Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-313/2021 05.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Valeh Məmməd oğlu Ağayevin sədrliyi ilə (məruzəçi); Afaq Bayram qızı Nuriyeva və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh AR ƏN Tibbi Baş İdarəsinə qarşı “rəyin mübahisələndirilməsi və ləğv edilməsi, yenidən həkim tibb ekspertizası təyin edilməsi barədə qərar qəbul edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 4605/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsinin rəisi Ədliyyə Tibb Generalı Rəfael Mehtiyevin xx xxxxxxx 2017-ci il tarixli məhkumların tibbi şəhadətləndirilməsi haqqında xüsusi həkim ekspert komissiyasının 10 nömrəli rəyini işdə olan digər tibbi arayışlarla və aktlarla mübahisələndirilməsi və 10 nömrəli rəyin ləğv edilməsi, yenidən həkim tibb ekspertizası təyin edilməsi barədə qərar qəbul edilməsi, cavabdehdən 10000 (on min) manat maddi təzminat tutulması, cavabdeh iddiaçı barəsində xx.xx.2003-cü il tarixdə xəstəliklər cədvəlinin 1-ci qrafasının 23 maddəsinə əsasən (Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2000-ci il tarixli 95 saylı əmri) “Dinc dövrü hərbi xidmətə yararsız müharibə dövrü məhdud yararlı hesab edilərək xx.xx.2003-cü il tarixdə AO N-0493521 nömrəli hərbi biletlə təmin olunaraq hərbi vəzifələrin ehtiyatına verildiyini və xx xxxxxx 2003-cü il tarixdən Qobustan həbsxanasına gətirildiyi vaxtdan həmin xəstəliklərdən daimi stasionar və ambulator müalicələr almağının tanınması və həmin xəstəliklər üzrə əlilliyin müəyyən edilməsi barədə müəyyən aktın qəbul edilməsinə dair həkim tibb ekspertizasını çağırması barədə qərar qəbul edilməsi, cavabdeh barəsində xüsusi qərar çıxarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4605/2020 saylı qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4605/2020 saylı qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4605/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinə görə iddiaçı cavabdehin xx xxxxxxx 2017-ci il tarixli rəyin ləğv edilməsini, iddiaçının yenidən tibbi şəhadətləndirilməsi barədə qərar çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını, 10000 manat məbləğində kompensasiyanın cavabdehdən tutulmasını, cavabdehin əməllərinə hüquqi qiymət verilməsi üçün prokurorluğa məlumat verilməsini tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.Məhkəmə ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib – edilmədiyini yoxlamalıdır. İş materiallarından göründüyü kimi, iddiaçı xx xxxxxxx 2017-ci il tarixli rəyinin ləğv edilməsi barədə iddia tələbini irəli sürərkən iddia müddəti barədə qanun tələbini nəzərə almamış, mübahisələndirmə iddianın qaldırılması üçün müəyyən edilmiş müddət buraxmışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1. –ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bundan başqa iş materiallarından göründüyü kimi iddiaçı onun həkim ekspert komissiyası tərəfindən şəhadətləndirilməsi xahişi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etməmiş, onun imtinasını almamışdır. İş materiallarında olan Qubustan qəsəbəsi həbsxanasının xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş aktdan göründüyü kimi, İddiaçı həkim tərəfindən həbsxananın TSH-də laborator və instrumental müayinələrdən keçməsi təklif olunsa da, o,qəti şəkildə imtina etmişdir. Bundan əlavə iş materiallarından göründüyü kimi iddiaçı cavabdehdən 10000 manat kompensasiyanın ödənilməsini tələb etsə də, məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etməsinə dair sübutu və ya cavabdehin imtina məktubunu təqdim etməmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının ona qarşı haqsızlıq etdiyi üçün Tibb baş idarəsinin rəisinin əməlinə qiymət verilməsi üçün məlumat prokurorluğa göndərilməsi barədə iddiası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1- 2.2.9cu maddələrində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə uyğunluğu müəyyən olunmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbləri mümkünlük şərtlərinə cavab vermir və mümkün sayılmamalıdır. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eyni olduğundan və Məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından, Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4605/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-313/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-313/2021
05.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver