. Daha sonra isə xx.xx.2020-ci il tarixində **********171888 nömrəli SVY aktı tərtib olunmuşdur. Bununla da, vergi orqanı qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Vergi Məcəlləsinin 49.1.3-cü maddəsinə əsasən SVY materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar çıxara bilərdi. xx.xx.2020-ci il tarixli **********171888 nömrəli və xx.xx.2020-ci il tarixli **********171888 nömrəli SVY aktının 1.1-ci bəndində göstərilmişdir ki, yoxlama xx.xx.2018-ci il tarixində başlamış və xx.xx.2020-ci il tarixdə başa çatdırılmışdır. Bir ildən artıq davam edən yoxlama əsassız səbəblərdən (bunun əsası göstərilməmişdir) müvəqqəti dayandırılmış, müddətlərə əməl olunmamış və qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. İş materiallarından göründüyü kimi, SVY vaxtında başa çatmamış, müddət düzgün olmadan xx.xx.2020-ci il tarixədək davam etmiş və sonra 60 gün uzadılmış, nəticədə SVY əsassız olaraq dayandırılmış (274 gün), beləliklə, SVY-nın davam etmə müddəti ümumilikdə 496 gün olmuşdur. SVY xx.xx.2019-cu il tarixində **********191583 nömrəli və xx.xx.2019-cu il tarixində **********194151 nömrəli qərarla 60 gün müddətinə uzadılsa da, 175 gün davam etmişdir. SVY müddəti 496 gün davam etmiş, lakin aktın 1-ci vərəqində göstərilən müddət dayandırılma, müddət artırılma, əlavə vergi yoxlaması tədbirləri nəzərə alınmaqla 274 günlük müddət əlavə müəyyən edilmişdir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin ikinci hissəsinin ikinci və üçüncü cümlələrində “gün” sözü ismin müvafiq hallarında “iş günü” sözləri ilə 3 dekabr 2021-ci il tarixli, 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əvəz edilmişdir. Həmin dəyişikliyə qədər, həmin cümlələrin qüvvədə olan redaksiyasına görə, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməzdi. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilərdi. Başqa sözlə, 38.2-ci maddənin ikinci hissəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən müddət iş günləri ilə deyil, günlərlə hesablanırdı. Nəzərə almaq lazımdır ki, iddiaçıda səyyar vergi yoxlaması cavabdehin xx.xx.2018-ci qərarına əsasən 2016-2018-ci illərdə aparılmışdır və yoxlamanın aparıldığı həmin dövrdə Vergi Məcəlləsinin 38.2 maddəsinin yoxlamanın davamiyyəti ilə bağlı müddətlərə dair əvvəlki redaksiyası qüvvədə idi. Bu baxımdan həmin dövrdə keçirilmiş səyyar vergi yoxlaması müddəti yoxlamanın keçirildiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hesablanmalı idi. Bununla yanaşı, iş materiallarında eyni nömrəli, eyni dövrü əhatə edən, lakin ayrıayrı tarixli və fərqli vergi məbləği müəyyən olunmuş səyyar vergi yoxlaması aktları (xx.xx.2020-ci il tarixli **********171888 saylı və xx.xx.2020-ci il tarixli **********171888 saylı) mövcuddur ki, belə halın tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Belə olan halda bu özü də vergi orqanı tərəfindən qanunvericiliyin normalarının pozulması deməkdir. Həmçinin, xx.xx.2020-ci il tarixli **********171888 saylı səyyar vergi yoxlaması aktında bundan əvvəl səyyar vergi yoxlamasının keçirilməməsi qeyd olunmuş, halbuki, iş materiallarında bu halı təkzib edən eyni nömrəli, eyni dövrü əhatə edən, lakin ayrı-ayrı tarixli və fərqli vergi məbləği müəyyən olunmuş xx.xx.2020-ci il tarixli **********171888 nömrəli səyyar vergi yoxlaması aktı mövcuddur. Eləcə də, mübahisəli qərarın tərtib edilməsinə əsas olmuş 24 aprel 2020-ci il tarixli səyyar vergi yoxlaması aktında vergi ödəyicisinə 2016-cı il üzrə gəlir vergisi hesablanmışdır ki, həmin gəlir vergisi Vergi Məcəlləsinin 36.3 və 85.4-cü maddəsinin tələblərinə uyğun olaraq hesablanmamışdır. Belə ki, səyyar vergi yoxlaması son 3 ildən çox olmayan fəaliyyəti əhatə etməli olduğu halda, yoxlama ilə 24 aprel 2020-ci il tarixinə 2016-cı ilin gəlir vergisi hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Məhkəmə Kollegiyası onu da qeyd etməyi zəruri hesab ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş və hazırda iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərarla iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarı əsas götürərək, 20 % şərti rentabellik səviyyəsi tətbiq edilməklə Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən 2016 və 2017-ci illər üzrə gəlir vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli 393 nömrəli Fərmanına əsasən Vergi Məcəlləsinin 83.9-cu maddəsində göstərilən müvafiq icra hakimiyyətinin səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı 01 mart 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları”na əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların 6-cı bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında və ya vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında müəyyən edir. Həmin Qaydaların 6.1.3-cü bəndinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli, 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin çəkdiyi xərcləri (ƏDV nəzərə alınmadan) əsasında 2016 və 2017-ci illər üzrə gəlirləri müəyyən edilmiş, belə ki, 2016-cı il üzrə hesablanmış 442 259.93 manat gəlirdən 20 % dərəcə ilə 88 451.99 manat gəlir vergisi hesablanmış, yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104-cü maddəsinin tələbləri pozulmaqla 2016-cı il üzrə gəlir vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 78 359.99 manat azaldılması müəyyən edilmişdir. Həmçinin 2017-ci il üzrə hesablanmış 203 273.25 manat gəlirdən 20 % dərəcə ilə 40654.65 manat gəlir vergisi hsablanmış, yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104-cü maddəsinin tələbləri pozulmaqla 2017-ci il üzrə gəlir vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 36 348.73 manat azaldılması müəyyən edilmiş, 2016-cı il üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi bəyannamələrinin düzgünlüyü yoxlanarkən 1.12 manat kənarlaşma aşkar edilmiş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən gəlir vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, ümumilikdə 18 174.37 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. Halbuki, vergi orqanına təqdim edilmiş bəyannamələrdən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün idi. Ona görə də vergi orqanı tərəfindən vergilərin hesablanmasında birbaşa olaraq Vergi Məcəlləsinin 83.9-cu maddəsində göstərilən şərti rentabellik səviyyəsinə uyğun olaraq hesablama qaydasından istifadə oluna bilməzdi. Əgər vergi orqanı tərəfindən iddiaçının təqdim etdiyi bəyannamələrdəki məlumatlar qəbul edilmirdisə, bu halda da vergi orqanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cı maddəsindən əvvəl gələn 67-ci maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə etməliydi, bunu etmədən hesablamanı Vergi Məcəlləsinin 83.9-cu maddəsində göstərilən şərti rentabellik səviyyəsinə uyğun apara bilməzdi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. İş materiallarından göründüyü kimi, vergi orqanı tərəfindən hazırki iş üzrə səyyar vergi yoxlaması aparılan zaman Azərbaycan Respublikası Vergi Məcəlləsinin müəyyən etdiyi qaydalara ardıcıl olaraq riayət olunmamış, belə ki, Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlərdən istifadə etmədən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 83.9-cü maddəsində müəyyən edilmiş qaydada hesablanmış, nəticədə vergi qanunvericiliyin pozulmasına yol verilmişdir ki, bu da vergi orqanının qəbul etdiyi qərarın məhkəmə qaydasında ləğv olunması əsasdır. Nəzərə alınmalıdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından ) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdı ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının gəlirinin əldə edilməsi ilə bağlı xərcləri müəyyən etməyin, eləcə də analoji fəaliyyət növü ilə məşğul olan vergi ödəyicisini müəyyən etməyin mümkün olmadığına və bu barədə sənədlərin tam olmadığına istinadən cavabdeh tərəfindən şərti rentabelliyin tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır (bununla bağlı bax bu qərarın 41-53cü bəndlərinə). Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin VM-in 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqininin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə, eləcə də analoji fəaliyyət növü ilə məşğul olan vergi ödəyicisinə aid məlumatlara istinadən ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır. İş materiallarından görünür ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqanın qəbul etdiyi qərarla vergi məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 9/2415 saylı 30 aprel 2021-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin nəticə hissəsində göstərilmişdir ki, birinci və ikinci suallar üzrə: səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs X7 tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış 114709/84 manat məbləğində gəlir vergisi düzgün hesablanmamışdır. Üçüncü-doqquzuncu suallar üzrə: iş materiallarında fiziki şəxs X5 ayrı-ayrı vergi ödəyiciləri ilə apardığı əməliyyatlara dair gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri (gömrük bəyannamələrinin əlavələri, bank sənədləri, müqavilələri və s.) mövcuddur ki, həmin sənədlərin ciddi hesabat sənədləri olması və həmçinin həmin sənədlərin vergi ödəyicisinin tətbiq etdiyi metodun və vergi qanunvericiliyinin tələblərinə uyğun olması müəyyən olunur. Bununla yanaşı qeyd edilir ki, xərc sənədlərinin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğləri və əks etdirdiyi təsərrüfat əməliyyatının məzmunu (uzununa mişarlanmış meşə materialları, taxta, 6 mm-dən çox qalınlığı olan şalban başı birləşmələri olan və ya olmayan meşə materialları və s.) təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. 