Məhkəmə qərarları › İş №2-1(103)-3133/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3133/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3133/2024 17.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimovadan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh (ərizəçi) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 qızının iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2-1(82)-2887/2016 saylı qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı “1979-cu ildən 1999-cu ilədək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2009-cu il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işin icraatının təzələnməsi barədə qərar qəbul edilməsi və ərizəçi Fondun Suraxanı rayon şöbəsini əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək onun 1979-cu ildən 1999-cu ilədək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2009- cu il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin (bundan sonra-Şöbə) üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(82)-2887/2016 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan apeliyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2-1(103)-2472/2016 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qismən təmin edilmiş, birdəfəlik ödənilməsi hissəsində ləğv edilmiş, digər hissədə dəyişdirilmədən saxlanılmışdır. “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemi”ndə (İAMAS) mövcud olan məlumatlara əsasən məlum olmuşdur ki, 2016-cı ilin iyul ayınadək ünvan 1 ünvanında rəsmi qeydiyyatda olmuş, 2016cı ilin iyul ayının 14-dən ünvan 2 ünvanına rəsmi qeydiyyata alınmış və 2017-ci ilin fevral ayının 26-dan isə əvvəlki - ünvan 1 ünvanına qayıtmaqla qeydiyyata alınmış xx.xx.1959-cu il təvəllüdlü İddiaçı adından yazıldığı və saxtalaşdırıldığı ehtimal edilən imza edilməklə 21,07.2016-cı il tarixli pensiya təyinatı barədə ərizəsi (1 nömrəli əlavə) Fondun keçmiş Bakı şəhəri Suraxanı rayon şöbəsində (bundan sonra - Şöbə) xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmaqla Şöbənin Pensiya təyin edən komissiyasının xx.xx.2016-cı il tarixli 1406 Nə-li qərarı əsasında xx.xx.2016-cı il tarixdən 57 yaşının tamam olduğu gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinin şərtlərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na (bundan sonra - Güzəştli siyahı) istinad etməklə və əmək kitabçası üzrə 2006cı ilədək hesablanmış 28 il 3 ay sosial sığorta stajı nəzərə alınmaqla 173,79 manat məbləğində güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmiş, xx.xx.2016-cı il tarixdən ödənişinə başlanılmışdır. Ümumiyyətlə, İddiaçı aylıq pensiya məbləğinin hesablanmasını bildirən hər hansı qeyd pensiya işində aşkar edilməmiş, Şöbənin qərarını hazırlayan və hesablamanı aparan məsul əməkdaş həmin qərarın arxa hissəsində heç bir məlumat göstərməmişdir. Araşdırma zamanı Şöbə tərəfindən İddiaçı adına açılmış pensiya işində və “Pensiyaçının uçot vərəqi”ndə onun Şöbəyə 2004-2005-ci illərin orta aylıq əməkhaqqısı nəzərə alınmaqla 50 yaşından əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət sənədi (ərizəsi), Şöbənin Pensiya təyin edən komissiyasının vətəndaşın müraciəti ilə əlaqədar verdiyi imtina qərarı, imtina barədə vətəndaşa Şöbə tərəfindən ünvanlanmış məktub, vətəndaşın məhkəməyə müraciət etməsini təsdiq edən iddianın surəti, məhkəmənin Şöbə ilə yazışmaları, Şöbənin məhkəmələrə göndərdiyi müvafiq etiraz və şikayət sənədləri aşkar edilməmiş, yalnız 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qərarlarının pensiya işinə tikildiyi məlum olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İddiaçı pensiya işinə əlavə edilmiş xx.xx.2016- cı il tarixli 2- 1(82)-2887/2016 nömrəli qərarında qeyd olunanlara əsasən məlum olmuşdur ki, İddiaçı xx.xx.2016-cı il tarixdən ona pensiya təyin edildiyini, lakin xx.xx.1997- ci il tarixinədək 20 il ümumi stajının olduğunu, güzəştli şərtlərlə əmək pensiyası hüququnu xx.xx.2009-cu il tarixdən 50 yaşından qazandığını və həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmaqla əmək pensiyasının təyin edilməli olduğunu bildirməklə Şöbəyə müraciət edilmişdir. Şöbənin İddiaçı ünvanladığı xx.xx.2016-cı il tarixli xx/xx-3354 saylı cavab məktubunda xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş Qanunun 9-cu maddəsinə görə 57 yaşına çatmış sığortaolunan kişilərin azı 25 il sığorta stajına malik olduqda və bunun 12 il 6 ayını zərərli və ağır işlərdə çalışdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı bildirilmişdir. İmtina məktubu əldə edildikdən sonra məhkəmə qərarında qeyd olunanlara görə İddiaçı cavabdeh Şöbəyə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona əmək kitabçası üzrə 1979cu ildən 1999-cu ilədək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2009- cu il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı Şöbəyə qarşı qaldırdığı iddiaya baxılaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1 (82)-2887/2016 nömrəli qəbul etdiyi qərarı ilə iddia tələbi təmin edilmişdir. İddiaçı əmək kitabçası üzrə 1979-cu ildən 1999-cu ilədək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2009-cu il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə təyin edilməsi və və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İddiaçı xeyrinə qəbul edilmiş xx.xx.2016-cı il tarixli qərarına qarşı Şöbə tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016- cı il tarixli qərarı (İş № 2-1 (103)-2472/2016) ilə şikayət qismən təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2887/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qərarı ilə iddianın əmək pensiyasının yenidən hesablanması zamanı yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəyə ona ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməmişdir. Qərar qalan hissələrdə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərarın icra qaydası müəyyən edilərək pensiya fərqinin 3 ay müddətində ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə həvalə edilmişdir. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, İddiaçı iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi və Apellyasiya Məhkəməsinin qərarlarında qeyd olunanlara əsasən məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Şöbənin nümayəndəsi keçirilən məhkəmə iclasına ümumiyyətlə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmələrə məlumat verməmişdir. Məhkəmə də müvafiq qanunvericiliyə əsasən Şöbənin nümayəndəsinin iştirakı olmadan iddiaya baxmışdır. Birinci instansiyanın qərarında qeyd olunanlardan məlum olmuşdur ki, İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin şifahi məhkəmə baxışı iclasında iştirakı zamanı iddianın təmin edilməsi məqsədi ilə iddia ərizəsinə uygun izahat vermişdir. Lakin apellyasiya məhkəməsinin qərarında qeyd olunanlardan məlum olmuşdur ki, məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya göndərilmiş bildiriş “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmış, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Pensiya işinə tikilmiş və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neftqaztikinti trestinin ştampı ilə təsdiq olunmuş İT-İ seriyalı ******* Nə-li əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1976-xx.xx.1977-ci illərdə 53 №-li Bakı Texniki Peşə məktəbində elektrik qaynaqçısı ixtisası üzrə təhsil aldığı, xx.xx.1977-xx.xx.1977-ci il və xx.xx.1979- 01,07.1993-cü il dövr ərzində “Artyomneft” (hazırda Abşeronneft) Neftqazçıxarma İdarəsinin prokat təmir sexində 3, 4 və 5-ci dərəcəli elektrik qaynaqçısı, xx.xx.1993-22.01,1999-cu il dövr ərzində “28 May” adına Neftqazçıxarma İdarəsinin avadanlıqların təmiri sexində 5 və 6-cı dərəcəli əl ilə elektrik qaynaqçısı, xx.xx.1999xx.xx.2005-ci il dövr ərzində “Azərdənizneftinşaat” Trestinin (xx.xx.2007-ci il tarixdən “Neftqaztikinti” tresti adlandırılıb) 2, 4, 7 və 8 saylı İxtisaslaşmış təmir tikinti idarəsində 5-ci dərəcəli əl ilə elektrik qaynaqçısı, xx.xx.2005- xx.xx.2007-ci il dövr ərzində 4 və 5-ci dərəcəli polad və dəmir-beton konstruksiya quraşdırıcısı, xx.xx.2007-xx.xx.2011-ci il dövr ərzində 5-ci dərəcəli əl ilə elektrik qaynaqçısı, xx.xx.2011-ci il tarixindən əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2016-ciı il tarixinədək 5-ci dərəcəli polad və dəmir beton konstruksiya quraşdırıcısı peşələrində çalışmış və hazırda həmin peşədə işlədiyi qeyd edilmişdir. Pensiya işinin tikilmiş NZ seriyalı ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətinə əsasən İddiaçı xx.xx.1977-xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuşdur. Fondun keçmiş Bakı şəhəri Xəzər rayon şöbəsinə təqdim olunması üçün İddiaçı adına “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli ƏM-01/1149 saylı və “Neftqaztikinti” tresti tərəfindən xx.xx.2016-cı il tarixli SOCAR **********60740537X00022 saylı tərtib edilmiş və pensiya işinə tikilmiş izahedici arayışlarında xx.xx.1977-ci il tarixindən arayışın tərtib olunduğu tarixədək “Artyomneft”, “Azərdənizneftinşaat” və “Neftqaztikinti” Neftqazçıxarma idarələrinin trestlərində işlədiyi peşə və vəzifələrin Güzəştli siyahının 35 bölməsinə (ümumi peşələr) aid olduğu qeyd edilmişdir. Məhkəmə qərarlarından göründüyü kimi, 1979-cu il tarixindən 1999-cu il tarixinədək işlədiyi müddətlər nəzərə alınmaqla xx.xx.2009-cu il tarixindən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə təyin edilməsi və yaranmış fərqin birdəfəlik, son apellyasiya qərarı ilə 3 ay ərzində ödənilməsi barədə qərarlar qəbul edilmişdir. Lakin hər 2 instansiya məhkəməsində vətəndaşın xüsusilə zərərli və xüsusilə ağır işlərdə işləməsi və işlədiyi peşələrin Nazirlər Kabinetinin 21,06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahılarda göstərilmiş peşələrə uyğunluğu barədə zəruri tədqiqat işləri aparılmadan, zərərli şəraitdə işlədiyini təsdiq edən əsaslı sənədlər alınmadan iddia tələbi təmin edilərək ümumi mülahizələr əsasında vətəndaşın xeyrinə qərarlar qəbul edilmişdir. Eyni zamanda, məhkəmə instansiyaları tərəfindən Azərbaycan Respublikası İPM-nin 12-14-cü maddələri ilə müəyyən edilmiş tələblərə tam riayət edilmədiyi müşahidə olunmuşdur. Birinci instansiyanın qərarının əsaslandırma hissəsində qeyd olunanlardan məlum olmuşdur ki, məhkəmə iddiaçının işlədiyi peşələrin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı” üzrə XXİİİ 12100000 Ümumi peşələr bölməsi üzrə 12100000- 19906 - rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları” koduna və peşəsinə uyğun hesab etməklə əsaslandırma aparmışdır. Araşdırma ilə müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası da birinci instansiya məhkəməsinin qərarında qeyd olunanları təkrarlamaqla şöbənin apellyasiya şikayətini əsaslı hesab etməyərək vətəndaşın xeyrinə müvafiq qərarlar qəbul etmişdir. Göstərilənlərlə yanaşı, İddiaçı iddiasında bir ifadə istisna olunmaqla qeyd olunanların heç bir dəyişiklik olunmadan eynilə birinci instansiya məhkəməsinin qərar hissəsinə köçürüldüyü aşkar edilmişdir. Belə ki, iddiada vətəndaş pensiyasının yenidən hesablanmasını tələb edilmiş, məhkəmə qərarlarında isə “təyin edilməsi” ifadəsi qeyd edilmişdir. Məhkəmə qərarlarının heç birində pensiyanın hansı təşkilatın əməkhaqqına əsasən hesablanması barədə ümimiyyətlə heç bir məlumat qeyd edilməmişdir. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışları formal olaraq keçirilmiş, məhkəmə qərarlarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti ötən dövrlərdən yenidən hesablanmaqla vətəndaşa təyin edilmiş əmək pensiyasının aylıq məbləğinin yüksək məbləğə çatdırılması və ötən dövrlərdən yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Araşdırma zamanı vətəndaşın pensiya işində olan əmək kitabçasının surətində qeyd olunmuş əl ilə qaynaq elektrik qaynaqçısı peşəsinin Güzəştli siyahının 35-ci “Ümumi peşələr” bölməsinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə, polad və dəmirbeton konstruksiyalarının quraşdırıcısı peşəsinin isə Güzəştli siyahının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsi üzrə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə aid olduğu, hüquqi qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993- cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısına uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, əl ilə qaynaq elektrik qaynaqçısı, həmçinin polad və dəmir-beton konstruksiyalarının quraşdırıcısı peşəsi Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş 2 Nə-li Siyahısında müvafiq olaraq 23200000-19906 və 2290000a-14612 kodları ilə konkret müəyyən edilmiş, bu kodlarla İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ 50 deyil, 57 yaşdan, yəni xx.xx.2016-cı ildən yaranır. Bundan əlavə, yuxarıda da qeyd edildiyi kimi, vətəndaşın işlədiyi idarə-müəssisə tərəfindən İddiaçı adına tərtib olunmuş arayışlarda müvafiq illərdə işlədiyi peşələrin “Güzəştli siyahTnın 35 və 29-cu bölməsində göstərilən peşələrə uyğun olduğu qeyd olunmaqla güzəştli şərtlərlə pensiya hüququnun olduğu bildirilmişdir. Bununla belə, pensiyanın təyin edilməsi barədə qərarın rəsmiləşdirildiyi 2016-cı il tarixinədək İddiaçı 7 il əvvəl, yəni 2009-cu ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 50 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin tələblərinə və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Təyin olunmuş və ödənişi aparılan pensiya işi ilə əlaqədar izahat verməsi üçün İddiaçı əmək kitabçası və digər zəruri sənədlərin əslləri ilə birlikdə Nazirliyə dəvət olunmuş, vətəndaş Nazirliyə gələrək xx.xx.2021-ci il tarixində yazılı izahat təqdim etmişdir. O, izahatında 2016-cı ildə pensiya təyin edildikdən sonra plastik kartını bankdan özünün aldığını qeyd etmişdir. Pensiya məbləğinin onunla eyni idarədə işləyən şəxslərin məbləğindən az olduğu üçün Şöbəyə şifahi müraciəti zamanı Şöbənin Pakizə adlı əməkdaşının ona məhkəmə qərarı ilə 50 yaşından pensiyasının yenidən hesablanmasının mümkün olduğunu, bununla əlaqədar ondan bir sıra sənədlər və bu işlərin həll olunması üçün 7000,0 manat pul istədiyini bildirmişdir. İddiaçı, qanunla pensiya məbləğinin artırılmasının mümkün olduğu halda qeyd olunan məbləğin nə üçün tələb olunduğunu soruşduqda Pakizə, məbləğin məhkəmə qərarlarının alınması üçün lazım olduğunu demişdir. Vətəndaş pensiya məbləğinin yenidən hesablanaraq artırılmasına razılaşmaqla əldə etdiyi 7000,0 manatın 3000,0 manatını Pakizəyə, 4000,0 manatını isə Şöbənin digər əməkdaşı Vüsal adlı şəxsə (X5, FİN 0V3JS0Y) vermişdir. Qeyd olunan məbləği Pakizəyə verdikdən az müddət sonra sonuncunun iş yerini dəyişdiyindən Şöbənin Ziya adlı digər əməkdaşı ona yaxınlaşaraq bu işləri bundan sonra özünün davam etdirəcəyini bildirmişdir. 2016-cı ilin dekabr ayında Şöbəyə çağırılaraq plastik kartının Ziya tərəfindən istənildiyini, aylıq pensiyasının ona əlbəəl verəcəyini, əks halda isə məhkəmənin pensiya məbləğinin 50 yaşdan hesablanması barədə qərarının qüvvədən düşəcəyi deyildikdən sonra plastik kartını həmin şəxsə verdiyini, 2017-ci ilin yanvar-avqust aylarında pensiya məbləğinin bankomatdan Ziya tərəfindən çıxarılaraq ona hər ay 620,0 manat məbləğində pul verildiyini, 2017-ci ilin sentyabr ayında plastik kartının özünə qaytarıldığını bildirmişdir. Məhkəmələrdə proses başa çatdıqdan sonra İddiaçı 50 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının məbləği Qanunun 9.8-ci maddəsinə əsasən 50 yaşdan yenidən hesablanmışdır. Lakin yenidən hesablama barədə Şöbə tərəfindən qərar və ya sərəncam rəsmiləşdirilməmiş, İddiaçı aylıq pensiya məbləğinin yenidən hesablanması barədə hər hansı qeyd pensiya işində və uçot vərəqində aşkar edilməmişdir. 515561 №-li “Pensiyaçının uçot vərəqi”ndə aparılan qeydlərdən müəyyən olmuşdur ki, xx.xx.2009-cu il tarixindən 471,79 manat məbləğində müəyyən olunmuş pensiyanın aylıq məbləği pensiyanın baza hissəsi artırılmaqla və müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə xx.xx.2010-cu il tarixindən 477,83 manat, xx.xx.2010-cu il tarixindən 487,83 manat, xx.xx.2011-ci il tarixindən 512,04 manat, 01.01,2012-ci il tarixindən 548,48 manat, xx.xx.2013-cü il tarixindən 553,62 manat, xx.xx.2013-cu il tarixindən 568,62 manat, 01.01,2014-cü il tarixindən 580,12 manat, 01.01,2015-ci il tarixindən 586,93 manat, xx.xx.2016-cı il tarixindən 607,15 manat, xx.xx.2016-cı il tarixindən 617,16 manata çatdırılmış və 2016-cı ilin dekabr ayından yeni artırılmış məbləğlə ödənişə göndərilmişdir. Pensiyanın məbləği sonrakı dövrlərdə pensiyanın baza hissəsinin artırılması və sığorta hissənin indeksləşdirilməsi nəticəsində xx.xx.2017-ci il tarixindən 680,04 manat, əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirdiyi üçün Qanunun 37.3.1-ci maddəsinə əsasən 6 illik pensiya kapitalı əsasında Şöbədə qeydiyyata alınmamış, vətəndaş tərəfindən imza edilməmiş xx.xx.2017-ci il tarixli ərizə nəzərə alınmaqla xx.xx.2017-ci il tarixindən pensiyasının məbləği yenidən hesablanaraq 834,63 manat məbləğində müəyyən edilmiş, xx.xx.2018-ci il tarixindən pensiyanın məbləği 882,21 manat, xx.xx.2018-ci il tarixindən 882,71 manat, xx.xx.2019-cu il tarixindən 919,02 manat və 01.01,2020-ci il tarixindən 1071,58 manat məbləğində hesablanaraq vətəndaşın plastik kart hesabına köçürülmüşdür. Ümumilikdə, İddiaçı xx.xx.2009-cu il tarixindən 01.11,2020-ci il tarixinədək yenidən hesablama nəzərə alınmaqla cəmi 92572,32 manat məbləğində vəsait ödənilmişdir. İddiaçı plastik kart hesabına köçürülən məbləğlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, Şöbə tərəfindən xx.xx.2009-cu ildən xx.xx.2016-cı ilədək olan dövr üzrə 47866,49 manat ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. Həmin fərq məbləğindən 2016-cı ilin dekabr ayında 10000,0 manat, 2017-ci ilin fevral ayında 9000,0 manat, mart ayında 9019,96 manat, aprel ayında 9019,96 manat, may ayında 5019,96 manat və iyun ayında 5806,61 manat aylıq pensiyanın üzərinə əlavə olunmaqla ödənilmişdir. Vətəndaşın izahatında qeyd olunanları nəzərə alsaq müəyyən olunur ki, onun plastik pensiya kartının Şöbənin işçisində olduğu müddət ərzində hesaba köçürülmüş 48346,81 manat (680,04- 620,0=60,04x8ay=480,32+47866,49=48346,81) məbləğ adıçəkilən işçi və ya bu işdə maraqlı olan şəxs(lər) tərəfindən plastik kart vasitəsilə bankomatdan çıxarılaraq mənimsənilmiş, yenidən hesablanmaqla hesaba köçürülmüş və bankomat vasitəsilə hesabdan çıxarılmış iri məbləğdə vəsait barədə vətəndaşa heç bir məlumat verilməmişdir. Ehtimal olunur ki, dövlətin və cəmiyyətin mənafelərinə qəsd etməklə qeyd olunan cinayət xarakterli hərəkətlərin bilavasitə icraçısı Vüsal Əliyev olmuşdur. Vətəndaşın əmək pensiyası hüququnun müəyyən edilməsi üçün təqdim etdiyi zəruri sənədlərin, o cümlədən əmək kitabçasına əsasən əmək fəaliyyətinin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, onun faktiki ümumi sosial sığorta stajı 01.01,2006-cı il tarixədək 29 il 2 ay təşkil etmiş, eyni zamanda Güzəştli siyahı üzrə xüsusi iş stajına (12 il 6 ay) malik olmuşdur. Qeyd olunanlar nəzərə alındıqda Qanunun 9.1-ci maddəsinə əsasən vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 57 yaşından xx.xx.2016-cı il tarixindən yaranır. Vətəndaşın xx.xx.2016-cı il tarixinə faktiki mövcud olan sosial sığorta stajına və fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına əsasən aylıq pensiyası müvafiq dövrlər üzrə baza hissəsinin artırılması və istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi nəzərə alınmaqla xx.xx.2016-cı il tarixindən 297,67 manat, xx.xx.2017-ci il tarixdən 320,94 manat, xx.xx.2018-ci il tarixindən 339,23 manat, xx.xx.2019-cu il tarixindən 349,41 manat, 01.01,2020-ci ildən 407,41 manat təşkil etməlidir. Qeyd olunmalıdır ki, vətəndaşın pensiyasının 2004-2005-ci illərin əməkhaqqına əsasən hesablanması qüvvədə olan qanunvericiliyə ziddir. Göründüyü kimi, 01.11,2020-ci il tarixi vəziyyətinə vətəndaşın pensiyasının aylıq məbləğinin 407,41 manata qarşı 1071,58 (2 dəfədən çox, 664,17 manat artıq fərqlə) manatla təyin olunması və ödənilməsinə yol verilmişdir. Həmin hesablamalar və dəqiqləşdirmələr nəzərə alınmaqla xx.xx.2016-cı il tarixindən 01.01,2020-ci il tarixinədək olan dövr üzrə İddiaçı qanunvericiliklə cəmi hesablanıb ödənilməli pensiya məbləği 18493,36 manat təşkil edəcəkdir. Beləliklə, hüququ olmadan Şöbə tərəfindən məhkəmə qərarları əsasında ötən dövrlərdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və xx.xx.2020-ci il tarixinədək ödənilməsi nəticəsində İddiaçı plastik kart hesabına köçürülmüş və nağdlaşdırıİmiş cəmi əsassız məbləğ 74078,96 manat (92572,32-18493,36) təşkil etmişdir. Eyni zamanda bildiririk ki, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2021-ci il tarixli 02/2-5462xid-21/3187 nömrəli məktubda sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olduğu bildirilib (surəti əlavə olunur). Həmçinin, qeyd edir ki, hazırki iş üzrə ərizəçi olan Fondun Suraxanı rayon şöbəsinin əsl ərizəçi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yuxarıda qeyd olunanlara əsasən, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(82)-2887/2016 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması zərurəti yaranmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2-1(82)-2887/2016 nömrəli qərarına əsasən iddia təmin edilmiş və İddiaçı əmək kitabçası üzrə 1979-cu ildən 1999-cu ilədək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, iddiaçıya xx.xx.2009-cu il tarixdən (50) yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğindəki fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xx.xx.2016-ci il tarixli 2- 1(103)- 2472/2016 nömrəli qərarına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)- 2887/2016 saylı iş üzrə 09 sentyabr 2016-cı il tarixli qərarı – iddianın əmək pensyasının yenidən hesablanması zamanı yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəyə ona ödənilməsi hissəsində ləğv edilmiş və həmin iş üzrə yeni qərar çıxarmaqla iddia təmin edilməmişdir. Qərar qalab hissələrdə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərarın icra qaydası müəyyən edilərək pensiya fərqinin 3 ay müddətində ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə həvalə edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi MMəhkəməsinin 2-1(82)-2887/2016 saylı iş üzrə 09 sentyabr 2016-cı il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsinin 18 noyabr 2016-cı il tarixli 2- 1(103)-2472/2016 saylı qərarı icra olunması üçün 17 yanvar 2017-ci il tarixli məktub ilə göndərilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorunun müavini – Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi tərəfindən Azərbayan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavininə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əsassız olaraq yaşa görə əmək pensiyası təyin olunması məsələsinə hüquqi qiymət verilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubla daxil olmuş material Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır. Araşdırma nəticəsində toplanmış material Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin sabiq vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq), 308.1 (vəzifə səlahiyytlərindən sui-istifadə etmə), 320.1 və 320.2-ci (saxta sənəd hazırlama və istifadə etmə) maddələri ilə Baş İdarənin İstintaq İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xx.xx.2016-ci il tarixli 2- 1(103)-2472/2016 nömrəli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə xx.xx.2016-cı il tarixində təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2-1(82)-2887/2016 saylı qərardadı ilə ərizə mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2-1(82)-2887/2016 saylı qərardadından ərizəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti işin faktiki halları baxımından ərizə ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətni etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materillarından, o cümlədən “yeni açılmış hallarla bağlı icraatın təzlənməsinə dair” ərizədən məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xx.xx.2016-ci il tarixli 2- 1(103)-2472/2016 nömrəli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə xx.xx.2016-cı il tarixində təqdim edilmişdir. Hazırkı ərizə məhkəməyə xx.xx.2024-cü ildə təqdim edilmişdir. Ərizə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra təqdim edildiyindən məhkəmə ərizənin mümkün sayılmamalı olduğunu hesab edir. İcraatın təzələnməsi üçün İPM-in 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki və inzibati mühakimə icraatının xüsusi növü sayılır və bu icraat apellyasiya və kassasiya qaydasında işə baxılmasından fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırması nəticəsində ədalətli qərarın çıxarılmasına xidmət etsin. Kollegiya ərizəyə mahiyyəti üzrə qiymət verməmişdən əvvəl onun mümkünlüyünə qiymət verilməli olduğunu hesab edir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xx.xx.2016-ci il tarixli 2- 1(103)-2472/2016 nömrəli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə xx.xx.2016-cı il tarixində təqdim edilmişdir. Kolegiya qeyd edir ki, hazırkı ərizə məhkəməyə xx.xx.2024-cü ildə təqdim edilmişdir. Odur ki, ərizə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra təqdim edildiyindən məhkəmə ərizənin mümkün sayılmamalı olduğunu hesab edir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizənin mümkün sayılmaması ilə bağlı qənaəti ilə razılaşaraq onu da qeyd edir ki, cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair dəlilləri yeni sübutların və ya halların aşkar olunması və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmasının mümkün olmaması ilə əlaqədar olmayıb, onun formal mülahizəsindən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəldiyindən ərizəçinin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2-1(82)-2887/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar