Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3134/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X6nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2966/2022 saylı, 06 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” 7949794-L nömrəli, xx.xx.2021-ci il tarixli, 7971264-L nömrəli, xx.xx.2021-ci il tarixli, 79471271-L nömrəli, xx.xx.2021-ci il tarixli, 7971250-L nömrəli, xx.xx.2021-ci il tarixli, 7971261-L nömrəli, xx.xx.2021-ci il tarixli, 7971253-L nömrəli, xx.xx.2021-ci il tarixli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2966/2022 saylı, 06 iyul 2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X6 özünün və oğlunun müvəqqəti yaşamaq üçün icazəsinin məhdudlaşdırıldığından yalnız bu hadisədən sonra məlumatı İ olmuşdur. Miqrasiya orqanlarından bu } barədə ona heç bir məlumat ' verilməmiş, məhdudlaşdırılmanın səbəbləri izah edilməmişdir. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün verilmiş icazə vəsiqəsi ləğv olunduğu üçün sahibkarlıq fəaliyyəti sual altında qalmışdır. "xxxx" Məhdud Məsuliyyətli maliyyə dövriyyəsi geniş olan, onlarla azərbaycan vətəndaşını işlə təmin edən, öhdəliyindəki vergiləri vaxtlı-vaxtında ödəyən, qanuni çərçivədə fəaliyyət göstərən hüquqi şəxsdir. Tərəfə heç bir məlumat vermədən və əsaslar göstərmədən müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin ləğv edilməsi onun hüquqlarını pozmuş və sahibkarlıq fəaliyyətini məhdudlaşdırmışdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dıyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan: - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” 7949794-L nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə, Əfqanıstan İslam Respublikasının vətəndaşı Sadiqi X6yə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmişdir; - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” 7971264-L nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə, Əfqanıstan İslam Respublikasının vətəndaşı Razma Saddiqiyə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmişdir; - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” 79471271-L nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə, Əfqanıstan İslam Respublikasının vətəndaşı X1 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmişdir; - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” 7971250-L nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə, Əfqanıstan İslam Respublikasının vətəndaşı X2 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmişdir; - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” 7971261-L nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə, Əfqanıstan İslam Respublikasının vətəndaşı X3 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmişdir; - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” 7971253-L nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə, Əfqanıstan İslam Respublikasının vətəndaşı Soraia Seddiqiyə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmişdir; Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin rədd edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. İşdən görünür ki, iddiaçının Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması əsası ilə ona və ailə üzvlərinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmiş, Azərbaycan Respublikasının Mİqrasiya Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən ona və ailə üzvlərinə verilmiş icazə ləğv edilmişdir. Kollegiya ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” 7949794-L nömrəli, xx.xx.2021-ci il tarixli qərar İddiaçı barədə, digər - 7971264-L nömrəli, xx.xx.2021-ci il tarixli; 79471271-L nömrəli, xx.xx.2021-ci il tarixli; 7971250-L nömrəli, xx.xx.2021-ci il tarixli; 7971261-L nömrəli, xx.xx.2021-ci il tarixli; 7971253-L nömrəli, xx.xx.2021-ci il tarixli qərarlar isə onun ailə üzvləri barədə qəbul edilmişdir. Müvafiq qərarların mətnindən aydın olur ki, həm iddiaçı, həm də ailə üzvləri barədə qəbul edilmiş qərarların əsasında İddiaçı rəhbəri olduğu MMC-nin fəaliyyətinin olmaması, yəni Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş halın aradan qalxması dayanır. Belə olan halda, baxmayaraq ki, hər fərd barədə ayrıca inzibati akt qəbul edilmişdir, məhkəmə kollegiyası müvafiq qərarların ləğv edilməsinə dair tələblərin cari vahid iddia tələbində baxılmasını məqsədəuyğun hesab edir. İddia tələbinin mahiyyətinə gəldikdə isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsinə dair nəticəsi ilə razılaşmır və hesab edir ki, məhkəmə tərəfindən işin faktiki halları düzgün qiymətləndiirlməmişdir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar; 44.2-ci maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 44.3-cü maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. 50.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: ... 50.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; ... 79.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı aşağıda göstərilən hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində kənara çıxarma haqqında qərar qəbul edir: 79.1.1. vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, yaxud müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə; ... “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 8 iyul 2013-cü il tarixli 938 nömrəli Fərmanının 5.4-cü bəndinə əsasən həmin Məcəllənin .....44.2, 79.1-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) vergi ödəyicisi kimi xx.xx.2020-ci il tarixində uçota alınmış, xx.xx.2021-ci il tarixə olan uçot baza məlumatlarına əsasən fəaliyyətin və digər vergi tutulan əməliyyatların dayandırılması barədə məlumat müəyyən edilməmişdir. Hazırda fəaliyyəti aktiv vəziyyətdədir. Vergi ödəyicisinin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən dövriyyə məbləği 109500,0 manat təşkil etmişdir: yanvar 2020 – 0,0 manat, fevral 2020 – 0,0 manat, mart 2020 – 0,0 manat, aprel 2020 – 0,0 manat, may 2020 – 0,0 manat, iyun 2020 – 0,0 manat, iyul 2020 – 0,0 manat, avqust 2020 – 0,0 manat, sentyabr 2020 – 0,0 manat, oktyabr 2020 – 30500,0 manat, noyabr 2020 – 30700,0 manat, dekabr 2020 – 32800,0 manat, yanvar 2021 – 0,0 manat, fevral 2021 – 0,0 manat, mart 2021 – 15500,0 manat, aprel 2021 – 0,0 manat, may 2021 – 0,0 manat, iyun 2021 – 0,0 manat. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsinə dair yekun nəticəsini onunla əsaslandırmışdır ki, “... Miqrasiya Məcəlləsi əcnəbi və vətəndaşlığı olmayan şəxsə müvəqqəti yaşamaq haqqında icazənin verilməsini inzibati orqanın qiymətləndirmə azadlığına və diskresion səlahiyyətinə aid etmiş, lakin şəxsə verilmiş icazənin ləğvini, ölkə ərazisindən çıxarılmasını isə Məcəllənin 50 və 79-cu maddələrində sadalanan konkret hüquqi faktlarla əlaqələndirmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının rəhbəri olduğu MMC-nin 2020-2021-ci illər ərzində 18 ayın 14 ayı üzrə dövriyyə məbləği 0,0 manat olmuşdur. İddiaçı tərəf həmin hüquqi şəxsin fəaliyyətinin olmasına dair hər hansı dəlil irəli sürməmiş, cavabdehin əsaslandığı halları təkzib edəcək hər hansı sübut məhkəməyə təqdim etməmişdir.” Göründüyü kimi, məhkəmə yekun nəticəsini əsaslandırarkən, yalnız iddiaçı tərəfindən vergi ödənişləri üzrə 2020-2021-ci illər ərzində 18 ayın 14 ayı üzrə dövriyyə məbləğinin 0,0 manat olmasını qeyd etmişdir. Halbuki, iş materiallarına 2021-ci ilin iyun ayından sonrakı tarixə aid olan - **********2449 №li, xx.xx.2021-ci il tarixli (12400,97 AZN); **********8462 №li, xx.xx.2021-ci il tarixli (23490,70 AZN); **********8442 №li, xx.xx.2021-ci il tarixli (19825,03 AZN) gömrük bəyannamələri və ödəniş tapşırıqları, həmçinin müvafiq aylar üzrə vergi ödənişlərinin edilməsini əks etdirən bank hesabından çıxarışlar əlavə edilmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, 2020-2021-ci illər ərzində 18 ayın 14 ayı üzrə dövriyyə məbləğinin 0,0 manat olması barədə məlumatı əsas götürülsə də, uçot baza məlumatlarına əsasən "xxxx" MMC-nin fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması barədə məlumat müəyyən edilməməsi və fəaliyyətinin aktiv vəziyyətdə olması məhkəmə tərəfindən nəzərə alınmamışdır. “İnzibati icraat haqqında” AR Qanun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Kollegiya bildirir ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı və ailə üzvlərinin müvəqqəti yaşama hüquqlarının ləğvinə dair inzibati icraat aparılarkən iddiaçının sahibkarlıq fəaliyyətinin mövcudluğunu sübut edən yuxarıda sadalanan faktiki halların araşdırılmış olması iş materiallarından müəyyən edilmir. Eyni zamanda, iddiaçı tərəf apelyasiya şikayətində özü və ailəsi barəsində aparılan inzibati icraatlar barədə məlumatlı olmamalarını, xəbərləri olmadan onlara verilmiş icazə vəsiqələrinin ləğv edildiyini bildirmişdir. Qeyd edilən halların hərtərəfli araşdırılması məqsədilə məhkəmə iclasında iştirak edən cavabdeh orqanın nümayəndəsindən müvafiq inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi tələb edilsə də, bununla bağlı hər hansı material təqdim edilməmişdir. Həmçinin, işin sadalanan faktiki halları birinci instansiya məhkəməsi tərəfindən də nəzərə alınmamış, ətraflı araşdırma aparılmadan yalnış nəticəyə gəlinmişdir. Qeyd edilən qanunvericilik normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” 7949794-L nömrəli, xx.xx.2021-ci il tarixli, 7971264-L nömrəli, xx.xx.2021-ci il tarixli, 79471271-L nömrəli, xx.xx.2021-ci il tarixli, 7971250-L nömrəli, xx.xx.2021-ci il tarixli, 7971261-L nömrəli, xx.xx.2021-ci il tarixli, 7971253-L nömrəli, xx.xx.2021-ci il tarixli qərarların qəbul edilməsi qanunsuz və əsassız olduğundan mübahisələndirilən inzibati aktlar ləğv edilməlidir. İddiaçı apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati məhkəməsi tərəfindən işin halları ətraflı və obyektiv araşdırılmadığından, işin faktiki hallarına düzgün qiymət verilmədiyindən, məhkəmənin mübahisələndirilən qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv ediməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2966/2022 saylı, 06 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin. Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” 7949794-L nömrəli, xx.xx.2021-ci il tarixli, 7971264-L nömrəli, xx.xx.2021-ci il tarixli, 79471271-L nömrəli, xx.xx.2021-ci il tarixli, 7971250-L nömrəli, xx.xx.2021-ci il tarixli, 7971261-L nömrəli, xx.xx.2021-ci il tarixli, 7971253-L nömrəli, xx.xx.2021-ci il tarixli qərarlarının ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3134/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3134/2022
18.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver