Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3124/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-3124/2023 (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması”) Bakı şəhəri 21 noyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4269/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azfen B.M. tərəfindən İddiaçı təqdim edilmiş AZF2022/66-K saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən, o, həqiqətən "xxxx" Birgə Müəssisəsinin layihələrində işləmişdir.Onun "xxxx" Birgə Müəssisəsində güzəştli iş stajı ilə bağlı məlumatlar cədvəl üzrə təqdim edilmişdir.İddiaçı işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsinin, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş göstərilən müvafiq bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.
2. Emalatxanada boru, o cümlədən FRP boru konstruksiyalarının quraşdırılması işləri üzrə STMN Qiymətləndirməsindən görünür ki: Şirkətin adı – Azfen BM, MŞA layihəsi; Şöbə - SƏTTƏM; Sağlamlıq üçüncü təhlükəli maddələr –Silikon dioksid 30 - 60 %; Alüminium oksid 5 - 10 %; Şüşə fiber 20 - 50 % Tərkibində Titan, Maqnezium, Potassium, Strontium, Fosfor, Soda, Kalsium, Marqans, Vanadium, Xrom, Dəmir, Barium, Zirkon, Sink maddələrinin izi ola bilər. Silikon dioksid amorfdur. Aluminum Oksid. Kalsium Karbonat. Selluloza. Xrom (Metal). Fluorspar. Dəmir. Maqnezium Karbonat. Marqans. Mica. Molibden. Nikel. Potassium Silikat. Silica (X9). Silikon. Soda Silikat. Strontium Karbonat. Titan Dioksid. Hexavalent Xrom [Xrom (Vİ) Trioxide] (tüstünün tərkibi. Sinfi (təhlükəli kateqoriyası) – Zərərli / qıcıqlandırıcı / həssaslaşdırıcı; alışqan; kanserogen; ətraf mühitə zərərli. Təhlükənin növü – Tüstü; toz; bərk. Təsirə məruz qalmanın yolu – Nəfəsalma; dəri; gözlər; udma.
3. Azfen B.M. tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış AZF – 2022/375L saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı hazırda Azfen X4 Şərqi Azəri layihəsi üzrə Üst Tikililərin və Qazma Qurğularının emalatı layihəsində boru ustası vəzifəsində çalışır. Onun xx.xx.2002-xx.xx.2004, xx.xx.2004-xx.xx.2009, xx.xx.2010xx.xx.2011, xx.xx.2011-xx.xx.2012, xx.xx.2012- xx.xx.2014, xx.xx.2017-xx.xx.2019, xx.xx.2019-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020 və xx.xx.2020-ci il tarixindən hal-hazırkı dövrədək yerinə yetirdiyi əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: Boruçu və boru ustası vəzifəsi üzrə: Verilmiş istehsalat tapşırıqlarını istehsalat briqadalarınin tərkibində işləməklə yerinə yetirməsi; Armaturlardan (siyirtmə, klapan və s., dirsəklərdən, diametr üzrə keçid hissələrindən, boltlu flanslarlardan istifadə etməklə, habelə qaynağa verilməklə hər bir diametrli qara və əlvan metal boruların, boru konstruksiyalarının çəkilməsi və quraşdırılması; Boru və boru konstruksiyalarının izometrik çertyoju və bu çertyojlar üzrə, habelə müvafiq prosedur və standartlara uyğun olmaqla boru xəttlərinin çəkilməsi və quraşdırılması; İstehsalat zərurəti olduqda yuxarıda qeyd olunan işlərin dəniz obyektlərində icra olunması. Şüşə liflərdən və şüşə plastikasından olan boruların mexaniki emalı və çəkilməsi, quraşdırılması; Boruların diametrləri, materialları, xüsusi çəkisi kimi xarakteristikalar, habelə bolt, sancaq komplektasiyası barədə məlumatlı olmaq; FRP borusu yüngül, yüksək gücü və korroziyaya davamlılığı olan bir növ metal olmayan borudur. Proses tələblərinə uyğun olaraq fırlanan bir nüvə qəlibinin üstünə qatqat sarılmış qatran əsaslı xüsusi çəkisi olan bir şüşə lifdir; İş prosesindən əvvəl və sonra iş yerinin istehsalat tullantılarından təmizləmək, tullantıları müəyyən olunmuş yerlərə yerləşdirmək; Əməyin mühafizəsi və təhlükəzislik texnikası, yanğın və elektrik təhlükəsizliyi üzrə müvafiq təlimlərdə aldığı təlimatların tələblərinə və uyğun prosedurlara əməl etmək;Boruların faskalanması, yonulması, qaynağa verilməsi işlərini tətbiq etməklə, habelə flans birləşmələrindən istifadə etməklə boruların və boru konstruksiyalarının çəkilməsini və quraşdırılmasım təmin etmək; Boru kənarlarının, qol və boru dirsəklərinin, boru konstruksiyalarının hazırlanması işlərini təmin etmək; Hazırlanmış boru konstruksiyalarının tamamlanma işlərini həyata keçirmək, həmin konstruksiyalarla cizgi üzrə tələb olunan boru xətlərinin çəkilməsini, quraşdırılmasım təmin etmək; Tabeliyindəki fəhlələrə istehsalat tapşırığı vermək, gündəlik olaraq iş öncəsi təhlükəsizlik təlimatı keçmək, iş prosesində fəhlələrin alətlərdən, ləvazimatlardan, fərdi mühafizə vasitələrindən düzgün istifadə edilməsinə nəzarət etmək; Tabeliyində olan işçilər tərəfindən əmək və icra intizamına ,əmək funksiyalarına, o cümlədən təhlükəsizlik qaydalarına, keyfiyyət tələblərinə, qüvvədə olan bütün prosedurlara əməl olunmasına nəzarət etmək, əmək intizami və istehsalat texnologiyası tələblərini pozanlara qarşı müvafiq qaydada məsələ qaldırmaq; İşin təşkilində, yerinə yetirilən işlərdə işçilərin peşə və say tərkibinin müəyyənləşdirilməsində istehsalat zərurətinin tələblərini, işin həcmini texnoloji xüsusiyyətlərini nəzərə almaq, izafi məsrəflərə və işçilərin sağlamlığına zərər vura biləcək hallara yol verməmək; İddiaçı işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş “Sənaye dəmir-beton borularının boruçəkənləri” bəndinə və b) mütəxəssislər bölməsində “Tikinti və quraşdırma işləri üzrə ustalar” bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. Qeyd: Tikinti və quraşdırma işləri üzrə usta və boru ustası vəzifəsi mahiyyətcə tikinti və quraşdırma işləri ustası vəzifəsi ilə eynidir. Müasir tikinti texnologiyasının, habelə beynəlxalq əhəmiyyətli layihələrin tələblərinə əsasən tikinti və quraşdırma işləri üzrə ustalar artıq uzun illərdir ki, müxtəlif iş növləri (konkret ixtisaslar) üzrə təsnifatlanmışlar və boru ustası, qaynaq ustası, metal-konstruksiya quraşdırma ustası, yükləməboşaltma işləri üzrə usta, avadanlıq quraşdırma ustası və s. kimi vəzifələrdə çalışmaqdadırlar və bu vəzifələri daşıyan ustalar mahiyyətcə tikinti və quraşdırma işləri üzrə ustalardır.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında **********1 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla örnək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 ii sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) sənaye dəmir-beton borularının boruçəkənləri vəzifəsi və mütəxəssislər bəndində (b) tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsi və həmin bölmənin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndinin fəhlələr yarımbəndində (a) tikinti çilingərləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən xx.xx.1980-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" Birgə Müəssisəsinin 10 sentyabr 2022-ci tarixli AZF-2022/375L nömrəli və 19 sentyabr 2022-ci il tarixli AZF-2022/66-K nömrəli sizə dair arayışlarında xx.xx.2002-xx.xx.2004cü il tarixləri arasındakı dövr ərzində tikinti çilingəri, xx.xx.2004-xx.xx.2009-cu il, xx.xx.2010- xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2017-ci il, xx.xx.2017- xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər ərzində boruçu və xx.xx.2020-ci il tarixdən bugünədək boru ustası vəzifələrində işlədiyi göstərilmişdir. Lakin sözügedən arayışlarda çilingər vəzifəsində işlədiyi müddətdə tikinti sahəsi üzrə fəaliyyət göstəribgöstərməməyi barədə hər hansı məlumat göstərilməmişdir. Bundan başqa, sözügedən arayışlarda qeyd olunan məlumatlarından göründüyü kimi, boruçu vəzifəsində işlədiyi müddətdə qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan sənaye dəmirbeton borularının çəkilməsi ilə deyil, qara və əlvan metal boruların, boru konstruksiyalarının, şüşə liflərdən və şüşə plastikasından olan boruların mexaniki emalı, çəkilməsi və quraşdırılması ilə məşğul olmuşdur. Eyni zamanda işlədiyi boru ustası vəzifəsi qeyd olunan tikinti ustası vəzifəsinə aid deyil. Bu səbəbdən güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
5. İT seriyalı ******* saylı xx.xx.1980-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı: 1. xx.xx.1979-cu il tarixdə ərizəsinə əsasən 182 saylı xx.xx.1979-cu il tarixli əmr ilə X6 2 nömrəli briqadana mövsümlə ilə əlaqədar fəhlə qəbul edilmişdir. 2. xx.xx.1980-cı il tarixdə sovxozun 168 saylı xx.xx.1980-cı il tarixli əmr ilə oxumağa getməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1980-xx.xx.1982-ci illərdə təhsil almışdır. (Diplom A 769496, xx.xx.1982) 3. xx.xx.1982-ci il tarixdə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 7 nömrəli trestinin 71 nömrəli Tİ-nə 3-cü dərəcəli rəngsaz vəzifəsinə qəbul edilmişdir.(əmr N. 273, xx.xx.1982) 4. xx.xx.1983-cü il tarixdə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 7 nömrəli trestinin 73 nömrəli Tİ-nə köçürülmüşdür. (əmr N.17, xx.xx.1983) 4. xx.xx.1983-cü il tarixdə 104 saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 7 nömrəli trestinin 73 nömrəli Tİnə köçürülmüşdür. 5. xx.xx.1983-cü il tarixdə 94/k saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 7 nömrəli trestinin 71 nömrəli Tİnə 3- cü dərəcəli rəngsaz idarəetməsinə daxil olmuşdur. 6. xx.xx.1985-ci il tarixdə 127 saylı xx.xx.1985-ci il tarixli əmrə əsasən 4-cü dərəcəli rəngsaz vəzifəsinə təyin edilmişdir. 7. xx.xx.1987-ci il tarixdə 30-02 saylı xx.xx.1987-ci il tarixli əmrə əsasən üçüncü dərəcəli rəngsaz vəzifəsinə keçirilmişdir. 8. xx.xx.1988-ci il tarixdə 33-02 saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən 4-cü dərəcəli rəngsaz vəzifəsinə bərpa edilmişdir.
9. xx.xx.1991-ci il tarixdə 26a saylı xx.xx.1996-cı il tarixli əmrə əsasən 5-ci dərəcəli rəngsaz vəzifəsinə keçirilmişdir. 10.xx.xx.1993-cü il tarixdə 68k saylı xx.xx.1993-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən sənaye kombinatına keçirilmişdir. Azərbaycan Respublikası Sənaye Tikinti Birliyi 1 nömrəli trestin “Sənaye Kombinatı” 11. xx.xx.1993-cü il tarixdə 44-k saylı xx.xx.1993-cü il tarixli əmrə əsasən köçürmə yolu ilə 4-cü dərəcəli takelajçı vəzifəsinə işə qəbul edilmişdir. 12.xx.xx.1994-cü il tarixdə N10-M saylı xx.xx.1994-cü il tarixli Dərəcə verək komissiyasının yığıncağının protokolu əsasında 5-ci dərəcəli takelajçı vəzifəsi verilmişdir. 13.xx.xx.1994-cü il tarixdə 52-k saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinin birinci bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. 14.xx.xx.1994-cü il tarixdə 15/k saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən “Sübhan” kiçik müəssisəsinə 4-cü dərəcəli rəngsaz kimi işə qəbul edilmişdir. 15.xx.xx.1995-ci il tarixdə 40/k saylı xx.xx.1995-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. 1 nömrəli Trest 3 nömrəli Tikinti Quraşdırma İdarəsi 16.xx.xx.1995-ci il tarixdə 31/k saylı xx.xx.1995-ci il tarixli əmrə əsasən 2 nömrəli sahəyə 4-cü dərəcəli rəngsaz işinə qəbul edilmişdir. 17.xx.xx.1996-cı il tarixdə 07 saylı xx.xx.1996-cı il tarixli əmrə əsasən 5-ci dərəcəli qaynaqçı işinə keçirilmişdir. 18.xx.xx.1996-cı il tarixdə 39 saylı xx.xx.1996-cı il tarixli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. Lənkəran nasos stansiyaları, su anbarları və magistral su borularının istismarı üzrə istehsalat zonası 19.xx.xx.1996-cı il tarixdə 60/k saylı xx.xx.1996-cı il tarixli əmrə əsasən Avadanlıqlara texniki xidmət və təmir sahəsinə 4-cü dərəcəli növbətçi çilingər kimi işə qəbul edilmişdir. 20.xx.xx.1998-ci il tarixdə 28/A saylı xx.xx.1998-ci il tarixli əmrə əsasən 5-ci dərəcəli çilingər adı verilmişdir. 21.xx.xx.2001ci il tarixdə 39/k saylı xx.xx.2001-ci il tarixli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. "xxxx" Birgə Müəssisəsi 22.xx.xx.2002-ci il tarixdə xx.xx.2002-ci il tarixli əmrə əsasən 3-cü dərəcəli çilingər peşəsi ilə işə qəbul edilmişdir. 23.xx.xx.2004cü il tarixdə 266/i xx.xx.2004-cü il tarixli əmrə əsasən 5-ci dərəcəli boruçu vəzifəsinə keçirilmişdir. 24.110 saylı xx.xx.2007-ci il tarixli əmrə əsasən 6-cı dərəcəli boruçu vəzifəsinə keçirilmişdir. 25.xx.xx.2009-cu il tarixdə 76k saylı xx.xx.2009-cu il tarixli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hal) əmək müqaviləsinə xitam verilmişdir. “SDL Denholm” LTD. şirkətinin filialı 26.xx.xx.2009-cu il tarixdə 26 saylı 2009k əmrə əsasən boru çilingəri vəzifəsinə işə qəbul edilmişdir. 27.xx.xx.2010-cu il tarixdə 13 saylı 2010k əmrə əsasən əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. "xxxx" Birgə Müəssisəsi 28.xx.xx.2010-cu il tarixdə 500 saylı xx.xx.2010-cu il tarixli əmrə əsasən 6-cı dərəcəli boruçu peşəsi ilə işə qəbul edilmişdir. 29.xx.xx.2014-cü il tarixdə 22/k saylı xx.xx.2014cü il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən (tərəf əmək müqaviləsi müəyyən etdiyi hal) əmək müqaviləsinə xitam verilmişdir. Qeyd: xx.xx.2011-ci il tarixdə 85 saylı xx.xx.2011-ci il tarixli əmrə əsasən 6-cı dərəcəli boruçu (FRP) peşəsinə keçirilmişdir. xx.xx.2012-ci il tarixdə 189 saylı xx.xx.2012-ci il tarixli əmrə əsasən 6-cı dərəcəli boruçu peşəsinə keçirilmişdir. 30.xx.xx.2014-cü il tarixdə 89k saylı xx.xx.2014-cü il tarixli əmrə əsasən 6-cı dərəcəli boruçu peşəsinə işə qəbul edilmişdir. 31.xx.xx.2015-ci il tarixdə 388k saylı xx.xx.2015-ci il tarixli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68ci maddəsinin 2a bəndinə əsasən (tərəflərin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. 32.xx.xx.2015-ci il tarixdə 425k saylı xx.xx.2015-ci il tarixli əmrə əsasən 6cı dərəcəli boruçu peşəsinə qəbul edilmişdir. 33.xx.xx.2017-ci il tarixdə 509k saylı xx.xx.2017-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2e bəndinə əsasən (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hal) əmək müqaviləsinə xitam verilmişdir. 34.xx.xx.2017-ci il tarixdə 548k saylı xx.xx.2017-ci il tarixli əmrə əsasən 6-cı dərəcəli boruçu peşəsinə işə qəbul edilmişdir. 35.xx.xx.2019-cu il tarixdə 64k saylı xx.xx.2019-cu il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2e bəndinə əsasən (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hal) əmək müqaviləsinə xitam verilmişdir. 36.xx.xx.2019-cu il tarixdə 71k saylı xx.xx.2019-cu il tarixli əmrə əsasən 6-cı dərəcəli boruçu peşəsinə işə qəbul edilmişdir. 37.xx.xx.2020-ci il tarixdə 66k saylı xx.xx.2020-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2e bəndinə əsasən (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hal) əmək müqaviləsinə xitam verilmişdir. 38.xx.xx.2020-ci il tarixdə 254/k saylı xx.xx.2020ci il tarixli əmrə əsasən 4-cü dərəcəli boruçu peşəsinə işə qəbul edilmişdir. 39.xx.xx.2020-ci il tarixdə 761i saylı xx.xx.2020-ci il tarixli əmrə əsasən boru ustası vəzifəsinə keçirilmişdir. Hal-hazırda işləyir. İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2004-cü il tarixədək (2 il 1 ay 19 gün) "xxxx" Birgə Müəssisəsinin AZF-058 layihəsində çilingər, xx.xx.2022-ci il tarixdən xx.xx.2009-cu il tarixədək (4 il 9 ay 13 gün) AZF-058 layihəsində boruçu, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək (11 ay 19 gün) AZF-078 layihəsində boruçu, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək (1 il 3 ay 2 gün) AZF-081 layihəsində boruçu FRP, xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək (1 il 7 ay 2 gün) AZF-081 layihəsində boruçu, xx.xx.2014-cu il tarixdən xx.xx.2015-ci il tarixədək (1 il 5 ay 14 gün) AZF-083 layihəsində boruçu, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək (1 il 10 ay 1 gün) AZF-087 layihəsində boruçu, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək (1 il 5 ay 22 gün) AZF-094 layihəsində boruçu, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək (1 il 1 gün) AZF- 095 layihəsində boruçu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (2 ay 17 gün) AZF-100 layihəsində boruçu və xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə (1 il 11 ay 28 gün) AZF-100 layihəsində boru ustası kimi fəaliyyət göstərmişdir. Müəssisədə ümumilikdə xx.xx.2002-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 18 il 8 ay 18 gün işləmiş və qeyd etdiyi müddət güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır olan iş yerlərinə aiddir və bu hal fəaliyyət göstərdiyi "xxxx" Birgə Müəssisəsinin verdiyi arayışlarla da təsdiq olunmuşdur. 2022-ci ilin sentyabr ayında müvafiq sənədləri təqdim etməklə cavabdehə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə müvafiq olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Cavabdeh **********1 №-li, 18 oktyabr 2022ci il tarixli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Qeyd edilən imtina məktubu ona poçt vasitəsi ilə 24 oktyabr 2022-ci il tarixdə təqdim olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və V bəndlərinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasiətdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ bəndinə görə hər kəs qanunla müəyyən olunmuş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçisini itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüqququna malikdir. Cavabdeh ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməkdə haqlı olmamışdır, cavabdehin imtinası onun Azərbaycan Respublikası Konstitusiyası ilə təmin olunan sosial təminat hüququmu pozmuş, təqdim etdiyi sənədləri qanunvericiliyin tələblərinə uyğun olaraq tam və hərtərəfli araşdırmamışdır. Aşağıda qeyd olunanlara görə cavabdehin imtina məktubunda "xxxx" Birgə Müəssisəsinin arayışlarında çilingər vəzifəsində işlədiyi müddətdə tikinti sahəsi üzrə fəaliyyət göstəribgöstərməməyi barədə hər hansı məlumatın göstərilməməsinə dair qeyd olunanları əsassız sayır. Belə ki, "xxxx" X4 Filiala təqdim etdiyi AZF-2022/375L nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, o, hazırda Azfen X4 Şərqi Azəri layihəsi üzrə Üst Tikililərin və Qazma Qurğularının emalatı layihəsində boru ustası vəzifəsində çalışır və xx.xx.2022-ci il tarixdən xx.xx.2004- cü il tarixədək (2 il 1 ay 19 gün) "xxxx" Birgə Müəssisəsinin AZF-058 layihəsində çilingər vəzifəsində işləmişdir. Əvvəla məktubdan açıq-aydın görünür ki, o, Azfen X4 Şərqi Azəri layihəsi üzrə Üst Tikililərin və Qazma Qurğularının emalatı layihəsində fəaliyyət göstərmiş, yəni məktubda çilingər vəzifəsində işlədiyi müddətdə tikinti sahəsi üzrə fəaliyyət göstərməyi birmənalı olaraq qeyd olunmuşdur. İkincisi, cavabdehə təqdim olunan sənədlərdən görünür ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır olan iş yerlərində 18 il 8 ay 18 gün iş stajı var, yəni çilingər vəzifəsində işlədiyi müddət nəzərə alınmasa belə, mövcud olan iş stajı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün kifayət qədər yetərli sayılmalıdır. Aşağıda qeyd olunanlara görə cavabdehin imtina məktubunda "xxxx" Birgə Müəssisəsinin arayışlarında qeyd olunan məlumatlarda boruçu vəzifəsində işlədiyi müddətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan sənaye dəmir-beton borularının çəkilməsi ilə deyil, qara və əlvan metal boruların, boru konstruksiyalarının, şüşə liflərdən və şüşə plastikasından olan boruların mexaniki emalı, çəkilməsi və quraşdırılması ilə məşğul olması və ona görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsinə dair qeyd olunanları əsassız sayır. Belə ki, "xxxx" X4 Filiala təqdim etdiyi AZF-2022/375L nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, o, hazırda Azfen X4 Şərqi Azəri layihəsi üzrə Üst Tikililərin və Qazma Qurğularının emalatı layihəsində boru ustası vəzifəsində çalışır və onun xx.xx.2002-xx.xx.2004, xx.xx.2004xx.xx.2009, xx.xx.2010-xx.xx.2011, xx.xx.2011-xx.xx.2012, xx.xx.2012-xx.xx.2014, xx.xx.2017- xx.xx.2019, xx.xx.2019-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020 və xx.xx.2020ci il tarixdən hal-hazırkı dövrədək yerinə yetirdiyi boruçu və boru ustası vəzifəsi üzrə əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: “Verilmiş istehsalat tapşırıqlarını istehsalat briqadalarının tərkibində işləməklə yerinə yetirməsi; Armaturlardan (siyirtmə, klapan və s.), dirsəklərdən, diametr üzrə keçid hissələrindən, boltlu flanslardan istifadə etməklə, habelə qaynağa verilməklə hər bir diametrli qara və əlvan metal boruların, boru konstruksiyalarının çəkilməsi və quraşdırılması; Boru və boru konstruksiyalarının izometrik çertyoju və bu çertyojlar üzrə, habelə müvafiq prosedur və standartlara uçun olmaqla boru xəttlərinin çəkilməsi və quraşdırılması; İstehsalat zərurəti olduqda yuxarıda qeyd olunan işlərin dəniz obyektlərində icra olunması. Şüşə liflərdən və şüşə plastikasından olan boruların mexaniki emalı və çəkilməsi, quraşdırılması; Boruların diametfiəri, materialları, xüsusi çəkisi kimi xarakteristikalar, habelə bolt, sancaq komplektasiyası barədə məlumatlı olmaq; FRP borusu yüngül, yüksək gücü və korroziyaya davamlılığı olan bir növ metal olmayan borudur. Proses tələblərinə uyğun olaraq firlanan bir nüvə qəlibinin üstünə qatqat sarılmış qatran əsaslı xüsusi çəkisi olan bir şüşə lifdir; Boruların faskalanması, yonulması, qaynağa verilməsi işlərini tətbiq etməklə, habelə flans birləşmələrindən istifadə etməklə boruların və boru konstruksiyalarının çəkilməsini və quraşdırılmasını təmin etmək; Hazırlanmış boru konstruksiyalarının tamamlanma işlərini həyata keçirmək, həmin konstruksiyalarla cizgi üzrə tələb olunan boru xətlərinin çəkilməsini, quraşdırılmasını təmin etmək”. Həmin məktubun “Qeyd” hissəsində isə göstərilmişdir ki, “Tikinti və quraşdırma işləri üzrə usta və boru ustası vəzifəsi mahiyyətcə tikinti və quraşdırma işləri ustası vəzifəsi ilə eynidir. Müasir tikinti texnologiyasının, habelə beynəlxalq əhəmiyyətli layihələrin tələblərinə əsasən tikinti və quraşdırma işləri üzrə ustalar artıq uzun illərdir ki, müxtəlif iş növləri (konkret ixtisaslar) üzrə təsnifatlanmışlar və boru ustası, qaynaq ustası, metalkonstruksiya quraşdırma ustası, yükləməboşaltma işləri üzrə usta, avadanlıq quraşdırma ustası və s. kimi vəzifələrdə çalışmaqdadırlar və bu vəzifələri daşıyan ustalar mahiyyətcə tikinti və quraşdırma işləri üzrə ustalardır”. Göründüyü kimi, adıçəkilən məktubda onun bilavasitə boruçu və boru ustası vəzifəsi üzrə əmək funksiyasına qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası, yəni təmiri tikinti və quraşdırma işləri üzrə hər bir diametrli qara və əlvan metal boruların, boru konstruksiyalarının çəkilməsi və quraşdmlmasının daxil olması, o cümlədən FRP boru konstruksiyalarının quraşdırılması işləri, həmçinin tikinti və quraşdırma işləri üzrə usta və boru ustası vəzifəsinin mahiyyətcə tikinti və quraşdırma işləri ustası vəzifəsi ilə eyni olması göstərilmişdir ki, bu hal da cavabdehin imtinasının əsassız olmasını təsdiq etmiş olur. Beləliklə də müəyyən olunur ki, onun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007- ci ii tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş “Sənaye dəmir-beton borularının boruçəkənləri” bəndinə və b) mütəxəsislər bölməsində “Tikintivə quraşdırma işləriüzrə ustalar” bəndinə uyğundur. Ona görə də cavabdehin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsinə dair imtinası əsassız və qanunsuz olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində fəhlələr, sənaye dəmir-beton borularının boruçəkənləri vəzifəsi və mütəxəssislər bəndində tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsi və həmin bölmənin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndinin fəhlələr yarımbəndində tikinti çilingərləri vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr kimi nəzərdə tutulmuşdur. Qeyd olunanlardan göründüyü kimi, onun işlədiyi vəzifələr Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq ediləməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarın 29-cu maddəsinin, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında bəndində müəyyən edilmiş vəzifələrə uyğundur, ona görə də, o, yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. Cavabdeh ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edərkən "xxxx" Birgə Müəssisəsinin təqdim etdiyi sənədləri qanunverciliyin tələblərinə uyğun tam və hərtərəfli araşdırmamış, həmin araşdırmaların nəticələrinin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas verib-verməməsinə hüquqi qiymət verməmişdir. Belə ki, "xxxx" X4 Filiala təqdim etdiyi AZF-2022/375L nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əlavə etdiyi “Emalatxanada boru, o cümlədən FRP boru konstruksiyalarının quraşdırılması işləri üzrə” STMN Qiymətləndirmə cədvəlindən görünür ki, "xxxx" Birgə Müəssisəsinin müxtəlf layihələrində işlədiyi 18 il 8 ay 18 gün ərzində sağlamlıq üçün təhlükəli, yəni Silikon dioksid 30-60 %; Alüminium oksid 5- 10%; Şüşə fiber 20-50% Tərkibində Titan, Maqnezium, Potassim, Strontium, Fosfor, Soda, Kalsium, Marqans, Vanadium, Xrom, Dəmir, Barium, Zirkon, Sink və b.maddələrlə bilavasitə təmasda işləmiş və həmin maddələr Xroniki tənəffüs sistemi xəstəlikləri (məsələn, astma), ekzemaya oxşar dəri narahatlıqlarına, o cümlədən öskürək, boğaz ağrısı, gözlərin qızarması, yaşarması kimi kəskin və sonrada yaranan ən mühüm əlamətlərə və təsirlərə səbəb ola bilər. Qeyd olunanlardan göründüyü kimi, "xxxx" X4 Filiala təqdim etdiyi sənədlərlə onun 18 il 9 ay 18 gün fəaliyyət göstərdiyi peşələrin Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında olan 29-cu bəndində müəyyən edilmiş vəzifələrə uyğun olmasının təsdiq olunmasına və ona görə də onun yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmağına baxmayaraq, cavabdeh həmin sənədləri ətraflı araşdırmamış, əsassız və qanunsuz olaraq ons güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir ki, bununla da onun Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan sosial təminat hüququ pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 14.3- cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən iddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
8. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 22 sentyabr 2022-ci il tarixdə daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş xx.xx.1980-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında və "xxxx" Birgə Müəssisəsinin 10 sentyabr 2022-ci tarixli AZF-2022/375L nömrəli və 19 sentyabr 2022-ci il tarixli AZF-2022/66-K nömrəli arayışlarında xx.xx.2002-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində tikinti çilingəri, xx.xx.2004-xx.xx.2009-cu il, xx.xx.2010- xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2015-ci il, xx.xx.2015-01,08.2017-ci il, xx.xx.2017- xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər ərzində boruçu və xx.xx.2020-ci il tarixdən bugünədək boru ustası vəzifələrində işlədiyi göstərilib. Lakin sözügedən arayışlarda çilingər vəzifəsində işlədiyi müddətdə tikinti sahəsi üzrə fəaliyyət göstəribgöstərməməsi barədə hər hansı məlumat göstərilməyib. Bundan başqa, sözügedən arayışlarda qeyd olunan məlumatlarından göründüyü kimi, boruçu vəzifəsində işlədiyi müddətdə qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan sənaye dəmirbeton borularının çəkilməsi ilə deyil, qara və əlvan metal boruların, boru konstruksiyalarının, şüşə liflərdən və şüşə plastikasından olan boruların mexaniki emalı, çəkilməsi və quraşdırılması ilə məşğul olmuşdur. Eyni zamanda iddiaçının işlədiyi boru ustası vəzifəsi qeyd olunan tikinti ustası vəzifəsinə aid deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) sənaye dəmir-beton borularının boruçəkənləri vəzifəsi və mütəxəssislər bəndində (b) tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsi və həmin bölmənin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndinin fəhlələr yarımbəndində (a) tikinti çilingərləri vəzifəsi nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4269/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2022-ci ildə müraciət etmişdir. Onun 60 yaşına çatdığı xx.xx.2022-ci il tarixə ümumi iş stajının ən az 25 il olması işin mübahisəsiz halıdır. Əmək şəraiti zərərli və ağır olan işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki: İddiaçının əmək şəraitinə görə xx.xx.2022-ci il tarixədək güzəştli şərtlərlə əmək stajı: 18 il 06 ay 27 gün (xx.xx.2002-xx.xx.2009-cu il, xx.xx.2010-xx.xx.2014-cü il, xx.xx.2014- xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2019-cu il, xx.xx.2019- xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2022-ci il) təşkil edir. Qeyd edilən hal iş yerindən arayışla da təsdiqlənmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı (60 yaş) xx.xx.2022-ci il tarix , stajı ən azı 25 il, əmək şəraiti zərərli və ağır olan işlərdə stajı ən azı 12 il 06 aydır (18 il 06 ay 27 gün). Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu maddəsinin, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş yuxarıda göstərilən müvafiq bəndlərdə qeyd edilən vəzifələrinə uyğundur.
11. Birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunununa istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
12. Qərardan cavabdeh apellyasiya şikayəti verərək 2-1(112)-4269/2023 saylı,xx.xx.2023cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti iddia ərizəsinə etirazla oxşar olmaqla onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim etdilmiş xx.xx.1980-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" Birgə Müəssisəsinin 10 sentyabr 2022-ci tarixli AZF2022/375L nömrəli və 19 sentyabr 2022-ci il tarixli AZF-2022/66-K nömrəli arayışlarında xx.xx.2002-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində tikinti çilingəri, xx.xx.2004- xx.xx.2009-cu il, xx.xx.2010-xx.xx.2014-cü il, xx.xx.2014xx.xx.2015-ci il, xx.xx.2015- 01,08.2017-ci il, xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər ərzində boruçu və xx.xx.2020-ci il tarixdən bugünədək boru ustası vəzifələrində işlədiyi göstərilib. Lakin sözügedən arayışlarda çilingər vəzifəsində işlədiyi müddətdə tikinti sahəsi üzrə fəaliyyət göstərib-göstərməməsi barədə hər hansı məlumat göstərilməyib. Bundan başqa, sözügedən arayışlarda qeyd olunan məlumatlarından göründüyü kimi, boruçu vəzifəsində işlədiyi müddətdə yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan sənaye dəmir-beton borularının çəkilməsi ilə deyil, qara və əlvan metal boruların, boru konstruksiyalarının, şüşə liflərdən və şüşə plastikasından olan boruların mexaniki emalı, çəkilməsi və quraşdırılması ilə məşğul olmuşdur. Eyni zamanda iddiaçının işlədiyi boru ustası vəzifəsi yuxarıda qeyd olunan tikinti ustası vəzifəsinə aid deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur.. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) sənaye dəmirbeton borularının boruçəkənləri vəzifəsi və mütəxəssislər bəndində (b) tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsi və həmin bölmənin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndinin fəhlələr yarımbəndində (a) tikinti çilingərləri vəzifəsi nəzərdə tutulmuşdur.Bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi QaydasTnın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
e) Prosses iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. “Əmək pensiyaları haqqında” Qanunun: 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
23. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2022-ci ildə müraciət etmişdir. Onun 60 yaşına çatdığı xx.xx.2022-ci il tarixə ümumi iş stajının ən az 25 il olması işin mübahisəsiz halıdır.
24. Əmək şəraiti zərərli və ağır olan işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki: İddiaçının əmək şəraitinə görə xx.xx.2022-ci il tarixədək güzəştli şərtlərlə əmək stajı: 18 il 06 ay 27 gün (xx.xx.2002-xx.xx.2009-cu il, xx.xx.2010-xx.xx.2014-cü il, xx.xx.2014xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2019-cu il, xx.xx.2019xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2022-ci il) təşkil edir. Qeyd edilən hal iş yerindən arayışla da təsdiqlənmişdir.
25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
27. "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarla təsdiq edilmiş siyahıdakı kodlara uyğun nəzərə alınmalıdır.
28. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2022-ci ildə müraciət etmişdir. Onun 60 yaşına çatdığı xx.xx.2022-ci il tarixə ümumi iş stajının ən az 25 il olması işin mübahisəsiz halıdır.
29. Əmək şəraiti zərərli və ağır olan işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki: İddiaçının əmək şəraitinə görə xx.xx.2022-ci il tarixədək güzəştli şərtlərlə əmək stajı: 18 il 06 ay 27 gün (xx.xx.2002-xx.xx.2009-cu il, xx.xx.2010-xx.xx.2014-cü il, xx.xx.2014xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2019-cu il, xx.xx.2019xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2022-ci il) təşkil edir. Qeyd edilən hal iş yerindən arayışla da təsdiqlənmişdir.
30. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu bölməsinin, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş yuxarıda göstərilən müvafiq bəndlərdə qeyd edilən vəzifələrinə uyğundur.
31. Cavabdehin iddia ərizəsinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə oxşar olduğunu və bu dəlillərə yuxarıda hüquqi qiymət verildiyini məhkəmə Kollegiyası qeyd etməklə yanaşı Kollegiya onu da diqqətə çəkir ki, cavabdehin əsas dəlili odur ki, iddiaçının xx.xx.2002-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində tikinti çilingəri, xx.xx.2004xx.xx.2009-cu il, xx.xx.2010-xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2015-ci il, xx.xx.2015- 01,08.2017-ci il, xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər ərzində boruçu və xx.xx.2020-ci il tarixdən bugünədək boru ustası vəzifələrində işlədiyi staj üzrə, yəni çilingər vəzifəsində işlədiyi müddətdə tikinti sahəsi üzrə fəaliyyət göstərib-göstərməməsi müəyyən deyil, bundan başqa, qeyd olunan məlumatlarından göründüyü kimi, boruçu vəzifəsində işlədiyi müddətdə yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan sənaye dəmir-beton borularının çəkilməsi ilə deyil, qara və əlvan metal boruların, boru konstruksiyalarının, şüşə liflərdən və şüşə plastikasından olan boruların mexaniki emalı, çəkilməsi və quraşdırılması ilə məşğul olmuşdur. Eyni zamanda iddiaçının işlədiyi boru ustası vəzifəsi yuxarıda qeyd olunan tikinti ustası vəzifəsinə aid deyil.
32. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azfen B.M. tərəfindən təqdim edilmiş AZF – 2022/375L saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı hazırda Azfen X4 Şərqi Azəri layihəsi üzrə Üst Tikililərin və Qazma Qurğularının emalatı layihəsində boru ustası vəzifəsində çalışır. Onun xx.xx.2002-xx.xx.2004, xx.xx.2004-xx.xx.2009, xx.xx.2010-xx.xx.2011, xx.xx.2011xx.xx.2012, xx.xx.2012- xx.xx.2014, xx.xx.2017-xx.xx.2019, xx.xx.2019-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020 və xx.xx.2020-ci il tarixindən hal-hazırkı dövrədək yerinə yetirdiyi əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: Boruçu və boru ustası vəzifəsi üzrə: Verilmiş istehsalat tapşırıqlarını istehsalat briqadalarınin tərkibində işləməklə yerinə yetirməsi; Armaturlardan (siyirtmə, klapan və s., dirsəklərdən, diametr üzrə keçid hissələrindən, boltlu flanslarlardan istifadə etməklə, habelə qaynağa verilməklə hər bir diametrli qara və əlvan metal boruların, boru konstruksiyalarının çəkilməsi və quraşdırılması; Boru və boru konstruksiyalarının izometrik çertyoju və bu çertyojlar üzrə, habelə müvafiq prosedur və standartlara uyğun olmaqla boru xəttlərinin çəkilməsi və quraşdırılması; İstehsalat zərurəti olduqda yuxarıda qeyd olunan işlərin dəniz obyektlərində icra olunması. Şüşə liflərdən və şüşə plastikasından olan boruların mexaniki emalı və çəkilməsi, quraşdırılması; Boruların diametrləri, materialları, xüsusi çəkisi kimi xarakteristikalar, habelə bolt, sancaq komplektasiyası barədə məlumatlı olmaq; FRP borusu yüngül, yüksək gücü və korroziyaya davamlılığı olan bir növ metal olmayan borudur. Proses tələblərinə uyğun olaraq fırlanan bir nüvə qəlibinin üstünə qatqat sarılmış qatran əsaslı xüsusi çəkisi olan bir şüşə lifdir; İş prosesindən əvvəl və sonra iş yerinin istehsalat tullantılarından təmizləmək, tullantıları müəyyən olunmuş yerlərə yerləşdirmək; Əməyin mühafizəsi və təhlükəzislik texnikası, yanğın və elektrik təhlükəsizliyi üzrə müvafiq təlimlərdə aldığı təlimatların tələblərinə və uyğun prosedurlara əməl etmək;Boruların faskalanması, yonulması, qaynağa verilməsi işlərini tətbiq etməklə, habelə flans birləşmələrindən istifadə etməklə boruların və boru konstruksiyalarının çəkilməsini və quraşdırılmasım təmin etmək; Boru kənarlarının, qol və boru dirsəklərinin, boru konstruksiyalarının hazırlanması işlərini təmin etmək; Hazırlanmış boru konstruksiyalarının tamamlanma işlərini həyata keçirmək, həmin konstruksiyalarla cizgi üzrə tələb olunan boru xətlərinin çəkilməsini, quraşdırılmasım təmin etmək; Tabeliyindəki fəhlələrə istehsalat tapşırığı vermək, gündəlik olaraq iş öncəsi təhlükəsizlik təlimatı keçmək, iş prosesində fəhlələrin alətlərdən, ləvazimatlardan, fərdi mühafizə vasitələrindən düzgün istifadə edilməsinə nəzarət etmək; Tabeliyində olan işçilər tərəfindən əmək və icra intizamına ,əmək funksiyalarına, o cümlədən təhlükəsizlik qaydalarına, keyfiyyət tələblərinə, qüvvədə olan bütün prosedurlara əməl olunmasına nəzarət etmək, əmək intizami və istehsalat texnologiyası tələblərini pozanlara qarşı müvafiq qaydada məsələ qaldırmaq; İşin təşkilində, yerinə yetirilən işlərdə işçilərin peşə və say tərkibinin müəyyənləşdirilməsində istehsalat zərurətinin tələblərini, işin həcmini texnoloji xüsusiyyətlərini nəzərə almaq, izafi məsrəflərə və işçilərin sağlamlığına zərər vura biləcək hallara yol verməmək; İddiaçı işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş “Sənaye dəmir-beton borularının boruçəkənləri” bəndinə və b) mütəxəssislər bölməsində “Tikinti və quraşdırma işləri üzrə ustalar” bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. Qeyd: Tikinti və quraşdırma işləri üzrə usta və boru ustası vəzifəsi mahiyyətcə tikinti və quraşdırma işləri ustası vəzifəsi ilə eynidir. Müasir tikinti texnologiyasının, habelə beynəlxalq əhəmiyyətli layihələrin tələblərinə əsasən tikinti və quraşdırma işləri üzrə ustalar artıq uzun illərdir ki, müxtəlif iş növləri (konkret ixtisaslar) üzrə təsnifatlanmışlar və boru ustası, qaynaq ustası, metal-konstruksiya quraşdırma ustası, yükləmə-boşaltma işləri üzrə usta, avadanlıq quraşdırma ustası və s. kimi vəzifələrdə çalışmaqdadırlar və bu vəzifələri daşıyan ustalar mahiyyətcə tikinti və quraşdırma işləri üzrə ustalardır. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
33. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4269/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4269/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.