Məhkəmə qərarları › İş №2-1(103)-313/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-313/2020

28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-313/2020 28.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı cavabdeh AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı veteranlıq vəsiqəsinin verilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2-1(82)-2776/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “veteranlıq vəsiqəsinin verilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2-1(82)- 2776/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2-1(82)-2776/2019 saylı qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinixahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: - AZE seriyalı, № AA1165677 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 13.05.1967-ci ildə anadan olmuş, ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.03.2019-cu il tarixli 2-1(103)-119/2019 saylı iş üzrə qərarından görünür ki; - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2619/2018 saylı, 23 oktyabr 2018- ci il tarixli qərardadı ilə iddia tələbi təmin edilmiş, İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.03.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2619/2018 saylı, 23 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı AR Müdafiə Nazirliyinə qarşı “veteranlıq vəsiqəsi və adının verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin Qərarda qeyd edilmişdir ki, hazırkı iş üzrə AR Müdafiə Nazirliyinin iddiaçıya veteran vəsiqəsi və adı vermək kimi bir səlahiyyəti və cavab verməli orqan olmadığından iddiaçının veteran vəsiqəsi və adı ilə təmin olunmasından imtina edilməsi onun subyektiv hüququnun pozuntusu kimi qiymətləndirilə bilməz. Qeyd edilən hal isə iş üzrə birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozularaq qanunsuz və əsassız qərar çıxarılmışdır. - H3 seriyalı, ******* saylı, 15.11.1985-ci il tarixli hərbi biletin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı AZ SSR Lenin rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və N oktyabr 1981-ci ildə hərbi hissəyə göndərilmişdir. 01.12.1983-cü ildə SSR Müdafiə Nazirliyinin 27 sentyabr 1983-cü il tarixli 321 №-li əmri əsasında həqiq hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Biletin 7-ci səhifəsində iddiaçının 11.03.92-ci il tarixdən 01.07.92-ci il tarixədək Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etməsi qeyd olunub. - Suraxanı Batalyonun komandiri, polis kapitanı F.C.Quliyevin imzasını təsdiq edən Tərtər rayon komendatı polis podpolkovniki Ə.Əliyev tərəfindən imzalanmış 38193 nömrəli arayışın surətindən müəyyən olunur ki, İddiaçı 11.03.1992-ci ildən 01.07.1992ci ilə qədər “Suraxanı” könüllülər batalyonun tərkibində Tərtər rayonunun erməni quldurlarına qarşı müdafiəsindəki döyüşlərdə fəal iştirak etmiş və göstərilən ezamiyyət müddətində rayonun əhalisinə hərtərəfli köməklik göstərmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 23.05.2019-cu il tarixdə İddiaçı ünvanladığı S/1799 saylı məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş ərizə və sənədlərinizə baxılmışdır. Bildiririk ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarına əsasən veteran adı və müvafiq vəsiqələri, vətəndaşların hansı qoşun növündə xidmət keçməsindən asılı olaraq tələb olunan sənədlər əsasında (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat, Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Sizin 11.03.1992-ci il tarixdən 01.07.1992-ci il tarixədək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində hərbi xidmət keçməyinizi nəzərə alaraq, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxılması üçün Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya müraciət etməyiniz tövsiyə olunur. Bu səbəbdən sənədləriniz aidiyyəti üzrə ünvanınıza göndərilir. İş materiallarında olan, AR Səfərbərlik və Hərbi Xidmətət Çağırış üzrə dövlət Xidmətinin bakı şəhəri Suraxanı rayon İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 14 yanvar 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, AR MN-nin Mərkəzi arxivinin 26.07.2004-cü il tarixli 26/2-2096 nömrəli məktubun təsdiq edilmiş sürətin və uçot kartasının təsdiqlənmiş sürətini Sizin ünvana göndərilir. İddiaçı barəsində başqa məlumat yoxdur. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarında iştirak etməsinə dair Müdafiə Nazirliyi Mərkəzi Arxivində məlumat yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 N-li Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-cı bəndinə əsasən: "1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma. kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir. Həmin Qərara dəyişikliklər edilməsinə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.09.2018-ci il tarixli 422 Ne-li Qərarına əsasən: "... Əsasnamə"nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində "hərbi biletlər" sözlərindən sonra "(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)" sözləri əlavə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti isə təmin olunmalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2-1(82)-2776/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətitərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2-1(82)- 2776/2019 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar elan olunsun. İddiaçının iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Sədrlik edən: Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar