Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(103)-3141/2025 01.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Mədətli Fərid Ilham oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi ilə iddiaçı İddiaçı cavabdeh Binəqədi Rayon Polis Idarəsinə qarşı "Binəqədi Rayon Polis Idarəsinin inzibati binasına ünvan 2 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI: Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli #.##.2024-cü il tarixli qərarına əsasən, X2 iddiası təmin edilərək İddiaçı ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Binəqədi Rayon Polis Idarəsinin üzərinə qoyulmuşdur. İddiaçı göstərilən ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarıldıqdan sonra o, ünvan 6üraciət edərək həmin Idarənin inzibati binasında qeydiyyata alınmasını xahiş etmiş, lakin Idarənin ##.##.2024-cü il tarixli cavab məktubu ilə bundan imtina edilmişdir. Məktubda göstərilmişdir ki, İddiaçı müraciətdə faktiki yaşayış yeri barədə heç bir məlumat qeyd etməmişdir, sadəcə kirayədə yaşadığını bildirmişdir. Yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Ərizəçinin faktiki yaşadığı sənədsiz evi varsa, sənədləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına və ya sənədsiz evə qeydiyyata alınma tələbi ilə bağlı "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq inzibati qaydada məhkəməyə müraciət edə bilər. Qeyd olunan sənədlər təqdim edildikdən sonra ərizəçinin qeydiyyata alınma məsələsi öz müsbət həllini tapacaqdır. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Binəqədi Rayon Polis Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Binəqədi Rayon Polis Idarəsinin inzibati binasına ünvan 2 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatsız yaşayır. Həmin ünvanda evə qeydiyyata düşmək imkanı olmadığına görə əvvəllər qeydiyyatda olduğu Binəqədi rayonu üzrə Binəqədi Rayon Polis Idarəsinin inzibati binasına pasport qeydiyyatına düşmək istəyir. Bu məqsədlə o və ailə üzvləri ərizə ilə ##.##.2024-cü ildə Binəqədi Rayon Polis Idarəsinə ərizə ilə müraciət etmiş, lakin imtina cavabı almışdır. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, o, 2003-cü ildən öz pulu ilə aldığı Binəqədi rayonu 7 mkr. ev 64/11 mənzil 54 ünvanında qeydiyyatda olmuş, evi o zaman alarkən həyat yoldaşının adına rəsmiləşdirmişdir. Boşandıqdan sonra da uzun müddət ailəsi ilə həmin ünvanda bir yerdə qalmışdır. Son bir neçə ayda artıq vəziyyətin gərginləşməsini görüb müvəqqəti olaraq başqa ünvanlarda kirayə qalmaq qərarına gəlmiş, bunu etməsinin səbəbi uşaqların həmin gərginlikdən əziyyət çəkməmələri və baş verə biləcək söz-söhbətin qarşısını almaq olmuşdur. Lakin o, evdən müvəqqəti olaraq çıxdıqdan sonra əvvəlki həyat yoldaşı ondan xəbərsiz məhkəməyə müraciət etmiş və xəbəri olmadan onu evdən qeydiyyatdan çıxarmışdır. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarına əsasən xəbəri olmadan öz pulu ilə aldığı, uzun müddət yaşadığı və qeydiyyatda olduğu mənzildən qeydiyyatdan çıxarılmışdır. O, təxminən 1 aya yaxındır ki, bunu öyrənmişdir. Qeydiyyatdan çıxdığına görə hal-hazırda şəxsiyyət vəsiqəsi qeyri-işlək vəziyyətdədir. Vətəndaş olaraq heç bir hüquqi hərəkətlər edə bilmir. Bu səbəbdən hal-hazırda işlədiyi yerdə hər an problem çıxa bilər və o, qeydiyyatsız olduğuna görə əmək müqaviləsinə xitam verilə bilər. O, hal-hazırda çox çıxılmaz və çətin bir vəziyyətə düşmüşdür. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçı ##.##.1958-ci il təvəllüdlü İddiaçı Binəqədi Rayon Polis Idarəsinin inzibati binası, yəni ünvan 2 ünvanı üzrə qeydiyyata alınması öhdəliyinin cavabdeh Binəqədi Rayon Polis Idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Bakı şəhəri Nərimanov rayonu 2-ci Şimal Şitilliyi 79 fərdi yaşayış ünvanında qeydiyyatsız olaraq yaşayır. Bu barədə Nərimanov RIH başçısının qəsəbə üzrə nümayəndəliyi tərəfindən müvafiq arayış verilmişdir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. Qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının faktiki yaşayış yeri olduğu halda, Binəqədi Rayon Polis Idarəsinin üzərinə yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyi qoyula bilməz. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə, eləcə də şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda, onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanunu:
1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
5. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2020-ci il tarixli qərarı:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
"Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:
Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qərara gəldi ki, hazırkı iddianın mümkünlüyünün əsasları aradan qalxmışdır. Işdə olan Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı X2 cavabdeh Binəqədi Rayon Polis Idarəsinə (üçüncü şəxs İddiaçı) qarşı "yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma" barədə iddia tələbi təmin edilərək, İddiaçı ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Binəqədi Rayon Polis Idarəsinin üzərinə qoyulmuşdur. Işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Işdə olan cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Polis Idarəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-**/*-A-***** nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı müraciətdə faktiki yaşayış yeri barədə heç bir məlumat qeyd etməmişdir, sadəcə kirayədə yaşadığını bildirmişdir. Yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Ərizəçinin faktiki yaşadığı sənədsiz evi varsa, sənədləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına və ya sənədsiz evə qeydiyyata alınma tələbi ilə bağlı "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq inzibati qaydada məhkəməyə müraciət edə bilər. Qeyd olunan sənədlər təqdim edildikdən sonra ərizəçinin qeydiyyata alınma məsələsi öz müsbət həllini tapacaqdır. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsinin ##.##.2025-ci il tarixli **/*-***/**** nömrəli məktubunda qeyd olunmuşdur ki, ##.##.1958-ci il təvəllüdlü İddiaçı ##.##.2001-ci ildən ##.##.2004-cü ilədək ünvan 4 ünvanında, ##.##.2004-cü il tarixdən hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Işdə olan Bakı Şəhəri Binəqədi Rayon Polis Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı hal-hazırda qeydiyyat ünvanı vardır və şəxsiyyət vəsiqəsi aktivdir. "Elektron məhkəmə" informasiya sistemindən ##.##.2026-cı ildə əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı ##.##.2025-ci ildə şəxsiyyət vəsiqəsi verilmiş və o, Bakı şəhəri ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin şəxsiyyət vəsiqəsi aktivdir. Yuxarıda sadalanan normalardan görünür ki, iddianın mümkün sayılmasının əsaslarından biri şəxsin inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmasıdır. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Eyni zamanda, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Hazırkı işdə iddiaçının hüquqi marağı və iddia tələbi Binəqədi Rayon Polis Idarəsinin inzibati binasına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Iddiaçı öz tələbinin əsası kimi ona istinad edir ki, o, qeydiyyatda olduğu mənzildən qeydiyyatdan məhkəmə qərarı əsasında çıxarılmışdır və qeydiyyata düşmək üçün başqa yeri olmadığına görə şəxsiyyət vəsiqəsi deaktiv olmuşdur. Lakin müəyyən edildi ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qərar çıxarıldıqdan bir neçə ay sonra ##.##.2025-ci ildə iddiaçı Yasamal rayonu ərazisində yerləşən başqa bir mənzilə yaşayış yeri üzrə qeydiyyata götürülmüş, Bakı Şəhəri Yasamal Rayon Polis Idarəsi tərəfindən ona yeni şəxsiyyət vəsiqəsi verilmiş və həmin vəsiqə hazırda aktivdir. Göründüyü kimi, artıq hazırkı iddianın təmin olunmasına iddiaçının hüquqi marağı, başqa sözlə, konkret halda hüquqi müdafiəyə ehtiyacı aradan qalxmışdır. Belə olan halda, hazırkı iddianın qeyd olunan mümkünlük şərti artıq təmin olunmur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğvi ilə yanaşı, həm də iddia tələbinin rədd edilməsi xahiş olunduğuna, lakin iddia mümkün olmadığı üçün iddianın əsaslılığına qiymət verilə bilmədiyinə görə apellyasiya şikayəti qismən, yəni qərarın ləğv edilməsi hissəsində təmin edilməli, digər hissədə isə rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Polis Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Polis Idarəsinə qarşı "Binəqədi Rayon Polis Idarəsinin inzibati binasına ünvan 2 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.