2016 – 2017-ci illər üzrə vergi ödəyicisinin xərcləri 2016-cı il üzrə xərc-2.428.646.50 manat (ƏDV-siz), 2017-ci il üzrə xərc- 926.889.70 manat (ƏDV-siz) olduğu müəyyən edilmişdir. Apellyasiya şikayətinin məzmunundan da aydın olur ki, ekspert rəyi cavabdeh orqan tərəfindən mübahisələndirilmiş və vergi istintaqı zamanı ziddiyyətli ekspert rəyinin verildiyinə istinad olunmuşdur. Bu səbəbdən məhkəmənin 22 may 2022-ci il tarixli qərardadı ilə iş ürzə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin 9/3964 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərində fiziki şəxs X7 tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmş 114709,84 manat məbləğində gəlir vergisinin düzgün hesablanmaması qeyd edilmişdir. Üçuncudoqquzuncu suallar üzrə qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş iş materiallarında fiziki şəxs X5 ayrı-ayrı vergi ödəyiciləri ilə apardığı əməliyyatlara dair gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri (gömrük bəyannamələrinin əlavələri, bank sənədləri, müqavilələr və s.) mövcuddur ki, həmin sənədlərin ciddi hesabat sənədləri olması və həmçinin həmin sənədlərin vergi ödəyicisinin tətbiq etdiyi metodun və vergi qanunvericiliyinin tələblərinə uyğun olması müəyyən olunur. Bununla yanaşı qeyd edilir ki, xərc sənədlərinin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğləri və əks etdirdiyi təsərrüfat əməliyyatının məzmunu (uzununa mişarlanmış müşə materialları, taxta, 6 mm-dən çox qalınlığı olan şalban başı birləşmələri olan və ya olmayan meşə materialları və s.) təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. 2016-2017-ci illər üzrə vergi ödəyicisinin idxalı 2016-cı il üzrə əlavə dəyər vergisiz xərci 2.428.646,50 manat, 2017-ci il üzrə əlavə dəyər vergisiz xərci 926.889,70 manat, 2016-2017-ci illər üzrə vergi ödəyicisinin xərcləri 2016-cı il üzrə əlavə dəyər vergisiz xərci 2286354,99 manat, 2017-ci il üzrə əlavə dəyər vergisiz xərci 1030894,36 manat olmuşdur. Beləliklə bütün yuxarıda göstərilənlərə əsasən, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs X7 tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış 114709,84 manat məbləğində gəlir vergisi düzgün hesablanmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə keçirilmiş ekspertizanın nəticəsi olaraq verilmiş ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. «Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 noyabr 2003-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə uyğun olaraq həmin Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Digər tərəfdən qeyd olunmalıdır ki, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi vəsatət verərək, Tural Muxtarovun iddiası üzrə inzibati məhkəmə icraatının cinayət işi üzrə məhkəmə icraatı başa çatanadək dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmin vəsatət məhkəmə kollegiyası tərəfindən adı çəkilən cinayət işi üzrə məhkəmə icraatının hazırki inzibati mübahisənin həllinə təsir edə biləcəyi halların olmadığı və əksinə, cinayət işi üzrə məhkəmə icraatının bu məhkəmə icraatında qanuniliyi yoxlanılan inzibati aktın, yəni xx.xx.2020-ci il tarixli qərarın mübahisələndirilməsi iddiasının həllindən asılı olduğu nəzərə alınaraq təmin olunmamışdır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə də məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olub, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəldiyi üçün cavabdeh orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1218/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, həmçinin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pul məbləği iddiaçı X4 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1218/2021 saylı xx.xx.2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pul məbləği iddiaçı X4 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar