Məhkəmə qərarları › İş №2-1(103)-3130/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3130/2024

27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3130/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(112)-4693/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi əsaslı və qanuni olduğu üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun təmin edilməsi, 52 yaşının tamam olan xx.xx.2017-ci il tarixdən etibarən ödənilməsi vəzifəsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir

2. Sonradan iddiaçının nümayəndəsi-vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 22 il, 24 gün, güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə və vəzifələrdə iş stajının 16 (on altı) il olduğuna əsaslanaraq 52 yaşının tamam olan xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təmin edilməsi vəzifəsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 07 dekabr 1983-cü il tarixdən hazırki vaxtadək fasiləsiz əmək stajına malikdir. Ümumi əmək stajı 40 (qırx) ildir. 01 yanvar 2006cı il tarixədək ümumi iş stajı 21 il, 11 ay, 23 gün təşkil edir. Onun 17 ilini, xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək dənizdə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə və vəzifələrdə işləmişdir. Güzəştli şərtlərlə pensiya hüququ verən peşə və vəzifələr üzrə xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək “Azərdənizneft” İstehsalat Birliyində mühəndis axtarış bölümündə 3-cü dərəcəli qazmaçı vəzifəsində işləmişdir. xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək “Xəzərdənizneftqaz” İB-nin Kompleks X10 İdarəsinin kəşfiyyat partiyasında qazma qurğusunun maşinisti, xx.xx.1990xx.xx.1992-ci il tarixləri arasındakı dövrdə həmin idarədə laborant kollektor vəzifəsində, xx.xx.1992-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində geoloq, xx.xx.1997-ci ildən xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində laboratoriya rəisi, xx.xx.1998-ci ildən xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində geoloq, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində X7 vəTopoqrafiya İdarəsində geoloji şöbədə rəis vəzifəsində işləmişdir ki, bu müddətləri birləşdirəndə güzəştli şərtlərlə 17 (on yeddi) il toplam iş stajı vardır ki, bunlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cıı il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış şəxslərə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıda nəzərdə tutulmuş “Yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın 10100000 “Faydalı qazıntıların çıxarılması, Geoloji kəşfiyyat işləri, şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, reokonstruksiyası, texniki cəhətcə təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması bəndinin 1010100q-12714 yarımbəndində karotaçılar peşəsi, 1010100q- 20601 yarımbəndində qeofizik-tədqiqatçı, 11000000 “X Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və sistin emalı” bölməsinin 1100000b; b)Rəhbərlər və mütəxəssislər yarımbəndində 1100000b-17541 yarımbəndində quyularda geofiziki təhqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri. ustaları peşələri təsbit olunmuşdur. Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 Nömrəli siyahıda göstərilmişdir. O, gənc vaxtlarından güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə, vəzifələrdə çalışmışdır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə pensiya təyinatı üçün 30 oktyabr 2023-cü il tarixli müraciəti imtina ilə nəticələnmişdir. Hesab edir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına etdiyi müraciət ərizəsinə verilən imtina əsassızdır və qanunsuzdur.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, işin faktiki hallarına əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə ona 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, onun Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə işlədiyi fəhlə, qazma qurğusunun maşınisti, laborant-kollektor, geoloq, laboratoriya rəisi, rəis, rəis müavini, baş geoloq-rəis müavini vəzifələri üzrə iş stajı haqqında (çöl iş günlərinin sayı) məlumatlar göstərilmədiyindən şəxsin güzəştli iş stajını müəyyən etmək mümkün olmamış, həmçinin 1 yanvar 2006-cı il tarixədək iddiaçının ümumi iş stajının 25 ildən az (21 il 9 ay 17 gün) olduğu müəyyən edilmişdir. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ganunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İş materiallarına əlavə olunmuş AA ******* seriyalı şəxsiyyət vəsiqəsindən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür, 52 yaşı xx.xx.2017-ci il tarixdə tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə güvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haggında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olarag, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az 21 il 9 ay 17 gün təşkil etmişdir. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən ümumi sosial sığorta stajına onun hərbi xidmət və əmək kitabçasında qeyd edilən xx.xx.2006-cı il tarixədək olan bütün dövrləri daxil edilsə də, İddiaçı ümumi sosial sığorta stajı 25 ilə tamamlana bilməmişdir. İddiaçı mübahisələndirilməyən ümumi sosial sığorta stajına aşağıdakı dövrlər daxil edilmişdir: xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək; xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək; xx.xx.1986-cı ıl tarixdən xx.xx.1988-ci il tarixədək; xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək; xx.xx.1990-cı il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlər. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən SOCAR-ın 25 sentyabr 2023-cü il tarixli 14-2/2-Z-95-1/2023-3068 nömrəli arayışında onun xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1986-xx.xx.1987-ci il və xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər əzrində “Azərdənizneftinşaat” trestinin Mənzil-Kommunal Kontoruna yumşaq dam örtüyü üzrə fəhlə, SOCAR “Geofizika və geologiya idarəsi”nin 4 iyul 2023-cü il tarixli 14-2-4/2-Z-6- 42/2023-42 nömrəli arayışında isə xx.xx.1990xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneftqaz” İB-nin Kompleks X10 İdarəsinin kəşfiyyat partiyasında qazma qurğusunun maşinisti, xx.xx.1990- xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə laborant-kollektor, xx.xx.1992xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində geoloq, xx.xx.1997- xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində laboratoriya rəisi, xx.xx.1998-xx.xx.2000- ci il tarixləri arasındakı dövr ərzində geoloq, xx.xx.2003-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində X7 və Topoqrafiya İdarəsində Geoloji şöbədə rəis, xx.xx.2009-xx.xx.2014-cü il tarixləri arasındakı dövr əzrində baş geoloq-rəis müavini, xx.xx.2014-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində X8 İstehsalat bölümündə geologiya üzrə rəis müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışlarda iddiaçının çöl iş şəraitində işlədiyi vəzifələr üzrə iş stajı haqqında (çöl iş günlərinin sayı) məlumatlar göstərilmədiyindən şəxsin güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur.

5. Bakı İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(112)-4693/2024 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçı xx.xx.1965-ci il təvəllüdlü İddiaçı 52 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2020-ci il tarixdən hesablanaraq, ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə həvalə edilməsi qərara alınmışdır.

6. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

7. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmənin işəgötürənin qərarda qeyd olunan uyğunluğu təsdiq edən müvafiq arayışı olmadan sözügedən qənaətə hansı sənədlərə əsasən gəlməsi, iddiaçının əmək kitabçasındakı vəzifələri, peşələri 1 nömrəli siyahıdakı kodlara uyğunlaşdırması isə aydın deyil. Hazırkı iş üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

10. İş materiallarından görünür ki, AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında pasport qeydiyyatındadır. HЗ seriyalı ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək (2 il 29 gün) həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1986-cı ildə doldurulmuş ИT-İ seriyalı ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki İddiaçı aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: “Azərdənizneftikintiinşaat” trestinin Mənzil Kommunal Kontorunda (iş stajı: 04 ay, 08 gün + 02 il, 4 ay, 14 gün = 02 il, 08 ay, 22 gün) xx.xx.1983-cü il tarixdə 2-ci dərəcəli dam örtükləri fəhləsi vəzifəsinə qəbul edilmişdir; xx.xx.1984-cü il tarixdə Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1986-cı il tarixdə 2-ci dərəcəli dam örtükləri fəhləsi vəzifəsinə qəbul edilmişdir; xx.xx.1987-ci il tarixdə 3-cü dərəcəli dam örtükləri fəhləsi vəzifəsinə keçirilmişdir; xx.xx.1988-ci il tarixdə müvəqqəti olaraq təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinə keçirilmişdir; xx.xx.1988-ci il tarixdə “Dövlətsənayedənizneftqaz” Dövlət ETM-yə keçirilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunmuşdur. “Dövlətsənayedənizneftqaz” Dövlət ETM-də (iş stajı: 11 ay, 27 gün) xx.xx.1989-cu il tarixdə “Azərdənizneftyoltikinti” trestinin Mənzil Kommunal Kontorundan keçirilməklə dənizdə mühəndis kəşfiyyatı şöbəsinə quyuların mexaniki qazılması üzrə qazmaçı köməkçisi vəzifəsinə qəbul olunmuşdur; xx.xx.1989-cu il tarixdə eyni şöbədə dənizdə üzən qazma aqreqatının 3-cü dərəcəli qazmaçı köməkçisi vəzifəsinə keçirilmişdir; xx.xx.1989-cu il tarixdə “Xəzərdənizneftqaz” X6 X10 İdarəsinə keçirilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunmuşdur. “Xəzərdənizneftqaz” X6 X10 İdarəsində (xx.xx.2006-cı il tarixədək iş stajı: 15 il, 11 ay, 29 gün) xx.xx.1990-cı il tarixdə “Xəzərdənizneftqaz” X6 X10 İdarəsindən köçürmə yolu ilə kəşfiyyat partiyasına 3-cü dərəcəli qazma qurğusunun maşinisti qəbul edilmişdir; xx.xx.1990-cı il tarixdə kəşfiyyat partiyasının 3-cü dərəcəli qazma qurğusunun maşinistinə 4 -cü dərəcə təyin edilmişdir; xx.xx.1990-cı il tarixdə kəşfiyyat partiyasına 3-cü dərəcəli laborant-kollektor keçirilmişdir; xx.xx.1992-ci il tarixdə kəşfiyyat partiyasına geoloq vəzifəsinə keçirilib. xx.xx.1996-cı il tarixdə həmin kəşfiyyat partiyasında 9 - cu dərəcəli geoloq vəzifəsinə keçirilmişdir; xx.xx.1997-ci il tarixdə həmin kəşfiyyat partiyasında 11-ci dərəcəli laboratoriya rəisi vəzifəsinə keçirilmişdir; xx.xx.1998-ci il tarixdə həmin kəşfiyyat partiyasında 12 - ci dərəcəli geoloq vəzifəsinə keçirilmişdir. xx.xx.2000-ci il tarixdə həmin kəşfiyyat partiyasında 13 - cü dərəcəli laboratoriya rəisi vəzifəsinə keçirilmişdir. “Quruda və Dənizdə Neft və Qazçıxarma” İstehsalar Birlikləri birləşdirilmiş və onların bazasında “Azneft” İstehsalat Birliyi yaradılmışdır. “Kompleks - X2” və “Kompleks X10 İdarəsi” birləşdirilib, onların bazasında “X7 və Topoqrafiya İdarəsi” yaradılmışdır. xx.xx.2003-cü il tarixdə struktur dəyişikliyinə əsasən İdarənin Geoloji şöbəsinə 15-ci dərəcəli rəis vəzifəsinə qəbul edilib və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3 - cü bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, onunla xx.xx.1999- cu ildə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir; xx.xx.2006-cı il tarixdə “Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan “X7 və Topoqrafiya İdarəsi” mövcud təşkilati - hüquqi forması dəyişdirilmədən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Geofizika və geologiya İdarəsi” - nin tabeliyinə verilmişdir.

11. SOCAR”ın xx.xx.2023-cü il tarixli, 14-2/2-Z-95-1/2023-3068 №-li arxiv arayışında göstərilmişdir ki, SOCAR-ın Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1965-ci il təvəllüdlü İddiaçı iş stajı aşağıdakı kimidir: xx.xx.1983-cü ildə (əmr № 115/k, xx.xx.1983-cü il) “Azərdənizneftinşaat” trestinin Mənzil - Kommunal Kontoruna yumşaq dam örtüyü üzrə 2-ci dərəcəli fəhlə işinə qəbul edilmişdir. xx.xx.1984-cü ildə (əmr №47, xx.xx.1984-cü il) Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1986-cı ildə (əmr № 96/k, xx.xx.1986-cı il) “Azərdənizneftinşaat” trestinin Mənzil - Kommunal Kontoruna yumşaq dam örtüyü üzrə 2-ci dərəcəli fəhlə işinə qəbul edilmişdir. xx.xx.1987-ci ildə (əmr № 36/k, xx.xx.1987-cı il) 3-cü dərəcə verilmişdir. xx.xx.1988-ci ildə (əmr № 141/k) “Gipromorneftqaz” Dövlət Elmi-Tədqiqat Layihə İnstitutuna köçürülməsi ilə əlaqədar işdən azad olunmuşdur. Qeyd: Bəzi arxiv sənədlərində ata adı Zeynalabdin olaraq göstərilmişdir.

12. “SOCAR”ın Geofizika və geologiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 14-2-4/2- Z42/2023-42 №-li “Arxiv arayışı”nda göstərilmişdir ki, İşə qəbul olma: xx.xx.1990-cı il tarixli 5-k saylı əmrə əsasən “Xəzərdənizneftqaz” X4 X10 İdarəsinin kəşfiyyat partiyasına 3-cü dərəcəli qazma qurğusunun maşinisti vəzifəsinə işə qəbul olunub. xx.xx.1990-cı il tarixli 119-k saylı əmrə əsasən həmin partiyaya laborantkollektor, xx.xx.1992-ci il tarixli 20-k saylı əmrə əsasən geoloq, xx.xx.1997-ci il tarixli 9-k saylı əmrə əsasən laboratoriya rəisi, xx.xx.1998-ci il tarixli 102-k saylı əmrə əsasən geoloq, xx.xx.2000-ci il tarixli 2-k saylı əmrə əsasən laboratoriya rəisi, xx.xx.2003-cü il tarixli 9-k saylı əmrə əsasən X7 və Topoqrafiya İdarəsində Geoloji şöbəyə rəis, xx.xx.2009-cu il tarixli 64- k saylı əmrə əsasən Baş geoloq-rəis müavini, xx.xx.2014-cü il tarixli 1029-k saylı əmrə əsasən X8 İstehsalat Bölümündə geologiya üzrə rəis müavini vəzifəsinə keçirilib. İşdən azad olma: xx.xx.2016-cı il tarixli 20B000562 saylı əmrə əsasən işdən azad edilib. Cəmi iş stajı: xx.xx.1990-cı il tarixli il tarixindən xx.xx.2016-cı il tarixinə kimi 26 il 6 ay 11 gündür. Cəmi güzəştli iş stajı: xx.xx.1990-cı il tarixli il tarixindən xx.xx.2003-cü il tarixinə qədər 13 il 4 aydır. İddiaçı qazma qurğusunun maşinisti laborant-kollektor, geoloq, laboratoriya rəisi vəzifələrində işləyənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 1.3. kodundakı Geologiya kəşfiyyat işləri (yerüstü) - ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiyageodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər ilə eyni əmək funksiyasını yerinə yetirir. Adlandırma: SSRİ Neftqazsənayesi Nazirliyinin xx.xx.1988-ci il tarixli, 220 saylı əmrinə əsasən "Xəzərdənizneftqazsənaye" İstehsalat Birliyi ləğv olunub və "Xəzərdənizneftqaz" İstehsalat Birliyi yaradılmışdır (əmr İstehsalat Birliyi №148 xx.xx.1988). X5 X9 (əmr № 229 xx.xx.1989-cu il) əsasında Kompleks X10 İdarəsi təşkil edilmişdir. ( əmr № 179 xx.xx.1989-cu il).“ Quruda və Dənizdə Neft və Qazçıxarma” İstehsalat Birlikləri birləşdirilmiş və onların bazasında “Azneft” İstehsalat Birliyi yaradılıb (Azərbaycan Respublikası Dövlət Neft şirkətinin 25 saylı əmri xx.xx.2003-cü il). “X1” və “ Kompleks X10 İdarəsi” birləşdirilib onların bazasında “X7 və Topoqrafiya İdarəsi (KGKTİ) yaradılıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli 64 nömrəli əmrinə əsasən KGKTİ hüquqi şəxs statusuna malik olmayan qurum kimi Geofizika və Geologiya idarəsinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Geofizika və Geologiya idarəsinin strukturunun təkmilləşdirilməsi haqqında” 10 avqust 2012-ci il tarixli 104 nömrəli əmrinə əsasən X7 və Topoqrafiya İdarəsi ləğv edilmiş, X8 Ekspedisiyası yaradılmışdır. Geofizika və geologiya İdarəsinin (GGİ) tabeliyində olan X8 Ekspedisiyası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2013-cü il tarixli 13- 1000-01-SM-05- 000033 saylı əmri ilə X8 İstehsalat Bölümü adlandırılmışdır.

13. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq verilmiş “Azneft” İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli, 14-2-1/2-233/2024 №li məktubunda göstərilmişdir ki, sorğu məktubunda qeyd olunan İddiaçı Zeynalabdi oğluna verilmiş xx.xx.2023-cü il tarixli 14-2-4/2-Z-95-1/2023-3068 nömrəli arxiv arayışı “Azneft” İstehsalat Birliyi tərəfindən deyil, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmişdir. Vətəndaşa güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə əmək (sığorta) stajı ilə bağlı məlumatın verilməsi üçün Baş ofisinin Mərkəzi arxivi tərəfindən həmin arxiv arayışının bir nüsxəsi SOCAR-ın Sosial İnkişaf İdarəsinə (Sİİ) göndərilmiş və Sİİ-nin xx.xx.2023-cü il tarixli 14-2-10/2-Z-95-1/2023-17 nömrəli məktubu ilə vətəndaşa cavab göndərilmişdir. SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinin xx.xx.2023-cü il tarixli 14-2- 4/2-Z-95-1/2023- 3068 nömrəli arxiv arayışındakı qeydlərə əsasən İddiaçı Zeynalabdi oğlu “Azərdənizneftinşaat” trestinin Mənzil Kommunal Kontorunda xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək yumşaq dam örtüyü üzrə fəhlə peşəsində işləmişdir. Sorğu məktubunda qeyd olunan 1-ci məsələ, “İddiaçı Zeynalabdi oğlunun yuxarıda sadalanan işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”sı üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrlə (vəzifələrlə) uyğunluq təşkil edib-etməməsi barədə (kodlara istinad etməklə) məlumat verilməsi” ilə bağlı bildirilmişdir ki, İddiaçı Zeynalabdi oğlunun “Azərdənizneftinşaat” trestinin Mənzil Kommunal Kontorunda işlədiyi yumşaq dam örtüyü üzrə fəhlə peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulmuş peşələrə uyğun deyil. İddiaçı Zeynalabdi oğlunun “Azərdənizneftinşaat” trestinin Mənzil Kommunal Kontorunda xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək (4 ay 9 gün) və xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək (2 il 3 ay 15 gün) işlədiyi yumşaq dam örtüyü üzrə fəhlə peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 27-ci “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində 2290000а—13201 kodu ilə qeyd edilmiş “mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə-taxtapuşçular” peşəsinə uyğundur. Sorğu məktubunda qeyd olunan 2-ci məsələ, “İddiaçı Zeynalabdi oğlunun çöl şəraitində işlədiyi vəzifələr üzrə iş stajı (çöl iş günlərinin sayı) haqqında məlumatın müvafiq təsdiqedici sənədlərlə birlikdə məhkəməyə təqdim edilməsi” ilə bağlı bildirilmişdir ki, “Azərdənizneftinşaat” trestinin Mənzil Kommunal Kontorun sənədləri SOCAR-ın Baş ofisinin Mərkəzi arxivində saxlanılır və tələb olunan məlumatların arxivdə saxlanılan sənədlərdə mövcud olub-olmadığını müəyyən etmək “Azneft” İstehsalat Birliyinin imkanları xaricindədir və vətəndaşın çöl şəraitində işlədiyi vəzifələr üzrə iş stajı haqqında məlumatların təqdim edilməsi üçün SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinə müraciət olunması məqsədəmüvafiq hesab olunmuşdur.

14. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3- 17-1/2-P-277435/2023 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 İİ azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin.edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensıyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək İddiaçı ümumi iş stajı 25 ildən az (21 il 9 ay 17 gün (xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu İl, xx.xx.1990-xx.xx.2005-cİ il tarixləri arasındakı dövrlər)) təşkil edir. Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın 25 sentyabr 2023-cü il tarixli 14-2/2-Z-95- 1/2023-3068 nömrəli İddiaçı dair arayışında xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1986xx.xx.1987-ci il və xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər əzrində “Azərdənizneftinşaat” trestinin Mənzil-Kommunal Konturuna yumşaq dam örtüyü üzrə fəhlə, SOCAR “Geofizika və geologiya idarəsi”nin, 4 iyul 2023-cü il tarixli 14-2-4/2-Z-6- 42/2023-42 nömrəli arayışında isə xx.xx.1990- xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneftqaz” İB-nin Kompleks X10 idarəsinin kəşfiyyat partiyasında qazma qurğusunun maşinisti, xx.xx.1990-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə laborantkollektor/xx.xx.1992-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində geoloq, xx.xx.1997- xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində laboratoriya rəisi, xx.xx.1998-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində geoloq, xx.xx.2003-xx.xx.2009cu il tarixləri arasındakı dövr ərzində X7 və Topoqrafiya idarəsində Geoloji şöbədə rəis, xx.xx.2009-xx.xx.2014-cü il tarixləri arasındakı dövr əzrində baş geoloq-rəis müavini, xx.xx.2014-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində X8 istehsalat bölümündə geologiya üzrə rəis müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışlarda çöl iş şəraitində işlədiyi vəzifələr üzrə iş stajı haqqında (çöl iş günlərinin sayı) məlumatlar göstərilmədiyindən adıçəkilən şəxsin güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MƏHKƏMƏNİN MÖVQEYİ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

15. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

16. .“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: -9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; -9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir.

17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir.

18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, kişi cinsindən şəxsin 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalı; 3) 10 il xüsusi və 20 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır.

20. Yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1965-ci il təvəllüdlü iddiaçının xx.xx.2017-ci il tarixində, yəni 52 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir.

21. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda və yazılı etirazında bildirmişdir ki, çöl iş şəraitində işlədiyi vəzifələr üzrə iş stajı haqqında (çöl iş günlərinin sayı) məlumatlar göstərilmədiyindən adıçəkilən şəxsin güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır.

22. İddiaçının ümumi iş stajı ilə bağlı məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.

23. Nəzərə alınmalıdır ki, inzibati məhkəmələr inzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarətini həyata keçirməklə bərabər, həm də onların fəaliyyətinin legitimləşdirilməsini, yəni qanunauyğunluğunu təmin edirlər. Başqa sözlə, inzibati orqanların fəaliyyəti (onların qəbul etdiyi qərarlar, hərəkət və ya hərəkətsizliyi) qanunauyğun olduğu hallarda inzibati məhkəmələr onun qanuniliyini təsdiq edir, qanunsuz olduğu hallarda isə məhkəmə nəzarəti çərçivəsində həmin fəaliyyətin qanuna uyğunlaşdırılması barədə inzibati orqanların üzərinə vəzifə qoyurlar. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)- 2197/2020 nömrəli qərarı)

24. İddiaçının ümumi iş stajına nisbətdə qeyd edilməlidir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri əmək kitabçasında olan qeydlər ilə birgə nəzərə alınaraq sosial sığorta stajına da daxil edilməlidir. İddiaçının hərbi xidmət müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin hərbi xidmət müddətinin icrası zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olubolmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti hərbi xidmət müddəti pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır.

25. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

26. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir.

27. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hərbi müddəti xx.xx.1984xx.xx.1986-cı il tarixləri arasındakı dövr olmaqla ümumilikdə 02 il, 29 gün təşkil edir ki, həmin müddət onun ümumi sosial sığorta stajına əlavə edilməlidir.

28. Məhkəmə işin mübahisəli bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.

29. İddiaçının ümumi iş stajı ilə bağlı məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.

30. Məhkəmə iddiaçının ümumi iş stajı ilə bağlı münasibətdə qeyd edir ki, 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın “Sosial sığorta stajının hesablanması proseduru” adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X12) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.

33. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxarıq məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir.

34. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçının ümumi iş stajı (xx.xx.2006-cı ilədək) 19 il 08 ay 18 gün təşkil edir.

35. Məhkəmə qanunvericiliyin müddəalarını hərbi biletdə və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 20 ildən çox (19 il 08 ay 18 gün + 2 il 29 gün hərbi xidmət dövrü) təşkil edir.

36. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün ümumi iş stajı ilə bağlı şərti də ödəmişdir.

37. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

38. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

40. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.

41. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.

42. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

43. Şərh olunan normaların məzmunundan da müəyyən olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmaq iddiasında olan şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu barədə işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməlidir.

44. İş materiallarında olan “SOCAR”ın Geofizika və geologiya İdarəsinin xx.xx.2023cü il tarixli, 14-2-4/2-Z-42/2023-42 №-li “Arxiv arayışı”nda göstərilmişdir ki, İddiaçı qazma qurğusunun maşinisti laborant-kollektor, geoloq, laboratoriya rəisi vəzifələrində işləyənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 1.3. kodundakı Geologiya kəşfiyyat işləri (yerüstü) ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər ilə eyni əmək funksiyasını yerinə yetirir.

45. Birinci instansiya məhkəməsi hesab edir ki, “SOCAR”ın Geofizika və geologiya İdarəsi tərəfindən verilmiş arayışda iddiaçının zərərli işlərdə işləməsi qeyd olunsa da, sonuncunun həyata keçirdiyi işlər (vəzifələr) arayışda uyğun sahə və kodla göstərilməmişdir.

46. Belə ki, iş materiallarında olan iddiaçıya aid əmək kitabçasındakı işə götürən tərəfindən aparılmış qeydlərə əsasən iddiaçının xx.xx.2023-cü il tarixli arayışda göstərilən dövrlərdə həyata keçirdiyi əmək fəaliyyəti və görülən işlər məhz dənizdə həyata keçirilmişdir ki, qeyd olunan vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında nəzərdə tutulmuşdur: Kod 11000000, Fəsil X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı: kod 11000000 1. Qazma , kod 1100000a a) fəhlələr 1100000a—11297 neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları; 1100000a—13592 neft və qaz üzrə qazma qurğularının maşinistləri; 1100000b b) Rəhbərlər və mütəxəssislər 1100000b—17541 quyularda geofiziki tədqiqatlar aparan mədən‐geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən‐geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları;

47. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarının 1-1-ci bəndində göstərilmişdir ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilər güzəştli pensiya hüququna malikdirlər.

48. Bundan əlavə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sədri tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan MR İdarəsinin, bütün şəhər və rayon şöbələrinin rəhbərlərinə ünvanlanmış “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiqi barədə 08 noyabr 2007-ci il tarixli xx/xx-3402 №li məktubda göstərilmişdir ki, siyahıya işçilərin peşələri ümumi adda daxil edilmişdirsə, bu halda bütün peşələrdə çalışan işçilərin, o cümlədən baş, böyük mütəxəssislər və onların köməkçilərinin güzəştli şərtlərlə pensiya hüququ vardır. Məsələn: Qazmaçı-qazmaçı köməkçisi, mexanik – müxanik köməkçsi, usta-usta köməkçisi və s.

49. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.

50. “Normativ haquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə müvafiq olaraq fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdrən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.

51. Birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etmişdir ki, pensiya hüququ yaranan xx.xx.2017-ci il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən çox təşkil edir.

52. İşin hallarının bu vəziyyətində, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşə və istehsalatlarda işlədiyinə və o cümlədən sübutların cavabdeh inzibati orqan tərəfindən tam və hərtərəfli araşdırıldaqdan sonra qiymətləndirilməsi prinsipinə uyğun gəlmir və hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.

53. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

54. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.

55. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır.

56. Birinci instansiya məhkəməsi, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 01 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir.

57. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

58. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir.

59. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır.

60. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

61. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.

62. İş materiallarında olan DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş inzibati icraat materiallarından müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya pensiya xx.xx.2020ci il tarixdən hesablanaraq, ödənilməlidir.

63. İddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir.

64. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

65. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

66. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

67. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 20 ildən çox ümumi iş stajına, o cümlədən 10 ildən çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 52 yaşdan (xx.xx.2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

68. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

69. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

70. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(112)-4693/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar