Məhkəmə qərarları › İş №2-1(103)-313/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-313/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-313/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 (sədrlik edən və məruzəçi), X9 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-320/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 yerləşən ümumi sahəsi 50.40 kv.m. olan mənzilə dair İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydə alınmışdı.

2. ünvan 1 ünvanında yerləşən mənzilə dair texniki pasport, torpaq sahəsinin və tikilinin planı iş materiallarına əlavə edilmişdir.

3. Bakı şəhərində Ticarət, ictimai iaşə və xidmət obyektlərinin yerləşdirilməsinin “Qeydiyyat Şəhadətnaməsi” verilmişdir.

4. İddiaçının müraciətinə cavab olaraq Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı təqdim etdiyiniz texniki pasportu ilə mövcud mənzilin planlarında uyğunsuzluq olduğundan xahişinizin yerinə yetirilməsi imkan xaricindədir.

5. Məhkəmənin sorğusuna cavab olaraq AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir: Ümumi sahəsi 57.8 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi, 2 ünvanında yerləşən qeyriyaşayış sahəsi 4150 nömrəli xx.xx.2018- ci il tarixli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi”nə əsasən dövlət reyestrində xx.xx.2018-ci il tarixdə X6 adına qeydiyyata alınmışdır. Ümumi sahəsi 188.7 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi, 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 3662 nömrəli xx.xx.2017- ci il tarixli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi”nə əsasən dövlət reyestrində xx.xx.2017-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır.

6. ünvan 2 ünvanı xx.xx.2014-cü il tarixdə X2 adına qeydiyyata alınmışdır. Sonradan Cavabdeh Başçısının 324 nömrəli xx.xx.2014- cü il tarixli sərəncamına və RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin mənzilin təyinatı dəyişdirilərək qeyri-yaşayış sahəsi kimi yeni poçt ünvanı alaraq ünvan 3ltında xx.xx.2014- cü il tarixdə X2 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 16 saylı notariat kontorunun 4Ə-447 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmişdir.

7. ünvan 4 ünvanı xx.xx.2018-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. Sonradan Cavabdeh Başçısının 327 nömrəli xx.xx.2018- ci il tarixli sərəncamına və RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin mənzilin təyinatı dəyişdirilərək qeyri-yaşayış sahəsi kimi yeni poçt ünvanı alaraq ünvan 3ltında xx.xx.2020-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1-nin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. Tələb onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ********** saylı, xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən ünvan 1 onun xüsusi mülkiyyətindədir. Həmin əmlakı uzun illərdir ki, qeyri-yaşayış sahəsi kimi istifadə edir. Sözügedən əmlakın qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilməsi üçün Bakı şəhəri İcra Hakimiyyəti Bakı şəhəri İstehlak Bazarı və Xidmət Departamentinə müraciət edilmişdir. Bakı şəhərində Ticarət, ictimai iaşə və xidmət obyektlərinin yerləşdirilməsinin “Qeydiyyat Şəhadətnaməsi” verilmişdir. ünvan 1-nin qeyri-yaşayış sahəsi kimi istifadə olunmasını nəzərə alaraq həmin amlakın sənəd üzərində də qeyriyaşayış sahəsi kimi qeydə alınması üçün AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 17 noyabr 2021-ci il tarixli məktubunda bildirildi ki, yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bundan sonra o, ünvan 1-nin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə ərizə ilə Bakı şəhəri Cavabdehnə müraciət etdi. Bakı şəhəri Cavabdehndən aldığı 26 aprel 2022-ci il tarixli imtina məktubunda mənzilin texniki pasportu ilə mövcud mənzilin planlarında uyğunsuzluq olduğuna görə xahişi yerinə yetirilməsinin imkan xaricində olduğu bildirildi. Mövcud mənzilin planında olan dəyişikliyə görə mənzilimin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsindən imtinanı əsassız hesab edir. Belə ki, Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: 10.0.18. müəyyən edilmiş qaydada yaşayış sahələrinin qeyri-yaşayış və qeyriyaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə qərar qəbul etmək. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının məyyən etdiyi qurumun (bundan sonra - keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 22.1. Yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması lahiyəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Onun mənzilində tikinti norma və qaydalarına uyğun olmayan heç bir planlaşdırma işi aparılmamışdır. Qeyd olunanlara əsasən hesab edir ki, ünvan 1-nin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyi məhkəmə qərarı ilə cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-320/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi, ev 2 ünvanında yerləşən qeyri-yaşayış sahələrinə dair müvafiq sənədlərin surətləri təqdim edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi, ev 2 ünvanında 1-ci mərtəbədə yerləşən mənzillər analoji sənədlər əsasında Cavabdeh sərəncamları ilə qeyri-yaşayış sahələrinə keçirilmişdir. Lakin iddiaçıya münasibətdə cavabdeh qurum fərqli mövqe ifadə etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı ilə bərabər və ya müəyyən meyarlara əsasən oxşar vəziyyətdə olan, mənzillərin qeyri-yaşayış sahəsinə keçirən şəxslərin hüquqi vəziyyətinin qiymətləndirilməsi bərabərlik prinsipinin pozulması nöqteyi-nəzərindən əhəmiyyətlidir, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər və bu səbəbdən yolverilən hesab edilməməlidir.

12. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 320/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə ekspert qarşında qoyulmuş suallara cavab alınmamış, məhkəmə araşdırılması və cavablandırılması zəruri olan məsələlərə qiymət verməyərək iddia tələbini təmin etmişdir. Sual olunur əgər iş üzrə ekspertin rəyi zəruri deyildirsə niyə 2 dəfə ekspertiza təyin edilmiş və Fövqəladə Hallar Nazirliyindən mütəxəssis rəyinin alınması üçün müraciət edilmişdir. Ekspertiza mərkəzinin həmçinin FHN-nin müvafiq rəyi olmamasına baxmayaraq məhkəmə iddia tələbini əsaslı hesab edərək iddia tələbini təmin etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gedişgəliş yaşayış sahələrinə gediş-gəlişi iəmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kımı qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Qanunvericiliyin yuxarıda göstərilən müddəları məhkəmə tərəfindən nəzərə alınmamış və zəruri araşdırılma aparılmamışdır. AR İnzibati-Prossesual Məcəlləsinin 82-ci maddəsinə əsasən “Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.” Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən “Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər." Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən “Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.” AR Mülki Prossesual Məcəlləsinin 385.1.1 -ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:

Maddə 20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri. 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Maddə 21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. ... 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. ... Maddə 22. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. 22.2. Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. 22.3. Sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.

18. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamə

3.9.6. yerli icra hakimiyyətinin başçısı dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. 3.11.1. müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək yerli icra hakimiyyəti başçısının vəzifəsi kimi təsbit edilmişdir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2016-cı il tarixli, 491 nömrəli Qərarı

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1- dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismarına sadələşdirilmiş icazə verilməsi tətbiq olunan qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismar təyinatının Siyahısı” təsdiq edilsin. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, qeyriyaşayış binalarının (tikinti obyektlərinin), istismar təyinatı bu qərarın 1 nömrəli əlavəsinə uyğun olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin istismarına icazənin forması” təsdiq edilsin.

20. “İnzibati icraat haqqında” Qanun:

Maddə 2.0.2. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 15.2. Qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Maddə 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Odur ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.

23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

30. İddiaçı ünvan 1-nin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsini xahiş etmiş, lakin, iddiaçının müraciətinə cavab olaraq Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı təqdim etdiyiniz texniki pasportu ilə mövcud mənzilin planlarında uyğunsuzluq olduğundan xahişinizin yerinə yetirilməsi imkan xaricindədir.

31. Kollegiya imtinanın əsası olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı təqdim edilmiş texniki pasport ilə mənzilin mövcud planlarında uyğunsuzluq olması əsası ilə bildirir ki, qeyd edilənlər müvafiq qanunvericilikdə imtina əsası kimi nəzərdə tutulmamışdır. Həmçinin, cavabdeh inzibati orqan uyğunsuzluğun nədən ibarət olması ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda icra hakimiyyətinin möhürü ilə təsdiq edilmiş xx.xx.1999-cu il tarixli Aktın surətindən görünür ki, xx.xx.1999-cu il tarixdə sözügedən ünvanda yerləşən mənzilin arxa fasadına /2x2,5m/ ölçüdə olan eyvandan küçəyə qapının açılması mümkün hesab edilmişdir.

32. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən ona xüsusi mülkiyyət hüququ üzrə məxsus mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün mənzil qanunvericiliyində nəzərdə tutulmuş sənədləri təqdim edilmiş, lakin cavabdeh qurum buna dair ağlabatan əsaslandırma təqdim etmədən iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Həmçinin, uyğunsuzluğun nədən ibarət olması ilə bağlı cavabdeh inzibati orqan nə inzibati icraat zamanı, nə də birinci instansiyada icraat zamanı hər hansı sübut təqdim etməmişdir.

33. Qeyd edilməlidir ki, işin apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

34. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/7539 saylı rəyində qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzilin daxilində yenidənqurma işlərinin aparılmadığı, yəni əsas daşıyıcı divar və dirəklərə, mərtəbələrarası arakəsmələrə, eyni zamanda binanın pilləkən meydançası və pilləkənlərinə, çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularına dəyişiklik edilmədiyi müəyyən edilmişdir. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunan sahəyə, yəni ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus daşınmaz əmlaka gediş-gəliş faktiki olaraq həmin ünvanda yerləşən digər yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən birbaşa Eldar Xəlilov küçəsi istiqamətdə giriş-çıxış qapısı quraşdırılmaq yolu ilə təmin edilmişdir, (tədqiqat hissəsində göstərilmişdir). ünvan 1 ünvanında yerləşən mənzilin birinci mərtəbədə yerləşməsini, mənzilin giriş-çıxışının həmin ünvanda yerləşən digər yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən birbaşa Eldar Xəlilov küçəsi istiqamətdə giriş-çıxış qapısı quraşdırılmaq yolu ilə təmin edildiyini nəzərə alaraq, həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin İİİ fəslinin 20-ci maddəsində göstərilən şərtlərə uyğun olduğu müəyyən edilmişdir.

35. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən, yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya bu Məcəllə ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə, sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda yol verilir.

36. Hazırkı mübahisə ilə bağlı araşdırma zamanı qeyri-yaşayış sahəsin keçirilməsi mübahisəli mənzilin çoxmənzilli binanın birinci mərtəbəsində yerləşməsi, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş sənədlərin cavabdeh inzibati orqana təqdim edilməsi, həmçinin Mənzil Məcəlləsinin 20-ci maddəsinin tələbləri ödənildiyi müəyyən edilmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi şərtləri və qaydası, bu zaman tələb olunan sənədlərin siyahısı Mənzil Məcəlləsinin 20-22-ci maddələrində əks olunmuşdur. Həmin normaların məzmunundan görünür ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün cavabdeh inzibati orqana müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir: sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı.

38. İş materialları ilə müəyyən olunmuşdur ki, müvafiq ərizə, keçirilən sahə üzərində hüquqlarını müəyyənləşdirən sənəd (********** qeydiyyat nömrəli çıxarış) və yaşayış sahəsinin texniki pasportu, iş materiallarının 16-20-ci səhifələrinə əsasən keçirilən sahənin yerləşdiyi binanın mərtəbli planın təqdim edildiyi müəyyən olunur. Eyni zamanda Bakı şəhərində Ticarət ictimai iaşə və xidmət obyektlərinin yerləşdirilməsinin Qeydiyyat Şəhadətnaməsinə və iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ASC və "xxxx" ASC abunə siyahısına əsasən qeyd edilən ünvanın 25 ildən artıq müddətdir ki, qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən olunur.

39. Göründüyü kimi, mənzil qanunvericiliyində nəzərdə tutulmuş bütün sənədlərin təqdim edilməsi və tələblərə əməl edilməsi iş materialları ilə öz təsdiqini tapmışdır.

40. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-2194/2021saylı işi üzrə xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırmalı olsa da, cavabdeh tərəfindən belə əsaslandırma aparılmamış, iddiaçılar tərəfindən məhz hansı pozuntuya yol verilməsi qeyd edilməmişdir.

41. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-2025/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçıya məxsus mənzilin yerləşdiyi binada digər birinci mərtəbədə yerləşən mənzillər artıq qeyri-yaşayış sahələrinə keçirilmiş və fəaliyyət də göstərirlər. Məhz iddiaçının mənzilinə münasibətdə iddiaçının tələbinin təmin edilməməsi ilə bağlı cavabdeh inzibati orqanın gəldiyi nəticə inzibati icraat haqqında qanunvericiliyin tələblərinə ziddir.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1842/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərarında (üç ulduzlu) qeyd edilmişdir ki, mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır?

43. Birinci instansiya məhkəməsinin icraatı zamanı məhkəmənin sorğusuna cavab olaraq AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən: Ümumi sahəsi 57.8 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi, 2 ünvanında yerləşən mənzillərin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Cavabdeh 324 nömrəli, 13 iyun 2014-cü il tarixli, 327 nömrəli, 13 sentyabr 2018-ci il tarixli sərəncamlarının mövcudluğu təsdiqini tapmışdır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi və mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncamın verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması qanunvericiliyin məqsədlərinə uyğundur.

45. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən əsaslardan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-320/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-320/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar