Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3139/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilə dair mənzil-kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X18 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X14-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “ünvan 13, 86/87 saylı mənzilə dair mənzil-kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-94/2022 saylı 21 iyun 2022ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı "xxxx" X4 İttifaqı Komitəsinin və X6 Şurasının və MMK-nin birgə iclasının 41 saylı 09 noyabr 2004-cü il tarixli protokolundan çıxarışa əsasən, Birlik tərəfindən "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına, birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alaraq, Birliyə məxsus olan S.Ə.ünvan 3A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə dair Orderin verilmə və Orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, birlikdə yataqxana və mənzil növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi, birlikdə işləyib uzun illərdir mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 3A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqlarımız alınarkən və ya ölkə prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra yataqxanalarda boşalacaq mənzillərin qeyri-şərtsiz həmin mənzillərə dair order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Sənaye Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin təsdiq edilmiş xx.xx.2014-cü il tarixli Təhvil- Qəbul Aktına əsasən, S.Ə.ünvan 3A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. Bakı "xxxx" İstehsalat Birliyinin 0223 saylı xx.xx.2006-cı il tarixli Orderinin surətinə görə, İddiaçı Bakı şəhəri, rayonu, Cavanşir küçəsi, 4 saylı evin 86 və 87 saylı mənzillərini tutmaq hüququna malikdir. Bakı "xxxx" X4 ittifaqı Komitəsinin və X6 Şurasının və MMK-nin birgə iclasının 68 saylı 06 dekabr 2006-cı il tarixli iclasının qərarına əsasən Birliyə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi yataqxana ev 4, mənzil 86/87 İddiaçı verilməsi qərara alınmışdır. Eyni zamanda qeyd olunan qərarda S.Ə.ünvan 3A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmasına baxmayaraq birliyin orderi əsasında fəhlə və qulluqçulara verilmiş mənzillər həmin orderdə göstərilmiş vətəndaşa məxsus olması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 5 ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş (394 yerlik çarpayı tipli) yataqxana binası da balansa qəbul edilmişdir. Hal-hazırda mübahisəli ünvanda yerləşən, dövlət mənzil fonduna aid yataqxana binası və həmin binanın 86/87 saylı mənzili 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı orderin etibarsız hesab edilməsi barədə iddia ərizəsinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılaraq 2(011)-5776/2019 nömrəli, 06 sentyabr 2019-cu il tarixli qətnamə qəbul edilmiş, iddia təmin edilərək, Bakı "xxxx" İB tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 4 saylı yataqxana binasının, 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, 36 kv.mertrlik, 86, 87 nömrəli mənzilinə dair İddiaçı verilmiş 08 dekabr 2006-cı il tarixli, 0223 saylı order etibarsız hesab edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş və mülki iş Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məlumat üçün bildirilir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən edilmişdir ki, həmin mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5776/2019 saylı 06 sentyabr 2019-cu il qətnaməsinə əsasən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı 08 dekabr 2006-cı il tarixli, 0223 saylı orderin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməsi qət edilmişdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1763/2020 saylı iş üzrə qəbul edilmiş 13 fevral 2020-ci il tarixli qətnaməsi ilə, cavabdeh İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Xətai rayon Məhkəməsinin 2(011)- 5776/2019 saylı 06 sentyabr 2019-cu il qətnaməsinin ləğv edilməsi və iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin iddiasının rədd olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3828/2020 saylı iş üzrə qəbul edilmiş 22 sentyabr 2020-ci il tarixli qərarı ilə, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1763/2020 saylı 13 fevral 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanladığı xx.xx.2020-ci il məktubuna əsasən qeyd olunan şəxslərin "xxxx" zavodunun işçisi kimi iş yeri üzrə mənzil növbəsinə götürülüb-götürülməməsi, növbəlik siyahısının rayon icra hakimiyyətində təsdiq edilib-edilməməsi və həmin şəxslərin mənzillə təmin edilib-edilməməsi barədə məlumatları təqdim edilmişdir. Məlumata əsasən, İddiaçı xx.xx.1985-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək "xxxx" zavodunda işləmişdir. O, mənzil verilməsi haqqında növbəlik siyahısında 235-ci adam olaraq növbəyə alınmışdır. Mənzil verilməsi haqqında növbəlik siyahısının Xətai rayon İcra Hakimiyyətində təsdiq edilməsi və şəxsin mənzillə təmin edilib-edilməməsi barədə məlumat yoxdur. 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Bakı şəhər MənzilKommunal Təsərrüfatı Departamentinə ünvanladığı məktubuna əsasən qeyd edilən ünvanda yerləşən binanın 86/87 saylı mənzilində 1992-ci ildən Laçın rayon məcburi köçkünü X5 həyat yoldaşı X3, 2 oğlu X1 və X2 ilə birlikdə məskunlaşmışdır. Həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür, İddiaçı tərəfindən sözügedən mənzil zəbt edilmişdir və hazırda orada yaşamır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 294 saylı xx.xx.2013-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyun 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlərin onlara aid əmlakla birlikdə sərəncamın əlavəsində göstərilən siyahıya uyğun olaraq aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın Əlavəsində göstərilən siyahı üzrə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının 294 saylı xx.xx.2013-cü il tarixli sərəncamının icrası haqqında 122 saylı xx.xx.2013-cü il tarixli sərəncamına əsasən, qeyd edilən yaşayış fondunun balansa və xidmət dairəsinə qəbul etməklə vahid texniki-istismar normalarına uyğun xidmətini və istismarını təmin etmək məqsədilə: Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın 1 saylı Əlavəsində göstərilən siyahı üzrə Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və istismar edilməsi üçün həmin Birliyin tabeliyindəki 136 saylı Mənzil-Kommunaİ İstismar əsinin xidmət dairəsinə verilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın 2 saylı Əlavəsində göstərilən siyahı üzrə 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunaİ Təsərrüfatı Birliyinin balansına və istismar edilməsi üçün həmin Birliyin tabeliyindəki müvafiq mənzil-kommunal istismar sahələrinin xidmət dairəsinə verilmişdir. Həmin sərəncama 2 saylı əlavəyə əsasən, mübahisələndirilən ünvanda yerləşən yataqxana siyahıya daxil edilmişdir. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli arayışına əsasən, Bakı şəhəri, Xətai rayonu, S.Ə.ünvan 3A ünvanında yerləşən yataqxana binası balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı müəyyən edilmişdir ki, ərizəçi X17 iddia etdiyi həmin binanın 82 saylı mənzilində 1993-cü ildən faktiki olaraq Ağdam rayon məcburi köçkünü, 1967-ci il təvəllüdlü X13 ailə üzvləri ilə birlikdə, 83 saylı mənzildə isə 1993-cü ildən faktiki olaraq Füzuli rayon məcburi köçkünü, 1983-cü il təvəllüdlü X19 məskunlaşmışdır. Hal-hazırda da, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 4A saylı evin 82 saylı mənzilində məcburi köçkün N.C.Cəfərova 3 nəfər ailə üzvü ilə (özü, qızı və oğlu) və 83 saylı mənzilində isə məcburi köçkün B.Z.Əmirov 4 nəfər ailə üzvü ilə (özü, arvadı ə 2 qızı) yaşayır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 4 saylı Mənzil İstismar Sahəsinin rəisi vəzifəsində işləyərkən X21 qulluq mövqeyindən sui istifadə edərək: S.Ə.ünvan 3A ünvanında yerləşən yataqxana binasındakı 82 və 83 saylı, 25 saylı, 40 saylı mənzili, Cavanşır küçəsi 4 ünvanında yerləşən yataqxana binasındakı 97 və 99 saylı mənzili,Ramiz Quliyev küçəsi 4 ünvanında yerləşən yataqxana binasındakı 16 saylı, 14 saylı digər şəxslər adına mənzili qanunsuz order əsasında əldə etmişdir. Xətai rayon Məhkəməsinin 1(011)-10/2017 saylı xx.xx.2017-ci il tarixli hökmünə əsasən X21 Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4- cü maddələri ilə təqsirli bilinərək, 4000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Hazırda İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentindən “ünvan 13, 86/87 saylı mənzilə dair mənzil-kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun illərdir ki, Bakı "xxxx" İstehsalat Birliyində işləyərək mənzil növbəsində olmuşdur. Lakin işlədiyi birlik, sovet rejimi dağıldıqdan sonra onu mənzillə təmin edə bilmədikləri üçün, yaşadığı yataqxananın mənzilini, növbəsində olduğu mənzil əvəzi olaraq, Cavanşir küçəsi ev 4, mənzil 86/87-i order əsasında ona verərək, pasport qeydiyyatına alınmışdır. Belə ki, Bakı "xxxx" X8 İttifaqı Komitəsinin və X6 Şurasının və MMK-nin birgə iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı iclasının qərarı ilə Birlik tərəfindən "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına, birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alaraq, Birliyə məxsus olan S.Ə.ünvan 3A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda halhazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə dair Orderin verilmə və Orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, birlikdə yataqxana və mənzil növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi, birlikdə işləyib uzun illərdir mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 3A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqlarımız alınarkən və ya ölkə prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra, yataqxanalarda boşalacaq mənzillərin qeyri-şərtsiz həmin mənzillərə dair order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Daha sonra Bakı "xxxx" X4 ittifaqı Komitəsinin və X6 Şurasının və MMK-nin birgə iclasının 06 dekabr 2006-cı il tarixli, 68 saylı iclasının qərarı ilə Birliyə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi yataqxana ev 4, mənzil 86/87 İddiaçı verilməsi qərara alınmışdır. Eyni zamanda qeyd olunan qərarda S.Ə.ünvan 3A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmasına baxmayaraq birliyin orderi əsasında fəhlə və qulluqçulara verilmiş mənzillər həmin orderdə göstərilmiş vətəndaşa məxsus olması qərara alınmışdır. Göstərilən qərar əsasında həmin mənzilə dair iddiaçının adına order verilmişdir. Qeyd edir ki, həmin mənzil orada uzun illər məskunlaşmış qaçqınlara görə istifadəsində olmasa da, bütün kommunal xidmət haqlarını vaxtı-vaxtında özü ödəmişdir. Daha sonra xx.xx.2014cü il tarixdə Azərbaycan Respublikası Sənaye Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin təsdiq edilmiş Təhvil-Qəbul Aktı ilə S.Ə.ünvan 3A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. Bütün bunlardan sonra 2018-ci il tarixdə ölkə Prezidentinin və 1-ci vitse Prezidenti Mehriban xanımın təşəbbüsü, fərman və sərəncamı ilə qeyd etdiyi yataqxanalardada məskunlaşmış məcburi köçkünlərə və qaçqınlara yeni mənzillər verilmişdir. O isə ailəsi ilə birlikdə mənzillərinə köçürülmüşdür. Bundan sonra mənzil əvəzi order əsasında ona verilmiş mənzilə kirayə müqaviləsinin bağlanması üçün cavabdeh Bakı şəhər MənzilKommunal Təsərrüfatı Departamentinə müraciət etsə də bu günə qədər müraciətinə cavab verilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 5 ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş (394 yerlik çarpayı tipli) yataqxana binası da balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Yataqxana binası balansa qəbul edilən vaxt tam məskunlaşdırılmışdır. Bina uzun müddət təmirsiz istismar olunduğundan aşınmaya məruz qalmış və qüvvədə olan sanitar-texniki normaların pozulması ilə yanaşı binanın əlavə konstruktiv yüklənməsinə və istismar müddətinin azalmasına səbəb olmuşdur. Belə ki, binanın divarlarındakı hörgü daşlarında çoxlu sayda çatların yaranması, üzlük daşlarının tökülməsi, bütün mərtəbələrində mətbəxt və sanitar qovşaqlarının bir çoxunda boşluqlu tavaların armaturlarının ciddi korroziyaya uğrayaraq beton mühafizə qatının dağılması, panellərdə əyintilərin əmələ gəlməsi, eləcə də bütün eyvan tavalarının yükgötürmə qabiliyətlərini itirməsi kimi və bu kimi digər halların mövcud olması müşahidə olunmuşdur. Binanın təcili olaraq yüklülüyünün azaldılmasına ciddi ehtiyac vardır. Bundan əlavə, binada dövlət vəsaiti hesabına bərpa və gücləndirmə işlərinin aparılması iqtisadi cəhətdən səmərəsizdir. Bu səbəbdən də, yaşayan sakinlər müxtəlif dövlət orqanlarına kollektiv müraciətlər edərək, mənzil şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə təmin olunmalarını xahiş etmişlər. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafiq X10 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə 2018-ci ilin iyul ayında Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən yeni mənzillərə köçürülmüş və bu barədə yuxarı dövlət orqanlarına müvafiq qaydada hesabat məlumatları verilmişdir. 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Göründüyü kimi qeyd edilən yataqxanada məskunlaşmış 63 məcburi köçkün ailəsi 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həmin ünvanda yerləşən xüsusi təyinatlı mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 5 yataqxana binasının 86 və 87 saylı mənzillərində 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi X5, arvadı X3, 2 oğlu Pərvin və Elgün Şahverdiyevlər məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür, cavabdeh İddiaçı qeyd edilən binanın 86 və 87 saylı mənzillərindən məcburi köçkün ailələri köçürüldükdən sonra, həmin otaqların qapısını bağlayaraq, sahibliyin həyata keçirilməsinə maneçilik törədir, lakin bir gün də olsun həmin mənzildə yaşamamış və hazırda da yaşamır. Belə ki, İddiaçı mübahisələndirilən orderi əldə edərkən Bakı "xxxx" İB-yi ilə əmək münasibətlərində olmamış, gələcəkdə ələ keçirmək məqsədilə qeyd edilən 86 və 87 saylı mənzillərin qapısını bağlamışdır. İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 10 ünvanda yerləşən fərdi evində qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006cı il tarxli 462 nömrəli Fərmanına və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2006-cı il tarixli 3 nömrəli əmrinə əsasən Bakı "xxxx" İstehsalat Birliyi, "Mühəndis Texnikası" İstehsalat Birliyinin "xxxx" zavodu adlandırılmışdır. Bundan sonra Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2008-ci il tarixli 14 saylı əmrinə əsasən "Mühəndis Texnikası" İstehsalat Birliyi sözləri dəyişdirilərək “Cihaz" İstehsalat Birliyi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazrliyinin xx.xx.2009-cu il tarixli, 60 saylı əmrinə əsasən "xxxx" zavodu “Cihaz" İstehsalat Birliyinin tərkibindən çıxarılaraq "Üfüq" İstehsalat Birliyinin tabeliyinə verilmişdir. Göründüyü kimi, Bakı "xxxx" İstehsalat Birliyi adlı təşkilat mövcud deyil və sözügedən təşkilatın adından məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adlarına 2004- 2006-cı illərə son zamanlarda orderlər yazılmışdır. İddiaçı mənzil növbəsində olduğuna dair hər hansı bir hüquqi sənəd olmamışdır. Onun adına Bakı şəhəri, rayonu, Cavanşir küçəsi, 4 saylı evin 86 və 87 saylı mənzillərinə dair xx.xx.2006-cı il tarixli 0223 saylı order qanunsuz əldə etmişdir. Mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. Cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-94/2022 saylı 21 iyun 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı "xxxx" İstehsalat Birliyin 0223 nömrəli xx.xx.2006-ci il tarixli Orderi ilə İddiaçı istifadəsinə Bakı şəhəri, ünvan 5 evin 86 və 87 saylı mənzilləri verilmişdir. Məhkəmə o halı da qeyd edir ki, orderin verildiyi zaman həmin mənzil məcburi köçkün ailəsi tərəfindən zəbt olunmuşdur. Belə ki, onlar həmin yaşayış sahəsinə qanuni əsasla istifadə və ya sahiblik hüququnu əldə etməmişdirlər. Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 2(103)- 1763/2020 saylı iş üzrə qəbul edilmiş 13 fevral 2020-ci il tarixli qətnaməsi ilə də mənzilin qanuni sahibi ola-ola ona orderin verilməsinin imkansız olması müəyyən edilmişdir. 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Bakı şəhər Mənzil-Kommunal Təsərrüfati Departamentinə ünvanladığı məktubundan görünür ki, ünvan 12na binasının 86 və 87 saylı mənzillərində 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi X5, arvadı X3, 2 oğlu Pərvin və Elgüin Şahverdiyevlər məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. O, qeyd edilən binanın 86 və 87 saylı mənzillərindən məcburi köçkün ailələri köçürüldükdən sonra, həmin otaqların qapısını bağlayaraq, sahibliyin həyala keçirilməsinə maneçilik törədir, lakin bir gıin də olsun həmin mənzildə yaşamamış və hazırda da yaşamır. Beləliklə, Bakı "xxxx" İstehsalat Birliyi adlı mövcüd olmayan təşkilatın adından məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adlarında 2004-2006-cı illərdə orderlər yazılmışdır. ünvan 12na binasının 86/87 saylı mənzilinə dair xx.xx.2006-cı il tarixli 0223 saylı order ona yaşayış sahəsinin verilməsi qaydası və şərtləri pozulmaqla verilmişdir, qərar əsassızdır, mövcud qanunvericiliyin tələblərinə məhəl qoyulmadan, qərəzli olaraq qəbul edilmişdir. Məhkəmə işə cavabdehin mövqeyindən yanaşmaqla heç bir mötəbər sübut olmadan onun mübahisəli mənzildə bir gün də olsa yaşamadığını bildirir. Mübahisə predmeti olan mənzilə dair order 2006-cı il də verilmiş, 2018-ci ildən isə faktiki olaraq həmin mənzildə yaşayır, yəni həmin mənzil hüquqi cəhətdən 16 ildir ki ona məxsusdur, faktiki olaraq isə 4 ildir orada yaşayır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X20 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddiaya dair etirazın məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından cavabdeh inzibati orqan hərəkətsizlik göstərməklə imtina etmişdir. Məhkəmə kollegiyası iddianın Azərbaycan Respublikası İPM-nin 39-cu maddəsinə uyğun şəkildə verildiyini nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı tələbi “ünvan 13, 86/87 saylı mənzilə dair mənzil-kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, onun müraciətinə münasibətdə cavabdeh inzibati orqan şərəkətsizlik göstərmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə Bakı şəhəri, ünvan 5 yataqxana binasının 86/87 saylı mənzilinə dair xx.xx.2006-cı il tarixli 0223 saylı orderin iddiaçıya yaşayış sahəsinin verilməsi qaydası və şərtlərini pozulmaqla verilməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. Azərbaycan SSR-nin 08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənziltikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən, Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla— mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən icarədarın ailə üzvlərinin payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Həmin Məcəllənin 106-cı maddəsinin tələblərinə görə fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Həmin Məcəllənin - 107-ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Azərbaycan SSR Nazirlər Sovetinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir. “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın (XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş, sonrakı əlavə və dəyişikliklərlə) 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydaları təsbit edilmişdir. Qaydaların 28-ci bəndinə görə yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən, mənzil qanunvericiliyi aşağıdakılarla bağlı münasibətləri tənzimləyir: 6.0.1. dövlət və bələdiyyə mənzil fonduna daxil olan yaşayış sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi, dəyişdirilməsi və bu hüquqlara xitam verilməsi; Həmin Məcəllənin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinin tələblərinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Həmin Məcəllənin 56.4-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. Həmin Məcəllənin 62.1-cı maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Göründüyü kimi, İddiaçı verilmiş 0223 saylı 08 dekabr 2006-cı il tarixli orderdə Bakı "xxxx" İB-nin müdiriyyəti və HİK-nın 68 saylı protokolu ilə rəsmiləşdirilməsi, 06 dekabr 2006-cı il tarixli birgə qərarına əsas verilməsi, iş yerinin "xxxx" İB olmaqla növbə əsasında verilməsi qeyd edilsə də iddiaçı həmin dövrdə "xxxx" İB-də işləməmişdir. Belə ki, iddiaçı özünün də göstərdiyi kimi, Bakı "xxxx" Zavodunda 2004-cü ilə kimi işləmişdir. O ki qaldı apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kirayə müqaviləsinin bağlanmasını xahiş etdiyi ünvan 13 ünvanında yerləşən 86/87 saylı mənzilə dair hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Belə ki, işin araşdırılmış hallarına qiymət verərək Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi order etibarlı sənəd sayılsa belə, həmin order xidməti yataqxanada müvvəqqəti olaraq yaşayış sahəsini tutmaq məqsədilə verilmiş sənəd hesab edilməlidir. Çünki həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə yataqxanada mənzil sahəsi vətəndaşlara iş və ya təhsil dövründə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilirdi, mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilirdi və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər iş ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalı idilər. Bu hal baş verməsə də, mənzil sahəsi istəyi olan vətəndaş Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında ərizə verməli, daha sonra isə mənzil-məişət komissiyasının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən baxılmalı və birgə qərar çıxarılmalı idi. Növbəti addım olaraq isə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülənlərin siyahısına daxil edilərək uçot işi müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilməli idi. Həmçinin də “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydalarının 32-ci bəndinin tələbinə görə, idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verildi. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin də tələbinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-94/2022 saylı 21 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3139/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3139/2022
26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver