Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-312/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X7 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 194/2024 saylı 11 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 31 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Xəstəlik haqqında 13 may 2021-ci il tarixli 12492 nömrəli şəhadətnamədən görünür ki, Hərbi Həkim Komissiyasının qərarına əsasən səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” göstərilmişdir. Bakı 20 nömrəli Şəhər Poliklinikası tərəfindən verilən xx.xx.2021-ci il tarixli 2756003AAE74 saylı göndərişə əsasən göndərişin verilməsinə əsas Azərbaycan Respublikasının ərazi bötövlüyünün müdafiəsi ilə əlaqədar olmuşdur, xəstəliyin başlanma tarixi xx.xx.2020-ci ildir. Göndərişə əsasən: Əsas diaqnozun mətni: S.92.7 Ayağın çoxsaylı sınığı, Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması. Ağırlaşmalar: Z96.8 Digər dəqiqləşdirilmiş funksional implantatın olması, İV daraq sümüyünün Kirşner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonraki vəziyyət; R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Yeriş, dayaq funksiyasının pozulması; Z89.5 Ayağın diz səviyyəsində və ya dizdən aşağı qazanılma olmaması, Sağ ayağın V barmağın travmatik qopması; S92.3 Ayaq daraq sümüklərinin sınığı, İV daraq sümüyün açıq sümük defektı sınığına; S91.3 Ayağın digər hissələrinin açıq yarası, Ayağın aşağı səthinin yumşaq toxuması defekti; Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Ayağın aşağı səthinin yumşaq toxuması defekti İV daraq sümüyünün orta 1\3-i səviyyəsində amputasiyası; L91.0 Hipertrofik çapıq, Ayaq arxası kelloid çapığı ağrı sindromu ilə.Yeriş; Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması. Sağ ayağın V barmağın travmatik qopması, İV daraq sümüyün açıq sümük defekti sınığına.Ayağın aşağı səthinin yumşaq toxuması defekti İV daraq sümüyünün orta 1\3-i səviyyəsində amputasiyası.İV daraq sümüyünün Kirşner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonraki vəziyyət.Ayaq arxası kelloid çapığı ağrı sindromu ilə; R52.2 Digər daimi ağrı. Yanaşı xəstəliklər: F48.0 Nevrasteniya. Həmin göndəriş əsasında iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin TSEK-in müayinələrə dair məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etmir - səbəb: diaqnoz əlillik əlaməti təyin etmir. Diaqnozun mətni: “Ayağın çoxsaylı sınığı, Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması. İV daraq sümüyünün Kirşner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonraki vəziyyət.Yeriş ,dayaq funksiyasının pozulması. Sağ ayağın V barmağın travmatik qopmasi. İV daraq sümüyün açıq sümük defektı sınığına, Ayağın aşağı səthinin yumşaq toxuması defekti. Ayağın aşağı səthinin yumşaq toxuması defekti İV daraq sümüyünün orta 1\3-i səviyyəsində amputasiyası. Ayaq arxası kelloid çapığı ağrı sindromu ilə Yeriş. Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması. Sağ ayağın V barmağın travmatik qopması, İV daraq sümüyün açıq sümük defekti sınığına. Ayağın aşağı səthinin yumşaq toxuması defekti İV daraq sümüyünün orta 1\3-i səviyyəsində amputasiyasi.İV daraq sümüyünün Kirşner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonraki vəziyyət.Ayaq arxası kelloid çapığı ağrı sindromu ilə.” Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Tibbi Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspertiza Komissiyasının Müayinə Aktı ləğv edilərək döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçısı kimi hüququn yarandığı tarixdən müharibə əlilliyinin təyin edilməsi və həmin tarixdən hesablanaraq birdəfəlik ödənilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra məhkəmənin qərardadı ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Tibbi Sosial Ekspert Komissiyası əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyi ilə əvəz edilmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “İddiaçı əlilliyinin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun” kimi dəyişdirilmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək erməni silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatlarının keçirilməsi və işğal edilmiş ərazilərimizin azad olunması uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş X11 Əliyevin kod adı “DƏMİR YUMRUQ” əməliyyatı adı altında “N” saylı hərbi hissənin tərkibində Vətən Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Cəbrayıl, Qubadlı rayonları istiqamətlərində gedən hərbi döyüş əməliyyatlarında iştirak etmişdir. Belə ki, xx.xx.2020-ci il tarixində Qubadlı rayonunun azad olunması uğrunda gedən hərbi döyüş əməliyyatında partlayış travması nəticəsində yaralanmışdır. Həmçinin Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş X11 Əliyevin 2020-ci il 18 dekabr tarixli 2353 nömrəli sərəncamı ilə “CƏSUR DÖYÜŞÇÜ” və 2020-ci il 24 dekabr tarixli 2358 nömrəli sərəncamı ilə “CƏBRAYİLİN AZAD OLUNMASİNA” görə medalları ilə təltif olunmuşdur. Eləcə də hərbi travmanın səbəb əlaqəsi aşağıdakı kimi qiymətləndirilmişdir. “Ayağın çoxsaylı sınığı, Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması. İV daraq sümüyünün Kirşner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonrakı vəziyyət. Yeriş, dayaq funksiyasının pozulması. Sağ ayağın V barmağın travmatik qopması. İV daraq sümüyün açıq sümük defektı sınığına. Ayağın aşağı səthinin yumşaq toxuması defekti. Ayağın aşağı səthinin yumşaq toxuması defekti İV daraq sümüyünün orta l\3-i səviyyəsində amputasiyası. Ayaq arxası kelloid çapığı ağrı sindromu ilə. Yeriş Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması. Sağ ayağın V barmağın travmatik qopması, İV daraq sümüyün açıq sümük defekti sınığına. Ayağın aşağı səthinin yumşaq toxuması defekti İV daraq sümüyünün orta 1\3- i səviyyəsində amputasiyası. İV daraq sümüyünün Kirşner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonraki vəziyyətt. Ayaq arxası kelloid çapığı ağrı” sindromu diaqnozu ilə ilkin müayinə olunmuş və “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbi ilə statusu verilmişdir. Belə ki, bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş müharibə əlili statusunun verilməsi ilə əlaqədar cavabdeh ƏƏSMN-in tabeliyində Tibbi Sosial Ekspert Komissiyasına müraciət etsə də, Tibbi Sosial Ekspert Komissiyasın ona müharibə əlili dərəcəsinin verilməməsi və prezident təqaüdü və sosial müavinət təyin edilməsindən imtina edilmişdir. Belə ki, imtinaya səbəb.“Səbəb Diaqnoz əlillik əlaməti təyin etməməsi. Diaqnoz əlillik əlaməti təyin etmir" kimi göstərilməklə münasibəət bildirilməklə imtina edilmişdir. Odur ki, aşağıda göstərilənlərə əsasən həmin imtinanı qeyri qanuni hesab edir və hesab edir ki, aşağıda qeyd olunanlara əlaqədar müharibə əlili dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Bir sözlə müayinə diaqnozu ilə iddiaçıya xəstəlik tarixçəsində “Ayağın çoxsaylı sınığı. Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması. İV daraq sümüyünün Kirşner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonraki vəziyyət. Yeriş, dayaq funksiyasının pozulması. Sağ ayağın V barmağın travmatik qopması. İV daraq sümüyün açıq sümük defektı sınığına. Ayağın aşağı səthinin yumşaq toxuması defekti. Ayağın aşağı səthinin yumşaq toxuması defekti İV daraq sümüyünün orta 1A3-İ səviyyəsində amputasiyası. Ayaq arxası kelloid çapığı ağrı sindromu ilə. Yeriş Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması. Sağ ayağın V barmağın travmatik qopması, İV daraq sümüyün açıq sümük defekti sınığına. Ayağın aşağı səthinin yumşaq toxuması defekti İV daraq sümüyünün orta l\3-i səviyyəsində amputasiyası. İV daraq sümüyünün Kirşner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonraki vəziyyəti. Ayaq arxası kelloid çapığı ağrı” sindromu ilə göstərilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 20 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aışq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S92 - Ayağın sınığı; aşıq-baldır oynağı Diaqnozun mətni: Ayağın çoxsaylı sınığı, Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması.İV daraq sümüyünün Kirşner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonraki vəziyyət. Yeriş, dayaq funksiyasının pozulması.Sağ ayağın V barmağın travmatik qopması.İV daraq sümüyün açıq sümük defektı sınığına.Ayağın aşağı səthinin yumşaq toxuması defekti.Ayağın aşağı səthinin yumşaq toxuması defekti İV daraq sümüyünün orta 1\3-i səviyyəsində amputasiyası.Ayaq arxası kelloid çapığı ağrı sindromu ilə.Yeriş Partlayış travması(xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması.Sağ ayağın V barmağın travmatik qopması,İV daraq sümüyün açıq sümük defektı sınığına.Ayağın aşağı səthinin yumşaq toxuması defekti İV daraq sümüyünün orta 1\3-i səviyyəsində amputasiyasi.İV daraq sümüyünün Kirşner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonraki vəziyyət.Ayaq arxası kelloid çapığı ağrı sindromu ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-194/2024 saylı 11 iyul 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı əlilliyinin qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti cavabdehin etiraz məktubunun məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə öz mövqeyini əsaslandıraraq bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsi tərəfindən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş ekspert rəyində göstərilmişdir ki, Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” Phş-si müalicə müəssisəsi olmadığından İddiaçı hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə konkret fikir söyləmək mümkün olmadı. Lakin, o xx.xx.2023-cü il tarixdə Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda komissiya tərəfindən müayinə olunarkən ona “Odlu silahla yaralanmadan sonra sağ pəncənin ön-üst səthində dartıcı çapıq toxuması, V barmağın V ayaq-daraq sümüyünün orta 1/3-i səviyyəsində amputasiya güdülü, İV daraq sümüyünün orta qeyri-müəyyən bitişmiş sınığı, varus deformasiyası, pəncənin yumşaq toxumasında xırda metal qəlpələri, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması. XBT: Y36.2, L91.0, S98.3, S92.5, M84.0, М.21.1, M79.5, R.52.2, R26.8” diaqnozu müəyyən edilmişdir. Odur ki, hazırda onlardan əziyyət çəkməsini inkar etmək olmaz. Beləliklə, məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnozlara əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur. Məhkəmənin yuxarıda qeyd edilən halları ilə razılaşmayaraq bildirmək istəyirik ki, məhkəmə sırf əvəllər şəxsə əlillik verilməsi səbəbindən ona hazırkı dövrdə də əlillik təyin edilməsi kimi səhv nəticəyə gəlmişdir. Belə ki, sağlamlıq dəyişkən prosesdir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluqunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın sonuncu imtina məktubundan sonra hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir ki, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia müddətini ötürməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “ona əlilliyin təyin edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdır. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır . 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bakı 20 nömrəli Şəhər Poliklinikası tərəfindən verilən xx.xx.2021-ci il tarixli 2756003AAE74 saylı göndərişə əsasən göndərişin verilməsinə əsas Azərbaycan Respublikasının ərazi bötövlüyünün müdafiəsi ilə əlaqədar olmuşdur, xəstəliyin başlanma tarixi xx.xx.2020-ci ildir. Göndərişə əsasən: Əsas diaqnozun mətni: S.92.7 Ayağın çoxsaylı sınığı, Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması. Ağırlaşmalar: Z96.8 Digər dəqiqləşdirilmiş funksional implantatın olması, İV daraq sümüyünün Kirşner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonraki vəziyyət; R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Yeriş, dayaq funksiyasının pozulması; Z89.5 Ayağın diz səviyyəsində və ya dizdən aşağı qazanılma olmaması, Sağ ayağın V barmağın travmatik qopması; S92.3 Ayaq daraq sümüklərinin sınığı, İV daraq sümüyün açıq sümük defektı sınığına; S91.3 Ayağın digər hissələrinin açıq yarası, Ayağın aşağı səthinin yumşaq toxuması defekti; Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Ayağın aşağı səthinin yumşaq toxuması defekti İV daraq sümüyünün orta 1\3-i səviyyəsində amputasiyası; L91.0 Hipertrofik çapıq, Ayaq arxası kelloid çapığı ağrı sindromu ilə.Yeriş; Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması. Sağ ayağın V barmağın travmatik qopması, İV daraq sümüyün açıq sümük defekti sınığına. Ayağın aşağı səthinin yumşaq toxuması defekti İV daraq sümüyünün orta 1\3-i səviyyəsində amputasiyası.İV daraq sümüyünün Kirşner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonraki vəziyyət.Ayaq arxası kelloid çapığı ağrı sindromu ilə; R52.2 Digər daimi ağrı. Yanaşı xəstəliklər: F48.0 Nevrasteniya. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsi tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2023-cü il tarixli məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 206/2023 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir ki, “1-2. Vətəndaş İddiaçı iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün göndərişlər tam doldurulmuş və qeyd edilən “S92.7 Ayağın çoxsaylı sınığı. Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması. Ağırlaşma: Z96.8 Digər dəqiqləşdirilmiş funksional implantın olması, İV daraq sümüyünün Kişner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonrakı vəziyyət. R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yeriş, dayaq funksiyasının pozulması. Z89.5 Ayağın diz qazanılma olmaması. Sağ ayağın səviyyəsində və ya dizdən aşağı V barmağın travmatik qopması. S92.3 ayaq daraq sümüklərinin sınığı, İV daraq sümüy ün açıq sümük defekti sınığına diaqnozu şəxsin stasionarda müayinələrinin nəticələri əsasında müəyyən edilmiş və təyin edilmiş diaqnoza uyğun düzgün müalicələr aparıldığından vəziyyəti qənaətbəxş olmuşdur. Həmin diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən ona 413 saylı qərar ilə təsdiq edilmiş Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. Vətəndaş İddiaçı həmin diaqnozla əlaqədar hazırda əlavə bərpa müalicəsinə ehtiyac yoxdur. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsi tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2023-cü il tarixli məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 214/20224 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir:
1. Vətəndaş İddiaçı adına Bakı 20 nömrəli Birləşmiş şəhər Poliklinikasında doldurulub Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş 2756003AAE74 (Forma TQS №088) saylı göndəriş tam doldurulmuşdur. İş materiallarında adına olan tibbi sənədlərinə əsasən müalicələrin qısa müddətli olması, ətraflı müalicə olunmaması, ixtisaslamış müayinə və müalicənin davam etdirilməməsi halları müəyyən edilmədi. 2. Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” Phş-si müalicə müəssisəsi olmadığından İddiaçı hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə konkret fikir söyləmək mümkün olmadı. Lakin, o xx.xx.2023-cü il tarixdə Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda komissiya tərəfindən müayinə olunarkən ona “Odlu silahla yaralanmadan sonra sağ pəncənin ön-üst səthində dartıcı çapıq toxuması, V barmağın V ayaq-daraq sümüyünün orta /з-i səviyyəsində amputasiya güdülü, İV daraq sümüyünün orta Уз-пт qeyri- müəyyən bitişmiş sınığı, varus deformasiyası, pəncənin yumşaq toxumasında xırda metal qəlpələri, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması. XBT: Y36.2, L91.0, S98.3, S92.5, M84.0, М.21.1, M79.5, R.52.2, R26.8” diaqnozu müəyyən edilmişdir. Odur ki, hazırda onlardan əziyyət çəkməsini inkar etmək olmaz. Göründüyü kimi, ekspert rəyi ilə də iddiaçı barəsində göndərilmiş forma 88-də olan diaqnozlar öz təsdiqini tapmışdır. Bununla da iş üzrə müəyyən olunur ki, cavabdeh qurum iddiaçını əvvəllər də əyani müayinəyə dəvət edərkən bu müayinə və bunun əsasında ona müvafiq əlilliyin təyin olunmasının mümkünlüyünü formal yoxlamış və nəticədə öz səlahiyyətlərindən irəli gələn vəzifələrini lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçıya qoyulmuş və hazırda da onda mövcud olan əsas diaqnozun ağırlaşması kimi qeyd olunan “Digər dəqiqləşdirilmiş funksional implantatın olması, İV daraq sümüyünün Kirşner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonraki vəziyyət” xəstəlik və əlamətləri göndərişin rəmiləşdirildiyi vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də Z96.8 XBT kodu ilə, Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Yeriş, dayaq funksiyasının pozulması R26.8 XBT kodu ilə, Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Ayağın aşağı səthinin yumşaq toxuması defekti İV daraq sümüyünün orta 1\3-i səviyyəsində amputasiyası Z98.8 XBT kodu ilə və Yanaşı xəstəlik olan Nevrasteniya. F48.0 XBT kodu ilə nəzərdə tutulmuşdur. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olduğu üçün birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib, iddianın təmin edilməməsi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 194/2024 saylı 11 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-194/2024 saylı 11 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova X10 Elvin Əliyev