Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-314/2022 08.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh2nə qarşı “VEMTAS-a daxil edilmiş məlumatların dəyişdirilməsi, ünvanlı sosial yardımın verilməmiş hissəsinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2-1(112)-5401/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 yanında Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvanlı sosial yardım verilməsi məqsədilə Azərbaycan Respublikası Cavabdeh2 yanında Sumqayıt şəhər şöbəsinin VEMTAS-a ailənin ümumi gəliri və mobil telefon xərcləri barədə daxil edilmiş məlumatların dəyişdirilməsi, ona və ailə üzvlərinə hər ay çatacaq ünvanlı sosial yardım məbləğinin 1003 manat məbləğində müəyyən edilməsi, 2018-ci ilin may ayından ünvanlı sosial yardımın verilməmiş 3245,16 manat hissəsinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, 2018-ci ilin may ayından dekabr ayınadək ödənilməmiş 4326,88 manat ünvanlı sosial yardımın ona və ailə üzvlərinə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, 2019-cu ilin yanvar ayından etibarən ünvanlı sosial yardımın məbləğinin hər ay 1276 manat müəyyən edilərək ona və ailə üzvlərinə ödənilməsi öhdəliyinibn cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-211/2019 saylı, 28 yanvar 2019-cu il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-211/2019 saylı, 04 aprel 2019-cu il tarixli qərarına əsasən iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-211/2019 saylı, 04 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 416/2019 saylı, 10 sentyabr 2019-cu il tarixli qərarına əsasən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(85)-211/2019 saylı, 04 aprel 2019-cu il tarixli qərarı ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində yenidən baxılarkən iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ünvanlı sosial yardım verilməsi məqsədi ilə Azərbaycan Respublikası Cavabdeh2 üzərinə VEMTAS-a ailə üzvlərinin ümumi gəliri və mobil telefon xərcləri barədə daxil edilmiş məlumatların dəyişdirilməsi, ona və ailə üzvlərinə hər ay çatacaq ünvanlı sosial yardım məbləğinin 1003 manat məbləğində müəyyən edilməsi, 2018-ci ilin may ayından ünvanlı sosial yardımın verilməmiş 3245,16 manat hissəsinin ona ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2002/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir və cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 ilə əvəz edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-386/2020 saylı, 25 fevral 2020-ci il tarixli qərardadına əsasən inzibati işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-386/2020 saylı, 25 fevral 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-252/2020 saylı, 14 avqust 2020-ci il tarixli qərardadına əsasən Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 386/2020 saylı, 25 fevral 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılaraq, apelyasiya şikayəti təmin edilməmişdir. Qərardaddan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-252/2020 saylı, 14 avqust 2020-ci il tarixli qərardadının ləğv edilməsi, işin yenidən araşdırılması üçün apelyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 151/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-252/2020 saylı, 14 avqust 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin may ayından iddiaçının ailəsinə hər ay 462,14 manat ünvanlı sosial yardım təyin edilmişdir. Həmin məbləğin yenidən düzgün hesablanması barədə tərəfindən Azərbaycan Respublikası Cavabdeh2 yanında Sumqayıt şəhər şöbəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Cavabdeh2 yanında Sumqayıt şəhər şöbəsinin 01 oktyabr 2018-ci il tarixli məktubunda qeyd edilir ki, ailənin adambaşına düşən orta aylıq gəliri 590 manat, telefon xərcləri isə 131 manat təşkil edir. Halbuki onun aylıq əmək haqqının məbləği 137 manat, həyat yoldaşı X1 aylıq əmək haqqı isə 160 manatdır, yəni orta aylıq gəlirlərinin məbləği 297 manat, illik gəlirinin məbləği 3564 manat təşkil edir. Buna görə də X2 və X4 ailənin adambaşına düşən orta aylıq gəliri, eləcə də telefon xərcləri barədə yalnış məlumat daxil edilmişdir. Ailənin adambaşına düşən orta aylıq gəliri 29,70 manatdır. Yalnış məlumat daxil edildiyindən adambaşına düşən orta aylıq gəlirlə ehtiyac meyyarı arasındakı fərq düzgün hesablanmamışdır. Ehtiyac meyarının uyğun gəlməsi üçün ailəyə hər ay 1003 manat məbləğində ünvanlı sosial yardım ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2-1(112)-5401/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Etiraz imtinanın dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının VEMTAS-a sonuncu müraciəti zamanı (2021-ci ilin oktyabr ayı) ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri Qaydaların 5.22-ci bəndində göstərilən qayda üzrə müəyyənləşdirilən məbləğdən çox olduğundan, sosial yardımın hesablanması fərqli qaydada aparılır. VEMTAS-a daxil edilən məlumatlar əsasında ailənin adambaşına düşən orta aylıq gəlirin məbləği 86 manat hesablanmışdır. Həmin məbləğ Qaydalarda qeyd olunan düsturla nəzərdə tutulan məbləğdən (170 (EM) x 0,478% = 81,26 manat) çox olduğundan sosial yardımın məbləği aşağıda qeyd olunan qaydada hesablanmışdır. 1. 12 (ailə üzvü) x 170 nabat (EM) = 2040 manat – hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu; 2. 3500 manat +3000 manat + 7700 manat = 14200 manat – ailənin müraciətindən əvvəlki son 12 ayda muzdlu işdən gəliri; 3. 14200 : 12 (ailə üzvü) = 1183,33 manat – ailənin adambaşına düşən orta aylıq gəliri; 4. 2040 manat – 1183,33 manat = 856,66667 = 856,68 manat – ailəyə düşən ünvanlı sosial yardımın məbləği. 170 manat – 2021-ci il üçün nəzərdə ehtiyac meyarının məbləği (EM). 2021-ci ildə ailə üzvlərinin sayı artıq 12 nəfərə çatmışdır. Beləliklə, yuxarıda qeyd olunan hər iki hesablama qaydası ilə iddiaçıya istər 2018-ci il tarixdə (462 manat 14 qəpik), istərsə də, 2021-ci il tarixdə təyin olunmuş (856,68 manat) ünvanlı sosial yardımın məbləği qanunvericiliyin tələblərinə uyğun şəkildə müəyyən edildiyi tərəflərindən sübuta yetirilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2-1(112)-5401/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda iddiaçı VEMTAS-a ailə üzvlərinin ümumi gəliri və mobil telefon xərcləri barədə daxil edilmiş məlumatların düzgün daxil edilmədiyi əsası ilə həmin məlumatların dəyişdirilməsi, ona və ailə üzvlərinə hər ay çatacaq ünvanlı sosial yardım məbləğinin 1003 manat məbləğində müəyyən edilməsi, 2018-ci ilin may ayından ünvanlı sosial yardımın verilməmiş 3245,16 manat hissəsinin ona ödənilməsi vəzifəsinin qoyulmasını cavabdehdən tələb edir. Azərbaycan Respublikasının Cavabdeh2 yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 01 avqust 2018-ci il tarixli 62/7361 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, ailəni təmsil edən şəxs qismində ailənin ünvanlı sosial yardımın alınması ilə bağlı X2 və X4 (VEMTAS-a) daxil etdiyi 02.05.2018-ci il tarixli, **********97403 saylı müraciəti əsasında sistem tərəfindən avtomatlaşdırılmış qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 5.22-ci bəndinə uyğun olaraq 10 nəfərdən ibarət ailənin 01.05.2018-ci il tarixdən 01.05.2020-ci il tarixədək aylıq 462,14 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmiş və bu barədə qeyd etdiyi əks əlaqə vasitəsinə məlumat göndərilmişdir. Bildirilmişdir ki, VEMTAS-a daxil etdiyi 02.05.2018-ci il tarixli, **********97403 saylı müraciətində ərizə-bəyənnamədə ailə tərkibi özü, həyat yoldaşı və 8 övladı olmaqla 10 nəfərdən, müraciətdən əvvəlki son 12 ayı əhatə edən 01.05.2017-ci il tarixdən 01.05.2018-ci il tarixədək olan dövrdə ailənin ümumi gəlirinin 7080 manat olduğu və həmin dövrdə ailə üzvlərinin mobil telefon xərclərinin 131 manat olduğu göstərilmişdir. Həmin məlumatlar əsasında ailənin orta aylıq gəliri 590 manat (7080/12=590) və ailənin adambaşına düşən orta aylıq gəliri isə 59 manat (590/10=59) təşkil etmişdir. Tədim etdiyi məlumatlar əsasında yaranmış ailənin adambaşına düşən orta aylıq gəliri həmin Qaydaların 5.22-ci bəndində tələb olunan hesablama qaydası üzrə müəyyənləşdirilən ailənin adambaşına düşən orta aylıq gəlirindən az olduğuna görə (ailə başçısını itirməyə görə əmək pensiyası və sosial müvainət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya İ və İİ qrup əlil üzvü olan ailələr istisna olmaqla) (OAG=YM (30%+11,7%+6,1%)+R+RM, YMyaşayış minimumunun ölkə üzrə məbləği, R-ev telefonu üçün ailə ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği, RM-mobil telefon üçün ailənin adambaşına son 12 ay rəzində xərcinin orta aylıq məbləği) həmin bəndin tələblərinə uyğun olaraq ailənin adambaşına düşən orta aylıq gəliri 590 manat (173*0,478%+131/12/10=82,694+1,092=83,786), ehtiyac meyarı ilə adambaşına düşən orta aylıq gəliri arasında yaranmış fərq 42,3685 manat (130-83,786=46,214) və 10 nəfər ailə üzvünə təyin edilmiş sosial yardımın məbləği isə 462,14 manat (10*46,214=462,14) olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 02.05.2018-ci il tarixli, **********97403 saylı müraciəti nəzərə alınaraq ona cavabdeh tərəfindən 462 manat 14 qəpik məbləğində ünvanlı sosial yardım təyin edilmiş və bu barədə təmsilçisinin qeyd etdiyi əks əlaqə vasitəsinə məlumat göndərilmişdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasinin Qanununun 3cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2- ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizəbəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən elektron formada göndərilmiş müraciət həmin gün qeydiyyata alındıqdan sonra istifadəçinin ekranına və Təmsilçinin “Ərizəbəyannamə”də qeyd etdiyi əks-əlaqə vasitələrinin birinə VEMTAS tərəfindən ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında bildiriş (3 nömrəli əlavə) 3 (üç) gün müddətində göndərilir. Ərizənin qeydiyyata alındığı tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır. İddiaçının müraciət etdiyi 02.05.2018-ci il tarixdə yuxarıda göstərilən Qaydaların 2.3 və 2.4-cü bəndləri qüvvədə olmuşdur, lakin hazırda ləğv edilmişdir. Həmin dövr qüvvədə olan Qaydaların 2.3 və 2.4-cü bəndlərinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir . Sosial yardımın alınması üçün kağız üzərində müraciət edən şəxs notariat orqanı tərəfindən təsdiq edilmiş “Ərizə”ni (1 nömrəli əlavə) və “Ərizə-bəyannamə”ni (2 nömrəli əlavə) Təmsilçinin yaşayış yeri üzrə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinə (bundan sonra – Şöbə) və ya “DOST” mərkəzinə (bundan sonra – Mərkəz) təqdim edir. Qaydaların 2.1-ci bəndindən göründüyü kimi sosial yardımın alınması üçün müraciət edə biləcək şəxslərin dairəsi konkret müəyyən edilmişdir və həmin şəxslərin dairəsi ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) ibarətdir. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq sosial yardımın alınması üçün elektron formada müraciət edən təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət etmək hüququna malik olmuşdur. Hazırki iş üzrə iddiaçı ailənin təmsilçisi olaraq VEMTAS-a daxil etdiyi 02.05.2018-ci il tarixli, **********97403 saylı müraciətində ərizə-bəyənnamədə ailəsinin tərkibinin özü, həyat yoldaşı və 8 uşaqdan ibarət olmaqla 10 nəfərdən ibarət olduğunu, müraciətdən əvvəlki son 12 ayı əhatə edən 01.05.2017-ci il tarixdən 01.05.2018-ci il tarixədək olan dövr üzrə ailənin ümumi gəlirinin 7080 manat olduğu və həmin dövrdə ailə üzvlərinin mobil telefon xərclərinin 131 manat olduğunu göstərmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən müvafiq məlumatların yuxarıda qeyd olunan VEMTAS proqramına müstəqil şəkildə öz iradəsinə uyğun daxil etməsinə Qaydaların 2.1-ci bəndində göstərilən şəxslər, hazırki iş üzrə isə iddiaçı məsuliyyət daşıyır. Onun iradəsindən kənar digər şəxslər tərəfindən yalnış məlumatların yerləşdirilməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyət yaradır. Göstərilən halın mövcud olması, yəni məlumatların iddiaçının iradəsinə zidd olaraq digər şəxslər tərəfindən yerləşdirilməsi hazırki iş materialları ilə təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 1.3-cü bəndinə əsasən sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Azərbaycan Respublikasının Cavabdeh2 (bundan sonra - Nazirlik) tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə aşağıdakı dövlət orqanlarının və qurumlarının (bundan sonra - qurumlar) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur: 1.3.9-cu yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi. Cavabdeh tərəfindən öz səlahiyyətləri daxilində sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxsin, yəni iddiaçının daxil etdiyi məlumat, yəni ailənin telefon xərclərinə dair məlumat yoxlanılmış və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən əldə edilən məlumata əsasən iddiaçının ailəsinin ümumi telefon xərcinin 131 manat olması müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının ailəsinə onun təyin edilmiş ünvanlı dövlət sosial yardım X2 və X4 (VEMTAS-a) onun öz iradəsinə uyğun, özü tərəfindən qeyd olunmuş məlumatlar əsasında daxil etdiyi 02.05.2018-ci il tarixli, **********97403 saylı müraciət əsasında sistem tərəfindən avtomatlaşdıırlmış qaydada hesablandığına görə iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona ödənilən ünvanlı dövlət sosial yardımın məbləğinin az olmasını, ödənilməyən məbləğin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2-1(112)-5401/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-314/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-314/2022
08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver