Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3121/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X7 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı «kollegiya üzvlüyündən xaric edilmə» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2898/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun müdiri Telman Qasımov həmin Büronun vəkili Cavabdeh intizam məsuliyyətinə cəlb olunması barədə təqdimatla Azərbaycan Respublikası Vəkillər X2 müraciət etmişdir. Azərbaycan Respublikası Vəkillər X4 müvafiq qərarı ilə həmin təqdimat əsasında vəkil Cavabdeh barəsində intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasma göndərilmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər X4 müvafiq qərarı ilə təsdiq olunmuş növbətçilik siyahısına uyğun olaraq 2022-ci il 20 fevral saat 09:00-dan 21 fevral saat 09:00-dək növbətçi olduğu müddətdə müəyyən qanun pozuntularına yol vermişdir. Belə ki, istintaq və təhqiqat orqanlarından daxil olan "dövlət hesabına təyinatla müdafiəçi dəvət olunması barədə" qərarların qeydiyyatı kitabına əsasən Nəsimi RPİ-nin 19-cu Polis bölməsinin təhqiqatçısı Seydi Quliyevin vətəndaş X5 cinayət prosesində hüquqlarının dövlət hesabına müdafiə edilməsi məqsədilə "dövlət hesabına təyinatla müdafiəçi dəvət olunması barədə" xx.xx.2022-ci il tarixli qərarı Vəkil bürosuna xx.xx.2022ci il saat 12.55-də daxil olmuş və növbətçi vəkil tərəfindən xx.xx.2022-ci il tarixə 005124 saylı vəkil orderi yazılmışdır. Halbuki, həmin qərar Büroya əslində xx.xx.2022-ci il saat 00.45-də daxil olmuş, lakin 005124 saylı vəkil orderi Cavabdeh tərəfindən geri tarixə- xx.xx.2022-ci il tarixə tərtib edilmişdir. Təqdimatda şərh olunanlara əsasən vəkil Cavabdeh barəsində intizam tənbehi tədbirinin görülməsi xahiş edilmişdir. Təqdimata növbətçi vəkilin qeydiyyat kitabından çıxarış, xx.xx.2022-ci il tarixli 005124 saylı vəkil orderinin surəti, Cavabdeh Büroya yazdığı ərizənin əsli, müdafiəçi dəvət etmək haqqında xx.xx.2022-ci il tarixli qərarın və icra edilməsi üçün Büroya göndərilməsi barədə həmin tarixli məktubun surətləri əlavə edilmişdir. Vəkil Cavabdeh təqdimatla bağlı verdiyi yazılı izahatında göstərmişdir ki, 19-cu Polis Bölməsinin təhqiqatçısı Seydi Quliyev ona təxminən saat 21:15-də zəng vurub növbədə olduğunu soruşduqdan sonra iş olacağını, onu bölməyə dəvət edəcəyini bildirmiş, təxminən saat 22:30 radələrində zəng edəndə o, Seydiyə qərarı Büronun qabağına gətirməyi, özünün də oraya gəldiyini demiş, Seydi ondan bölməyə gedib qərarı oradan götürməyi xahiş etmiş, onunla razılaşıb bölməyə getmiş, orada şübhəli şəxsi də görərək söhbət etmiş, Seydi qərarı ona vermiş, o, həmin qərar əsasında xx.xx.2022-ci il saat 00.55-də order yazıb bölməyə getmiş və istintaq hərəkətlərində iştirak etmişdir. Büronun daxili jurnalında və qərarda apardığı qeyddə saatı səhvən 00.55 deyil, 12.55 kimi, tarixin isə artıq xx.xx.2022-ci ilə keçdiyini nəzərə almayaraq xx.xx.2022-ci il kimi yazmışdır. Bu, bilərəkdən deyil, texniki səhv olaraq baş vermiş və o, qəsdən heç bir lazımsız hərəkətə yol verməmişdir. Vəkillərin İntizam Komissiyasının xx.xx.2022-ci il tarixdə keçirilən iclasında iştirak edən vəkil Cavabdeh yazılı izahatının məzmununa uyğun şifahi izahat vermiş və hər hansı əlavəsinin olmadığını bildirmişdir. Nəsimi RPİ-nin 19-cu PB-nin təhqiqatçısı Seydi Quliyevin müdafiəçi dəvət etmək haqqında xx.xx.2022-ci il tarixli qərarından və həmin tarixli məktubdan görünür ki, HK- 1/530 saylı material üzrə AR CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs X6 cinayət prosesində hüquq və qanuni mənafelərinin müdafiəsini təmin etmək üçün dövlət hesabına müdafiəçi dəvət edilməsi qərara alınmış və qərarın surəti icra olunmasından ötrü 14 saylı Vəkil Bürosuna göndərilmişdir. xx.xx.2022-ci il tarixli HK-1-530 saylı məktubun üzərinə "Vəkil Cavabdeh" dərkənarı qoyulmuş və "d/o xx.xx.2022, saat 12.55, 005124" qeydi aparılmışdır. Bakı şəhəri 14 saylı Vəkil Bürosu üzrə növbətçi vəkilin qeydiyyat kitabından çıxarışdan görünür ki, müdafiəçi dəvət etmək haqqında xx.xx.2022-ci il tarixli qərarın Büroya daxil olma saatı kimi 21-ci sırada "12:55" göstərilmiş, tarix isə qeyd edilməmişdir. xx.xx.2022-ci il tarixli 005124 saylı Vəkil orderindən görünür ki, AR CM-in 234.1- ci maddəsi ilə hüquqi yardım göstərilən şəxs X6 Nəsimi RPİ-nin 19-cu PB-də hüquqlarını müdafiə etmək üçün vəkil Cavabdeh order verilmişdir. Vəkillərin intizam Komissiyası intizam icraatı üzrə aparılmış araşdırma zamanı toplanmış materialları məcmu halında qiymətləndirərək, həmin materiallara əsasən müəyyən edilmiş hallardan belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Cavabdeh xx.xx.2022-ci il saat 09:00-dan xx.xx.2022-ci il saat 09.00-dək növbətçi olduğu müddətdə Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinin təhqiqatçısı Seydi Quliyevin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs X6 cinayət prosesində hüquqlarını müdafiə etmək üçün dövlət hesabına təyinatla müdafiəçi dəvət edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı Büroya əslində xx.xx.2022- ci il saat 00:45-də daxil olduğu halda, qərarın icra üçün Büroya göndərilməsinə dair xx.xx.2022-ci il tarixli HK-1-530 saylı müşayiət məktubunda daxil olma tarixi və saatını xx.xx.2022ci il saat 12:55 kimi göstərərək, Büro üzrə növbətçi vəkilin qeydiyyat kitabında isə daxil olma saatını 12:55 kimi göstərsə də, daxil olma tarixini ümumiyyətlə qeyd etməyərək, geri - yəni xx.xx.2022-ci il tarixinə 005124 saylı vəkil orderi tərtib etməklə və bununla da dövlət hesabına hüquqi yardımın yüksək keyfiyyətlə həyata keçirilməsi tələblərinə, vəkil andına və vəkil etikasına riayət etməyərək, formal vəkillik fəaliyyəti ilə məşğul olmaqla, “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 3-cü maddəsinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, “Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2-ci, 1.3-cü, 1.5-ci, 2.2-ci, 2.3-cü, 3.4-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13- cü bəndinin 1ci və 3-cü abzaslarının, Azərbaycan Respublikası Vəkillər X4 xx.xx.2018-ci tarixli qərarı ilə təsdiq edilmiş "Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi" Qaydalarının 1.12-ci, 2.3-cü, 2.4-cü və 3.1-ci bəndlərinin tələblərini pozmuşdur. Yuxarıda qeyd edilən intizam araşdırmasının nəticəsinə dair Vəkillərin İntizam Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli rəy qəbul olunmuş və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" AR Qanununun 22-ci maddəsinin V hissəsinin, "Vəkillərin İntizam Komissiyası haqqında" Əsasnamənin 6.12-ci maddəsinin tələblərini rəhbər tutaraq, müzakirə edilib müvafiq qərar qəbul olunması üçün Azərbaycan Respublikası Vəkillər X2 təqdim edilmişdir. Azərbaycan Respublikası Vəkillər X4 xx.xx.2022-ci il tarixli qərarına əsasən, sözügedən intizam işinə baxılaraq, yekdilliklə Vəkillərin İntizam Komissiyasının rəyi nəzərə alınmaqla, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun müdiri Telman Qasımovun təqdimatı əsasında başlanılmış intizam icraatı üzrə, peşə fəaliyyətini həyata keçirərkən, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 3-cü maddəsinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2-ci, 1.3-cü, 1.5-ci, 2.2-ci, 2.3-cü, 3.4-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin 1-ci və 3-cü abzaslarının, Azərbaycan Respublikası Vəkillər X4 xx.xx.2018-ci tarixli qərarı ilə təsdiq edilmiş "Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi" Qaydalarının 1.12-ci, 2.3-cü, 2.4-cü və 3.1-ci bəndlərinin tələblərini pozduğuna görə, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət olunması və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək, vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2898/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hebsa edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2898/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin 1-ci bəndinə görə: - (1.2) Hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur; - (1.3). Hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir. Əsasnamənin 2-ci bəndinə görə: -(2.2) Vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. - (2.3) Vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması). - (2.5) Vəkil vəkillik peşəsinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur. Vəkil davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, о cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Vəkil çıxışlarında və yazışmalarında obyektivliyi qorumalıdır (İctimai etimad). - (2.7) Vəkillərin fəaliyyəti hər bir şəxsin hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına və müdafiəsinə xidmət etməlidir. Vəkil insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Vəkil hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyən və qanuni maraqlarını pozan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir (Hüquq, azadlıq və qanuni maraqlara, şərəf, ləyaqət və işgüzar nüfuza hörmət); -(3.4) Vəkil hüquqi yardım göstərdiyi şəxsi vicdanla və əzmlə təmsil etməli və məsləhətlər verməlidir. Vəkil ona etibar olunmuş işin gedişatı və icrası ilə bağlı hüquqi yardım göstərdiyi şəxsi mütamadi olaraq məlumatlandırmalıdır. -(6.4) Bu Əsasnamədə qeyd olunan davranış qaydalarının pozulması vəkilin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Hazırkı işin hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Vəkillər X2 14 saylı Vəkil Bürosunun rəhbəri vəkil T.Qasımov tərəfindən Cavabdeh intizam məsuliyyətinə cəlb olunması barədə müraciəti daxil olduğundan, vəkil Cavabdeh barəsində intizam icraatı başlanmış və bununla əlaqədar Kollegiyanın İntizam Komissiyası tərəfindən apaşdırma aparılmışdır. Müraciət belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vəkillər X1 müvafiq qərarı ilə təsdiq olunmuş növbətçilik siyahısına uyğun olaraq, 14 saylı Vəkil bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh 2022-ci il 20 fevral saat 09:00-dan 21 fevral saat 09-00-a kimi növbətçi olduğu müddətdə müəyyən qanun pozuntularına yol vermişdir. Müəyyən olunmuşdur ki, istintaq və təhqiqat orqanlarından daxil oisn “dövlət hesabına təyinatla müdafiəçi dəvət olunması barədə” qərarların qeydiyyatı kitabına əsasən Nəsimi RPİ 19-cu Polis bölməsinin təhqiqatçısı Seydi Quliyevin xx.xx.2022-ci il tarixli, vətəndaş X5 cinayət prosesində hüquqlarının dövlət hesabına müdafiə edilməsi məqsədi ilə “dövlət hesabına təyinatla müdafiəçi dəvət olunması barədə” qərarı Vəkil bürosuna xx.xx.2022-ci il saat 12- 55-də daxil olmuş və növbətçi vəkil tərəfindən xx.xx.2022-ci il tarixə 005124 saylı vəkil orderi yazılmışdır. Halbuki, Nəsimi RPİ 19-cu Polis bölməsinin təhqiqatçısı Seydi Quliyevin xx.xx.2022-ci il tarixli, vətəndaş X5 cinayət prosesində hüquqlarının dövlət hesabına müdafiə edilməsi məqsədi ilə “dövlət hesabına təyinatla müdafiəçi dəvət olunması barədə” qərarı Vəkil bürosuna xx.xx.2022-ci il, saat 00-45-də daxil olmuş, lakin 005124 saylı vəkil orden Cavabdeh tərəfindən geri tarixlə xx.xx.2022- ci il tarixə tərtib edilmişdir. 14 saylı Vəkil Bürosunun müraciəti İntizam Komissiyasına göndərilmişdir. Vəkillər Kollegiyasının İntizam Komissiyasında aparılmış araşdırma üzrə 21 aprel 2022-ci il tarixdə rəy tərtib olunmuş və rəydə araşdırma zamanı Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə aparılmış araşdırma zamanı toplanmış materialları məcmu halında qiymətləndirərək, həmin materiallara əsasən müəyyən edilmiş hallardan belə nəticəyə gəlinmişdir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Cavabdeh xx.xx.2022-ci il saat 09.00-dan xx.xx.2022-ci il saat 09.00-dək növbətçi olduğu müddətdə Nəsimi RPİ-ııin 19-cu Polis Bölməsinin təhqiqatçısı Sevdi Quliyevin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs X5 cinayət prosesində hüquqlarını müdafiə etmək üçün dövlət hesabına təyinatla müdafiəçi dəvət edilməsi barədə xx.xx.2022-ci a tarixli qərarı Büroya əslində 21.02 2022-ci il saat 00.45-də daxil olduğu halda, qərarın icra üçün Büroya göndərilməsinə dair xx.xx.2022-ci il tarixli HK-1-530 saylı müşayiət məktubunda daxil olma tarixi və saatını xx.xx.2022-ci il saat 12:55 kimi göstərərək, Büro üzrə növbətçi vəkilin qeydiyyat kitabında isə daxil olma saatını 12:55 kimi göstərsə də, daxil olma tarixini ümumiyyətlə qeyd etməyərək, geri - yəni xx.xx.2022-ci il tarixinə 005124 saylı vəkil orderi tərtib etməklə və bununla da dövlət hesabına hüquqi yardımın yüksək keyfiyyətlə həyata keçirilməsi tələblərinə, vəkil andına və vəkil etikasına riayət etməyərək, formal vəkillik fəaliyyəti ilə məşğul olmaqla, “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 3-cü maddəsinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2-d, 1.3-cü, 1.5-ci, 2.2-ci, 2.3-cü, 3.4-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin 1-ci və 3-cü abzaslarının, Azərbaycan Respublikası Vəkillər X4 xx.xx.2018- ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi" Qaydalarının 1.12-ci, 2.3-cü, 2.4-cü və 3.1-ci bəndlərinin tələblərini pozulduğunun müəyyən edildiyi bildirilmişdir. Həmin rəy əsasında X3 07 iyul 2022-ci il tarixli iclasında vəkil Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət olunması və Cavabdeh xx.xx.2022-ci il tarixinədək hüquqi yardım göstərilməsi haqqında bağladığı müqavilələrdə qeyd edilən instansiyalarda icraatında olan işləri yekunlaşdırmağa icazə verilməsi barədə qərar qəbul olunmuşdur. Hazırda Vəkillər Kollegiyası vəkil Cavabdeh Kollegiya üzvlüyündən xaric olunmasını tələb edir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Vəkillər X4 “vəkil Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət olunması və Cavabdeh xx.xx.2022-ci il tarixinədək hüquqi yardım göstərilməsi haqqında bağladığı müqavilələrdə qeyd edilən instansiyalarda icraatında olan işləri yekunlaşdırmağa icazə verilməsi barədə” 06 iyul 2022-ci il tarixli qərarı qanuni əsaslarla qəbul olunmuşdur. Belə ki, vəkil Cavabdeh müvafiq hərəkətləri özlüyündə vəkil etikası ilə bir araya sığmayan və cəmiyyətin vəkilliyə olan inamına xələl gətirən hərəkətlər kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, Cavabdeh xx.xx.2022-ci il saat 09:00-dan xx.xx.2022-ci il saat 09.00-dək növbətçi olduğu müddətdə Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinin təhqiqatçısı Seydi Quliyevin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs X5 cinayət prosesində hüquqlarını müdafiə etmək üçün dövlət hesabına təyinatla müdafiəçi dəvət edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı Büroya əslində xx.xx.2022-ci il saat 00:45-də daxil olduğu halda, qərarın icra üçün Büroya göndərilməsinə dair xx.xx.2022-ci il tarixli HK-1-530 saylı müşayiət məktubunda daxil olma tarixi və saatını xx.xx.2022-ci il saat 12:55 kimi göstərərək, Büro üzrə növbətçi vəkilin qeydiyyat kitabında isə daxil olma saatını 12:55 kimi göstərsə də, daxil olma tarixini ümumiyyətlə qeyd etməyərək, geri - yəni xx.xx.2022-ci il tarixinə 005124 saylı vəkil orderi tərtib etməklə və bununla da dövlət hesabına hüquqi yardımın yüksək keyfiyyətlə həyata keçirilməsi tələblərinə, vəkil andına və vəkil etikasına riayət etməyərək, formal vəkillik fəaliyyəti ilə məşğul olmaqla, “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 3-cü maddəsinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18- ci maddəsinin, “Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2-ci, 1.3-cü, 1.5- ci, 2.2-ci, 2.3-cü, 3.4-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin 1-ci və 3-cü abzaslarının, Azərbaycan Respublikası Vəkillər X4 xx.xx.2018-ci tarixli qərarı ilə təsdiq edilmiş "Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi" Qaydalarının 1.12-ci, 2.3-cü, 2.4-cü və 3.1- ci bəndlərinin tələblərini pozmuşdur. Digər tərəfdən Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən aparılan icraatda «İnzibati icraat haqqında» AR Qanununun 12, 13 və 17-ci maddələrinin tələblərinə riayət olunmuş, eləcə də həmin Qanunun başqa müddəalarının pozulması hallarına yol verilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdeh məhkəmə iclasları barədə məlumatlı olmuşdur. Belə ki, cavabdeh xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində məhkəməyə ərizələr ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və ərizələr nəzərə alınmışdır. Cavabdeh sonuncu xx.xx.2023-cü il tarixli məhkəmə iclası barədə də məlumatlandırılmış, lakin məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh birinci instansiya icraatı zamanı bütün məhkəmə iclasları barədə məlumatlı olsa da, heç bir məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən apellyasiya şikayətinin dəlili əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2898/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2898/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3121/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3121/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver