Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3124/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi ilə (məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12.11.2021-ci il tarixli, 2-1(112)-11353/2021 saylı qərardadından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı qanuni nümayəndəsi X1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün lazım olan hərəkətlərin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12.11.2021-ci il tarixli, 2-1(112)-11353/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün vəsiqəsinin verilməsi tələbinə dair 2-1(112)-11353/2021 saylı inzibati işin baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçının qanuni nümayəndəsi şikayət verərək Bakı İnzibati Məhkəməsinin 12.11.2021-ci il tarixli, 2-1(112)-11353/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçının qanuni nümayəndəsi şikayətini onunla əsaslandırmışdır ki, Füzuli rayonundan məcburi köçkündür. Qızı ilə birlikdə ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla orada yaşayır. Eyni zamanda cavabdeh qərardaddan şikayət verərək Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11353/2021 saylı 12 noyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi və müvafiq inzibati işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə, iddiaçının ailə üzvlərinin yaşayış yeri üzrə qeydiyyat ünvanının Füzuli rayonu, Füzuli şəhəri olmağına baxmayaraq, uzun illərdir ki, Bakı şəhərində müvəqqəti qeydiyyatda olmaqla müvəqqəti məskunlaşmasını nəzərə almamışdır. İddiaçı məcburi köçkün statusuna malik olan şəxsin himayəsində olan şəxs kimi Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi ünvanında müvəqqəti qeydiyyatdadır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının qanuni nümayəndəsi məhkəməyə Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nərimanov rayonu sektoru tərəfindən verilmiş arayışı təqdim edərək bildirmişdir ki, Füzuli rayonundan məcburi köçkündür. Qızı ilə birlikdə ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla orada yaşayır. Şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 12.11.2021-ci il tarixli, 2- 1(112)-11353/2021 saylı qərardadının ləğv edilməsini və işin baxılması üçün yenidən Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, habelə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası idiaçının qanuni nümayəndəsini dinləyib, şikayətlərin dəlillərini, işin materiallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhəri Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikası qanununun 3-cü maddəsinə əsasən Qaçqın və ya məcburi köçkün statusu almış şəxsə müəyyən edilmiş qaydada üç ay müddətində müvafiq dövlət orqanları tərəfindən onlara təklif olunmuş (iş yeri nəzərə alınmaqla) daimi yaşayış yeri seçmək təminatı verilir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nərimanov rayonu sektoru tərəfindən 16.12.2021-ci il tarixdə verilmiş 1741 nömrəli arayışa əsasən Füzuli rayonundan məcburi köçkün olan Qanuni nümayəndə, həqiqətən ünvan 3 ünvanında qızı – İddiaçı ilə birlikdə müvəqqəti qeydiyyatdadır. Göründüyü kimi iddiaçı ünvan 3 ünvanında müvəqqəti məskunlaşmışdır. Belə olan halda onun yaşayış yeri də həmin ünvan hesab olunur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti və ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin məcəllənin 8.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 12.11.2021-ci il tarixli, 2-1(112)-11353/2021 saylı qərardadı ləğv olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün vəsiqəsinin verilməsi” tələbinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(103)-3124/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3124/2021
21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver