Məhkəmə qərarları › İş №2-1(103)-3121/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3121/2025

02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3121/2025 02.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və X4 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X12 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, e-2-1(112)-2464/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx.xx.1975-xx.xx.1975-ci il tarixlərdə “Xəzərdənizneft” Birliyinə yardımçı fəhlə, xx.xx.1977-xx.xx.1978-ci il tarixdə yardımçı fəhlə, xx.xx.1979-xx.xx.1980-cı il tarixdə 3-cü dərəcəli takelajçı, xx.xx.1980-xx.xx.1980-cı il takelajçı, xx.xx.1981-xx.xx.1983-cü il radiotexnika üzrə mütəxəssis, xx.xx.1984-xx.xx.1985 takelajçı vəzifəsində çalışmışdır. xx.xx.1985-xx.xx.1987-ci illər geodezist, xx.xx.1987-xx.xx.1990-Kəşfiyyat partiyası astronomik qrup rəisi, xx.xx.1990-xx.xx.1992-ci il kəşfiyyat partiyasında İ kateqoriya geodezist-hidroqraf, xx.xx.1992-xx.xx.1994-ci il kəşfiyyat partiyasında geodezist, xx.xx.1994-xx.xx.1995-ci il 9-cu dərəcəli geodezist, xx.xx.1995-xx.xx.1995-ci il 10-cu dərəcəli geodezist, xx.xx.1995-xx.xx.1999-ci il 11-ci dərəcəli geodezist, xx.xx.1999xx.xx.2002-ci il 12-ci dərəcəli geodezist, xx.xx.2002-xx.xx.2003-cü il kəşfiyyat partiyasında geodezisiya üzrə rəis müavini, xx.xx.2003- xx.xx.2006-cı il kəşfiyyat partiyasına geodezisiya üzrə rəis müavini, xx.xx.2007-xx.xx.2008- ci il “Əli Əmirov” kəşfiyyat partiyasının rəis müavini(geodeziya üzrə), xx.xx.2008-xx.xx.2009-cu il Müfəssəl mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasına geodeziya işləri üzrə rəis müavini, xx.xx.2009xx.xx.2012-ci il 13-cü dərəcəli geodezist vəzifəsində çalışmışdır. xx.xx.2012-ci il bağlanmış əmək müqaviləsi AR ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz təşəbbüsü ilə) ləğv edilir. xx.xx.2012-ci il tarixli 140-k nömrəli əmrə əsasən ARDNŞ Geofizika və Geologiya idarəsinin X6 X1 və geofizika kəşfiyyat partiyasına 13-cü dərəcəli geodezist, xx.xx.2014-cü il tarixli 931-k nömrəli əmrə əsasən X6 X5 mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasına 13-cü dərəcəli geodezist, xx.xx.2016-cı il tarixli SOCAR20B00022 nömrəli əmrə əsasən İddiaçı AR Əmək Məcəlləsinin 70B maddəsinə əsasən işdən azad edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi qeyd olunmuşdur ki, İddiaçı tərəfindən cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim edilən SOCAR-ın Geofizika və geologiya idarəsinin xx.xx.2024-cü il tarixli arayışlarında İddiaçı çöl iş şəraitində işlədiyi vəzifələr üzrə iş stajı haqqında (çöl iş günlərinin sayı) məlumatlar göstərilmədiyindən həmin dövrlər üzrə güzəştli iş stajını müəyyən etmək mümkün deyildir. Həmçinin, SOCAR-ın Geofizika və geologiya idarəsinin xx.xx.2021-ci il tarixli arayışında qeyd olunan məlumatlara əsasən İddiaçı iş stajl 12 il 6 aydan az təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı xx.xx.2016-cı il tarixdən 57 yaşından, xx.xx.2006-cı il tarixinə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında “Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və güzəştli şərtlərlə pensiya məbləğinin xx.xx.2016-cı il tarixdən hesablanmaqla ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1959- cu il təvəllüdlüdür, ünvan 1 ünvanında faktiki surətdə yaşayır. Əmək fəaliyyətinə 1975-ci ildə başlamışdır. xx.xx.1975-ci il tarixli 37-K nörməli əmrə əsasən “Xəzərdənizneft” X7 Kəşfiyyat kontorunda Kəşfiyyat Partiyasında (“Abşeron” üzən qazma qurğusu) yardımçı fəhlə işinə qəbul edilmişdir. İddiaçı 1976-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə qəbul olmuşdur. xx.xx.1977-ci il tarixli 37-K nömrəli əmrə əsasən “Xəzərdənizneft” X7 Kəşfiyyat kontorunda Kəşfiyyat Partiyasında (“Abşeron” üzən qazma qurğusu) 2 dərəcəli yardımçı fəhlə, xx.xx.1978-ci il tarixli 88-K nömrəli əmrə əsasən takelajçı peşəsinə qəbul olunub, xx.xx.1980-ci il tarixli 94-k nömrəli əmrə əsasən “Xəzərdənizneftqazsənaye” X3 X9 Kontorunda Kəşfiyyat partiyasına 3-cü dərəcəli takelajçı işinə qəbul edilmişdir. 1981-ci ildə Azərbaycan Dövlət Universitetini bitirərək, xx.xx.1981-ci il tarixdə ali təhsil Diplomu almışdır. xx.xx.1981-ci il tarixli 197-k nömrəli əmrə əsasən ADU-nu bitirmiş gənc mütəxəssis kimi “Xəzərdənizneftqazsənaye” X3 X9 kontorunda Kəşfiyyat partiyasına (“Abşeron” üzən qazma qurğusu) radiotexnika üzrə mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1985-ci il tarixli 155-k nömrəli əmrə əsasən böyük geodezist (böyük hidroqraf), xx.xx.1987-ci il tarixli 55-k nömrəli əmrə əsasən Kəşfiyyat partiyasının astronomik qrupa rəis, xx.xx.1990-cı il tarixli 54-k nömrəli əmrə əsasən Kəşfiyyat partiyasına 1-ci kateqoriya geodezist-hidroqraf, xx.xx.1992-ci il tarixli 95-k nömrəli əmrə əsasən Kəşfiyyat partiyasına geodezist, xx.xx.1994-cü il tarixli 103 nömrəli əmrə əsasən 9-cu dərəcəli geodezist, xx.xx.1995-ci il tarixli 21-k nömrəli əmrə əsasən 10-cu dərəcəli geodezist, xx.xx.1995-ci il tarixli 80-k nömrəli əmrə əsasən 11-ci dərəcəli geodezist, xx.xx.1999-cu il tarixli 114 nömrəli əmrə əsasən 12-ci dərəcəli geodezist, xx.xx.2002-ci il tarixli 7 nömrəli əmrə əsasən Kəşfiyyat partiyasında geodeziya üzrə rəis müavini, xx.xx.2003-ci il tarixli 9-k nömrəli əmrə əsasən yeni yaradılmış X8 və Topoqrafiya İdarəsində Kəşfiyyat partiyasında geodeziya üzrə rəis müavini, xx.xx.2007-ci il tarixli 9k nömrəli əmrə əsasən ARDNŞ-nin “Geofizika və Geologiya İdarəsi”nin “Əli Əmirov” Kəşfiyyat partiyasına (“Əli Əmirov” qazma gəmisi) rəis müavini (geodeziya üzrə), həmin partiyada 12-ci dərəcəli mühəndis, xx.xx.2008-ci il tarixli 61k nömrəli əmrə əsasən ştat cədvəlindəki dəyişikliyə əsasən müfəssəl mühəndis geoloji qazma üzrə kəşfiyyat partiyasına geodeziya işləri üzrə rəis müavini, xx.xx.2009-cu il tarixli 39-k nömrəli əmrə əsasən Mühəndis geoloji ekspedisiyasının müfəssəl mühəndis geoloji qazma üzrə kəşfiyyat partiyasına 13-cü dərəcəli geodezist, xx.xx.2012-ci il tarixli 140-k nömrəli əmrə əsasən ARDNŞ Geofizika və Geologiya idarəsinin X6 X1 və geofizika kəşfiyyat partiyasına 13-cü dərəcəli geodezist, xx.xx.2014-cü il tarixli 931-k nömrəli əmrə əsasən X6 X5 mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasına 13-cü dərəcəli geodezist, xx.xx.2016cı il tarixli SOCAR20B00022 nömrəli əmrə əsasən İddiaçı Az.Resp.Əmək Məcəlləsinin 70B maddəsinə əsasən işdən azad edilibdir. İddiaçı cəmi dəniz iş stajı xx.xx.1975-ci ildən xx.xx.2016-cı ilədək 37 il 7 aydır, güzəştli iş stajı 24 il 2 aydır. İddaçı İddiaçı iddia edilən güzəştli şərtlərlə əmək pensiyası hüququ xx.xx.2016-cı il tarixindən, yəni iddiaçı 57 yaşına çatdığı andan yaranmışdır. İddiaçı 2006-cı il yanvarın 1-dək dəniz şəraitində güzəştli iş stajı 24 il 2 aydır, həmin tarixə ümumi iş stajı 27 il 2 ay 17 gün təşkil edir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh Dövlət Sosial X12 hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı bir neçə məktubla iddiaçıya cavab verərək, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmiş, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” cavab məktubunu İddiaçı ünvanına göndərmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” cavab məktubunda qeyd olunur ki, İddiaçı tərəfindən cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim edilən SOCAR-ın Geofizika və geologiya idarəsinin xx.xx.2024-cü il tarixli arayışlarında İddiaçı çöl iş şəraitində işlədiyi vəzifələr üzrə iş stajı haqqında (çöl iş günlərinin sayı) məlumatlar göstərilmədiyindən həmin dövrlər üzrə güzəştli iş stajını müəyyən etmək mümkün deyildir. Həmçinin cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, SOCAR-ın Geofizika və geologiya idarəsinin xx.xx.2021-ci il tarixli arayışında qeyd olunan məlumatlara əsasən İddiaçı iş stajl 12 i l 6 aydan az təşkil edir. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtinası tamamilə qanunsuz və əsassızdır. 2006-cı il 01 yanvar tarixdən qüvvəyə minən və hazırda da qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən vahid normativ-hüquqi akt kimi çıxış edir. İddiaçı ömrünün böyük bir hissəsinin işlədiyi SOCAR-ın Geologiya və geofizika idarəsinin xx.xx.2014-cü il tarixli Arxiv arayışından, xx.xx.2024-cü il tarixli “Zərərli iş şəraiti haqqında arayışı”ndan müəyyən olunur ki, iddiaçı əmək fəaliyyətini xx.xx.1975-ci ildən başlamış və xx.xx.2016-cı ildə başa çatdırmışdır. Bu illər ərzində onun işlədiyi vəzifələr (“Abşeron” Üzən qazma qurğusu və “Əli Əmirov” qazma gəmisi) Kəşfiyyat partiyasında geodezist, geodezist-hidroqraf, kəşfiyyat partiyası astronomik qurp və geodeziya üzrə rəis müavini, qazma qurğusunda mühəndis peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2300200b—22177 kod. “Geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər”, Bölüm Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı. Kod 2130100a - Fəhlələr. “Geologiya kəşfiyyat işləri (yerüstü). Ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər.” Bölümünə uyğundur. Bundan başqa, İddiaçı çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Sıyahısı”nda (1-ci Bölmə. Dağmədən işləri. 1.3-cü bənd. Geologiya kəşfiyyat işləri (yerüstü). Ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər) nəzərdə tutulmuş müvafiq peşələrə uyğundur. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, ona xx.xx.2016-cı il tarixdən, 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi xx.xx.2024-cü ildən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın Geofizika və geologiya İdarəsinin ona dair 29 fevral 2024-cü il tarixli, 14-2-4/2-B-xx-xx/2024 nömrəli və 29 fevral 2024-cü il tarixli, 14-2-4/2-B-xx-xx/2024 nömrəli arayışlarında “Xəzərdənizneft” X7 kəşfiyyat kontorunun kəşfiyyat partiyasında xx.xx.1975- xx.xx.1975-ci il və xx.xx.1977xx.xx.1978-ci il tarixləri arasındakı dövrlər ərzində yardımçı fəhlə, xx.xx.1978- xx.xx.1980ci il və xx.xx.1980-xx.xx.1980-ci il tarixləri arasındakı dövrlər ərzində takelajçı, xx.xx.1981xx.xx.1987-ci il tarixləri dövr ərzində mühəndis, böyük geodezist, xx.xx.1990- xx.xx.2003cü arasındakı dövr ərzində geodezist, geodezist-hidroqraf və rəis müavini, xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində rəis müavini və xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində isə geodezist vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının çöl iş şəraitində işlədiyi vəzifələr üzrə iş stajı haqqında (çöl iş günlərinin sayı) məlumatlar göstərilmədiyindən həmin dövrlər üzrə güzəştli iş stajınızı müəyyən etmək mümkün deyildir. Eyni zamanda, SOCAR-ın Geofizika və geologiya İdarəsinin iddiaçıya dair 14 iyun 2021-ci il tarixli SOCAR**********80020123X00055 nömrəli arayışında qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 9 ay 16 gün (xx.xx.1981-xx.xx.1985-ci il və xx.xx.1987- xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsaslar da yoxdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 8-ci bəndinə əsasən ali, orta ixtisas və peşə texniki tədris müəssisələrində yalnız əyani təhsil iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilmiş arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu təsdiqləməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı- heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Məhkəmədən qərar qəbul edərkən yuxarıda qeyd olunanların nəzərə alınması və “güzəştli şərtlərlə pensiya” barədə iş üzrə İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, e-2-1(112)-2464/2025 nömrəli qərarı ilə (hakim A.Ə.Əhədova) iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2016-cı il tarixdən, 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, e-2- 1(112)-2464/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdimetdiyi SOCAR-ın Geofizika və geologiya İdarəsinin ona dair 29 fevral 2024-cü il tarixli, 14- 2-4/2-B-xx-xx/2024 nömrəli və 29 fevral 2024-cü il tarixli, 14-2-4/2-B-xx-xx/2024 nömrəli arayışlarında “Xəzərdənizneft” Birliyinin dənizdə geoliji kəşfiyyat kontorunun kəşfiyyat partiyasında xx.xx.1975-xx.xx.1975-ci il və xx.xx.1977-xx.xx.1978-ci il tarixləri arasındakı dövrlər ərzində yardımçı fəhlə, xx.xx.1978-xx.xx.1980-ci il və xx.xx.1980xx.xx.1980- ci il tarixləri arasındakı dövrlər ərzində takelajçı, xx.xx.1981- xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində mühəndis, böyük geodezist, xx.xx.1990-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində geodezist, geodezist-hidroqraf və rəis müavini, xx.xx.2003-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində rəis müavini və xx.xx.2012xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində isə geodezist vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının çöl iş şəraitində işlədiyi vəzifələr üzrə iş stajı haqqında (çöl iş günlərinin sayı) məlumatlar göstərilmədiyindən həmin dövrlər üzrə güzəştli iş stajınızı müəyyən etmək mümkün deyildir. Eyni zamanda, SOCAR-ın Geofizika və geologiya İdarəsinin iddiaçıya dair 14 iyun 2021-ci il tarixli SOCAR**********80020123X00055 nömrəli arayışında qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 9 ay 16 gün (xx.xx.1981-xx.xx.1985-ci il və xx.xx.1987- xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, e-2-1(112)- 2464/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, e-2-1(112)- 2464/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddət iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı Geologiya kəşfiyyat işləri (yerüstü) Ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı

1. Dağ-mədən işləri. Geologiya kəşfiyyat işləri (yerüstü). ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər

İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı ona xx.xx.2016-cı il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il üçün ödənilməsinə nail olmaqdan ibarətdir. Bu səbəbdən onun bu tələbinə ƏPQ-nin 9.8-ci maddəsi və xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq qiymətləndirilməlidir. Qərarın tətbiq edilən hüquq hissəsində qeyd olunan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı 57 yaş həddinə çatmalı, xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməlidir. Qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. Cavabdeh tərəfindən mübahisləndirilən hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işəgötürən sonuncu dəfə verdiyi xx.xx.2025-ci il tarixli arayışında konkret olaraq iddiaçının işlədiyi vəzifələrin funksional vəzifənin (işin) eyniliyi baxımından dəyərləndirərək həmin vəzifələri Nazirlər Kabinetinin 21 yun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısının Geologiya kəşfiyyat işləri (yerüstü), ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilərin əmək funksiyası ilə eyni olduğunu bildirmişdir. Məhkəmə sorğusuna əsasən İdarə tərəfindən təqdim edilmiş vəzifə təlimatına əsasən geodezist vəzifəsində iddiaçının gördüyü işlər: Xəzər dənizində mühəndisi-geoloji, xəritəalma quyuların qazılmasında topogeodeziya işlərini yerinə yetirir; gəmidə olan radio uzaqölçən qurğu (RUQ) və peyk RNS vasitəsilə radiogeodeziya və hidroqrafiya işlərini yerinə yetirir; - gəmini RUQ və peyk RNS, və ya başqa texniki vasitələr (sekstan) ilə mühəndisgeoloji, xəritəalma və profilləri layihə nöqtələrinə çıxarır; gəmidə olan radiogeodeziya cihazlarının texniki tələblərinə və təlimatına riayət olunmasına nəzarət edir və s. Göründüyü kimi iddiaçının işləmiş olduğu vəzifələr əmək funksiyalarının naturada icrasının bilavasitə dəniz şəraitində yerinə yetirilməsini şərtləndirir. Cavabdeh orqan iddiaçının çöl iş şəraitində işlədiyi vəzifələr üzrə çöl iş günlərinin sayı barədə məlumatlar göstərilmədiyini əsas gətirərək iddiaçının geodozist, böyük geodozist, geodozist-hidroqraf, kəşfiyyat partiyasının rəsi müavini vəzifələrindəki dövrünü güzəştli dövrə aid etməmişdir. Halbuki Siyahıda “Ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər” başlığı altında olan vəzifələr bilavasitə işin idarə şəraitində deyil, daha çox geoloji, kəşfiyyat, axtarış kimi kənar yerlərdə-“çöl” şəraitində icra edilməsini nəzərdə tutur. Bu halda çöl iş günlərinin sayı yalnız bilavasitə çöldə əmək funksiyalarını icra edənlər üçün müəyyən oluna bilər. İşəgötürəən iddiaçının işlədiyi bütün vəzifələr üzrə əmək funksiyalarının iddiaçının bilavasitə dəniz şəraitində iştirakı ilə icra olunduğunu bildirmişdir. Dolayısı ilə iddiaçıya münasibətdə məhz çöl günlərinin sayının qeyd edilməli olması ilə bağlı tələb irəli sürülməməlidir. İddiaçı xx.xx.2006-cı il tarixədək tələb olunan 12 il 06 aylıq güzəştli stajı toplamışdır. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarərdir ki, “...iddiaçının Mərkəzi Filiala təqdimetdiyi SOCAR-ın Geofizika və geologiya İdarəsinin ona dair 29 fevral 2024-cü il tarixli, 14- 2-4/2-B-xx-xx/2024 nömrəli və 29 fevral 2024-cü il tarixli, 14-2-4/2-B-xx-xx/2024 nömrəli arayışlarında “Xəzərdənizneft” Birliyinin dənizdə geoliji kəşfiyyat kontorunun kəşfiyyat partiyasında xx.xx.1975-xx.xx.1975-ci il və xx.xx.1977-xx.xx.1978-ci il tarixləri arasındakı dövrlər ərzində yardımçı fəhlə, xx.xx.1978xx.xx.1980-ci il və xx.xx.1980-xx.xx.1980-ci il tarixləri arasındakı dövrlər ərzində takelajçı, xx.xx.1981- xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində mühəndis, böyük geodezist, xx.xx.1990-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində geodezist, geodezist-hidroqraf və rəis müavini, xx.xx.2003-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində rəis müavini və xx.xx.2012- xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində isə geodezist vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının çöl iş şəraitində işlədiyi vəzifələr üzrə iş stajı haqqında (çöl iş günlərinin sayı) məlumatlar göstərilmədiyindən həmin dövrlər üzrə güzəştli iş stajınızı müəyyən etmək mümkün deyildir. Eyni zamanda, SOCAR-ın Geofizika və geologiya İdarəsinin iddiaçıya dair 14 iyun 2021-ci il tarixli SOCAR**********80020123X00055 nömrəli arayışında qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 9 ay 16 gün (xx.xx.1981-xx.xx.1985-ci il və xx.xx.1987-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. ...”. Qeyd etmək lazımdır ki, apellyasiya şikayətinin qeyd olunan dəlili iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi bir daha qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1975-xx.xx.1975-ci il tarixlərdə “Xəzərdənizneft” Birliyinə yardımçı fəhlə, xx.xx.1977-xx.xx.1978-ci il tarixdə yardımçı fəhlə, xx.xx.1979-xx.xx.1980-cı il tarixdə 3-cü dərəcəli takelajçı, xx.xx.1980-xx.xx.1980-cı il takelajçı, xx.xx.1981-xx.xx.1983-cü il radiotexnika üzrə mütəxəssis, xx.xx.1984-xx.xx.1985 takelajçı vəzifəsində çalışmışdır. xx.xx.1985-xx.xx.1987-ci illər geodezist, xx.xx.1987xx.xx.1990-Kəşfiyyat partiyası astronomik qrup rəisi, xx.xx.1990-xx.xx.1992-ci il kəşfiyyat partiyasında İ kateqoriya geodezist-hidroqraf, xx.xx.1992-xx.xx.1994-ci il kəşfiyyat partiyasında geodezist, xx.xx.1994-xx.xx.1995-ci il 9-cu dərəcəli geodezist, xx.xx.1995xx.xx.1995-ci il 10-cu dərəcəli geodezist, xx.xx.1995-xx.xx.1999-ci il 11-ci dərəcəli geodezist, xx.xx.1999-xx.xx.2002-ci il 12-ci dərəcəli geodezist, xx.xx.2002-xx.xx.2003-cü il kəşfiyyat partiyasında geodezisiya üzrə rəis müavini, xx.xx.2003- xx.xx.2006-cı il kəşfiyyat partiyasına geodezisiya üzrə rəis müavini, xx.xx.2007-xx.xx.2008- ci il “Əli Əmirov” kəşfiyyat partiyasının rəis müavini(geodeziya üzrə), xx.xx.2008-xx.xx.2009-cu il Müfəssəl mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasına geodeziya işləri üzrə rəis müavini, xx.xx.2009-xx.xx.2012-ci il 13-cü dərəcəli geodezist vəzifəsində çalışmışdır. xx.xx.2012-ci il bağlanmış əmək müqaviləsi AR ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz təşəbbüsü ilə) ləğv edilir. xx.xx.2012-ci il tarixli 140-k nömrəli əmrə əsasən ARDNŞ Geofizika və Geologiya idarəsinin X6 X1 və geofizika kəşfiyyat partiyasına 13-cü dərəcəli geodezist, xx.xx.2014-cü il tarixli 931-k nömrəli əmrə əsasən X6 X5 mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasına 13-cü dərəcəli geodezist, xx.xx.2016-cı il tarixli SOCAR20B00022 nömrəli əmrə əsasən İddiaçı Az.Resp.Əmək Məcəlləsinin 70B maddəsinə əsasən işdən azad edilmişdir. Beləliklə, məhkəmə tərkibi iddiaçının işlədiyi geodezist, böyük geodezist, geodezisthidroqraf, kəşfiyyat partiyasının rəis müvaini vəzifələrini güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüququ verən funksional vəzifələrinin (işin) eyniliyi baxımından dəyərləndirərək, həmin vəzifələri Nazirlər Kabinetinin 21 yun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısının Geologiya kəşfiyyat işləri (yerüstü), ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilərin, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının “1.Dağ-mədən işləri. 1.3.Geologiya kəşfiyyat işləri (yerüstü): ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər”in əmək funksiyası ilə eyni olması qənaətinə gəlir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatdığından və 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox əmək şəraiti zərərli və ağır olan iş stajına malik olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 21 aprel 2025-ci il tarixli e-2-1(112)-2464/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar